AZƏrbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ


bət.  Əvət,  bütün  bəĢəriyyəti  xilas  edəcək  yalnız



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/21
tarix01.04.2017
ölçüsü2,8 Kb.
#13191
1   ...   13   14   15   16   17   18   19   20   21

bət.  Əvət,  bütün  bəĢəriyyəti  xilas  edəcək  yalnız 
məhəbbətdir.  Məhəbbətlə  çırpınan  bir  çoban  qəlbi  kin  və 
ədavət  püskürən  bir  sultan  qafasından  daha  Ģərəflidir. 
                                                 
1
 ―Topal Teymur‖, səh. 19-20 

 
209 
Əgər  dünyanın  Ģanlı  çar-  pıĢmaları,  qanlı  vuruĢmaları 
nəticədə  bir  məhəbbət  və  fövqəl-  bəĢər  bir  məhəbbət 
doğurmayacaqsa,  bütün  həyata,  bütün  kainata  nifrətlər 
olsun! 
Bu  mükalimələr  bizə  Cavidin  ―Peyğəmbər‖  əsərində 
Skeletin  dili  ilə  verdiyi  fikirləri  və  həyat  mübarizəsi 
məsələsində  Məhəmmədin  dili  ilə  çıxardığı  son  nəticəni 
xatırladır: 
 
Əhli-vicdanə busə, xainə kin! 
 
Yeri  gəlmişkən  qeyd  edək  ki,  ―Peyğəmbər‖də  olduğu 
kimi,  bu  əsərdə  də  Cavidin  belə  fikirlərə,  xəyallara 
qapılmasının  səbəbi  yenə  kəskin  sinfi  mübarizələr 
dövründə  şairin  dərin  mənəvi  böhran  keçirdiyini,  yenə 
mücərrəd  ümumi  məhəbbət  ideyasının  onda  gücləndiyini 
göstərirdi. 
İkinci  tərəfdən,  bu  faktlar  aydın  göstərir  ki,  Cavid 
yaratdığı  tiplərin  çoxunu  əsasən  öz  ideyalarının, 
fikirlərinin  təbliği  vasitəsinə  çevirir.  İstər  islam 
peyğəmbəri  Məhəmməd,  istər  qanlı  fateh  Topal  Teymur, 
istərsə  də  şair  Kirmani  və  başqaları  olsun,  dramaturq 
asanlıqla onları öz dilində danışmağa məcbur edir. 
Dünya  ədəbiyyatında  Cavidə  qədər,  Məhəmməd  haq- 
qında  olduğu  kimi,  Teymur  haqqında  da  bədii  əsərlər 
yazılmışdır.  Bu  əsərlərdə  də  biz  Teymur  surətinin 
müəyyən  məqsədə  görə  gah  idealizə,  gah  da  əksinə  təh- 
rif  edildiyini  görürük.  Bu  nöqteyi-nəzərdən  ingilis 
dramaturqu,  Şekspirin  sələfi  Kristofor  Marlonun  (1564-
1593)  ―Böyük  Teymurləng‖  adlı  faciəsi  səciyyəvidir. 
Marlo  böyük  şəxsiyyətlər,  böyük  ehtiraslar  faciəsi 
yaratmaq  məqsədilə  Teymurləngə  müraciət  etmiş,  ondakı 
şöhrətpərəstlik,  hakimiyyət  ehtirasını  əsas  götürmüşdür. 
Bu  ehtirasla  da  faciədə  Teymur  yüksəlib,  böyük  fateh, 

 
210 
böyük  şəxsiyyət  səviyyəsinə  qalxır.  Teymurləngi  və 
Teymur  istilasını  yaradan  həqiqi  tarixi  şərait  və 
Teymurun  öz  şəxsiyyəti  Marlonun  da  əsərində  nəzərə 
alınmamış,  tarixi  mövzu  ancaq  məqsədəuyğun,  arzu 
edilən şəkildə işlənmişdir. 
Cavid  də  qismən  bu  yolla  getmişdir.  Lakin  XVI  əsrlə 
XX  əsrin  bədii  təfəkkürü  arasında,  Marlonun  yaşadığı 
tarixi  şəraitlə  Cavidin  yaşadığı  tarixi  şərait  arasında  nə 
qədər  böyük  fərq,  məsafə  vardı!  Cavidin  romantizmi, 
onun  öz  görüşlərini  təbliğ  üçün  tarixi  həqiqət  son  dərəcə 
sərbəst 
münasibət 
bəsləməsi 
ona 
bu 
həqiqəti 
unutdurmuşdu. 
Lakin  bu,  ―Topal  Teymur‖  dramında  Teymurun 
idealizə  edilməsinin  yeganə  səbəbi  deyildi.  Bu  surətin 
idealizə  edilməsində  tənqidə  dözə  bilməyən  bir 
təəssübkeşlik, 
daha 
dəqiq 
deyilsə, 
qövmi 
bir 
təəssübkeşlik hissi də vardı. 
Bu illərdə Caviddə belə bir qənaət vardı ki, avropalılar 
öz  iskəndərlərini,  napoleonlarını  idealizə  edib  göylərə 
qaldırdıqları,  onların  şəninə  abidələr,  heykəllər,  bədii 
əsərlər yaratdıqları halda, nə üçün Şərq xalqları öz böyük 
şəxsiyyətlərini  qiymətləndirməsin,  onlar  haqqında  əsər 
yazmasın,  onlara  abidələr,  heykəllər  qoymasın?  Əgər 
Cavidin  bu  fikri  həqiqətən  bir  vətənpərvərlik  eşqi 
olsaydı,  əgər  onu  babəklər,  cavanşirlər,  səttarxanlar 
düşündürsəydi,  ruhlandırsaydı,  biz  hər  zaman  bu  haqlı 
təəssübkeşliyə  görə  şairi  alqışlaya  bilərdik.  Lakin  Cavid 
―Topal  Teymur‖  əsərində  bu  həqiqətdən  çox-çox 
uzaqlaşmış,  Şərqin  və  öz  vətəninin  həqiqi  qəhrəman 
oğulları  ilə  deyil,  Şərqdə,  o  cümlədən  Azərbaycanda 
faciələr  törədən,  dünya  xalqlarına  böyük  bəla  kəsilən 
teymurlarla,  çingizlərlə  ruhlanmış,  onları  hörmətə  layiq 
qəhrəman  saymışlar.  Buna  görə  də  həqiqətdə  bu  yerli, 
haqlı  bir  təəssübkeşlik  deyil,  məhz  Cavidi  hələ  20-26-cı 

 
211 
illərdə  də  tamamilə  tərk  etməyən,  türkçülük  fikirləri 
qalıqları  ilə  əlaqədar  olan  mənasız  və  zərərli  bir  qövmi 
təəssübkeşlik  idi.  Hətta  bu  qövmi  təəssübkeşlik  o 
dərəcəyə  çatmışdı  ki,  azərbaycanlı  şair  öz  millətini, 
bütün  tarixi  boyu  hər  cür  istilaçılara,  eləcə  də  Teymur 
istilasına  qarşı  sinə  gərən  azərbaycanlıları  surətlərinin 
dili  ilə  ―yabançılara  kölgə‖  olan,  ―xarici  təsirlərə  tez 
qapılan‖,  ―əsarət  və  köləliyə  asanlıqla  boyun  əyən‖  bir 
xalq adlandırmışdır. İkinci pərdədə Teymur, şair Kirmani 
və  Divanbəyi  arasında  gedən  mükalimə  bunu  təsdiq  edə 
bilər: 
 
D  i  v  a  n  b  ə  y  i  –  Yenə  üsyan.  Yenə  azərbaycanlılar 
oğlunuz Miranşaha qarşı üsyan etmişlər. 
T e y m u r – Səbəb?.. 
D  i  v  a  n  b  ə  y  i  –  Səbəb  Miranşahın  kevşəkliyi, 
iradəsizliyi. 
T  e  y  m  u  r  (qızğın)  –  Ah,  Miranşah!  Miranşah!  Əvət, 
onda  azacıq  tədbir  və  siyasət  bulunsaydı,  kimsə  izindən 
çıxmazdı.  Orasını  idarə  edəcək  sağlam  və  düşüncəli  bir  baş 
lazımdır. Heyhat ki, Miranşah kimi şaşqınlar o düşüncədən pək 
uzaqdırlar. 
Ş a i r — Azərbaycan eşsiz bir cənnət bucağı, tükənməz bir 
sərvət  ocağıdır.  Lakin  əfsus...  minlərcə  əfsus  ki,  Miranşahlar 
oyuncağıdır. 
D i v a n b ə y i   —  Məncə  azərbaycanlılar  yabançılara  tabe 
olmaqdan pək zövq alır və xarici təsirə daha çox qapılırlar
1

 
1925-26-cı  illərdə,  sosialist  inqilabının  sayəsində 
Azərbaycan 
xalqının 
burjua-mülkədar 
zülmündən 
həmişəlik  azad  olduğu  və  böyük  ruh  yüksəkliyi  ilə  yeni 
cəmiyyət  quruculuğu  işlərinə  başladığı  bir  dövrdə 
Cavidin  Topal  Teymurdan  yazması  açıqdan-açığa  onun 
                                                 
1
 ―Topal Teymur‖, səh. 35. 

 
212 
müasir 
həyatdan 
uzaqlaşdığını, 
yeni 
cəmiyyətin 
əməllərini başa düşmədiyini göstərirdi. 
Bu  səbəblərə  görə  ―Topal  Teymur‖  oxucular  tərə- 
findən  ciddi  etirazla  qarşılandı.  Şairin  yaradıcılığı  ilə 
ciddi  məşğul  olan  Mustafa  Quliyev  ―Topal  Teymur‖ 
haqqında ayrıca və çox kəskin bir məqalə ilə çıxış etməli 
oldu
1
.  O,  Cavidin  ―Topal  Teymur‖da  inqilabdan  və 
müasir  həyat  məsələlərinin  həllindən  üz  çevirdiyini, 
―bütün  dünyanı  alt-üst  etmiş  olan  inqilab  dövrü  hazırkı 
sənət  əsərlərinin  hər  birinə  öz  qəti  tələbini  təqdim  etdiyi 
bir 
zamanda‖ 
Cavidin 
―zəmanənin 
ən 
canlı 
məsələlərindən... yaxasını kənara çəkdiyini‖, ―sənət sənət 
üçündür‖  nəzəriyyəsinə,  estetizmə  qapıldığını  göstərirdi. 
Tənqidçi  haqlı  olaraq  yazırdı  ki,  ―Topal  Teymur‖dan 
əvvəl yazılmış ―Şeyda‖ faciəsində ―inqilabın tərəfinə baş 
əyən‖  Cavidin  ―inqilabın  6-cı  ilində,  ən  çətin  və  ən  ağır 
yapıcılıq işi dövründə təmiz bir estetizmə qapılması‖ çox 
təəccüblüdür.  Tənqidçi  xüsusi  olaraq,  qeyd  edirdi  ki, 
―Topal  Teymur‖da  qapqara  bir  bədbinlik,  xalq  kütlələ- 
rinin  qüvvəsinə,  onların  inqilabi  əməl  və  arzularına 
inanmamaq,  ümidsizlik,  millətlərə  hakim  və  məsəllət
 
olanlar qarşısında acizlik görünür‖. 
Mustafa  Quliyev  ―Topal  Teymur‖  haqqındakı  tənqidi 
mülahizələrində  tamamilə  haqlı  idi.  Lakin  tənqidçi  bir 
məsələni  nəzərdən  qaçırmışdı  ki,  ―Topal  Teymur‖dan 
əvvəl  yazılmış  ―Şeyda‖  faciəsində  Cavidin  rəğbət 
bəslədiyi,  ―qarşısında  baş  əydiyi‖  burjua-demokratik 
inqilab  idi.  Sosialist  inqilabı  ideallarından  isə,  Cavid 
əvvəllərdə olduğu kimi, ―Topal Teymur‖u yazdığı illərdə 
də  çox  uzaq  idi.  Belə  bir  əsərin  meydana  çıxmasının, 
möhtəşəm  yeni  quruculuq  dövründə  şairin  estetizmə 
qapılmasının da səbəbi bu idi. 
                                                 
1
  M u s t a f a   Q u l i y e v .  ―Cavidin Topal Teymuru haqqında‖, ―Maarif və 
mədəniyyət‖ məcmuəsi 1926, № 11. 

 
213 
Diqqəti  cəlb  edən  bir  cəhət  də  odur  ki,  Mustafa 
Quliyev  Cavidin  səhv  addımlarını  ciddi  tənqid  etməklə 
bərabər, Caviddən tamam əl üzmür, şairin qarşısında yeni 
vəzifələr  qoyur,  onu  müasir  Azərbaycan  həyatının  böyük 
məsələləri ilə məşğul olmağa, öz qüdrətli qələmi ilə  yeni 
cəmiyyət quruculuğuna, ictimai mənafeyə xidmət etməyə 
çağırırdı:  ―Cavid ancaq müasir  həyatın böyük  yaradıcılıq 
işləri,  möhtəşəm  vəzifələri  məsələləri  ilə  bərabər 
yürüməklə,  proletariata  yaxınlaşmaqla  öz  yaradıcılıq 
yolunu  düzgün  müəyyənləşdirə  bilər...  Belə  olsaydı, 
Hüseyn  Cavidin  hünəri  ictimai  mənafeyə  xidmət  edə 
bilərdi‖. 
Cavidin  1926-cı  ildən  sonrakı  əsərləri  aydın  göstərdi 
ki, ciddi, tələbkar marksist tənqidinin onun yaradıcılığına 
çox müsbət təsiri olmuşdur. 
* * * 
Beləliklə,  Azərbaycanda  Sovet  hakimiyyəti  qurul- 
duqdan sonra bir neçə il, 1920-1925-ci illərdə Cavid yeni 
həyatdan  heç  nə  yaza  bilmədi.  Bu  illər  şairin  ölkədə  və 
beynəlxalq  həyatda  baş  verən  böyük  tarixi-ictimai 
hadisələrə qarşı çox laqeyd olduğu bir dövr idi. 
Cavid  əslində  sakitlik  sevməyən,  coşqun  ilhamlı  və 
ötkəm  bir  şair  idi.  İctimai  həyat  hadisələrinə  laqeyd 
qalan,  bir  təhər  başını  girləməyə  çalışan  seyrçi  şair 
deyildi. 
Əvvəldən 
onun 
özünəməxsus 
ideyaları, 
məfkurəsi vardı ki,  əsərlərində  inadla təbliğ edirdi. Odur 
ki,  belə  bir  şairin  bir  müddət,  zamananın  böyük, 
cahanşümul 
hadisələrinə 
dözülməz 
bir 
laqeydlik 
göstərməsi,  çox  vaxt  canlı  həyat  üçün,  kütlələrin  yenilik 
uğrunda  mübarizəsi  üçün  əhəmiyyəti  olmayan  mövzular, 
əsərlər  üzərində  işləməsi  onun  ciddi  nöqsanı  idi.  Bunun 
səbəbi o idi ki, yuxarıda dediyimiz kimi, Cavid bu illərdə 
açıqdan-açığa  tərəddüd  dövrü  keçirirdi.  Şair  dünyanı 
sarsıdan  və  dünya  ictimai  fikrinə  yeni,  böyük  ideyalar 

 
214 
aşılayan  sosialist  inqilabının  əsas  məqsədini  dərk 
etməkdə  çox  çətinlik  çəkirdi.  Şair  bu  illərdə  sadəcə 
özünü  təkrar  edir  və  bir  çox  hallarda  özünün  əvvəlki 
mütərəqqi fikirlərindən də uzaqlaşırdı. 
Bədii  yaradıcılıq  tarixi  göstərmişdir  ki,  sənətkarın 
özünü  təkrar  etməsi,  məfkurəcə  irəliləyə  bilməməsi, 
əksəriyyətlə  yeni  şəraiti,  hadisələri  aydın  dərk  edə 
bilməməsindən  irəli  gəlir.  Cavid  də  20-26-cı  illərdə 
özünü  bu  mənada  təkrar  edirdi;  hətta  müəyyən 
şeirlərində,  xüsusən  tarixə  olan  baxışlarında  şairin 
gerilədiyi  də  aydın  hiss  olunurdu.  Məsələn.  1912-ci  ildə 
yazılmış  ―Maral‖  dramında  belə  bir  səhnə  vardı:  şairin 
müsbət  planda  verdiyi  el  aşığı  Sultan  qonaqlıqda  çalıb 
oxuyur,  müstəbid  cahangirləri,  eləcə  də  Teymur  və 
Çingiz xanı ―qaniçən‖ adlandırır: 
 
Nə buldular isgəndərlər, çingizlər? 
Qanlar töküb, camlar yaxıb getdilər. 
Cahanı titrədib alt-üst etdilər. 
Qanlı bir iz buraxdılar, getdilər. 
 
Aşıq  Sultan  bu  sözləri  oxuyarkən  dayaz  düşüncəli 
topçu  zabiti  Çingiz  bəy  qəzəblənib  aşığı  məclisdən 
qovur.  Ondan  bu  kobud  münasibətin  səbəbini  soruşduq- 
da  belə  cavab  verir:  ―Əcnəbilər  ―böyük  İsgəndər,  böyük 
Napoleon‖  deyə  öz  qəhrəmanlarına  abidələr  yapdırır. 
heykəllər  tikdirirlər.  Fəqət  bizlər?..  Bizlər  isə  Çingiz 
kimi  cahangirləri,  Teymur  kimi  qəhrəmanları  ―xunxar, 
canavar‖ — deyə ləkələmək istəyiriz‖. 
―Maral‖da  Çingiz  bəy  əsasən  mənfi  planda,  müharibə 
tərəfdarı,  bir  hərbçi  zabit  kimi  verilmişdir.  14  il  ondan 
sonra  yazılmış  ―Topal  Teymur‖da  isə  Cavid  Çingiz  və 
Teymura 
münasibətində 
özü 
bu 
hərbçi 
zabitin 
səviyyəsinə enmiş, ―hər səciyyə və şəxsiyyət birər qanun 

 
215 
deməkdir.  Allah  bir  olduğu  kimi,  padşah  da  bir  olma- 
lıdır‖  deyən  Topal  Teymuru  rəiyyətin  halına  yanan, 
ədalətli  bir  xaqan  kimi  göstərməyə  çalışmışdı.  Bu, 
əlbəttə, şairin görüşlərində gözlənilməyən bir irtica idi. 
Yaxud  1917-ci  ildə  yazılmış  ―Uçurum‖  faciəsində 
yenə  müqayisə  üçün  mənalı  olan  belə  bir  səhnə  vardı: 
ağıllı,  savadlı  və  tərbiyəli  gənc  tələbə  İldırım  yeni  əsrin 
rəsm  sənətindən  söhbət  salıb,  rəssam  Cəlalın  öz  sənətini 
təkmilləşdirmək  üçün  Avropaya  səyahətə  hazırlaşdığını 
söyləyir.  İldırımın  ―İsa  ruhlu  qələndər‖  adlandırdığı 
xəyalpərvər,  insandan  qaçan,  mütərəddid,  bədbin  Əkrəm 
isə,  ona  hicaz  ölkəsinə  səfər  etməyi  Məhəmmədi  Hirra 
dağında təsvir etməyi məsləhət görürdü. 
Düzdür,  Əkrəm  ―Uçurum‖  müəllifinin  ideal  qəhrə- 
manı  deyildi.  Şair  bu  surəti  də  ―İblis‖dəki  Arif, 
―Maral‖dakı  Cəmil  bəy  surətləri  kimi,  Şərqin  mütə- 
rəddid,  başını  itirmiş  gənclərindən  biri  kimi  yaratmışdı. 
Lakin  təəccüblü  burasıdır  ki,  1922-ci  ildə  yazdığı 
―Peyğəmbər‖  dramında  da  Cavid  eynilə  on  il  əvvəl 
―Uçurum‖da  yaratdığı  ―İsa  ruhlu  Əkrəm‖  səviyyəsinə  və 
zövqünə  enirdi.  Həqiqətən  ―Peyğəmbər‖in  ilk  səhnəsi 
Əkrəmin  təsvir  etdiyi  eyni  mənzərəni,  vəziyyəti  əks 
etdirirdi.  ―Peyğəmbər‖də  açıqdan-açığa  islam  dinini 
modernizə  etmək  meyli  görünürdü.  Əlbəttə,  on  il  əvvəl 
―dinin  fitnələr,  bəlalar  doğurduğundan‖  bəhs  edən  bir 
şairin, ―Əvət quran, zəbur, incil və tövrat—birər röya ki, 
zor  təfsiri,  heyhat!‖  kimi  misraların  müəllifi  olan  bir 
şairin  birdən-birə  dini  kitablarda  ―məhəbbətdir  ən  böyük 
din‖  ideyasını  axtarması  çox  təəccüblü  idi.  Buna  görədir 
ki,  sovet  ədəbi  mühiti  tamamilə  haqlı  olaraq  Cavidin  bu 
əsərlərini  onun  yaradıcılığında  bir  geriləmə  kimi 
qiymətləndirmişdi. 
Cavidin  yeni  inqilabi  ideyaları  mənimsəməkdə  ge- 
cikməsi 
onun 
görüşlərindəki 
kəskin  ziddiyyətlərlə 

 
216 
əlaqədar  idi.  Çox  mürəkkəb  tellərlə,  yuxarıda  dediyimiz 
kimi,  ―dünyanı  ideyalar  idarə  edir‖  anlayışına  bağlı  olan 
bir  sənətkar  üçün  birdən-birə  yeni,  əzəmətli  tarixi 
hadisənin,  proletar  diktaturasının  mənasını  dərk  etmək 
asan  deyildi.  Bu  elə  bir  dövr  idi  ki,  hər  yazıçı  yeni 
varlığa,  yeni  ideyalara  öz  xüsusi  yolu  ilə  yaxınlaşırdı. 
Məsələn,  böyük  demokrat  Cəlil  Məmmədquluzadənin 
tutduğu  yol  tamamilə  başqa  idi.  O,  əvvəldən  də  proletar 
inqilabı  ideyalarına  dərin  rəğbət  bəsləyən  bir  yazıçı  idi. 
Yeni  şəraitdə  onun  üçün  inqilabi  demokratik  ideyalardan 
proletar  inqilabı  ideyalarına  keçmək  kimi  nisbətən  qısa 
bir  yol  qalırdı  ki,  yazıçı  bu  yolu  həqiqətən  qısa  bir 
müddətdə,  asanlıqla  keçə  bildi  və  ―Şura  hökumətini‖ 
şüurlu  surətdə  alqışladı.  Süleyman  Sani  Axundov  da 
inqilaba  çox  tez  yaxınlaşmışdı.  Şübhəsiz,  bu  yol  inqilab- 
dan  əvvəl  müxtəlif  görüşlərə  malik  olan  yazıçılar  üçün 
ümumi sayıla bilməzdi. 
Cavidin  yaradıcılıq  yolu  isə  tamamilə  başqa  idi. 
İnqilabdan  əvvəl  Cavid,  ―Şeyda‖  və  başqa  əsərlərində 
olduğu  kimi,  inqilabçılara,  ―füqərayi-kasibəyə‖  rəğbət 
bəsləsə  də,  nəinki  proletar  inqilabının,  hətta  burjua-
demokratik  inqilabının  belə  əsil  yolu,  son  məqsədi  və 
nəticələri onun üçün qaranlıq, dumanlı idi; onda daha çox 
ümumi məhəbbət ideyası hakim idi. O  hər  hansı  inqilabi 
hərəkatın  da  ancaq,  ümumi  məhəbbət  ideyasının 
möhkəmlənməsi,  bütün  bəşər  nəsli  arasında  siniflərdən 
asılı  olmayaraq  fövqəlbəşər  bir  məhəbbətin  bərqərar 
olması  sayəsində  gözəl  bir  nəticə  verəcəyini  güman 
edirdi.  Barışmaz  sinfi  mübarizə  yolu  Cavidin  heç 
xəyalına da gəlmirdi. Təbii ki, belə bir görüşə malik olan 
sənətkarda  kəskin  siniflər  mübarizəsi  şəraitində  çox 
mürəkkəb  ziddiyyətlər,  tərəddüdlər  əmələ  gəlməyə 
bilməzdi. 
Lakin  bütün  bu  ziddiyyətləri,  tərəddüdləri  ilə  bərabər, 

 
217 
Caviddə bütün ideyalı sənətkarlara məxsus olan bir üstün 
cəhət  var  idi:  o,  səmimi  bir  yazıçı  idi;  ancaq  inandığı, 
qəlbi,  fikri  ilə  möhkəm  bağlı  olduğu  ideyaları  təbliğ 
edirdi. Doğrudur, yeni şəraitdə bu səmimiyyət bir müddət 
onun  yaradıcılığına  zərər  vermişdi.  Çünki  şair  özünün 
köhnəlmiş  fikirlərində  də  ―səmimi‖  görünürdü.  Bu  onun 
yaradıcılığında uğursuz bir səmimiyyət idi. Bununla belə 
Cavid  onu  əhatə  edən  yeni  mühiti,  yeni  şəraiti,  sürətlə 
dünyaya  yayılan  yeni  ideyaları  da  səmimi  surətdə 
anlamağa,  dərk  etməyə  çalışırdı.  Bu  qavrama,  bu  idrak 
prosesi  çox mürəkkəb  və  çətin  yolla  gedirdi,  həm  də hiss 
edilməyəcək  dərəcədə  ağır  gedirdi;  amma  Azərbaycan 
ədəbi    ictimaiyyəti  şübhə  etmirdi  ki,  Cavid  əsil  həqiqəti 
qapacaqdır,  inqilabi  varlığa  gəlib  çıxacaqdır.  Şairin 
səmimiyyəti  və  varlığın  ona  təsiri  labüd  olaraq  öz  yeni, 
gözəl  nəticələrini  verməli  idi.  Elə  də  oldu.  Çox  çəkmədi 
ki,  Cavid  yeni,  azad  Azərbaycanın  tarixi  inkişafındakı 
yeni  mərhələnin  cahanşümul  mənasını,  xalqa  yeni  həyat 
bəxş  edən  inqilabın  böyük  şeiriyyətini  dərk  etməyə 
başladı. 
 

 
218 
DÖRDÜNCÜ FƏSİL 
 
CAVĠD YARADICILIĞININ YENĠ DÖVRÜ 
 
1. ―AZƏR‖ DASTANI. 
 
1926-cı ilin  axırlarında çap olunmağa başlayan  ―Azər‖ 
əsəri  Cavidin  yaradıcılığında  və  görüşlərində  bir  dönüş 
əmələ  gəldiyini  göstərdi.  ―Azər‖  janr  etibarı  ilə  Cavidin 
bütün  əsərlərindən  fərqlənən  mənzum  bir  dastan  idi.  Şair 
bu  əsəri  1926-1936-cı  illər  arasında,  10  il  müddətində 
yazmış  və  hələ  tamamlanmamış  olan  bu  dastanın  hər  il 
bir və ya bir neçə hissəsini nəşr etdirmişdir. Dastanın çap 
olunmamış hissələri də olmuşdur. Hələlik bizə onun 2000 
misradan  ibarət  olan  aşağıdakı  parçaları  məlumdur:  ―Nil 
yavrusu‖,  ―Səlmanın  səsi‖,  ―Tısbağanın  zövqü‖,  ―Kömür 
mədənində‖,  ―Yurdsuz  çocuqlar‖,  ―Dəniz  kənarında‖, 
―Üsyan‖, 
―Məzarlıqdan 
keçərkən‖, 
―Bayramdı‖, 
―Yaşamaq  və  yaşatmaq‖,  ―Rəssamın  qızı‖,  ―Əsgərlər 
təlim  edərkən‖,  ―Vəhşi  qadın‖,  ―İnqilab  xırsızı‖,  ―Şərqə 
doğru‖,  ―Məsciddə‖,  ―Lalə‖,  ―Qərbə  siyahət‖,  ―Köydə‖, 
―Kor  Neyzən‖,  ―Mədəni  inqilab‖,  ―Azər  düşünürkən‖, 
―Könlüm‖,  ―Düşündüm  ki‖,  ―Gəlin  köçərkən‖,  ―Azad 
əsirlər‖, ―Mühacirlər yuvası‖ və sair. 
―Azər‖  bədii  forma  etibarı  ilə  klassik  dastanlardan 
fərqlənir.  Burada  müəyyən  süjet  ətrafında  bir  hadisədən 
deyil,  bir  çox  hadisələrdən,  tiplərdən  bəhs  olunur. 
Dastanın  hər  bir  parçası  başqalarından  tamamilə 
fərqlənən  xüsusi  həyat  hadisələrini,  insanları  əhatə  edir. 
Bu  bir  növ  yeni  dastan,  yeni  epik  poema  forması  idi. 
Caviddən  qabaq  Qərb  və  rus  ədəbiyyatında  bu  formada 
və  ya  buna  yaxın  şəkildə  əsər  yazan  sənətkarlar  az 
olmamışdır.  Şərq  ədəbiyyatında  isə  bu  forma  yenicə 
yaranırdı. ―Azər‖i bir  çox cəhətdən, xüsusən bədii  forma 

 
219 
etibarı  ilə  Cavidin  müasiri  olan  məşhur  fars  romantik 
şairi  Mirzadə  Eşqinin  ―Eşqinin  idealı‖  və  ―Qara  kəfən‖ 
dastanları ilə müqayisə etmək olar. Məsələn ―Qara kəfən‖ 
dastanında bir neçə müxtəlif hadisə təsvir edilir və dastan 
―Keçmiş  tarixdən  bir  pərdə‖,  ―Həyat  düşüncələri‖, 
―Xərabə  qalada‖,  ―Daxmadan  kəndə  qayıdarkən‖,  ―Eşqi 
sual  edir‖  və  sair  hissələrə  bölünür.  ―Azər‖lə  ―Qara 
kəfən‖  arasında  bədii  forma  cəhətindən  əsas  fərq  ondan 
ibarətdir  ki,  Eşqinin  əsərində  təsvir  olunan  bütün  hadi- 
sələrdə  iştirak  edən  və  bu  hadisələrə  münasibətinn 
bildirən  şair  özü  idi.  ―Azər‖də  isə  təsvir  olunan 
hadisələrdə  iştirak  edən  və  onlara  öz  fəal  münasibətini 
göstərən şair özü deyil, onun yaratdığı Azər surəti idi. 
Dastanın  baş  qəhrəmanı  azərbaycanlı  Azərdir.  O  özü 
haqqında danışarkən deyir: 
 
Mən yetiĢdim atəĢ və su 
ÖpüĢdüyü bir ölkədən. 
 
Bu,  qədim  atəşgədələrə  və  Xəzər  dənizinə  işarə  idi. 
Şair  öz  qəhrəmanını  oxucusuna  təqdim  edirkən  onun  adı 
ilə  əlaqədar  olaraq  bizə  Zərdüştün  həyatına  aid  bəzi 
yarıməfsanəvi  rəvayətləri  xatırladır:  Zərdüşt  kimi,  Azər 
də  ―atəşgədələr,  fırtınalar  yavrusudur‖,  odlar  ölkəsinin 
oğludur.  O  da  ―Avesta‖  müəllifi  kimi,  hələ  uşaqkən  şeir, 
hikmət  aşiqi  olmuş,  bəşərin  taleyini  düşünə-düşünə 
böyümüşdür.  Sonra  otuz  il  tənhalığa  çəkilmiş,  təbiətlə 
sirdaş  olmuşdur.  Təbiət  ona  ―azad  ol,  hürr  yaşa‖  dərsini 
öyrətmişdir.  İndi  artıq  Azər  yalnızlığa  üsyan  etmiş, 
tənhalığı  atıb,  ―ayla  bərabər  siyahətə‖  çıxmışdır.  İndi 
insanlara  qovuşmaq  onun  ən  böyük  arzusudur.  İndi  o: 
―Bulud  olub  dəniz  kimi  axmaq,  günəş  olub  qaranlığı 
yaxmaq‖ istəyir. 
Sonra  şair  bizə  Azərin  yeni  siyahətindən  danışır.  Azər 

 
220 
aydın  bir  gecədə  doğma  vətənini  gəzib  dolaşır,  qədim 
atəşgədələrin  xərabələrini  seyr  edir,  nəhayət,  Xəzər 
sahillərinə  yaxınlaşır.  Səhərə  az  qalmışdır.  Dan  yerinin 
sökülməsi  əsrlərdən  bəri  qaranlıqda  qalan  odlar 
ölkəsinin,  doğma  yurdun  yeni  azad  səhərindən  Azərə 
xəbər verir. Şair qızaran üfüqlərə baxıb düşünür: 
 
ĠĢtə üstün gəliyor zülmətə nur: 
Bəlli, bəs bəlli — səhər yaxlaĢıyor. 
Sönüyor can çəkiĢən yıldızlar, 
Azər açmıĢ da qanad, sanki uçar. 
O, günəĢdən daha əvvəl oyanan, 
Canlanan Ģəhrə yanaĢmıĢ əlan.
1
 
(―Azər düĢünürkən‖.) 
 
Azadlıq  günəşinin  parladığını  görən  qoca  Azər  özünü 
günəşdən  daha  əvvəl  oyanan,  yeni Azərbaycanın  paytaxtı 
Bakıya— ―Altun şəhərə‖ çatdırır. Bundan sonra biz Azəri 
müasir  Sovet  Azərbaycanında,  ruh  yüksəkliyi  ilə  yeni 
həyat,  yeni  cəmiyyət  quran  azad  insanların  arasında 
görürük.  O,  Azərbaycanın  daha  böyük  gələcəyi  uğrunda 
gərgin  mübarizələrlə  dolu  olan  yeni  həyatı  ürəkdən 
alqışlayır,  öz  xeyirxah  fikirləri  və  məsləhətləri  ilə  gənc 
vətəndaşlarına kömək etməyə çalışır. 
Budur,  ölkənin  hər  yerində  mədəni  inqilab  uğrunda 
mübarizə  gedir.  Dalğalı  bir  dənizə  oxşayan  gənc  nəsil 
dildə zəfər nəğməsi yeni həyat qurur. Gənclik: 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin