Microsoft Word rustamli konul docx



Yüklə 489,76 Kb.
Pdf görüntüsü
səhifə10/42
tarix25.12.2016
ölçüsü489,76 Kb.
#2901
1   ...   6   7   8   9   10   11   12   13   ...   42
sas gəlir – müəssisənin adi fəaliyyəti zamanı yaranır. Buraya satış, komisyon 

rüsumları , faizlər , dividendlər, royaltilər və icarə haqları daxildir.  



Sair gəlir isə - müəssisənin adi fəaliyyəti zamanı müntəzəm surətdə yaranmayan 

və əsas gəlir anlayışına uyğun gəlməyən gəlirdir.  

Ə

sas xərc- müəssisənin adi fəaliyyəti zamanı yaranan və müxtəlif başlıqlar 

altında,o cümlədən elemntləri və ya funksiyaları üzrə təsnifləşdirilən xərcdir.  



Sair gəlir isə- müəssisənin adi fəaliyyəti zamanı müntəzəm surətdə yaranmayan 

və əsas xərclər anlayışına uyğun gəlməyən xərcdir.  

Tibb təşkilatlarında fəaliyyətin adi növləri üzrə xərclər dedikdə, tibbi 

xidmətlərin göstərilməsi iləəlaqədar xərclər başa düşülür.Qüvvədə olan normativ 

sənədlərə əsasən fəaliyyətin adi növləri üzrə xərclər formalaşdıqda onların aşağıdakı 

elementlər üzrə aruplaşdırılması təmin olunmalıdır:material xərcləri, əmək ödənişi 

xərcləri, sosial ehtiyatlara ayırmalar, amortizasiya , sair xərclər. Hazırda tibb 

müəssisələrinin idarə olunmasının effektivliyinin yüksəldilməsinə iqtisadi 

informasiya sisteminin tətbiqi və gələcəkdə təkmilləşdirilməsi yolu ilə nail olmaq 

mümkündür. Qəbul edilən idarəetmə qərarlarının keyfiyyətinə tələbatın daima 

artması və onların qəbul olunması müddəti maliyyə və idarəetmə uçotunun 

avtomatlaşdırılmış sisteminin tətbiqini zəruri edir. Hazırda bazarda tibb 

təşkilatlarında hesablama texnikasından istifadə etməklə maliyyə və idarəetmə 



 

21 


uçotunun təşkilinə imkan verən çoxsaylı proqram məhsulları təklif olunur. Bu 

proqramların köməyilə əmək haqqının hesablanmasını, təşkilatın əməkdaşlarının 

yerdəyişməsinin uçotunu, əməkdaşların kadr hesablama məlumatlarındakı 

dəyişikliklərin qeydiyyatı, əməkdaşların əmək haqqı fondunun təhlili, tarifikasiya 

cədvəllərinin formalaşması poliklinikanın, xəstəxanaların, hərbi hospitalların, tibb 

mərkəzlərinin və digər səhiyyə təşkilatlarının xüsusiyyətini nəzərə alan hesabatların 

ə

ldə olunması və s. məsələlərin uçotunun avtomatlaşdırılması mümkündür. Konkret 



olaraq tibb təşkilatlarında fəaliyyətin adi növlərindən alınan gəlirlər dedikdə, tibbi 

xidmətlərin satışından alınan gəlir başa düşülür. Səhiyyənin özəl müalicə profilaktika 

müəssisələri mühasibat uçotunu Milli Mühasibat Uçotu Standartlarına uyğun surətdə 

Yeni Hesablar Planı əsasında aparmalıdırlar. Tibbi xidmətlərin satışından alınan 

gəlirlərin uçotu üçün 601 “Satış” hesabı təbiq olunur.  

Hesabın aşağıdakı subhesabları var:  

601-1 “Malların satışı”  

601-2 “ Xidmətlərin göstərilməsi üzrə gəlirlər”  

601-3 “Tikinti müqavilələri üzrə gəlirlər”  

601-4 “Royalti gəliri”  

601-5 “Əməliyyat icarəsi üzrə gəlirlər”  

601-6 “Digər əməliyyat gəlirlər”  

Tibbi  xidmətlərin  göstərilməsi  ilə  əlaqədar  əldə  olunan  gəlir  fəaliyyətin  adi 

növlərindən  alınan  gəlir  şəklində  aşağıdakı  mühasibat  köçürmə  vasitəsilə 

rəsmiləşdirilir:  

D-t 545 “Digər qısamüddətli öhdəliklər “ hesabı 

 K-t 601 “Satış” hesabının 601-2 “Xidmətlərin göstərilməsi üzrə gəlir” 

subhesabı  




 

22 


Tibb təşkilatları öz xidmətlərini əlavə dəyər vergisinə cəlb olunmaq şərti ilə 

göstərə bilər. Belə hallarda mühasibat əməliyyatlarının uçotu ayrı-ayırlıqda 

aparılmalıdır.Tibb təşkilatı tərəfindən gəlirlərin uçotunun ayrılıqda aparılması 

qaydasını nəzərdən keçirək.  



Misal. Əhaliyə tibb xidməti (kosmetik və stomotoloji) göstərən tibb mərkəzi 

tərəfindən may ayında 300 min manat məbləğində kosmetik xidmət, o cümlədən ƏDV 

– 54 min manat və 150min manat məbləğində stomotoloji xidmət,o cümlədən ƏDV- 

27 min manat göstərilmişdir. Kosmetik xidmətlər may ayında tamamilə ödənilmiş, 

stomotoloji xidmətlər isə həmin ayda 70 min manat məbləğində ödənilmişdir. Tibb 

mərkəzi mühasibat uçotunda 601 “Satış” hesabı və 545 “Qısamüddətli öhdəliklər” 

hesabı üzrə aşağıdakı subhesablardan istifadəni məqsədəuyğun saymışdır.  

601-2-1 “Stomotoloji xidmətlərin göstərilməsi üzrə gəlir” subhesabı  

601-2-2 “Kosmetik xidmətlərin göstərilməsi üzrə gəlir” subhesabı  

545-1 “Stomotoloji xidmətlərə görə qısamüddətli öhdəliklər” subhesabı  

545-2 “Kosmetik xidmətlərə görə qısamüddətli öhdəliklər” subhesabı 

“Kommersiya təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarının 

Konseptual əsalarına” müvafiq olaraq , göstərilən tibb xidmətlər fəaliyyətin adi 

növlərinə dair xərclər hesab olunur. Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və digər 

amortizasiya olunan aktivlərin amortizasiya ayırmaları şəklində dəyərinin ödənilməsi 

də adi fəaliyyət üzrə xərcləri formalaşdırır. Aşağıdakı cədvəldə tibb mərkəzində 

kosmetik və stomotololi xidmətlərin göstərilməsinin hesablarda əks etdirilməsi 

qaydası verilmişdir. (Cədvəl 1.3

 


Yüklə 489,76 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin