NƏ T CƏ VƏ TƏ KL FLƏ R
Radiasiya qəzası zamanı radiasiya təhlükəsizliyinin təmin olunmasında
aşağıdakılar əsas götürülməlidir:
-
radiasiya qəzasının nəticələrini ləğv etmək üçün nəzərdə tutulan tədbirlər
zərərdən çox fayda verməlidir;
-
radiasiya qəzasının nəticələrinin ləğvi üzrə fəaliyyətin növləri və miqyası
ionlaşdırıcı şüalanma dozasının maksimum azalmasını təmin etməlidir.
onlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət göstərən
müəssisə və təşkilatlar aşağıdakı tələbləri yerinə yetirməlidirlər:
-
radiasiya təhlükəsizliyinin təmin edilməsinə aid bu Qanunda və digər
normativ hüquqi aktlarda müəyyən edilmiş tələblərə, normalara,
qaydalara, normativlərə və təlimatlara əməl edilməsi;
-
radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin
planlaşdırılıb həyata keçirilməsi;
-
ionlaşdırıcı şüa mənbələri hesab edilən yeni (modernləşdirilmiş)
istehsalat, texnoloji proses, məhsul, material və maddələrə dair insan
sağlamlığı üçün radiasiya təhlükəsizliyi baxımından əsaslandırma işlərinin
aparılması;
-
radioloji şərait üzrə müəssisə və təşkilatın ərazisində, otaqlarda və iş
yerlərində, həmçinin radioaktiv maddələrin tullantıları üzərində radiasiya
təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar müntəzəm olaraq istehsalat
nəzarətinin həyata keçirilməsi;
-
işçilərin (personalın) fərdi şüalanma dozalarına nəzarət və onların uçotu;
-
istehsalat nəzarəti xidməti mütəxəssislərinin, iş icraçılarının, daimi və ya
müvəqqəti olaraq ionlaşdırıcı şüa mənbələri ilə işləyən digər şəxslərin
attestasiyasının keçirilməsi;
-
işçilərin ilkin (işə qəbul olunarkən) və dövri (müntəzəm) tibbi
müayinələrdən keçirilməsi;
-
işçilərin (personalın) iş yerində məruz qaldığı ionlaşdırıcı şüalanmanın
səviyyəsi və onların aldıqları fərdi şüalanma dozaları haqqında onlara
müntəzəm məlumat verilməsi;
-
radiasiya təhlükəsizliyi sahəsində müvafiq icra hakimiyyəti orqanlarına
radiasiya təhlükəsizliyi üçün qorxu yaradan qəza şəraiti və texnoloji
reqlament pozuntuları haqqında vaxtında məlumat verilməsi;
-
radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində müvafiq icra
hakimiyyəti orqanlarının qərar və sərəncamlarının, onların səlahiyyətli
nümayəndələrinin müvafiq göstərişlərinin yerinə yetirilməsi;
-
radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əhalinin hüquqlarının
həyata keçirilməsinin təmin edilməsi;
-
radioaktiv şüa mənbələri ilə işləyən işçilərin vaxtaşırı radiasiya
təhlükəsizlik texnikası qaydaları ilə tanış edilməsi.
Ə
hali və işçilərin təbii radionuklidlərin təsirindən mühafizəsi məqsədilə
aşağıdakı tədbirlər həyata keçirilməlidir:
1.
qamma-şüalanmanın və torpaqdan ayrılan radonun səviyyəsini nəzərə
almaqla binaların və qurğuların tikilməsi üçün zərərsiz (təhlükəsiz) torpaq
sahələrinin ayrılması;
2.
radonun binaya daxil olmasının qarşısının alınması tədbirləri nəzərə
alınmaqla bina və qurğuların layihələşdirilməsi və tikilməsi;
3.
yaşayış bina və sənaye (istehsal) qurğularının istismara qəbul edilməsi
zamanı binaların daxilindəki havada radonun, təbii radionuklidlərdən və
digər
radioaktiv
maddələrdən
qamma-şüalanmanın
dozasının
intensivliyinin nəzərə alınması, tikinti materiallarında radiasiya
təhlükəsizliyi üzrə istehsalat nəzarətinin keçirilməsi;
4.
bina və qurğuların istismarı zamanı otaqlarda radonun və təbii
radionuklidlərdə qamma və digər radioaktiv şüalanmanın səviyyəsinin
nəzərə alınması.
Radioaktiv tullantılardan mühafizə üsulları aşağıdakı kimi həyata
keçirilməlidir:
1.
