Ah, əvət həp dəyiĢdi ruhi-bəĢər,
Hökm edər Ģimdi baĢqa fəlsəfələr.
Həqq, ədalət, təbiət iĢtə bu gün
Əbd məzluma qarĢı pək küskün...
YaĢatan kainatı qüvvətdir,
186
Gücsüzün həp nəsibi zillətdir.
(―Məzlumlar üçün‖ Ģeiri).
Yaxud:
Fünunü fəlsəfədən zövq alan böyük üdəba
Zəif üçün didinib çırpınıb yorulmuĢlar,
Fəqət nəticədə, həp əski halı bulmuĢlar.
Qucaq-qucaq edilən dadlı vədələr pək çox!
Saqın, inanma! Yalan... yox zəif için həqq, yox?
1
Bütün bunlara baxmayaraq, Cavid birinci dünya
müharibəsi dövründə, həmçinin ―Peyğəmbər‖ əsərində də
yüksək bəşəri ideyalar, ali əxlaqi fikirlər dedikdə, yenə
də əslində mücərrəd əxlaqi ideyalardan kənara çıxa
bilmir. O hər nə qədər ümumi məhəbbət, mərhəmət
fəlsəfəsini şairanə bir xülya adlandırsa da, ondan irəlisini
təsəvvür edə bilmirdi və məsələnin bu şəkildə qoyuluşu,
müharibə ideyasına qarşı olsa da, idealistcəsinə idi.
Cavidin bu xüsusda fikirləri ancaq 1926-cı ildən sonra
faşizm və yeni müharibə təbliğatı əleyhinə yazdığı
əsərlərdə nisbətən konkretləşmiş, yeni məzmun, yeni
şəkil almışdı.
Beləliklə, ―Peyğəmbər‖dəki həyat mübarizəsi haq-
qında fikirlər də bu əsərdəki bədii surətlərə yox, Cavidin
özünə məxsus fikirlər idi. Cavidin, bir çox başqa
romantiklər kimi, yaratdığı surətlərdə, hər şeydən əvvəl,
özünü, öz görüşlərini verməyə cəhd etməsinin nəticəsidir
ki, onun ―Peyğəmbər‖ dramında da Məhəmməd idealizə
edilmiş, real tarixi şəxsiyyət halından çıxarılmış, qismən
müasirləşdirilmiş, yüksək əxlaqi ideyaların təbliğatçısı,
xeyirxahlıq, haqq-ədalət tərəfdarı kimi verilmişdir. Cavi-
din Məhəmmədi moralist bir şair, filosofanə idrak və
ilham
sahibidir,
allahı təbiətdə axtaran panteist-
1
―Bahar şəbnəmləri‖, səh. 4-5.
187
mütəfəkkirdir. Cavid Məhəmmədin mistik dini görüş-
lərini, dindarlığını, fanatizmini fəlsəfi idealizm şəklinə
salmış, ona fəlsəfi rəng vermiş, elmi idrak donuna
geydirmişdir.
Lakin
müəllifin
bütün
cəhdlərinə
baxmayaraq, yenə Məhəmməd onun müəyyən görüşlərini
ifadə edən bir surət kimi də zamanın qabaqcıl
fikirlərindən çox uzaq olan, mücərrəd, mistik düşüncələr
ətrafında çırpınan bir idealistdir.
1926-cı ildə, əvvəlcə ―Ədəbi parçalar‖da, sonra da
―Maarif və mədəniyyət‖ məcmuəsində Hənəfi Zeynallı
―Cavidin ―Peyğəmbər‖i haqqında mülahizələrim‖ sər-
lövhəsi ilə bir neçə məqalə nəşr etdirmişdir
1
. Zey-
nallının diqqətini yalnız bir məsələ — Cavidin Mə-
həmmədi ―adi insan‖ kimi göstərməsi cəlb etmişdi.
