A. S ə h h ə t . ―Sövqat‖, 1916, № 27.
3
M. H a d i. ―Meydani-hərb xatirələrindən‖, Ulduzlu bir gecədə. Seçilmiş əsərləri, ADU
nəşriyyatı, Bakı, 1957, səh. 284.
161
xitab edib: ―yaşamaq istəyirsənsə, acizlikdən, zəiflikdən xilas
olmalısan‖ — fikrini irəli sürür və Cavid kimi, deyirdilər ki:
Yetişər, haydı zə’fi, iczi burax!
Qan, alov püskürən mühitinə bax!
Kim yatıb qalsa, bil ki, qeyb edəcək,
Ayaq altında məhv olub gedəcək.
Çox əzildin, yetər, ər oğlu, ər ol!
Çırpınıb çareyi-xilas ara, bul!
1
Yaxud:
Çalış həp qalib ol, mərd ol!
Bu aydın bir həqiqətdir.
Cahan bir nazənin dilbər
Ki yalnız mərdə qismətdir.
2
Həyat mübarizəsi məsələsində mütərəqqi romantiklərin
məzlumları, haqqı, ədaləti müdafiə etmələri və qaranlığın,
əsarətin mənfur qüvvələrinə qarşı çıxmaları onları inqilabçı
demokratların görüşlərinə yaxınlaşdırırdı. Bununla bərabər,
başqa məsələlərdə olduğu kimi, bu məsələdə də onlar prinsip
etibarı ilə çox zaman inqilabçı demokratlardan ayrılır, tə-
rəddüd edir, bir-birinə zidd fikirlər irəli sürürdülər. Onlar bir
tərəfdən:
Qəsvətli, sisli hər gecədən bir günəş doğur,
Hürriyyət oylə nazlı bir afət ki pək vüqur,
Qan axmadıqca kimsəyə gülməz o işvəkar,
3
—
— deyə məzlumları azadlıq, hüquq uğrunda şərəfli mü-
1
H.Cavid. ―Haqqını sən mübarizə ilə alarsan, yaxud həqiqi bir insanpərvərin ümumi zəiflərə
xitabı‖, ―Bakı ətrafı fəhlə, əsgər və matros şurasının əxbarı‖, 1918, № 1-2.
2
Yenə orada.
3
H.Cavid. ―Bahar şəbnəmləri‖, Bakı, 1917, səh. 40.
162
barizələrə çağırır, digər tərəfdən də:
İnanma, aciz üçün yox hüquq, inanma, xeyr,
Cahanda həq də, həqiqət də həpsi qüvvətdir,
1
—
— deyirdilər. Yaxud onlar:
Həmişə acizi qalib zəlilü zar edəcək,
Qəvi zəifi zəbunü səfilü xar edəcək.
Cidalgahi-fənadə yazıq... fəqirlərə.
Yazıq... günah... şu məhkum olan əsirlərə
2
—
— deyə ümidsizliyə düşür, dünyada guya həmişə zorun, şərin
qalib gələcəyini iddia edirdilər.
Beləliklə, haqqında bəhs etdiyimiz dövrdə ―həyat
mübarizəsi‖ məsələsində bir-birinə zidd, bir-birini inkar edən
iki anlayış var idi. Birincilər, tərəqqipərvərlər həyat
mübarizəsinin zərurətindən danışanda məzlumların zalımlara,
məhkumların hakimlərə, xalqların burjuaziyaya, kapitalizmə,
imperializmə qarşı mübarizəsini nəzərdə tuturdular; ikincilər,
mürtəcelər isə zalımların məzlumlara, hakim millətlərin
məhkum millətlərə qarşı hücumunu, irqçilik, millətçilik
mübarizəsini nəzərdə tuturdular. H.Cavid həyat mübarizəsi
məsələsini əsasən idealistcəsinə anladığına baxmayaraq, bir
çox hallarda tərəddüd edərək axırda bu məsələdə birincilərə
yaxınlaşırdı.
* * *
1919-cu il və 1920-ci ilin ilk ayları Azərbaycanda müsavat
ağalığının qızğın dövrü idi. Cavid müsavatla hesablaşmadı,
1
Yenə orada.
2
M. H a d i. ―Füyuzat‖, 1907, № 18.
163
müsavatı saymadı. O, bəylər, xanlar, milyonerlər hökumətinin
nə lehinə, nə də əleyhinə heç nə yazmadı, bu ağır dövrü dərin
sükutla qarşıladı.
Məlumdur ki, bu dövr, eyni zamanda, müsavat quruluşu
əleyhinə və Azərbaycanda Sovet hakimiyyəti uğrunda
mübarizə illəri idi. Ölkəni fəhlə hərəkatı, kəndli üsyanları
bürümüşdü. Məfkurə sahəsində qızğın mübarizələr gedirdi.
Azərbaycanın ən qabaqcıl ziyalıları, yazıçılarının bir çoxu bu
mübarizəyə qoşulub, məfkurə sahəsində əksinqilabla çarpışırdı.
Cavid bu illərdə fəhlə mətbuatında bəzi mütərəqqi şeirlər nəşr
etdirdiyinə baxmayaraq, əsasən, müasirləri olan qabaqcıl
ziyalılar cəbhəsindən, inqilab cəbhəsindən də uzaq idi. Şair
həmin illərdə Cənubi Azərbaycanda gedən inqilabi hərəkata,
Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi demokratik
hərəkata da münasibətini aydın bildirmirdi. Halbuki bütün bun-
lar hamısı nəinki yazıçı və ədibləri, mühərrirləri, bütünlüklə
xalqı məşğul edən mühüm ictimai-siyasi məsələlər idi. Bütün
bunlar vətənin ağır günlərində H.Cavidin tərəddüd etdiyini,
ciddi məfkurə böhranı keçirdiyini göstərirdi. Azərbaycanın
azadlıq və istiqlaliyyət üçün yeni yollar axtardığı, ölkənin hər
iki tərəfində xalqın demokratiya uğrunda, müstəqil Azərbaycan
uğrunda qan axıtdığı, xüsusən Şimali Azərbaycanda fəhlə və
kəndlilərin sosialist inqilabının qələbəsi uğrunda mübarizə
apardığı bir dövrdə Cavidin susması onun bağışlanılmaz
nöqsanı, zəifliyi və dünyagörüşünün məhdudluğu əlaməti idi.
164
ÜÇÜNCÜ FƏSİL
MƏFKURƏVĠ TƏRƏDDÜD ĠLLƏRĠ
1. ―PEYĞƏMBƏR‖ VƏ DĠNĠ MODERNĠZƏ
ETMƏK CƏHDLƏRĠ
1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti quruldu.
Ölkənin maddi və mədəni inkişafı üçün geniş imkanlar
yaradıldı. Bütün qabaqcıl yazıçılar yeni həyat uğrunda, mədəni
inqilab uğrunda mübarizəyə qoşuldular. Lakin Cavid 20-26-cı
illər arasında yeni həyatdan yazmadı; o, bir-birinin dalınca
tarixi keçmişə dair əsərlər yazıb Topal Teymuru və islam pey-
ğəmbərini idealizə etdi, onda müasir həyatdan və siyasətdən
uzaqlaşmaq meyli qüvvətləndi.
Bunun səbəblərini və sonrakı illərdə Cavid yaradıcılığında
əmələ gəlmiş dönüşlə bu tərəddüd arasındakı dialektik əlaqəni
düzgün və həqiqətə uyğun bir şəkildə izah etmək lazımdır.
Hələ 25 il bundan qabaq H.Mehdi yazırdı ki, ―biz onun —
Cavidin müasir varlığımızdan uzaqlaşmasını inqilaba zidd bir
cəbhə tutması ilə deyil, bəlkə bu inqilabın mürəkkəbliyi və
Cavid tərəfindən çox çətinliklə qavranılması ilə, çətin
anlaşılması ilə izah edirik‖
1
. Cavidin proletar inqilabına
münasibəti haqqında bu fikir tamamilə düzgün, həqiqətə uy-
ğun idi. Xüsusən 20-26-cı illər Cavid üçün məfkurəvi tərəddüd
dövrü idi ki, bu da onun proletar inqilabının əsas qayəsini
aydın dərk edə bilməməsindən irəli gəlirdi.
Əlbəttə, burada başqa səbəblər də yox deyildi.
Məlumdur ki, 20-26-cı illər Azərbaycan sovet ədəbiyya-
tının ilk təşəkkül dövrü idi. Yeni ədəbi nəsil hələ
yetişməmişdi, köhnə təcrübəli yazıçılardan proletar
inqilabının böyük mənasını aydın dərk edən Süleyman
Sani Axundov, M.S.Ordubadi, Cəlil Məmmədquluzadə,
1
H. M e h d i . Ədəbiyyat və sənət məsələləri, Azərnəşr, Bakı, 1958, səh. 10.
165
Cəfər Cabbarlı və bu kimi yazıçılar yeni inqilabi ideyalar
cəbhəsindən olsa da, əsərlərinin mühüm bir qisminin
mövzusunu keçmiş həyatdan alırdılar (―Oqtay Eloğlu‖,
―Köhnə dudman‖, ―Od gəlini‖, ―Dəli yığıncağı‖, ―Eşq və
intiqam‖ əsərləri kimi). Cəlil Məmmədquluzadə yeni
həyat hadisələrini, istismarçı siniflərin ölümünü əks
etdirən
―Bəlkə
də
qaytardılar‖,
Ə.Haqverdiyev
Azərbaycanda sosialist inqilabının qələbəsindən bəhs
edən ―Ağac kölgəsində‖ əsərini 1926-cı ildə yazmışdı.
Cabbarlı ―Sevil‖i 1928-ci ildə, ―Almas‖ı 1930-cu ildə
yazmışdı. 20-25-ci illərdə romantiklər, xüsusən Cavid
kimi əvvəlləri daha çox ümumi məhəbbət ideyasına bağlı
olan ziddiyyətli yazıçılar yeni həyatı qavramaqda və əks
etdirməkdə çox çətinlik çəkirdilər.
İkinci tərəfdən, Azərbaycanda Sovet hakimiyyəti
qurulmasının ilk illərində möhkəm bir ədəbi təşkilatın
yoxluğu sənətdə müasirliyin inkişafını müəyyən dərəcə
ləngidirdi. Bu illərdə marksist tənqidinin hələ zəif olması
da işə mənfi təsir edirdi. İlk yazıçılar təşkilatı
(―Ədəbiyyat cəmiyyəti‖) 1925-ci ildə təşkil olunmuşdu.
Ondan əvvəlki illər, demək olar ki, bir növ təşkilatsız
yaradıcılıq illəri idi. Möhkəm bir yazıçı təşkilatının
olmaması üzündən təcrübəli yazıçıları yeni yaradıcılıq
əməllərinə cəlb etmək işi zəif idi. Bu zəruri işə təşkilati
surətdə ancaq partiyanın 18 iyun 1925-ci il qərarından
sonra başlanmışdı.
Lakin bütün bu şəraiti nəzərə almaqla bərabər, 20-26-
cı illərdə Cavidin yeni həyat haqqında yazmamasının
səbəbini yalnız bu xüsusi şəraitdə axtarmaq sadəlik
olardı. Əsas səbəb budur ki, bu illərdə Cavid sosialist
inqilabının mahiyyətini başa düşməmişdi. Caviddə yeni
həyat, bu həyatın böyük mənası və gələcəyi haqqında
aydın bir təsəvvür yox idi; onda proletar inqilabının
xilaskar roluna qəti bir inam da yox idi. Bu həqiqəti
166
gizlətməyə ehtiyac yoxdur. Əgər bu cəhəti nəzərə
almasaq, biz inqilabın və yeni həyatın sonrakı illərdə
Cavid yaradıcılığına göstərdiyi müsbət təsirləri də
düzgün qiymətləndirə bilmərik.
Proletar inqilabı, kəskin sinfi mübarizə dövrü və
şəraiti Cavidin gözləmədiyi, o vaxta qədər təsəvvür edə
bilmədiyi yeni bir aləm idi. Cavid uzun müddət
əsərlərində ―həyat mübarizədir, haqqını sən mübarizə ilə
ala bilərsən‖ deyib coşduqda sadəcə olaraq zəiflər üçün
əlverişli olan müəyyən xeyirxah bir ideyanın həyata
keçirilməsini nəzərdə tuturdu. Proletar inqilabı isə belə
mücərrəd ―xeyirxahlıq‖ ideyasından, məzlumların halını
―bir qədər yaxşılaşdırmaq‖ məqsədindən uzaq idi;
mücərrəd, ümumi məhəbbət mövhumatına zidd idi. Bu
inqilab köhnə cəmiyyətin nəinki siyasi təsisatını, habelə
cəmiyyətin zülm və haqsızlığa əsaslanan iqtisadi-ictimai
təməllərini də kökündən sarsıtmışdı və amansız sinfi
mübarizə yolu ilə köhnə münasibətlərin xərabələri
üzərində yeni cəmiyyət qurur, yaradırdı.
