AZƏrbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/21
tarix01.04.2017
ölçüsü2,8 Kb.
#13191
  1   2   3   4   5   6   7   8   9   ...   21

AZƏRBAYCAN MĠLLĠ ELMLƏR AKADEMĠYASI 
HÜSEYN CAVĠDĠN EV MUZEYĠ 
 
 
 
 
MƏMMƏD CƏFƏR 
 
 
 
 
 
 
 
 
 
 
HÜSEYN CAVĠD 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı - 2016

AMEA Hüseyn Cavidin Ev Muzeyinin Elmi Şurasının  
qərarı ilə  nəşr olunur 
 
 
  İdeya müəllifi: 
 
İSA HƏBİBBƏYLİ 
     
                  AMEA-nın vitse-prezidenti, akademik  
 
                                           Elmi redaktor: 
 
TEYMUR KƏRİMLİ 
   AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi,     
 akademik 
 
  Tərtibçi və ön sözün müəllifi: 
 
                            GÜLBƏNİZ BABAXANLI 
 AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru,  
Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru 
  
     
 
Məmməd Cəfər. Hüseyn Cavid. – Bakı, 2016. – 310 s. 
 
Kitab  Hüseyn  Cavidin  ilk,  mükəmməl  tədqiqatçısı  görkəmli 
tənqidçi-ədəbiyyatşünas Məmməd Cəfərin  1960-cı ildə çap olunmuş 
eyni  adlı  monoqrafiyasının  AMEA  Hüseyn  Cavidin  Ev  Muzeyinin 
əməkdaşları  tərəfindən  latın  qrafikası  ilə  hazırlanmış  ilk    nəşridir. 
Cavidşünaslığın  bir  elm kimi  formalaşmasında  mühüm  rol  oynayan 
bu  kitab,  Hüseyn  Cavid  yaradıcılığına  müraciət  edən  əksər 
tədqiqatçılar üçün etibarlı mənbədir. 

 

BÖYÜK CAVĠDġÜNAS MƏMMƏD CƏFƏR 
 
Hüseyn Cavid yaradıcılığının ilk, mükəmməl tədqiqatçısı 
görkəmli  tənqidçi-ədəbiyyatşünas  Məmməd  Cəfər  Cəfərov 
olmuşdur.  Onun  1960-cı  ildə  çap  olunan    «Hüseyn  Cavid» 
monoqrafiyası  Cavidşünaslığın  bir  elm  kimi  formalaşmasında 
mühüm  rol  oynadı.  Sonrakı  illərdə  H.Cavid  yaradıcılığına 
müraciət  edən  əksər  tədqiqatçılar  üçün  bu  kitab  ən  etibarlı 
mənbə rolunu oynadı.  
M.Cəfərin  «Hüseyn  Cavid»  monoqrafiyası  çap  olunana 
kimi,  1957-1959-cu  illərdə  H.Cavid  yaradıcılığı  ilə  bağlı 
«Böyük  şair-dramaturq»,  «Hüseyn  Cavidin  sovet  dövrü 
yaradıcılığı»,  «Hüseyn  Cavid»  məqalələri  dərc  edilmişdi. 
«Hüseyn  Cavid»  monoqrafiyası  çap  olunandan  sonra  da 
M.Cəfər H.Cavidlə bağlı tədqiqatlarını davam etdirdi. 
«Hüseyn  Cavid»  monoqrafiyası  Giriş  və  beş  fəsildən 
ibarətdir.  Birinci  fəsildə  H.Cavidin  həyatı,  ədəbi  mühiti  və  ilk 
qələm təcrüğələri haqqında danışılır. Tədqiqatçı «Şeyx Sənan» 
da  daxil  olmaqla  bu  dövrü  onun  yaradıcılığının  birinci  dövrü 
kimi səciyyələndirir. İkinci fəsil «Yaradıcılığının ikinci dövrü» 
adlandırılır  və  bu  fəsildə,  müəllif  Cavidin  imperialist 
müharibəsi  əleyhinə  yazdığı  şeirləri,  «Şeyda»,  «Uçurum»  və 
«İblis» faciələrindən söz açır.  M.Cəfərin «Məfkurəvi tərəddüd 
illəri»  adlandırdığı  üçüncü  fəsildə  «Peyğəmbər»,  «Afət»  və 
«Topal Teymur»  əsərləri tədqiq olunur.  «Cavid  yaradıcılığının 
yeni  dövrü»  adlı  dördüncü  fəsildə  «Azər»  dastanı,  «Knyaz», 
«Səyavuş»,  «Xəyyam»,  «İblisin  intiqamı»  əsərləri  təhlil 
hədəfinə  çevrilir.  Nəhayət,  beşinci  fəsildə  Cavid  dramlarında 
sənətkarlıq xüsusiyyətlərindən söz açılır. 
Göründüyü  kimi,  M.Cəfər  ənənəvi    ədəbiyyatşünaslıq 
modelinə  sadiq  qalmışdır.  O,  H.Cavidin  yaradıcılıq  yolunu 
ayrı-ayrı  dövrlər  üzrə  izləmiş  və  Cavidin  öz  əsərlərində 
qaldırdığı problemləri onun ayrı-ayrı pyeslərinin təhlili zamanı 
nəzərə  çarpdırır.  Bu  üsul,  ədəbiyyatşünaslıqda  dəfələrlə 

 

sınanmışdır,  ənənəvi  görünsə  də,  hər  halda,  müəllifin 
kimliyindən də çox asılıdır. 
Moqoqrafiyanın  «Giriş»  hissəsində  müəllif  Cavid 
yaradıcılığına  ümumi  bir  nəzər  yetirir,  20-30-cu  illərdə  onun 
əsərlərinə marksist tənqidin münasibəti üzərində dayanır.  
Qeyd  edək  ki,  «Hüseyn  Cavid»  monoqrafiyası  sovet 
dövründə 
yazılmışdı  və  təbii  ki,  M.Cəfər  Cavidi 
qiymətləndirərkən  bəzi  məlum  ştamplardan  xilas 
ola 
bilməmişdi.  Ona  görə  də  istər  «Giriş»də,  istərsə  də 
monoqrafiyanın  digər  fəsillərində  Cavid  yaradıcılığındakı 
ziddiyyətlərdən,  tərəddülərdən,  ciddi  ideya  səhvlərindən  söz 
açmaq təbii idi.  
Marksist  tənqidin  Cavid  yaradıcılığına  münasibətinə 
gəldikdə  isə,  burada  da  bəzi  yanılmalar  diqqəti  cəlb  edir.  
Məsələn,  o,  Cavidin  yaradıcılığı  ilə  məşğul  olan  ilk  tənqidçi 
kimi  Hənəfi  Zeynallının  adını  çəkir  və  əlbəttə,  səhv  eləmir, 
onun  məqalələrinin  məziyyətlərini  də  qeyd  edir.  Lakin 
«H.Zeynallı  çox  vaxt  Cavidin  yaradıcılığına  birtərəfli 
yanaşırdı.  Onun  bu  məqalələrində    1920-1926-cı  illərdə  yeni 
həyata  çox  laqeyd  münasibət  bəsləyən  Cavidə  keçmiş 
xidmətlərinə  görə  bir  növ,  bəraət  qazandırmaq  meyli  var  idi» 
fikri  ilə  razılaşmaq  olmaz.  Göstərilən  dövrdə  Cavid 
«Peyğəmbər» və  «Topal Teymur» kimi əsərlərini  yazmışdı və 
bu əsərlər onun yaradıcılığında tamam yeni səhifələr idi, Cavid 
müasir  həyatın  bir  çox  suallarına  tarixdə  cavab  axtarırdı  və 
H.Zeynallı  «Peyğəmbər»  əsərində  «çox  parlaq»  bir  müasirlik 
görürdüsə,  burda  heç  bir  «mücərrəd  insanpərvərlikdən»,  «dini 
modernizə etmək təşəbbüslərindən» söhbət gedə bilməzdi. 
M.Cəfər  marksist  tənqidçi  Mustafa  Quliyevin  Cavid 
yaradıcılığı  ilə  bağlı  məqalələrini  təqdir  edir  və  yazır  ki,  «O, 
Cavidi səhv addımlarına görə hamıdan artıq kəskinliklə, bəzən 
də çox amansız şəkildə tənqid edirdi. Lakin bu, əsasən səmimi, 
haqlı,  ədalətli  və  hər  cür  yersiz  hücumlardan,  qərəzçilikdən 
uzaq olan obyektiv marksist tənqid idi». Halbuki, belə deyildir 

 

və  biz  bundan  öncə,  M.Quliyevin  Cavidə  və  onun  əsərlərinə 
münasibətini  şərh  etdik,  onun  Cavidə  «qayğıkeş»  münasibəti 
yalnız bundan ibarət idi ki,».. biz Cavid kimi şairlərdən inqilab 
tərəfinə  keçməyi  tələb  edirik.  İnqilab  treni  var  qüvvəsi  ilə 
qoşur. Əziz şairlər, inqilab dalğaları üzərində daha yuxarı qalxa 
bilərsiniz». M.Quliyev  yalnız «Knyaz» əsəri yazıldıqdan sonra 
«sevinmişdi»,  deməli,  onun  məramı  Cavidi  «inqilab  qatarına 
oturtmaq» idi. 
Monoqrafiyanın  «Cavidin  həyatı,  ədəbi  mühiti  və  ilk 
qələm 
təcrübələri» 
adlı 
birinci 
fəsil 
fikrimizcə, 
Cavidşünaslıqda  böyük  sənətkarın  tərcümeyi-halının  tam  və 
dolğun  şəkildə  hazırlanmasında  (hərçənd  ki,  M.Cəfər  məlum 
səbəblərə  görə  Cavidin  həbsindən,  repressiya  qurbanı 
olmasından  söz  aça  bilməzdi)  ilk  təşəbbüs  kimi 
qiymətləndirilməlidir.  Cavidin  bir  ədəbiyyat  adamı  kimi 
yetişməsində  kimin  rolu  olub,  onun  dünyagörüşünün 
formalaşmasında  hansı  təhsil  sistemi  və  digər  amillər  öz 
sözünü  deyib..İranda,  Türkiyədə,  Tiflisdə  yaşadığı  illər  onda 
hansı  təsirləri  yaradıb?    İyirminci-otuzuncu    illərdə    bir    çox  
tənqidçilər    Cavidin  Türkiyədə  təhsil  almasını  ona  irad 
tuturdular.  M.Cəfər  isə  belə  bir  faktı  nəzərə  çarpdırır  ki: 
«Məktublarda Cavidin Türkiyədə olduğu illərdə daim öz vətəni 
haqqında  düşündüyünü,  mümkün  qədər  təhsili  tez  bitirib, 
vətənə  qayıtmaq  arzusunda  olduğunu  göstərən  parçalar  da 
çoxdur.  Şair  başqa  ölkələrdən  Türkiyəyə  gəlib,  tamamilə 
«osmanlılaşan»,  «türkiyəli  olub  gedən»  və  öz  vətənlərini 
unudan  ziyalılara,  onların  aqibətinə  gülür,  bu  yolun  yanlış 
olduğunu  söyləyir.  Q.Şərifova  yazılmış  bir  məktubda  deyilir: 
«Burada  mən  3-4  sənə  qədər  dəxi  oxuya  bilərəm…  Lakin 
validəm,  vətənim,  vətəndaşlarım  bütün-bütün  unudulacaq  bir 
hala  gəlir.  Şimdi  burada  minlərcə  iş  başında  tatar,  türküstanlı, 
qafqazlı  və  krımlı  var  ki,  təhsillərini  ikmal  etdikdən  sonra 
istambullu…olub getmişlər. Bu, məncə pək gücdür… İndi əsil 
məqsəd vətənə xidmət, həm də layiqincə xidmət etməkdir».  

 

   M.Cəfər  H.Cavidin  ilk  ədəbi  təcrübələrindən  də  söz 
açır və deyərdik ki, bu da Cavidşünaslıqda birinci təşəbbüsdür. 
Farsca ilk şeirlərini «Gülçin» təxəllüsü ilə qələmə alan H.Cavid 
sonralar  müəllimi  M.T.Sidqinin  təsiri  altında  azərbaycancanca 
da  şeirlər  yazır.  Daha  sonralar,  İstambulda  oxuduğu  illərdə 
«Rəqs»,  «Hər  yer  səfalı»,  «Çəkinmə,  gül»,  «Pənbə  çarşaf», 
«Xuraman-xuraman»,  «Uyuyur»,  «Mən  istərəm»,  «Kiçik  bir 
lövhə», «Şeir məftunu», «Dəniz pərisi», «Son baharda», «Yadi 
mazi»,  «Ah,  yalnız  sən!»,  «Hali-əsəfiştimalimi    təsvirdə  bir 
ahi-məzlumanə»  şeirlərini  qələmə  alır.  Bunları  M.Cəfər 
qəzəlləri  ilə  müqayisədə  irəliyə  addım  kimi    qiymətləndirir. 
Amma  ümumilikdə  həmin  şeirləri  belə  səciyyələndirir: 
«Məzmun  cəhətindən  həyəcanlandırıcı  xəyallar,  fövqəladə, 
mücərrəd  mənəvi  səadət  həsrəti,  forma  cəhətindən  isə  süni 
pafos,  dəbdəbəli  üslub,  fars  və  ərəb  sözləri,  tərkibləri  ilə 
ağırlaşdırılmış  qəliz  dil  bu  şeirlərin  çoxunun  əsas  xüsusiyyəti 
idi». 
H.Cavidin  ilk  şeirlərindəki  bədbinlik,  küskünlük 
motivlərinə  gəlincə,  tədqiqatçı  haqlı  olaraq  bunları  daha  çox 
tənzimat  ədəbiyyatından  sonrakı  Türkiyə  ədəbiyyatında 
güclənən bədbinliklə əlaqələndirir. 
Əlbəttə, hər hansı bir şairin yaradıcılığına ictimai mühitin 
çox böyük təsiri  olur və  bu faktı da danmaq olmaz ki,  Vətənə 
qayıtdıqdan sonra Caviddə də həyata, ictimai mühitə qaynayıb-
qarışmaq meylləri qüvvətlənir. Tədqiqatçının doğru qeyd etdiyi 
kimi,  yeni  şeirlərində  Cavid  bədbinliyi,  ümidsizliyi  pisləyir, 
məsələn,  qadınları  örtükdə  görmək  istəyən  Cavid  «Qadın» 
şeirində onları öz hüquqları uğrunda mübarizəyə səsləyir: 
 
    Qadın! Ey sevgili həmşirə, oyan! 
    Ana! Ey nazlı qadın, qalq! Uyuyan 
    Daima meftlə həmduş oluyor, 
    Zillü mehnətlə həmağuş oluyor. 
    …Oluyor iştə hüququn pamal, 

 

    Çalış, öyrən, ara, bul, haqqını al! 
    Pərdeyi-zülmət içindən sıyrıl! 
    Qəhrəmanlar kibi qavğaya atıl! 
 
Burada  qeyd  etməyi  vacib  sayırıq  ki,  M.Cəfərin 
tədqiqatına  qədər  H.Cavidin  şeirləri  haqqında  heç  bir  yazıda 
belə  genişliyilə  söz  açılmamışdı.  M.Cəfərin  Cavidin  süjetli 
şeirlərə meyl etdiyini də xüsusi olaraq nəzərə çarpdırır. «Öksüz 
Ənvər» və «Bakıda Balaxanı neft mədənlərinə gedərkən Məsud 
ilə  Şəfiqə  arasında  bir  müsahibə»  şeirləri  üzərində  ayrıca 
dayanan tədqiqatçı, bu şeirlərin təkcə formasının, ifadə tərzinin 
deyil, məzmununun da yeniliyini göstərir. Müəllif haqlı olaraq 
yazır  ki:  ««Məsud  və  Şəfiqə»  təbii,  şairanə  bir  pafosla 
yazılmışdı.  Bu  pafos,  hər  şeydən  əvvəl,  Məsud  ilə  Şəfiqənin 
xarakterində,  onları  düşündürən  ictimai  fikirlərdə,  neft  Bakısı 
və  fəhlə  sinfinin  həyatı,  taleyi  və  gələcəyi  haqqında 
bəslədikləri  gözəl  arzularda  özünü  göstərirdi.  Bu  surətlərdə  
həm  kəskin  ağıl,  həm  də  zəngin  hissiyyat,  zəhmətkeş  insanın 
səadəti üçün döyünən nəcib bir ürək vardır. Əsərdəki şeiriyyət 
də bu iki xüsusiyyətin birləşməsindən doğurdu».  
Hüseyn  Cavidin  lirikasında  heç  şübhəsiz,  onun  bir 
moralist  və  mütəfəkkir  kimi  çıxış  etdiyi  330  misradan  ibarət 
«Bir  xatirə»  yaxud  «Sən  nəsən?  Kimsən?»  deyən  ariflərə!» 
şeiri mühüm yer tutur.  Bu şeirdə şair, tədqiqatçının doğru qeyd 
etdiyi  kimi,  öz  tərcümeyi-halını  deyil,  öz  görüşləri,  müxtəlif 
dinlər,  dini  təriqətlər,  tanış  olduğu  siyasi-fəlsəfi  sistemlər, 
müasir  cəmiyyət,  insan,  bəşərin  çağdaş  durumu  və  gələcəyi 
barədə  fikir  və  düşüncələrini  oxucularla  bölüşür.  Şeir  bu 
misralarla başlayırdı: 
 
                 Arqadaşlar! Sormayın, hiç sormayın! 
                 Sızlayan bir qəlbə atəş vurmayın! 
                         Sormayın, ariflər! Ey fərzanələr! 
                         Anlamaz dərd əhlini biganələr. 

 

                 Sormayın əsla, kimim bən? Ya nəyim? 
                 Şimdi bən bir qayğısız divanəyim. 
                         İştə gönlüm bir yıqıq viranədir, 
                         Hər nə söylərsəm bütün əfsanədir. 
                 «Bən nəyim?» Kəndim də bilməm, vaz keçin
                 «Sən nəsin?». Boş bir sual insan için. 
                         …Göz-qulaq -görmək, eşitmək aləti, 
                         Çoq zaman aldatmış insaniyyəti. 
                 Hər nə göstərsəm, nə söylərsəm sizə, 
                 E`tibar etməzsiniz heç bir sözə. 
                         …Çünki anlaşmaq deyildir pək qolay, 
                         Laylalaylay, laylilaylay, laylalay!. 
 
«Şeirdə  barışmaz,  narahat  və  narazı  bir  ruh,  kəskin  bir 
inkarçılıq  ruhu  var  idi»-M.Cəfər  bunu  doğru  sezmişdi  və 
Cavidin  həmin  şeirdə  dini  təəssübkeşliyi  qəzəbli  şəkildə 
qamçılayıb  millətləri  sülhə,  qardaşlığa  çağırması  onun 
humanizmindən doğurdu. 
«Hüseyn  Cavid»  monoqrafiyasında  M.Cəfər  öncə  qeyd 
etdiyimiz  kimi  problemlərdən  əsərərə  doğru  deyil,  əsərlərdən 
problemlərə  doğru  gedir.  Bunun  sade  izahı  belədir  ki,  o, 
Cavidin  hər  bir  pyesinə  ayrıca  diqqət  yetirir,  haqqında  söz 
açdığı  pyesin  ideya-məzmun  xüsusiyyətlərini  təhlil  edir, 
başlıca  problemi  müəyyənləşdirir.  M.Cəfər  haqlı  olaraq  yazır 
ki, Cavidin ilk pyesi olan «Ana» gərgin dramatik konfliktlər və 
xarakterlər  yaratmaqda  onun  xüsusi  istedada  malik  olduğu 
meydana çıxdı. M.Cəfər əsərin Azərbaycan ədəbiyyatında heca 
vəzni  ilə  yazılan  ilk  mənzum  dram  olduğunu  nəzərə  çarpdırır, 
lakin  əruz  vəznində  yazdığı  əsərlərə  nisbətən  burada  ustalıq 
göstərə bilməməsini, bir çox tiplərin eyni dildə danışmasını da 
qüsur  sayır.  «Əsərdə  Cavidin  görüşləri,  mənəvi  böhranları  və 
ziddiyyətləri üçün ümumiyyətlə  çox səciyyəvi  olan bir məsələ 
də:  «məhəbbət  yoxsa  nifrət,  həyatdakı  ziddiyyətləri  bunların 

 

hansının vasitəsi ilə aradan qaldırmaq olar?» problemi idi. Şair 
məhəbbətə və mərhəmətə üstünlük verirdi».  
Cavidin  sonrakı  pyesi-«Maral»da  isə  ədibin  həyat 
müşahidələrinin  zənginliyi,  ictimai  konfliktlərin  daha  aydın 
göstərilməsi  diqqəti  cəlb  edir.  Bu  əsərdə  Cavid  romantizmi 
«Ana»  mənzum  dramındakı  sadə  formulədən  tamamilə 
fərqlənir,  «Maral»  təkcə  bir  ailə  dramı  deyil,  cəmiyyət 
həyatının  bir  çox  problemlərini  özündə  əks  etdirən  bir 
əsərdir.Cavid  realist  ədəbiyyatdan  gələn  bir  ənənəni-atalar  və 
oğullar  qütbləşməsini  konfliktin  mahiyyətinə  çökdürmüşdür. 
Mühafizəkar  Turxan  bəy  N.B.Vəzirovun,  Ə.Haqverdiyevin 
əsərlərindən bizə tanış olan «atalar»ı xatırladır. Heç bir yenilik, 
insaniyyət  adına  olan  müsbət  keyfiyyətlər  onu  fikrindən 
döndərə  bilməz:  «Məncə  gözəllik  zövqə  aid  bir  şeydir.  Sərvət 
isə, düşündüyünüz kimi, insanı pək məsud edəməz… Əvət, hər 
şey  para  ilə  əldə  edilir,  illa  fəzilət  və  insaniyyət!  Fəzilət  də 
paradadır,  insaniyyət  də..»  -  bu,  Turxan  bəyin  həyat  amalıdır. 
Ona  qarşı  çıxan  qüvvələr-yeni  nəslin  nümayəndələri  Cəmil 
bəy,  Humay,  Aslan  və  Maraldır.  «Onlar  turxanbəylər 
mühitində  dolaşsalar  da,  əslində,  bu  mühitin  tələbləri,  adət-
ənənələri ilə deyil, başqa bir həyat, gələcək arzusu ilə yaşayan 
romantik gənclərdir».  
M.Cəfər  bu  romantik  gənclərin  şirin  arzuları,  gələcək 
haqqında xoş düşüncələri ilə yaşadıqları mühit arasında böyük 
bir  ziddiyyət  olduğunu  nəzərə  çarpdırır,  onların  görüşlərində, 
dünyabaxışında  da  ziddiyyətlər  yaşayır.  Burada  bir  müqayisə 
üçün 
fürsət 
yaranır:  «Cəmil  özünün  fərdiyyətçiliyi, 
mərdümgirizliyi,  pərişan  xəyalları,  puç  olmuş  şirin  arzuları, 
başqa  həyat  həsrəti  ilə  müəyyən  dərəcədə  Qərbin  romantik 
qəhrəmanlarını  xatırladır.  Lakin  əslində  o,  nə  Çayl  Harold,  nə 
Manfred, nə də Karl Moordur. O, hər şeydən əvvəl, Şərqə, Şərq 
romantizminə,  Azərbaycan  romantizminə  məxsus  bir  tipdir. 
Cəmil  yenicə  oyanmış  Şərqin  özünə  məxsus  keyfiyyətlərə 