Tənqidçi belə hesab edirdi ki, Azərbaycan səhnəsində
Məhəmmədi adi bir insan kimi göstərmək, onun guya
fövqəlbəşər allah elçisi olması haqqında təəssübkeş
ruhanilərin uydurduqları mövhumi təsəvvürləri alt-üst
etmək üçün çox əlverişli bir təbliğatdır. O yazırdı ki:
―Peyğəmbəri təsəvvür edilən mənzərəsindən düşürüb, adi
bir insan şəklinə salmaq gərək idi... Cavid dəxi öz
əsərinin, öz mühitinin gizlin bir surətdə tələb etdiyi
cəhəti meydana qoyur, bu gözlüklə peyğəmbərə baxır,
onu adi bir bəşər halına endirir‖.
Bu sözlərdə müəyyən bir həqiqət var idi. Doğrudan da,
Cavidin
Məhəmməd haqqında təsəvvürləri fanatik
ruhanilərin
peyğəmbər
haqqındakı
təsəvvürlərinin,
uydurmalarının tamamilə əleyhinə idi. Lakin tənqidçi bu
fikri irəli sürürkən bir neçə mühüm məsələni nəzərdən
qaçırmışdı. Əvvələn, Məhəmmədin adi bir bəşər, öz
əsrinin adi ərəblərindən biri olması haqqındakı fikri
birinci dəfə Cavid irəli sürməmişdi. Ondan çox-çox
qabaq, hələ XI-XV əsrlərdə Yaxın və Orta Şərqin, eləcə
1
Bax: ―Maarif və mədəniyyət‖ məcmuəsi, 1925, № 9-10 və № 11.
188
də Azərbaycanın mütəfəkkir şairlərinin əsərlərində,
Xəyyam, Əbü Əli Sina, Nizami, Füzuli və başqalarının
nəzərində Məhəmməd adi bir bəşər idi. İkinci tərəfdən,
Cavid Məhəmmədə heç də sözün geniş mənasında öz
əsrinin, ―öz mühitinin‖ münasibətini deyil, şəxsi
münasibətini və olsa-olsa dini modernizə etmək, etiqadla
fəlsəfəni birləşdirmək haqqında xəyal bəsləyən müəyyən
qrup ziyalıların münasibətini əks etdirmişdi. Məhəmmədə
və ümumiyyətlə bütün dinlərə və din xadimlərinə əsrin
münasibəti Cəlil Məmmədquluzadələrin münasibəti idi.
Cavid isə ―Peyğəmbər‖ əsərində dinə və din xadim-
lərinə bu müasir materialist münasibətdən çox uzaq idi,
hətta ―Şeyx Sənan‖ və ―Bir xatirə‖ kimi əsərlərində olan
münasibətdən də uzaq idi. H.Zeynallı bu mühüm
cəhətləri, Cavidin peyğəmbərə idealistcəsinə yanaşmasını
nəzərə almamışdı. Buna görə də o yazırdı ki: ―Cavid
―Peyğəmbər‖ pyesini yaratmaqla hazırkı əsrin həqiqi bir
oğlu olduğunu isbat etdi‖. Halbuki, tamamilə əksinə,
Cavid bu əsəri ilə hazırkı əsrdən çox-çox uzaqlaşdığını,
din
xadimlərinə
münasibətində
XI-XII
əsrlərin
səviyyəsinə endiyini göstərmişdi. Hələ bu bəs deyilmiş;
tənqidçi Cavidin Məhəmmədə münasibətində hətta
müəyyən dərəcə marksist münasibət də görürdü:
―...Peyğəmbər tamamilə öz gücünə etimad etmir, o bütün-
bütünə özünə mühit hazırlamağa sarılmış. İşbu nöqtədə
də peyğəmbərin yürütdüyü siyasət həp mahiyyətlə
marksistlərin afəti-təbiyyəni insan ağlı intizama salar,
yəni tarixin mülahizəsiz, düşüncəsiz hadisələr yığını
nəticəsində meydana gələn cərəyanına könüllü bir şəkil
və yol vermək olar,— fikri, doğrudan da, öz-özlüyündə
isbat edilə bilə‖. Bu fikirləri ilə tənqidçi nəinki Cavidi,
onun
―Peyğəmbər‖ini, marksizmi də hələ yaxşı
mənimsəmədiyini göstərmişdi.
Üçüncü tərəfdən, tənqidçi nəzərdən qaçırmışdı ki,
189
Cavid tarixin xəbər verdiyi Məhəmmədi bir çox cəhətdən
kənara qoyaraq Məhəmməd adı ilə öz romantik
xəyallarının məhsulu olan bir surət yaratmış, islam
peyğəmbərini açıqdan-açığa özünün təbliğ etmək istə-
diyi müəyyən fikirlərin ruporuna çevirmişdi. Doğrudur,
H.Zeynallının
məqalələrinin
birində
―Cavid
özü
xəyalpərvər olduğu üçün peyğəmbəri də bir parça ro-
mantik və xəyalpərvər göstərmək istəyir‖ — sözləri də
yazılmışdı. Lakin bu heç də tənqidçinin əsərin ruhunu
düzgün mənimsədiyini göstərmirdi.
Yuxarıdakı cümlələrdən bir az aşağıda H.Zeynallı
―Peyğəmbər‖də ―ayıq bir realizm‖ də olduğunu sübut
etməyə çalışıb, əsərdə bu realizmi görməyənləri
təqsirləndirir və iddia edirdi ki, ―əsərin realizmi də əsərin
ruhunu büsbütün olduğu kimi meydana qoymaqdadır‖.
Bu mülahizələrdən görünür ki, tənqidçinin bu illərdə
realizm, romantizm haqqında anlayışları da birtərəfli
olmuşdur.
Nəhayət, ―Peyğəmbər‖ Cavidin kəskin sinfi mübarizə
illərində tamamilə sarsıldığını, dəhşətləndiyini göstərirdi.
O, hər nə qədər fənalığa qarşı haqq sözlə qılıncın
birləşməsi zərurətindən bəhs etsə də, yenə ―Peyğəmbər‖
sinfi mübarizəyə qarşı mücərrəd, ümumi məhəbbət
ideyasını irəli sürən bir əsər idi ki, bu da 20-ci illərdəki
Azərbaycan ədəbi həyatı və ictimai-fəlsəfi fikri üçün
faydasız, hətta mürtəce bir iş idi.
―Peyğəmbər‖də Cavid sadəcə öz-özünü təkrar edir,
Həm də görüşlərində olan zəif cəhətləri təkrar edirdi.
―Peyğəmbər‖ müasirlik nöqteyi-nəzərindən şairin geridə
qaldığını göstərirdi. Böyük yaradıcılıq, quruculuq
illərində Cavidin Hirra və Mələk əfsanəsinə qayıdıb,
Məhəmmədi idealizə etməsi onun yaradıcılığında çox
ciddi bir nöqsan idi. Şairi öz sözü ilə tutub demək olar ki,
bu, ―həqiqət dövründə əfsanələrə qayıtmaq‖ idi.
190
2. ―AFƏT‖
1922-ci ildə Cavid nəsr ilə dörd pərdəlik ―Afət‖
faciəsini yazır. Əsər ilk dəfə 1926-cı ildə ―Maarif və
mədəniyyət‖ məcmuəsində nəşr edilir.
―Afət‖ ailə, məişət mövzusunda yazılmışdı. ―Uçu-
rum‖da olduğu kimi, burada da Türkiyə həyatından bəhs
edilir, türk zadəgan mühitində, kübar ailələrində olan
ziddiyyətlər əsas yer tuturdu. ―Uçurum‖da bir ailənin
faciəsi və ailəni dağıdan səbəblərdən yalnız biri (ailə
başçısının xəyanəti) göstərilirdisə, ―Afət‖də bir neçə
ailənin faciəsi və ailəni dağıdan bir neçə mühüm səbəblər
göstərilirdi.
―Afət‖də
yüksək
əxlaq
normalarını
tapdalayan, qadın — ana hüququnu ayaqlayan, qadına
sadəcə bir əyləncə vasitəsi kimi baxan, pozğun ərlərin və
eyni əxlaqa malik subay gənclərin çirkin hərəkətləri,
kübar ailələrə mənsub ata-anaların öz oğul və qızlarının
tərbiyəsinə
laqeyd
qalmaları,
öz
heysiyyətlərini,
mənliklərini qiymətləndirməyən, gözəlliklərinə güvənib
ara-namusa
arxa
çevirən
kübar
qadınların
məsuliyyətsizliyi, nəhayət, ailə və məişətdə ən böyük
bəlalardan biri olan əyyaşlıq kimi səbəblər bir neçə ailəni
bədbəxt edir.
Zəngin, kübar bir ailə iflas edib yoxsullaşır. Bu ailəyə
mənsub olan on yeddi yaşlı gözəl Afət, birinci arvadını
itirib əyyaşlığa alışmış, məsləksiz mühərrir Özdəmirə ərə
verilir. Afət on altı il istər-istəməz Özdəmirlə yaşayır.
Onun birinci arvaddan qalan kiçik qızı Alagözü də öz
qızı kimi tərbiyə edir. Alagöz də Afəti özünün doğma
anası bilir. Lakin bu on altı illik həyat Afət üçün
dözülməz bir cəhənnəm əzabından ibarət olur. Özdəmir
ailəsini düşünmür, günlərinin çoxunu kefdə keçirir, evdə
də arvadı və qızı ilə çox kobud rəftar edib, onları söyür,
təhqir edir.
191
Ağır illər bir-birinin ardınca ötüb keçir. Afət 33
yaşında, Alagöz isə 18 yaşında ikən Özdəmir ailəsi ilə
başqa bir şəhərə köçür. Əsil faciə, ailənin dağılması da
buradan başlanır. Qərib ailə burada çirkin bir mühitə rast
gəlir. Ziyalılar arasında ―Müsyö fırıldaq‖ adlanan, “az
maaşla çox zəngin olan‖ rüşvətxor, savadsız Xandəmir
adlı başqa bir əyyaşla Özdəmir dostlaşır. Xandəmirin
vasitəsi ilə bir neçə alçaq, şərəfsiz adam — ―sayğısız
odun parçaları‖ olan zabit Qorxmaz və Kaplan, zahirdə
özünü çox təmiz, ağıllı, ziyalı göstərən, əslində isə
―mədəni bir canavar‖ və ―mahir qadın düşkünü‖ olan 35
yaşlı doktor Qaratay Özdəmirin bədbəxt ailəsinə yol
tapırlar. Doktor Qaratay gözəl, füsunkar Afəti ələ almağa
çalışır, özünü ona mərhəmətli, xeyirxah, alicənab, fəda-
kar bir aşiq kimi göstərib, gənc qadını cəhənnəm
əzabından, Özdəmirin təhqirlərindən qurtaracağına söz
verir. Qaratayın kim olduğunu bilməyən Afət ona inanıb,
könül verir və ömründə birinci dəfə sevir. İndi bu ailənin
dağılması üçün lazım olan səbəblərin hamısı hazırdır.
Lakin
bu
faciədə
Afətin
özünəməxsus
təbiəti,
mənəviyyatı, ailə-əxlaq məsələlərinə olan baxışı daha
təxribatçı rol oynayır. Daha doğrusu, qadın düşkünü
Qaratayın həqiqi aşiq maskası ilə araya çıxması, onsuz da
binövrəsi çürük olan bu ailənin dağılması üçün ancaq ilk
qüvvətli təkan olur. Afət 33 yaşına qədər sevgi, məhəbbət
hissindən və ailə səadətindən məhrum olduğundan,
sevmək, sevilmək həsrəti onun varlığında ən qüvvətli,
yeganə ehtirasa çevrilir. Afət: ―Dünyadakı otları,
çiçəkləri, quşları, kələbəkləri, insanları və heyvanları həp
birər-birər gözdən keçirsən, sevgidən məhrum heç bir
məxluqat, heç bir zihəyata rast gəlməzsən. Hətta
günəşlər, aylar, ulduzlar arasında belə sıxı bir rabitə,
sarsılmaz bir cazibə qanunu var‖
1
—deyə düşünür. Odur
1
―Afət‖, ―Maarif və mədəniyyət‖ məcmuəsi, 1926, № 2-3 (üçüncü pərdə).
192
ki, geniş dünyada özünün sevgidən məhrum bir məxluq
olduğunu görməsi Afətə çox ağır gəlir. Onda dünyadan
narazı, insandan küskün bir hal yaranır. Xüsusilə son
dərəcə gözəl, sevimli, füsunkar olduğu halda, bədbəxt
olması, təmiz, səmimi bir eşq ilə qarşılanmaması Afəti
son dərəcə kinli, qəzəbli və xudbin edir. Qızlığında kübar
ailədə tərbiyə alması, sonradan da və müşahidələri
artdıqca içərisində yaşadığı mühitin saxtalığını, buradakı
kişilərin
yalançılığını,
vəfasızlığını,
eşqdən
və
gözəllikdən dəm vuran aristokrat ―ərlərin‖ mənəvi
boşluğunu, rəzil əxlaqını görüb dərk etməsi Afətdəki
kini, xudbinliyi daha da qüvvətləndirir, hətta onu bir
qədər də vəhşiləşdirir, intiqam hissi ilə çırpınan demonik
bir varlığa çevirir. Odur ki, Afət sövqi-təbii ilə ömrün-
də ilk dəfə ürəkdən sevdiyi, könül verdiyi Qarataya da
inanmır. Afət ona eşq elan edən Qarataya deyir: ―Mən
bütün mənliyimi, bütün həyatımı, səadətimi sənin yo-
lunda fəda etməyə hazıram. Hətta sənin uğrunda cina-
yətdən belə çəkinməm. Ancaq aldanmaq istəməm. Aldan-
dığımı duyarkən məhv oluram. Həm də pək kinliyəm,
anlayırmısan? Məni aldatmaq istəyənləri əsla əfv etməm!
İki gözüm olsa, intiqam alarım, intiqam! Əvət, mən pək
kinliyəm. Məni təhqir edənlər əzrailin qucağına atılmış
olur‖
1
.
Bununla belə Afət əyyaş ərinin ağır təhqirlərindən
xilas olmaq üçün, ürəyi qızmaya-qızmaya Qarataya pənah
gətirməli, ona sığınmalı olur. Afətin Qaratayı sevdiyini
hiss edən Özdəmir öz arvadına qarşı daha amansız olur.
O, Afəti başqalarının yanında ―çamurluqda gəzən bir
ördək‖, ―azğın və hərcayi bir ördək‖ adlandırır. Öz
izzəti-nəfsinin tapdalandığını, camaat arasında ağır təhqir
edildiyini görən Afət üçün yaşamaq çox çətin olur. O,
özünü zəhərləmək üçün Qarataydan zəhər istəyir: ―Aman,
1
―Afət‖, ―Maarif və mədəniyyət‖ məcmuəsi, 1925, № 3 (birinci pərdə).
193
mənə mərhəmət... Mərhəmət eylə də, məni qurtar. Of, bir
çarə, bir əlac, bir zəhər, bir atəş bul ki, kəndimi məhv
edəyim də, bu qaba, çirkin səsi bir daha eşitməyəyim!‖
1
İblis təbiətli, hiyləgər Qaratay gənc qadının bu
çıxılmaz vəziyyətindən və ona olan məhəbbətindən isti-
fadə edərək onu cinayətə sövq edir. Afəti məcbur edir ki,
onunla birləşmək istəyirsə, ərini zəhərləyib öldürsün.
Afət müti bir qul kimi bu əmri yerinə yetirir. Eşidənlər
sərxoş mühərririn ürək xəstəliyindən öldüyünü zənn
edirlər. Çox çəkmir ki, Qaratay da Afətdən soyuyur,
Xandəmirin gənc qızı 22 yaşlı Altunsaçı tora salır. Bu
xəyanət Afət üçün əyyaş ərinin vəhşi münasibətlərindən
sonra ikinci ağır zərbə olur. Bir tərəfdən Afət işlədiyi
cinayətdən peşman olub ruhi əzablar çəkir, ikinci
tərəfdən Qaratay tərəfindən aldadılması, qısqanclıq hissi
onu tamamilə haldan çıxarır. Afət nəinki onu əhatə edən
mühitə, insanlara, hətta özünə də nifrət edir: ―Ah, mən
neçin bu xain mühitə atıldım, neçin yaradıldım?.. Neçin
qatil oldum, neçin aldandım?‖
2
— deyə inləyir.
Afətdəki xudbinlik, kinlilik, intiqam hissi getdikcə
qüvvətlənir. Sevgi ehtirası bu dəfə insana nifrət, intiqam
ehtirasına çevrilir. İndi Afət həm özünü məhv etmək,
həm də Qarataydan intiqam almaq arzusu ilə yaşayır. İndi
Afət ona eşq elan edən, süni nəvaziş göstərən, onun
qarşısında diz çöküb dil tökən, bütün yalançı kişilərin
―başını bir qılıncla vurmağa hazır olan‖ iblis təbiətli,
ürəyində yalnız kin, nifrət hissini daşıyan və hər kəs üçün
qorxulu olan bir afətə çevrilir: ―Mən hər qanunun
xilafına yaradılmış bir məxluqum. Mənim hər sevincimdə
bir fəlakət, hər fəlakətimdə bir bəxtiyarlıq var. Mən...
sevgimi cəllad kimi boğazlarım. Əvət, mən ağlarkən gü-
lərim, gülərkən ağlarım‖
3
.
1
Yenə orada, 1925; № 3 (birinci pərdə).
2
―Afət‖, ―Maarif və mədəniyyət‖ məcmuəsi, 1926, № 2-3 (üçuncü pərdə).
3
Yenə orada , 1926, № 2-3 (üçüncü pərdə).
194
Afət təbiəti etibarı ilə pozğun, hərcayi qadın deyildir.
Onu bu yola kübar mühit, bu mühitdə olan saxtalıq,
cinayət, əyyaşlıq sövq etmişdir. O, ―Ah, mən əxlaqsız
deyildim. Fəqət Özdəmirin sərxoşluğu, sayğısızlığı məni
məhv etdi. Sonra da doktor Qaratay da məni sapdırdı, ona
vuruldum, qatil oldum‖
1
— deyir.
Afət şüurlu surətdə, cani Qaratayın acığına öz
gözəlliyinə pərəstiş edənləri arxasınca süründürməklə
məhəbbət əzablarını unutmağa çalışır. Afətin yanlış həyat
yollarına düşməsini, onu bu yola sövq edən hissləri,
duyğuları, bu demonik təbiəti aydınlaşdırmaq üçün onun
ikinci pərdədə Qaratayla olan mübahisəsini, qismən
Cabbarlının ―Sevil‖ dramında Sevillə Balaş arasında olan
mükaliməni xatırladan hissəni yada salaq:
D o k t o r Q a r a t a y (istehzalı təbəssümlə Afətin əlini
öpüb, uzaqlaşan Kaplanı göstərir) — Yeni eşqinizi təbrik
edirəm.
A f ə t (müstəhzi) — Sizdə olduğu kimi, deyilmi? (Sinirli)
ah, insafsız, mərhəmətsiz!.. Sən məni atıb da, Altunsaça
uyursan,
saatlarca
peĢindən ayrılmazsan, mehtablı
gecələrdə əcnəbi kokotlarla qayıq gəzintisi yapırsan. Həpsi
keçər gedər. Fəqət mən... Mən isə yalnız əlimi öpdürməklə
böyük bir günah iĢləmiĢ oluram, oyləmi?
D o k t o r Q a r a t a y — çünki sən qadınsan,
anlayırmısan?
A f ə t (müstəhzi qəhqəhələrdən sonra) —Ah, zavallı
qadın- lar!.. Bütün mühit və qanunlar onlara düĢmən.
Bütün din və adətlər onlara düĢmən. Bütün təbiət və kainat
düĢmən. Çünki zəifdirlər. Onunçün də müqəssirdirlər.
Fəqət erkəklər həp mə- sum, bütün azğınlıqları ilə
məsumdurlar... Çünki bütün qanunları yapan onlardır.
Onunçün də haqsız deyillər... Haqsız olsalar da belə, haqlı
1
Yenə orada.
195
görünürlər...
D o k t o r Q a r a t a y — Afət, sən erkəkləri deyil,
yalnız məni təhqir edirsən.
A f ə t (son dərəcə qızğın)— Sus, artıq çıldırıram! Ah, sən
təhqirə belə layiq deyilsən. Sən sönük bir arzun üçün məni
qa- til etdin. Kəndi əlimlə kəndi qocamı zəhərlətdin. Əməyi
ilə bəsləndiyim bir biçarəni məhv etdin
1
.
Bu hüquqsuzluğa, xəyanətə qarşı Afət, doğrudan da,
müdhiş, dəli vəziyyətə düşür. Ailə həyatının, sevərək
yaşamağın mümkün olmadığını gördükdə Qarataydan
intiqam alıb onu öldürür, sonra da özünü zəhərləyir.
Bu bədbəxt ailənin övladı, gənc Alagözün faciəsi daha
təsirlidir. Alagöz 18 yaşlı, oxumuş, savadlı bir qızdır.
Gənc yaşlarından zəhmətə alışmışdır. Ailəsi yeni şəhərə
köçdükdən sonra da ―İbn-Sina xəstəxanası‖nda şəfqət
bacısı vəzifəsini qəbul etmiş, yaralı əsgərlərə baxır,
əlindən gəldiyi qədər cəmiyyət üçün faydalı bir iş
görməyə çalışır. Mənsub olduğu ailədən, analığından və
atasından fərqli olaraq bu gənc qız təmiz, yüksək bir
əxlaqa, zəngin bir mənəviyyata malikdir. Onda həm
ailəsinə, həm də içərisində dolaşdığı kübar mühitə, bu
mühitin yüngül ağıl, şit qadın və kişilərinə tənqidi bir
münasibət vardır. Alagöz heç kəsə könül vermək istəmir.
Onun təsəllisi və həmdəmi kitablardır, elm, şeir və
musiqidir. Alagöz ―hər kəsdə olduğu kimi, məndə də
könül var, duyğu var. Əfsus, nə sevmək istəyirəm, nə də
sevilmək‖— deyir. Çünki o, dövrəsindəki kübar
gənclərdən heç birisinə etibar etmir, onlarda nəcib insani
sifətlər görmür. Alagöz özü də şeir, musiqi qədər incə,
lətif, məsum bir qızdır, pərəstişə layiq nəcib, gözəl insan-
dır. Lakin bu nəcib insanın da həyatı başdan-başa
faciədir. Atasının əyyaşlığı, doğma anası zənn etdiyi
Afətin bədbəxt həyatı ona böyük dərd olmuşdur. Xüsusən
1
―Afət‖, ―Maarif və mədəniyyət‖, 1926 № 1 (ikinci pərdə).
196
Qaratayın xəyanətindən sonra Afətin ailə, əxlaq
normalarını tapdalaması, atasının daha da pozulması,
kübar mühitinin onlarla çirkin rəftarı Alagözü tamamilə
əldən salmış, camaat arasında başıaşağı etmişdir.
Bədbəxt qız əzab çəkir, dost-tanış arasına çıxa bilmir. O,
mümkün qədər valideynlərinə təsir etməyə, onları
fəlakətdən uzaqlaşdırmağa cəhd edir. Hər kəs, bütün
kübar mühit Afətə və Özdəmirə pozulmuş, islahedilməz
bir adam kimi baxdıqları halda, bu bədbəxt insanlarla
əyləndikləri halda, Alagöz onların halına ürəkdən acıyır.
O, anasına pis mühitə düşmüş, pis ərə rast gəlmiş qərib,
kimsəsiz bir qadın, atasına isə öz əli ilə özünü
uçurumlara atan, ağılsız, yazıq bir insan kimi baxıb,
onları doğru yola qaytarmaq istəyir, lakin müvəffəq ola
bilmir. Bu işdə ona kömək edənlər tapılırsa da, ancaq
onlar da çox sonra, iş-işdən keçdikdən sonra haraya
çatırlar.
Yeni şəhərə köçdükləri ilk günlər hər kəs Alagözə
hörmət və məhəbbətlə yanaşır, bütün gənclər ona xüsusi
pərəstişkarlıq göstərir. Lakin çox çəkmir ki, ―Afətin,
Özdəmirin qızıdır‖ deyə ondan uzaqlaşırlar. Hətta
Alagözü yaxından tanıyan, ürəkdən sevən, onunla bir
xəstəxanada işləyən, ciddi, səmimi gənc həkim Oqtay da
axırda ―Afət kimi bir qadının qızı ilə görüşmək təhlükəli
uçurumlara atılmaqdır‖ deyə ondan üz çevirir. Bu
təhqiramiz münasibətlər gənc qız üçün daha ağır bir
zərbə olur. Gənclərdən eşitdiyi müəmmalı sözlər onun
qəlbini bir ox kimi yarıb keçir. Ən nəhayət bütün bunlar
Alagözü intihar etmək dərəcəsinə çatdırır. O da atasının
ölümündən sonra Afət kimi özünü zəhərləmək istəyir.
Lakin yaxşı insanlar da tapılır: kübar mühitə yabançı
və bu mühitə nifrət edənlərdən biri olan yoxsul mühərrir
Ərtoğrul Alagözün xilaskarı olur.
Cavid ―Afət‖də Ərtoğrul, Oqtay, Yavuz kimi müsbət
197
surətlər yaradır. Bunlar öz əlinin əməyi ilə yaşayan,
təmiz əxlaqlı, namuslu, xeyirxah gənclərdir. Ərtoğrul —
mühərrir, Yavuz — müəllim, Oqtay isə gənc həkimdir.
Bunlardan Ərtoğrul romantik bir gənc olaraq daha
səciyyəvidir. O qüvvətli, mətin iradəli, cəsur, qorxmaz,
həqiqətin üzünə dik baxan, heç kəsdən çəkinməyən,
müstəqil fikirli bir gəncdir. Təmizlik, sadəlik, təbiilik,
xeyirxahlıq, dostluq, məhəbbət, səadət, səmimiyyət,
insana kömək, hamı insanları yüksək əxlaqlı, ağıllı,
təmkinli görmək arzusu onun romantikası, gözəl
arzularıdır. Ərtoğrul öz şəxsi həyatında da təbliğ etdiyi
gözəl insani keyfiyyətlərə bir nümunə olmağa çalışır.
Buna görə də o bütün varlığı ilə kübar mühitə, bu mühitin
pozulmuş adamlarına qarşı durur. O bu mühiti ―zəncirsiz
divanələr mühiti‖, burada rast gəldiyi əxlaqsız
qaratayları, qorxmaz və kaplanları ―sayğısız odun
parçaları, nə özlərini, nə də ətrafdakıları anlamayan
idraksız, duyğusuz tülkülər, çaqqallar, ağlı topuğunda
olan qazlar, duyğusuz sallaqxana makinaçıları, azğın,
satqın,
cani,
qatil‖
adlandırır.
Lakin
Ərtoğrul
xarakterində
olan
müəyyən
zəif
cəhətləri,
mərdümgirizliyi, xəyalpərvərliyi ilə Şeyda surətini
xatırladır. O da, Şeyda kimi, həm qüdrətli, həm də
zəifdir. Gənc yoxsul mühərrir bir tərəfdən ―insanları
qurtaracaq bir qüvvət varsa, o da cəsarət, yalnız
cəsarətdir. Mən yaşamaq için titrəyənləri daim əzrail
qucağında gördüm; ufaq bir qığılcımdan ürkənləri daim
yanğın ocağında buldum‖—deyir; ikinci tərəfdən isə,
eyni ilə Şeyda kimi, inildəyib sızlayır: ―Mən də bu
düşkün mühitdə çırpınan zavallı, sönük varlıqları yıxmaq
istəyən bir qığılcım... Pəncədırnaqlarla qəlbi gəmirilən
bir bədbəxt... bir biçarə... Mənasız saylar ətrafında
dolaşan bir sıfır, bir heçəm‖
1
—deyir.
Dostları ilə paylaş: |