AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə4/7
tarix21.04.2017
ölçüsü0,61 Mb.
#15053
1   2   3   4   5   6   7

 

2.3.Maqnit sahəsinin və elektromaqnit şüalanmasının təsirində

mühafizə və neytrallaşdırılması. 

Maqnit sahəsindən mühafizə tədbirləri əsasən cədvəl 8-də göstərilən üsullarla 

həyata  keçirilir.  Bu  məqsəd  üçün  hazırlanan  mühafizə  ekranları  qapalı  olmalı, 

yumşaq  maqnit  materiallarından  hazırlanmalıdır.  Bir  sıra  hallarda  isı  maqnit 

sahəsinin  təsiri  zonasından  çıxmaq  lazımdır.  Belə  ki,  mənbədən  uzaqlaşdıqca 

onun təsir xüsusiyyəti kəskin azalır. 

Maqnit sahəsindən fərdi mühafizə üçün məəsafədən idarə etmə vasitələrindən 

istifadə  etmək  olar.  Bəzi  hallarda  isə  işçilərin  güclü  maqnit  sahəsinin  təsirinə 

məruz qalmamaları üçün bloklaşdırıcı qurğuların tətbiq olunmasıdır. 

Ə

sas mühafizə tədbirləri kimi aşağıda göstərilən xəbərdarlıq üsullarıdır: 



-

  işçilərin  maqnit  sahəsini  qiymətinin  yüksək  olduğu  (buraxıla  bilən 

səviyyədən)  yerlərdə  müntəzəm  olaraq  uzun  müddət  işləməsinə  yol 

verilməməlidir; 

-

  gecə  istirahət  zamanı  çarpayı  sahə  mənbəyindən  maksimum  uzaqda 



yerləşdirilməlidir. Bu halda məsafə 2,5-3m-dən az olmamalıdır; 

-

  otaqda  tanış  olmayan  kabel,bölüşdürücü  şkaf,  transformator  olduğu 



hallarda  lazımi  ölçmələr  aparmadan  orada  uzun  müddət  (bir  neçə  saat) 

qalmağa icazə verilməməlidir; 

-

  elektrik cərəyanı ilə qızdırılan döşəmə konstruksiya olunarkən elə sistem 



seçilməlidir ki, onun maqnit sahəsi aşağı olsun. 

Müəyyən  olunmuşdur  ki,  yaçayış  evlərində  və  istehsal  sahələrində 

elektromaqnit  şəraiti  dəyişmək  üçün  elektrik  işlədicilərini  mənbəyə  bilavasitə 

rozetka  ilə  yox,  “neytralizator”  adlanan  sistem  vasitəsi  ilə  qoşulması 

məqsədəuyğun  hesab  olunur.Bu  halda  elektrik  sahəsi  rozetka  və  neytralizator 

arasındakı  fəzada  lokallaşdırılır.  Bu  səbəbdən  avadanlıq  yerləşən  sahədə  və 

ümumiyyətlə otaqda elektrik sahəsinin qiyməti 15-20 dəfə azalır. 


Rusiyada  istehsal  olunan  “NGP-350”  neytrallaşdırıcı  texnoloji,  ofis 

avadanlığı  və  kompüter  yerləşdiyi  otaqlarda    elektrik  sahəsini  kompensasiya 

edərək insn orqanizminə zərərin təsirini azaldır. 

Cihazın ölçüləri 75x170x230 mm; 

Uzun müddət işlədikdə maksimal yüklənmə gücü 300 Vt təşkil edir; 

f.i.ə. 95-97%; 

yüklənmə  tipi  –  aktv,  tutum,  induktivikli,  sənaye  tezlikli  (50Hs),  elektrik 

sahəsinin zəiflətmə əmsalı 23-25 dB. 

