§ 5.6. Qədim Şərqin tarixi iqtisadiyyatı
Qədim Şərqin tarixini adətən (əksər mənbələrdən) bizim eradan
əvvəl IV minilliyin ikinci yarısında Nil və Evrat vadilərində ilk sinifli
cəmiyyət və dövlətin yaranmasından başlayaraq b.e. IV əsrin 30-20-ci
illərində Yaxın Şərqlə yekunlaşdırırlar. Məhz həmin dövrdə bütün Yaxın
Şərq Makedoniyalı sgəndər tərəfindən işğal olundu və bu ərazilərdə
“ellin” dövlətləri (Qədim Yunanıstan) yaranmağa başladı. “Qədim Şərq”
coğrafi termini müasir Tunisdən müasir Çin, Yaponiya və ndoneziyaya
(qərb-şərq yönümündə), cənubdan şimala doğru isə Həbəşistandan
Qafqaz dağları, Aral dənizinin cənub sərhədlərinə qədər böyük bir ərazini
əhatə edirdi.
3 min il tarixi olan Qədim Şərqdə o dövrki dünyanın ən qüdrətli
dövlətləri mövcud olmuşdur (Şumer, Akkad, Babil, Misir, Assuriya və s.
)
Nil vadisi və onunla qonşu olan ərazilər (gələcək Misir dövlətinin
ərazisi) ilk insan məskənlərindən biridir. Burada hətta paleolit dövrünün
əmək alətləri aşkar olunub. Qədim Şərqdə daş əsrinin mədəniyyəti
özünün ən yüksək səviyyəsinə 20-10 min il b.e.ə. çatmışdır. Əhalinin
sürətli artımı Nil vadisinin qısa zaman kəsiyində mənimsənilməsinə
gətirib çıxardı.
Neolit epoxasına aid qədim əkinçi və heyvandarların ilk yaşayış
məskənləri (Nil vadisində) VI-V min il b.e.ə. tarixdə mövcud olmuşdur.
§ 5.6.1. Mesopotamiya dövlətlərinin iqtisadiyyatı
Yer kürəsində ən qədim dövlətlər b.e.ə. IV minillikdə
Mesopotamiyada yaranmışdır. Mesopotamiya – şimalda Qafqaz, cənubda
Fars körfəzi, qərbdə Suriya çölləri ilə, şərqdə müasir raq arasında
yerləşən coğrafi ərazidir. Bu ölkə ən qədim dövrlərdən Şumer və Semit
tayfaları ilə məskunlaşmışdır. B.e.ə IV minillikdə ilkin olaraq Şumer
dövləti yaranmışdır. Afrikanın şimalından (b.e.ə. V minillik) Ərəbistan
yarımadasına, Suriyaya və sonradan Mesopotamiyaya köç edən Semit
tayfaları Akkad dövlətini, sonrakı dövrdə isə Babil dövlətini – Babilistanı
yaratmışlar. Təxminən b.e.ə. VI-VIII minilliklər ərzində həmin tayfalar
tərəfindən bir çox heyvanların – donuz, keçi, iribuynuzlu mal-qara və s.
əhliləşdirilməyə başlanılmış, arpa, taxıl və digər mədəni bitkilərin əkini
Dünya iqtisadiyyatının tarixi
161
genişləndirilmiş, kənd təsərrüfatı inkişaf etdirilmişdir. Məhz bu tayfalar
dünyaya cüt və kotanı, suvarma sistemini bəxş etmişlər.
Dünyada ilk dəfə olaraq məhz Mesopotamiyada saxsı (gil) qablar
və tikintidə istifadə edilən kərpic istehsalına başlanmışdır (b.e.ə. V
minilliyin birinci yarısında).
B.e.ə. VIII minillikdə misin metallurji emalının, b.e.ə. V-IV
minilliklərdə tunc məmulatların və nəhayət, b.e.ə. II minillikdə dəmir
alətlərin yaranması bütövlükdə Qədim Şərqdə məhsuldar qüvvələrin
sürətli inkişafına təkan vermişdir.