Proletar inqilabının bu böyük amalı və cəmiyyəti
yenidən qurmaq işi, mücərrəd, ümumi məhəbbət fəlsə-
fəsinə aludə olmuş romantik şairə çatmırdı. Bu illərdə
Cavidin siyasətdən uzaqlaşması, ―ədəbiyyat, sənət başqa,
təbliğat başqadır‖ və ya ―romantik şairin keçmişdən
yazması təbiidir‖ deyib bəhanə gətirməsi, tarixi
mövzulara, uzaq və yaxın keçmişə əl atması da buradan
irəli gəlirdi. Cavid heç bir əsərində proletar inqilabına
zidd cəbhə tutmamışdı; o, inqilaba mənfi münasibət
bəsləmirdi; eyni zamanda o, susur, hələ inqilabın xeyrinə
bir söz də demirdi.
Yuxarıda deyildiyi kimi, Cəlil Məmmədquluzadə,
C.Cabbarlı, Ə.Haqverdiyev və bir çox başqaları keç-
mişdən yazsalar da, onlar bu əsərlərində də, inqilabın ilk
illərində də yeni dövrün yazıçıları idilər, yeni cəmiyyət
167
quruculuğuna xidmət edirdilər. Onlar keçmiş həyata da
bu günün nöqteyi-nəzərindən yanaşırdılar. Cavid isə
xüsusən ―Topal Teymur‖ əsərində keçmişə bu nöqteyi-
nəzərdən
yanaşmırdı.
Özünün
mücərrəd,
ümumi
məhəbbət və həyat mübarizəsi haqqında birtərəfli,
idealist görüşləri cəbhəsindən yanaşırdı. Bütün bunlar
onu ciddi məfkurə tərəddüdlərə aparıb çıxarmışdı.
Cavidin ―Uçurum‖ faciəsində fəlsəfə maraqlısı Əkrəm
rəssam Cəlalı nəzərdə tutaraq:
Mən oylə bir rəssam olsaydım əgər,
Hicaz ölkəsinə edərdim səfər.
UğraĢıb dururdum bir xeyli müddət,
Bir çox düĢüncədən sonra, nəhayət
Təsvir eylər idim gənclik çağında
Böyük Məhəmmədi Hirra dağında.
Bir halda ki, göydən enmiĢ bir mələk—
1
— dedikdə gənc İldırım ona belə cavab verir:
Hirra, mələk həp birər əfsanə, biz,
ġimdi artıq həqiqət dövründəyiz.
Çox qəribədir ki, Cavid 1917-ci ildə yazdığı ―Uçu-
rum‖da İldırımın dili ilə peyğəmbər, Hirra və mələyi
―əfsanə‖ adlandırdığı, ―həqiqət əsrində‖ belə xəyalların
mənasız olduğunu təsdiq etdiyi və ondan əvvəlki ―Şeyx
Sənan‖, ―Bir xatirə‖ kimi əsərlərində bu mövqedə
durduğu halda, ―Peyğəmbər‖ əsərində özü bu mütərəqqi
fikirlərdən uzaqlaşır, Əkrəmin səviyyəsinə enirdi.
―Peyğəmbər‖ dramının ilk səhnəsində remarkada
Cavid Məhəmmədi Hirra dağında məhz ―Uçurum‖da
Əkrəmin təsəvvür etdiyi şəkildə göstərir, bu köhnə zövqə
1
―Uçurum‖, Bakı. Azərnəşr, 1926, səh. 10.
168
uyğun təsirli bir tablo yaradır: ―Aydın və yaldızlı bir
gecə,
Məkkə yaxınlığında Hirra dağı... Ətrafda
mağaralar, yalçın qayalar, sarp enişlər, qorxunc
uçurumlar. Peyğəmbər əli alnında dərin düşüncələrə
dalmışdır... Bir ud zümzüməsini dinləyərək uyuyur kimi
kəndindən keçmiş... Bu sırada pənbə, mavi mənəkşə
nurlar içində altun qanadlı füsunkar bir mələk göydən
enər və ilahi bir ahənglə Peyğəmbərə xitab etməyə
başlar‖.
1
―Peyğəmbər‖in hansı ildə yazıldığını, dramaturqun
onu nə zaman planlaşdırdığını, nə zaman başlayıb nə
zaman bitirdiyini dəqiq müəyyən etmək hələ çətin olsa
da, çox güman ki, bu əsər 1920-1922-ci illər arasında
yazılmışdır. Bu ehtimalın həqiqətə yaxınlığını təsdiq
edən faktlardan biri budur ki, ―Peyğəmbər‖ ilk dəfə
Azərbaycan Xalq Maarif Komissarlığı nəşriyyatı
tərəfindən buraxıldığı zaman əsərin titul vərəqində ―Bakı,
1922-23-cü il‖ sözləri yazılmışdır. Bu, əvvələn o
deməkdir ki, dram müəyyən səbəblərə görə iki ilə nəşr
olunmuşdur, ikincisi, bu əsər hər halda nəşriyyata 1922-
ci ildə, ya da ondan bir az əvvəl verilmişdir. Odur ki,
―Peyğəmbər‖in indiyə qədər dərsliklərdə göstərildiyi
kimi 23-cü ildə deyil, ondan əvvəl yazıldığını təsdiq
etmək lazımdır. Ola bilər ki, şair əsər üzərində sonrakı
illərdə də işləmişdir. Hər halda ―Peyğəmbər‖ ilk dəfə
1923-cü ildə düşünülmüş mövzu sayıla bilməz.
Məhəmməd haqqında Caviddən qabaq da bədii əsər
yazanlar olmuşdur. Demək olar ki, bu əsərlərin heç bi-
rində tarixin xəbər verdiyi əsil ərəbistanlı Məhəmməd və
onun təbliğ etdiyi dini görüşlər, bu dinin mahiyyəti əsas
alınmamışdır.
İslam
peyğəmbərinin
surətini
və
şəxsiyyətini hərə öz zövqünə, təbliğ etmək istədiyi fəlsəfi
fikirlərə bir növ uyğunlaşdırmağa çalışmışdır. Məsələn,
1
H. C a v i d ―Peyğəmbər‖, 1926, AzərnəĢr, səh. 5-6.
169
məşhur fransız yazıçısı — filosofu Volter səhnədə dini
görüşləri, xüsusən xristianlığı açıq tənqid etməkdən
çəkindiyinə görə özünün ―Peyğəmbər Məhəmməd və ya
fanatizm‖ (1740) faciəsində Məhəmməd surətindən elə
məharətlə istifadə etmişdi ki, əsər zahirdə Məhəmmədə
və müsəlman dininin əleyhinə olduğundan Roma papasını
da müəyyən dərəcədə razı sala bilmişdi. Halbuki Volterin
―Məhəmməd‖i mahiyyət etibarı ilə yalnız islam dininin
deyil, bütün dinlərin və birinci növbədə xristianlığın
əleyhinə yazılmışdı. Volter çox sərbəst hərəkət edərək
Məhəmmədə və islam dininə, habelə təkallahlılıq
əqidəsinə qarşı qoyduğu bütpərəst surətlərini öz ateist
ideyalarının qüvvətli ruporuna çevirmişdi. Volterin faci-
əsində Məhəmməd yalançı, hiyləgər, vəhşi qatil bir şəxs
kimi, öz mənfəəti xatirinə, hakimiyyət xatirinə şüurlu
surətdə vətəndaşlarını aldadan, yoldan çıxaran, insanları
açıqdan-açığa cinayətə sövq edən, ifrat xudbin, zalım bir
despot kimi göstərilmişdir.
Bunun əksinə alman şairi Gete gəncliyində Mə-
həmməd haqqında dram yazmaq istərkən düşündüyü
planda Məhəmməd surətini tamamilə başqa şəkildə təsəv-
vür etmişdir. Gete bu əsəri yazıb başa çatdıra
bilməmişdir. Lakin mühafizə olunan ―Məhəmməd‖ və
―Məhəmmədin mahnısı‖ parçaları və dramın irəlicədən
düşünülmüş və yazılmış planı göstərir ki, Gete
Məhəmməd surətində gəncliyində çox bağlı olduğu idea-
list fəlsəfi görüşlərini təbliğ etmək istəmişdir. Getenin
düşündüyü planda Məhəmməd dünyaya gəlir, müəyyən
ideya gətirir, sonra qılınc gücünə bu ideyanı həyata
keçirib ölür. Onun gətirdiyi mütləq ideya həqiqətə
çevrilir, bəşəriyyətin bir hissəsi bu ideyanın, mü-
səlmançılığın yolçusu olur. Gete Məhəmmədi Volter kimi
yalançı, xain deyil, yeni bir ideya, etiqad axtarıcısı, bir
mütəfəkkir kimi göstərir. Məsələn, ―Məhəmməd‖ adlanan
170
birinci parçada Məhəmməd ulduzlu bir gecədə ucsuz-
bucaqsız bir səhrada oturmuş, dərin düşüncələrə
dalmışdır. O, aya, ulduzlara müraciət edir, onlardan öz
qövmü üçün işıq, qüvvət, idrak, doğru yol istəyir. Bu
zaman Məhəmmədin süd anası Həlimə gəlib onu tapır,
belə bir qorxulu yerdə nə üçün tək-tənha oturduğunu
soruşur. Məhəmməd tək olmadığını, öz allahı ilə bərabər
olduğunu, allahının şəfqət və mərhəməti ilə bəxtiyar
olduğunu söyləyir. Həlimənin maraqla ―sən allahı
görmüsənmi?‖ sualına Məhəmməd təəccüblə cavab verir
ki, bəs sən onu görmürsən? Sonra süd anasına anladır ki,
onun allahını təbiətin bütün hadisələrində, hər bir güldə,
çiçəkdə belə görmək mümkündür. Məhəmməd öz allahına
yalvarır ki, onun süd anasına, Həliməyə də elə bir istedad
versin ki, o da allahı təbiətdə görüb dərk edə bilsin.
Qoca Həlimə bütpərəstlikdə inad göstərir. Məhəmməd
isə bildirir ki, daşdan, palçıqdan qayrılmış bütlərə sitayiş
edən qövm çox bədbəxtdir. Məgər daşın, saxsının qulağı
var ki, insanın dərdini dinləsin? Məgər onların əlləri var
ki, insanlara kömək etsin? Cansız bütlərə sitayiş edənlər
qonşunu qonşuya, qardaşı qardaşa salışdırmaq istəyən, öz
malikanələrini genişləndirmək arzusu ilə yaşayan
adamlardır. Onun, Məhəmmədin allahının nəzərində isə
hamı insanlar birdir. Onun allahı hamının bir-birini
sevməsini istəyir. Həlimənin: ―sənin allahının yaşadığı
yer haradır?‖ sualına Məhəmməd cavab verir ki, hər yer.
Sonra Məhəmməd göylərdən təmənna edir ki, ―insan
nəslini zəncirdən, mənəvi əsarətdən xilas etsin‖
1
.
Bu müqayisədən aydın olur ki, hər iki mütəfəkkir
yazıçı Məhəmməd surətini eyni şəkildə təsəvvür et-
məmişdir; müəyyən məqsədə, təbliğ etmək istədikləri
ideyaların xatirinə, hərə öz fantaziyasının gücünə görə
1
Bax: G e t e . Əsərləri, Dövlət Bədii Ədəbiyyat NəĢriyyatı, Moskva-Leninqrad, 1932, II
cild, səh. 73-76.
171
onu bir cür təsəvvür etmişdir. Volterin məqsədi ateizmi
təbliğ etmək olduğundan Məhəmməd onun əsərində bütün
din xadimləri kimi yalançı, qatil, fırıldaqçıdır; Gete isə
bu surətlə özünün humanist görüşlərini təbliğ etdiyindən
onun əsərində Məhəmməd, tarixi həqiqətin əksinə olaraq,
humanist bir mütəfəkkirdir.
Ərəbistanlı
Məhəmmədin
şəxsiyyətinə
müxtəlif
münasibətlərə klassik Azərbaycan ədəbiyyatında da tez-
tez rast gəlirik. Məsələn, Nizami əsərlərinin rəsmi
hissəsində olsa da, Məhəmmədi ideallaşdırır və demək
olar ki, öz şəxsiyyətini, bir çox görüşlərini islam
peyğəmbərinə isnad edərək onu ―azadələrin dostu,
kölgəli ağac‖ (―Şərəfnamə‖), ―əqlin sultanı, səxavət
mülkünün böyüyü, bütün möhtacların pənahı, lovğalığın
düşməni‖ (―Leyli və Məcnun‖), ―məğrurlara qarşı
amansız, düşkünlərə kömək edən, yaxşı insanlara rəğbət
bəsləyən, pis adamlara nifrət edən, zəhmətsevən‖
(―Yeddi gözəl‖), ―yetimlərin dostu, ağıl və bilikdən
qüvvət alan, ədalətli‖ (―Xosrov və Şirin‖), ―taxt-tac
düşməni, qəlbiqırıqların dostu, xəstə dünyanın hakimi‖
(―İqbalnamə‖) və sair adlandırır.
Mirzə Fətəli Axundov isə tamamilə əksinə və həqiqətə
uyğun olaraq yazırdı ki, Məhəmməd ―özü də tərbiyə
səviyyəsincə əsrinin ərəblərindən biri idi. Özü də başqa
ərəblər kimi təbiət və fəlsəfə elmlərindən xəbərsizdi və
mələk, cin və cəmi adətdən kənar şeylərin varlığına
ürəkdən inanır və belə zənn edirdi ki, külli kainatda bu
növ şeylərə etiqad etməyən heç bir tayfa tapılmaz və bu
etiqadla tam bir xatircəmliklə əshabi-kəhf nağılını, hüd-
hüd və Bülqeys nağılını və Çin tayfasının iman gətirməsi
və bu qəbil əfsanələri Quranda xəbər verir və əsla ağlına
gəlmir ki, qərinələr və əsrlər keçdikdən sonra təbiət və
fəlsəfə elmləri dünyada tam tərəqqi qazanacaq və onların
qüdrəti ilə insanlar belə nağılları mənasız və tiflanə
172
xəbərlər sayacaqlar və onlara güləcəklər‖
1
.
Demək lazımdır ki, Cavid Məhəmməd surətini ya-
radarkən çox sərbəst hərəkət etmişdir. Onun əsərində
Məhəmmədin 40 yaşında ikən özünü peyğəmbər elan et-
məsi, özünə tərəfdar toplaması, Məkkədən Mədinəyə
köçməsi, bütpərəstlərlə mübarizəsi, nəhayət, qılınc və
təbliğat gücünə islamiyyəti əsaslandırması həqiqətən
tarixin xəbər verdiyi hadisələrdir. Bunlarla bərabər,
Cavid Məhəmmədi yoxsul ərəblərin müdafiəçisi, ədalət,
hüquq bərabərliyi ideyasının təbliğatçısı, əsarət, köləlik
əleyhinə çıxan bir qəhrəman, qadın azadlığı tərəfdarı, hər
cür mövhumat, xurafat, cəhalət əleyhinə mübarizə
aparan, elm, mədəniyyət aşiqi, şair təbiətli, sülhpərvər
bir insan və nəhayət panteist bir mütəfəkkir kimi
göstərmişdir ki, Məhəmmədə verilən bu sifətləri tarixi
həqiqətə uyğun hesab etmək olmaz və bunlar əsərin zəif,
mənfi cəhətlərindəndir.
Cavidin hələ 1910-1916-cı illərdə müxtəlif əsərlərdə
təbliğ etdiyi bəzi fikirləri yenidən bu dramda
Məhəmmədin dili ilə təkrar etməsi də onun Məhəmməd
surətinin, hər şeydən əvvəl, bir romantik şair
fantaziyasının məhsulu olduğunu təsdiq edir. Məsələn,
―Keçmiş günlər‖də nəşr etdirdiyi ―Qadın‖ sərlövhəli
şeirində Cavid qadın əsarətinə qarşı çıxaraq yazmışdı:
Ana övladını bəslər, böyüdür.
Dostları ilə paylaş: |