 
10 
malik  romantik  gənclərindən  biri  olmaqla  bərabər,  Şərqə  xas 
olan ənənəvi sentimental, romantik əhvali-ruhiyyəyə malikdir». 
«Maral»da Cavidin sonrakı pyesləri üçün səciyyəvi olan 
bir  sıra  ideya-bədii  xüsusiyyətlər  nəzərə  çarpır:  romantik 
qəhrəmanlar  məhəbbəti  intixab  edir,dünyada  məhəbbətin 
hökmranlıq  edəcəyinə  inanır,    onu  ilahiləşdirir,  qan  tökməyi, 
cəlladlığı  insanlığa  yaraşmayan  sifətlər  hesab  edir,  əxlaqi 
təkamül 
ideyasına 
arxalanırlar. 
Cavidin 
romantik 
qəhrəmanlarınının  səciyyəsini  ədəbiyyatımızda  yaranan  realist 
qəhrəmanlarla  müqayisə  edən  M.Cəfərin  qənaəti  belədir  ki, 
realist  qəhrəman  ən  çətin  şəraitdə  belə  əlindən  gələni  edir, 
çalışır, çarpışır, yaradır, romantik qəhrəman isə yalnız əlçatmaz 
gözəl arzularla yaşayır, bərk ayaqda həyatdan uzaqlaşır, sonsuz 
fəzalara doğru üz tutur.. 
 Cavid  «Maral»dan  sonra  «Şeyx  Sənan»,  «Uçurum», 
«Şeyda»,  «İblis»  əsərlərini  qələmə  aldı.  «Hüseyn  Cavid» 
monoqrafiyasında M.Cəfər bu əsərlərin hər birini romantik əsər 
kimi 
səciyyələndirir. 
Bu 
əsərlərin 
tematikası, 
janr 
xüsusiyyətləri,  obrazları    nəzərdən  keçirilir.  Burada  görkəmli 
ədəbiyyatşünasın başqa bir əsərini-«Azərbaycan ədəbiyyatında 
romantizm»  monoqrafiyasını  xatırlatmaq  lazım  gəlir.  Bu  əsər 
1905-1917-ci  illərdə  Azərbaycan  ədəbiyyatında  romantizm 
ədəbi  cərəyanının  keçdiyi  yolu  işıqlandırır,  Azərbaycan 
ədəbiyyatında  romantizmin  kökləri,  tədqiq  olunan  dövrdə 
məxsusi  cəhətləri,  nəzəri  məsələləri,  tematikası,  janr  və  üslub 
xüsusiyyətləri,  obrazlar  qalareyası  barədə  geniş  təsəvvür 
yaradır. Təbii ki, bu monoqrafiyada H.Cavid  yaradıcılığına da 
xüsusi  diqqət  yetirilir.  M.Cəfər  yazır  ki,  Cavid  bütün 
əsərlərində romantik olmuşdur. 
Romantizm  ədəbi  cərəyanının  özünəməxsus  tematikası 
Cavidin  yaradıcılığında  da  bariz  nəzərə  çarpır.»Şeyx  Sənan» 
dini  təəssübkeşliyə  qarşı  yazılan  bir  əsər  kimi  səciyyələnirsə, 
«Şeyda»da milyonerlər Bakısında mətbəə işçilərinin və yoxsul 
ziyalıların, mühərrirlərin faciəli həyatı təsvir olunur. «Uçurum» 

 
11 
isə  romantik  üslubda  yazılmış  ailə  faciəsidir.  «İblis»  isə 
M.Cəfərin fikrincə, müharibə əleyhinə yazılıb, insanlığın tarixi 
faciələrini  əks  etdirir.  Əlbəttə,  Cavidin  əsərlərinin  mövzusunu 
belə sadə bir sxemlə izah etmək bəlkə də çoxdarına qəribə gələ 
bilər.  Ancaq  M.Cəfər  bu  sadə  sxemdə  Cavidin  əsərlərinin 
obrazlar aləmini, janr-üslub xüsusiyyətlərini  açmağa müvəffəq 
olur.    Məsələn,  «İblis»  əsərinin  janrı  barədə  bəzi  mübahisələr 
olmuşdur.  M.Cəfər  həmin  mübahisələrə  son  qoyaraq  qəti 
şəkildə  bildirir  ki:  «…birinci  dünya  müharibəsinin  törətdiyi 
fəlakətlər  də,  onun  mürəkkəb  nəticələri  də  göz  qabağında  idi. 
Bu nəticələrdən ən mühümü bu idi ki, imperialist cəbhəsi xeyli 
zəifləmiş,  Rusiyada  sosialist  inqilabı  qalib  gəlmişdi.  Əgər 
Cavid  realist  olsaydı,  belə  bir  tarixi  hadisə  haqqında  ondan 
tamamilə  başqa  ruhlu  bir  əsər  gözləmək  olardı.  Amma  Cavid 
romantik idi, «İblis» də romantik bir faciə idi».  
Təbii  ki,  adını  çəkdiyimiz  bu  əsərlərin  təhlilində 
müəyyən  mübahisəli  fikirlər  də  diqqəti  cəlb  edir.  Məsələn, 
müəllif  sovet  dövrü  ideologiyasından  irəli  gələn  belə  bir  fikri 
irəli  sürür  ki,  birinci  imperialist  müharibəsi  ərəfəsində    və 
müharibə 
dövründə 
bütün 
əksinqilabçı 
burjua 
nəzəriyyəçilərinin  «islamlaşmaq»  şüarını  ortalığa  atıb,  inadla 
bu  çürük  fikri  müdafiə  etdikləri  bir  şəraitdə  Cavidin  «Şeyx 
Sənan»  kimi  bir  əsəri  qələmə  alması  onun  yaradıcılığında 
müsbət bir hadisə idi. Məlumdur ki, Cavid «Şeyx Sənan»da bir 
dini  yox,  bütün  dinləri  tənqid  edir,  məhəbbət  dinini  intixab 
edir.  Əsərin  təhlili  zamanı  M.Cəfər  özü  də  elə  bu  fikrə  gəlib 
çıxır:  «O  (Şeyx  Sənan-G.B.)  başa  düşür  ki,  dinlər  insanları, 
xalqları  bir-birindən  ayrı  salır,  bəlalar,  fitnələr  doğurur. 
Bununla  belə  Şeyx  Sənan  özü  də  insanları,  xalqları,  millətləri 
bir-birinə  mehriban  edə  biləcək,  bir-birinə  qardaş  edə  biləcək 
başqa  bir  etiqad  axtarır.  Bu  etiqad  dinə  yox,  müəyyən  bir 
fəlsəfəyə əsaslansa da, hər halda yenə etiqaddır. Bu da bir növ 
ilahi  bir  məhəbbət,  ruhani  bir  eşqdir.  Doğrudur,  bu  «ilahi 
məhəbbət»  ideyasının  qarşısında  din,  iman,  məzhəb,  Kəbə, 

 
12 
monastr, incil, tövrat, quran və sair bir heçə, əfsanəyə çevrilir; 
lakin əslində, bu etiqad özü də başqa ruhlu bir əfsanədir».  
«Şeyx 
Sənan» 
və 
«İblis» 
faciələri 
Cavid 
dramaturgiyasına  xas  olan  bir  cəhətiylə  də  seçilir.  Hər  iki 
əsərdə  fikir  və  ideya  nöqteyi-nəzərindən  qüvvətli  təsir 
bağışlayan və bu mənada Baş Qəhrəmanla yanaşı dura biləcək 
obrazlar diqqəti cəlb edir. Baş Qəhrəmanla müqayisədə onların 
fəaliyyət dairəsi, meydanı dar və məhduddur, lakin onların hər 
birinin öz fəlsəfəsi və məntiqi var. «Şeyx Sənan»da Şeyx Kəbir 
və Dərviş, «İblis»də Arif və İblislə yanaşı, Qoca Şeyx və Elxan 
belə 
obrazlardandır. 
Şeyx 
Sənan 
Şeyx 
Kəbirin 
yetirməsdir.M.Cəfərin fikrincə, o panteist bir mürşüddür, islam 
dininin  bir  çox  ehkamlarına,  quranın  bəzi  hökmlərinə, 
rəvayətlərinə  şübhə  ilə  yanaşır  və  Şeyx  Sənanı  da  bu  ruhda 
tərbiyə edir ki: 
 
    Şübhədir hər həqiqətin anası, 
    Şübhədir əhli-hikmətin babası. 
    Şübhə etməkdə haqlıdır insan, 
    Çünki hər kəscə bəllidir: yaradan- 
     Hər zaman, hər tərəfdə nurəfşan, 
     Fərqsiz onca həp zamanü məkan.. 
     Ona məxsus yoxsa bir məva, 
     Ərşə çıxmaqda varmı bir məna? 
 
Şeyx  Kəbirdən sonra Cavid  bütün  dini ehkamlara şübhə 
ilə yanaşan, səhranişin, təriqətçi bir mütəfəkkir surətini-Dərvişi 
səhnəyə  gətirir.  O,öz  fikirlərinə  görə  Şeyx  Kəbirdən  daha 
kəskindir, bütün dinləri mənasız hesab edir, həmişə «ənəlhəqq» 
deyir.  Tamamilə  dinsiz,  etiqadsız  olan  bu  obraz  Şeyx  Sənanın 
fikri  inkişafında  böyük  təbəddülat  yaradır.  Amma  M.Cəfər  
Şeyx  Sənanı  Dərvişdən  ayıran,  fərqləndirən  xüsusiyyətləri  də 
nəzərə  çarpdırır.  O  da  bundan  ibarətdir  ki,  Şeyx  Sənan  sonda 
Dərvişi və onun mövhumi təbliğatını rədd edir. 

 
13 
«Şeyx  Sənan»  haqqında  fikirlərini  ümumiləşdirən 
M.Cəfər  sonda  belə  bir  doğru  qənaətə  gəlir  ki:  «Şeyx  Sənan, 
təbiidir ki, müasir həyatdan alınan bir surət deyildi. Lakin tarixi 
bir  şəxsiyyətin  surəti,  bir  tarixi  faciə  qəhrəmanı  da  deyildi; 
ancaq  müəyyən  ideyaları  əks  etdirən  xəyali,  romantik  bir 
qəhrəman  idi.  Bununla  belə,  Sənanın  simasında  Azərbaycanın 
ictimai  fikir  tarixinə  və  əsərin  yazıldığı  dövrə  aid  olan 
müəyyən  və  məşhur  bir  həqiqət  təcəssüm  etdirilmişdi:  bu 
həqiqət isə bizim ictimai fikrimizdə, ədəbiyyatımızda, xüsusən, 
klassik  şeirimizdə,  Xaqani,  Nizami,  Nəsimi,  Füzuli  və  başqa 
mütəfəkkir  şairlərin  yaradıcılığında  dini  təəssübkeşliyə,  dini 
ehkama, idealizmə zidd olan görüşlərin Cavid sənətinə məxsus 
orijinal bir şəkildə ifadəsi idi».  
«İblis»i  romantik  faciə  adlandıran  M.Cəfər  pyesə  məhz 
romantik  cərəyanın  prinsipləri  nöqteyi-nəzərindən  təhlil 
verir.Tədqiqatçı  əsərin  ideyası  belə  müəyyənləşdirir:  «Burada 
qarşılaşdırılan  qüvvələr  əsasən  şairi  yaradıcılığının  ilk 
dövrlərindən düşündürən iki zidd ideyadan ibarət idi: birincisi: 
 
    Yaşamaq istəyirmisən, çarpış, 
     Hərbə qoş, həp vuruş, ya əz, ya əzil - 
 
deyən müharibə ideyası, ikincisi isə: 
 
      Bir fəzilətsə öldürüb ölmək, 
      Canavar bizdən əşrəf olsa gərək - 
 
deyən qoca Şərqin mücərrəd sülh, məhəbbət ideyasıdır. 
Əsərdə şair tərəfindən yaradılmış somiənişin, qoca Şeyx, 
Arif və qismən də xəyali, fantastik surətlər olan İblis, Mələk və 
başqaları  bu iki zidd ideyanı təmsil edirlər».  
«İblis»  Cavidin  həm  ideya-məzmun,  həm  də  forma, 
kompozisiya baxımından ən mürəkkəb və çoxplanlı əsəridir və 
bu  əsərin  təhlilində  M.Cəfər  əsas  diqqəti  əsərin  ideyası  ilə  bu 

 
14 
ideyanın özünü necə, hansı şəkildə, hansı bədii vasitələrlə ifadə 
etməsinə  yönəldir.  O,  diqqəti  İblisə  yox,  daha  çox  Arif 
obrazına  yönəldir.  Arifin  fikri  inkişafını  sanki  addımbaaddım 
izləyir,  onun  şübhəçiliyində,  müəmmalı  həqiqətləri  dərk  edib 
anlamaq  istəyində  köhnə  Şərq  zehniyyətinin  təsirini  görür. 
M.Cəfər  Ariflə  yanaşı  Elxanın  da,  qoca  Şeyxin  də  bu 
zehniyyəti  daşıdığını,  elm  və  fəlsəfədən  daha  artıq  etiqada 
arxalanan,  varlığın  fövqünə  yüksəlmək  istərkən  yerlərdə 
sürünən,  həyatın  əlində  bir  oyuncağa  çevrilən,  xəyalpərvər, 
qafil  insanlar  olduğunu,  bir  tərəfdən  bütün  dinləri,  fəlsəfələri 
incədən-incəyə  yoxlayan,  saf-çürük  edən,  şübhəçilik  azarına 
tutulan,  digər  tərəfdən  isə  möhkəm  etiqad,  «mistika»  sahibi 
olub mücərrəd xeyirxahlıq hissləri ilə yaşayan və bu səbəbdən 
də fəlakət və məhrumiyyətlərlə üzləşdiyini göstərir. 
«İblis»də  «həyat  mübarizəsi»  məsələsinin  Cavidi  çox 
düşündürdüyünü  də  M.Cəfər  nəzərdən  qaçırmır.  «Həyat 
mübarizəsi» nə demək idi? İnsanlıq əsil səadətə, azadlığa, sülh 
və  əmniyyətə  məhəbbət  ideyası  iləmi  nail  ola  biləcək,  yoxsa 
mübarizə  ilə?  M.Cəfərin  fikrincə,  Cavid  bu  məsələni 
idealistcəsinə  anlamasına  baxmayaraq,  bir  çox  hallarda 
tərəddüd  edərək  axırda  belə  qərara  gəlmişdi  ki:  «haqqını  sən 
mübarizə ilə alarsan» . 
M.Cəfər  Cavid  yaradıcılığının  müəyyən  dövrünü  -1920-
26-cı illəri «Məfkurəvi tərəddüd illəri» kimi səciyyələndirir. Bu 
illərdə  Cavid  «Peyğəmbər»,  «Topal  Teymur»  və  «Afət» 
pyeslərini  yazmışdır.Niyə  Cavid  həmin  illərdə  yeni  həyat 
haqqında  heç  nə  yazmadı?  M.Cəfər  bu  suala  cavab  verərkən 
30-cu  illərin  marksist  tənqidçilərinin  fikirləri  ilə  razılaşır,  əsas 
səbəb  kimi  Cavidin  sosialist  inqilabının  mahiyyətini  başa 
düşməməkdə, proletar inqilabının xilaskar roluna qəti inamının 
olmamasında  axtarır.  Yazır  ki:  «Proletar  inqilabının    sinfi 
mübarizə  yolu  ilə  köhnə  münasibətlərin  xərabələri  üzərində 
yeni cəmiyyət qurması mücərrəd, ümumi məhəbbət fəlsəfəsinə 
aludə  olmuş  romantik  şairə  çatmırdı.  Bu  illərdə  Cavidin 

 
15 
siyasətdən  uzaqlaşması,  «ədəbiyyat,  sənət  başqa,  təbliğat 
başqadır» və  ya  «romantik şairin keçmişdən  yazması təbiidir» 
deyib  bəhanə  gətirməsi,  tarixi  mövzulara,  uzaq  və  yaxın 
keçmişə  əl  atması  da  buradan  irəli  gəlirdi.  Cavid  heç  bir 
əsərində proletar inqilabına zidd cəbhə tutmamışdı; o, inqilaba 
mənfi  münasibət  bəsləmirdi;  eyni  zamanda,  o,  susur,  hələ 
inqilabın xeyrinə bir söz də demirdi».  
Göründüyü  kimi,  M.Cəfər,  bir  qədər  yumşaq  şəkildə, 
Cavidin  1920-26-cı  illərdə  proletar  inqilabının  qələbəsini 
sükutla  qarşılamasını  nöqsan  sayır,  bu  da  sovet  dövrünün 
ideologiyasından  doğan  bir  fikirdir.Əsil  səbəb  heç  də  bunda 
deyil.  Cavidin  «Peyğəmbər»i  və  «Topal  Teymur»u  onun 
çoxdan  düşündüyü  mövzuların  bədii  ifadəsi  idi.  O,bütün 
yaradıcılığı boyu ürəyinə yatmayan mövzuda əsər yazmamış və 
heç  bir  əsərini  də  kiminsə  sifarişilə  qələmə  almamışdı. 
Yaşadığı  cəmiyyətin  onda  doğurduğu  intibalar,  hadisə  və 
olaylar  beynində  həll  olunandan  sonra  qələmə  sarılmışdı. 
«Azər» poemasını yaxud «Knyaz» pyesini  Cavid inqilabın ilk 
illərində  yaza  bilməzdi,  çünki  baş  verən  ictimai-siyasi 
hadisələr,  onların  mahiyyəti  Cavidə  kifayət  qədər  bəlli  idisə, 
sadəcə, bu hadisələrin bədii şüurda həll olunması bir qədər gec 
başa  gəldi.  Ona  görə  də,  M.Cəfərin  «Peyğəmbər»  Cavidin 
kəskin  sinfi  mübarizə  illərində  tamamilə  sarsıldığını, 
dəhşətləndiyini  göstərirdi»  yaxud,  M.Quliyevin  fikrinə  haqq 
qazandıraraq  «Sosialist  inqilabı  ideallarından  isə,  Cavid 
əvvəllərdə  olduğu  kimi,  «Topal  Teymur»u  yazdığı  illərdə  də 
çox uzaq» idi fikirləri əsl həqiqəti ifadə etmir. Ona görə də, biz 
M.Cəfərin  «Peyğəmbər»  və  «Topal  Teymur»  əsərləri  ilə  bağlı 
təhlilləri  üzərində  dayanmağı  vacib  bilmirik.  M.Cəfər  bu 
əsərlərin  təhlilində  bir  sıra  maraqlı  elmi  müşahidələri  istisna 
olunmaqla, iyirminci-otuzuncu illərin marksist tənqidindən irəli 
gedə  bilməmişdir.Amma  qeyd  etməyə  dəyər  ki,  tədqiqatçı 
«Azər»  dastanı,  «Knyaz»,  «Səyavuş»,  «Xəyyam»  və  «İblisin 
intiqamı»  əsərlərinin  təhlilində  yeni  söz  deyə  bilir,  yəni  bu 

 
16 
təhlillər  həmin  əsərlər  haqqında  iyirminci-otuzuncu  illərdə 
söylənilən  fikirlərdən  tamamilə  fərqlidir.  İstər  «Azər» 
poemasının  bədii  forma  etibarilə  klassik  dastanlardan 
fərqləndiyini,  həmin  əsərdə  Cavidin  müasir  həyata,  yeni 
ideyalara  meyl  etdiyini  ,  istər  «Knyaz»da  inqilabi  hərəkatı 
alqışladığını,  istərsə  də  «Səyavuş»  və  «Xəyyam»da    tarixi 
hadisələrə və şəxsiyyətlərə müasirlik mövqeyindən yanaşdığını 
doğru səciyyələndirir. 
«Cavidin dramlarında sənətkarlıq xüsusiyyətləri» fəsli isə 
Cavidşünaslıqda  yeni  bir  mövzudur.  M.Cəfərə  qədər  heç  bir 
tədqiqatçı  Cavid  pyeslərinin  bu  cəhətinə  lazımi  diqqət 
yetirməmişdi.  M.Cəfər  ilk  dəfə  olaraq  Cavid  dramlarını 
xarakterlər  və  ehtiraslar  dramı  kimi  səciyyələndirir.  İlk  dəfə 
olaraq  o,  Cavidin  Azərbaycan  dramaturgiyasında  ailə,  məişət 
dramlarının  müəllifi  kimi  xarakterizə  edir,  bu  dramlarda 
(«Maral»,  «Uçurum»,  «Afət»)  melodramatizm  və  sentimental 
ünsürlər olduğunu sübut edir, onun pyeslərində  fantastik dram 
ünsürlərinin  də  xüsusi  yer  tutduğunu  romantik  dram  janrının 
xüsusiyyəti  kimi  nəzərə  çarpdırır.  Həmçinin  onu  da  qeyd  edir 
ki:  «…fövqəladə,  romantik,  sentimental  xarakterlərlə  yanaşı, 
eyni zamanda realist xüsusiyyətlər daşıyan xarakterlər Cavidin 
əsasən  romantik  üslubda  yazdığı  dramlarına,  bütün  görkəmli 
romantiklərin  əsərlərində  olduğu  kimi,  müəyyən  realist 
xüsusiyyətlər də gətirmişdir». M.Cəfər Cavid dramlarından söz 
açarkən  onların  bir  çoxunun  mürəkkəb  süjetli  olub,  iki  və  ya 
bir  neçə  paralel  xətli  süjet  quruluşuna  malik  olduğunu,  bu 
paralel  xətlərdə  isə  möhkəm  səbəbiyyət  əlaqələri  olduğunu  
nəzərə  çarpdırır.  Məsələn,  «Maral»  faciəsində  Maral-Turxan 
bəy  xətti  ilə  yanaşı,  bir-birini  sevən,  anlayan,  qiymətləndirən 
yeniyetmə  Cəmil  və  Humay  xətti  verilir  və  demək  olar  ki,  bu 
iki xətt-bir-birini tamamlayan paralel  süjet xətləri kimi  inkişaf 
edir.  Yaxud,  «Afət»  faciəsində  Afət-Özdəmir,  Afət-Qaratay, 
Afət-Kaplan,  Altunsaç-Kaplan,  Afət-Qorxmaz,  Ərtoğrul-
Altunsaç,  Ərtoğrul-Alagöz,  Yavuz-Alagöz,  Oqtay-Alagöz, 

 
17 
Qaratay-Altunsaç  kimi  bir  çox  dramatik  xətlər  meydana  çıxır. 
M.Cəfər onu da qeyd edir ki, Cavid dramaturgiyasında diqqəti 
cəlb  edən  sənətkarlıq  xüsusiyyətlərindən  biri  də  budur  ki,  bu 
dramların  çoxunda  dramatik  situasiya,  hadisələrin  təbiətinə 
uyğun  olaraq,  gah  tədrici,  gah  da  əksinə,  müəyyən  nöqtələrdə 
çox gərgin bir şəkildə inkişaf edir. İlk nəzərdə belə görünür ki, 
bu üsul tamaşaçıları həmişə intizarda saxlamağa mane olacaq. 
Lakin  əksinə,  Cavid  faciə  qəhrəmanının  bu  ani,  xoşbəxt 
dəqiqələrini  ümumi  hadisələrlə  elə  üzvi  surətdə  bağlaya  bilir 
ki,  bu  dəqiqələr  tamaşaçıda  daha  gərgin  vəziyyət  və  coşqun 
maraq  oyada  bilir.  Cavidin  səhnə  əsərlərində  dramatik 
gərginliyi,  xüsusən  lirizm  və  emosionallığı  qüvvətləndirən 
cəhətlərə  gəldikdə,  M.Cəfər  surətlərin  mənəvi  çırpıntılarının 
son  dərəcə  şairanə  bir  dillə  verilməsini  sənətkarlıq  məziyyəti 
hesab  edir.  Cavid  dramlarında  mahnılara  da  çox  yer 
verilmişdir,  bunların  bir  çoxu  dramaturqun  müəyyən  fəlsəfi 
fikirləri  ifadə  etmək  məqamında  istifadə  olunur.  Cavidin 
təqdim  etdiyi  obrazların  dili  ilə  bağlı  tədqiqatçının  iradlarını 
müəyyən  mənada  haqlı  saymaq  olar:  «Cavid  dram  sənətinin 
«hər  tip  öz  dilində  danışdırılmalıdır»  kimi  məşhur  prinsipini 
demək  olar  ki,  nəzərə  almamışdır;  o,  xüsusən  tarixi-fəlsəfi 
dramlarında  tipləri  eyni  bir  dildə,  öz  müəllif  dili  ilə 
danışdırmışdır.  Cavid  surətin  yaranmasında  mühüm  şərtlərdən 
olan  dili  deyil,  əhvali-ruhiyyəni,  psixoloji  xüsusiyyətləri  əsas 
götürmüşdür ki, bu da birtərəfliliyə aparıb çıxarmışdır. Bundan 
başqa surətlərin dilində Azərbaycan tamaşaçısı üçün anlaşılmaz 
olan sözlərin tez-tez işlənməsi də Cavidin bəzi əsərlərinin dilini 
ağırlaşdırmışdır».  
M.Cəfər  öncə  qeyd  etdiyimiz  kimi,  sonrakı  illərdə  də 
Cavid  yaradıcılığı  haqqında  tədqiqatlarını  davam  etdirmiş, 
sanki  «Hüseyn  Cavid»  monoqrafiyasında  az  toxuduğu  yaxud 
heç  toxunmadığı  mövzulara  müraciət  etmişdir.  1962-ci  ildə 
yazdığı  və  «Seçilmiş  əsərləri»nin  ikinci  cildinə  daxil  etdiyi 
«Cavid  haqqında  söz»  məqaləsində  o,  Cavid  yaradıcılığına 

 
18 
ümumi  bir  nəzər  yetirir  və  fikirlərini  essevari  bir  şəkildə  belə 
tamamlayır: «Cavid yaşayır. Bəs bu yaşamağın sirri nədədir?  
Qədim  müdrik  rəvayətlərin  birində  deyilir  ki,  üç  şair 
arasında  mübahisə  olur,  biri  deyir:  mən  yaxşı  şairəm,  ikincisi 
deyir: yox, mən yaxşı şairəm, üçüncüsü deyir: əsil şair mənəm. 
Bu  mübahisəni  kəsmək  üçün  onlar  bir  vətəndaşa  müraciət 
edirlər.  Vətəndaş  onlara  belə  bir  sual  verir:-Əvvəlcə  mənə 
deyin görüm, siz nə yazırsınız və nə məqsədlə yazırsınız?  
Şairlərdən biri deyir:-Mən onunla fəxr edirəm ki, həmişə 
xoşa  gələn  şeir  yazmışam,  şeirlərimin  gözəl,  təsirli  olmasına 
fikir vermişəm. 
İkinci şair deyir:-Mən isə onunla fəxr edirəm ki, həmişə 
xalqa həqiqəti demişəm, yalan yazmamışam. 
Üçüncü şair deyir:-Mən də onunla fəxr edirəm ki, həmişə 
məzlumların, əzilənlərin hüququnu müdafiə etmişəm. 
Vətəndaş hər üç sənətkarı dinləyəndən sonra deyir:-Ayrı-
ayrılıqda deyə bilmərəm, üçünüz bir yerdə yaxşı şairsiniz! 
Cavidi  yaşadan,  sevdirən  başlıca  səbəb  budur  ki,  onun 
yaradıcılığında hər zaman olmasa da, əksər hallarda, əsərlərinin 
çoxunda əsil şairə xas olan və tələbkar vətəndaşa xoş gələn bu 
məziyyətlərin üçü də birləşmişdir».  
1982-ci  ildə çap olunan  «Cavidi xatırlarkən..»  məqalələr 
və  xatirələr  toplusunda M.Cəfərin  «H.Cavidin  sənəti  haqqında 
qeydlər»  adlı  böyük  bir  məqaləsi  də  təqdim  edilir.  Əslində, 
bunu  kiçik  bir  monoqrafiya  da  adlandırmaq  olar.  Çünki  bu 
yazıda  qoyulan  problemlər  bir  məqaləlik  deyildir,  müəllif 
burada  H.Cavidin  dil  və  üslub  xüsusiyyətlərindən,  bədii  təsvir 
vasitələrindən, istifadə etdiyi poetik formalardan geniş söz açır, 
həm  də  bu  yazı  «Hüseyn  Cavid»  monoqrafiyasının  beşinci 
fəslindən 
(«Hüseyn 
Cavid 
dramlarında 
sənətkarlıq 
xüsusiyyətləri») tamamilə fərqlidir. 
M.Cəfər  Cavidin  yaradıcılığının  birinci  dövründə 
«ənənəvi iki üslubluluğa» meyl etdiyini göstərir, şair bu illərdə  
(1905-1909)  həm  klassik  qəzəl,  məsnəvi,  həm  də  şifahi  xalq 

 
19 
şeir  dili  və  üslubunda  əsərlər  yazmışdır.  Türkiyədə  olduğu 
illərdə  (1906-1909)  yazdığı  şeirlərinin  çoxunun  dili  çətin  və 
ağırdır. Bu şeirlərin dili və üslubu o zamankı türk ədəbiyyatının 
Ə.Hamid,  Cənab  Şəhabəddin  şeirinin  dili  və  üslubuna  yaxın 
idi. 
Şairin  sonradan,  Vətənə  qayıtdıqdan  sonra  yazdığı 
şeirlərində  dil nisbətən sadələşir, amma türk dilinin təsiri onun 
pyeslərində yenə də davam edir. Məsələn, 1912-ci ildə yazdığı 
«Maral» faciəsində, dil cəhətindən o, Türkiyə  yazıçıları ilə  az 
qala «bəhsə» girirdi. 
M.Cəfər haqlı olaraq qeyd edir ki, Cavidin özünəməxsus 
tam  orijinal  şeir  dili  və  üslub  xüsusiyyətləri  «Şeyx  Sənan» 
faciəsi  ilə  başlayır.  «Bu  faciə  həqiqi  şeir,  poeziya  dilində,  son 
dərəcə  zəngin,  emosional  dildə  yazılmış  bir  əsər  idi.  Burada 
cümlə 
quruluşlarında  sərrastlıq,  cümlələrin  bir-birinə 
münasibətlərindəki  möhkəm  məntiqi  əlaqə,  axıcılıq,  sözə 
qənaət, yığcamlıq, üslubdakı qüvvət, kəskinlik xüsusilə diqqəti 
cəlb  edirdi».  Həm  də  Cavid  bu  əsərində  mümkün  qədər  ərəb, 
fars tərkiblərini az işlətməyə çalışmışdır.M.Cəfərin doğru qeyd 
etdiyi  kimi,  «Şeyx  Sənan»ın  dilində  və  üslubunda  Cavid 
klassik  Azərbaycan  şeir  dili  və  üslubi  ənənələrini  əsas 
götürmüşdür.  Lakin  o,  bu  dil,  üslub  ənənələrini  sadəcə  təqlid 
etməmiş, 
mümkün 
qədər 
onu 
zənginləşdirməyə, 
yeniləşdirməyə,  müasirləşdirməyə,  mənzum  dram  dilinə 
uyğunlaşdırmağa  çalışmışdır.  «Uçurum»  faciəsində  isə  «Şeyx 
Sənan»a məxsus olan ifadəlilik, sərrastlıq görünməsə də, əsərin 
çox  hissəsində  şifahi  xalq  şeiri  üslubu  hiss  edilir.  M.Cəfər 
əsərin qəhrəmanlarından biri-Anjelin nitqinə diqqəti yönəldir: 
 
   Mən öncə bir mələkdim. 
   Yüksəklərdə uçardım. 
   Parlaq bir yıldız kimi 
   Ətrafa nur saçardım. 
   Bən şux bir kələbəkdim, 

 
20 
   Daldan-dala qoşardım. 
   Tikansız bir çiçəkdim, 
   Güllüklərdə yaşardım. 
   Hər kəsi mələk sandım, 
   Hər sevgiyə aldandım. 
   Xalqa əyləncə oldum, 
   Ah, bilmədim, aldandım. 
 
«İblis»in  dili  isə  M.Cəfərin  fikrincə,  dəbdəbəli  bir 
üslubdadır.  Bu  da  əsərin  mövzusundan  və  xarakterlərin 
təbiətindən  irəli  gəlir.  «Peyğəmbər»  əsərində  isə  «iki 
üslubluluq»  diqqəti  cəlb  edir,  «Şeyx  Sənan»  və  «İblis»də 
olduğu  kimi,  əsərin  bəzi  pərdələri  təntənəli  klassik  şeir 
üslubunda,  bəziləri  isə  sadə  üslubda  və  heca  vəznində 
yazılmışdır.  «Azər»  poemasında  isə  üslub  sadələşir,  heca 
vəznində yazılmış parçalarla, klassik şeir üslubu eyni dərəcədə  
bədii  və  təsirlidir.  Dil,  üslub  sadəliyinə  doğru  qüvvətli  meyl, 
xüsusilə  çətin  sözlərdən,  ərəb-fars  tərkiblərindən  əl  çəkmək 
«Knyaz» və «Səyavuş» faciələrində daha aydın hiss olunur. 
Nəhayət, 
Cavidin 
əsərlərindəki 
dil 
və 
üslub 
xüsusiyyətləri  ilə  bağlı  belə  bir  cəhəti  də  nəzərə  çarpdırır  ki, 
Cavid  həm  Azərbaycan  əruzu,  həm  də  heca  vəznində 
Azərbaycan  dilində  dram  əsərləri  yaradılmasının  mümkün 
olduğunu  sübut  etdi.  M.Cəfər,  vaxtilə  Cavidin  əsərlərinin 
dilinin  ağırlığından,  osmanlı,  ərəb,  fars  dillərinin  təsirindən 
qopa  bilməyəcəyini  sübut  etməyə  çalışanlara  «Səyavuş» 
pyesindən  doğma  Azərbaycan  hecasında  yazılmış  aşağıdakı 
parçaları misal gətirir: 
 
   Könül, sən söylədikcə 
   Anar əski çağları. 
   Canlandı gözlərimdə 
   Həm Suriyə dağları. 
 

 
21 
   O bir quzu, sən bir quduz canavar, 
   Ah, nə qədər çirkin vəhşi duyğular. 
   Heç yalan deyilmiş anamın sözü, 
   Başqa imiş sarayların iç üzü. 
 
   Ötər keçdiyiniz yerdə bayquşlar, 
   Qəhrəman cildinə girən sərxoşlar. 
   Məzlumlara qarşı duyğusuz qalan 
   Bir insandan daha şərəfli qaplan. 
 
   Göyərçinim qanad çalar, 
   Yüksək buludlarda uçar. 
   Rəqs edərək uçar, uçar, 
   Qayğı bilməz göyərçinim, 
   Enib gəlməz göyərçinim. 
 
   Zaman olur atar məni, 
   Bir gülüşə satar məni. 
   Birdən gözü tutar məni
   Həmən qoşar göyərçinim, 
   Ruhu oxşar göyərçinim. 
 
M.Cəfərin  həmin  məqalədə  Cavidin  əsərlərindəki  bədii 
təsvir vasitələrindən necə sənətkarlıqla istifadə etməsi ilə bağlı 
xeyli 
misallar 
gətirməsi 
və 
bunları  elmi  dəqiqliklə 
mənalandırması  da  cavidşünaslıqda  yenidir.  Deyə  bilərik  ki, 
M.Cəfərdən  sonra  hətta  bu  mövzuya  heç  toxunulmamışdır. 
Bircə  misalla  kifayətlənək:  «Cavidin  şeirində  insan  təbiətə 
bənzədildiyi  kimi,  təbiət  hadisələri  də  insana  bənzədilir.  Ay, 
günəş,  ulduzlar,  bulud,  duman,  qövsi-qüzeh,  otlar,  çiçəklər, 
güllər, ağaclar, yarpaqlar, dəniz, çaylar, nəhrlər, kiçik sular da, 
şeir də insanlar kimi dərin psixoloji hallar keçirir. 
Ay,  günəş  düşüncəyə  dala  bilir,  iztirab  keçirir,  şadlanır, 
kədərlənir,  əsəbiləşir  və  ya  əksinə,  təzə  gəlin  kimi  bəzənir, 

 
22 
seyrə  çıxır,  sevir,  sevilir,  gülür,  əylənir.  Azadlıq,  bəxtiyarlığın 
qədrini  bilir.  Bəzən  də  insanların  ruhuna  gizli-gizli  nə  isə 
söyləyir: 
 
      Bax qızarmış günəşə! 
      Utanıb qaçmaq istəyir…guya, 
      O da qızğın sənin zəlalətinə, 
      O da küskün sənin bu halətinə. 
      Günəş, heyhat…O, qəhrindən 
      Qızarmış qanlı bir sima» 
Hüseyn  Cavidin  şeirin  bütün  janrlarında  (mənzum 
dramlarında,  poemasında,  süjetli  şeirlərində,  siyasi-ictimai  və 
fəlsəfi  parçalarında,  lirikasında,  klassik  şeirin  və  şifahi  xalq 
şeirinin  bütün  əsas  şəkillərindən),  üçlük,  dördlük,  qoşma, 
bayatı,  rübai,  məsnəvi,  beşlik,  müxəmməs,  müsəddəs,  qəzəl, 
tərkibbənd,  müstəzad,  türki,  nəğmə,  şərqi  və  s.  …çox 
müvəffəqiyyətlə istifadə etdiyini də məqalədə genişliklə izləyə 
bilirik. 
Qətiyyətlə  demək  olar  ki,  Cavidşünaslığın  bir  elm  kimi 
formalaşmasında  akademik  Məmməd  Cəfərin  böyük  rolu 
olmuşdur,  onun  «Hüseyn  Cavid»  monoqrafiyası  dahi 
sənətkarın  zəngin  ədəbi  irsinin  geniş  oxucu  kütlələrinə 
tanıdılmasında doğrudan da fövqəladə bir  addım idi. Təbii ki, 
bu  monoqrafiyada  Cavid  sovet  məfkurəsinə  uyğun  olaraq 
«ziddiyyətli»,  «keçmişi  idealizə    edən»,  «proletar  inqilabının 
mahiyyətini  gec  başa  düşən»  və  s.  bu  kimi  məlum  stereotip 
ifadələrlərdən də xilas ola bilmədi, M.Cəfər iyirminci-otuzuncu 
illərdə  Cavid  yaradıcılığı  ilə  bağlı  bəzi  «tənqidi»  fikirləri 
təsdiqlədi,  lakin  ümumilikdə,  bu  monoqrafiya  şairin  bədii 
irsinin  ən  mükəmməl  elmi  təhlili  idi.  Və  bu  monoqrafiya 
sonralar  Cavid  haqqında  yazılan  elmi  məqalələr  və 
monoqrafiyalar üçün istinad nöqtəsinə çevrildi. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin