AZƏrbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/21
tarix01.04.2017
ölçüsü2,8 Kb.
#13191
1   2   3   4   5   6   7   8   9   ...   21

2. ĠLK ƏDƏBĠ TƏCRÜBƏLƏRĠ 
 
Hüseyn  Cavid  şeir  deməyə  on  beş  yaşından  başlamışdır. 
1896-1900-cü  illər  arasında  ―Məktəbi-tərbiyə‖də  oxuduğu 
illərdə o, ―Gülçin‖ təxəllüsü ilə azərbaycanca və farsca bir sıra 
lirik  şeirlər,  qəzəllər  yazmışdır.  Bu  ilk  qələm  təcrübələrindən 
ikisi  azərbaycanca  və  ikisi  farsca  yazılmış  dörd  qəzəl  hazırda 

 
58 
Məhəmmədtağı  Sidqinin  arxivindədir.  Bunlardan  farsca 
yazılmış qəzəldə şairin lirik qəhrəmanı gözəlliyə pərəstiş edən, 
xəyalpərvər, sentimental bir gəncdir. O, Sənan kimi bir xristian 
qızına aşiq olub, uğursuz məhəbbəti üçun iztirab keçirir, özünü 
intəhasız  qəmlər  əlində  həlak  olan,  qəfəsə  salınmış,  qanadı 
yanmış bir bülbülə bənzədir: 
 
Dili-mən bürd besəd eşvə Məsiha nəfəsi, 
Çe künəm nist dərin şəhr məra dadrəsi! 
Əz sərəm mehr bütan dur nə gərdəd hər giz, 
Yek dəm aram nədarəd diləm əz bülhəvəsi. 
Qəmi-dilra beke quyəm, şüdəm əz qüssə həlak, 
Nə dili darəmü nə dilbəre fəryadrəsi. 
Dadəəm del məni-biçarə betərsa nəfəsi, 
Dil dərü dade dərin şəhr ziüşşaq bəsi. 
Gər mələk guyəməş in eşvə nə başəd bemələk,  
Həm dərin naz bəşər hiç nədidəst kəsi. 
Yusife del şödə məhbus becahe zənəxəş,  
Həm çü, yek bülbüle dil suxtə əndər qəfəsi. 
Gu be ―Gülçine‖ bəlakeş ke, nəbaşəd Məcnun, 
Nayəd əz məhvile Leylaye tö bange cərəsi
 1
. 
 
Tərcüməsi: 
İsa nəfəsli bir gözəl min işvə ilə mənim qəlbimi fəth etmişdir  
Nə edim ki, bu şəhərdə mənim bir dadrəsim yoxdur. 
Gözəllərin məhəbbəti heç vaxt başımdan uzaq ola bilməz. 
Bir dəqiqə də olsun ürəyim onun həvəsindən aram olmaz. 
Ürəyimin dərdini kimə deyim? Qüssədən həlak oluram. 
Nə ürəkdə tab-tavan var, nə də fəryadıma çatan bir gözəl. 
Mən biçarə könlümü bir tərsa qızına vermişəm, 
Ona bu şəhərdə çoxları aşiq olmuşlar. 
Əgər onu mələk adlandırsam, səhv olar: mələkdə belə işvə ola  
bilməz. 
                                                 
1
 Rəf, arx. 7 Q-3 (309) 

 
59 
Bu gözəllikdə bəşər hələ görünməmişdir. 
Ürəyimin Yusifi onun zənəxdanının quyusunda məhbusdur. 
Qəfəsdə məhbus olan, qanadı yanmış bir bülbülə bənzərəm. 
Başı bəlalı Gülçinə deyin ki, Məcnun olmaq fikrinə düşmə,  
Sənin Leylanın kəcavəsindən zəng səsi gəlməz. 
 
