§7.2. Erkən və klassik orta əsrlərin “istehsal iqtisadiyyatı”
Erkən və klassik orta əsrlərin “istehsal” iqtisadiyyatı iqtisadi
həyatın sabitliyi ilə səciyyələnirdi. Aqrar cəmiyyətdən əxz edilmiş
“ənənəviçilik” yalnız yaşayış minimumu səviyyəsində (sadə təkrar
istehsal çərçivəsində) nemətlərin əldə olumasını, ənənəvi istehlak tipinin
davam etməsini saxlayırdı. Natural təsərrüfat çərçivəsində istehlaka
yönəlik tələbin həcmi kifayət qədər aşağı idi. ndustrializməqədərki
dövrdə əhalinin böyük hissəsi gəlirlərinin yarıdan çoxunu qida
məhsullarının əldə olunmasına yönəldirdi. Qida rasionunun strukturu
həm ayrı-ayrı təbəqələr, həm də regionlar üzrə dəyişirdi. Bununla yanaşı,
yaşayış minimumunun sərhədlərini (informasiyanın yoxluğu ucbatından)
dəqiqləşdirmək mümkün deyil.
Bir sözlə, sözügedən dövrdə “mənfəət” nəinki fəaliyyətin elementi,
heç anlayış şəklində də işlədilmirdi.
Əməyə münasibətdə iki məqam fərqləndirilirdi: “Əmək” (qulların
əməyi) və “iş” (sənətkarların əməyi). Təsərrüfat mədəniyyəti yalnız XV
əsrdən başlayaraq iqtisadi, sosial və mədəni proseslərin təsiri altında
Dünya iqtisadiyyatının tarixi
195
dəyişməyə başlamış, son orta əsrlərdə (XV-XVIII) dəyişiklik prosesi
əhəmiyyətli dərəcədə intensivləşmişdir.
Bir sıra tədqiqatçıların qənaətinə görə, XII əsrdə Çindən hərəkətə
keçən iqtisadi konyunkturanın böyük tsiklləri məhz bu yarmarkalara
yönəlirdi. XIV-XV əsrlərdə yarmarkalar əvvəlki mövqelərini itirməyə
başlayır. Avropa ticarətinin əsas mərkəzi kimi Brüqqe (Flandriya)
ortalığa çıxır. Sosial-iqtisadi və siyasi situasiyanın pisləşməsi tacirlərin
adekvat reaksiya verməsini tələb edirdi. Bununla əlaqədar olaraq, öz
mənafelərini qorumağa çalışan tacirlər müxtəlif gildiyalar və qanzalar
(şəhərlərarası ittifaq) yaradırdılar. Bunların içərisində tacirlərin ticarət-
siyasi ittifaqı kimi yaradılmış və 170 şəhəri əhatə edən Qanza ittifaqı
xüsusi yer tuturdu. Bu ittifaq XII əsrdən XVII əsrə qədər fəaliyyətdə
olmuşdur. ttifaq Şimali Avropa ticarəti üzərində inhisar imtiyazlarına
malik olmuş, özünün ticarət donanması və xaricdə ticarət koloniyaları
mövcud idi.
Yeni ticarət yollarının axtarışı böyük coğrafi kəşflərə gətirib
çıxardı. Yeni bazarlara çıxış, öz növbəsində orta əsr Avropa
iqtisadiyyatının güclü inkişafına təkan vermiş oldu.
“ stehsal” iqtisadiyyatının orta əsrlər dövrü marksist yanaşma
çərçivəsində feodalizm ictimai-iqtisadi formasiyası adlanır.
Cə dvə l 7.1
Feodalizmin tarixi dövrlə nmə si
Feodalizm – yeganə inkişaf mərhələsidir ki, bu mərhələni demək
olar əksər ölkələr keçmişlər. Lakin feodal təsərrüfat tipinin formalaşması
Orta ə srlə r
Xronoloji çə rçivə
Mə rhə lə nin mə zmunu
Qərb
Şərq
1. Erkən orta
əsrlər
V-XI
əsrlər
II-XI
əsrlər
Çoxukladlı iqtisadiyyat şəraitində
feodal münasibətlərinin qərarlaşması,
iri torpaq mülkiyyətçiliyinin
formalaşması;
2. Klassik orta
əsrlər
XI-XV
əsrlər
XI-XVI
əsrlər
Kənd təsərrüfatında və sənətkarlıqda
əmək məhsuldarlığının yüksəlişi,
əhalinin əhəmiyyətli artımı, ticarət-
sənətkarlıq mərkəzləri kimi şəhərlərin
inkişafı;
3. Son orta əsrlər
XVI-XVIII
əsrlər
XVIII-XIX
əsrlər
Feodalizmin tədricən dağılması və
kapitalizm elementlərinin yaranması;
ilkin kapital yığımı;
Dünya iqtisadiyyatının tarixi
196
müxtəlif məzmunlu bir proses kimi mövcud olmuşdur. Belə ki, bir qrup
ölkələr birbaşa ibtidai-icma dövründən, bəziləri quldarlıqdan, digərləri
isə “Asiya” təsərrüfatçılıq modelindən feodalizmə keçmişlər. Başqa
sözlə, feodalizmin qərarlaşması iki yolla getmişdir:
1.Sintez yolu ilə (yəni, quldarlıq elementlərindən törəyərək);
2.Təkamül yolu ilə (yəni, barbarlıq mərhələsindən qaynaqlanaraq).
Feodalizmin
qərarlaşdığı
dövr
“istehsal”
iqtisadiyyatının
bazaraqədərki genezisinin birinci dövrüdür. Bu dövrün əsas xarakterik
xüsusiyyətləri sırasına aşağıdakıları aid etmək olar:
1.Natural təsərrüfat (“qapalı”) – istehsal edilmiş məhsul istehsal
yerində də istehlak olunur. Yəni istehsalçı öz tələbatını ödəmək üçün
məhsul istehsal edir. stehsal və istehlak həmin təsərrüfatın çərçivəsindən
kənara çıxmır.
2. Mübadilə - “mənimsəmə” iqtisadiyyatına xas olan mahiyyətdə
həyata keçirilir.
3. Əmtəə istehsalı yoxdur.
4.
Bazar yoxdur.
Təbiidir ki, “yoxdur” ifadəsi mütləq məna daşımır. Həm mübadilə,
bazar, həm də əmtəə istehsalı mövcuddur və öz ehtiyacları üçün
istehsalla müqayisədə çox cüzi əhəmiyyət kəsb edirlər. Bir sözlə,
təsərrüfata təsiri ifrat səthi xarakter daşıyır. Sonrakı – bazar
mərhələsindən fərqli olaraq, qeyd olunanlar həmin dövrün əlamətləri
sırasına daxil deyildir və ona görə də, sözügedən epoxanı – yəni “istehsal
iqtisadiyyatının”
erkən
formasını
natural
təsərrüfat
kimi
səciyyələndiririk. Qeyd edək ki, K.Blüxerin təsnifatında bu dövr “qapalı
ev təsərrüfatı” dövrü adlanır. Qeyd etmək lazımdır ki, təsərrüfat həyatının
dövrlər üzrə bölgüsünə yanaşmada elmi fikirdə müxtəlif baxışlar
mövcuddur. Yanaşma müxtəlifliyini qruplaşdırılmış şəkildə aşağıdakı
kimi ifadə etmək olar:
1.
Təsərrüfat həyatının konkret dövrlərə bölünməsinə ehtiyac
yoxdur. Belə ki, bu və ya digər hadisə, yaxud proses bütün
dövrlərdə mövcud olmuşdur. Məsələn, natural və mübadilə
təsərrüfatı (bazar) həm erkən, həm də son orta əsrlərdə paralel
şəkildə fəaliyyət göstərmişlər. Əlbəttə, bu cür baxışla
razılaşmaq mümkün deyildir. Ona görə ki, əvvəla qeyd edilən
yanaşmanın daxili məntiqinə istinadla təsərrüfat həyatının
gedişi prosesini anlamaq mümkünsüzdür; kincisi, dövrlənmədə
əsas aksept hökmran mövqedə olan təsərrüfat tipinin üzərinə
düşür. Bu anlamda, erkən orta əsrlərdə natural təsərrüfat aparıcı
Dünya iqtisadiyyatının tarixi
197
rola malik olmuşdur (mübadilə aktları isə daha çox istisna
xarakteri daşımışdır). Onların mahiyyətcə eyniləşdirilməsi təbii
ki, qəbul edilə bilməz.
2.
K.Blüxerin təsnifatına (“qapalı ev təsərrüfatı”) müxtəlif
məzmunlu əlavələr edilir:
- Erkən orta əsrlər üçün ticarətin rolunun daha qabarıq
şəkildə ifadə olunması zərurəti; “qapalı ev təsərrüfatı” ideal
təsərrüfat tipi kimi səciyyələndirilir və qeyd olunur ki, həyat
(iqtisadi) bu tipə yalnız yaxınlaşır, yəni onun tam şəkildə
oturuşması ola bilməz.
- Başqa bir yanaşmaya görə təsərrüfat vahidlərinin
mübadilədən mümkün çərçivədə asılı olmağa can atması
erkən orta əsrlərin xarakterik cəhəti hesab olunur. Bununla
yanaşı, göstərilir ki, ilkin tələbat malları ilə ticarət mövcud
olmuşdur, belə ki, bunsuz bəzi ərazilərdə ümumiyyətlə,
təsərrüfat mövcud ola bilməzdi.
3.
K.Blüxerin təsnifatını inkar edən yanaşmalar. Məsələn,
V.Zombart belə bir mövqedə olmuş, lakin mahiyyətcə eyni fikri
(başqa ifadələrlə) ifadə etmişdir.
Klassik orta əsrlər “istehsal” iqtisadiyyatının bazaraqədərki ikinci
mərhələsidir. Bu dövr sadə əmtəə təsərrüfatı, yaxud şəhər təsərrüfatı
dövrü kimi də səciyyələnə bilər. Dövrün əsas xarakterik cəhətlərindən
biri ondan ibarətdir ki, ölkədaxili iqtisadi subyektlərin ayrıca bir
təsərrüfat kimi (“qapalı”) bölgüsü daha iri miqyasa – bütöv rayonlar,
ərazilər (mərkəz-şəhərlər olmaq etibarilə) - transfer edir. Belə geniş
miqyasda formalaşan təsərrüfat həyatı rəngarəngliyi ilə nəzər-diqqəti cəlb
edir. Müvafiq surətdə əmək bölgüsünün də miqyası genişlənir. Dəyişən
şərait, yəni təsərrüfat həyatının miqyas genişlənməsi mübadiləni zəruri
proses halına gətirmişdir ki, bu da şəhər əhalisinin ayrı-ayrı qrupları
arasında əlaqəni ayrıca təsərrüfat daxilində (erkən orta əsrlərdə) mövcud
olan əlaqələrdən kəskin surətdə fərqləndirmişdir.
Başqa sözlə, mübadilə - özünün real məzmununu kəsb etməyə
başlamışdır.
Şəhər bazarlarındakı birbaşa mübadilə bu dövrün əsas fərqləndirici
xüsusiyyəti hesab oluna bilər. Belə ki, bu halda təkcə şəhərdə fəaliyyət
göstərən sənətkar deyil, həmçinin də kəndlilər bazar üçün istehsal etməyə
başlamışdılar ki, bu da təsərrüfatın əvvəlki natural xarakterinin itirilməsi,
əmtəə təsərrüfatına keçməsi anlamında qəbul edilə bilər.
Dünya iqtisadiyyatının tarixi
198
Bununla yanaşı, söhbət heç də mütləq anlamda əmtəə təsərrüfatının
qərarlaşmasından getmir. Yenə də istehsalın böyük bir hissəsi daxili
istehlaka yönəldilir. Sadəcə olaraq müxtəlif növ vergilərin (rüsumların və
s.) pulla ödənilməsi zərurəti kəndlilərə məhsulun bir hissəsini satışa
çıxarmaq məcburiyyəti yaradır. Eyni zamanda, açıq şəkildə müşahidə
etmək mümkündür ki, sözügedən mübadilə təsərrüfatı pul təsərrüfatı kimi
də təzahür edir. Şəhərdaxili və ətraf kəndlərlə mübadilə üstün xarakter
daşımaqla, şəhərlər, eləcə də ölkələrarası müstəviyə keçir.
Bu əlaqələrin mühümlüyü heç də əksər ərazilərdə (şəhərlərdə)
bərabər səviyyəli olmamışdır. Belə ki, bəzi şəhərlər böyük ticarət
mərkəzlərinə çevrildiyi halda, digərləri üçün ticarət o qədər də
əhəmiyyətli rol oynanamışdır.
Həmçinin, qeyd edilməlidir ki, ticarətin obyekti kimi yalnız
müəyyən mal qrupu çıxış edirdi. Digər məmulatlar bu sferaya daxil
edilməmişdir. Yerli mübadilə birbaşa (istehsalçı→istehlakçı) yolla
aparılırdısa, şəhərlər və ölkələrarası mübadilə vasitəçilər tərəfindən
həyata keçirilirdi ki, bu da ticarət kapitalının, eyni zamanda ilkin formada
ssuda kapitalının meydana gəlməsini şərtləndirirdi. Ticarət və ssuda
kapitalının meydana çıxması yalnız bir sıra şəhərlərdə müşahidə edilirdi.
Əksər ərazilərdə isə sadə əmtəə təsərrüfatı hökmran mövqedə qalmaqda
idi. Həmçinin, kapitalın hər iki formasının meydana çıxdığı ərazilərdə də,
ticarət və kredit istisna olmaqla, istehsalın əvvəlki forması saxlanılırdı.
Son orta əsrlərdə formalaşmış iqtisadi situasiyanın birmənalı
qiymətləndirilməsi problemi bu gün də öz aktuallığını saxlamaqdadır.
Hələ K.Marks yazırdı ki, “.... Kapitalist təsərrüfatı (əmtəə təsərrüfatı-
Ə.B.) XIV-XV əsrlərdə Aralıq dənizi hövzəsində yerləşən ölkələrdə
meydana gəlməyə başlamışdır”. Lakin onun fikrincə, kapitalizm yalnız
XVI əsrdən formalaşmağa başlamışdır. Eyni zamanda, göstərirdi ki, orta
əsrlərdə yaranan ticarət və ssuda kapitalının sənaye kapitalina
çevrilməsini əngəlləyən başlıca maneə feodal quruluşu olmuşdur.
B.Qilderband orta əsrlərin əsas xüsusiyyətini çoxlu sayda “qapalı”
təsərrüfat vahidlərinin mövcudluğunda görürdü. Şenberq isə qeyd edirdi
ki, orta əsrlərdə xalq təsərrüfatı olmayıbdır. Yalnız xüsusi “qapalı”
təsərrüfat orqanizmi kimi şəhər təsərrüfatları mövcud idi.
Öz çərçivəsində qapanmağa canatmanı Şmoller şəhərlərin əsas
xüsusiyyətlərindən biri hesab edirdi. Eyni zamanda, göstərirdi ki, şəhərlər
bütün vasitələrdən istifadə etməklə iqtisadi və siyasi təsirini ətraf
ərazilərə yaymağa çalışırdılar. Blüxerə görə isə erkən orta əsrlərin qapalı
Dünya iqtisadiyyatının tarixi
199
ev təsərrüfatı dövrü şəhər təsərrüfatı dövrü ilə, yəni birbaşa mübadilə,
birbaşa istehlakçıya yönəlmiş istehsal dövrü ilə əvəzlənir.
Beləliklə, hər bir şəhər öz ətrafı ilə birlikdə avtonom təsərrüfat
vahidinə çevrilir. qtisadi həyat müəyyən edilmiş qaydalar əsasında
(həmin çərçivədə) öz axarı ilə gedir.
Əksər tədqiqatçılar sözügedən dövrün əsas mahiyyətinə yanaşmada
yekdil mövqedən çıxış edirlər:
1.
istehsalın böyük hissəsi təsərrüfatın çərçivəsindən kənara
çıxmır.
2.
yalnız cuzi bir hissəsi mübadilə yolu ilə digər təsərrüfatlara
keçir. Bu keçid çox qısa yolla: stehsalçıdan istehlakçıya doğru
yönəlir.
3.
əmtəə dövriyyəsi yoxdur (sistem olmaq etibarilə). Yalnız bəzi
məhsullar əmtəəyə çevrilə, pul forması ala bilirlər. Amma
birbaşa mübadilə sistemindən istisna olaraq ayrılır və bütövlük -
təsərrüfat tipinə xas olmayan element kimi çıxış edir.
Bəzi tədqiqatçılar qeyd edilən yanaşmanın müəyyən düzəlişlərlə
qəbul edilməsinin tərəfdarı kimi çıxış edirlər. Məsələn, bir yanaşmaya
görə xaç yürüşləri dövrü və orta əsrlərin sonuncu yüzillikləri şəhər
təsərrüfat dövrü kimi xarakterizə olunur, lakin bu dövrün qədim
epoxadan müasir dövrə yönəlik təsərrüfatın inkişafında orta pillə
keyfiyyətində qəbulunu mümkünsüz hesab edir. Belə ki, şəhər təsərrüfatı
orta əsr mədəniyyətinin inkişafında hadisə kimi nəzərdən keçirilməlidir.
Eyni zamanda, şəhərdaxili müstəvidə həyata keçirilən mübadiləni
istisnasız olaraq hərəkət keyfiyyətində anlamaq olmaz. Digər tədqiqatçı
(Belov) isə Blüxerə etiraz edərək göstərir ki, ticarəti – birbaşa
mübadilənin istisna halı kimi səciyyələndirmək olmaz.
V.Zombart isə ümumiyyətlə, şəhər təsərrüfatı anlayışını sənətkarlıq
sistemi anlayışı ilə əvəz etməyə çağırır. O hesab edirdi ki, ticarətçilərin
özü də sənətkar olmuşlar. O, eyni zamanda, orta əsrlər ticarətinin rolunu
əhəmiyyətli dərəcədə yüksəltməyi yanlışlıq hesab edirdi.
Ümumiyyətlə, marksist anlamda feodalizmin əsas xarakterik
xüsusiyyətləri kimi aşağıdakıları göstərmək olar:
1.
iri torpaq mülkiyyətinin hökmranlığı;
2.
kəndlilərin xüsusi statusu: torpaq üzərində mülkiyyətə malik
deyildirlər, lakin ondan istifadə edirdilər (müxtəlif şərtlərlə) və
hətta, istifadədə olan torpaq payının irsi keçməsi də mövcud
olmuşdur!
Dünya iqtisadiyyatının tarixi
200
3.
kəndlilərə qarşı qeyri-iqtisadi məcburetmənin müxtəlif
formalarının tətbiqi;
4.
natural təsərrüfatın hökmranlığı şəraitində aqrar sektorun ticarət
və sənayedən üstünlüyü;
5.
texnikanın və biliklərin ifrat aşağı səviyyəsi.
Feodal mülkiyyətin təkamülü həmin dövr iqtisadiyyatının inkişafı
baxımından mühüm əhəmiyyət kəsb edirdi. Əsas fərqləndirici xüsusiyyət
ondan ibarət idi ki, mülkiyyət xüsusi olsa da, mütləq anlam kəsb etmir və
müəyyən şərtiliyi özündə əks etdirirdi. Hər bir iri feodal hərbi xidmət
keçmək müqabilində kiçik feodallara müəyyən torpaq payı verirdi. Bu da
xüsusi
sistemin
–
feodal-təbəqələşmə
iyerarxiyasının
(vassal
münasibətlərinə istinadla) yaranmasına gətirib çıxarmışdır. Feodal rentası
– mülkiyyətin realizasiyasının əsas iqtisadi forması kimi çıxış edirdi.
Ümumiyyətlə, feodal rentasının 3 növü tətbiq olunurdu:
Biyar, ərzaq (natural sapalaq) və pul.
Feodalizmin
sosial-siyasi
spesifikasının
əsas
cəhətləri
aşağıdakılardan ibarət olmuşdur:
1.
Cəmiyyətin təbəqəli xarakteri;
2.
yerarxik struktur;
3.
Korporativ qurumların geniş yayılması;
4.
Dini dünyagörüşünün hökmranlığı.
Avropa – feodal cəmiyyətinin göstərilən cəhətlər üzrə mahiyyətini
anlamaq baxımından klassik nümunə kimi götürülə bilər.
Dünya iqtisadiyyatının tarixi
201
Cə dvə l 7.2
Avropa feodal cə miyyə ti (XI-XV ə srlə r)
yerarxiya
Zümrə lə r
Siniflə r
Korporativ
quruluş
Ali
səviyyə:
(suveren)
vassalitet
1-ci səviyyə:
suveren-
vassallar
2-ci səviyyə:
suveren-
vassallar
3-cü səviyyə:
vassallar
Monarx
(imperator,
çar, kral və s.)
Hersoq, qraf,
lord, knyaz,
ali ruhanilər
Baron, markiz,
vikont, orta
kilsə iyerarxi-
yası.
Rıtsar,
sevalye,
zadəgan
1-ci zümrə: -
zadəganlar
2-ci
zümrə:-
ruhanilər
3-cü zümrə:
şəhərlilər,
ticarətçilər,
maliyyəçilər,
azad kəndlilər.
Əsas
siniflər:
-feodallar
-kəndlilər
Qeyri-əsas
olanlar:
-sənətkarlar;
-tacir
və
maliyyəçilər;
-fəhlələr
-Rıtsar ordeni;
-Monarx
ordeni;
-Tacir
gildiyası;
-Tacir
kompaniyası;
-Sexlər;
-hüquqşünas
qildiyası;
-həkim
qildiyası;
-qardaşlıq;
-yerliçilik;
XI əsrdən başlayaraq şəhərlərin iqtisadi əhəmiyyəti sürətlə artmağa
başladı. Qeyd edilən yüksəliş əsasən 2 amillə şərtlənir:
1.
feodal asılılığından azadolma (şəhərlərin özünəməxsus silahlı
müdafiə dəstələri yaranmışdır).
2.
feodalın təsir dairəsindən kənarda azad bazar, azad ticarətin
mövcudluğu.
Orta əsrlər Avropasının şəhərləri sənətkarlıq, ticarət və kredir
mərkəzləri kimi çıxış edirdilər. Orta əsr Qərbi Avropa şəhərlərinin
inkişaf genezisi 3 mərhələdən keçmişdir:
1.
Erkən orta əsrlər (V-X əsrlər) – bütün iqtisadi proseslər
kənd yerlərində cəmləşib. Sənətkarlıq kənd təsərrüfatı
əməyi ilə uyğunlaşdırılıbdır.
Şəhərlər – inzibati və dini mərkəzlər rolunda çıxş edirlər;
Dünya iqtisadiyyatının tarixi
202
5.
Klassik orta əsrlər (XI-XV əsrlər) - əvvəlki dövrlərdə mövcud
olmuş şəhərlər dirçəlməyə başlayır, yeni şəhərlər yaranır. XI-
XIII əsr səlib yürüşləri şəhərlərin inkişafında xüsusi rol
oynayırlar.
Şəhərlər – təkcə siyasi və dini deyil, həmçinin iqtisadi və
mədəni mərkəzlərə çevrilirlər.
6.
Son orta əsrlər – “kommunal” inqilablar və şəhərlərin feodal
asılılığından azad olması. Şəhər – respublikalar yaranmağa
başlayır (Şımali taliyada → Milan, Genuya, Florensiya,
Venesiya; Almaniyada → Hamburq, Nyünberq, Strasburq;
Fransada → Paris, Orlean; ngiltərədə →London).
Orta əsrlər Qərbi Avropa şəhərləri iqtisadi həyatın strukturu və
tərkibi baxımından özünəməxsus xüsusiyyətlərə malik olmuşlar:
1.
Orta əsr şəhərləri azsaylı yaşayış məskənləri kimi fəaliyyət
göstərirdilər. Məsələn, Almaniyada kiçik şəhərlərin əhalisi 1-5 min nəfər,
iri şəhərlərin isə 25-35 min nəfər arasında dəyişirdi.
2.
Şəhərin özünəməxsus hüquqları var idi:
- Bazar;
- Müdafiəolunma;
- Şəhərin idarəedilməsi;
- Feodal öhdəliklərindən azadolma.
3.
Əsas siniflərə burjuaziya, tacirlər və sələmçilər, sənətkarlar aid
idi.
4.
Sənətkarlığın təşkili; Sexlər – sənətkarların istehsal
texnologiyaları və öz hüquqlarının mühafizəsi məqsədi ilə peşə yaxud
ixtisas üzrə yaradılmış birlik forması olmaqla ciddi şəkildə
reqlamentləşdirilmiş ierarxik struktura və qaydalar sisteminə malik idilər.
Sexin hər bir üzvü bu qaydalara və reqlamentə əməl etmək
məcburiyyətində olmuşdur. yerarxik struktur 3 təbəqəyə bölünürdü:
Ustalar (tamhüquqlu üzvlər); usta köməkçiləri və şagirdlər. Sex – şura
(ağsaqqallar) tərəfindən idarə olunurdu. Sexdaxili əmək bölgüsü
aparılmamışdır.
stehsalın həcmi məhsulun keyfiyyəti, işçilərin sayı, iş vaxtı ciddi
surətdə reqlamentləşdirilmişdir. Sənətkarlararası qardaşlıq münasibətləri
formalaşmışdır. Əsas fəaliyyət sferasına toxuculuq-tikiş, metal emalı və
silah istehsalı daxil idi.
Sənətkarlıq sexlərinin təsir dairəsi aşağıdakıları əhatə etmişdir:
Dünya iqtisadiyyatının tarixi
203
1.
xüsusi mülkiyyətin dəqiq sərhədlərinin müəyyənləşdirilməsi,
mühafisəzi və inkişafı;
2.
istehsal texnologiyalarının qorunub saxlanılması və inkişafı;
3.
qarşılıqlı yardımın inkişafı;
4.
kooperasiyanın təşəkkülü;
5.
xarici rəqabətdən mühafizə;
6.
sənətkarlığın feodal hakimiyyətindən asılı olmaması.
Ticarətin təşkili aşağıdakıları özündə ehtiva edirdi:
1.
Şəhər bazarları, ticarət, əmtəələrin satış qaydaları (“qanunlar”),
nəzarət.
2.
Yarmarkalar.
3.
Tacir və sənətkarların gildiyaları.
Gildiya – müəyyən peşəkar fəaliyyətlə məşğul olan insanların
birliyidir.
Gildiyalar inkişaf etdikcə siyasi və iqtisadi həyata daha güclü təsir
göstərirdilər.
Sözügedən qurum bir sıra məsələlərin həllinə imkan verirdi:
1.
feodal hakimiyyətinə qarşı mübarizə;
2.
siyasi təsir;
3.
ölçü və çəki vahidlərinin unifikasiyası;
4.
peşəkar fəaliyyətin inhisara alınması;
5.
rəqabət mübarizəsinin zəiflədilməsi;
6.
xüsusi mülkiyyət hüququnun qorunması.
lkin dövrlərdə sexlər və gildiyalar sənətkarlığın inkişafına fəal
surətdə təsir göstərmiş, lakin XIV əsrdən etibarən praktiki olaraq
tənəzzülə uğramışlar.
4. Ticarətin inkişafı və mühafizəsi üçün şəhərlərin ittifaqı; (Şimali
Almaniya və Baltikyanı hövzənin 100 yaxın şəhərini özündə birləşdirən
məşhur Qanza buna misal ola bilər).
5. Kreditin təşkili iki yönümlü xarakter daşımışdır:
1. sələmçilik;
2.bankların və kommersiya kreditinin (veksel dövriyyəsi)
yaranması. Yeni yaranışlar ilkin dövrlərdə Şimali
taliya
şəhərlərində - Genuya, Venesiya, Florensiya – müşahidə olmuşdur.
XI əsrdən başlayaraq iqtisadiyyat sabit şəkildə inkişaf edirdi:
Əhalinin sayı artır, aclıq və epidemiyalar artıq əvvəlki dövrlərdəki qədər
təhlükəli xarakter kəsb etmir, sənətkarlıq və incəsənət inkişaf edirdi.
Şəhər-dövlətlərin tərəqqisinə paralel olaraq feodalların mütləq
Dünya iqtisadiyyatının tarixi
204
hakimiyyəti də getdikcə güclənirdi. Feodal özbaşınalığı əhalinin
narazılığını daha da artırırdı. Kütləvi etirazlar (o dövrdə) “kommunal
inqilab” adını almışdır. lkin vaxtlarda bu etirazlar vergilərin azaldılması
tələbi ilə baş verirdisə, sonralar özünüidarəetmə hüququnun qəbulu
üzərinə keçmişdir. Bu məqsədlərə müxtəlif yollarla çatmağa can atırdılar:
1.
Feodallara qarşı silahlı mübarizə.
2.
Özünüidarəetmə hüququnun birdəfəlik akt kimi satınalınması.
3.
Daha güclü feodalın – imperator, kral-tabeliyinə keçid.
200 ilə yaxın bir müddətdə davam edən “kommunal inqilablar”
şəhərlərə bəzi uğurlar əldəetmə imkanı yaratmışdır;
1. Vahid verginin tətbiqi;
2. Asılı kəndli şəhərə köçəndən sonra azadlıq əldə edirdi (feodaldan
asılılığına son qoyulurdu).
3. Özünəməxsus şəhər vergilərini təyinetmə hüququ;
4. Öz sərəncamında olan maliyyə vəsaitlərindən sərbəst
istifadəetmə hüququ;
5. Yalnız şəhər özünüidarə hakimiyyətinə tabe olan döyüşçülərin
muzdla tutulması hüququ;
6. Şəhərin idarəedilməsinin sərbəst seçim yolu ilə (şəhər rəhbərinin
seçilməsi) həyata keçirilməsi
7. Yalnız şəhərin özünüidarəetmə hakimiyyətinə tabe olan
məhkəmələrin formalaşdırılması və qanunların qəbulu, “Kommunal
inqilablar” sırf iqtisadi anlamda feodal asılılığında olmayan azad
bazarların və ticarətin formalaşmasına, şəhərlərin iqtisadi əhəmiyyətinin
yüksəlməsinə müsbət təsir göstərmişdir.
Qeyd edilən dövrdən (XI əsr) başlayaraq Qərbi Avropanın inkişaf
yoluna qədəm qoyması xarici aləmə münasibətdə də müəyyən
dəyişikliklərə səbəb olmuşdur.
Bu anlamda XI-XIII əsrlər ərzində həyata keçirilən səlib yürüşləri
xarakterik hal kimi qəbul edilə bilər.
Dostları ilə paylaş: |