B.e.ə. 2340-cı illərdə Şumer-Akkad dövlətlərinin birləşməsi
Mesopotamiyanın iqtisadiyyatına müsbət təsir göstərmişdir. Bu birləşmə
iki çayarası ərazidə bütün çay və suvarma sistemlərinin tənzimlənməsi
imkanını yaratmışdır ki, nəticədə nəqliyyat və irriqasiya şəbəkəsi xeyli
yaxşılaşmışdır. Vahid ölçü və çəki sisteminin tətbiqi ticarətin inkişafında
əhəmiyyətli rol oynamışdır.
Sonsuz müharibələr b.e.ə 2007-ci ildə Akkad dövlətinin
mövcudluğuna son qoydu və ölkə köçəri Semit tayfaları tərəfindən işğal
olunaraq b.e.ə. 1897-ci ildə Babil çarlığı yarandı. Çar Xammurapi
yenidən Mesopotamiya ərazilərini birləşdirdi və güclü dövlət yaratdı. Çar
Xammurapinin qanunlar məcmusu – Xammurapi kodeksi Qədim Şərq
dövlətlərinin quruluşu və təsərrüfat həyatının öyrənilməsi prizmasından
mühüm əhəmiyyət kəsb edən tarixi mənbədir.
Mesopotamiya iqtisadiyyatının əsas xüsusiyyətlərindən biri kənd
icması ilə marksist anlamda quldarlıq təsərrüfatının birgə mövcudluğu
olmuşdur. Kənd icmasının saxlanılması əsasən təbii şəraitin spesifikliyi
ilə bağlıdır. sti iqlim çoxlu sayda irriqasiya sistemlərinin qurulmasını
tələb edirdi. Bu proses yalnız kollektiv şəkildə həyata keçirilə bilərdi.
qlim şəraiti (bitkiçilikdə) qurutma və suvarma kanalları sisteminin
yaradılmasını müxtəlif rayonlardan olan insanların birliyi və fəaliyyətin
koordinasiyasını zəruri şərt kimi irəli sürürdü.
Məhz, çox erkən zamanlarda dövlətin yaranması da bu tələblə
şərtlənir.
Dövlət – bütövlükdə irriqasiya sisteminə nəzarət edir, icmalar isə
onun ayrı-ayrı sahələrində fəaliyyət göstərirdilər.
Bu baxımdan işçi qüvvəsinə tələbat böyük idi. Əsas mənbə kimi
hərbi əsirlərin, eləcə də yerli sakinlərin qula çevrilməsi çıxış edirdi. Qul
alqı-satqı obyekti idi. Qulun qiyməti 14-20 şekel (1 şekel= 8 qram
gümüş) arasında dəyişirdi. Quldarlıq (Qədim Şərqdə) hələ o qədər inkişaf
etməmişdir.
Dünya iqtisadiyyatının tarixi
162
Xammurapi məcəlləsi təkcə quldarların deyil, həm də qulların
mənafelərini qoruyurdu. Məsələn, məcəllənin 282-ci maddəsi tabeçilik
göstərməyən qulun cəzalandırılmasını, 117-ci maddəsi borca görə qul
edilənin ən çoxu 3 ildən sonra azadlığa buraxılması tələbini və s. nəzərdə
tuturdu.
cma və qul əməyi ilə yanaşı muzdlu əməkdən də istifadə edilirdi.
rriqasiya sistemlərinin qurulması istiqamətində fəaliyyətin
intensivləşməsi dövlətin iqtisadiyyatda rolunu durmadan yüksəldirdi.
Çarlar icma torpaqlarının bir hissəsini özləri və ruhanilər üçün ələ
keçirməyə başladılar və beləliklə də, saray və məbəd təsərrüfatları
yarandı. Eyni zamanda, işğal edilmiş ərazilər də çar torpaqlarına daxil
edilirdi. Sonrakı dövrlərdə bütün torpaqlar çarın mülkiyyətinə keçir və bu
torpaqlardan ruhanilərə, məmurlara, hərbçilərə və saray əyanlarına pay
verilirdi. cma çar torpaqlarından istifadə edirdi və buna görə dövlətin
xəzinəsinə vergi ödəyirdi. Çar torpaqları, eyni zamanda, müqavilə
əsasında icarəyəyə də verilirdi.
Müqavilədə icarənin obyekti, icarəhaqqının məbləği və ödənilməsi
vaxtı qeyd olunurdu. carə haqqı əsasən natural formada – məhsulun bir
hissəsi ilə ödənilirdi. Hətta, stimullaşdırıcı tədbirlər də tətbiq olunurdu.
Məsələn, xam torpaqların işlənməsi üçün birinci il icarəhaqqı alınmırdı.
Torpaq sahibliyinin yeni formaları artıq sosial təbəqələşmədən
xəbər verirdi: Ali ruhani – 36 hektar, ruhani – 18 hektar, məmur – 15
hektar, kiçik torpaq sahibləri – bir neçə sotdan 2 hektara qədər torpağa
sahiblik edə bilərdilər. Yararlı torpaq sahələrinin azlığı qeyd edilən
tənasüblüyü dəyişdirir, çar tərəfindən ruhani torpaqlarının dövlət
ehtiyacları üçün müsadirə olunmasını şərtləndirirdi.
qtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edirdi. Erkən dövrlərdə
heyvandarlıq geniş yayılmışdır.
Əkinçilik əsasən məhsuldar torpaqlarda inkişaf etməyə
başlamışdır.Əsas taxıl məhsulu – arpa idi. Arpa təkcə çörəkbişirmədə
deyil, həmçinin pivə istehsalında istifadə olunurdu. Pivə texnologiyası
Mesopotamiyada b.e. 3 min il əvvəl işlənib hazırlanmışdır. Xammurapi
kodeksi yüksək qiymətlə pivə satanları çaya atmaqla, bu işlə gizli məşğul
olanları isə ölüm cəzası ilə cəzalandırmağı nəzərdə tuturdu. Eyni
zamanda, bağçılıq, üzümçülük və tərəvəzçilik kənd təsərrüfatının mühüm
sahələri sırasında idi.
Əkinçiliyin inkişafı, erkən dövrlərdə dövlətin yaranması və bununla
bağlı çar sarayının, ordunun, məmurların və şəhərlərin meydana gəlməsi
Dünya iqtisadiyyatının tarixi
163
sənətkarlığın əkinçilikdən çox erkən vaxtlarda ayrılmasına gətirib
çıxardı.
Meşə örtüyünün azlığı, bununla bahəm qamış, gil və s. geniş
yayılması, məhz ikincilərin istifadəsinin bütün əraziyə yayılmasını, saxsı
və kərpic istehsalının meydana gəlməsini şərtləndirmişdir.
Metallurgiya istehsalının meydana gəlməsi əvvəlcə mis, sonralar
tunc və dəmir məmulatlarının (kənd təsərrüfatı, tikinti, məişət və s.
istifadə edilən) hazırlanmasına güclü təkan vermişdir. 4500 il (b.e.ə.)
əvvəl Mesopotamiyada tətbiq edilən zərgərlik məmulatlarının
hazırlanması texnologiyası bu gün də öz aktuallığını itirməmişdir. nkişaf
etmiş heyvandarlıq paralel olaraq dəri istehsalına və toxuculuğa güclü
təkan vermişdir.
§ 5.6.2. Qədim Misirin iqtisadiyyatı
Qədim Misir “Asiya istehsal üsulunun” tipik ölkəsidir. Əkinçi və
maldarların Nil vadisində məskunlaşması b.e.ə VI-IV minilliklərə təsadüf
edir. Təsərrüfatın təşkili, strukturu və istifadə olunan əmək alətlərinin
çeşidi baxımından Qədim Mesopotamiya ilə oxşar cəhətlər kifayət
qədərdir. Təbəqələşmənin başlanğıcı və gedişi prosesi də, demək olar ki,
üst-üstə düşür. B.e.ə. IV-III minilliklərdə ilk dövlətlər – nomlar meydana
gəlməyə başladı. Yuxarı və Aşağı Misir çarlıqları birləşərək vahid dövlət
– Qədim Misir dövlətini yaratdılar. Ümumiyyətlə, Qədim Misirin, Misir
sivilizasiyasının tarixi sinifli cəmiyyət və dövlətçiliyin yarandığı andan
başlayaraq (b.e.ə. IV minilliyin ikinci yarısı) müstəqil misir dövlətinin
süqutuna (b.e.ə. VI əsr) qədərki (Persiya tərəfindən işğal olunana qədər)
tarixi əhatə edir. 3 min il yaşı olan qədim Misirin tarixi aşağıdaki
dövrlərə bölünür:
-
Birinci sülaləyəqədərki dövr (b.e.ə. IV minilliyin I yarısı). Nəsil-
icma münasibətlərinin dağılması;
-
kinci sülaləyəqədərki, yaxud gerzey dövrü (b.e.ə. IV minilliyin II
yarısı). Sosial təbəqələşmənin başlaması, irriqasiya sisteminin ayrı-
ayrı elementlərinin yaranması, ilk dövlət yaranışlarının meydana
çıxması; Dövrün sonunda Yuxarı Misir və Aşağı Misir çarlıqlarının
yaranması;
-
lk çarlıq. Vahid ümummisir dövlətinin yaranması (b.e.ə. XXXI-
XXIX əsrlər);
-
Misirin inkişafı; (b.e.ə. XXVIII XXIII əsrlər);
Dünya iqtisadiyyatının tarixi
164
-
I keçid dövrü (b.e.ə. XXIII-XXI əsrlər). Vahid Misir dövlətinin
ayrı-ayrı nomlara parçalanması;
-
Mərkəzləşdirilmiş Misir dövlətinin bərpası (dirçəlişi) (b.e.ə. XXI-
XVIII əsrlər);
-
II keçid dövrü (b.e.ə. XVIII-XVI əsrlər). Misirin zəifləməsi. Xalq
üsyanları; Misirin rukclər tərəfindən işğalı;
-
Misir sivilizasiyasının yüksəliş dövrü (b.e.ə. XVI-XI əsrlər).
Misir imperiyasının yaranması;
-
III keçid dövrü (b.e.ə. XI-X əsrlər). Misirin tənəzzülü.
-
Son çarlıq. Misir əcnəbi sülalələr tərəfindən idarə olunur (b.e.ə.
XI-VIII əsrlər).
-
Misirin Persiya tərəfindən işğalı və onun tərkibinə daxil edilməsi
(b.e.ə VI-V əsrlər).
Qədim Misirin əlverişli coğrafi mövqeyi var idi. Aralıq dənizi onu
Ön Asiya, Kipr, Egey dənizi adaları və Yunanıstanla birləşdirirdi. Nil-
mühüm naviqasiya rolunu oynayırdı. Misirdə faydalı qazıntılar mövcud
idi.
Qədim Misir təsərrüfatının əsasını suvarma əkinçiliyi təşkil edirdi.
Kənd təsərrüfatı ixtisaslaşdırılmışdır. Yuxarı Misir əkinçiliyin, Aşağı isə
heyvandarlığın, bağçılığın və üzümçülüyün mərkəzinə çevrilmişdi.
Hələ qədim dövrlərdən əkin sahələrini “yuxarı” və “aşağı” (çayların
(Nilin) daşdığı zaman xüsusi bəndlərlə suyun yığılıb saxlanması)
hissələrə bölən irriqasiya sistemi yaradılmışdır. Təsərrüfatın əsas
fərqləndirici xüsusiyyətlərindən biri torpaq və irriqasiya sistemləri
üzərində dövlət mülkiyyətinin olması idi. Fironlar, saray əyanları
iqtisadiyyatda hökmran mövqeyə sahib idilər. Çar, məbəd və xüsusi
təsərrüfatlarda həm qullar, həm də asılı vəziyyətə düşmüş icma üzvləri
çalışırdı. Dövlət, insanları birləşdirməklə əvvəlki icma öhdəliklərini
saxlamış və sonralar onu dövlət əmək mükəlləfiyyətinə çevirmişdir.
ctimai işlər vasitəsilə hökmdarlar azad icma üzvlərini özlərinə tabe
etdirirdilər.
Belə şəraitdə qul əməyi – ikinci dərəcəli əhəmiyyət kəsb edirdi.
Qullar adətən nökər funksiyalarını yerinə yetirirdilər. Qul əməyinə
yanaşma tərzi yalnız b.e.ə. XVI-XII əsrlərdə dəyişməyə başladı. “Asiya”
icmalarında əlavə işçi qüvvəsinə ehtiyac yox idi. Əksinə, əmək
resurslarının artıqlığı müşahidə edilirdi. Aydındır ki, izafi əmək
resurslarının mövcudluğu şəraitində kənd təsərrüfatında qul əməyindən
istifadə mənasız bir iş idi. cma üzvləri - əkinçilər demək olar ki, müftə
işçi qüvvəsi keyfiyyətində çıxış edirdi və onları saxlamaq (yedirtmək,
Dünya iqtisadiyyatının tarixi
165
geyindirmək və s.) lazım gəlmirdi. Antik təsərrüfat modelindən fərqli
olaraq (qullar ayrı-ayrı quldarların şəxsi mülkiyyətində idilər və həmin
quldarların xüsusi mənafelərinə xidmət göstərirdilər) bu nəhəng əmək
ordusu mərkəzləşdirilmiş şəkildə yalnız dövlət işlərinə cəlb olunurdu:
suvarma sistemlərinin, yolların, nəhəng binaların və s. tikintisində
çalışırdılar. Qədim Misirdə dövri olaraq əhalinin siyahıya alınması
keçirilirdi ki, bunda da məqsəd əmək mükəlləfiyyətinin bölüşdürülməsi
idi. Hər bir kəndli ilin müəyyən dövrünü Firon və məbədlərə məxsus əkin
sahələrində, suvarma sistemlərinin, piramida və məbədlərin tikintisində
işləməli idi. Dövlət mükəlləfiyyəti bütün əhaliyə şamil edilirdi. şlərin
yerinə yetirilməsinə xüsusi məmurlar – “insan sayanlar”, yaxud “insan
sayğacları” nəzarət edirdilər.
Ümumiyyətlə, nəinki qədim Misir, eləcə də əksər Qədim Şərq
dövlətləri üçün iqtisadiyyatın yüksək səviyyəli mərkəzləşdirilməsi
xarakterik hal idi;
stehsal edilmiş məhsulun əsas kütləsi
mərkəzləşdirilmiş şəkildə bölüşdürüldü.
Məmurlar məhsulun həcminin və heyvanların baş sayının uçotunu
aparırdılar; irriqasiya sistemləri və obyektlərin tikintisində çalışan icma
üzvləri müxtəlif alətləri və qida rasionunu dövlət xəzinəsindən alırdılar.
Bu ölkələrdə irriqasiya sistemlərinin idarə olunması ifrat
mərkəzləşdirilmiş və despotik xarakter daşıyırdı.
“Asiya istehsal üsulu”nun qeyd edilən əksər xüsusiyyətləri çox
uzun tarixi proses ərzində mövcud olmuşdur. Qədim Şərqdə cəmiyyətin
çox ciddi iyerarxik quruluşu formalaşmışdır. Qədim Misirdə hakimiyyət
və mülkiyyət üzvi vahidlik halında mövcud olmuşdur. Sosial mövqe,
sərvətə sahib olmanın yeganə yolu hökmdara (Firona) yaxınlıqdan
keçirdi.
Əkinçinin vəziyyəti də təsərrüfatın dövlət xarakteri ilə
müəyyənləşirdi: əkinçi öz evində yaşayır və təsərrüfatını idarə edirdi.
Lakin əkin üçün toxumu, yer şumlamaq üçün işçi heyvanları müvəqqəti
olaraq dövlətdən alırdı. stehsal edilmiş məhsul bütünlükdə dövlətin
sərəncamına keçir və bu məhsuldan əkinçiyə yalnız ailəsinin tələbatı
həcmində pay ayrılırdı.Əsas hissə isə dövlət anbarlarına təhvil verilirdi.
Qədim Misirdə sənətkarlıq da mərkəzi xarakter daşıyırdı. Misirlilər
tuncdan əsasən bəzək şeyləri düzəldirdilər. Əmək alətlərinin
hazırlanmasında isə istifadə olunmurdu. Qədim Misir tarixinin sonunda
dəmir meydana çıxdı ki, onu da ilkin vaxtlarda qiymətli metal hesab
etdilər. Ayrı-ayrı sənətkarlardan başqa detallar üzrə əmək bölgüsünə
əsaslanan iri dövlət müəssisələri də fəaliyyət göstərirdi.
Dünya iqtisadiyyatının tarixi
166
Təsərrüfatın inkişafı Cənubi Misirdə heyvanlarla, Şimalda isə
taxılla ticarətin artımına güclü impuls vermişdir. Kiçik Asiyadan
qurğuşun və digər metalları, Kiprdən isə mis alırdılar. Varlanmış tacirlər
sələmçiliklə məşğul olmağa başlamışlar. qtisadiyyatın tam şəkildə
dövlət mülkiyyətinə alınması, ictimai həyatın total reqlamentləşdirilməsi,
bürokratiyanın qərarlaşması, əslində Qədim Şərq cəmiyyətlərinin
hamısına xas olan bir cəhətlə - hər şeydə sabitliyə nail olma (iqtisadi,
sosial-mədəni və siyasi həyatda) istəyi ilə bağlı olmuşdur. cmasız hər
hansı bir ailənin mövcudluğu mümkün olmadığı kimi, dövlətsiz də
icmanın yaşaya bilməməsi situasiyası formalaşmışdır.
Sabitliyə canatmanın ifratçı təzahürü yekun etibarı ilə staqnasiyaya
gətirib çıxardı. Yəni, iqtisadiyyat inkişafdan dayandı, eyni forma və
münasibətlərin təkrar istehsalı müşahidə edilməyə başlandı.
§ 5.6.3. Qə dim Çinin iqtisadiyyatı
Qədim Çin b.e.ə. 5-3 minilliklərdə Xyanxe çayı hövzəsində neolit
mədəniyyəti bazasında formalaşmışdır.
Xyanxe hövzəsi qədim Çin sivilizasiyasının formalaşdığı əsas ərazi
idi. Uzun dövr ərzində sözügedən ərazi nisbi təcridlik şəraitində inkişaf
etmişdir. Yalnız b.e.ə. 1-ci minilliyin ortalarından ərazinin genişlənməsi
prosesi əvvəlcə Yanzı hövzəsi, sonralar isə cənuba doğru start
götürmüşdür.
Çin sivilizasiyasının əsas xüsusiyyəti daha çox təbii şəraitin
spesifikliyi ilə səciyyələnir. Belə ki, Qədim Misir və Şumer
sivilizasiyalarından fərqli olaraq Çin sivilizasiyası daha az əlverişli olan
şəraitdə formalaşmışdır ki, bu da dövlətin yaranmasının daha gec (Qədim
Şərqlə müqayisədə) baş tutmasına səbəb olmuşdur. Eyni zamanda,
yuxarıda qeyd etdiyimiz kimi, Çinin təcrid olunması amili də az
əhəmiyyətli olmamışdır.
Təxminlərə görə, Çin b.e.ə. II minilliyin ikinci yarısına qədər digər
sivilizasiyalardan təcrid olunmuş halda inkişaf etmişdir. Qədim Çin
sivilizasiyasının ilkin ocaqlarının qeyri-suvanma tipli olması, onu
“hidravlik” cəmiyyətlərdən – Qədim Misir, Qədim Mesopotamiya,
Qədim Hindistan - əhəmiyyətli dərəcədə fərqləndirirdi. Qədim Çində
suvarma sistemləri yalnız b.e.ə. 1-ci minilliyin ortalarından etibarən
yaranmağa başlamışdır. Ümumiyyətlə, Çinin tarixində Konfutsinin
traktatları əhəmiyyətli rol oynamışdır.
Dünya iqtisadiyyatının tarixi
167
Çin tarixi ənənəvi olaraq Şan dövlətindən – 5 əfsanəvi
imperatordan başlanır. Bu dövr Çin tarixində müdriklik, ədalət və
xeyirxahlığın qızıl əsri adlanır.
Neolit epoxasının sonunda (b.e.ə.II minillik) Xuanxe hövzəsində
şəhər-dövlətlər yaranır. Bunların sırasında inkişaf etmiş tunc
mədəniyyətinə malik olan Şan-in (“Böyük şəhər Şan”) xüsusilə seçilirdi.
Şan-in epoxası üçün yüksək keyfiyyətli tunc döyüş texnikası, məişət
əşyaları, zərgərlik məmulatları xarakterik olmuşdur. Bir sıra tədqiqatçılar
belə bir mövqedədirlər ki, Çin sivilizasiyasının genezisində b.e.ə. II
minilliyin ortalarında Orta Asiyaya miqrasiya etmiş hindavropa tayfaları
əhəmiyyətli rol oynamışlar.
B.e.ə. XIII-XII əsrlərdə Şan şəhər –dövlətinin siyasi strukturu üç
qeyri-bərabər hissədən ibarət olmuşdur:
1. Daxili zona: hökmdarın (Vanın) və onun mərkəzi icra aparatının
birbaşa nəzarətində olan ərazi;
2. Ara zonası: paytaxtı əhatə edən yerli hökmdarlar tərəfindən
(Vana tabe olan) idarə olunan çoxsaylı regional bölmələr;
3. Xarici zona: müxtəlif tayfaların yaşadığı ərazilər. Bu tayfaların
rəhbərləri Vanın avtoritetini qəbul edir, lakin ondan asılı olmadan –
müstəqil fəaliyyət göstərirdilər.
Şan dövlətinin yerinə b.e.ə 1027-771-ci illərdə Qərbi Çjou dövləti
gəlir. Bu dövlət kifayət qədər böyük olsa da, dayanıqlı deyildi.
Bu dövr dövlətin etnik müxtəlifliyi və möhkəm iqtisadi, ictimai-
siyasi əlaqələrin yoxluğu ilə səciyyələnir. darəetmə sferasına əkinçilik
təsərrüfatlarının birgə işlənən sahələri, sənətkarlıq və tikinti, vergi və
töycülərin alınması, məhkəmə və s. daxil idi.
Torpaq üzərində mülkiyyət hökmdara, onun yaxın ətrafına,
məmurlara məxsus idi.
Onların hər birinin tam hakimiyyəti altında olan torpaq payı (udel)
vardı. B.e.ə. VIII əsrdən başlanan ölkədaxili siyasi kataklizmlər daha az
ərazini əhatə edən Şərqi Çjou dövlətinin və çoxlu sayda müstəqil
çarlıqların yaranmasına gətirib çıxardı.
Marksizmin feodalizm adlandırdığı formasiya Çində, orta əsrlər
Avropasından fərqli olaraq sosial-iqtisadi deyil, sosial-siyasi xarakter
daşımışdır (yəni iqtisadi mexanizmlərə yox, münasibət və tabeçilik
sisteminə əsaslanırdı).
Qərbi Çjou üçün bir pilləli, Şərqi Çjou üçün isə çoxpilləli
iyerarxiya xas idi: Hökmdarlar; formal vassal asılılığında olanlar (torpaq
payları – udelləri olanlar) – udellərin muxtar hökmdarları; Xidmətçi Şilər
Dünya iqtisadiyyatının tarixi
168
(aşağı idarəetmə təbəqəsinə aid, titulları olmayan vassallar); Tsin DAFU
– titullu zadəganlar (mülkiyyəti olmayan, hərbidə xidmət edənlər). Bütün
pillələrdə “mənim vassalımın vassalı mənim vassalım deyil” tipli orta əsr
prinsipi hökmran idi.
Çin feodalizminin əsas cəhətlərinə aşağıdakıları aid etmək olar:
-
iyerarxiya normaları və vassal öhdəliklərinə dəqiq riayət
edilməsi;
-
Hakimiyyətə və vəzifələrə mümkün iddialarda klan
qohumluq dərəcəsinin nəzərə alınması;
-
Ağaya sadiqlik;
-
Döyüş meydanlarında, eləcə də vəzifə öhdəliklərində qəbul
edilmiş davranış qaydalarına əməl olunması;
-
Zadəganlığa pərəstiş, statusa uyğun olaraq etika
normalarının gözlənilməsi.
Ölkə daxili mübarizənin güclənməsi hökmdarların bir çoxunu
islahatlara başlamağa məcbur etdi:
-
Udellərin zəifləməsi və daxili administrasiyanın güclənməsi.
B.e.ə. VII-VI əsrlərdə udel yaratma praktikasına son
qoyuldu. Xidmətlərə görə şərti vəzifə mülkiyyətləri hədiyyə
edilməyə
başlandı.
Torpaq
bütünlüklə
hökmdarın
mülkiyyətinə keçdi. Uyezdlər yaradıldı və məmurlar
tərəfindən idarəedilməyə başlandı.
-
Nəsil elitasının zəifləməsi: Vəzifə və başlıca postlara
təyinatda klan qohumluğu əsas kimi götürülmüşdü. Vəzifə
pillələri ilə yüksəlmə birmənalı olaraq, şəxsi nailiyyətlərlə
müəyyənləşirdi. Əslində bunlar, mahiyyət etibarilə inzibati
bürokratik sistemin əks-feodallaşması idi.
B.e.ə V-III əsrlər Çin tarixinin “dəmir əsri” adlanır. Dəmirdən
istifadə
edilməyə
başlanması
sivilizasiyanın
inkişafına
güclü
stimullaşdırıcı təsir göstərmişdir:
- Yeni torpaqların dövriyyəyə qatılması;
- rriqasiya qurğularının sürətli artımı;
- Bazar üçün sənətkarlıq məmulatlarının hazırlanması;
- stehsalın həcminin sürətli artımı;
- Sənətkarlığın, ticarətin, kredit əməliyyatlarının, sələmçiliyin,
əmtəə-pul əlaqələrinin inkişafı;
- cmanın dağılmaqda davam etməsi (icarə, muzdlu əmək,
borcluların qula çevrilməsi, borca görə ailə üzvlərinin satılması);
- Qulların azsaylı olması və əsasən nökər kimi istifadəsi;
Dünya iqtisadiyyatının tarixi
169
- Silahların təkmilləşməsi;
- Müharibələrin xarakteri və miqyasının dəyişməsi.
Bu dövrdə 7 iri çarlıq yaranmışdır: Bey, Çjao, Xan, Tsin, Tsin Yan,
Çu. Ən radikal islahatlar Tsin çarlığında (b.e.ə. IV əsrdə - Şan Yan)
aparılırdı:
I.
cma
torpaqlarından
istifadənin
ciddi
şəkildə
reqlamentləşdirilməsi:
- Böyük ailələr daha kiçik ailələrə bölünməli və onların hər birinin
özünəməxsus təsərrüfatı yaradılmalıdır;
- Qarşılıqlı əlaqə sistemi: 5-lik və 10-luqlarda birləşmələr, bir-
birinə nəzarət və qarşılıqlı cavabdehlik;
- Digər çarlıqlardan olan immiqrantların əlverişli şərtlərlə Tsin
torpaqlarında işə cəlb edilməsi (əsas məqsəd tsinlərin orduda
xidmət üçün işdən ayrılmasıdır).
- Hərbi sferada islahatlar; Hərbçilərin nüfuzunun artırılması;
- Varlanmış mülkiyyətçilərin dövlət nəzarətinə alınması;
slahatların növbəti dalğası b.e.ə. 350 ildən başlanır:
- Ölkə-məmurlar tərəfindən idarəolunan uyezdlərə bölünür;
- Olçü və çəki sistemlərinin unifikasiyası aparılır;
- Torpaq payları kəndlilərə verilir.
slahatların nəticəsində iqtisadiyyatın və sosial münasibətlərin
inkişaf tempi hissediləcək dərəcədə yüksəlmişdir.
B.e.ə. VII əsrdən aparılan islahat isə mərkəzi hakimiyyətin
güclənməsinə, Çinin birləşməsi və imperiyaya çevrilməsinə səbəb
olmuşdur.
Bu proses b.e.ə. 221 ildə başa çatdı və Tsin imperiyası yarandı.
Sosial-iqtisadi həyatda və idarəetmə sistemində ardıcıl olaraq islahatlar
həyata keçirilməyə başlandı. Böyük Çin səddi də məhz həmin dövrün
məhsuludur.
Dostları ilə paylaş: |