Şübhəsiz ki, bu, əslində, tarixə elmi bir baxış deyildi. Cavid
insan tarixinə xalqlar tarixi, mədəniyyətlər tarixi, daha yüksək
ictimai inkişafa doğru mübarizələr tarixi kimi deyil, sadəcə,
mənfur adət, ənənələr, mənasız əxlaq və etiqadlar, prinsipsiz
çəkişib-didişmələr tarixi kimi baxırdı. Aydın idi ki, bu vasitə
ilə şair, eyni zamanda, köhnəliyə, mövcud eybəcər ictimai
varlığa qarşı çıxırdı. Lakin onun qamçıladığı ―tarix‖ həqiqət
olsa da, ancaq tarixin rəzalətləri idi. Əslində bu, tarixə baxış
olmayıb, ümumiyyətlə Şərqdə, Asiyada köhnə dünyanın
dəyişməsi, alt-üst olması ərəfəsində başlanan ictimai fırtınanın
və bu fırtına qarşısında otuz yaşlı romantik şairdə əmələ gələn
fikir böhranının bir ifadəsi idi.
Buna görə idi ki, şeirdə ―kimsən, nəsən?‖ sualına cavab
verərəkən şair belə bir dərin mənəvi böhran keçirdiyini də
oxucularından gizlətmir, etiraf edirdi ki, o, otuz yaşına qədər
kəsb etdiyi elm və ürfandan heç nə anlamamış, bu elm və ürfan
nəinki onu həyat həqiqətinə yaxınlaşdırmamış, əksinə, əsil
həyatdan uzaqlaşdırmışdır. Şair oxuduğu kitabları ―sərsəm
kitablar‖, yazdığı dəftərləri ―saçma dəftərlər‖ adlandırır.
Bildiyim hər bir həqiqət əskidir.
...Hər həqiqət sanki ölgün bir xəyal...
Hökm edər ruhumda artıq başqa hal
2
.
Bu vaxta qədər kəsb etdiyi elm və ürfandan narazı olduğunu
şair bundan qabaq yazdığı ―Elmi bəşər‖ adlı şeirində də
bildirmişdi:
1
Yenə orada, səh. 542-543.
2
H.Cavid. Seçilmiş əsərləri, səh. 539
83
―Bilmək öyrənmək‖ öylə bir uçurum –
Ki onun intəhası yox, dibi yox...
―Bilirəm‖ söyləyən də var pək çox,
Nəmə lazım!.. O bir xəyalatdır.
―Elmü ürfan‖ nədir, mən anlamadım,
Çünki həp cəhlə doğru həp addım
1
.
Eyni motivlər surətin dilindən olsa da, sonralar yazılmış
―Uçurum‖ dramında da vardır:
Böyük ibn Sinalər, Sokratlar, Əflatunlar,
Dahi bir ustad ikən əcəb nə buldu onlar?
Fəlsəfə bir çıxılmaz yol ki, yormuş hər kəsi,
Çoxlarını boğmuş da, duyulmaz olmuş səsi
2
...
Yenə sonralar yazılmış ―İblis‖də də eyni motivlərə rast
gəlirik:
Hər fəlsəfə bir vəlvələ, həp tatlı xəyalat,
Yox rəhbəri-vicdan
3
.
Bu etiraflardan ən çox səciyyəvi və səmimi olanı bu idi ki,
şair ―bildiyim hər bir həqiqət əskidir‖ deyirdi. Bu müəyyən
dövrdə Cavidin yaradıcılığında əks olunan çox açıq və aydın
bir fikir böhranı, bir fəlsəfi böhran idi. Lakin bu fikir
böhranından danışanda onun səbəblərini düzgün izah etmək
üçün nəzərdə tutmalıyıq ki, bu böhran təkcə bir şairin şəxsi
mənəvi böhranı deyil, müəyyən tarixi olan bir çox köhnəlmiş
ideyaların, görüşlərin XX əsrdə üzə çıxmış böhranı idi ki,
şairin görüşlərində öz xüsusi, fərdi inikasını tapmışdı.
Yuxarıda Cavidin həyatından bizə məlum oldu ki, o, ali
1
Yenə orada, səh. 504.
2
―Uçurum‖, Azərnəşr, Bakı 1926, səh. 56-57
3
H.Cavid. Seçilmiş əsərləri, səh. 310.
84
təhsilini İstanbul darülfünununun ədəbiyyat şöbəsində almışdır.
Əlbəttə, heç bir mütəfəkkir sənətkarın görüş dairəsini,
mədəniyyətini onun ancaq müəllimlərindən aldığı biliklərlə
ölçmək olmaz. Bu biliklərə şairin 1910-12-ci illərə qədər şəxsi
mütaliə yolu ilə tanış olduğu və əsərlərində qismən to-
xunduğu və adını çəkdiyi müxtəlif filosof və fəlsəfi cərəyanları
da əlavə etsək, demək olar ki, Cavidin bu illərdə tədqiq edib
öyrəndiyi: müəyyən dərəcədə dini-sxolastik görüşlərlə qarışmış
Şərq panteizmi adlanan fəlsəfə və qismən də köhnə idealist
Qərb fəlsəfi sistemlərinin modernizə edilmiş şəkillərindən
ibarət olub, xüsusən Cavidin Türkiyədə olduğu 1905-1909-cu
illərdə İstanbul ziyalılarının bir qismi arasında (Rza Tövfiqin
əsərlərində olduğu kimi) çox yayılmış skeptisizmdən yaxud
yeni kantçılıqdan ibarət idi.
Yeni şəraitdə Qərbin modernizə edilmiş skeptisizmi,
şübhəçilik fəlsəfəsi müasir həyatın suallarına cavab vermirdi və
həqiqətən, şairin dediyi kimi, ―tatlı xəyalat‖ olaraq qalırdı. Şərq
fəlsəfəsinə, qoca Şərq panteizminə gəlincə, Şərqdə burjua-
demokratik inqilablarınıi alovlandığı, müstəmləkə zülmünə
qarşı milli azadlıq hərəkatının başlandığı və bu tarixi hərəkatın
imperialist dövlətlər tərəfindən amansızcasına boğulduğu
dövrdə əsasən insan, allah, təbiət və mücərrəd əxlaq
problemləri ilə məşğul olan bir fəlsəfə — hətta onun ən
qüvvətli cəhətlərindən biri olan dini şübhəçilik də yeni
inqilablar, çarpışmalar dövrünün ictimai problemlərini həll
etməkdə çox aciz idi. Həm də nəinki sadəcə aciz idi, hətta
bunların həll edilməsi üçün göstərilən təşəbbüslərə də bəzən
ciddi maneçilik törədirdi. Odur ki, Cavidin bu fəlsəfi
sistemlərdən üz döndərməsi, qəti inkarçılıq şəklində olsa da,
yeni fəlsəfi axtarışlar yolunu tutmuş romantik şərqli bir şair
üçün çox təbii idi.
Lakin haqqında bəhs etdiyimiz dövrdə, xüsusən 1910-1912-
ci illərdə Cavid yaradıcılığında bu fəlsəfi axtarışların hələ
ciddi, aydın bir nəticəsi görünmürdü. Daha düzgün deyilsə, bu
85
dövrdə şairdə hələ inkarçılıq meyli axtarıcılıq meylindən
qüvvətli idi. Bu inkarçılıq da hələ yeni, aydın bir fəlsəfi görüşə
arxalanmırdı. Şair hər nə qədər köhnə fəlsəfələrdən üz
döndərsə də, hələ özü də görüşlərinin həm qüvvətli, həm də
zəif cəhətləri etibarilə bu fəlsəfələrin təsiri altında idi. Cavid
özü də hələlik yeni əsrə, əsasən, qoca, mütəfəkkir Şərqin gözü
ilə baxırdı. Onun şeirində sanki bu qoca, mütəfəkkir Şərq nə di-
lini, nə də əməlini aydın dərk edə bilmədiyi XX əsr adamının
qarşısında heyran-heyran durub, bu dəhşətli zamanların işindən
heç nə anlamadığını danışırdı:
Bir oyuncaqdır cahan başdan-başa,
Qafil insanlarsa, bənzər sərxoşa,
Səndələr hər kəs əməlsiz, qayğısız.
Həpsi kəndindən xəbərsiz, sayğısız.
Söyləşirlər anlaşılmaz sözləri,
Həp baxarlar, görməz amma gözləri...
1
Bu fəlsəfi çaşqınlıq bəzən şairin lirikasına, bir çox
romantiklərdə olduğu kimi, ifrat bir fərdiyyətçilik qüruru,
şəxsiyyəti cəmiyyətə qarşı qoymaq meyli, bir növ Şərq
dekadentizmi ruhu və fəlsəfi eklektizm gətirirdi. Şair özünün
―çünki həp cəhlə doğru hər addım‖ kimi yanlış mülahizələrinə
əsaslanıb, insan kamalını və idrakını, insanın cəmiyyətdəki fəal
ictimai rolunu da bəzən şübhə altına alırdı:
―Mən nəyim?‖ Kəndim də bilməm, vaz keçin,
―Sən nəsin?‖ Boş bir sual insan için.
...Göz, qulaq, — görmək, eşitmək aləti,
Çox zaman aldatmış insaniyyəti.
Hər nə göstərsəm, nə söylərsəm sizə,
Etibar etməzsiniz heç bir sözə.
...Çünki anlaşmaq deyildir pək qolay.
1
H.Cavid. Seçilmiş əsərləri, səh. 539-540
86
Laylalaylay, laylalaylay, laylalay!..
1
Dini-idealist görüşləri şübhə altına alması, yeni həyat
problemlərinin həllində köhnə, idealist fəlsəfi sistemlərin
gücsüz olduğunu dərk etməyə başlaması şairin qüvvətli cəhəti
idisə, hələlik yeni bir fəlsəfi sistemə möhkəm bağlana
bilməməsi də onun zəif tərəfi idi.
3. ĠLK DRAMLARI
―Ana‖ və ―Maral‖
1910-cu ildə Cavid birpərdəli mənzum ―Ana‖ dramını yazır.
Bu əsərdə, hər şeydən əvvəl, şairin görüşlərində yavaş-yavaş
formalaşmağa başlayan demokratizm, varlıların və zalımların
azğınlığına, feodal adət-ənənələrinə, qadın hüquqsuzluğuna
qarşı onun nifrəti əks olunmuşdu. İkinci tərəfdən ―Ana‖ gərgin
dramatik konfliktlər və xarakterlər yaratmaqda Cavidin xüsusi
istedada malik olduğunu göstərirdi. Əsərdə alicənablıqla
xudbinlik, mərdliklə namərdlik, sadəliklə lovğalıq kimi zidd
mənəvi keyfiyyətlər qarşılaşdırılmış və bütün bunlar canlı
xarakterlərdə göstərilmişdi.
Xarakterlərin mühüm ictimai məzmuna malik olması
xüsusilə diqqəti cəlb edirdi. Dramaturqun yaratdığı surətlər
mövqeləri, eləcə də əxlaqi, mənəvi keyfiyyətləri etibarı ilə iki
cəbhəyə ayrılırdılar: yoxsullar və varlılar.
Müəllif nə qədər gözəl, insani sifətlər varsa, yoxsullarda,
sadə insanlarda tapır, nə qədər mənfi əxlaqi keyfiyyətlər varsa,
bunların çoxunu hakimlik, ağalıq, bəylik, xanlıq ehtiraslarında
görürdü.
Dramın mövzusu Dağıstan həyatından alınmışdır. Səhnə
―Dağıstanda otlu, ağaclı bir bağça ərz edər. Bağçanın ucunda
sadə və fəqiranə bir evciyəz görünür‖. Bu sadə və fəqiranə
1
H.Cavid. Seçilmiş əsərləri, səh. 536.
87
evciyəzin sahibi yoxsul bir ailənin pərəstarı olan ixtiyar qadın
Səlmadır. Bu yoxsul ana el arasında alicənablığı,
insanpərvərliyi, cəsarəti, böyük ürəkliliyi ilə tanınmışdır.
Dramaturq bu xarakteri hərəkətdə göstərməklə bərabər, onun
simasını başqa surətlərin dili ilə də izah edir.
Gəzdim, dolaşdım, uğradım hər elə,
Mən boylə bir qadın görmədim hələ.
Böyüklükdə, mərhəmətdə seçilmiş,
Alicənablıq boyuna biçilmiş
1
.
Səlma həm də igid bir oğul anasıdır. Onun oğlu Xanpolad
bir ildən çoxdur ki, uzun səfərə çıxmış, hələ qayıtmamışdır.
İndi Səlma yoxsul evciyəzində Xanpoladın nişanlısı, çərkəs
qızı gözəl, vəfalı İsmətlə yaşayır. İsmət də kimsəsiz,
əqrəbasızdır. O da yoxsul ailədəndir. Səlma İsməti öz doğma
balası kimi sevir, əzizləyir, ona həqiqi analıq edir. Səlma kimi
İsmət də gözəl insani sifətlərə, yüksək əxlaqi keyfiyyətlərə
malikdir. Varlı ailələrdən olan bir çoxları İsmətlə evlənmək
istəyir. Lakin qız yoxsul Xanpoladı hər kəsdən yüksək tutur.
Gözəl, təmiz əxlaqa, nəcib, incə bir ürəyə malik olan İsmət
Xanpoladı mərdliyinə, igidliyinə, namuslu və alicənab
olduğuna görə seçmişdir. İsmətin yeganə qardaşı, Xanpoladın
yaxın, sədaqətli dostu Səlim də bacısının bu qərarını
bəyənmişdir.
Xanpoladın uzaqda olmasından istifadə edərək namərd,
xudbin xanzadə Orxan öz varına, dövlətinə və ―əsil-
nəcabətinə‖ arxalanıb, İsmətə ―elani-eşq‖ edir, yoxsul
Xanpoladı atıb onunla evlənməsini təklif edir. Vəfalı İsmət
Orxanın bu namərd hərəkətini nifrətlə qarşılayır, onun yersiz
təklifini qətiyyətlə rədd edir:
Artıq yetər, allah için, çəkil get!
1
H.Cavid. ―Ana‖, Tiflis, Gürcü Şirkət Mətbəəsi, 1913, səh. 31.
88
Hörmətin, izzətin, varın, şöhrətin,
Nəslin, nəcabətin, gücün, qüdrətin —
Həp sənin olsun, get! Çəkil get, Orxan!
Mən ayrılmam o yoxsul Xanpoladdan!
1
Bu arada Xanpoladdan məktub gəlir. O, yaxın günlərdə
gələcəyini yazır. Qoca ananın və nişanlının sevinci yerə-göyə
sığmır. Tezliklə həsrətli ürəklər birləşəcək, ana oğluna toy
edəcəkdir. Lakin namərd Orxan bu səadətə mane olur,
yoldaşları Murad və İzzətlə səfərdən qayıdan Xanpoladın
yolunu kəsir. Vuruşmada Orxan və İzzət ölür. Murad isə
Xanpoladı ağır yaralayıb, Səlmanın evinə gəlir, Səlmanın öl-
dürdüyü igidin anası olduğunu bilmədən ondan aman istəyir.
Yaralı Xanpoladı evə gətirirlər. O, artıq qan tökməməyi və
Muradın bağışlanmasını vəsiyyət edib can verir. Oğlunun
vəsiyyətinə görə ana qatili bağışlayıb onu azad edir. Murad
artıq işlədiyi cinayətdən, anadan gördüyü alicənablıqdan
peşman olub vicdan əzabı çəkir.
Əsər heca vəzni ilə yazılmışdır. Bu ümumiyyətlə
Azərbaycan ədəbiyyatında heca vəzni ilə yazılan ilk mənzum
dram idi. Cavid əruz vəznində yazdığı əsərlərindəki ustalığı bu
əsərdə göstərə bilməmişdi. Vəzndə qırıqlıq aydın nəzərə
çarpırdı. Orxanın xarakteri ziddiyyətli idi. Müəllif bu surətin
dilinə onun mənəvi keyfiyyətləri ilə uyğun gəlməyən sözlər
vermişdi; bəzi yerdə qatil, xudbin Orxan bir şair təbiəti kəsb
edirdi. Əsərdə bir çox tiplərin eyni dildə danışması da nöqsan
idi. Lakin bunlara baxmayaraq, ―Ana‖ ehtiraslar dramı ruhunda
yazılmış bir əsər idi. Burada dramatizm qüvvətli idi. Müəllif
birpərdəlik dramda yeganə oğlunu itirən ananın, onun nakam
oğlunun, nişanlısını itirən vəfalı İsmətin, dostunu itirən Səlimin
iztirablarını sənətkarlıqla əks etdirə bilmişdi. Varlılarla
yoxsullar arasında olan ziddiyyəti göstərməsi isə əsərin ideya
məzmununu xeyli qüvvətləndirmişdi.
1
H.Cavid. ―Ana‖, Tiflis, Gürcü Şirkət Mətbəəsi, 1913, səh. 12.
89
Əsərdə Cavidin görüşləri, mənəvi böhranları və
ziddiyyətləri üçün ümumiyyətlə çox səciyyəvi olan bir məsələ
də: ―məhəbbət yoxsa nifrət, həyatdakı ziddiyyətləri bunların
hansının vasitəsi ilə aradan qaldırmaq olar?‖ problemi idi. Şair
məhəbbətə və mərhəmətə üstünlük verirdi. Lakin sonrakı
əsərlərində Cavid bu problemə, bir qədər aşağıda görəcəyimiz
kimi, tamamilə başqa nöqteyi-nəzərdən yanaşmışdır.
* * *
1912-ci ildə nəsrlə yazılmış ―Maral‖ faciəsində Cavid daha
irəli getmiş, onun həyat müşahidələri daha da zənginləşmiş,
şair mühitin daha yeni xüsusiyyətlərini, adamlarını dərk etmiş,
ictimai konfliktləri ilk dramına nisbətən daha aydın göstərə
bilmişdi.
Dramın ilk səhnəsi tamaşaçını gənc Azərbaycan qızı
Maralın faciəli həyatı ilə tanış edir: Maral ziyalı bir ailədən idi.
Ağlı, tərbiyəsi və gözəlliyi ilə çoxlarından seçilirdi. Məktəbdə
oxuyur, vətənin ziyalı qadınlarından biri olmaq arzusu ilə
―məsud bir göyərçin kimi saf və azad‖ yaşayırdı. Lakin təh-
silini bitirmədən Maral sevimli və maarifpərvər atasını itirir.
Bu arada ―allahın ikiayaqlı balası‖, ―ürək bulandırıcı, murdar‖
mülkədar Turxan bəy bir ―bəla ildırımı‖ kimi Maralın üstünü
alır, on beş yaşında ikən onu kimsəsiz, əqrəbasız anasından və
deyiklisi Aslandan ayırır, pul və qol gücünə özünə arvad edir.
İndi iki ildir ki, Maralın həyatı qəfəsə salınmış bir quşun
həyatına oxşayır. Bütün əsər boyu Maral daim məhzun,
küskün, boynu bükük, dalğındır. Mülkədar Turxan bəyin
bəzəkli otaqları onu dar, qaranlıq məzar kimi sıxır. ―Gözəl
bahar hər kəsin könlünü açdığı halda, Maralı kədərləndirir,
rəngarəng çiçəklərin lətif rayihələri onu boğur, bülbüllərin
sevimli nəğmələri sanki ona gülür, sanki onun talesizliyinə
ağlayır‖. Maral öz taleyini vərəmli bir çiçəyə, ayaqlar altına
atılmış gülə bənzədir. 17 yaşlı Maral bu ağır həyata dözə
bilmir. O, aydın dərk edir ki, düşdüyü ev ər evi deyil, bayquş
90
yuvasıdır. O bu bayquş yuvasını tərk etmək, sevimli Aslanla
birləşmək arzusu ilə yaşayır. Bu arzusuna görə onu şəriətə
itaətsizlikdə taqsırlandırmaq istəyənlərə deyir: ―Xain bir cəllad
əlində qəhr olmaq şəriətə itaətmi deməkdir?‖ Bununla belə
Maral ―mələk kimi məsumdur‖. O, bir tərəfdən kimsəsiz,
əqrəbasız anasının halını düşünür, bir tərəfdən də avamlar
arasında namussuz adlandırılacağından qorxub, tərəddüd edir.
―hər iki tərəfin təhlükəli uçurum... Burada qalsam, Turxan
bəyin murdar nəfəsi... qoşulub qaçsam, namus, iffət məsələsi
məni bitirəcək, məni məhv edəcəkdir‖
1
. Zavallı gənc qadın
başqa bir çıxış yolu tapa bilmir.
Dramaturq turxanbəylərin hökmranlıq etdiyi bir mühitdə
qadınların hüquqsuzluğunu və qadın azadlığı düşmənlərini,
xüsusən yavaş-yavaş köhnəlikdən ayrılan, azad yaşamağa can
atan yeniyetmələrin faciəsini göstərmək üçün Maral ilə yanaşı
Humay surətini yaradır.
Maral azərbaycanlı, Humay isə dağıstanlıdır. Lakin onların
hər ikisinin taleyi bir-birinə çox yaxındır. Hər ikisi ―azad ruhlu
əsirlər‖dir. Humay da Maral kimi oxumuş, iyirmi iki yaşında
olduqca gözəl və məlumatlı bir qız idi. Ancaq o da həyata göz
açmamış ―qılıncını şaqırdadan‖, gecə-gündüz klublarda,
teatrlarda boşboğazlıq edən zabitlərdən biri olan mülkədar oğlu
Şahmar bəyə nişanlanır. Şahmar bəy gül kimi nişanlısını
yaddan çıxarıb, uzaq şəhərlərdə əyyaşlıqla məşğuldur. Çox
çəkmir ki, Şahmar bəyin başqa bir qız ilə maraqlandığı, sonra
da bu qız üçün intihar etdiyi xəbəri gəlib çıxır. Humay üçün də
yeni həyat yolları görünür. O, Qafqazın gözəl şəhərlərindən biri
olan Borjomda istirahətdə ikən özü kimi yeni ruhlu, azad fikirli
bir müasirinə, gənc hüquqşünas azərbaycanlı Cəmil bəyə rast
gəlir. Lakin bu səadət ancaq onların ata yurduna qayıtmalarına
qədər davam edir. Gənc hüquqşünas Humayı atasının, Turxan
bəyin evinə gətirir. Bu ata-oğul başqa-başqa adamlardır. Ata
―insan şəklində bir canavar‖, yalnız özünü, öz kefi-mayəşasını
1
H.Cavid. Seçilmiş əsərləri, səh. 147.
91
düşünən bir xudbin, oğul isə ―insanlıq aşiqi, təbiət və həqiqət
aşiqi, zərif ruhlu, şair təbiətli‖ bir adamdır. Lakin var-dövlət,
sərvət və ixtiyar atanın əlindədir. Turxan bəy oğlunu milyon-
çu bir bəyin qızına evləndirmək istəyirdi. Odur ki, kasıb, ziyalı
ailəsindən olan Humayın gəlişi onu qəzəbləndirir. Üstəlik
Humay açıq gəzir, çadra örtmür — buna dözməkmi olar?
Turxan bəy oğluna Humaydan əl çəkməsini və qızın bir həftəyə
qədər şəhərdən çıxıb getməsini əmr edir. Lakin eyni zamanda
hiss edir ki, oğlu onun əmrini yerinə yetirə bilməyəcək. O,
gənclərin özündən əlavə, onların bir neçə yeni fikirli
müdafiəçilərinə də rast gəlir. Bunlardan biri Turxan bəyin öz
qohumlarından olan Nadir bəydir. Nadir bəy ali təhsil görmüş
ziyalılardan biridir, hüquqşünasdır. O, işdə, qulluqda olduğu
kimi, ailədə də ədalətin, yeniliyin müdafiəçisi kimi özünü
göstərir və Turxan bəyin köhnə fikirləri ilə razılaşmadığını
bildirir. Hələ ilk pərdədə onların arasındakı qısa mükalimə
Nadir bəyin səciyyəsini çox yaxşı aydınlaşdırır:
T u r x a n b ə y — Cəmili evləndirmək istəyirəm...
N a d i r b ə y — Kim bilir? Bəlkə o, şimdiyə qədər
sevişib evlənmiş də, bizim xəbərimiz yox...
T u r x a n b ə y — Xayır, oğul mənimsə, xəbərsiz iş
tutmaz. Onunçun bir qız bulmuşam ki, röyasında belə görməz.
Həm gözəl, babasının bir dənəsi, həm də son dərəcə zəngin.
N a d i r b ə y — Məncə gözəllik zövqə aid bir şeydir. Sər-
vət isə, düşündüyünüz kimi, insanı pək məsud edəməz. Bir də,
bir qızı sərvəti üçün deyil, dilxah və tərbiyəli olduğu üçün alır-
lar.
T u r x a n b ə y — Nadir! Heç bir hiss, heç bir qüvvət, heç
bir yer yoxdur ki, orada altun, gümüş rol oynamasın. Əmin
olunuz ki, dünyanın bütün izzəti, bütün səadəti ancaq para ilə
əldə edilə bilir.
N a d i r b ə y — (yerindən qalxaraq) Əvət, hər şey para ilə
əldə edilir, illa fəzilət və insaniyyət!..
92
T u r x a n b ə y — Fəzilət də paradadır, insaniyyət də...
N a d i r b ə y—Yanılırsınız... Sizə insan qılığında elə
çulsuz, noxtasız uzunqulaqlar göstərə bilərəm ki, yalnız altun-
dan yapılmış bir palanları əksikdir...
1
Əsərdə insanlıq və fəziləti qızıl-gümüşdə görən bu ―noxtasız
uzunqulaqlar‖ əxlaqına qarşı çıxan başqa surətlər də vardır:
mühəndis müavini Bəypolad, evin xidmətçiləri, gözəl ruhlu
qoca Nazlı, Humayın anası İsmət və başqaları da bu yeni
insanların tərəfindədir. Marala gəlincə bu bədbəxt qadın
Humayı və Cəmili mehribanlıqla qarşılayır: heç olmazsa onun
salındığı qəfəsə ikinci bir azad quş da gətirmişlər. Bu onun
üçün bir təsəlli olur. 22 yaşlı gəlin ilə on yeddi yaşlı
―qayınana‖ sirdaş olurlar.
Cəmil də ilk dəfə gördüyü bədbəxt analığına, onun öz
sözləri ilə ―yalnız özünü düşünən, öz kefinə baxan atanın on
altı yaşlı gəlininə‖ acıyır, ona dərin rəğbət bəsləyir. Yeni ruhlu
adamların sayı az deyildir. Onlar bir-birinə kömək etməyə, bir-
birini müdafiə etməyə hazırdırlar.
Turxan bəyin də arxası, köməyi vardır. Bu arxa isə müəllifin
―başında qocaman bir sarıq, əbus çöhrəli bir ixtiyar‖
adlandırdığı şəhər qazısıdır.
Beləliklə, əsərdə bir tərəfdən, ictimai həyatın ən mürtəce
qüvvələrinin timsalı olan burjualaşmış mülkədar və ruhanilik,
digər tərəfdən isə müxtəlif ailələrdən, təbəqələrdən olan yeni
ruhlu ziyalı qüvvələr qarşı-qarşıya qoyulur. Dramın əsas
konflikti də bu qütblər arasındakı münaqişədən ibarətdir.
Müəllif mühafizəkar siniflərin və ruhaniliyin hər cür
yeniliyin, o cümlədən də qadın azadlığının, yeni ailənin
düşmənləri olduqlarını göstərmək istəmişdi. Şəhər qazısı
Humayın başıaçıq gəzməsinə ciddi etiraz edərək Turxan bəyə:
―Gəlinin islam qızı olduğu halda, xristiandan seçilmir‖, —
deyir. Turxan bəy də qazının uydurduğu şəriət qanunlarından
1
H.Cavid. Seçilmiş əsərləri, səh. 110-111.
93
özünün hakim mövqeyini möhkəmləndirmək, öz rəzalətlərini
pərdələmək üçün istifadə edir. Dördüncü pərdədə Turxan bəylə
Nadir bəy arasında olan aşağıdakı mükalimə də səciyyəvidir:
T u r x a n b ə y — ...Bu qızın üz-gözü açıq gəzməsinə nə
deyirsən?
N a d i r b ə y — Zatən o ta çocuqludan bəri açıq və sərbəst
olaraq böyümüşdür.
T u r x a n b ə y — ...Bu hərəkət şəriətə müvafiqmi ya?
N a d i r b ə y — Bilməm!.. Fəqət məncə şəriət insanların
nicat və səadəti üçün yapılmış bir qanundur. Xalqı təhlükəli
uçurumlara yuvarlayan bir qanun isə, pək çürük və mənasız bir
əfsanə deməkdir. Bir də nə islam şüarı, nə türklük səciyyəsi
qadınlara ―örtün‖ — deyə əsla məcbur etməz və bu hal yalnız
etiyaddan doğma bir məhkumiyyətdir ki, o da er-gec olur.
T u r x a n b ə y — Pək gözəl, bu şəhərdə Humaydan başqa
bir qız-gəlin yoxmu ya?
N a d i r b ə y — (təbəssümlü) Bir az sonra həpsini Humaya
arkadaş bulursunuz... Sağlam bir tərbiyəyə sarsılmaz bir əxlaqa
malik olan xanımların açıq gəzməsində heç bir məhzur
görməyirəm
1
.
Nadir bəyin nəzərində din, şəriət qanunları göydən düşmə
bir şey deyil, vaxtı ilə insanlar tərəfindən düşünülmüş, sonralar
isə zaman keçdikcə köhnəlmiş, bir qədər də təhrif edilmiş,
eybəcərləşdirilmiş, xalqı təhlükəli uçurumlara yuvarlayan
çürük, mənasız əfsanəyə çevrilmişdir. Beləliklə, Nadir özü bəy,
mülkədar nəslindən olsa da, mühafizəkar turxanbəylərə
nisbətən xeyli dəyişilmiş, irəli gəlmiş, görüşləri etibarı ilə
tamamilə mühafizəkar mülkədarlığa qarşı duran bir ziyalı,
liberal mülkədardır.
Nadir bəy N.B.Vəzirov və Ə.Haqverdiyev kimi realist
yazıçılarımızın əsərlərindən bizə tanış olan fəxrəddinlər və
fərhadlar nəslindəndir; köhnə dünyadan, köhnə zehniyyətdən
ayrılmağa can atan ziyalılardan biridir.
1
H.Cavid. Seçilmiş əsərləri, səh. 141-142.
94
Təkcə Nadir bəy deyil, burjua-mülkədar mühitinin
yetişdirdiyi yeni nəsil nümayəndələri Cəmil bəy, Humay,
Aslan və Maral surətləri də mühafizəkarlığa qarşı çıxan yeni
tipli insanlardır. Onlar turxanbəylər mühitində dolaşsalar da,
əslində bu mühitin tələbləri, adət-ənənələri ilə deyil, başqa bir
həyat, gələcək arzusu ilə yaşayan romantik gənclərdir.
Onlardan heç biri mövcud quruluşu dəyişdirmək haqqında
düşünmür, bu səviyyəyə çata bilmir; lakin hər necə olsa da,
onlar müəyyən mənada yeni səciyyəli gənclərdir. Bu yeni
xarakterlər içərisində dolaşdıqları mühitə, köhnə adət-ənənələr
çərçivəsinə, ―çulsuz, noxtasız uzunqulaqlar‖ mühitinə, şəhər
qazılarının əxlaqı və görüşü çərçivəsinə sığmırlar. Onlar
köhnəliyi ayaqlayıb, yeni həyat yollarına çıxmağa can atırlar,
yeni ailə qurmaq, köhnə adət-ənənələrdən ayrılmaq istəyirlər,
lakin köhnəlik buna mane olur. Buradan da bu yeni nəslin
faciəli həyatı başlanır.
Bu nəslin nümayəndələri içərisində Cəmil bəyin taleyi
dramaturqu ayrıca düşündürmüşdür. Ümumiyyətlə Hüseyn
Cavidin romantizmini və onun romantik qəhrəmanlarının
səciyyəsini yaxşı başa düşmək üçün Cəmil bəy surəti kifayət
qədər təsəvvür verir.
Mühafizəkar
mülkədarlığa
qarşı
qoyulmuş
Cəmil
yeniyetmə, ―nəcib, incə ruhlu‖ maarifpərvər bir gəncdir. Əsərin
remarkasında Cəmilin atası Turxan bəy ―qarnıyoğun‖,
―şişmanca‖ bir mülkədardır; Cəmil isə 27 yaşlı, ―zəif əndamlı,
zəif vücudlu, incə ruhlu, həssas‖ gənc bir hüquqşünasdır. İkinci
pərdədə gənc hüquqşünas öz atası və onun kimi köhnəpərəst,
qoluzorlu, kütbeyin, zülmkar mülkədarlar haqqında deyir: ―Zor
etmək deyil, insanı qəhr etmək belə onlarca əhəmiyyətsiz bir
işdir‖. Cəmil özü isə, tamamilə əksinə, insanlıq aşiqi, həyat
aşiqidir, sevmək və sevilmək üçün yaradılmış bir xilqətdir. Bu
o deməkdir ki, dramaturq ata-oğulu şüur və əxlaqca
fərqləndirdiyi kimi, zahiri portretləri ilə də fərqləndirir. Şübhə-
siz ki, bu sadəcə bir ata ilə bir oğul arasında olan fərq deyil,
95
ümumiyyətlə müəllifin fikrincə yeni, mədəni nəsil ilə köhnə,
mühafizəkar nəsil arasında olan bir fərqdir.
Biz
zəif vücudlu Cəmili sentimental romanların
qəhrəmanları kimi daim məhzun, yorğun, fikirli, dalğın,
düşüncəli görürük. O mümkün qədər insanlardan qaçmağa
çalışır, təkliyi, tənhalığı sevir. Gənc hüquqşünasın ən yaxın
həmdəmi kitablardır. Həmişə əlində kitab gəzdirir. Onun
haqqında deyirlər: ―Cəmil kimsəyə qarışmaz, daim tək və
kədərlidir‖. Biz başa düşürük ki, dramturq Cəmili şüurlu
surətdə, müəyyən məqsədlə belə göstərmişdir. Axı onun bu
romantik qəhrəmanı çox ağır şəraitdə, həmişə öz həmcinslərini
qəhr etməyə hazır olan köhnə fikirli, zülmkar turxanbəylər
mühitində yaşayır, bu mühiti bəyənmir. O, başqa bir mühit,
başqa bir yaşayış arzu edir. Cəmil oxuduğu kitablardan olsa da,
sabahın, özü kimi incə ruhlu, mərhəmətli insanların arzularına
tam uyğun gələn mədəni bir həyatın xoş ətrini, rayihəsini
duyur. Arzu edilən bu həyat isə hələ yoxdur. Belə olduğu halda
Cəmil necə dalğın, fikirli və pərişan görünməyə bilər?
Müəllifin fikrincə mühafizəkarlar mühiti məngənəsində sıxılan,
mövcud cəmiyyətdən narazı qalan Cəmil bəy kimi mərhəmətli,
ağıllı, ―incə ruhlu‖ adamlar məhz bu xasiyyətdə ola bilərlər.
Yenə ikinci pərdədə Cəmili az-çox başa düşən tanışlarından
biri, mühəndis Bəypolad ata ilə oğulu müqayisə edib, Cəmilə
deyir: ―Siz bu dərəcədə məhzun olduğunuz halda, Turxan
bəydə heç oylə bir hal görünmüyordu‖. Cəmil cavabında
atasını belə səciyyələndirir: ―Onun qayğı ilə, sıxıntı ilə nə işi?
O, yalnız kəndini düşünür, kəndi kefinə baxır. Hələ yazıyorlar
ki, bu günlərdə evinə on yeddi yaşında bir gəlin də gətirmiş‖
1
.
Beləliklə, heç bir qayğı, heç bir sıxıntı bilməyən, yalnız
özünü düşünən, öz kefinə baxan turxanbəylərə qarşı zəmanə
yeni bir nəsil yetişdirmişdir ki, bunlar özlərini deyil,
başqalarını da düşünürlər, ümumun səadətini düşünürlər, gözəl
həyat arzusu ilə yaşayırlar. Belə bir həyat isə hələ yoxdur.
1
H.Cavid. Seçilmiş əsərləri. səh. 122.
96
Buna görə də, özündən razı, xudpəsənd arsızlardan fərqli
olaraq, onlar daim qayğılı, dalğın, düşüncəli, pərişandırlar;
onlar daha çox tənhalığı sevir, mümkün qədər insanlardan uzaq
olmağa çalışırlar. Dramaturq Cəmili bizə həmin bu nəslin bir
nümayəndəsi kimi təqdim edir.
Yenə başqa bir yerdə Bəypolad Cəmilə deyir: ―Bilirmisən,
Cəmil! Sən bu əsr üçün deyil, bəlkə başqa bir zaman üçün
yaradılmışsan. Hissiyyatın o qədər nəcib, o qədər ali ki, şu
mühit səninçin pək dar, pək qaranlıqdır‖
1
.
Cəmillər turxanbəylər mühitində xoşbəxt ola bilmirlər, onlar
özgələrini
də xoşbəxt edə bilmirlər. Çünki irtica,
mühafizəkarlıq onlardan qüvvətli çıxır, cəmiyyətin qara
qüvvələri onları əzir, tapdalayır, susmağa məcbur edir.
Dramaturq sarsıdıcı dramatik səhnələr vasitəsi ilə fikrinin
reallığını sübut edir. Turxan bəy qısqanclıq üzündən gözəl
Maralı güllə ilə vurub öldürür.
Lakin cəmilləri, humayları, maralları bədbəxt edən, onların
həyatını sarsıdıcı faciəyə çevirən yalnız turxanbəylərdirmi?
Yox! Bu gənclərin faciəsi bir də onların öz görüşlərində,
mənəviyyatlarında olan ziddiyyətlə əlaqədardır.
Cəmil özünün fərdiyyətçiliyi, mərdümgirizliyi, pərişan
xəyalları, puç olmuş şirin arzuları, başqa həyat həsrəti ilə
müəyyən dərəcədə Qərbin romantik qəhrəmanlarını xatırladır.
Lakin əslində o nə Çayl Harold, nə Manfred, nə də Karl
Moordur. O, hər şeydən əvvəl, Şərqə, Şərq romantizminə,
Azərbaycan romantizminə məxsus bir tipdir. Cəmil yenicə
oyanmış Şərqin özünə məxsus keyfiyyətlərə malik romantik
gənclərindən biri olmaqla bərabər, Şərqə xas olan ənənəvi
sentimental, romantik əhvali-ruhiyyəyə malikdir. Məsələn,
onun Humaya olan məhəbbətini alaq.
Cəmil çadrasını atmış, savadlı, məlumatlı, tərbiyəli, həssas,
insana mehriban olan gözəl Humayı sevir; ―sevir, həm də bir
məcnun kimi‖, ənənəvi aşiqlər və eşq divanələri kimi...
1
H.Cavid. Seçilmiş əsərləri, səh. 124.
97
Cəmilin Humaya münasibətində biz, Cavidin sonralar
yaratdığı bir sıra başqa romantik qəhrəmanlarda olduğu kimi,
məhəbbətin
bir
növ
ilahiləşdirilməsi,
məşuqənin
ideallaşdırılması, fövqəlbəşər insan dərəcəsinə qaldırılması
hadisəsi ilə qarşılaşırıq. Cəmil məhəbbətə, o cümlədən qadın
məhəbbətinə insanı dünyanın bütün əzab-əziyyətindən xilas
edəcək, mühitdəki bütün vəhşi münasibətləri unutduracaq bir
vasitə kimi baxır. Ona görə, çox təbiidir ki, Cəmil sevdiyini
―cənnət quşu‖ adlandırır, ona ―sən bəşər deyilsən, allah
tərəfindən göndərilmiş şəfqətli, mərhəmətli bir mələksən‖ —
deyir. Humayın incə ruhlu, gözəl insani münasibəti,
qayğıkeşliyi, həssas, mərhəmətli olması Cəmilə fövqəlbəşər bir
xüsusiyyət kimi görünür. Çünki belə insani münasibətlər onun
idealıdır. Cəmil ilk dəfə məhəbbətinə qarşılıqlı cavab
almadıqda ―eşq dərdindən‖ xəstələnir, yatağa düşür, qızdırmalı
hallar keçirir, sayıqlayır. Bu da çox səciyyəvi haldır ki, Cəmilin
Humaya olan məhəbbəti bəzi cəhətlərdən Şeyx Sənanın
Xumara olan məhəbbətini xatırladır. Cəmil də, Sənan kimi
fəzalara uçmaq istəyir: ―Ah, Humay! Gözəl mələk, lütf et,
sövda pərisi kimi ağuşuma gəl... Bərabər uçalım. Burax, ruh
bədəndən ayrılsın da, qol-qola uçalım, əl-ələ uçalım, dodaq-
dodağa uçalım. Bu fəlakət zindanından xilas olub da qaçalım.
Ucu-bucağı yox fəzalara qədər uçalım‖
1
.
Şübhəsiz ki, bu da ―fəlakət zindanı‖ olan ictimai mühitə,
―çulsuz-palansız uzunqulaqlar‖ mühitinə qarşı bir nifrət
əlamətidir. Ancaq hər necə olsa, bu yenə də həmişə bir ayağı
Leyli-Məcnun dünyasında olan bir romantik Şərq ziyalısının
nifrətidir.
Biz realist ədəbiyyatımızdan Cəmilin müasirləri olan
fəxrəddinləri, səadət xanımları tanıyırıq. Onlar da yeni tipli,
yeni ruhlu insanlardır. Onlar da ―fəlakət zindanına‖ nifrət
edirlər, Hacı Səməd ağaların mühitindən narazıdırlar, bu
mühitin məngənəsində sıxılırlar; lakin onlardan heç birində bu
1
H.Cavid. Seçilmiş əsərləri, səh. 136.
98
qara qüvvələrin hücumu cəmiyyətdən qaçmaq, tək-tənha yaşa-
maq meyli doğurmur. Fəxrəddinlə Səadət xanım bir-birini
sevirlər, lakin bu sevgi real sevgidir, məfkurə birliyindən,
zövqlər birliyindən doğan sevgidir. Onlar hər ikisi köməkləşib
xalqı maarifləndirmək, kənddə xəstəxana, məktəb açmaq
haqqında düşünürlər, bağ salır, məktəbdarlıq edirlər. Onlardan
heç biri ―ucu-bucağı yox fəzalara uçmaq‖ istəmir. Fəxrəddin
onu əhatə edən qudurğan, kütbeyin ağalar mühitinə, avamlıq,
cəhalət və mühafizəkarlığa tarixi şəraitin, iqtisadi, siyasi və
mədəni geriliyin bir əlaməti kimi baxır. O, yeri gələndə,
silahlanıb, yırtıcı düşmənlərdən özünü müdafiə etməyə
hazırlaşır. Cəlil isə başqa cürdür. O, bərk ayaqda silaha əl
atmaz, iş görmək əvəzinə, mücərrəd əxlaq dərsi verməyə
başlayır. O nəinki insanlara, hətta, heyvanlara qarşı da silah
qaldırmağa cəlladlıq, qaniçicilik hesab edir. İlk səhnələrin
birində Cəmil meşədə bir ovçunun bir quşcuğazı güllə ilə
vurub öldürdüyünü gördükdə deyir: ―Əcəba insanlarda bu
cəlladlıq, bu xunxarlıq nə vaxta qədər davam edəcək?! (Əli ilə
işarə edərək) Bir bu vicdansız hərifə deyən yox ki, bu günahsız
quşcuğazı məhv etməkdə nə məna var? Bir az əvvəl zavallı
daldan-dala qonaraq şakır-şakır ötüyordu. Ah, mərhəmətsiz
cəllad, mədəni canavar!
1
‖
Son səhnədə də Cəmil buna bənzər qanlı bir hadisənin
şahidi olur. Lakin burada öldürülən ―zavallı quşcuğaz‖ deyil,
kimsəsiz-arxasız, on yeddi yaşlı Maral, onun öz analığı,
öldürən isə öz atasıdır...
Bütün bu qanlı faciələri görə-görə Cəmil yenə də öz əxlaqi
təkamül ideyasından əl çəkmir. O, arzu edir və gözləyir ki,
dünyada insanlar arasında yalnız məhəbbət hökmranlıq edəcək,
mərhəmətsiz cəlladlar, mədəni canavarlar da bu yol ilə
kamilləşib həqiqi insan olacaqlar.
Bu kiçik müqayisədə müəyyən dövrdə ədəbiyyatımızdakı
romantizmlər realizmin heç olmazsa mühüm bir fərqi özünü
1
H.Cavid. Seçilmiş əsərləri, səh. 124.
99
göstərməkdədir: realist qəhrəman ən çətin şəraitdə belə əlindən
gələni edir, çalışır, çarpışır, yaradır, romantik qəhrəman isə
yalnız əlçatmaz gözəl arzularla yaşayır, bərk ayaqda həyatdan
uzaqlaşır, sonsuz fəzalara doğru üz tutur...
Cəmil bəydə olan əhvali-ruhiyyə, xarakter Cavidin sonralar
yaratdığı bir sıra başqa romantik qəhrəmanlarına da aiddir. Bu
tipli qəhrəmanlar istər yaradıcılığının birinci dövründə, istərsə
sonrakı dövrlərində şair üçün yeganə ideal qəhrəmanlarmı
olmuşdur? Buna hökm vermək olmaz. Ancaq bir həqiqət var
ki, Cavid uzun müddət belə qəhrəmanlarla məşğul olmuşdur.
Doğrudur ki, o bu qəhrəmanların qarşısında diz çökməmiş,
səcdə etməmişdir; lakin yaradıcılığının birinci dövründə o,
həyatda bunlardan başqa qəhrəman görə bilməmişdir.
Dostları ilə paylaş: |