Radioaktiv tullantılar xüsusi yerlərdə, xüsusi konteynerlərdə
basdırılmalıdır;
2.
Basdırılan yerlərə radioaktiv tullantıların daşınması xüsusi təchiz
olunmuş avtomobillərlə həyata keçirilməlidir.
3.
Aktiblik dərəcəsi aşağı olan tullantıların basdırılması üçün rezervuar
tipli xəndəklərdən istifadə olunmalıdır.Onlar basdırılmazdan əvvəl
bərk hala salınmalı, sonra isə dərinliyi 300-1000 metr olan yeraltı
ş
axtalarda basdırılmalıdır.
Ə
DƏ B YYAT
1.
Грачев Н .Н .,Мырова Л .О . Защита человека от опасных
излучений
, М ,2010.
2.
Аврамов Ю .С ., Грачев Н .Н ., Защита человека от электромагнит
ных
воздействий .МГИУ ,2006.
3.
Шандала М .А . и др . Справочник по электромагнитной безапас -
ности
работающих и населения .Воронеж ,Истоки ,2000.
4.
Нормы радиационной безапасности (НРБ -96),М .,Атомиздат . 1999.
5.
Ocaqov Q.O. – Radiasiya və kimyə vi mühafizə cihazları.Bakı.2000.
6.
Козлов В .Ф . Справочник по радиационной безапасности . М ,1999.
7.
Колесник А .Г . Электромагнитный фон и его роль в проблем
еохраны
окружающей среды и экологии человека .Изв . ВИЗов
Физическая
серия ,2000,
№
№
№
№
9.,с.104.
8.
Пашаев А .М . и др . Защита от радиации . Баку ,2004.
9.
Холодов Ю .А .Влияние магнитного поля на нервную
систему
.М .,1971.
10.
Шаров Ю .Н .,Шубин Н .В .Дозиметрия и радиационная безапаст -
ность
.М .,1989.
11.
Радиация .Дозы .Эффекты .Рис .Пер .с англ .Банников Ю .А . М . ,
1990.
12.
Проблемы
безопастности
современных
мониторов
ПЭВМ
//РС ,2005,№ 4.c.14-17.
13.
Какой телефон безопаснее ,Известия ,2000.
14.
Дибров А .П . Земное изличение и здоровье человека .Аргументы
и
факты.М.,1999.
15.
Ə zizov B.M., Ə liyev M. .- Tə tbiqi ekologiya,Bakı,2002.
16.
Киринова О .В .Защита от электромагнитного изличения .
17.
www.google.az
18.
www.kayzen.az
19.
www.ekologi.az
20.
www.wikipedia.org
21.
www.economy.gov.az
22.
Bəş irov N.Ə .,Seyidov E.V. – Kompyuterdə n istifadə haqqında,
“Azə rbaycan mə ktə bi” jurnalı,1997.
23.
Bəş irov N.Ə . - Tə lim prosesi və kompyuter texnologiyaları,
“Azə rbaycan mə ktə bi” jurnalı,2002.
24.
Musayev T. - Kompyuter və görmə orqanı. “Sağ lamlıq jurnalı”.
2008.
Həş imzadə Seyid Zeynə b Fə tdax qızı
“Ə traf mühitə və insan sağ lamlığ ına ionlaş dırıcı ş üaların tə sirinin
qiymə tlə ndirilmə si”
XÜLASƏ
Dissertasiya işi ətraf mühitdə təbii və antropogen radiasiya mənbələrinin
istifadə səbəblərinə,insan orqanizminə və ətraf mühitə təsirinə və mühafizə
yollarına həsr edilmişdir.
ş
in əsas məqsədi canlı aləmin ionlaşdırıcı şüalara həssaslığının ekoloji-
iqtisadi qiymətləndirilməsindən,sənaye müəssisələrində və digər ərazilərdə
elektromaqnit şüalanma mənbələrinin təyin edilməsi və mühafizəsi yollarından
,respublikada radiasiya təhlükəsizliyinin təmini vəzifələrindən ibarətdir.
Dissertasiya işi giriş,üç fəsil,nəticə və ədabiyyat siyahısından ibarətdir.
I fəsildə ətraf mühitdə ionlaşdırıcı şüalanma mənbələri,onların
xarakterstikası və əhəmiyyəti göstərilmiş,canlı aləmin ionlaşdırıcı şüalara
həssaslığı qiymətləndirilmişdir.
II fəsildə sənaye müəssisələrində elektromaqnit şüalanma təsirindən
mühafizə yolları göstərilmiş,fərdi və məişət avadanlıqlarının şüalanma təsirləri
haqqında və maqnit sahəsinin neytrallaşması vasitələri haqqında məlumat
verilmişdir.
III fəsildə radiasiya təhlükəsizliyinin səbəbləri və onların insan
orqanizminə təsir göstəriciləri,ionlaşdırıcı şüalardan mühafizə yolları
göstərilmiş,respublikamızda radiasiya təhlükəsizliyinin təmini aspektləri
araşdırılmışdır.
Azərbaycan Dövlət qtisad Universitetinin magistri Həşimzadə Seyid Zeynəb
Fəttax qızının magistr ixtisas və elmi dərəcəsi almaq üçün “Ətraf mühitə və
insan sağlamlığına ionlaşdırıcı şüaların təsirinin qiymətləndirilməsi”
mövzusunda təqdim etdiyi dissertasiya işinin
REFERATI
Mövzunun aktuallığ ı :
nsan fəaliyyəti ilə törənən elektromaqnit sahələri yalnız
son 10 ildə Yerin təbii fonu ilə müqayisədə min dəfədən də çox artmış və bu
sahələrin diapazonu kəskin genişlənmişdir. Odur ki, insanın elektromaqnit
sahəsi ilə (EMS) qarşılıqlı təsiri problemi son vaxtlar olduqca aktual olub,
radioəlaqə və radiolokasiyanın intensiv inkişafı, texnoloji əməliyyatları həyata
keçirmək üçün elektromaqnit enerjisindən istifadə sferinin genişlənməsi, məişət
elektrik
və
radioelektron
qurğularının
kütləvi
yayılması
(telefonlar,kompyuterlər,mikrodalğalı sobalar,çoxlu sayda digər məişət cihazları
və s.) ilə bağlıdır. Problemin ciddiliyi onunla əlaqədardır ki, ionlaşdırıcı
ş
üalanmanın böyük dozalarda təsiri canlı hüceyrələri ciddi zədələyərək məhv
edir və bu da canlıların ,ən çox da insanların ölümü ilə nəticələnir, kiçik
dozalarda isə xərçəng xəstəliyini yaradır, baş verən genetik pozulmalar isə bir
neçə nəsli əhatə edə bilər.
EM dalğalarının mövcud olduğu 180 il ərzində demək olar ki, onlar insan
fəaliyyətinin bütün sferalarına daxil olaraq tədricən daha böyük əhəmiyyət kəsb
etməkdədir. Qeyd edilməlidir ki, EM şüalandırıcılarının növləri,sayı və gücü
daim artmaqdadır. Bu şüalandırıcıların hər biri müəyyən tezliyə və gücə malik
EM şüalanmaları yaradaraq insan orqanizmi üçün müəyyən təhlükə və
problemlər yaradır. Bu səbəbdən də müasir dövrün əsas problemlərindən biri –
bəşəriyyəti ionlaşdırıcı və qeyri ionlaşdırıcı şüalanmalardan mühafizə etmək
məqsədilə müxtəlif xüsusi mühafizə tədbirlərinin işlənib hazırlanması böyük
ə
həmiyyət kəsb edir. Bütün bu sadalananlar “Ətraf mühitə və insan sağlamlığına
ionlaşdırıcı şüaların təsirinin qiymətləndirilməsi” mövzusunun öyrənilməsinin
böyük əhəmiyyət kəsb etməsindən xəbər verir.
nsan orqanizminə və ətraf mühitə radiasiya şüalanmasının təsirinə aid
dünya alimlərinin , fizik,bioloq,iqtisadçı ekoloqların müxtəlif elmi əsərləri
mövcuddur. Bu sahədə azərbaycan alimlərindən Paşayev A.M., Bayramov A.A.,
brahimov Z.M., Mehdiyev A.S., Əzizov B.M.,Ocaqov Q.O., digər ölkələrin
alimlərindən Marov Y.N., Şubin N.B., Kolesnik A.Q., klassiklərdən :
A,Bekkerel, P. və M. Kürilər ,Xevesini,Makmillan,Siborq,Libin və başqalarının
ə
sərlərinə müxtəlif yanaşmalar mövcuddur.
Müasir şəraitdə elektromaqnit və ionlaşdırıcı şüaların mənbələri , onların
canlı orqanizmlərə bioloji təsir xüsusiyyətləri və onlardan mühafizə tədbirlərinin
həyata keçirilmə üsulları digər ölkələrdə olduğu kimi , Azərbaycanda da tətbiq
olunur. Bununla əlaqədar müəllif tərəfindən göstərilən nəticə və təkliflərdə
ş
üalanmalardan fərdi və kollektiv mühafizə üsulları barədə müəyyən
tövsiyyələr verilmişdir.
Magistr dissertasiyasının ə sas mə qsə di
: elektromaqnit şüalanma
mənbələrinin təsnifatının verilməsi ilə yanaşı, insan orqanizminə təbii və süni
radiasiya
ş
üalanma
mənbələrindən
mühafizə
üsullarının
rolunun
qiymətləndirilməsindən ibarətdir.
Dissertasiya işində qarşıya qoyulmuş məqsəddən irəli gələrək aşağıda
göstərilən məsələlərin tədqiqi nəzərdə tutulmuşdur. :
-
Elektromaqnit və ionlaşdırıcı şüaların mənbələri və onların
qiymətləndirilməsi
-
Ətraf mühitdə radiasiya və onun əsas xarakteristikaları.
-
Elektromaqnit şüalanmanın (EMŞ) bioloji obyektlərlə qarşılıqlı
ə
laqəsinin xüsusiyyətləri.
-
Elektromaqnit şüalanmanın neytrallaşdırılması əməliyyatları.
-
Radiasiyanın insana təsiri və ondan mühafizə yolları.
-
Sənaye tezlikli elektromaqnit şüalanmasının normallaşdırılması.
Dissertasiya iş inin predmeti :
elektromaqnit və ionlaşdırıcı şüaların bioloji təsir
xüsusiyyətləri və onların insan orqanizminə təsirinin qiymətləndirilməsi, işin
obyekti – bütün ətraf təbii mühit,canlılar və insanlardır.
Tə dqiqatın elmi yeniliyi :
-
Elektromaqnit şüalanmalarından ehtiyatlı olma vasitələrinin tətbiqi ilə
sənaye tezlikli elektromaqnit şüasından mühafizənin təmin olunması.
-
Müxtəlif tezlikli elektromaqnit şüalanmasının ölçü üsulları və
avadanlıqları, onların haqqında məlumatların verilməsi.
-
Maqnit sahələrindən mühafizə üçün məsafədən idarə etmə
vasitələrindən istifadə etməklə xüsusi bloklaşdırıcı qurğuların tətbiq
olunmasına nail olmaq və s.
Dissertasiya işinin metodoloji və nəzəri əsaslarını iqtisad, ekologiya,
fizika, biologiya elmlərinin klassiklərinin əsərləri, Azərbaycan və xarici ölkə
alimlərinin , insan orqanizminə radiasiya şüalanmasının təsirinə, elektromaqnit
ş
üalanma mənbələrinə , ətraf mühitin mühafizəsi problemləri ilə məşğul olan
mütəxəssislərin elmi-tədqiqat işləri, ÜST və digər beynəlxalq təşkilatların EM
ş
üalanması ilə bağlı qəbul etdikləri hüquqi sənədlər , qərar və sərəncamlar,
analitik materiallar, müxtəlif statistik məlumatlar mənbələri təşkil edir.
Dissertasiya işinin birinci fəslində ətraf mühitdə təbii və antropogen
radiasiya mənbələri, onların xüsusiyyətləri və istifadə sahələri araşdırılır.
Dissertasiyanın ikinci fəsli fərdi və məişət avadanlıqlarının
ş
üalanmasından mühafizəyə həsr edilmiş, maqnit sahəsinin və elektromaqnit
ş
üalanmasının təsirindən mühafizə və onun neytrallaşdırılması məsələləri
araşdırılmışdır.
Dissertasiya işinin üçüncü fəslində radiasiya təhlükəsizliyinin səbəbləri,
onların insan orqanizminə təsiri, ionlaşdırıcı şüalardan və radioaktiv
tullantılardan
mühafizə
yolları
göstərilmiş,
respublikada
radiasiya
təhlükəsizliyinin təmini ilə əlaqədar tövsiyyələr verilmişdir.
Tədqiqatın aparılması üçün informasiya mənbəyi kimi müəllif
Azərbaycan Respublikası, Rusiya Federasiyası və digər ölkə müəlliflərinin
monoqrafik əsərləri və digər elmi ədəbiyyat ilə yanaşı, Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin rəsmi materiallarından , sveç standartlarından, Yaponiya
, ngiltərə,Almaniya və digər ölkələrdə aparılan xüsusi tədqiqat-araşdırma
mərkəzlərinin məlumatlarından , müxtəlif internet saytlarının iqtisadi, ekoloji
materiallarından və s. mənbələrdən istifadə etmişdir.
Dissertasiya işinin sonunda aşağıdakı nəticə və təkliflər verilmişdir.
Dostları ilə paylaş: |