Anasız millət əvət öksüzdür...
Qadın, ey sevgili, Ģəfqətli mələk,
Bu qədər səbr, təhəmmül nə demək?
O lətafət, o nəcabətlə sana
Bu əsarət, bu həqarət nə rəva?!
2
1
M. F. A x u n d o v. Əsərləri, Bakı, 1951, II cild. səh. 65.
2
―KeçmiĢ günlər‖, Tiflis, 1913, səh. 17.
173
Eyni fikrin biz ―Peyğəmbər‖də Məhəmmədin dili ilə
təkrar edildiyini görürük:
Qadın, qadın!.. Onu duymaq, duyurmaq istərkən,
Yakar düĢüncəmi bir Ģölə, bir zəhərli dikən.
Bütün həyatı çiçəkləndirən fəqət o... neçin,
Neçin əzilsin o, bilməm neçin sürüklənsin?!
Qadın günəĢ, çocuq ay... nuru ay günəĢdən alır,
Qadınsız ölkə çapıq məhv olur, zavallı qalır...
Qadın gülərsə, Ģu issiz mühitimiz güləcək,
Sürüklənən bəĢəriyyət qadınla yüksələcək.
1
Tarix heç yerdə Məhəmmədin qadın azadlığı haq-
qında belə yüksək fikirdə olduğunu göstərməmişdir. Bu
ancaq Cavidin fikri idi. Doğrudur, Məhəmməd ərəb
qadınlarına münasibəti az-çox yaxşılaşdırmaq üçün
müəyyən tədbirlər görmüşdür. Məsələn, dramın ikinci
pərdəsində göstərildiyi kimi, Məhəmməd doğrudan da,
yoxsul ərəblərə öz qız uşaqlarını öldürməyi, diri-diri
basdırmağı qadağan etmişdir. Lakin Məhəmməd ərəblər
arasında mövcud olan vəhşilik dövrü qalığı poliqamiyanı
(çoxarvadlılığı) nəinki ləğv etmiş, əksinə, onu bir qədər
də qanuniləşdirmişdir, dörd arvad almağa icazə
vermişdir; hətta o özü daha çox arvad almışdır.
Yaxud yenə ―Keçmiş günlər‖də nəşr olunmuş ―Otuz
yaşında‖ sərlövhəli şeirində Cavid ailəyə, övlada xor
baxan qadınları tənqid edərək göstərirdi ki, qadının
xoşbəxtliyi ailə qurub övlad sahibi olmaqdadır:
Çoluq-çocuq sana ithaf edər də xoĢ nəğəmat,
O dəm gözündə cahan pərdə-pərdə cilvələnir.
2
1
―Peyğəmbər‖, Bakı, AzərnəĢr, 1926, səh. 73-74.
2
―KeçmiĢ günlər‖, səh. 11.
174
1909-10-cu illərdə təbliğ etdiyi bu fikri şair
―Peyğəmbər‖də yenə Məhəmmədin dili ilə təkrar edir:
Övlad eĢqiylə çırpınan
Bir qadın könlü Ģübhəsiz,
Sayğısız qızlarınkından
Daha bakir, həm ləkəsiz.
1
Dramda peyğəmbərin dili ilə təbliğ olunan hüquq
bərabərliyi ideyasının, əsarət, köləlik, mövhumat, xurafat
və sair əleyhinə olan fikirlərin də birinci növbədə
müəllifin öz fikirləri, öz qənaətləri olduğunu sübut etmək
mümkündür.
Doğrudur,
Məhəmməd
quldarlıq
münasibətlərini pisləmiş, qul alıb satmağı qadağan, qul
azad etməyi isə savab elan etmişdir; lakin ikinci tərəfdən
onun ―qul sahibləri ilə qullar allahın nəzərində
bərabərdirlər‖ təlimi qul sahiblərinin mənafeyinə xidmət
edirdi. Bunun nəticəsidir ki, onun hakimiyyəti zamanında
Ərəbistanda quldarlıq sistemi nəinki ləğv edilməmiş,
əksinə, başqa şəkildə möhkəmlənmişdir. Cavidin əsərində
isə Məhəmməd qullar, yoxsullar tərəfində durub, onların
rəhbəri kimi hakim təbəqələrə qarşı çıxır.
Şairin bu əsərdə Məhəmmədin dili ilə təbliğ etdiyi:
Əvət, ən doğru, ən gözəl ayin.
Əhli-vicdanə busə, xainə kin,
2
—
— kimi fikirlər də onun 1910-cu ildən başlayaraq müx-
təlif əsərlərində həyat mübarizəsi məsələsi ilə əlaqədar
olaraq təbliğ etdiyi fikirlər idi.
Dramın ekspozisiyasında Cavid Məhəmmədi mütə-
fəkkir, şair təbiətli bir insan kimi göstərir, göydən enən
1
―Peyğəmbər‖, səh. 48, 49.
2
―Peyğəmbər‖, səh. 9.
175
Mələk də ona:
Bax Ģu əngin fəza, Ģu quytu dəniz,
Nə qədər xoĢ, nasıl gözəl, ləkəsiz!
UçuĢur hər tərəfdə yıldızlar,
Rəqs edir sanki nazənin qızlar.
Həp birər Ģeir, sən də bir Ģair,
1
—
— deyə Məhəmmədin hər şeydən əvvəl şairliyinə işarə
edir. Peyğəmbərin şair təbiətini ikinci pərdədə gözəl ərəb
qızı Şəmsa da müşahidə və təsdiq edir: ―O pək zərif bir
şair‖. Şəmsanın fikrincə Məhəmməd şairdir, həm də guya
məddahlığa, yaltaqlığa, kinə, qərəzçiliyə düşmən olan bir
şairdir:
...Ən böyük Ģairlər
Ona qarĢı diz çökməli;
İmrəlqeys kimi ərlər
Susmalı, boyun bükməli.
Əvət bizdə nə çox Ģair,
Onlara bir zənbil xurma,
Ya Ģərab, ya bir altun ver,
Mədh edərlər səni... amma,
O düĢməndir yaltaqlığa,
Həm kindən, qərəzdən qaçar,
GeniĢ ruhi sanki fəza,
Daim yüksəklərdə uçar...
2
Hərçənd Məhəmmədin orta səviyyəli bir şair olduğu
haqqında rəvayət vardır. Lakin bu heç də onu bir şair
kimi bu dərəcəyə yüksəltməyə haqq vermir. Şübhə etmək
olmaz ki, Şəmsanın dili ilə deyilən bu fikir Cavidin
1
Yenə orada, səh. 54-55.
2
―Peyğəmbər‖, səh. 31-32.
176
özünün
şeir,
sənət,
sənətkar
haqqında
şəxsi
mülahizələrindən başqa bir şey deyildir.
Yenə ikinci pərdədə Peyğəmbər özü də şair olduğunu,
lakin ―sidqü səfa‖ şairi olduğunu söyləyir:
ġairəm, bəslədiyim sidqü səfa,
Çırpınıb izlədiyim nuri-düha.
Daima ruhimi oxĢar cəbərut,
ġe’rü ilhamımı dinlər mələkut.
Mən fəqət hüsni-xuda Ģairiyəm,
Yerə enməm də, səma Ģairiyəm.
1
Əgər Cavid Məhəmmədi ilk səhnədən mütəfəkkir şair
kimi göstərirsə, xəyali surət olan Mələyi də mifoloji
qənaətlərə uyğun bir şəkildə şeir, sənət, idrak və zəka
ilahəsi kimi təqdim edir. Məhəmmədin ―sən nəsin,
söylə?‖ sualına Mələk:
Mənmi?
ġeir, hikmət, zəka ilahəsiyim.
Ulu dahilərin nədiməsiyim.
2
—
— cavabını verir. Eyni zamanda, Mələk əlavə edir ki,
onunla, yəni şeir, hikmət, zəka ilahəsi ilə şair-mütə-
fəkkir Məhəmməd arasında heç bir fərq yoxdur:
Ayrı olsaq da iĢtə hər ikimiz,
Bir rübabın inildəyən səsiyiz.
Yaxud:
Mən sənəm, sən də mən, ĢaĢırma, əvət.,.
1
Yenə orada.
2
Yenə orda, səh, 6.
177
Mən sənin əqlinəm, fəqət daim
ġu qiyafətlə zahir olmadayım.
1
Deməli, əsərin hələ hazırlıq səhnəsində Cavidin
yaratdığı Məhəmməd surəti mahiyyət etibarilə mövhum
allah elçisi səciyyəsini itirib, ―Şeyx Sənan‖ faciəsində
Sənanın dediyi kimi, ―adi bir bəşərə‖ çevrilir. Mələk
surəti də şairanə və filosofanə ilham və idrakın simvolu
olur. Başqa sözlə, Məhəmmədin allahı şeir, hikmət
allahına, ona ilham gətirən mələk isə sənət ilahəsinə
çevrilir.
Beləliklə də tarixin nişan verdiyi ―təbiət və fəlsəfə
elmlərindən xəbərsiz‖ Məhəmməd itib gedir, onu
romantik şair xəyalının məhsulu olan başqa bir
Məhəmməd əvəz edir.
Birinci pərdədə Məhəmmədin düşüncə və arzuları orta
əsrin ―eşqi-mütləq‖ə, ―hüsni-mütləq‖ə qovuşmaq istəyən
sufi şairlərinin arzu və düşüncələrini xatırladır. Bu
halında Məhəmməd bir qədər də sadəlövh, sufi, təriqətçi
və müəyyən dərəcədə dini ehkama, mövhumat və
xurafata düşmən olan bir şairdir. O, göylərə uçmaq,
allahı gözü ilə görmək istəyir:
Anlamam bir Ģu ölçüsüz, Ģu dərin,
ġu qaranlıq çiçəkli pərdə neçin?
Məni yalnız düĢündürən Ģu məal
Həp bu, yalnız bu, daima bu sual.
Uça bilsəydim iĢtə ən əvvəl
Onu bir tarda parçalar da həmən,
QovuĢardım o hüsni-mütləqə mən.
2
Məhəmməd mümkün olmayan arzular bəsləyir. Bura-
1
―Peyğəmbər‖, səh. 6-7.
2
Yenə orada, səh. 9-10.
178
daca şairanə və filosofanə ilhamın simvolu kimi verilən
Mələk Məhəmmədin imdadına çatıb, ona panteist
fəlsəfədən dərs verir, filosofanə idrakın yolunu göstərir:
Mələk Məhəmmədə öyrədir ki, tanrını görmək yox, ancaq
duymaq mümkündür ki, bu da iki yol ilə ola bilər: biri
mənəvi təkamül, özünü dərk etmək, öz içərisindən gələn
sədaya qulaq vermək, ikincisi də allahı təbiətin özündə
axtarmaq, müşahidə etmək yoludur:
Onu dərk eyləmək qolay... ancaq,
Ver içindən gələn sədayə qulaq,
Dinlə həp kainatı, seyr eylə.
Həp günəĢ ondan iĢtə bir Ģölə...
Həp ufaq zərrə, həp kiçik yarpaq
Sana söylər bu rəmzi pək parlaq.
1
Dramda Mələk qızıl qanadlı, füsunkar bir qız surətində
verildiyinə baxmayaraq, təbliğ etdiyi fikirlər etibarilə
bizə ―Şeyx Sənan‖ faciəsində olan sufi, panteist qoca
Şeyx Kəbiri, gənc Sənanın müəllimini xatırladır. Şeyx
Kəbir kimi, Mələk də ―allah təbiətin bütün hadisələrində,
eyni zamanda insandadır‖ fikrini təbliğ edir. İkinci
tərəfdən, Məhəmməd Cavidin əsərində, tarixi həqiqətə
zidd olaraq, ictimai ədalətsizliyə qarşı çıxan, əməlpərvər,
haqq, ədalət, hürriyyət tərəfdarı, cəhalət, nadanlıq, fana-
tizm əleyhinə çıxan bir mütəfəkkir, xalta, yoxsullara əzab
verən, zülm edən, fitnəkar hökmdarlara, başçılara qarşı
duran, demokratik fikirli bir ictimaiyyətçi kimi göstərilir.
Dramaturq hətta Məhəmmədi öz əsrini qamçılayan,
üsyankar bir şair səviyyəsinə qaldırır:
Oylə bir əsr içindəyəm ki, cahan
Zülmü vəhĢətlə qavrılıb yanıyor.
1
―Peyğəmbər‖, səh. 10.
179
Yüz çevirmiĢ də tanrıdan insan,
Küfrü həqq, cəhli mərifət sanıyor.
Dinləməz kimsə qəlbi, vicdanı,
Məhv edən haqlı, məhv olan haqsız...
BaĢçıdır xalqa bir yığın cani,
Həp münafiq, Ģərəfsiz, əxlaqsız...
Güliyor nurə daima zülmət,
Güliyor fəzlə qarĢı fisqü fücur;
Ah, ədalət, hüquqü hürriyyət
Ayaq altında çeynənib gediyor...
1
Tarixi həqiqətin əksinə olaraq əslində özü də fatalist
olan və M.F.Axundovun dediyi kimi, cinlərin, Ģeytanların
varlığına inanan bir Ģəxs Cavidin əsərində öz əsrinin böyük
alimi, real düĢüncəyə əsaslanan mütəfəkkiri meydana çıxır.
Dramda Məhəmməd haqsızlığa, ədalətsizliyə qarĢı necə
mübarizə aparacağını bilmir. Burada Mələk həqiqəti təbliğ
üçün ona sözün qüdrətini, söz sənətini təklif edir. Ən
yüksək əxlaqi ideyaları, ən nəcib insani hissləri, incə
hikmətləri, məhəbbət, mərhəmət fəlsəfəsini təbliğ edən söz
sənətini!..
Həqqi təbliğ üçün sənin ancaq,
Rəhbərin sənəti-kəlam olacaq
2
.
Lakin buradaca Məhəmmədin qarĢısına tarixin fəlsəfəsi,
tarixin rəmzi, ―qədimi‖ bir filosof olan bəĢər həyatının
təcrübələrini təmsil edən xəyali surət Skelet çıxıb Mələyin,
―məhəbbət, mərhəmət, incə hikmətlər‖ fəlsəfəsinə acı-acı
gülür, bu təlimi ―Ģairanə dadlı xəyal‖ adlandırır:
Nə qədər Ģairanə dadlı-xəyal,
1
―Peyğəmbər‖, səh, 9.
2
Yenə orada. səh. 12.
180
Həp çocuqlar, əvət, xəyali-məhal...
(Ridasının altından sehrli bir qılınc çıxarır)
Ġnqilab istəyirmisən, bana bax!
ĠĢtə kəskin qılınc, kitabı burax!
Parlayıb durmadıqca əldə silah,
Əzilirsin, qanın olur da mübah.
Eyləməz yardım incə hikmətlər,
Həp sönər busələr, məhəbbətlər.
Əvət, ancaq qılıncdadır qüvvət,
Bundadır həqq, Ģərəf və hürriyyət
1
.
Məhəmməd əvvəlcə bu təklifi qəbul etmir. O, məhəbbət
əsiridir, qan tökməyin əleyhinədir:
Mən məhəbbət əsiriyəm... Həp an,
Həp zaman özlərim bir oylə cahan
Ki bütün kainatı eĢq olsun,
Könül uçduqca etila bulsun.
Rəqs edib orda möhtəĢəm bir hiss,
Yasa batsın da, ağlasın iblis.
Qandan əsla görünməsin də əsər,
Saçsın al qönçələr, Ģəfəqli səhər,
Orda yüz bulmasın iĢkəncə, kədər.
2
Bu məsələdə ―bir rübabın inildəyən səsi‖ olan Mə-
həmmədlə Mələk birləşir. Mələk də ümumi məhəbbət
ideyasını müdafiə edir.
Yox, qılınc söz qədər deyil kəskin.
3
1
Yenə orada, səh. 11-12.
2
―Peyğəmbər‖ səh. 14-15.
3
Yenə orada, səh. 3.
181
Məhəmməd ―qədimi filosof‖ olan tarixin rəmzini,
məsləhətini, onun təqdim etdiyi qılıncı qəbul etmir,
yalnız sözün qüvvəsinə bel bağlayır. Göylərdən enən
ümumi məhəbbət, mərhəmət ideyası, ümumiyyətlə gözəl
ideyalar burada tarixin hikməti ilə barışa bilmir. Bu
halında Cavid Peyğəmbəri yenə də sadəlövh bir moralist
kimi göstərir. Məhəmməd şübhə etmir ki, inanmaq,
inandırmaq və ən yüksək əxlaqi ideyaları təbliğ etməklə
insanları haqq, ədalət yoluna cəlb etmək olar, haqsızlığı,
zülmü, vəhşiliyi aradan qaldırmaq olar; lakin təcrübə
bunun əksini göstərir. Məhəmməd bu əxlaqi ideyalar
təlimi yolunda ciddi müqavimətlərə rast gəlir, təhqir
olunur, döyülür, söyülür. Bütpərəstlər onun dişlərini
qırıb, ağzını qanadırlar, çox nadir hallarda onun tərəfinə
keçənlər olur. Məhəmməd məyus olur:
Sözlərimin təsiri yox,
Həp rast gələn tən ediyor.
1
Bu yerdə tarixin rəmzi Skelet yenə də Məhəmmədin
qarşısına çıxır. Bu ―qədimi filosof‖ yenə də Məhəm-
mədə anlatmaq istəyir ki, məhəbbət ideyası sadəcə şeir və
xəyaldır. İnsanlar arasında qan içən, qaplanlar,
canavarlar, ilan təbiətli adamlar durduqca ümumi
məhəbbət ideyası, quru əxlaqi təlim heç bir fayda
verməz:
Busə pək dadlıdır... mələklər üçün,
Sevgi xoĢdur duyan ürəklər üçün,
Busədən həzz edərmi bir kaplan?
Sevgi anlarmı heç zəhərli ilan?
Qan içən, kinli, möhtəris qartal
Kirli dırnaqlariylə bulsa macal,
1
Yenə orada, səh. 42.
182
Qoparıb parçalar, didər əsəbi
ġu məhəbbətlə çırpınan qəlbi.
Busədən xoĢlanırmı heç canavar?
VəhĢi insan da oylə, həp qəddar.
(Əlindəki siyrilmiş qılıncı oynadaraq)
BoĢ xəyal... Əldə parlamazsa silah,
Tanımaz həqqi sayğısız gümrah...
1
Yenə başqa bir yerdə Skelet qılıncı Peyğəmbərə
uzadıb deyir:
Xəstə bir üzvə bənzər amili-Ģər,
Kəs də, bulsun Ģəfa vücudi-bəĢər.
Nəhayət, Məhəmməd onunla razılaşır:
Əvət ən doğru, ən gözəl ayin,
Əhli-vicdanə busə, xainə kin!..—
— deyə qılıncı Skeletdən alır. Məhəmmədin qələbəsi də,
Cavidə görə, haqq sözlə qılıncı birləşdirdiyi andan
başlayır.
Beləliklə, dramda Məhəmmədi, onun həyatını xa-
tırladan yalnız zahiri hadisələrdir, əsərin fabulasıdır, bəzi
zahiri konfliktlərdir. Əsas surətin daşıdığı qayə, onu
düşündürən, həyəcanlandıran fikirlər, onun ideya
tərəddüdləri,
mənəvi
iztirabları,
sarsıntıları,
ziddiyyətləri, fəlsəfəçilik meyli, utopistcəsinə ictimai
arzuları isə, demək olar, tamamilə müəllifə, H.Cavidə
aiddir. Cavidi bütün yaradıcılığı boyu düşündürən
fikirləri, onu narahat edən obyektiv və subyektiv
1
―Peyğəmbər‖, səh. 98-99.
183
səbəbləri toplu bir halda nəzərə aldıqda biz buna şübhə
etmərik. Məsələn, bu dramda müəllifin fikrincə əsli
olmayan allahlar haqqında təsəvvürlər insan xəyalının,
bəşər fantaziyasının məhsuludur. Müəllif bu fikri irəli
sürüb, özündən də çox-çox qabaq deyilmiş bu məlum
mülahizəni özünəməxsus bir mühakimə ilə əsaslandırma-
ğa çalışır:
Hər mühit onu bir çeĢid yaratmıĢ,
Hər kəs qaranlıq dama bir daĢ atmıĢ.
1
Biz bu mülahizəyə Cavidin həm ―Peyğəmbər‖dən çox-
çox qabaq, həm də sonra yazılmış bir çox əsərlərində rast
gəlirik. Hələ 1910-cu illərin əvvəllərində bu fikir onun
əsərlərində çox aydın ifadə edilmişdir. Misal olaraq
1912-ci ildə yazılmış ―Bir xatirə‖ şeirindəki bu sətirləri
göstərmək mümkündür:
Hər kəsin ruhində bir xaliq gülər,
Öylə bir xaliq ki, xəlq etmiĢ bəĢər.
2
―Peyğəmbər‖dən on dörd il sonra yazılmış ―Xəy-
yam‖da da Xərabatinin dili ilə Cavid bu fikri daha kəskin
ifadə edərək eyni dini mülahizəni əfsanə adlandırmışdır:
Hər gələn bir yeni əfsanə satar,
Bu qaranlıq dama hər kəs daĢ atar.
(―Xəyyam‖, birinci pərdə).
Bu fikir həmin əsərdə dinsiz Xəyyamın dili ilə də
verilmişdir:
1
―Peyğəmbər‖, səh. 45-46.
2
―Bahar Ģəbnəmləri‖. 1917, səh. 45.
184
Fəzlü ürfani tanınmıĢ neçə dahi baĢlar,
Ürəfa bəzminə fanus olaraq parladılar.
Birər əfsanə deyib getdilər, əfsus, əfsus!
Bu qaranlıq gecədən çıxmağa yol bulmadılar...
(Dördüncü pərdə)
Cavid Şərqin panteist mütəfəkkirləri tərəfindən irəli
sürülmüş ―peyğəmbərlər də adi bəşərdir‖ fikrini hələ
―Şeyx Sənan‖ faciəsində:
Bir bəĢərdir deyirdi peyğəmbər,
Heç görülmüĢmü çıxsın ərĢə bəĢər? —
— sözləri ilə təbliğ etmiş, hər peyğəmbərin bir əfsanə
deyib getdiyini də söyləmişdi.
1922-ci ildə yazılmış ―Afət‖ faciəsində Cavid
Ərtoğrulun dili ilə bu mühakimələrdən çıxardığı nəticəni
daha da cilalandırmış, aydınlaşdırmış, təbiətdən kənar,
təbiətin fövqündə heç bir qüvvə yoxdur — fikrinə gəlib
çıxmışdır.
―Dünyada yalnız bir şeir, bir musiqi, bir din mənbəyi
var ki, o da təbiətdir... Təbiət hər şeydir...‖ (―Afət‖,
üçüncü pərdə).
Bu misallar təsdiq edir ki, 10-cu illərin əvvəlindən
başlamış, son əsərlərinə qədər Cavid bu fikirdə olmuşdur
ki, müxtəlif din, təriqətlər və allahlar haqqında
təsəvvürlər insan xəyalının uydurmasıdır. Hər mühit onu
bir cür yaratmış, hər kəs ona bir ad vermişdir. Hər kəs
özünü aldadaraq inanmış, inanaraq aldanmışdır:
Çırpınmaq istərsən aldan, inan,
Yazıq sana! Yazıq, zavallı insan.
1
1
―Peyğəmbər‖, səh. 45.
185
Əlbəttə, bu fikirlər Cavidin dini, etiqadların ictimai
köklərini materialistcəsinə dərk etdiyini sübut etmir. Bu
olsa-olsa, dinin idealist fəlsəfə cəbhəsindən tənqididir.
Lakin bu xüsusda yuxarıda bəhs edilmişdir. Burada bizim
aydınlaşdırmaq istədiyimiz fikir budur ki, əgər bu
mülahizələr, yəni ―dini etiqadlar insan xəyalının
məhsuludur‖ fikri Cavidin ―Peyğəmbər‖ əsərində əsas yer
tutmuşsa, bu fikirləri Məhəmmədə yox, Cavidin özünə
isnad verməyə dəlillər çoxdur.
Cavidi həmişə düşündürən və ―Peyğəmbər‖də də öz
əksini tapan əsas fikirlərdən biri bu olmuşdur ki,
bəşəriyyəti xilas edəcək yeganə bir vasitə, bir qurtuluş
yolu varsa, o da məzlumların silaha sarılmalarıdır, ən
yüksək bəşəri fikirlərin, ən ali, xeyirxah ideyaların
qılıncla, qüvvətlə birləşməsidir. Bu fikir Caviddə birinci
dünya müharibəsi dövründə əmələ gəlmişdi. Müharibə
dəhşətlərindən şair bu nəticəni çıxarırdı ki, təxribatçı, şər
ideyaların, cahangirlik fikirlərinin qılıncla, zorakılıqla
birləşməsi bəşər həyatında böyük fəlakətlər törədir,
gücsüzlər, zəiflər, haqq və ədalət ayaq altında tapdanıb
gedir. Buna haqq sözlə, böyük, xeyirxah, xilaskar
ideyalarla
qılıncın
birləşməsi
cavab
verməlidir.
Müharibəyə qədər şairin özünün də bəzən hərarətlə
müdafiə etdiyi ümumi məhəbbət ideyası indi onun
nəzərində çox birtərəfli, vecsiz, hətta mənasız görünürdü.
Şair Şərqin bu köhnəlmiş ümumi məhəbbət ideyasını indi
sadəcə nəşəli, şairanə bir xülya, zövqü oxşayan sevimli
bir röya adlandırırdı:
Dostları ilə paylaş: |