5-400  kHs  tezliyində  elektrik  sahəsinin  zəiflətmə  əmsalı  texniki  vasitənin 

xüsusiyyətindən asılı olaraq zəiflətmə əmsalı 20 dB-ə kimi; 

Tezliyin qiyməti 10 kHs-30MHs olduğu halda zəiflətmə əmsalı 40-60dB; 

Neytrallaşdırıcı 0,5  m məsafədə şəxsin maqnit sahəsinin qiyməti – 100 nTL-

dən çox olmur. 

Neytrallaşdırıcı  qabaq  panelində  yükün  qoşulması  üçün  iki  rozetka  yeri, 

dövrəyə qoşulma indikatoru və sahənin neytrallaşmasına nəzarət edən indikator 

yerləşdirilir. 

Neytrallaşdırıcı dövrəyə bir fazalı üç məftilli sxem üzrə və yaxud ikiməftilli 

dövrəyə  torpaqlama  ilə  birləşdirilə  bilər.  Neytrallaşdırıcı  yük  qoşulduqda  onun 

torpaqlanması tələb olunmur. 

Neytrallaşdırıcı  eyni  zamanda  dövrədə  olan  maneələrin  neytrallaşmasına 

şə

rait yaradır. 



EMŞ  spektrində  ən  böyük  bioloji  təsirə  malik  olan  diapazonlar  RT  və  YT 

diapazonlarıdır.  Bu  diapazonlarda  baş  verən  şüalanmaların  intensivliyi  və 

davametmə  müddətindən asılı olaraq orqanizmdə kəskin və xroniki dəyişmələr 


baş  verir.  Kəskin  təsir  EM,  istilik  təsiri  nəticəsində  baş  verir.  Bu  təsir  əsasən 

təhlükəsizlik  texnikası  qaydaları  pozulduqda  baş  verir.  stilik  təsiri  lokal 

xarakter  daşıyır.  Bu  tsirin  simptomları  şüalanmaya  məruz  qalan  hissənin 

topoqrafiyası ilə  təyin  olunur.  Şüalanma  zamanı  zərərçəkən  şüalanmaya  məruz 

qalan hssədə istiləşmə hiss edir, bu da günəş şüasının təsirinə oxşayır. Bir sıra 

hallardabu təsir nəticəsində baş ağrısı, baş gicəllənməsi , ürək bulantısı, qusma, 

qorxu  hissi,  susuzluq,  zəiflik,  əl  və  ayaqlarda  ağrılarla  səciyyələnir. 

Zərərçəkənin temperaturu qalxır, ürək fəaliyyəti pozulur və qan təzyiqi yüksəlir. 

Üç-dörd  gün  keçdikdən  sonra  göstərilən  simptomlar  yox  olur.  nsanın  iş 

qabiliyyəti tam bərpa olunur. Əgər şüalanma güclü olarsa, orqanizmdə müəyyən 

lokal dəyişikliklər (yanıq yeri, göz kataraktı və s.) qala bilər [ 16 ].  

RT  və  YT  EMŞ-nin  digər  əsas  təsiri  oqanizmin  əsəb  sistemində  baş  verən 

dəyişikliklərdir.Bu  təsirin  xüsusiyyəti  obyektiv  və  subyektiv  amillərdən  asılı 

olaraq  özünü  müxtəlif  cür  biruzə  verir.  Təsirin  effektivliyi  əsasən  EMŞ-in 

intensivliyindən  asılı  olur.  Cədvəl  9-da  şüalanma  nəticəsində  insan 

orqanizmində baş verən mümkün dəyişikliklərin siyahısı verilmişdir. 

Bir sıra müəlliflər fərz edirlər ki, göstərilən diapazonlarda EMŞ intensivliyi 

10  Vt/m


2

-dən  az  olan  hallarda  qeyri-dayanıqlı  dəyişikliklər  baş  verir.Bunlara 

misal olaraq leykositlərin və limfositlərin sayının artması aid edilir. 

