bət. Əvət, bütün bəĢəriyyəti xilas edəcək yalnız
məhəbbətdir. Məhəbbətlə çırpınan bir çoban qəlbi kin və
ədavət püskürən bir sultan qafasından daha Ģərəflidir.
1
―Topal Teymur‖, səh. 19-20
209
Əgər dünyanın Ģanlı çar- pıĢmaları, qanlı vuruĢmaları
nəticədə bir məhəbbət və fövqəl- bəĢər bir məhəbbət
doğurmayacaqsa, bütün həyata, bütün kainata nifrətlər
olsun!
Bu mükalimələr bizə Cavidin ―Peyğəmbər‖ əsərində
Skeletin dili ilə verdiyi fikirləri və həyat mübarizəsi
məsələsində Məhəmmədin dili ilə çıxardığı son nəticəni
xatırladır:
Əhli-vicdanə busə, xainə kin!
Yeri gəlmişkən qeyd edək ki, ―Peyğəmbər‖də olduğu
kimi, bu əsərdə də Cavidin belə fikirlərə, xəyallara
qapılmasının səbəbi yenə kəskin sinfi mübarizələr
dövründə şairin dərin mənəvi böhran keçirdiyini, yenə
mücərrəd ümumi məhəbbət ideyasının onda gücləndiyini
göstərirdi.
İkinci tərəfdən, bu faktlar aydın göstərir ki, Cavid
yaratdığı tiplərin çoxunu əsasən öz ideyalarının,
fikirlərinin təbliği vasitəsinə çevirir. İstər islam
peyğəmbəri Məhəmməd, istər qanlı fateh Topal Teymur,
istərsə də şair Kirmani və başqaları olsun, dramaturq
asanlıqla onları öz dilində danışmağa məcbur edir.
Dünya ədəbiyyatında Cavidə qədər, Məhəmməd haq-
qında olduğu kimi, Teymur haqqında da bədii əsərlər
yazılmışdır. Bu əsərlərdə də biz Teymur surətinin
müəyyən məqsədə görə gah idealizə, gah da əksinə təh-
rif edildiyini görürük. Bu nöqteyi-nəzərdən ingilis
dramaturqu, Şekspirin sələfi Kristofor Marlonun (1564-
1593) ―Böyük Teymurləng‖ adlı faciəsi səciyyəvidir.
Marlo böyük şəxsiyyətlər, böyük ehtiraslar faciəsi
yaratmaq məqsədilə Teymurləngə müraciət etmiş, ondakı
şöhrətpərəstlik, hakimiyyət ehtirasını əsas götürmüşdür.
Bu ehtirasla da faciədə Teymur yüksəlib, böyük fateh,
210
böyük şəxsiyyət səviyyəsinə qalxır. Teymurləngi və
Teymur istilasını yaradan həqiqi tarixi şərait və
Teymurun öz şəxsiyyəti Marlonun da əsərində nəzərə
alınmamış, tarixi mövzu ancaq məqsədəuyğun, arzu
edilən şəkildə işlənmişdir.
Cavid də qismən bu yolla getmişdir. Lakin XVI əsrlə
XX əsrin bədii təfəkkürü arasında, Marlonun yaşadığı
tarixi şəraitlə Cavidin yaşadığı tarixi şərait arasında nə
qədər böyük fərq, məsafə vardı! Cavidin romantizmi,
onun öz görüşlərini təbliğ üçün tarixi həqiqət son dərəcə
sərbəst
münasibət
bəsləməsi
ona
bu
həqiqəti
unutdurmuşdu.
Lakin bu, ―Topal Teymur‖ dramında Teymurun
idealizə edilməsinin yeganə səbəbi deyildi. Bu surətin
idealizə edilməsində tənqidə dözə bilməyən bir
təəssübkeşlik,
daha
dəqiq
deyilsə,
qövmi
bir
təəssübkeşlik hissi də vardı.
Bu illərdə Caviddə belə bir qənaət vardı ki, avropalılar
öz iskəndərlərini, napoleonlarını idealizə edib göylərə
qaldırdıqları, onların şəninə abidələr, heykəllər, bədii
əsərlər yaratdıqları halda, nə üçün Şərq xalqları öz böyük
şəxsiyyətlərini qiymətləndirməsin, onlar haqqında əsər
yazmasın, onlara abidələr, heykəllər qoymasın? Əgər
Cavidin bu fikri həqiqətən bir vətənpərvərlik eşqi
olsaydı, əgər onu babəklər, cavanşirlər, səttarxanlar
düşündürsəydi, ruhlandırsaydı, biz hər zaman bu haqlı
təəssübkeşliyə görə şairi alqışlaya bilərdik. Lakin Cavid
―Topal Teymur‖ əsərində bu həqiqətdən çox-çox
uzaqlaşmış, Şərqin və öz vətəninin həqiqi qəhrəman
oğulları ilə deyil, Şərqdə, o cümlədən Azərbaycanda
faciələr törədən, dünya xalqlarına böyük bəla kəsilən
teymurlarla, çingizlərlə ruhlanmış, onları hörmətə layiq
qəhrəman saymışlar. Buna görə də həqiqətdə bu yerli,
haqlı bir təəssübkeşlik deyil, məhz Cavidi hələ 20-26-cı
211
illərdə də tamamilə tərk etməyən, türkçülük fikirləri
qalıqları ilə əlaqədar olan mənasız və zərərli bir qövmi
təəssübkeşlik idi. Hətta bu qövmi təəssübkeşlik o
dərəcəyə çatmışdı ki, azərbaycanlı şair öz millətini,
bütün tarixi boyu hər cür istilaçılara, eləcə də Teymur
istilasına qarşı sinə gərən azərbaycanlıları surətlərinin
dili ilə ―yabançılara kölgə‖ olan, ―xarici təsirlərə tez
qapılan‖, ―əsarət və köləliyə asanlıqla boyun əyən‖ bir
xalq adlandırmışdır. İkinci pərdədə Teymur, şair Kirmani
və Divanbəyi arasında gedən mükalimə bunu təsdiq edə
bilər:
D i v a n b ə y i – Yenə üsyan. Yenə azərbaycanlılar
oğlunuz Miranşaha qarşı üsyan etmişlər.
T e y m u r – Səbəb?..
D i v a n b ə y i – Səbəb Miranşahın kevşəkliyi,
iradəsizliyi.
T e y m u r (qızğın) – Ah, Miranşah! Miranşah! Əvət,
onda azacıq tədbir və siyasət bulunsaydı, kimsə izindən
çıxmazdı. Orasını idarə edəcək sağlam və düşüncəli bir baş
lazımdır. Heyhat ki, Miranşah kimi şaşqınlar o düşüncədən pək
uzaqdırlar.
Ş a i r — Azərbaycan eşsiz bir cənnət bucağı, tükənməz bir
sərvət ocağıdır. Lakin əfsus... minlərcə əfsus ki, Miranşahlar
oyuncağıdır.
D i v a n b ə y i — Məncə azərbaycanlılar yabançılara tabe
olmaqdan pək zövq alır və xarici təsirə daha çox qapılırlar
1
.
1925-26-cı illərdə, sosialist inqilabının sayəsində
Azərbaycan
xalqının
burjua-mülkədar
zülmündən
həmişəlik azad olduğu və böyük ruh yüksəkliyi ilə yeni
cəmiyyət quruculuğu işlərinə başladığı bir dövrdə
Cavidin Topal Teymurdan yazması açıqdan-açığa onun
1
―Topal Teymur‖, səh. 35.
212
müasir
həyatdan
uzaqlaşdığını,
yeni
cəmiyyətin
əməllərini başa düşmədiyini göstərirdi.
Bu səbəblərə görə ―Topal Teymur‖ oxucular tərə-
findən ciddi etirazla qarşılandı. Şairin yaradıcılığı ilə
ciddi məşğul olan Mustafa Quliyev ―Topal Teymur‖
haqqında ayrıca və çox kəskin bir məqalə ilə çıxış etməli
oldu
1
. O, Cavidin ―Topal Teymur‖da inqilabdan və
müasir həyat məsələlərinin həllindən üz çevirdiyini,
―bütün dünyanı alt-üst etmiş olan inqilab dövrü hazırkı
sənət əsərlərinin hər birinə öz qəti tələbini təqdim etdiyi
bir
zamanda‖
Cavidin
―zəmanənin
ən
canlı
məsələlərindən... yaxasını kənara çəkdiyini‖, ―sənət sənət
üçündür‖ nəzəriyyəsinə, estetizmə qapıldığını göstərirdi.
Tənqidçi haqlı olaraq yazırdı ki, ―Topal Teymur‖dan
əvvəl yazılmış ―Şeyda‖ faciəsində ―inqilabın tərəfinə baş
əyən‖ Cavidin ―inqilabın 6-cı ilində, ən çətin və ən ağır
yapıcılıq işi dövründə təmiz bir estetizmə qapılması‖ çox
təəccüblüdür. Tənqidçi xüsusi olaraq, qeyd edirdi ki,
―Topal Teymur‖da qapqara bir bədbinlik, xalq kütlələ-
rinin qüvvəsinə, onların inqilabi əməl və arzularına
inanmamaq, ümidsizlik, millətlərə hakim və məsəllət
olanlar qarşısında acizlik görünür‖.
Mustafa Quliyev ―Topal Teymur‖ haqqındakı tənqidi
mülahizələrində tamamilə haqlı idi. Lakin tənqidçi bir
məsələni nəzərdən qaçırmışdı ki, ―Topal Teymur‖dan
əvvəl yazılmış ―Şeyda‖ faciəsində Cavidin rəğbət
bəslədiyi, ―qarşısında baş əydiyi‖ burjua-demokratik
inqilab idi. Sosialist inqilabı ideallarından isə, Cavid
əvvəllərdə olduğu kimi, ―Topal Teymur‖u yazdığı illərdə
də çox uzaq idi. Belə bir əsərin meydana çıxmasının,
möhtəşəm yeni quruculuq dövründə şairin estetizmə
qapılmasının da səbəbi bu idi.
1
M u s t a f a Q u l i y e v . ―Cavidin Topal Teymuru haqqında‖, ―Maarif və
mədəniyyət‖ məcmuəsi 1926, № 11.
213
Diqqəti cəlb edən bir cəhət də odur ki, Mustafa
Quliyev Cavidin səhv addımlarını ciddi tənqid etməklə
bərabər, Caviddən tamam əl üzmür, şairin qarşısında yeni
vəzifələr qoyur, onu müasir Azərbaycan həyatının böyük
məsələləri ilə məşğul olmağa, öz qüdrətli qələmi ilə yeni
cəmiyyət quruculuğuna, ictimai mənafeyə xidmət etməyə
çağırırdı: ―Cavid ancaq müasir həyatın böyük yaradıcılıq
işləri, möhtəşəm vəzifələri məsələləri ilə bərabər
yürüməklə, proletariata yaxınlaşmaqla öz yaradıcılıq
yolunu düzgün müəyyənləşdirə bilər... Belə olsaydı,
Hüseyn Cavidin hünəri ictimai mənafeyə xidmət edə
bilərdi‖.
Cavidin 1926-cı ildən sonrakı əsərləri aydın göstərdi
ki, ciddi, tələbkar marksist tənqidinin onun yaradıcılığına
çox müsbət təsiri olmuşdur.
* * *
Beləliklə, Azərbaycanda Sovet hakimiyyəti qurul-
duqdan sonra bir neçə il, 1920-1925-ci illərdə Cavid yeni
həyatdan heç nə yaza bilmədi. Bu illər şairin ölkədə və
beynəlxalq həyatda baş verən böyük tarixi-ictimai
hadisələrə qarşı çox laqeyd olduğu bir dövr idi.
Cavid əslində sakitlik sevməyən, coşqun ilhamlı və
ötkəm bir şair idi. İctimai həyat hadisələrinə laqeyd
qalan, bir təhər başını girləməyə çalışan seyrçi şair
deyildi.
Əvvəldən
onun
özünəməxsus
ideyaları,
məfkurəsi vardı ki, əsərlərində inadla təbliğ edirdi. Odur
ki, belə bir şairin bir müddət, zamananın böyük,
cahanşümul
hadisələrinə
dözülməz
bir
laqeydlik
göstərməsi, çox vaxt canlı həyat üçün, kütlələrin yenilik
uğrunda mübarizəsi üçün əhəmiyyəti olmayan mövzular,
əsərlər üzərində işləməsi onun ciddi nöqsanı idi. Bunun
səbəbi o idi ki, yuxarıda dediyimiz kimi, Cavid bu illərdə
açıqdan-açığa tərəddüd dövrü keçirirdi. Şair dünyanı
sarsıdan və dünya ictimai fikrinə yeni, böyük ideyalar
214
aşılayan sosialist inqilabının əsas məqsədini dərk
etməkdə çox çətinlik çəkirdi. Şair bu illərdə sadəcə
özünü təkrar edir və bir çox hallarda özünün əvvəlki
mütərəqqi fikirlərindən də uzaqlaşırdı.
Bədii yaradıcılıq tarixi göstərmişdir ki, sənətkarın
özünü təkrar etməsi, məfkurəcə irəliləyə bilməməsi,
əksəriyyətlə yeni şəraiti, hadisələri aydın dərk edə
bilməməsindən irəli gəlir. Cavid də 20-26-cı illərdə
özünü bu mənada təkrar edirdi; hətta müəyyən
şeirlərində, xüsusən tarixə olan baxışlarında şairin
gerilədiyi də aydın hiss olunurdu. Məsələn. 1912-ci ildə
yazılmış ―Maral‖ dramında belə bir səhnə vardı: şairin
müsbət planda verdiyi el aşığı Sultan qonaqlıqda çalıb
oxuyur, müstəbid cahangirləri, eləcə də Teymur və
Çingiz xanı ―qaniçən‖ adlandırır:
Nə buldular isgəndərlər, çingizlər?
Qanlar töküb, camlar yaxıb getdilər.
Cahanı titrədib alt-üst etdilər.
Qanlı bir iz buraxdılar, getdilər.
Aşıq Sultan bu sözləri oxuyarkən dayaz düşüncəli
topçu zabiti Çingiz bəy qəzəblənib aşığı məclisdən
qovur. Ondan bu kobud münasibətin səbəbini soruşduq-
da belə cavab verir: ―Əcnəbilər ―böyük İsgəndər, böyük
Napoleon‖ deyə öz qəhrəmanlarına abidələr yapdırır.
heykəllər tikdirirlər. Fəqət bizlər?.. Bizlər isə Çingiz
kimi cahangirləri, Teymur kimi qəhrəmanları ―xunxar,
canavar‖ — deyə ləkələmək istəyiriz‖.
―Maral‖da Çingiz bəy əsasən mənfi planda, müharibə
tərəfdarı, bir hərbçi zabit kimi verilmişdir. 14 il ondan
sonra yazılmış ―Topal Teymur‖da isə Cavid Çingiz və
Teymura
münasibətində
özü
bu
hərbçi
zabitin
səviyyəsinə enmiş, ―hər səciyyə və şəxsiyyət birər qanun
215
deməkdir. Allah bir olduğu kimi, padşah da bir olma-
lıdır‖ deyən Topal Teymuru rəiyyətin halına yanan,
ədalətli bir xaqan kimi göstərməyə çalışmışdı. Bu,
əlbəttə, şairin görüşlərində gözlənilməyən bir irtica idi.
Yaxud 1917-ci ildə yazılmış ―Uçurum‖ faciəsində
yenə müqayisə üçün mənalı olan belə bir səhnə vardı:
ağıllı, savadlı və tərbiyəli gənc tələbə İldırım yeni əsrin
rəsm sənətindən söhbət salıb, rəssam Cəlalın öz sənətini
təkmilləşdirmək üçün Avropaya səyahətə hazırlaşdığını
söyləyir. İldırımın ―İsa ruhlu qələndər‖ adlandırdığı
xəyalpərvər, insandan qaçan, mütərəddid, bədbin Əkrəm
isə, ona hicaz ölkəsinə səfər etməyi Məhəmmədi Hirra
dağında təsvir etməyi məsləhət görürdü.
Düzdür, Əkrəm ―Uçurum‖ müəllifinin ideal qəhrə-
manı deyildi. Şair bu surəti də ―İblis‖dəki Arif,
―Maral‖dakı Cəmil bəy surətləri kimi, Şərqin mütə-
rəddid, başını itirmiş gənclərindən biri kimi yaratmışdı.
Lakin təəccüblü burasıdır ki, 1922-ci ildə yazdığı
―Peyğəmbər‖ dramında da Cavid eynilə on il əvvəl
―Uçurum‖da yaratdığı ―İsa ruhlu Əkrəm‖ səviyyəsinə və
zövqünə enirdi. Həqiqətən ―Peyğəmbər‖in ilk səhnəsi
Əkrəmin təsvir etdiyi eyni mənzərəni, vəziyyəti əks
etdirirdi. ―Peyğəmbər‖də açıqdan-açığa islam dinini
modernizə etmək meyli görünürdü. Əlbəttə, on il əvvəl
―dinin fitnələr, bəlalar doğurduğundan‖ bəhs edən bir
şairin, ―Əvət quran, zəbur, incil və tövrat—birər röya ki,
zor təfsiri, heyhat!‖ kimi misraların müəllifi olan bir
şairin birdən-birə dini kitablarda ―məhəbbətdir ən böyük
din‖ ideyasını axtarması çox təəccüblü idi. Buna görədir
ki, sovet ədəbi mühiti tamamilə haqlı olaraq Cavidin bu
əsərlərini onun yaradıcılığında bir geriləmə kimi
qiymətləndirmişdi.
Cavidin yeni inqilabi ideyaları mənimsəməkdə ge-
cikməsi
onun
görüşlərindəki
kəskin ziddiyyətlərlə
216
əlaqədar idi. Çox mürəkkəb tellərlə, yuxarıda dediyimiz
kimi, ―dünyanı ideyalar idarə edir‖ anlayışına bağlı olan
bir sənətkar üçün birdən-birə yeni, əzəmətli tarixi
hadisənin, proletar diktaturasının mənasını dərk etmək
asan deyildi. Bu elə bir dövr idi ki, hər yazıçı yeni
varlığa, yeni ideyalara öz xüsusi yolu ilə yaxınlaşırdı.
Məsələn, böyük demokrat Cəlil Məmmədquluzadənin
tutduğu yol tamamilə başqa idi. O, əvvəldən də proletar
inqilabı ideyalarına dərin rəğbət bəsləyən bir yazıçı idi.
Yeni şəraitdə onun üçün inqilabi demokratik ideyalardan
proletar inqilabı ideyalarına keçmək kimi nisbətən qısa
bir yol qalırdı ki, yazıçı bu yolu həqiqətən qısa bir
müddətdə, asanlıqla keçə bildi və ―Şura hökumətini‖
şüurlu surətdə alqışladı. Süleyman Sani Axundov da
inqilaba çox tez yaxınlaşmışdı. Şübhəsiz, bu yol inqilab-
dan əvvəl müxtəlif görüşlərə malik olan yazıçılar üçün
ümumi sayıla bilməzdi.
Cavidin yaradıcılıq yolu isə tamamilə başqa idi.
İnqilabdan əvvəl Cavid, ―Şeyda‖ və başqa əsərlərində
olduğu kimi, inqilabçılara, ―füqərayi-kasibəyə‖ rəğbət
bəsləsə də, nəinki proletar inqilabının, hətta burjua-
demokratik inqilabının belə əsil yolu, son məqsədi və
nəticələri onun üçün qaranlıq, dumanlı idi; onda daha çox
ümumi məhəbbət ideyası hakim idi. O hər hansı inqilabi
hərəkatın da ancaq, ümumi məhəbbət ideyasının
möhkəmlənməsi, bütün bəşər nəsli arasında siniflərdən
asılı olmayaraq fövqəlbəşər bir məhəbbətin bərqərar
olması sayəsində gözəl bir nəticə verəcəyini güman
edirdi. Barışmaz sinfi mübarizə yolu Cavidin heç
xəyalına da gəlmirdi. Təbii ki, belə bir görüşə malik olan
sənətkarda kəskin siniflər mübarizəsi şəraitində çox
mürəkkəb ziddiyyətlər, tərəddüdlər əmələ gəlməyə
bilməzdi.
Lakin bütün bu ziddiyyətləri, tərəddüdləri ilə bərabər,
217
Caviddə bütün ideyalı sənətkarlara məxsus olan bir üstün
cəhət var idi: o, səmimi bir yazıçı idi; ancaq inandığı,
qəlbi, fikri ilə möhkəm bağlı olduğu ideyaları təbliğ
edirdi. Doğrudur, yeni şəraitdə bu səmimiyyət bir müddət
onun yaradıcılığına zərər vermişdi. Çünki şair özünün
köhnəlmiş fikirlərində də ―səmimi‖ görünürdü. Bu onun
yaradıcılığında uğursuz bir səmimiyyət idi. Bununla belə
Cavid onu əhatə edən yeni mühiti, yeni şəraiti, sürətlə
dünyaya yayılan yeni ideyaları da səmimi surətdə
anlamağa, dərk etməyə çalışırdı. Bu qavrama, bu idrak
prosesi çox mürəkkəb və çətin yolla gedirdi, həm də hiss
edilməyəcək dərəcədə ağır gedirdi; amma Azərbaycan
ədəbi ictimaiyyəti şübhə etmirdi ki, Cavid əsil həqiqəti
qapacaqdır, inqilabi varlığa gəlib çıxacaqdır. Şairin
səmimiyyəti və varlığın ona təsiri labüd olaraq öz yeni,
gözəl nəticələrini verməli idi. Elə də oldu. Çox çəkmədi
ki, Cavid yeni, azad Azərbaycanın tarixi inkişafındakı
yeni mərhələnin cahanşümul mənasını, xalqa yeni həyat
bəxş edən inqilabın böyük şeiriyyətini dərk etməyə
başladı.
218
DÖRDÜNCÜ FƏSİL
CAVĠD YARADICILIĞININ YENĠ DÖVRÜ
1. ―AZƏR‖ DASTANI.
1926-cı ilin axırlarında çap olunmağa başlayan ―Azər‖
əsəri Cavidin yaradıcılığında və görüşlərində bir dönüş
əmələ gəldiyini göstərdi. ―Azər‖ janr etibarı ilə Cavidin
bütün əsərlərindən fərqlənən mənzum bir dastan idi. Şair
bu əsəri 1926-1936-cı illər arasında, 10 il müddətində
yazmış və hələ tamamlanmamış olan bu dastanın hər il
bir və ya bir neçə hissəsini nəşr etdirmişdir. Dastanın çap
olunmamış hissələri də olmuşdur. Hələlik bizə onun 2000
misradan ibarət olan aşağıdakı parçaları məlumdur: ―Nil
yavrusu‖, ―Səlmanın səsi‖, ―Tısbağanın zövqü‖, ―Kömür
mədənində‖, ―Yurdsuz çocuqlar‖, ―Dəniz kənarında‖,
―Üsyan‖,
―Məzarlıqdan
keçərkən‖,
―Bayramdı‖,
―Yaşamaq və yaşatmaq‖, ―Rəssamın qızı‖, ―Əsgərlər
təlim edərkən‖, ―Vəhşi qadın‖, ―İnqilab xırsızı‖, ―Şərqə
doğru‖, ―Məsciddə‖, ―Lalə‖, ―Qərbə siyahət‖, ―Köydə‖,
―Kor Neyzən‖, ―Mədəni inqilab‖, ―Azər düşünürkən‖,
―Könlüm‖, ―Düşündüm ki‖, ―Gəlin köçərkən‖, ―Azad
əsirlər‖, ―Mühacirlər yuvası‖ və sair.
―Azər‖ bədii forma etibarı ilə klassik dastanlardan
fərqlənir. Burada müəyyən süjet ətrafında bir hadisədən
deyil, bir çox hadisələrdən, tiplərdən bəhs olunur.
Dastanın hər bir parçası başqalarından tamamilə
fərqlənən xüsusi həyat hadisələrini, insanları əhatə edir.
Bu bir növ yeni dastan, yeni epik poema forması idi.
Caviddən qabaq Qərb və rus ədəbiyyatında bu formada
və ya buna yaxın şəkildə əsər yazan sənətkarlar az
olmamışdır. Şərq ədəbiyyatında isə bu forma yenicə
yaranırdı. ―Azər‖i bir çox cəhətdən, xüsusən bədii forma
219
etibarı ilə Cavidin müasiri olan məşhur fars romantik
şairi Mirzadə Eşqinin ―Eşqinin idealı‖ və ―Qara kəfən‖
dastanları ilə müqayisə etmək olar. Məsələn ―Qara kəfən‖
dastanında bir neçə müxtəlif hadisə təsvir edilir və dastan
―Keçmiş tarixdən bir pərdə‖, ―Həyat düşüncələri‖,
―Xərabə qalada‖, ―Daxmadan kəndə qayıdarkən‖, ―Eşqi
sual edir‖ və sair hissələrə bölünür. ―Azər‖lə ―Qara
kəfən‖ arasında bədii forma cəhətindən əsas fərq ondan
ibarətdir ki, Eşqinin əsərində təsvir olunan bütün hadi-
sələrdə iştirak edən və bu hadisələrə münasibətinn
bildirən şair özü idi. ―Azər‖də isə təsvir olunan
hadisələrdə iştirak edən və onlara öz fəal münasibətini
göstərən şair özü deyil, onun yaratdığı Azər surəti idi.
Dastanın baş qəhrəmanı azərbaycanlı Azərdir. O özü
haqqında danışarkən deyir:
Mən yetiĢdim atəĢ və su
ÖpüĢdüyü bir ölkədən.
Bu, qədim atəşgədələrə və Xəzər dənizinə işarə idi.
Şair öz qəhrəmanını oxucusuna təqdim edirkən onun adı
ilə əlaqədar olaraq bizə Zərdüştün həyatına aid bəzi
yarıməfsanəvi rəvayətləri xatırladır: Zərdüşt kimi, Azər
də ―atəşgədələr, fırtınalar yavrusudur‖, odlar ölkəsinin
oğludur. O da ―Avesta‖ müəllifi kimi, hələ uşaqkən şeir,
hikmət aşiqi olmuş, bəşərin taleyini düşünə-düşünə
böyümüşdür. Sonra otuz il tənhalığa çəkilmiş, təbiətlə
sirdaş olmuşdur. Təbiət ona ―azad ol, hürr yaşa‖ dərsini
öyrətmişdir. İndi artıq Azər yalnızlığa üsyan etmiş,
tənhalığı atıb, ―ayla bərabər siyahətə‖ çıxmışdır. İndi
insanlara qovuşmaq onun ən böyük arzusudur. İndi o:
―Bulud olub dəniz kimi axmaq, günəş olub qaranlığı
yaxmaq‖ istəyir.
Sonra şair bizə Azərin yeni siyahətindən danışır. Azər
220
aydın bir gecədə doğma vətənini gəzib dolaşır, qədim
atəşgədələrin xərabələrini seyr edir, nəhayət, Xəzər
sahillərinə yaxınlaşır. Səhərə az qalmışdır. Dan yerinin
sökülməsi əsrlərdən bəri qaranlıqda qalan odlar
ölkəsinin, doğma yurdun yeni azad səhərindən Azərə
xəbər verir. Şair qızaran üfüqlərə baxıb düşünür:
ĠĢtə üstün gəliyor zülmətə nur:
Bəlli, bəs bəlli — səhər yaxlaĢıyor.
Sönüyor can çəkiĢən yıldızlar,
Azər açmıĢ da qanad, sanki uçar.
O, günəĢdən daha əvvəl oyanan,
Canlanan Ģəhrə yanaĢmıĢ əlan.
1
(―Azər düĢünürkən‖.)
Azadlıq günəşinin parladığını görən qoca Azər özünü
günəşdən daha əvvəl oyanan, yeni Azərbaycanın paytaxtı
Bakıya— ―Altun şəhərə‖ çatdırır. Bundan sonra biz Azəri
müasir Sovet Azərbaycanında, ruh yüksəkliyi ilə yeni
həyat, yeni cəmiyyət quran azad insanların arasında
görürük. O, Azərbaycanın daha böyük gələcəyi uğrunda
gərgin mübarizələrlə dolu olan yeni həyatı ürəkdən
alqışlayır, öz xeyirxah fikirləri və məsləhətləri ilə gənc
vətəndaşlarına kömək etməyə çalışır.
Budur, ölkənin hər yerində mədəni inqilab uğrunda
mübarizə gedir. Dalğalı bir dənizə oxşayan gənc nəsil
dildə zəfər nəğməsi yeni həyat qurur. Gənclik:
Dostları ilə paylaş: |