Urmi bəzi cəhətlərdən Zərdüştə oxşayan Azər üçün də
doğma bir diyardır. Zərdüşt də bu şəhər ətrafında
235
doğulmamışdırmı? Belə olduqda o bu mahnıdan necə
mütəəssir olmaya bilər? Qəhrəman öz mahnısını davam
etdirir:
O gül diyarında şən bir bülbülə
Uyub qondum mən də bir qonçə gülə.
Xain bir ovçunun namərd əliylə
Ömrümün baharı xəzanə döndü,
Dünya gözlərimdə zindana döndü.
...Yardan uzaq düşdüm, gəlib gedən yox,
Uğrunda bitdiyim nazik-bədən yox.
Dərd alıb sağımı, ölüm solumu,
Namərd Araz kəsdi mənim yolumu.
1
(―Kor Neyzən‖.)
Cavidin bu illərdə Cənubi Azərbaycan xalqının taleyi
ilə xüsusi maraqlanması onun yaradıcılığında və
görüşlərində son dərəcə diqqətəlayiq bir hadisə idi. Bu,
Caviddə vətənpərvərlik hisslərinin yeni, geniş məzmun
kəsb etdiyini göstərirdi. Heç təsadüfi deyildir ki, haman
illərdə şair Cənubi Azərbaycan həyatından bəhs edən
―Telli saz‖ adlı ayrıca bir dram da yazmışdır. Dramda
Sovet Azərbaycanının yeni, azad həyatı ilə Cənubi
Azərbaycandakı müstəmləkə zülmü qarşılaşdırılır. Şair
qardaş-bacılarını azadlıq uğrunda yeni mübarizələrə
səsləyirdi. Çox təəssüf ki, bu əsər, onun məzmunu bir
çoxlarına məlum olsa da, əlyazması hələlik əldə yoxdur.
―Azər‖də müharibə əleyhinə mübarizə mövzusu da
mühüm yer tuturdu. Almaniya və İtaliyada faşizm ideya-
larının yayıldığı illərdə Qərb həyatı ilə bilavasitə
yaxından tanış olan şair imperialist dövlətlərin yeni bir
dünya müharibəsi hazırladıqlarını hiss etmişdi. Şair üçün
aydın idi ki, burjua diplomatiyası aləmində zahirdə
1
H.Cavid. Seçilmiş əsərləri, səh. 611.
236
aldadıcı bir şüar kimi uydurulmuş yalançı tərksilah
sayıqlamaları
arxasında
bəşəriyyəti
yeni
qanlı
müharibələrə sövq edəcək gizli dəhşətli bir müharibə
planı durur:
Gərçi bu gün kapitalizm ―sülh‖ arar,
Hər salondan doğar yeni bir şüar.
―Tərki-silah!‖ nəğmələriylə ancaq
Məzlumlara qarşı qurulur duzaq.
Kəşf olunur hər gün zəhərli qazlar,
Yarın bilinməz kim kimi boğazlar.
1
(―Rəssamın qızı‖.)
Yeni müharibə təhlükəsini duyduğu üçündür ki, Ca-
vid hələ şahidi olduğu birinci imperialist müharibəsinin
vurduğu yaraların sağalmadığından, axıdılan nahaq
qanların hələ tamamilə qurumadığından, müharibənin
bədbəxt etdiyi insanların faciəli həyatından da həyəcanla
yazırdı. Şair bu dəhşətli zamanların bir daha geri
qayıtmaması üçün xalqları yeni müharibə fitnəkarlığına
qarşı mübarizəyə çağırırdı. ―Azər‖də “Rəssamın qızı‖,
―Vəhşi qadın‖, ―Əsgərlər təlim keçirkən‖ kimi parçalar
bu mövzuya həsr edilmişdi. Şair Azəri birinci dünya
hərbinin unudulmaz yaralarını, müharibə dəhşətlərini
göstərən müxtəlif hadisələrdən keçirib, qəhrəmanının
ədalətsiz müharibələrə qarşı nifrətini əks etdirirdi.
Budur, Azər keçmişləri, keçmiş rəssamların yara-
dıcılığını əks etdirən bir ümumdünya rəsm sərgisindədir.
Burada Rafaelin ―Madonna‖sından tutmuş çoxlu klassik
rəsm əsərləri göstərilir. Lakin sərgiyə gələnlərin və
birinci növbədə Azərin diqqətini bu rəsmlərdən daha çox
canlı bir insanın gözəlliyi, bohemiyalı bir rəssamın on
Duzaq – cəhənnəm.
1
H.Cavid. Seçilmiş əsərləri. səh. 594.
237
səkkiz, on doqquz yaşlarında qızı Elza cəlb edir. Elzanın
atası gözəl bir sənətkar olmaqla bərabər, mübariz,
vətənpərvər bir insan, bir ictimaiyyətçi imiş; o, müharibə
illərində öz xalqını imperialist müharibəsi əleyhinə
mübarizəyə çağırdığı üçün hökumət tərəfindən edam
edilmişdir. Atasının ölüm xəbərini eşidən 8 yaşlı Elzanın
o zamandan dili tutulmuş və o gündən bəri qızcığazda
müharibəyə, yırtıcı hərbilərə qarşı dərin bir nifrət əmələ
gəlmişdir. Gənc bir zabit Elzaya aşiq olmuşdur. Gecə-
gündüz onun ardınca düşür, yalvarıb yaxarır, məhəb-
bətinə qarşılıqlı cavab istəyir; lakin Elza onun mə-
həbbətini ancaq qəzəbli baxışlarla qarşılayır. Çünki qızda
ümumiyyətlə hərb adamlarına nifrət vardır.
Azər düşünür ki, yeni dövrün yeni sənətkarları üçün bu
qəmli hadisə ən mənalı mövzulardan biri, dünya sənət
sərgisinin ən qiymətli əsərlərindən biridir. Üç nəfər
rəssamın əllərində fırça sərgi salonunda ancaq Elza ilə
məşğul olmaları, qanlı vuruşların şikəst etdiyi bu qızın
surətini yaratmağa çalışmaları Azərə çox xoş təsir
bağışlayır, onun gözləri qarşısında hərb əleyhinə çıxan
mübariz
sənətkarın, bohemiyalı rəssamın heykəli
canlanır. Azər rəssamın: ―Hərbə qarşı hərb, qanlı
vuruşmalara qarşı üsyan edin, qılıncları oraq yapın‖ —
deyən gur səsini yenidən eşidir kimi olur. O, bohemiyalı
sənətkarın müharibəyə qarşı tutduğu yolu ən doğru yol
hesab edib, yeni nəsli yeni müharibə fitnəkarlarına qarşı
amansız olmağa çağırır:
Hənuz dünkü qanlar qurumamışkən,
Yeni bir hərb üçün planlar çəkən
Vəhşi diplomatlar, quduz nazirlər,
Azadlıq yerinə zindan hazırlar.
O paslı zəncirlər qırılmadıqca
238
Dar gələcək insanlara bu dünya!
1
(―Rəssamın qızı.‖)
―Vəhşi qadın‖da Azər birinci dünya müharibəsinin
daha dəhşətli bir nəticəsi ilə qarşılaşır. O, meşədə qəm-
qüssədən cəsədə dönmüş, saçları dağınıq, çılpaq bir
qadına rast gəlir. Bu qadının keçən müharibədə yaşadığı
kənd alt-üst olmuş, evi yanmış, ailəsi dağılmış, vəhşi
hərbçilər sevimli, körpə qızcığazını oda atıb yandırmış,
oğlunu gözü qarşısında parça-parça doğramışlar...
Azər sülh tərəfdarıdır. O hər yerdə, ―Sizi mən sülhə
eylərəm dəvət‖ deyib çırpınır. Lakin o, böyük bir
həqiqəti də dərk etmişdir ki, hər zaman və hər yerdə
sadəlövhcəsinə hər cür müharibə və mübarizəni pis-
ləmək olmaz. Azər ədalətsiz müharibələr əleyhinədir O,
möhkəm inanmışdır ki, xalqlar bu müharibələrə son
qoymaq üçün, dünyanın hər yerində müharibə fitnəkar-
larının kökünü kəsmək üçün mübarizə aparmalıdırlar.
―Əsgərlər təlim edərkən‖ parçasında Azər bir neçə
səthi düşüncəli, passiv sülh tərəfdarlarına rast gəlir.
Əsgərlərin təlimini seyr edən bu adamların biri hər cür
silahlanmaq əleyhinə çıxaraq:
İştə təlim olunur cəlladlıq,
Yazıq insandakı vicdana, yazıq! —
— deyib sızlayır. Biri müharibəyə qarşı köhnə mərdüm-
girizlik fəlsəfəsi təbliğ edir, bir başqası:
Ah, nə xoşdur əbədi sülh olsa,
Bəşəriyyət acıdan qurtursa —
— deyib sülhün öz-özünə başa gələ biləcəyi haqqında
1
H.Cavid. Seçilmiş əsərləri, səh. 594.
239
xam xəyallar bəsləyir. Azər əbədi sülhün əsil, düzgün
yolunu anlamayan bu xəyalpərvərlərə gülür, sülh və
əmniyyətin ancaq mübarizə yolu ilə mümkün olacağını
söyləyir. O, sülh haqqında köhnəlmiş fikirlərə belə bir
mənalı yekun vurur:
Dedilər: zülmə qarşı durma, əyil!
Dedilər: hərbə qoş ya əz, ya əzil!
Mən dedim: həpsi laf, inanma, saqın!
Rəhbər olsun da qüvvətin, ağlın.
Yeri gəldikcə sülh üçün çapala.
Oylə yer var ki, hərbi aqlışla.
Quzu gördünmü, sev, o kin bilməz.
Canavar qarşı gəlsə, parçala, əz!
1
(―Əsgərlər təlim edərkən‖.)
―Azər‖ dastanının əhəmiyyəti, hər şeydən əvvəl, on-
dan ibarət idi ki, bu əsərlə Cavid sovet həyatı ilə inqilabi
ideyalarla ruhlandığını göstərmiş, çox mürəkkəb olan öz
sənət dünyasında yeni aləmlə qaynayıb-qarışmağa
başladığını sübut etmişdi. Azərin bəyəndiyi, qəbul və
təbliğ etdiyi yeni ideyalar onun müəllifinin bəyəndiyi
ideyalar idi.
Sovet Azərbaycanının yeni cəmiyyət quran inqilabçı
nəsli bu əsərin qəhrəmanı Azərin öyündüyü, fəxr etdiyi
əsas qüvvədir. Azər çox aydın başa düşür ki, bu qüdrətli
gəncliyə ruh verən, qanad verən sosialist inqilabı
olmuşdur. Bu inqilabın son qələbəsi uğrunda böyük əzm-
lə çalışan insanlar, yeni nəslin tərbiyəsi ilə məşğul olan
sadə kənd müəllimləri, yeni nəğmələr bəstələyən el
aşıqları azad həyata qoşulan qızlar, gəlinlər, yeni
cəmiyyətə öz köməyini əsirgəməyən bütün namuslu və-
təndaşlar Azərin yaxın həmdəmləri, sirdaşlarıdır.
1
H.Cavid. Seçilmiş əsərləri, səh. 585.
240
həmçinin Şərq ellərinin azad gələcəyi uğrunda impe-
rializmə qarşı vuruşan, müstəmləkəçiliyin zülmündən
xilas olmaq eşqi ilə yaşayan hər bir yeni ruhlu misirli,
hindli və ya cənubi azərbaycanlı onun ən yaxın
dostlarıdır; öz ölkələrində burjua istismarına qarşı çıxan
hər bir almaniyalı fəhlə, bohemiyalı rəssam onun yaxın
məsləkdaşdarıdır.
Ən əhəmiyyətlisi budur ki, Cavidin bu yeni qəhrəma-
nı dostları yaxşı müəyyən etdiyi kimi, düşmənləri də
aydın müəyyən edə bilmişdir. O, mücərrəd məhəbbət,
vicdan fəlsəfəsi yolu ilə getmir, sevməklə bərabər, nifrət
etməyi də bacarır. Azərin nifrət etdiyi adamlar, onun
düşmənləri Sovet Azərbaycanının inkişafına əngəl olmaq
istəyən köhnəpərəst avamlar, köhnə xurafat, mövhumat
təbliğatçısı olan şeyxlər, vaizlər, dərvişlər, keçmiş
müstəmləkə Azərbaycanını geri qaytarmağa çalışan
―pambıq atan‖, ―halva satan‖ milyonerlərdir. Beynəlxalq
həyatda isə onun düşmənləri, fəhlə sinfinin qanını soran
şişman sərmayədarlar, yalançı, satqın sosialistlər,
məzlum Şərq xalqlarını, Misiri, Hindistanı, Cənubi
Azərbaycanı əsarətdə saxlayan müstəmləkəçilər, azğın
müharibə fitnəkarları idi. Azərin nifrət etdiyi mürtəce
qüvvələr bunlar idi!..
Əsərin bir parçasında Azər yeniliyə xor baxan, geridə
qalmış köhnələri tənqid edirkən:
Bizlər yeniləşsək belə, daim,
Bir əskilik az-çox bizə hakim —
— deyə səmimi bir etiraf edir. Romantik qəhrəmanın bu
etirafı qismən şairin də səmimi etirafı sayıla bilər.
Həqiqətən, ―Azər‖də bəzi zəif cəhətlər hiss olunurdu.
Bununla bərabər bütünlüklə götürüldükdə ―Azər‖ Cavidin
yaradıcılığında və görüşlərində çox ciddi, təqdirəlayiq bir
241
dönüşün yarandığını açıq-aydın sübut edirdi. Bu dönüş
Cavidin həmin dövrdə fəhlə sinfinin qüdrətinə inanması,
yeni, xoşbəxt cəmiyyət quruluşu işində bu sinfin böyük
tarixi rolunu dərk etməsi ilə başlamışdı.
Cavidin fəhlə sinfinə məhəbbəti, inamı ―Çəlik qollar‖
və ya ―Bakı işçilərinə‖ ithaf etdiyi şeirdə də çox aydın
əks olunmuşdu:
Onlar, o çəlik qollar, o qollardakı qüvvət
Saçmaqda quduz kin ərə dəhşət,
Yox bir daha görməz o çəlik qolları zəncir,
Çıldırsa da hər qanlı cahangir.
Tunc üzlü böyük dalğa! Sənin qüdrətin aydın!
Düşmənləri daim heçə saydın.
Qoş sülhə, çalış aləmə qüvvətlə işıq ver,
Çarpışmaq üçün əzmini göstər.
Ey şanlı əmək ordusu, ey şanlı mübariz!
Çoxlar səni zənn etsə də aciz.
Sən yüksələcək, parlayacaqsan,
Hər qütbə şətarət qatacaqsan.
―Azər‖ hissə-hissə nəşr edildiyi zaman sovet tənqidi
bu əsəri fərəhlə qarşılamışdı. Oxucuların və tənqidin
rəğbəti şairin yaradıcılıq ilhamını daha da coşdurub, onu
―Azər‖ kimi yeni əsərlər yazmağa ruhlandırırdı.
2. ―KNYAZ‖
1930-1937-ci illər Cavid yaradıcılığının ən məh-
suldar dövrü idi. Bu yeddi il müddətində şair ―Azər‖dən
əlavə ―Knyaz‖, ―Telli saz‖, ―Səyavuş‖, ―Şəhla‖, ―İblisin
intiqamı‖ və ―Xəyyam‖ dramlarını, habelə bir çox lirik
və epik şeirlər yazmışdır.
Bu əsərlərdə, hər şeydən əvvəl, Cavidin görüşlərində,
242
tarixə və müasir həyata münasibətində əmələ gələn
yenilik diqqəti cəlb edirdi. Bu yenilik ondan ibarət idi ki,
həmin əsərlərdə şairin diqqət mərkəzində ictimai
ziddiyyətlər, kəndlilərlə feodallar, işçi sinfi ilə
burjuaziya arasındakı ziddiyyətlər dururdu. Cavidin
müsbət surətləri tarixi mövzuda yazılmış əsərlərdə
üsyançı kəndlilər, müasir mövzuda yazılmış əsərlərdə isə
inqilabçı fəhlələr idi. O da çox əhəmiyyətlidir ki, bu
əsərlərdə müsbət tiplər sırasında müxtəlif millətlərin
nümayəndələri vardı. Məsələn, bunların içərisində biz
Gürcüstanda Sovet hakimiyyətinin qələbəsi uğrunda
vuruşan gürcü inqilabçısı Antonu (―Knyaz‖), Cənubi
Azərbaycanda fars ərbabları və feodallarına qarşı duran
azərbaycanlı Qurbanı (―Telli saz‖), imperialistlərin
müharibə fitnəkarlığına qarşı çıxan rus sovet diplomatını,
İtaliya faşistləri ilə vuruşan mərakeşli ərəb Xalidi, ispa-
niyalı respublikaçılara kömək edən Əsir almanı (―İb-
lisin intiqamı‖) və başqalarını görürük.
Şairin yaratdığı mənfi surətlər isə Sovet haki-
miyyətinin düşmənlərindən, fəhlə və kəndlilərin düş-
mənlərindən, inqilab xainlərindən ibarət idi.
Ümumiyyətlə bu zaman Cavid Azərbaycan sovet ədə-
biyyatının aktual mövzularına yaxınlaşmağa böyük səy
göstərirdi. Məsələn, 1926-30-cu illərdə sovet ədəbiy-
yatının mühüm mövzularından biri azad həyatın
tərənnümü və köhnəliyin qalıqları ilə mübarizə mövzusu
idi. İstər yaşlı, təcrübəli, istərsə də gənc yazıçılar —
C.Cabbarlı, A.Şaiq, S.Vurğun, S.Rüstəm və başqaları bu
mövzuda əsərlər yazırdılar. Cavid də bu mühüm ədəbi
mübarizəyə bir az əvvəl haqqında danışdığımız ―Azər‖
əsəri ilə cavab vermişdi.
―Şəhla‖, ―İblisin intiqamı‖ kimi pyeslər də dövrün
mühüm məsələlərini əhatə edirdi. ―Şəhla‖da Azərbaycan
qadınının sosializm quruculuğu cəbhəsindəki mübarizəsi
243
təsvir olunmuşdu. Almaniya, İtaliya və Yaponiya
faşistləri əleyhinə yazılmış ―İblisin intiqamı‖nda isə bir
tərəfdən, faşizmin müharibə demək olduğu və bəşəriyyət
üçün böyük bir təhlükə təşkil etdiyi, o biri tərəfdən də
sovet sülh siyasətinin cahanşümul rolu göstərilirdi.
Bu illərdə ədəbiyyatda geniş yayılmış bir mövzu da
Azərbaycanda və ümumiyyətlə Zaqafqaziyada Sovet
hakimiyyəti uğrunda gedən tarixi mübarizələrin təsviri
idi. Cavid 5 pərdəli mənzum ―Knyaz‖ dramını bu
mövzuda yazmışdı. Drama qardaş gürcü xalqının azadlıq,
yeni həyat, Sovet hakimiyyəti uğrunda mübarizəsinə
müqavimət göstərmək istəyən feodal-burjua dünyasının
məğlubiyyətini və onun son acınacaqlı günlərini
göstərirdi.
Ömrünün müəyyən illərini Gürcüstanda keçirmiş və
əvvəlki əsərlərində də Gürcüstan həyatını və təbiətini
təsvir edən Cavidin bu mövzuda əsər yazması təsadüfi
deyildi. Bu da şairin qardaş
Gürcüstan xalqına
məhəbbətinin yeni bir ifadəsi idi. Gürcüstanı azad
görmək ―Şeyx Sənan‖ müəllifini sevindirmişdi.
Dramın ilk səhnələri feodallar, knyazlar zülmünü, son
səhnələri isə azad Gürcüstanı göstərirdi: Gürcüstanda
əksinqilabçı, yerli burjuaziya və feodalların müvəqqəti
ağalığı dövrüdür. Xalq, fəhlə və kəndlilər ağalara qarşı
azadlıq, demokratiya uğrunda, Sovet hakimiyyəti
uğrunda
mübarizəni
davam
etdirir.
Dramaturq
əksinqilabçı, mürtəce cəbhənin nümayəndəsi olaraq
altmış yaşlı, burjualaşmış mülkədar knyazı göstərir. Hələ
inqilabi ideyalardan uzaq olan yoxsul kəndlilər, işsiz
fəhlələr knyazın qapısına şikayətə gəlmişdir. Bir kəndli
üzüm bağlarını dolu vurduğundan danışıb, mərhəmət
istəyir. Fəhlələrdən biri iş tələb edir, ailəsinə çörək
istəyir:
244
İştə mən altı qız, oğlan babası,
Məni məhv etdi tütün fabrikası.
Zövq alıb içdiyiniz dadlı şərab
Bu ciyərdən süzülən qanla qoxar.
Bax zəhərdən qurumuş skeletim
Mən ölürsəm, sönəcək altı yetim...
Knyaz isə bu fəryadlara zərrəcə əhəmiyyət vermədən
öz kefindədir. Arvadı öldükdən sonra o, gənc qız Jas-
menlə evlənmişdir. İndi o, cavanlaşmaq çarələri axtarır.
Qabaqcıl işçilər knyazın qapısına mərhəmət üçün
gələnləri
danlayır,
―haqq alınar, verilməz‖ deyə
kəndliləri üsyana çağırırlar. Lakin ―müdaraçı hərif‖,
―sosialist cildinə girmiş canbaz‖, özünü işçilərin
müdafiəçisi kimi qələmə verən, inqilab düşməni hiyləgər
Şakro üsyan edən fəhlə və kəndliləri sakitləşdirməkdə
knyazların yaxın köməkçisidir. O, işçi və kəndlilərin
gizli inqilabi təşkilatı haqqında hakim dairələrə xəbər
çatdırır, təşkilatın görkəmli üzvlərini təqib edir.
Əksinqilabın ciddi müqavimətinə baxmayaraq, inqi-
lab cəbhəsi gündən-günə qüvvətlənir. Bu mübarizənin
qəhrəmanlarından biri də bolşevik Antondur. Uşaq-
lıqdan knyazın himayəsində olmuş Anton indi onun
fabrikində texnikdir. Antonun anası Marqo da saçlarını
knyazlara xidmət edə-edə ağartmışdır. Anton sonradan
inqilabi təşkilatlara yaxınlaşmış, ―Bir başımdan keçərəm
məslək üçün‖ deyən, dilində daim beynəlmiləl nəğməsi
dolaşan, mətanətli, dönməz bir bolşevik olmuşdur. Bir
çox başqa inqilabçı yoldaşları kimi Anton da əksinqilab
tərəfindən təqib olunur. Qorxulu günlərində ona şəhərdən
çıxıb getməsini, gizlənməsini təklif edənlərə Anton
qəzəblə cavab verir:
Məhbəs kəsilib yoxsula dünya,
245
Azğınlar edər hökmünü icra.
Layiqmi durub seyr edəyim mən,
Bir gün belə çıxmam bu şəhərdən!
Anton deyil azğın, deyil alçaq,
Acizlərə yardım dilər ancaq.
Satqın Şakro Antonun məqsədini öyrənib, onun bol-
şevik təşkilatına üzv olduğunu knyaza bildirir. Knyaz
Antonu güllə ilə vurub yaralayır. Lakin Anton tezliklə
sağalıb, daha böyük bir əzm ilə mübarizəyə qoşulur.
İnqilab cəbhəsi qalib gəlir. Knyaz öz ailəsi, qızı Lena,
arvadı Jasmen və dayısı Solomon ilə kapitalist ölkələrinə,
Almaniyaya qaçır.
Əsərin son səhnələrində biz knyazı Berlində, müha-
cirətdə görürük. O burada tək deyildir. Rusiyada inqi-
labın qələbəsindən sonra çox belə knyazlar mühacirətə
qərar vermişdir. İnqilab düşməni Şakro da buradadır.
Bunların hamısı səfil, dilənçi kökünə düşmüşlər. Altmış
yaşlı knyaz da bu səfillərdən biridir. Onun qızı Lena
Berlin kafe-şantanlarında rəqqasəlik edir. Knyazın
ucundan doğma Gürcüstandan ayrı düşmüş Jasmenin də
halı acınacaqlıdır.
Yeni Sovet Gürcüstanı üçün sənaye alətləri almaq
məqsədilə Berlinə göndərilmiş Anton köhnə dostlarla
qarşılaşır. İndi Anton bir sənaye müəssisəsinin
mühəndisi, onun anası Marqo isə uşaq evində yetim-
lərin anasıdır. Anton knyaza nifrət etsə də, Lena və
Jasmenin halına acıyır. Gürcü gözəllərinin Berlin kafe-
şantanlarında azğın əksinqilabçılara, qudurğan hərbcu
zabitlərə qulluq etməsi onun vətənpərvərlik qüruruna
toxunur. O, qadınlara azad Gürcüstana qayıtmağı, orada
vətənə xidmət göstərməyi təklif edir və gözəl səsi olan
Lenaya deyir:
246
Bir duşün sən nə idin, şimdi nəsin?
Bu gözəl, dadlı, məlahətli səsin
Bir əməldir ki, verir ruha qida.
Sən bu sənətlə əgər yurdunda
Oxşasan zövqünü şən gürcülərin,
Daha məqbul olur əlbət hünərin.
Lakin knyazın vəhşiliyi Antonun bu məqsədinə mane
olur. Gürcü inqilabçılarının qorxusundan baş götürüb
vətəndən qaçan Knyaz Berlində də fəhlələrin 1 May
nümayişinə rast gəlir. Burada da inqilab nəğmələrini
eşidib bir daha sarsılır və hiss edir ki, dünyanın harasına
getsə, onun üçün qurtuluş yoxdur, köhnə ağalığı geri
qayıtmayacaqdır. İndi knyaz artıq ağlını itirmiş, dəli
knyazdır. O özünü ―qeysər‖ hesab edir. Finalda knyaz
vəhşicəsinə Jasmeni, sonra da özünü öldürür.
Bu dramda Cavid inqilabçılar cəbhəsinin işindən,
fəaliyyətindən daha çox Jasmen və Lenanın faciəsinə,
əksinqilab cəbhəsinin rəzalətlərinə yer vermişdir. Bu da,
bir tərəfdən, ondan irəli gəlirdi ki, dramaturq əsasən
əksinqilabın
məğlubiyyətini
və
miskin
aqibətini
göstərmək istəmişdir.
Mövzu cəhətindən ―Knyaz‖ dramı ilə ―Azər‖in ən
məzmunlu parçalarından olan və şairin kapitalizm
quruluşuna, burjua əxlaqına qarşı kəskin nifrətini əks
etdirən ―Azad əsirlər‖ və ―Mühacirlər yuvası‖ əsərləri
arasında yaxın cəhətlər çox idi. Bu aydın göstərirdi ki,
Berlinə etdiyi səfər Caviddə ümumiyyətlə burjua
cəmiyyətinə və kapitalist ölkələrə qaçıb, imperialist
burjuaziyasının himayəsinə sığınan vətən xainlərinə qarşı
nifrəti daha da gücləndirmişdir.
Cavidin ―Knyaz‖ dramı marksist tənqidi tərəfindən
çox müsbət qarşılanmışdı. ―Topal Teymur‖a görə Cavidi
kəskin tənqid edən Mustafa Quliyev 1929-cu ildə
247
―İnqilab və mədəniyyət‖də nəşr etdirdiyi bir məqaləsində
yazırdı ki, ―nəhayət, Azərbaycan şairi Hüseyn Cavid
bizim inqilab qatarımıza oturdu... Ağır, çətin ağrıdan
sonra şuralar Gürcüstanında inqilab hadisələrini az-çox
təsvir edən yeni bir pyes doğdu‖. Tənqidçi Cavidin
Azərbaycan əməkçilərinin həyatından və mübarizəsindən
yeni əsərlər yazacağına şübhə etmədiyini göstərib yazırdı
ki, ―Cavid inqilabi yaş a yışım ızı həqiqi surətdə təsvir
etməyə başlamalıdır. Hüseyn Cavid dəli knyazlardan dəli
xanlara keçməli, inqilabi türk həyatını, Azərbaycan
əməkçilərinin mübarizəsini təsvir etməlidir‖.
1
1933-cü ildə H.Mehdi də ―Ədəbi qeydlər‖ məqalə-
sində ―Knyaz‖ı müsbət qiymətləndirib yazırdı ki, ―Cavid
―Knyaz‖da proletar inqilabına doğru gəldiyini ifadə
edir... menşeviklərin çirkin simasını açaraq göstərir‖
2
.
―Knyaz‖ əsəri haqqında Cəfər Cabbarlı da müsbət
fikirdə idi. Cabbarlı yazırdı ki, ―Knyaz‖ pyesi Hüseyn
Cavidin böyük nailiyyətidir. ―Knyaz‖ Cavidin sovet
məfkurəsinə tam yaxınlaşdığını göstərən bir əsərdir. Bir
cəhəti də mütləq qeyd etmək lazımdır ki, bu pyesdə
Cavidin dili əvvəlki pyeslərinə görə çox sadə və
anlaşıqlıdır‖
3
.
Dostları ilə paylaş: |