Bir sıra tədqiqatçılar çox aşağı tezlikli şüalanmaların daha təhlükəli olduğunu 

iddia  edirlər.  Bu  tezliklərə  30-dan  300  Hs-ə  kimi  olan  tezliklər  aid  edilir.  Bu 

tezliklərdə  şüalanmanın  energetik    gücü  çox  böyük  olduğundan  molekulyar 

səviyyədə  hüceyrələrdəki  əlaqəni  dəyişə  və  yaxud  onu  tamamilə  poza  bilmir. 

Fərz olunur ki, bu şüalanmalar nəticəsində insanın canlı hüceyrəsində baş verən 

proseslər elektrik dəyişmələrinin imitasiyasını yaradır. 

Müəyyən  olunmuşdur  ki,  bu  imitasiyaların  təsirindən  xərçəng  şişlərinin 

artması  prosesi  sürətləndirilir.  Xərçəng  xəstəliyinin  inkişafına  müsbət  təsir 


göstərən amillərdən biri də, bu sahənin təsiri nəticəsində hüceyrələrin birləşmə 

funksiyasının dağılmasıdır. 

Təcrübələrdən  alınan  maraqlı  nəticələrdən  biri  də  bir  sıra  bioloji  effektlərin 

göstərilən  tezliklərdə  ancaq  sahə  dəqiqliyinin  müəyyən  bir  qiymətində  baş 

verməsidir.  Belə  ki,  qiymətdən  nə  aşağı,  nə  də  yuxarı  həddlərdə  qeyd  olunan 

bioloji dəyişkənlik baş vermir. Bu effektə bəzən “pəncərə effekti” də deyilir. Ola 

bilsin ki, bu effekt yerin maqnit sahəsinin xüsusiyyətindən asılıdır [ 14]. 

Cədvəl 9. 

Müxtəlif intensivlikli EMŞ insan orqanizminə təsirinin 

nəticəsində baş verə bilən dəyişikliklər. 

EMŞ 


intensivliyi 

mVt/sm


 

Müşahidə olunan dəyişikliklər 



600 

Ş

üalanma müddətində ağrıların hiss olunması 



200 

Hüceyrələrdə oksidləşmə-bərpa olunma proseslərinin pisləşməsi 

100 

Qan təzyiqinin yüksəlməsi və sonradan aşağı düşməsi 



40 

stiliyin hiss olunması. Şüalanma 0,5-1 saat olduqda qan təzyiqi 

20-30mm.c.süt. qədər qalxır. 

20 


Hüceyrələrdə 

oksidləşmə-bərpa 

olunma 

proseslərinin 



aktivləşməsi 

10 


15 dəqiqə şüalanmadan sonr beynin bioaktivliyinin dəyişməsi. 

Elektrokardioqrafik dəyişmələr 



4-5 

Çoxsaylı şüalanmadan sonra qan təzyiqinin dəyişməsi 

2-3 

Qan təzyiqinin aşağı düşməsi 



Qan təzyiqinin aşağı düşməsi.Ürək döyüntülərinin artması 

0,4 

mpuls  şəkilli  EMŞ  təsirindən  eşitmə  qabiliyyətində 



dəyişikliklər. 

0,3 


5-10  il  müddətində  belə  şüalanmaya  məruz  qaldıqda  əsəb 

sistemində xroniki dəyişiklik. 

0,05-ə kimi 

Qan  təzyiqinin  azalması  müşahidə  olunur.  Bu  uzun  müddət 

ş

üalanma qəbul etdikdə baş verir. 



 

Xarici  ölkələrdə  aparılan  müşahidə  və  ölçü  nəticələrlə  əlaqədar 

mütəxəssislər belə nəticəyə gəlmişlər ki, elektrik ötürmə xəttlərinin yaxınlığında 

(400  m-dən  az  məsafədə)  yaşayan  şəxslərdə  xərçəng  xəstəliyinə  tutulma 

ehtimalı  29%  artır.Alimlər  hesab  edir  ki,  elektrik  ötürücü  xətləri  havanı 

ionlaşdırır.  Belə  hava  ilə  nəfəs  aldıqda  yüklü  hissəciklər  ağ  ciyərdə  toplanırv 

bütün orqanizmdə gedən proseslərə öz mənfə təsirini göstərir. 

Radio  və  YT  şüalanmalar  görmə  və  eşitmə  sistemlərinə  ciddi  təsir 

göstərirlər. Görmə orqanlarına təsir özünü ən çox hallarda katarakt xəstəliyində 

göstərir.  Yəni  şüalanma  təsirindən  göz  büllurunun  rəngi      bulanııır  və  onun 

görmə  funksiyası  itir.  Mütəxəssislər  göz  kataraktının  yaranma  səbəbləri 

içərisində  (diabet,  ultrabənövşəyi  şüalanma,  metabolik  pozulmalar,  ionlaşdırıcı 

radiasiya)  EMŞ  5-ci  səbəb  kimi  göstərilir.  XX  əsrin  60-cı  illərindən  etibarən 

elektromaqnit şüalanma mənşəli kataraktın olması artıq sübut olunmuşdur. 

Eşitmə  prosesində  pozuntular  əsasən  impuls  formalı  EMŞ  müşahidə 

olunur.  Bunun  təsir  mexanizmi  tam  aydınlaşdırılmasa  da,  aeron  effekt  bir  növ 

akustik küylərdə baş verən effektə oxşayır [ 9]. 

nsan  orqanizmi  elektromaqnit  şüalanmasına  hər  hansı  bir  qoruyucu 

reaksiya  verə  bilməz.  Lakin  bu  təsirin  müxtəlif  xəstəliklərə  səbəb  olması  üçün 

müəyyən şərtlər ödənilməlidir.  lk növbədə şüalanmanın səviyyəsi güclü olmalı 

və  təsiri  uzunmüddətli  olmalıdır.  Buna  görə  də  aşaöi  səviyyəli  EMŞ 

yaradanməişət  cihazları  əhalinin  əksər  hissəsinə  təsir göstərmir.Təhlükə  əsasən 

üçün mövcud olur ki,EMŞ bu şəxslərdə allergiya yaradır. 


Digər  tərəfdən  müasir  təsəvvürlərə  görə  sənaye  tezlikli  maqnit  sahəsi bu 

ş

üalanmaya  məruz  qalan  əhali  üçün  o  zaman  təhlükəli  olur  ki.maqnit 



induksiyasının səviyyəsi 0,2mkTl-dan böyük və təsiri uzunmüddətli olsun. 

Sənaye tezlikli elektrik sahəsinin qiyməti E=6-8 kV/m olduqda yönəlmiş 

istiqamətə malik ,qiyməti 90-120mKA olan cərəyan yaradır. Bu cərəyan torpağa 

keçməyə  cəhd  göstərir  ki,  bunun  da  nəticəsində  yer  ilə  insan  bədəni  arasında 

potensiallar  fərqi  yaranır.  Əgər  insan  torpaqdan  izole  olunubsa,torpaqlanmış 

məftilə  toxunduqda  öz  elektrik  cərəyanının  boşalmasını  hiss  edəcək.  Bioloji 

nöqteyi-nəzərindən  bədəndən  keçən  elektrik  cərayanının  qiyməti  500  mkA-ə 

yaxın olduqda insan bunu hiss edir [ 11]. 

Müəyyən  olunmuşdur  ki,  elektrik  ötürücü  xəttlərindən  yaranan 

istiqamətlənmiş  cərəyanın  qiyməti  məişət  cihazlarından  istifadədə  yaranan 

cərəyana  ekvivalentdir.Sənaye  tezlikli  elektrik  və  maqnit sahələri bütün bioloji 

obyektlərə ( hansılar ki, şüalanma zonasına düşürlər) təsir göstərir. 

Məsələn, elektrik ötürücü xəttlərin təsiri zonasına düşən böcəklərin həyat 

tərzində  dəyişikliklər  yaradır  :  məsələn,  balıqların  aqressivliyi  artır, 

narahatlıqlarını  biruzə  verirlər,onların  iş  qabiliyyəti  və  məhsuldarlığı  aşağı 

düşür, onların hərəkət istiqaməti əsasən sahənin azalması istqamətində olur. 

Bitkilərdə  bu  təsir  onların  formalarının,  güllərinin  ölçülərinin 

dəyişməsində və əlavə yarpaqların əmələ gəlməsində özünü göstərir. 

Sağlam insanlar bu şüalanmanın təsirinə uzun müddət məruz qaldıqda hiss 

etdiyi halda hipertonik və allergiya ilə xəstələnən adamlar qısa müddətli  (hətta 

bir dəqiqədə) şüalanmaları belə hiss edirlər. 

nsan bədənindən keçən elektrik cərəyanı sənaye tezlikli maqnit sahəsinin 

təsiri  səbəbindən  müxtəlif    bioloji  effektlər  yaradır.  Bunlardan  sümüklərin 

böyüməsinin stimullaşması, əsəb hüceyrələrinin regenerasiyası və hüceyrələrdə 



gedən  biokimyəvi  proseslərin  dəyişməsidir.  Aşağıdakı  cədvəldə  induksiya 

olunmuş  cərəyanın  təsirindən  ehtimal  olunan  bioloji  effektlərin  təsnifatə 

verilmişdir. 

Bu  məlumatlar  4  saat  sənaye  tezlikli  şüalanmaya  məruz  qalmış  insanlar 

üzərində  eksperimentlərdən  alınmışdır.  Müəyyən  olunmuşdur  ki,  cərəyanın 

qiyməti  100mA/m

2

-dən  çox  149-150mTl  olduqda  sağlamlığa  mənfi  təsir 



göstərir. 

Maqnit  sahəsinin  (MS)  təsirinin  yaxşı  öyrənilmiş  effektlərindən  biri 

maqnitosfen  adlanır.  Bu  effekt sənaye  tezlikli  MS qiyməti  10-20mTl  olduqdaa 

müşahidə olunur. Şüalanma təsiri kəsildikdə bu effekt yox olur [ 16]. 



Cədvəl 10  . 

Cərəyanın təsirindən sənaye tezlikli maqnit sahəsinin 

ehtimal olunan bioloji effektləri. 

Maqnit sahəsinin 

sıxlığı,mTl 

nduksiya cərəyanın 

sıxlığı, A/m 

Proqnozlaşdıran effektlər 

0,5-5 

1-10 


Minimal bioloji effektlər 

5-50 


10-100 

Görmə və əsəbsistemində 

baş verən mənfi effektlər 

50-500 


100-1000 

Sağlamlıq  üçün  təhlükə 

mövcuddur.  Həyəcanlan- 

mış  hüceyrələrin  stimul- 

yasiyası baş verir. 

>500 


>1000 

Sağlamlığın 

kəskin 

pozulması.Ürək  çatışma- 



mazlığı. 

MS  görmə  potensialını  da  aşağı  salır.  Bu  effekt  şüalanma  kəsildikdən 

sonra 40 dəqiqə müddətində də davam edir.  


Qeyd  etmək  lazımdır  ki,  Yerin  elektrik  və  maqnit  sahələri  də  insan 

orqanizminə  bu  və  ya  digər  dərəcədə  təsir  göstərir.  Məlum  olduğu  kimi,  Yer 

səthində  elektrik  sahə  gərginliyinin  qiyməti  təqribən  130  V/m  təşkil  edir.  Bu 

qiymət  Yer  səthindən  uzaqlaşdıqca  eksponensial  qanunla  azalır.Bu  qiymət  il 

ə

rzində dəyişir, onun maksimal qiyməti(150-250 V/m) yanvar-fevralda, minimal 



qiyməti isə iyun-iyul aylarında (100-120 V/m) qeydə alınır. 

Yerin  maqnit  sahəsinin  gərginliyi  iki  parametrlə  xarakterizə  olunur. 

Ekvatorun yaxınlığında maksimal olan sahənin üfiqi tərtibedicisidir (20-30A/m). 

Bu qiymət qütblərə yaxınlaşdıqca azalıb 1 A/m-ə kimi düşür. 

MS  şaquli  tərtibedicisinin  maksimal  qiyməti  qütblərdə  50-60A/m  təşkil 

edir.  Ekvatora  yaxınlaşdıqca  bu  qiymət  olduqca  azaldığından  nəzərə  alınmaya 

bilər. 

Yer  kürəsində  elə  oblastlar  mövcuddur  ki,  bu  ərazilərdə  şaquli 



tərtibedicisinin qiyməti daha böyük olur. Buna “müsbət anomaliya” deyilir. Elə 

oblastlar da var ki, orada bu parametrin qiyməti orta qiymətdən aşağı olur. Buna 

“mənfi anomaliya” deyilir [ 16 ]. 

Qeyd  etmək  lazımdır  ki,  Yerin  elektrik  və  maqnit  sahəsi  milyon  illər 

ə

rzində mövcud olduğundan, Yer kürəsində yaşayan bütün canlı orqanizmlər, o 



cümlədən insanlarda bu şüalanmaya qarşı adaptasiya yaranmışdır. Buna görə də 

canlı  aləm  üçün  əsas  təhlükə  mənbəyi  süni  yaradılmış  elektrik  və  maqnit 

ş

üalanma 


mənbələridir.Bu 

mənbələrin 

təsirini 

qiymətləndirmək 

və 

məhdudlaşdırmaq üçün şüalanmanın normallaşdırılması aparılır. 



Son illər şəhərlərdə demək olar ki, bütün tezlik diapazonlarında (hətta bir 

neçə on qiqahersə kimi) işləyən EMŞ sayı kəskin artmışdır. 

Məsələn,  Moskvadakı  Ostankino  teleqülləsinin  yaxınlığındakı  yaşayış 

binalarında şüalanmanın səviyyəsi buraxıla bilən həddən 4 dəfə artıqdır. 



RT  və  YT  diapazonlarında  şüalanma  səviyyəsinin  normallaşdırılması 

dedikdə  bilavasitə  şüalanma  mənbəyi  ilə  işləyən  şəxslərin  və  əhalinin  məruz 

qaldığı şüalanma təsirinin qiymətləndirilməsi başa düşülür. 

300 MHs tezliyə kimi energetik ekspozisiyanın (EE) qiyməti  



EE=E

2

Maqnit ekspozisiyasının qiyməti isə : 



EE=H

2

göstərilən    ifadə  ilə  hesablanır.  Burada  T  –  saatla  şüalanma  müddətidir. 

Energetik  ekspozisiya  (V/m)

2

  saat,  maqnit  ekspozisiyası  isə  (H/m)



2

  saatla 

öıçülür. 300 MHs-dən yuxarı tezliklərdə 

EE

ESS

=EES·T 

Bu kəmiyyət (Vt/m

2

)·saatla ölçülür. 



Bu qiymətlər bilavasitə elektromaqnit şüalanması ilə əlaqəsi olmayan, 18 

yaşına çatmayan və şüalanma mənbələrinin yaxınlığında yaşayan insanlara şamil 

edilir. 

Bilavasitə  RT  və  YT  şüalanma  mənbələri  ilə  işləyən  işçilər  üçün 

energetik  ekspozisiyanın  buraxıla  bilən  səviyyəsi  aşağıdakı  cədvəldə 

göstərilmişdir. 

 

 

 



 

Cədvəl 11 .  ş

çi personal üçün energetik ekspozisiyanın buraxıla bilə

qiymətləri. 

Tezlik 


diapazonları 

Buraxıla bilən energetik ekspozisiya 

Elektrik 

tərtibedici 

üzrə,(V/m)

2

·saat 



Maqnit 

tərtibedicisi 

üzrə,(A/m)

·saat  



Enerjinin sızlığına 

görə, 


(mkVt/m

2

)·saat 



30 kHs-3MHs 

20000 


200 

3-30 MHs 



7000 

yoxdur 


30-50 MHs 

800 

0,72 


50-300 MHs 

800 

yoxdur 


300MHs-


300QHs 

yoxdur 



200 

 

YT  yuxarıda  göstərilən  cədvəldə  buraxıla  bilən  həddləri  şüalanmanın 



təsir müddətindən asılı olaraq göstərilən diapazon üçün böyük həddlər daxilində 

dəyişir. Məsələn, təsir müddəti 8 saatdan 0,1 saata  kimi təşkil edirsə, bu halda 

0,03-3 MHs tezliklərdə elektrik sahəsinə görə buraxıla bilən  qiymət 50V/m-dən 

400V/m-ə  kimi,  maqnit  sahəsi  üçün  buraxıla  bilən  hədd  5  A/m-dən  40  A/m-ə 

kimi,ESS isə göstərilən tezliklr üçün 0,25 Vt/m

2

-dən 2,4 Vt/m



–a kimi dəyişir. 

Digər  tezlik  diapazonlarında  da  müəyyən  hədd  daxilində  belə  dəyişmələr  baş 

verir. 


YT  şüalanma  mənbəyi  kimi  dairəvi  müşahidə  rejimində  1Hs  tezlikdən 

yuxarı  işləyən  sistemlər  üçün  buraxıla  bilən  həddin  qiymətini  10%-ə  kimi 

artırmaq olar. Lakin bu kəmiyyətin qiyməti 10Vt/ m

2

-dən artıq ola bilməz. 



Ə

gər  iş  yerində  RT  və  YT  diapazonlarında  EMŞ  buraxıla  bilən  həddən 

yuxarı olarsa,işçilər xüsusi mühafizə vasitələrindən istifadə etməlidirlər. 


Rusiya Federasiyasında  RT və  YT diapazonlarında EMŞ buraxıla bilən 

həddləri aşağıdakı kimi təyin olunmuşdur : 

-

  30-300 kHs-də elektrik tərtibedicisi üçün 25,0 V/m; 



-

  0,3-3,0 MHs tezliklərdə - 15,0 V/m; 

-

  3-30 MHs-də 10 V/m; 



-

  30-300 MHs-də 3 V/m; 

-

  300 MHs-300 QHs- 0,1Vt/m



2

Televeziya  stansiyalar  üçün  bu  qiymət  RT-də  aşağıdakı  kimi  təyin  olunub 



(əhali üçün) 

48,4 MHs-də - 5,0 V/m; 

88,4 MHs-də - 4,0 V/m; 

192,0 MHs-də - 3,0 V/m; 

300 MHs-də - 2,5 V/m. 

Xüsusi təyinatlı radiolokasiya sistemləri üçün tezlik diapazonu 150-300 MHs 

arasında dəyişir.Yaxın məsafədə buraxıla bilən qiymət 0,1 Vt/sm

2

 (6V/m), uzaq 



zonada 1 Vt/sm

2

 (19 V/m)-dən çox olmamalıdır. 



Ə

gər  şüalanma  eyni  zamanda  bir  neçə  mənbədən  təsir  göstərirsə,  bu  halda 

ayrı-ayrı  şüalanma  mənbəyinin  şüalanmaları  buraxıla  bilən  hədd  çərçivəsində 

toplanır.  

Azərbaycan 

Respublikasında 

EMŞ 

buraxıla 



bilən 

həddi 


müəyyənləşdirilmədiyindən  işçi  personal  və  əhali  hələ  ki,  Rusiyada  qəbul 

edilmiş  standartları  əsas  götürə  bilər.  Avropa  ölkələrində  EMŞ 

normallaşdırılmasına , insan təhlükəsizliyinə daha sərt tələblər qoyulmuşdur. 

EMŞ  təhlükəsizlik  nöqteyi-nəzərindən  normallaşdırılması  məsələlərinə 

sveçdə  dövlət  səviyyəsində  daha  çox  diqqət  yetirilir.  Burada  Şüalanmadan 


Mühafizə 

nstitutu  yaradılmışdır. sveçdə  dövlət  institutu  ilə  birlikdə 

standartların  işlənib  hazırlanmasında  həmkarlar  ittifaqları  da  möşğul  olur. 

sveçdə fərdi kompüterlərin şüalanma xüsusiyyətlərinə aid böyük həcmdə bank 

informasiyaları mövcuddur. Hal-hazırda EMŞ üzrə  sveç standartları dünyada ən 

“kəskin”  standart  hesab  olunur.  sveç  mütəxəssisləri  tərəfindən  müəyyən 

olunmuşdur ki, ölçmələr – 5 Hs-dən 400 kHs-ə kimi tezliklərdə aparılmışdır. Bu 

tədqiqat nəticələri əsasında MPR 1990:08 standartı qəbul edilmişdir. 

Bu  standart  3  il  müddətində  yoxlanıldıqdan  sonra  1990-cı  ildən  tətbiq 

olunmağa başlanmışdır. 

Bu  standarta  əsasən  aşağıdakı  şüalanma  normaları  müəyyənləşdirilib 

(ölçmələr şüalanma mənbəyindən 0,5 m məsafədə aparılmalıdır): 

-

  Rentgen şüalanmaları 500 mkR/saat; 



-

  5-2000 Hs tezlik diapazonunda dəyişən elektrik sahəsi 25V/m; 

-

  2-400 kHs tezlik diapazonunda – 2,5 V/m 



-

  5-2000Hs tezlik diapazonunda dəyişən maqnit sahəsi  250nTl; 

-

  2-400 kHs-də 25 nTl; 



-

  elektrostatik  potensial- 500V-dan çox olmamalıdır. 

sveç  həmkərlar  təşkilatının  standartları  daha  aşağı  qiymətdədir.  Belə  ki,  5-

2000 Hs-də elektrik sahəsi üzrə qiymət ≤10V/m; 2-400 kHs-də isə ≤1 V/m təklif 

olunmuşdur. 

sveçdə  qəbul  olunmuş  MPR  standartı  bütün  dünyada  ən  minimal  standart 

kimi  qəbul  edilmişdir.  Avropa  iqtisadi  birliyinin  Şurası  bu  standartları  birliyə 

daxil olan ölkələrdə qəbul edilməsini tövsiyə etmişdir [ 11]. 

1996-1998-ci  illərdə  Rusiya  Federasiyasında  da  EMŞ  üzrə  standartlar  qıbul 

edilmişdir.  Bu  standartlar  sveç  standartlarına  yaxın  olsa  da,  bu  standartların 



EMŞ  cihazları  istehsalçıları  tərəfindən  yerinə  yetirilməsi  üçün  hələ  müəyyən 

qədər vaxt tələb olunur. 

Rusiya  Federasiyasında  mobil  telefonların  yaratdığı  EMŞ  normallaşdırmaq 

məqsədilə 1994-cü ildən normativlər müəyyənləşdirilmişdir. Aşağıdakı cədvəldə 

müxtəlif əhali təbəqəsi üçün şüalanmanın buraxıla bilən səviyyəsi göstərilmişdir 

[ 13]. 


Cədvəl 12  . Ə

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin