EMŞ-dan mühafizə tədbirləri və avadanlıqlarları
Avadanlığın(tədbirin)
adı
Elektromaqnit şüalanması
Sənaye tezlikli
elektromaqnit
ş
üalanması
RT
YT
Paltar
Tətbiq olunmur
Radiomühafizə
kastyumları,
kombinezonlar,
pambıq
parça-
dan mikrofəftil-
lərlə işlənmiş
gödəkcələr,döş-
lüklər,xalatlar
Xüsusi parçadan ti
kilmiş ,ekranlaşdı
rılmış kostyum və
kombinezonlar.
ekranın müqavi-
məti 10 kOmdan
artıq olmamalıdır.
Ayaqqabı
Tətbiq olunmur
Mikroməftillə iş-
lənmiş ayaqqabı
lar
Mikroməftillə iş-
lənmiş çəkmə və
yarımçəkmələr,ke-
çiriciliyi artırılmış
rezin qaloşlar
Ə
llərin mühafizə
vasitələri
Tətbiq olunmur
Pambıq parça-
dan mikroməf-
tillə işlənmiş əl-
cəklər.
Elektriki keçirən
parçadan hazır-
lanmış əlcəklər.
Baş,üz və gözlərin
mühafizə vasitələri
Tətbiq olunmur
Birbaşa ventil-
yasiya ilə təmin
olunmuş eynək-
lər.Radioəksetdi-
rici materialdan
hazırlanmış mas
kalar.
Metal və yaxud
metallaşdırılmış
plastmastdan ha-
zırlanmış maskala
lar.
Alət və qurğular
Məsafədən idarə
olunan
Məsafədən idarə
olunan
Qoyub
çıxarıla
bilən fərdi ekran-
lar
Fərdi torpaqlama
Tətbiq olunur
Tətbiq olunur
Tətbiq olunur
Sənaye müəssisələrində mühafizə tədbirləri kollektiv və fərdi şəkildə
həyata keçirilə bilər. Kollektiv formada mühafizə üsullarına əyani olaraq
ş
üalanmanın təsir nəticələrini və onun profilaktikasının, yəni qarşısını
alınmasının öyrənilməsi məqsədi daşıyan müxtəlif plakatlardan istifadə
olunması, şüalanmanın orqanizmə təsiri haqqında mühazirələrin oxunması,
işçilər üçün konkret işlərə müvafiq optimal iş və istirahət rejiminin yaradılması,
ş
üalandırıcı obyektlərin yerləşdirilməsinin səmərəliliyi, şüalanma mənbələrinin
mümkün qədər ekranlaşdırılması tədbirləri aid edilir.
Fərdi mühafizə tədbirlərinə işçilərin periodik olaraq həkim müayinəsinədn
keçirilməsi, təhlükəsizlik texnikası qaydaları ilə fərdi tanışlıq, sistematik
instruktajların keçirilməsi, EMŞ-si ilə ancaq xidməti müddətində kontakda
olmaq,fərdi mühafizə vasitələrindən istifadənin zəruriliyi aid edilir.
Ümumi xarakter daşıyan mühafizə tədbirlərinin keçirilməsi ilə yanaşı bir
sıra xüsusi tədbirlərin keçirilməsi də məqsədəuyğun hesab edilir. Bu halda qeyd
olunan şüalanma növlərindən mühafizə üçün yer və azimutal bucağı
məhdudlaşdırır və antennanın istiqamətlənmə diaqrammasını yuxarı qaldırırlar.
Bu işləri sırf təşkilatı işlərə aid etmək olmaz.Bunun üçün əlavə tikinti və
mühəndis
işləri
həyata
keçirilməlidir.
Antennanın
istiqamətlənmə
diaqrammasının dəyişməsi radioşüalandırıcı obyektin bir sıra xarakteristikalarını
dəyişir. Bu qrup mühafizə tədbirlərinə məsafə ilə bağlı mühafizə tədbirləri də
aid edilir. Bu tədbirlərdə şüalanmaya məruz qalan obyekt mümkün qədər
ş
üalanma mənbəyindən uzaqlaşdırılır, imkan daxilində idarəetmə müəyyən
məsafədən həyata keçirilir. Məlum olduğu kimi, məsafənin kvadratı ilə
mütənasib olaraq şüalanmanın intensivliyi azalır.
RT və YT EMŞ-dan mühafizədə mühəndis-texniki işlərin təşkilində
mühafizə vasitələrinin və qurğularının hansı prinsip əsasında işləməsini hökmən
nəzərə alınmalıdır. Verilən məsələdə əsas prinsip kimi radiosönmənin ikitərəfli
və difraksiya xarakterli olmasıdır.
Birbaşa sönmə dedikdə elektromaqnit enerjisinin hər hansı bir materialdan
keçdikdə onun dəfələrlə zəifləməsi başa düşülür. Ən böyük birbaşa sönmə
yaradan məmulatlar metal ekranlardır. Lakin, konkret gigiyenik məqsədlər üçün
mühafizə materialının qalınlığı prinsipial məna kəsb etməyib , ancaq iqtisadi
göstəricilərinə görə əhəmiyyət daşıyır. Metaldan hazırlanmış ekranların EMŞ-
nın söndürmə xüsusiyyəti məlumat kitablarında verilən xüsusi normaqrammalar
vasitəsi ilə qiymətləndirilir.
Tikinti materialları və onlardan hazırlanmış konstruksiyalarda EMŞ-dan
özünəməxsus birbaşa söndürmə xüsusiyyətlərinə malikdir. Cədvəl 7-də bəzi
tikinti materiallarının həmin mühafizə xüsusiyyətləri göstərilmişdir
Müxtəlif ekranlaşdırıcı materiallardan istifadə etdikdə birbaşa sönmənin
qiymətini ölçmə nəticələrinə əsasən müəyyən edirlər.
Ə
gər düşən dalğa cəbhəsi hər hansı ekranlaşdırıcı vasitənin səthini
bürüyürsəbu halda difraksiya sönməsini qiymətləndirmək lazım gəlir. Bu halda
mühafizə tədbirlərinin effektivliyi mühafizə ekranının ölçüləri ilə şüalandırılan
dalğa uzunluğunun qiyməti arasındakı nisbətindən asılı olur.
Mühafizə tədbirlərinin həyata keçirilməsində qarşıya çıxan çətinliklərdən
biri ətrafda yerləşən radioəksetdirici səthlərin olması ilə izah olunur. Bu həmin
ə
ksetdiricilərdən əks olunan siqnallar əsas hədəfdə aparılan ölçmələrin
effektivliyini aşağı salır. Bu halda şüalanma sönməsinin qiymətinin
hesablanması üçün xüsusi əmsallardan (şüalanma diaqrammasının təsirinin
nəzərə alınması üçün) istifadə olunur. Əgər hesablama nöqtəsi dəqiq olaraq əks
olunan şüalanmanın istiqamətində olarsa bu halda sönmənin qiymətinin düsturu
ə
sasında hesablanır [ 3].
Cə dvə l 7.
Mikrodalğ a diapazonunda bə zi tikinti materiallarının
mühafizə xüsusiyyə tlə ri.(N.Q.Ş andala görə )
Material və ya
konstruksiya
Qalınlığı.sm
Tezliklərdə birbaşa sönmə,dB
3,0 QHs
10,0QHs 37,5 QHs
Metallaşdrılmış
ş
üşə
kərpic
-
15
15
15
Suvaq
1,8
-
8
12
Ş
üşə
0,28
-
2
2
Taxta
5,0
8,4
-
-
Taxta
2,5
5,0
-
-
Taxta
1,6
2,8
-
-
Binanın divarı
70
16
21
-
Mərtəbələrarası örtük
80
20
22
-
Ikiqat pəncərə
-
7
13
-
Birqat pəncərə
-
4,5
-
-
Kərpic
1,2
10
15
15
Radioudma
prinsipinə
ə
saslanan
mühafizə
üsulu
antennanın
yüklənməsində sərbəst fəzanın analoqunun yaradılması üçündür.
Radiouducu materiallar aşağıdakı tələblərə cavab verməlidir : böyük
tezlik diapazonunda elektromaqnit dalğalarının maksimal udmasını təmin etmək,
ə
ks olunmanın minimal olması, zərərli buxarlanmaların olması, yanğın
təhlükəsizliyi , ölçülərin böyük olmaması və s.
Müəyyən olunmuşdur ki, ən yüksək uduculuq qabiliyyətinə malik olan
formalar oyuqları olan konstruksiyalar, piramida və çıxıntıları olan səthlərdir.
Beləliklə, EMŞ ətraf mühitə nüfuz etməsinə imkan verilmir. Güc uducusu
kimi içərisi uducu materiallarla doldurulmuş koaksial və yaxud dalğaötürənin
hər parçasından istifadə olunur. Elektromaqnit enerjisi uducu materiallarda
udularaq istiliyə çevrilir. Uducu element kimi qrafitdən,qumlu sementdən, toz
şə
killi dəmirdən, ağac və sudan istifadə olunur. Traktda şüalanmanı azaltmaq
məqsədi ilə attenuyatordan da istifadə etmək olar.
Ə
gər RT və YT şüalanma mənbəyi binanın işərisindədirsə bu halda
mühafizəni elektromaqnit enerjisinin ekranlaşdırıcı vasitələrədən nüfuz olunma
yerlərində təşkil etmək lazımdır. Bunun üçün radiohermetikliyi artıran
materiallardan istifadə olunmaqla yanaşı uducu yüklərdən də istifadə etmək olar.
Xaricdə yerləşən mənbələrdən mühafizə üçün radioəksetdirici materiallar,
metallaşdırılmış pərdələr və pəncərələrdə metal torlar tətbiq olunur. Qeyd
olunan mühafizə vasitələrinin effektivliyi YT diapazonunda olur. Aşağı
tezliklərdə onların tətbiqi difraksiya hadisəsi ilə əlaqədar olaraq məhdudlaşır.
EMŞ fərdi mühafizənin əsasını birbaşa sönmə prinsipi təşkil edir.
Parçaların ekranlaşdırıcı xüsusiyyəti metallaşdırılmış liflərin xüsusi çəkisindən
asılı olur. Hal-hazırda Rusiyada iki cür ekranlaşdırılmış parçalar buraxılır.
Bunların istehsalı açıq və bağlı növlü metallaşdırma əsasında təmin olunur [ 4].
Birinci növ paltarlar üzərində çox nazik təbəqəli metalla sarınmış pambıq
liflərdən ibarətdir. Belə liflərdən toxunmuş parçalar metal parlaqlığı verir. Bu
parçalar yaxşı ekranlaşdırıcı xüsusiyyətlərə malik olsalar da onlardan geniş
surətdə istifadə olunmur. Bu onunla əlaqədardır ki, bu parçadan hazırlanmış
kostyum ətrafdakılara psixoloji cəhətdən pis təsir göstərir,digər tərəfdən belə
parçalardan istifadə elektrotravma hallarını və K zədələnmələri yaradır.
kinci növ parçalarda metallaşdırma bağlı üsulla aparılır. Belə ki, nazik və
möhkəm mikroməftil bilavasitə pambıq lifin içərisinə salınır.
Eynəklər xüsusi mühafizə paltarlar ilə birlikdə və yaxud ayrıca istifadə
oluna bilər. Eynəyin şüşələri (linzaları) xüsusi materialdan hazırlanır və üzərinə
qurğuşun oksidi çəkilir.
Mühafizə materialları işığa şəffaf olan istənilən materialdan hazırlana
bilər. Maskanın üzərinə xüsusi maddələrdən radioşüalanmanı əks etdirən nazik
təbəqə və yaxud metal tor çəkilir. Maskanın forması və ölçüləri elə seçilir ki,
göz səviyyəsində difraksiya sönməsinin qiyməti mühafizəedici materialın
sönməsindən az olmasın. Mühafizə maskalarında nəfəsalma və istilik
mübadiləsinin təmin olunması üçün onun perimetri boyu deşiklər açılır.
2.2.Fə rdi və mə işə t avadanlıqlarının ş üalanmasından mühafizə
istiqamə tlə ri.
ndiyə kimi mobil telefonların şüalanmasının insan orqanizminə təsir
xüsusiyyətləri demək olar ki, hələ də tam aydınlaşdırılmayıb. Müxtəlif ölkə
alimlərinin bioloji obyektlər üzərində apardıqları çoxsaylı tədqiqat nəticəlri bir
çox hallarda uyğun gəlmir, digər hallarda isə , ümumiyyətlə ziddiyətli xarakter
daşıyır. Mübahisə doğurmayan yeganə fakt odur ki, mobil telefonların
ş
üalanmaları insan orqanizmi üçün zərərlidir. Buna görə də, mobil telefon
istifadəçiləri bir sıra ehtiyat tədbirləri həyata keçirilməlidirlər [ 13 ]:
-
Lazım olmayan hallarda mobil telefondan istifadə etməyin;
-
Fasiləsiz olaraq 3-4 dəqiqədən artıq danışmayın;
-
Uşaqların telefondan istifadə etməsinə icazə verməyin;
-
Telefon alanda elesini seçin ki, onun maksimal şüalanma gücü az olsun;
-
Avtomobildə telefondan istifadə etdikdə çalışın ucadan danışan rabitə
sistemi olan “hands-free” avadanlıqdan istifadə edin. Yaxşı olar ki, onun
antennası maşının üstündə,mərkəzi hissədə yerləşdirilsin.
Mobil telefonla danışan şəxsin ətrafında olanlara telefonun elektromaqnit
ş
üalanmasının heç bir mənfi təsiri yoxdur.
Müxtəlif markalı telefonları və müxtəlif standartları qarşılıqlı müqayisəsini
apararaq aşağıdakı ümumi nəticələrə gəlmək olar :
-
Telefonla nə qədər çox danışılarsa, onun insana təsiri bir o qədər böyük
olur;
-
Insan orqanizminə ən çox təsir göstərən analoq standartlarından NMT450i
və AMPS sistemləridir. Belə ki, bu sistemlərin həm baza stansiyalarının
həmçinin dətelefonun özünün vericisinin gücü böyük olur. Müasir rəqəmli
standartlardan hesab edilən GSM 1800 və GDMA sistemləri insan
orqanizminə daha az təsir göstərirlər;
-
Telefon nə qədər baha olarsa, onun insan orqanizminə təsirinin zəif
olması ehtimalı bir o qədər yüksəkdiir. Telefonda qəbuledicinin
həssaslığının böyük olması eşitmə məsafəsinin artmasına kömək etməklə
yanaşı az güclü vericidən istifadəni mümkün edir;
-
Ola bilər ki, insan sağlamlığına olan təsir bilavasitə mobil telefondan yox,
ümumiyyətlə digər mənbələrdən olan şüalanmalardan və qeyri-normal
həyat tərzi ilə bağlı olsun.
Mikrodalğalı soba aldıqda onun sanitar-gigiyenik normalara cavab verən
sertifikatının olmasını dəqiqləşdirin. Mikrodalğalı sobanın xüsusiyyətlərini
bilərək,onu dövrəyə qoşandan sonra ondan 1,5 m məsafəyə uzaqlaşın.Bu halda
onun heç bir zərərli təsiri müşahidə olunmur.
Mikrodalğalı soba aldıqda çalışın ki, onun enerji tələbatı az olsun. Belə
sobaların sənaye tezliyində yaratdığı maqnit sahəsinin qiyməti aşağı olur.
Bu sistemlərdən mühafizə üçün istifadənin əsas prinsipi ondan ibarətdir ki,
elektromaqnit şüalanmasının səviyyəsi buraxıla bilən hədd daxilində olmalıdır.
Hər bir radioverici qurğu sanitar pasporta malik olur. Bu pasportda onun sanitar-
mühafizə zonasının sərhədləri göstərilir. Ancaq bu pasportun olduğu halda
Dövlət sanitar epidemioloji mərkəzin yerli orqanı stansiyadan istifadəyə icazə
verir.Bu təşkilat periodik olaraq obyektdə nəzarət ölçmələrini həyata keçirir ki,
bunun məqsədi isə şüalanmanın buraxıla bilən səviyyəyə uyğun olmasının
nəzarəti və təsdiqlənməsidir.
Məişət cihazları alarkən onların lazımi sertifikata malik olmalarını yoxlamalı
və mümkün qədər az güclü işlədicilərdən seçilməlidir. Çünki qeyd etdiyimiz
kimi, sənaye tezlikli elektrik işlədicilərində yaranan maqnit sahəsinin qiyməti
ə
sasən işlədicinin gücündən asılı olur.
Mənzildə sənaye tezliklinmaqnit sahəsinin mənbələrinə yeni konstruksiyalı
(“buz bağlamayan”) soyuducular ,müxtəlif tipli qızdırcılar ,televizorlar
,siqnalizasiya sistemləri , düzləndiricilər və s. aid edilir. Əgər qeyd olunan
işlədicilər gecələr də işləyirsə,mənzildə yataq yerlərin bu mənbələrdən 2 m-dən
az olmayan məsafədə yerləşdirilməsi tövsiyə olunur.
Kollektiv mühafizə tədbirlərindən ilkin yerinə yetirilməli olanlardan biri
elektrik ötürücü qurğuların layihələndirilməsini müəyyən tələblər səviyyəsində
həll edilməsidir.Bu tədbirlərə aşağıdakılar aid edilir:
-
əgər ötürücü məftillərin yaratdığı elektrik sahə intensivliyinin qiyməti
buraxıla bilən həddən yuxarıdırsa, bu halda yaşayış məntəqələri xəttin
yaxınlığında olmamalıdır;
-
əhalinin gediş-gəlişi üçün qadağan olan zonalar müəyyənləşdirilməlidir;
-
təhlükəli zonaya təsadüfən gələn şəxslər üçün xəbərdarlıq göstəricilrinin
qoyulması tələb olunur və s.
Elektrik ötürücü xəttlərin yaratdığı elektromaqnit şüalanmasından əhalinin
mühafizə olunmasının əsas prinsipləri : sanitar mühafizə zonalarının
yaradılması,yaşayış mənzillərində gərginliyin aşağı salınması,bunun mümkün
olmadığı hallarda isə şüalanmadan mühafizə ekranları tətbiq olunmasıdır.
Elektrik ötürücü xəttlərinin sanitar-mühafizə sərhəddi sahə gərginliyinin
böhran qiymətinə əsasən müəyyənləşdirilir. Bu qiymət 1kV/m qəbul edilmişdir.
Sanitar-mühafizə zonalarının sərhədləri daxilində aşağıdakılar qadağan
olunur :
-
yaşayış, ictimai binaların və qurğuların tikilməsi;
-
avtomobillərin dayanacağə və saxlanılması üçün meydançaların
quraşdırılması;
-
avtomobillərə xidmət stansiyalarının ,neft və neft məhsullarının
anbarlarının tikintisi;
-
yanacaq materialları ilə əməliyyat aparılması,maşın və mexanizmlərin hər
hansı bir təmirinin həyata keçirilməsi.
Çox yüksək gərginlik xəttlərinin (750 və 1150 kV) yerləşdirilməsinə daha
ciddi tələblər irəli sürülür. Belə ki, bu xəttlərlə ən yaxın yaşayəş məntəqələrinin
arasındakı məsafə 250-300 metrdən az olmamalıdır.
Elektrik xəttlərinin gərginliyini müəyyənləşdirmək üçün yerli energetika
müəssisələrinə müraciət etməklə yanaşı onu bilmək lazımdır ki, elektrik
dirəklərində ötürücü xəttin gərginliyi göstərilir.
Xəttin konstruktiv quruluşuna görə də vizual olaraq gərginliyin qiymətini
təyin etmək olar. Məsələn, fazada olan məftillərin sayına görə (dirəklərdə olan
məftillərin sayına görə yox!) – 330 kV-2 məftil, 500 kV-3 məftil.
330 kV-dan aşağı gərginliklərin təyin olunması üçün dirəklərdəki
izolyatorların sayına baxmaq lazımdır. Bu halda gərginlik 220 kV olduqda
onların sayı 10-15, 110 kV olduqda onların sayı 6-8; 35 kV olduqda onların sayı
3-5, 10 kV və aşağı olduqda 1 ədəd olur.
Ə
gər bağ sahəsi sanitar-mühafizə zonasının sərhəddində yerləşirsə, bu halda
ə
razi üzrə nəzarət laboratoriyasından mütəxəssis dəvət olunmalıdır. Onun
göstərişlərinə uyğun olaraq sakinlərin çox qala biləcəkləri sahələr təyin
olunmalıdır.
Sanitar-mühafizə zonalarının ərazilərini kənd təsərrüfatı bitkilərinin
yetişdirilməsi (əkini) üçün istifadə etmək olar. Lakin elə bitkilər seçilməlidir ki,
onlara xidmətdə əl əməyi tələb olunmasın.
Ə
gər bu və ya digər səbəbdən sanitar-mühafizə zonalarının kənarlarında olan
ə
razilərdə elektrik sahə gərginliyinin qiyməti 0,5 kv/m-dən çox (yaşayış
binasının içərisində), yaşayış evinin ətrafında 1,0 kv/m-dən çox olarsa, sahənin
aşağı salınması üçün tədbirlər görülməlidir. Bunun üçün mənzilin damına ( əgər
dam metal örtüklə örtülməyibsə) istənilən metaldan hazırlanmış tor çəkilməli və
o, iki nöqtədə yerlə birləşdirilməlidir. Əgər dam metal örtüklə örtülübsə, onu iki
yerdən torpaqlamaq kifayətdir. Digər mühafizə tədbiri kimi həyətyanı sahədə
hündürlüyü 2 m-dən çox olmayan ağac və kollardan istifadə etmək olar.
Mühəndis-texniki işçilərin kollektiv mühafizəsini təmin etmək məqsədilə
mühafizə örtükləri adlanan vasitələrdən istifadə olunur. Bunlara bəzən
ekranlayıcı örtüklər də deyirlər.
Ekranlayıcı örtükləri diametri 3-5 mm və aralarındakı məsafə 20 sm olan
paralel naqillərdən hazırlayırlar. Bu örtüklər piyadaların hərəkət etdiyi yolların
üstündə, yer səthindən 2,5m hündürlükdə quraşdırlır. Bu halda örtüyün
mərkəzində şüalanmanın intensivliyi 17 dəfə, kənarlarında isə 4 dəfə azalır. Bir
sıra hallarda gərginliyi 400 və 500 kV olan qurğularda 4,5m, 750kV olan
qurğularda isə 6 m məsafədə ekranlar yerləşdirilir. Bütün hallarda ekranlayıcı
qurğu torpaqlanır. Torpaqlanma müqaviməti 10 Om olmalıdır [ 12 ].
Gərginliyi buraxıla bilən həddən yuxarı olan sənaye tezlikli şüalanmaların
təsirindən qorumaq üçün fərdi mühafizə vasitələrindən geniş istifadə olunur. Bu
fərdi vasitələr içərisində çox nazik məftildən hazırlanmış, adi parçadan tikilmiş
paltarlar aid edilir. Hal-hazırda perspektivli hesab olunan polimer keçiricilərdən
hazırlanmış paltarların tətbiqi üzrə tədqiqatlar aparılır.Mühafizə paltarlarından
istifadə olunduqda onun bütün hissələri naqillə etibarlı birləşdirməli,naqil isə ya
keçirici ayaqqabıya,yaxud bilavasitə yerə birləşdirilməlidir.
Mühafizə-profilaktik tədbirlər də işçilərin mühafizə olunmasının bir
istiqamətidir. Bu istiqamətdə işçi işə qəbul edilən vaxt və iş müddətində onun
sağlamlıq göstəriciləri nəzarətdə saxlanılır.
Sənaye tezlikli elektromaqnit şüalanmasının ekoloji və istehsal
təhlükəsizliyinin kollektiv şəraitdə təmin olunması üçün mühəndis-texniki
mühafizə vasitələrindən, o cümlədən “məsafə” ilə mühafizə; ekranlaşdırma,yerə
birləşdirmə və digər üsullarən tətbiqi nəzərdə tutulur [ 3] (Cədvəl 8)
Cə dvə l 8.
Sə naye tezlikli elektromaqnit ş üalanmalarından mühafizə
tə dbirlə ri.
Mühafizə
tədbirinin
adı
Kollektiv mühafizə
Fərdi mühafizə
Təşkilatı
mühafizə
tədbirləri
Müalicə-profilaktik tədbirlər
Elektromaqnit şüalanmalar
haqqında əyani xəbərdarlıq
vasitələrinin tətbiqi.
şə
qəbulda tibbi arayışın tələb olun-
ması.
Ehtiyatlı olmaq üsullarını
göstərən vasitələrdən istifadə.
ş
çilərin periodik olaraq həkim
müayinəsindən keçirilməsi.
EMŞ
haqqında
təhlükə
sizliyin təmin olunması üçün
mühazirələrin keçi- rilməsi.
ş
yerlərində sənaye tezlikli EMŞ
real səviy- yəsi haqqında məlumat-
ların verilməsi.
“Vaxtla” mühafizə tədbirləri.
ş
çilərin optimal əmək və
istirahət rejiminin işlənib
hazırlanması. ş vaxtı EMŞ
mənbələri ilə minimum sayda
kontakt- da olmağın təmin
olunma sı.
Sənaye tezlikli EMŞ mənbələri ilə
ancaq istehsal prosesi ilə əlaqədar
kontaktda olmaq.Kontaktda olduqda
dəqiq olaraq konkurent hallar üçün
tərtib edilmiş reqlamentə əməl
etməsi.
Mühəndis
-texniki
tədbirlər
Mənbələrin ekranlaşmasını,
örtüklərin çəkilməsi, torpaq
lamaların aparılması, avadan
lığın düzgün yerləşdirilməsi.
Fərdi mühafizə vasitələri
(kombinezonlar,ayaqqabılar,eynəklə
r,şlemlər,maskalar)
ilə
təmin
olunma.
Qeyd etmək lazımdır ki, sınaye tezlikli EMŞ mənbələrində işləmək ancaq
18 yaşı tamam olmuş şəxslərə icazə verilir.
|