Yenə  farsca  yazılmış  və  ―Bazəm  həvaye  eşqe  ruxe  yar  dər 
sərəst‖ misrası ilə başlanan ikinci bir qəzəl də ruh, estetik zövq 
cəhətindən  eyni  məzmundadır.  Lakin  burada,  klassik  fəlsəfi 
qəzəllərdə  olduğu  kimi,  gənc  şair  zahidliyə,  tərkidünyalığa 
istehza  edir,  həyat  sevigsini,  insan  gözəlliyini  behişt  və  huri-
qılman əfsanəsinə qarşı qoyur: 
 
Bazəm həvaye eşqe ruxe yar dər sərəst, 
Dər surətəş çü surəte Yusif müsəvvərəst. 
Şəhbaze ovce təbe güşadəst balü pər, 
Ta seyre rahe eşq nümayəd beşeşdərəst. 
Yə’qubvar kəştə do çeşm zigiryə kur  
Dər eşqe Yusifi ke ruxəş mehrə ənvərəst. 
Əbrü hilal, sərvqədo mahtəl’əti  
Kəz şoleye ruxəş dile aləm münəvvərəst. 
Sərvəst qamətəş nə ke rəftar sərv nist, 
Lə’ləş zimey xoşəst yaqute əhmərəst. 
Çeşme xumaro rübudedu dil qərar səbr, 
Ahuye del şikare do çeşmə sitəmgərəst. 
Xəm gəşte qamətəm çü xəme zülfe on sənəm  
İn dil əsire türreye pürçine dilbərəst. 
Zahid! Nəsihəte tö nəyayəd bekar ma  
Mara ləbe nigar xoş əz abe kövsərəst. 
―Gülçin‖ra beheşt nəbayəd bövəsle yar, 
Kuyəş behişt, həm xodəş əz hur xoştərəst.
1
 
Tərcüməsi: 
 
                                                 
1
 Rəf. Arx, 1, Q-3 (409) 

 
60 
Yenə də yarın gözəl simasının sevdası başımdadır. 
Onun üzü Yusifin üzündən gözəldir. 
Təb’imin şahbazı qanad çalaraq eşq yolunda yüksəlir. 
Aya bənzər Yusif üzünün eşqində 
Yəqub kimi iki gözüm ağlamaqdan kor olmuşdur. 
O, kaman qaşlı, ay üzlü, sərv qamətlidir. 
Camalının şöləsi ilə dünyanı işıqlandırmışdır. 
Rəftarı sərv kimi olmasa da, qaməti sərv kimidir, 
Qırmızı yaquta bənzər dodaqları meydən xoşdur. 
Onun xumar gözləri ürəyimin səbir-qərarını apardı. 
Ürkək ahuya bənzəyən ürəyim onun gözəl gözlərinin şikarı 
olmuşdur. 
Qamətim o sənəmin zülfü kimi bükülmüşdür. 
Bu bəlalı könül o dilbərin qıvrım saçlarının əsiridir. 
Zahid! Sənin nəsihətlərin bizə xeyir verməz, 
Bizcə nigarın dodaqları abi-kövsərdən xoşdur. 
―Gülçin‖ üçün yarın visalı yanında behişt bir heçdir. 
Bizim sevgilimiz behiştdəki hurilərdən qat-qat gözəldir. 
 
İlk  şeirlərini  farsca  yazan  Cavid  sonralar  müəllimi 
M.T.Sidqinin  təsiri  altında  azərbaycanca  da  şeirlər  yazmışdır. 
Onun keçən fəsildə misal gətirdiyimiz ―Verdim o gün ki zülfi-
pərişanə könlümü‖ misrası ilə başlanan qəzəli və yenə Sidqinin 
arxivində  mühafizə  olunan  və  üzərində  ―Hüseyn  Rasizadənin 
şeirlərindən‖  qeydi  olan  aşağıdakı  qəzəli  də  şairin 
azərbaycanca  yazdığı  ilk  qəzəllərdə  Sidqinin  qüvvətli  təsiri 
olduğunu göstərir: 
 
Məndən fələk ayırdı vəfapişə yarımı, 
Tar etdi zülfi-yar kimi ruzigarımı. 
Səbrim tükəndi, yox qəmi-hicranə taqətim,  
Hicri-nigar əlimdən alıb ixtiyarımı. 
Bir əhli-dərd yoxdu bu viranə şəhrdə, 
Tainki şərh edəm ona mən qəlbi-zarımı. 

 
61 
Dərdi-fəraq dəhrdə bir müşkül əmr imiş, 
Ya rəb, tükətdi taqətü səbrü qərarımı. 
Bəzmi-visalə məhrəm olan vaxtda bilmədim, 
Məndən kənar edər fələk ol gülüzarımı. 
Bir aşiqəm ki, laləsifət tuş qılmışam  
Tiği-bəlayə mən bu dili-dağidarımı. 
Ya rəb, əsib səmumi-cəfa bir dəqiqədə — 
Qıldı əvəz xəzanə mənim növbaharımı...  
Hər kəs ki, Salika, çəkib eşqin bəlasını — 
Mən’ eyləməz görəndə mənim ah-zarımı.
 1
 
 
Cavidin  ilk  şeirlərindən  əlimizdə  olan  bu  dörd  qəzələ 
əsasən, ehtimal şəklində olsa da, demək olar ki, onun ilk qələm 
təcrübələrində kədər əsas motivdir. Lakin bu hələ ictimai kədər 
səviyyəsinə
 
yüksələ bilməmiş, daha çox fərdi, intim hisslərdən 
ibarət  olmuşdur.  İkinci  tərəfdən,  ilk  qələm  təcrübələrində  şair 
klassik  məhəbbət  lirikasının  qüvvətli  təsiri  altındadır.  Bədii 
forma, surətlər nöqteyi-nəzərindən onlarda orijinallıq çox azdır. 
Cənubi Azərbaycanda, Təbrizdə olduğu illərdə Cavidin şeir 
yazıb-yazmadığı  hələlik  bizə  məlum  deyildir.  İstanbulda 
oxuduğu  illərdə  isə  o,  bir  neçə  şeir  yazmışdır.  Bunlar  da 
―Rəqs‖,  ―Hər  yer  səfalı‖,  ―Çəkinmə,  gül‖,  ―Pənbə  çarşaf‖, 
―Xuraman-xuraman‖,  ―Uyuyur‖,  ―Mən  istərəm‖,  ―Kiçik  bir 
lövhə‖, ―Şeir məftunu‖, ―Dəniz pərisi‖, ―Son baharda‖, ―Yadi-
mazi‖,  ―Ah,  yalnız  sən!‖  və  ―Hali-əsəfiştimalimi  təsvirdə  bir 
ahi-məzlumanə‖ şeirlərindən ibarətdir. 
İlk  qəzəllərə  görə  üslub,  bədii  forma  cəhətindən  bu  şeirlər 
qismən  yeni  idi.  Lakin  məzmunca  bunlarda  da  ciddi  bir 
orijinallıq,  yenilik  görünmürdü.  Bu  şeirlərin  də  çoxunun  lirik 
qəhrəmanı zamanın ictimai-siyasi həyatından uzaq düşmüş, öz 
məhdud, şəxsi, həm də mücərrəd arzu və həsrətləri ilə əylənən, 
təbiətə  və  gözəlliyə  məftun  olmuş,  sadəlövh,  xəyalpərvər, 
                                                 
1
 Rəf, arx. 7 Q-3 (309) 
 

 
62 
sentimental  bir  gənc  idi.  Bu  gənc  lirik  qəhrəman  gah  xəyalın 
doğurduğu süni sevinclərə qərq olur, gah da yenə daxili, dəruni 
hisslərin  yaratdığı  ağır  kədərə,  ümidsizliyə  düçar  olur,  lakin 
onun  nədən  razı  və  nədən  narazı  olduğu  aydın  olmur.  ―Rəqs‖ 
şeirindən gətirdiyimiz aşağıdakı parça buna misal ola bilər: 
 
Ruhim yenə ləbrizi-səadət... 
Ya rəb, bu nə tufani-lətafət?! 
Göydən yerə enmiş kimi cənnət, 
Yer-yer saçılır nuri-məsərrət,  
Həp qol-qola pürşövqü şətarət, 
Rəqs etmədə azadeyi-sənət,  
Ərvahi-lətifi-mələkiyyət. 
...Əfsus ki, ömrüm kimi hər an,  
Hər xətvədə bu leyli-zərəfşan  
Bir heçliyə olmaqda şitaban,  
Həsrətlə baxıb iştə uzaqdan  
Dan ulduzu guya edər elan: 
―Yaxlaşmada artıq dəmi-hicran. 
Ey məsti-məhasin olan insan! 
Al! İştə günəşdən sizə fərman!
 1
 
 
Məzmun  cəhətindən  həyəcanlandırıcı  xəyallar,  fövqəladə, 
mücərrəd  mənəvi  səadət  həsrəti,  forma  cəhətindən  isə  süni 
pafos,  dəbdəbəli  üslub,  fars  və  ərəb  sözləri,  tərkibləri  ilə 
ağırlaşdırılmış  qəliz  dil  bu  şeirlərin  çoxunun  əsas  xüsusiyyəti 
idi. 
Cavidin  Türkiyədə  oxuduğu  illərdə  belə  şeirlər  yazması 
təsadüfi  deyildi.  Bu  haman  illər  idi  ki,  türk  ədəbiyyatının 
parlaq  dövrü  sayılan  tənzimat  ədəbiyyatı  son  günlərini 
yaşayırdı.  Hələ  əsrin  əvvəllərində  tənzimatçıların  son  ədəbi 
orqanı  olan  ―Sərvəti-fünun‖  bağladılmışdı,  Türkiyənin  ən 
qabaqcıl 
yazıçıları 
sultan 
Əbdülhəmid 
tərəfindən 
                                                 
1
 Hüseyn Cavid. Seçilmiş əsərləri, Azərnəşr, Bakı, 1958, səh. 519-520. 

 
63 
amansızcasına  təqib  olunurdu.  İrtica  ədəbiyyata  da  öz  mənfi 
təsirini  göstərmişdi.  Tövfiq  Fikrət  və  Məhəmməd  Əmin  kimi 
tərəqqipərvər şairlər müstəsna olmaqla qalanları, hətta tənzimat 
ədəbiyyatına  mənsub  olanlar  da  ―inzivaya‖  çəkilmişdilər. 
Türkiyə ədəbiyyatında bədbinlik, xəyalpərvərlik, mübarizədən, 
siyasətdən  uzaqlaşmaq  səciyyəvi  bir  hal  almışdı.  1908-ci  ildə 
baş verən burjua inqilabı ədəbiyyatda bu düşkünlüyün qarşısını 
ala bilməmişdi. Heç şübhəsiz ki, bu ədəbi mühitin, gənc Cavidə 
də  müəyyən  mənfi  təsiri  olmuş,  onun  da  şeirlərinə,  ―Yadi-
mazi‖  şeirində  olduğu  kimi,  bədbinlik,  ümidsizlik  motivləri 
gətirmişdi. 
 
Məhv etmədə şimdi məni alamü təhəssür;  
Hər dəm qara xülyalar olub qəlbimə məhrəm, 
Lərzan ediyor ruhimi min dürlü məzalim; 
Əfsus ki, mazi ədəm, ati isə müzləm...
1
 
 
Bədbinlik,  küskünlük  motivləri  gənc  şairin  İstanbuldan 
Naxçıvana,  qardaşlarından  birinin  məktubuna  cavab  olaraq 
yazdığı ―Elmi-bəşər‖ şeirində daha qüvvətli idi: 
 
―Kəsbi-ürfan için, fəzilət için —  
Durma, yüksəl!‖ diyorsun... İştə mənim  
Ən böyük, ən sevimli amalım,  
Qayeyi-məqsədim budur, lakin  
Nə için gizləmək gərək, yetişir... 
Nə qədər pürümidü biaram –  
Gecə-gündüz çalışsam, uğraşsam, 
Yenə ən son nəticə, – heçlikdir
2

 
Cavidin  belə  ifrat  bir  bədbinliyə  düçar  olmasına  o  zaman 
son dərəcə dindar bir mühit hesab olunan İstanbul darülfünunu 
                                                 
1
 H.Cavid. Seçilmiş əsərləri, səh. 498. 
2
 H.Cavid. Seçilmiş əsərləri, səh. 504. 

 
64 
və  xüsusən  gənc  şairə  fəlsəfi  axtarışlarda  müəllimlik  etmək 
istəyən  türk  aqnostiki  Rza  Tövfiqin  də  təsiri  olmuşdu.  Rza 
Tövfiq  bu illərdə,  yuxarıda deyildiyi kimi,  Şərq  ədəbiyyatında 
sufi  cərəyanlarını  öyrənirdi;  lakin  o,  sufizm  tənqidi  yanaşmaq 
əvəzinə, özü də sufiyanə şeirlər yazmaqla məşğul idi. 
Tələbəlik  illərində  yazılmış  lirik  şeirlər  içərisində  Cavidin 
vətən,  dost,  əqrəba  həsrətlərini  ifadə  edən,  xüsusən  qürbət 
ellərdə  çox  darıxdığını,  daima  ―müztərib‖  olduğunu,  ―acılar 
duyduğunu‖ göstərən ―Ah!.. yalnız sən!‖, ―Son baharda‖ kimi 
şeirlərə də rast gəlirik: 
 
Ruhim, ey aşineyi-əsrarım! 
Həp uzaq, bəzmi-vüslətindən uzaq
Qürbət ellərdə təlxkam olaraq, 
Səni özlər də sızlayıb yanarım. 
Gecə-gündüz həyati-müztəribim 
Sənin alami-həsrətinlə sönər; 
Fikrə gəldikcə həp keçən günlər, 
Daima çırpınıb durur qəlbim. 
...İştə! həp növbaharə nəşə verən 
Qönçələr, nəğmələr, təbəssümlər, 
Al şəfəqlər, nəsimi-şuxi səhər
Mana biganə... ah!.. Yalnız sən!..
1
 
 
1907-ci ildə Cavidin ―H.P.Naxçıvani‖ imzası ilə ―Füyuzat‖a 
göndərdiyi  ―Bir  ahi-məzlumanə‖  şeiri  məzmun  etibarilə  onun 
Türkiyədə  yazdığı  başqa  şeirlərdən  fərqlənirdi  (bu,  Cavidin 
―Füyuzat‖ məcmuəsinə göndərdiyi birinci və axırıncı şeiri idi). 
Bu şeirdə görkəmli Azərbaycan romantiki Məhəmməd Hadinin 
vətənpərvərlik  ruhunda  yazdığı  şeirlərin  qüvvətli  təsiri 
görünürdü.  Qürbətdə  yaşayan  gənc  şair  bu  şeirində, 
əvvəlkilərdən  fərqli  olaraq,  yalnız  şəxsi  dostlarını,  tanışlarını, 
əqrəbasını  deyil,  ―Ey  vətən!  Ey  könül  pərəstari!‖—  deyə 
                                                 
1
 Yenə orada, səh. 559. 

 
65 
vətənini  xatırlayır,  vətənin  keçmişini,  hazırını  və  gələcəyini 
düşünürdü. Şair: 
 
Mayeyi-iftixarı hər kişinin  
Vətən uğrunda bəzli-himmətdir — 
 
— deyə vətənə xidmət etmək haqqında xəyallar bəsləyir və: 
 
Bana gəl, gəl bana, zavallı vətən!  
Heç unutmam səni bu hal ilə bən — 
 
—  deyirdi.  Bu  şeirin  yazıldığı  dövrdə  Cavid  hələ  öz  doğma 
vətəni Azərbaycan haqqında, onun keçmişi, gələcəyi haqqında 
tam,  düzgün  real  təsəvvürə  malik  deyildi.  Vətənə  o  hələ  çox 
birtərəfli  baxırdı.  Vətən  onun  nəzərində  ―zəvalə  uğramış‖, 
―böyük  bəlalərə  düçar  olmuş‖,  ―ayaq  altında  paymal  olmuş‖, 
―dərmansız dərdə giriftar olmuş‖, ―ürəyi, cismi yaralı bir xəstə‖ 
idi. 
Məlumdur  ki,  bu  şeirin  yazılıb  nəşr  edildiyi  illərdə  birinci 
rus  inqilabının  təsiri  ilə  Azərbaycanın  hər  iki  hissəsi  inqilab 
ocağına  çevrilmişdi.  Cavid  vətənin  bu  yeni  həyatını,  tarixini 
görə bilmirdi; öz azadlığı və istiqlaliyyəti uğrunda mübarizəyə 
qalxan  xalqın  qüdrətini  qiymətləndirə  bilmirdi.  Gənc  şair 
vətənin,  vətəndaşların  azadlıq  uğrunda  vuruşmalarda  aldığı 
yaraları  deyil,  ―ancaq  tarixi  əsarət  və  köləlikdən  qalan  köhnə 
yaraları müşahidə edə bilirdi. O, vətənə çox uzaqdan baxırdı və 
bəzən də ―vətən‖ dedikdə konkret olaraq doğma vətənini deyil, 
ümumiyyətlə  məzlum  Şərqi  nəzərdə  tuturdu.  Bu  halında  gənc 
şair  özü  də  hələ  mübarizəyə  qoşulmuş,  aydın  siyasi-ictimai 
görüşə malik olan bir vətəndaş səviyyəsinə yüksələ bilməmişdi. 
Buna  görə  də  o,  vətəninə  sadəcə  ―bir  ―ahi-məzlumanə‖  ilə 
müraciət 
etməklə,  uzaqdan  vətənin  halına  acımaqla 
kifayətlənirdi. Bununla belə, müəyyən dərəcə mücərrəd şəkildə 
olsa da, özünün vətəndaşlıq borcunu dərk etməsi və: 

 
66 
 
Ey vətən, ey könül pərəstari! 
Var ümidim qüsurə baxmayasan, 
...Səni bu hala saldı qəflətimiz, 
Daha əfv et, yetər nədamətimiz—
  1
 
 
— deyə bir vətəndaş kimi uzun müddət qəflətdə‖ olduğu üçün 
vətəndən  üzr  istəməsi,  vətənin  tarixi,  siyasi-ictimai  vəziyyəti 
ilə maraqlanması o vaxta qədər daha çox ―sənət sənət üçündür‖ 
yolunu tutmuş olan 25  yaşlı şairin  görüşlərində bir  yenilik idi. 
Xüsusən  cəsarətlə  müstəmləkə  zülmü  əleyhinə  çıxması  şairin 
görüşlərində,  sənətə  münasibətində  əmələ  gəlmiş  dəyişiklik 
göstərən bir əlamət kimi səciyyəvi idi: 
 
Daha məhv etdi artıq istibdad, 
Yaxdı zülm atəşinə canımızı! 
Olub hər bir hüququmuz bərbad, 
Dinləməz kimsə əlamanımızı. 
 
Cavidin  1909-1910-cu  illərdə  Naxçıvanda  və  Tiflisdə 
yazdığı  ―Məyus  bir  qəlbin  fəryadı‖,  ―Ey  ruhi-pürsükun‖, 
―Görmədim‖,  ―Bilməm  kimə‖,  ―Neçin‖  kimi  şeirləri  onun 
Türkiyədən  çox  pərişan  xəyallı,  ümidsiz  bir  şair  kimi 
qayıtdığını,  görüşlərində  mütərəddid  olduğunu,  daha  çox 
kədərə,  qəmə,  iztiraba  mail  olduğunu  göstərirdi.  Bu  şeirlər 
haqqında təsəvvür almaq üçün aşağıdakı bədbin ruhlu misraları 
nəzərdən keçirmək kifayətdir: 
 
Mən istəməm yaşamaq, hər ümidim oldu təbah, 
Ürəkdə qaldı bütün dərdü həsrətim, eyvah
 2
 
Yaxud: 
Mən neçin boylə dilfikar oldum? 
                                                 
1
  ―Füyuzat‖, 1907, № 15. 
2
 ―Bilməm kimə‖, H. C a v i d .  Seçilmiş əsərləri, səh. 557. 

 
67 
... Niyə bədbəxti-ruzigar oldum?
 1
 
 
―Məyus bir qəlbin fəryadı‖ şeirində: 
 
Bir dərbədərim, yox bir ənisim
 2

 
Yenə həmin şeirdə: 
Var bir quru hikmət, o da yanlış... 
Ümmid ilə guya yaşanırmış! 
Bir söz ki, yalan, saçma, xurafat... 
Aldanmam o əfsanəyə, heyhat!.. 
... Ümmid ilə insanə gələn hiss, 
Ya kizbü riyadır, ya təbəsbüs—
 3
 
 
—  deyə  gözəl  həyat,  səadət  haqqında  ümidlə  yaşamağı, 
―qızdırmalı,  xəstə  bir  xülya‖,  əsası  olmayan  yalan,  əfsanə 
adlandırırdı. 
Gənc şair  sevinc,  şadlıq,  ümid  və  gözəl  xəyallara mücərrəd 
kədər fəlsəfəsini qarşı qoyurdu, o öz aləmində bəşərin ümidsiz 
taleyini  anıb  kədərlənməyi  xüsusi  bir  müdriklik  hesab  edir, 
kədəri  ―azad  hüzn‖,  ―sevgili  dildar‖,  ―rəhbəri-vicdan‖ 
adlandırıb,  belə  güman  edirdi  ki,  insanı  cəmiyyətin  hər  cür 
əsarətindən,  zülm  və  haqsızlıqdan,  zamanın  miskin 
yaşayışından, səfalət və fəlakətdən xilas edəcək bir yol varsa, o 
da 
kədər,  yə’s  fəlsəfəsi,  özünü  bütün  əlaqələrdən, 
mübarizələrdən  kənara  çəkib  ―dünyəvi  kədərin‖  ağuşuna 
atmaq, kədərlə həmdəm olmaq, onunla təsəlli tapmaqdır: 
 
Ey yə’s! Sən ey hüzni-sərazad! 
Ağuşimə gəl, qıl məni dilşad! 
Gəl qəlbimə gir, ey sarı yıldız! 
Ruhimlə bərabər yaşa yalnız. 
                                                 
1
 ―Neçin‖, yenə orada, səh. 560. 
2
 Yenə orada, səh. 564. 
3
 Yenə orada, səh. 563-564. 

 
68 
Yalnız mana ol munisü həmdəm! 
Yalnız olayım mən sana məhrəm. 
Sevdim səni, ey sevgili dilbər! 
Gəl ağlayalım şimdi bərabər. 
...Hürr olmaq üçün xeyli yoruldum, 
Eş kəndimə yalnız səni buldum
 1
. 
 
Bu  şeirlərin  kədərli  lirik  qəhrəmanının  gözündə  bütün 
dünya,  kainat,  aləm,  bəşər  həyatı  başdan-başa  bir  əfsanədən, 
müvəqqəti, cansıxıcı kölgələrdən ibarət idi: 
 
Hər şey sənin gözündə bir əfsanə, bir yalan... 
Bir aldanış demək, bütün alayişi-cahan. 
... Hər lövhə bir həqiqəti söylər təranədir,  
Hər kölgə hissi oxşayacaq bir bəhanədir. 
Dünya nədir? O, iştə fərəhnakü münkəsir, 
Bir aşiyani-zövqü səfa, bir xərabazar...
 2
 
 
Bu lirik qəhrəmanın nəzərində insanın həyatında olan bütün 
münasibətlər,  əlaqələr,  hətta  sevgilər,  məhəbbətlər,  ümidlər, 
xəyallar  da  saxta,  mənasızdır.  Dünyada  insan  üçün  həqiqi 
zövq-səfa deyilən şey yoxdur: 
 
Görmədim əsla tikansız gül, qaranlıqsız işıq,  
Hər visalı daima təqib edər bir ayrılıq, 
Söyləyirlər: ―Daimi zevqü səadət var‖, yazıq! 
Seyr edib boş iddiadan başqa bir şey görmədim. 
...Hər məhəbbət bir xəyanət, hər gülüş bir hiylədir,  
Hər səadət ruhu oxşar pək sönük bir şölədir. 
Bəlkə səhvim var? Fəqət gördüklərim həp boylədir,  
Görmədim əsla bəladən başqa bir şey, görmədim.
 3
 
                                                 
1
 ―Məyus bir qəlbin fəryadı‖, H.Cavid.  Seçilmiş, əsərləri, səh. 563-564. 
2
 ―Ey ruhi-pürsükun‖, yenə orada, səh. 545-546. 
3
 ―Görmədim‖ H. C a v i d, Seçilmiş əsərləri, səh. 528. 

 
69 
 
Əgər  Türkiyədə  yazdığı  şeirlərdə  Cavid  qürbət  ellərdə 
darıxdığından  bəhs  edirdisə,  bu  şeirlərdə  də  öz  doğma 
yurdunda özünü qərib, əsir hesab edirdi: 
 
Öz yurdumda bir qəribdən seçilməm, 
Əsir kimi bir dost, bir yaxın bilməm, 
Cahan cənnət olsa, bir ləhzə gülməm, 
Yar-yar deyib gecə-gündüz ağlaram
 1
. 
 
Tərəddüdsüz demək olar ki, bütün bu bədbinlik, ümidsizlik 
Cavidin  Azərbaycan  inqilabi  varlığından  uzaq  olmasının  və 
onun Türkiyə ictimai-ədəbi mühitindən aldığı təsirlərin nəticəsi 
idi.  Hərçənd  1909-10-cu  illər  ümumiyyətlə  1905-ci  il 
inqilabının məğlubiyyətindən sonra gələn ağır irtica illəri idi və 
bu  irtica  ədəbiyyata  da  öz  mənfi  təsirini  göstərmişdi;  bununla 
belə Azərbaycanın xüsusi şəraiti, buradakı spesifik tarixi, siyasi 
mühit fərqlənirdi. Bu elə bir dövr idi ki, Cənubi Azərbaycanda 
milli  azadlıq  hərəkatı,  silahlı  mübarizə,  şimalda  isə  çarizmə, 
müstəmləkə  əsarətinə  və  yerli  hakim  siniflərə  qarşı  vuruşlar 
davam  edirdi.  Azərbaycandakı  ədəbi  mühitin  də  özünə  görə 
xüsusiyyətləri  vardı.  Burada  inqilabi-demokratik  ideyalar  və 
realist ədəbiyyat çox qüvvətli və nüfuzlu idi. Odur ki, Cavidin 
haqqında  bəhs  etdiyimiz  şeirlərində  olan  bədbinlik, 
fərdiyyətçilik  və  laübalılıq  belə  bir  ictimai  və  ədəbi  mühitdən 
gələ  bilməzdi.  Bunlar  daha  çox  tənzimat  ədəbiyyatından 
sonrakı Türkiyə ədəbiyyatında güclənən bədbinlikdən gəlirdi. 
 
* * * 
 
Çox  çəkmir  ki,  yeni  şərait,  Azərbaycanın  xüsusi  tarixi, 
siyasi  və  ədəbi  mühiti  doğma  vətənin  havası  ilə  nəfəs  alan 
                                                 
1
 ―Çoban türküsü‖, yenə orada. səh. 530. 
 

 
70 
Cavidə  də  öz  təsirini  göstərir.  Şairdə  həyatla  qaynayıb 
qarışmaq meylləri qüvvətlənir. Yeni şərait onun da qəlbində bir 
ümid çırağı yandırır. Türkiyədə yazdığı şeirlərdən fərqli olaraq, 
yeni  şeirlərində  Cavid  bədbinliyi,  ümidsizliyi  pisləyir,  onları 
zəiflik, gücsüzlük əlaməti hesab edir. ―Otuz yaşında‖ şeirində, 
şair  taleyindən  narazı  olan  anaları  ümidlə  yaşamağa,  yeni, 
nikbin bir nəslin tərbiyəçisi olmağa çağırır: 
 
Bu gün sıxıntılı zənn etdiyin sürəkli həyat,  
Həyat, ailə bilsən yarın nasıl sevilir? 
Çoluq-çocuq sana ithaf edər də xoş nəğəmat, 
O dəm gözündə cahan pərdə-pərdə cilvələnir?
 1
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin