―İblis‖ faciəsində Cavidin toxunmaq istədiyi həqiqətlərdən
biri, oxucu və tamaşaçılarına çatdırmaq istədiyi əsas fikirlərdən
biri Şərqə məxsus bu zülmə müqavimət göstərməmək,
mərhəmət, vicdan, fəlsəfəsinin yeni şəraitdəki gücsüzlüyünü,
vecsizliyini sübuta yetirmək olmuşdur. İblisin dili ilə deyilmiş
aşağıdakı mənalı, istehzalı sözlər şairin bu etiraz və üsyanlarını
çox aydın əks etdirirdi:
Dərdə bax, millətə bax, qeyrətə bax!
Ölülərdən ölülər feyz alacaq.
2
Yuxarıda biz gördük ki, bu məsələ Cavidi, demək olar ki, ilk
şeirlərindən düşündürməyə başlamışdı. Burada, ―İblis‖də isə
şair həmin məsələnin daha ətraflı, bədii həllini vermək
istəmişdi. 1925-1937-ci illər arasında yazılmış bir sıra başqa
əsərləri göstərir ki, bu problem şairi sonralar da ciddi məşğul
etmişdir.
―İblis‖də Cavidin oxucuya çatdırmaq istədiyi ikinci əsas
fikir isə müharibə tərəfdarlarının mənfur simasını göstərmək
olmuşdur. ―İblis‖də müharibə fitnəkarları kimlərdir? Bu
fitnəkarlarıi bir qismi, şairə görə, ruhani cildinə girmiş
müstəmləkəçi Qərb imperialistlərinin casusları, əmmaməli, ağ
başlı ilanlar, papaslar, xaxamlardır. İblisin: ―Onların tanrısı
altundur, əvət‖ sözləri millətləri, xalqları bir-birinə salışdıran
bu casusların çirkin niyyətlərini açır. Dünyanın hər hansı
hissəsində olursa-olsun dinlə, məzhəblə, siyasətlə əlaqədar
olaraq hər hansı bir fırtına, fitnə-fəsad qopursa, bu casusların
1
H.Cavid. Seçilmiş əsərləri, səh, 368.
2
Yenə orada. səh, 376.
151
qanlı əli ilə əmələ gəlir. Onlar gah Şərqdə abid, gah Qərbdə
zahid cildinə girirlər. Özlərini papa adlandırır, cənnət satır, gah
bir qazı olub, fitnələr icad edir, gah da bir mürşid olub, aləmi
bərbad edirlər. Dünyanı çaxnaşdıran əsil iblisləri göylərdə yox,
bu ruhani cildinə girmiş fitnəkarlar arasında axtarmaq və
görmək lazımdır. Əsərdə İblisin acı, sarsıdıcı kinayələri bu
fikrin aydınlaşdırılmasına xidmət edir:
Həp din ilə, məzhəblə, siyasətlə cahanda
Hər fırtına qopmuşsa, əvət, mən varam onda.
Hər yerdə ki vardır əzəmət, qəhr ilə dəhşət,
Hakimdir, o yerlərdə şu qarşındakı xilqət
...Röya kimi hər an olaraq zahirü qaib,
Mən Şərqdə abid olurum, Qərbdə rahib.
Bir qazı olub, gah edərəm fitnələr icad,
Bir mürşid olub, gah edərəm aləmi bərbad,
Bəzən olurum bir papa!.. Cənnət sataram mən,
İsa dirilib gəlsə də, qorxar qəzəbimdən.
1
Müharibə fitnəkarlarının başqa: bir nəsli, şairə görə, dar və
murdar şəxsi mənfəətləri üçün xalqları, millətləri əllərində
oyuncağa çevirən, qanlı vuruşmalarda özləri üçün səadət
axtaran, insanlıq sifətlərini itirmiş, vəhşiləşmiş başçılar, ―çılğın
dərəbəylər‖, ―kinli krallar‖, pul, sərvət, mənsəb və şöhrət
düşkünü olan, idrakı sönük başçılar, dövlət və siyasət adamları,
şahlar, xaqanlar və onların satın alınmış hərbçi nökərləridir.
İblisin kinayəli hücumları bir tərəfdən də bu fikrin bədii həllinə
xidmət edir:
Mənsiz də, əmin ol, sizə rəhbərlik edən var:
Qan püskürən, atəş sovuran kinli krallar,
Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər,
Altun və qadın düşkünü divanə bəbəklər,
1
H.Cavid. Seçilmiş əsərləri, səh 367-368.
152
Min hiylə quran tülkü siyasilər, o hər an —
Məzhəb çıxaran, yol ayıran xadimi-ədyan.
Onlar, əvət, onlar sizi çeynətməyə kafi,
Kafi sizi qəhr etməyə, məhv etməyə kafi...
1
―İblis‖də başqa surətlərə nisbətən realist planda verilmiş
zabit ibn Yəmin də bu tipli fitnəkarlardan biridir. İbn Yəmin
―kefə milyonlar sərf etmək‖ niyyəti ilə müharibəyə qoşulmuş
yırtıcı, canavar təbiətli hərbçidir. O, çirkin cinayətlərini
doğrultmaq üçün özünə layiq xüsusi bir ―fəlsəfə‖ də tapmışdır.
―Kim güclü isə, o yaşamalıdır; həyat daimi mübarizədən
ibarətdir‖. İbn Yəmin vətənə, millətə, hətta dostlarına da xain
çıxmış bir qatildir. Bununla belə o, siyasət aləmində, dövlət
yanında yenə də ən etibarlı adam sayılır. İbn Yəminin
aşağıdakı sözləri həm onun özünün, həm də məhz ibn
yəminlərə arxalanan hərbçi dövlətlərin simasını çox aydın
göstərir:
Bir böyük ordu, bir yığın insan
Mənim uğrumda oldu həp qurban.
Keyfə sərf eylədim də milyonlar,
Yenə dövlətcə etibarım var.
2
İblis surətinə gəlincə, onun özünün dediyi kimi,
―İblis nədir?‖
— Cümlə xəyanətlərə bais...
Ya hər kəsə xain olan insan nədir?
— İblis!
3
1
H. C a v i d. Seçilmiş əsərləri, səh. 383 -384.
2
Yenə orada, səh. 319.
3
Yenə orada, səh, 384.
153
Yuxarıda dediyimiz kimi, bu mövhumi surət əsərdə məhz bu
fikrin sübuta yetirilməsinə xidmət edir. Abdulla Şaiq İblis
surəti haqqında tamamilə haqlı olaraq yazırdı ki: ―Cavidin
İblisi bildiyimiz əsatiri iblis deyildir. O, ―atəşli müəmma‖,
insanlara hər cürə fənalığı yapdıran, vəhşətlərə sürükləyən
maddi ehti- rasın simvoludur‖
1
.
Oxucu yaxşı bilir ki, doğrudan da, birinci imperialist
müharibəsi zamanı ―qan püskürən‖ şahlar və dərəbəylərlə
yanaşı satqın ruhanilər də millətlər arasında ədavət salmaqda
çox böyük cinayətlər işləmişlər və imperialist orduların hakim
dairələrdən olan komanda heyətinin əsas hissəsi də məhz ibn
yəminlər kimi kefə milyonlar sərf edən adamlardan ibarət
olmuşdur. Hüseyn Cavid ―İblis‖ əsərində bütün bunları
göstərməkdə haqlı idi. Amma bizi düşündürməyə bilməz ki,
―İblis‖ müəllifi imperialist müharibəsini törədən əsas
qüvvələri, imperialist burjuaziyanı və müharibəyə qarşı duran
əsas tarixi qüvvəni, proletariatı və onun mübarizəsini nə üçün
göstərməmişdir? Bu sualın cavabı budur ki, haqqında bəhs
etdiyimiz dövrdə Hüseyn Caviddən bunu gözləmək olmazdı.
Çünki bu dövrdə o hələ dünyagörüşü, məfkurəsi etibarı ilə bu
dərəcəyə yüksələ bilməmişdi. Hələ əsrin ən qabaqcıl
ideyalarından uzaq olması ucundan idi ki, onun müharibə
əleyhinə yazdığı şeirlərdə, bəzən ötəri halda olsa da,
millətçilik, daha dəqiq deyilsə, türkçülük ideyalarının müəyyən
təsirləri, izləri də özünü göstərirdi. ―İblis‖də də türkçülük
ideyalarına rəğbət bəsləyən Yaralı zabit və Kiçik zabit surətləri
vardı ki, onlar türk ordusunun həmlələrindən, başqa mil-
lətlərdən olan ordular üzərindəki qələbələrindən ruhlanıb,
müharibədə öz millətləri üçün böyük zəfərlər arzusunda
olduqlarını bildirirdilər. Lakin Kiçik zabit və Yaralı zabit
surətləri ilə yanaşı Cavid Türkiyənin imperialist müharibəsinə
qoşulmasından narazı olan Vasif surətini də yaratmışdı. Vasif
Türkiyənin ―xain başçılarının‖ ―zavallı türk millətini‖ öz
1
―Maarif və mədəniyyət‖ məcmuəsi 1925, № 2.
154
əllərində oyuncağa çevirdiklərindən, açıqdan-açığa milləti
uçuruma apardıqlarından danışır:
Mümkün deyil, əsla olamaz naili-amal,
Etdikcə xəyanət əli bu milləti pamal.
...İdrakı sönük başçıların qəfləti ancaq,
Etmiş, edəcək milləti həp əldə oyuncaq.
1
Təbiidir ki, bu sözlər eyni zamanda, müəllifin türklərin
müharibəyə qoşulmasının əleyhinə olduğunu göstərirdi.
Millətçilik, türkçülük azarına tutulmuş gənc türklərin Türkiyə
inqilabının nailiyyətlərini ayaqlayaraq imperialist müharibəsinə
qoşulduqları bir dövrdə Cavidin türklərin qanlı imperialist
müharibəsinə cəlb olunmaları əleyhinə çıxması, ―idrakı sönük
başçıların‖ türk millətini əllərində oyuncağa çevirmək
istədiyini göstərməsi müsbət bir hadisə idi. Bütün bunlarla
bərabər, ―İblis‖də Yaralı zabit və Kiçik zabit kimi epizodik
surətlərin əsasən müsbət planda verilməsi Cavidin bu dövrdə
türkçülük ideyalarının mənfi təsirindən tamamilə xilas ola
bilmədiyini göstərirdi.
* * *
Ümumiyyətlə yaradıcılığının ikinci dövründə yazdığı
əsərlərin çoxunda, xüsusən ―İblis‖ faciəsində sözün fəlsəfi
mənasında ―həyat mübarizəsi‖ məsələsi Cavidi çox
düşündürmüşdür. İnsanlıq əsil səadətə, azadlığa, sülh və
əmniyyətə məhəbbət ideyası iləmi nail ola biləcək, yoxsa
mübarizə ilə? Bu sual şairi sonrakı əsərlərində də çox məşğul
etmiş və demək olar ki, bir çox hallarda onun mənəvi
böhranlarına səbəb olmuşdur. Onu da deyək ki, bu təkcə Cavidi
deyil,
ümumiyyətlə XX əsr Azərbaycan mütərəqqi
romantiklərinin hamısını düşündürən bir məsələ idi. Cavidin
1
H.Cavid. Seçilmiş əsərləri, səh, 324.
155
1918-ci ildə ―Bakı ətrafı fəhlə, əsgər və matros şurasının
əxbarı‖ qəzetində nəşr etdirdiyi ―Haqqını sən mübarizə ilə ala
bilərsən, yaxud həqiqi bir insanpərvərin ümum-zəiflərə xitabı‖
1
adlı şeiri göstərir ki, bu illərdə Cavid məzlumların xilası üçün
mübarizə yolunu daha üstün tutmuşdur. Lakin bir sıra başqa
əsərlər, xüsusən ―Peyğəmbər‖ pyesi göstərir ki, şair sonrakı
illərdə bu məsələdə yenə tərəddüd etmişdir. Odur ki, ―Həyat
mübarizəsi‖ məsələsinin Cavid tərəfindən necə anlaşıldığını
izah etməyə ehtiyac vardır.
1906-1917-ci
illər
arasında
Azərbaycan
mətbuatı
səhifələrində bir mülahizəyə tez-tez rast gəlmək olurdu: ―Həyat
mübarizə meydanıdır‖. 1906-cı ildə Nəriman Nərimanov
məqalələrinin birində yazırdı ki, ―Zindəganlıq, həyat nə
olmağını keçmişdə filosoflar, şairlər tövrbətövr həll edirdilər.
Kimisi həyat daimi bir müharibədir — deyibdir, kimisi həyat
mənasız bir şeydir — deyibdir..., kimisi həyat məhəbbətdir —
yazıbdır‖.
2
Haqqında bəhs etdiyimiz dövrdə Nərimanovun işarə etdiyi
bütün bu köhnə anlayışlar yenidən baş qaldırmışdı. Bunların
əksinə inqilabçı demokrat yazıçılar bu köhnə fikirlərə qarşı
―həyat mübarizə meydanıdır‖ şüarı ilə zəhmətkeşləri ictimai
ədalətsizliyə, sinfi və milli əsarətə qarşı mübarizəyə çağırırdı-
lar. Nərimanov bu məsələdən bəhs edərək bu nəticəyə gəlirdi
ki, ―yaşamaq, diri olmaq əql və qəlb vasitəsilə qaranlığın
qüvvələrilə mübarizə etmək deməkdir‖
3
.
Bu fikir sonralar məşhur inqilabçı demokrat Şeyx
Məhəmməd Xiyabaninin də əsərlərində geniş yer tuturdu.
Xiyabani yazırdı ki: ―Təbiət bir ümumi mübarizə meydanıdır
ki, burada qaliblər, zəfər çalanlar yaşamağa müqtədirdirlər. Bu
böyük vuruşda, mübarizədə gücsüzlər və zəiflər yaşaya
1
Qeyd: Bu, 1916-cı ildə yazılmış və 1917-ci ildə ―Bahar şəbnəmləri‖ndə çap olunan ―Hərb və
fəlakət‖ şeiri idi. Şair birinci variantda olan artıq yerləri ixtisar etmiş və müəyyən əlavələrlə
yenidən nəşr etdirmişdir.
2
―Həyat‖, 1906, № 109.
3
Yenə orada.
156
bilməzlər‖
1
. ―Dünyada həyat qazanmaq, həyatı təmin etmək
üçün gərək acizlikdən, zəiflikdən uzaq olasan. Yaşamaq üçün
bütün həyati qüvvələri insan özündə cəmləşdirməli və
səfərbərliyə almalıdır‖
2
. Xiyabani yazırdı ki, ―Bəşəriyyət
aləmində iki şey bir-biri ilə həmişə mübarizədədir: haqq və
zor... Dünyadakı bütün bu keşməkeşlər və xarabaçılıqlar haqq
ilə zorun düşmənçiliyi nəticəsindədir. Zoru haqqa tabe
etməlidir... Bəşəriyyət heç bir vaxt haqqı ayaq altına almaq
istəməmişdir...‖
3
Həyat mübarizəsi haqqındakı bu inqilabi demokratik
anlayışın tamamilə əksinə olaraq, mürtəce mühərrirlər ―Həyat
mübarizə meydanıdır‖ şüarı altında XX əsrin ən qatı mürtəce
nəzəriyyəsi olan sosial-darvinizmi və köhnə maltusçuluğu
yayır, ―Həyat daimi müharibədən ibarətdir‖, ―insan insana
qurddur‖ prinsipinə əsaslanıb, bu şüarlar altında irqçilik, mil-
lətçilik fikirlərini təbliğ edib, müstəmləkə zülmünə, imperialist
müharibəsinə haqq qazandırırdılar. Bu təbliğat 1906-1907-ci
illərdə füyuzatçılar tərəfindən başlanmışdı. Hələ o vaxt Əlibəy
Hüseynzadə yazırdı ki: ―Əbnayi-bəşər ələl-qeyrəl-mütənahiyyə
təkəssür etməkdədir, mübarizeyi-həyatın da səbəbi budur‖
4
.
Yaxud: ―Dünya və həyat bir meydani-cəngdir. Bütün zihəyat
daim yek digəri ilə rəqabət və mühiti-təbiiyyələri ilə müba-
rizədə bulunur‖
5
.
İmperialist müharibəsi ərəfəsində mürtəce mətbuatda bu
təbliğat daha güclənmişdi. 1912-ci ildə füyuzatçıların
davamçısı, ―İqbal‖ qəzeti əməkdaşı S.Eynullayev bu nəticəyə
gəlirdi ki: ―Bəşər arasında mübarizə hər bir yırtıcıdan, hər bir
vəhşilər mübarizəsindən daha şiddətli olaraq davam etməkdədir
1
Qiyami Şeyx Məhəmməd Xiyabani, səh. 435.
2
Şərhi hali və iqdamati Şeyx Məhəmməd Xiyabani, be qələmn çənd nəfər əz dustani və
aşinayani u, Berlin, əz intişarati İran-şəhr. Çapxaneyi İranşəhr, 1926.
3
Q. M ə m m ə d ə l i. X i y a b a n i, Azərnəşr, Bakı, 1949, səh.153
4
―Füyuzat‖, 1907, № 16.
5
Yenə orada, 1906, № 1.
157
və edəcəkdir‖
1
. Eyni müəllif yenə başqa bir yerdə maltusçu-
luğu təbliğ edərək yazırdı: ―Zərurəti-həyat cəmiyyəti-
bəşəriyyənin artmasına nisbətən bir çox dəfə ziyadəsilə təzad
ediyor... Bu səbəbdən millətlərin biri digəri üzərinə hücum
edib, müharibə açmağa, onun toprağını almağa və kəndisini
istila və istehlak etməyə məcbur olur‖
2
.
Bütün
bu
nəzəri əllaməlikdən məqsəd imperialist
müharibəsini və millətçilik ideyasını açıqdan-açığa doğrultmaq
idi. Məsələn, eyni müəllif həmin ―İqbal‖ qəzetində nəşr
olunmuş ―Mərakeşdə qiyam‖ adlı məqaləsində fransız
imperialistlərinin Mərakeşdə törətdikləri cinayətlərə haqq
qazandırıb, ümumiyyətlə hər hansı bir millətin öz mənafeyi
xatirinə başqa bir milləti yer üzündən silməyə çalışmasını
―insan təbiətindən doğan qanuni bir hal‖ adlandırırdı. Mə-
qalədə deyilirdi ki, ―bu xüsusda fransızlar zərrə qədər qəbahətli
deyillər. Onlar kəndi vəzifələrini ifa edir, kəndi mənfəətlərini
müdafiə edirlər‖
3
.
―Dirilik‖, ―Şəlalə‖, ―Açıq söz‖ kimi qəzet və jurnallar da
eyni yolla gedirdilər: XX əsri ―millətçilik əsri‖ adlandırıb, milli
toqquşmanın, millətçilik ideyalarının guya tarixdən əvvəl, hələ
―buz dövründə‖ də mövcud olduğunu və millətlər arasındakı
mübarizənin yeganə tərəqqi vasitəsi olduğunu sübuta çalışır-
dılar. ―Şəlalə‖ jurnalında deyilirdi ki, ―devri-cəmudiyyədən
tutmuş, milada qədər hər kəsdə milli etiqad, milli hissin
mövcud olması görünür. Millətlərdə kin yaranarsa, irəliləmək
müyəssər olur‖
4
.
Mürtəcelər imperialist müharibəsinin ən tüğyanlı illərində
―yeni fəlsəfənin‖ murdar mahiyyətini daha aydın büruzə
verərək
irqçilik
nəzəriyyəsinin
―müsbət
təcrübəvi‖
nəticələrindən bəhs edirdilər. ―Açıq söz‖ qəzetində çap
1
―İqbal‖, 1912, № 30.
2
Yenə orada, № 8.
3
―İqbal‖, 1912, № 32.
4
―Şəlalə‖, 1914, № 12.
158
olunmuş ―Millətlərin irq mübarizəsi‖ sərlövhəli bir məqalədə
deyilirdi ki, müharibənin qələbəsi bir dövlətin, bir məmləkətin
digər dövlətə və ya məmləkətə qələbə çalması deyil, bir irqin
digər irqi yenməsi və basması demək olacaqdır. Hazırda caha-
nın böyük və mədəni irqlərindən olan latın, anqlosakson, slav
və alman irqləri mübarizə etməkdədirlər‖
1
.
Bu sərsəm millətçilik, irqçilik və müharibə təbliğatına qarşı
sosial-demokratlar
ardıcıl mübarizə aparırdılar. Sosial-
demokratlar ―həyat mübarizə meydanıdır‖ dedikdə siniflər
mübarizəsini, hakim siniflərlə məhkum siniflər, bürokratiya ilə
demokratiya arasında gedən mübarizəni nəzərdə tuturdular.
Onların məqsədi inqilabi mübarizəni davam etdirmək, zəh-
mətkeş kütlələri feodalizm-kapitalizm istismarından xilas
etmək idi.
N.Nərimanov 1906-cı ildə rus inqilabının gələcək
inkişafından bəhs edərək yazırdı: ―Bürokratlar qansız öz
ixtiyarlarını əldən buraxmayacaqlar... Barıtları işə vermək
lazım gələcəkdir. İnqilab təzədən başlanacaqdır... Rusiya
torpağının qana bir də bulanması qandan xilas olmağına səbəb
olacaqdır‖
2
.
1912-ci ildə Bakıda Həmid Sultanovun rəhbərliyi ilə nəşr
olunan ―Bakı həyatı‖ qəzeti millətçilik və irqçilik fitnəkarlığına
qarşı sinfi mübarizə ideyasını təbliğ edərək yazırdı: ―Hər bir
məmləkətin əhalisi iqtisadi-məaş və güzəran cəhətincə növ-növ
cəmiyyəti-ictimaiyyələrə təqsim olunurlar. Məsələn, mülkə-
dar, əkinçi, fəhlə, sahibkar və yaxud sərmayədar, nücəba, əhli-
tüccar və qeyrə və bu təbəqə və siniflərin iqtisadi mənafeləri,
iqtisadi məqsədləri bir-birinə bilkülliyyə zidd və müğayir olur.
Məsələn, sərmayədar istəyir fəhləni çox işlətsin, az məvacib
versin, fəhlə isə buna bərəks olaraq az işləyib çox almaq
qəsdindədir. Mülkədar öz əkin yerini əkinçiyə artıq qiymətə
icarəyə vermək, həm də onları həmişə özünə müti edib,
1
―Açıq söz‖, 1916, № 242.
2
―Həyat‖, 1906, № 122.
159
üstlərində ağalıq etmək qəsdindədir. Əkinçi isə... özünü azad
və mülkədarın töhmət və riyasətindən xilas etmək, köləlik
zəncirini parçalamaq xəyalındadır. Və həmçinin nücəba ilə
əhli-sənaye və əhli-ticarət. Nücəba sinfi hər bir halda tüccar və
əhli-sənayeyə həqarətlə baxıb onların tərəqqisinə mümaniət
göstərir, məmləkətin hökmranlığını öz əllərində saxlamaqdan
ötrü bu təbəqələrin nüfuzunun azalmağına həmişə ciddi-cəhd
göstərirlər. Bunlar isə öz xeyirlərinə çalışmaq üçün nücəba ilə
daimi mübarizədə bulunurlar. Hər bir sinif hökuməti əlinə
keçirmək məqsədilə siyasi firqələr təşkil edib, bir-biri ilə daimi
mübarizədə bulunurlar‖. Məqalədə deyilirdi ki, istər Avropada,
istərsə də Rusiyada baş verən bütün inqilablar müstəmləkə
zülmünü və imperialist müharibələrini doğuran səbəblərin
hamısı həmin bu siniflər arasında olan ziddiyyətlərdən doğur
1
.
Həyat mübarizəsi mövzusu ümumiyyətlə mütərəqqi ro-
mantiklərin, o cümlədən H.Cavidin də yaradıcılığında,
xüsusən, birinci imperialist müharibəsi illərində çox geniş yer
tuturdu. M.Hadinin ―İnsanların tarixi faciəsi‖, ―Hərb
xatirələrindən‖, ―Ey zavallı bəşər!‖, ―Hərarətli şeirlər‖,
―Ulduzlara‖, ―Hərbi-müsəlləs‖, H.Cavidin ―İblis‖, ―Haqqını
sən mübarizə ilə alarsan‖, A.Şaiqin ―İdeal və insanlıq‖ və sair
bir çox əsərlərində bu məsələdən çox geniş bəhs olunmuşdur.
Hər şeydən əvvəl, demək lazımdır ki, bu məsələdə
mütərəqqi romantiklər əksinqilabçı, mürtəce yazıçıların
tamamilə ziddinə olan bir cəbhə tuturdular. Mürtəcelər ―həyat
mübarizə meydanıdır‖ — dedikdə irqçilik, millətçilik,
müharibə ideyalarını təbliğ etdikləri halda, mütərəqqi
romantiklər Məhəmməd Hadi kimi:
Bir gözdə, bir nəzərdə tutulsun gərək miləl,
Ta meyvəbəxşi-aləm ola şaxeyi-əməl —
— deyə yer üzünün bütün millətlərini qardaş olmağa, birləşib
1
―Bakı həyatı‖, 1912 № 3.
160
qanlı müharibələrə son qoymağa çağırır, əsərlərində dönə-dönə
imperialist müharibəsinin dəhşətlərini göstərir, əsarətdə olan
məzlum millətlərin müstəmləkə zülmünə qarşı mübarizəsini
alqışlayırdı. Mütərəqqi romantiklər də ―cahan mübarizə
səhrasıdır‖ deyirdilər.
1
Onlar da:
Qüvvəyə bağlıdır aləmdə həyat
Qüvvədən nəşət edir mövcudat,
Qüvvətin varsa, yaşarsan məsud,
Yoxsa, şəksiz olacaqsan nabud
2
—
— deyə qüvvətli olmağın, həyat mübarizəsində qalib gəl-
məyin zərurətindən danışırdılar. Onlar da:
Qəvi acizi eyləyir payimal,
Həqiqət budur, başqa sözlər xəyal
3
— deyib iki qüvvənin, hakim qüvvələrlə məzlumların
çarpışdığını söyləyirdilər. Lakin zorakılığı, əsarəti, köləliyi
açıqdan-açığa müdafiəyə qalxışan mürtəcelərin tamamilə
əksinə olaraq, mütərəqqi romantiklər ―mənfur qüvvələr‖
dedikdə təcavüzkar qüvvələri, imperialist burjuaziyanı,
müstəmləkəçi
hakim
millətləri,
Şərq
istibdadını,
zəhmətkeşlərin qanını içən burjua-feodal aristokratiyasını;
―məzlumlar, zəiflər‖ dedikdə isə əsarətdə olan məhkum
millətləri, bütün insanlıq, vətəndaşlıq hüquqlarından məhrum
edilən zəhmətkeşləri nəzərdə tuturdular. ―Həyat mübarizə
səhrasıdır‖ dedikdə isə, onlar azadlıqla əsarət, qaranlıqla işıq,
zorla haqq, xeyirlə şər arasındakı mübarizəni nəzərdə
tuturdular. Bu nöqteyi-nəzərdən onlar məzlumlara, zəiflərə
1
M. H a d i, ―Füyuzat‖ 1907, № 18.
2
Dostları ilə paylaş: |