AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə18/46
tarix26.02.2017
ölçüsü5,72 Mb.
#9662
1   ...   14   15   16   17   18   19   20   21   ...   46
§ 8.2.5. Sənaye inqilabı: mahiyyəti və əhəmiyyəti 

 

Sənaye  çevrilişi  mahiyyət  etibarı  ilə  elmi-texniki  inqilab  xarakteri 

daşımışdır.  Elmi-texniki  tərəqqinin  sürətlənməsi  (XVII-XVIII  əsrlər) 

sənayedə  manufakturadan  fabrikə  -  iri  maşınlı  sənayeyə  keçidin  əsas 

hərəkətverici  qüvvəsi  kimi  çıxış  etmişdir.  Sənaye  çevrilişi  ilk  dəfə 

ngiltərədə  (XVIII  əsrin  sonu)  baş  vermişdir.Qeyd  edilən  prosesin  əsas 

mərhələləri kimi aşağıdakıları göstərmək olar: 

1.

 



stehsalın  bir  sahəsində  tətbiq  olunan  maşın  zəncirvari 

reaksiya  kimi  digərlərində  də  tətbiq  zəruriliyini  ortalığa 

qoydu. 

2.

 



Mühərrikin təkmilləşməsi – buxar maşınlarının yaranması; 

3.

 



Sənayede  texniki  inqilab  nəqliyyatda  da  kardinal 

dəyişikliyə səbəb oldu (paravoz, paraxod). 

4.

 

stehsalın iri maşınlı müstəviyə keçidi maşınqayırmada da 



texniki dəyişiklik doğurdu (maşınların maşınla istehsalı). 

5.

 



ri 

maşınlı 


sənayenin 

inkişafı 

maşınların 

sadə 


kooperasiyasını  (eynicinsli  maşınların  tətbiqi)  maşınlar 

sisteminə (müxtəlif cinsli; qarşılıqlı tamamlayıcı  maşınlar 

kompleksinin tətbiqi) transfer etdi. 

Neolit  inqilabından  sonrakı  dövr  ərzində  sənaye  çevrilişinin 

gətirdiyi  iqtisadi,  siyasi,  sosial  dəyişikliklərə  bərabər  ikinci  bir  hadisə 

olmamışdır. Sənaye çevrilişi bütövlükdə ictimai münasibətlər sistemində 

kardinal  yeniləşməyə  səbəb  oldu.  Real  məzmunlu  bazar  iqtisadiyyatının 

formalaşması prosesi başa çatdı. 

Sənaye  inqilabı  “istehsal”  iqtisadiyyatının  inkişaf  prosesində  çox 

güclü təkan oldu. Bütövlükdə, Qərbi Avropada sənayeləşmə prosesi ilkin 

olaraq yüngül sənayenin iri maşınlı bazaya keçirilməsindən başlanmışdır. 

Belə  ki,  yüngül  sənaye  üçün  daha  az  avans  olunmuş  kapitala  ehtiyac 

duyulur. Digər tərəfdən, kapitalın dövriyyəsi sürətlənir. 

Ümumiyyətlə,  sənayeləşmə  bir  proses  olmaq  etibarilə  mütərəqqi 

xarakter daşıyırdı: 

1.Əmək məhsuldarlığı və texnikadan istifadə imkanları artır; 



Dünya iqtisadiyyatının tarixi 

 

 



218

                                                            

2.Şəhərlərin inkişafı sürətlənir; 

3. ri sənaye və nəqliyyat mərkəzləri yaranır; 

4.Real  məzmunlu  bazar  münasibətlərinin  qərarlaşması  prosesinə 

güclü təsir göstərir və s. 

Sənaye  inqilabının,  eləcə  də  bütövlükdə  sənayeləşmə  prosesinin 

xronoloji sərhədləri ölkələr üzrə fərqlənir. Belə ki, bu proses  ngiltərədə 

XVIII əsrin sonu XIX əsrin əvvəllərində, Fransada 1815-1860-ci illərdə, 

Almaniyada  XIX  əsrin  ikinci  yarısında,  ABŞ-da  XIX  əsrin  birinci 

yarısında,  Yaponiyada  isə  XIX  əsrin  sonunda  baş  vermişdir.  Eyni 

zamanda,  Asiya,  Afrika  və  Latın  Amerikasının  əksər  ölkələri  bu 

prosesdən  kənarda  qalmış,  dünya  iqtisadi  mərkəzlərinin  aqrar-xammal 

əlavələrinə çevrilmişlər. 



Cədvəl 8.3 

Manufaktura və fabrikin müqayisəsi 

 

Ə

lamətlə



 

Manufaktura 

Fabrik 

1.  stehsalın texnoloji üsulu 

 

2. Texnika 



 

3. Əməyin kapitala  

tabeçiliyi 

 

4.  stehsalın təşkili forması 



 

5. Bazar yönümlülüyü 

 

Əl əməyi, əllə hərəkətə 



gətirilən alətlər 

 

Sadə maşınlar, əl 



alətləri 

 

Əsasən, formal tabeçilik 



 

 

Fərdi və kiçik partiyalı 



istehsal 

Lokal bazar 

 

Maşın 


 

 

Mürəkkəb maşınlar, 



maşınlar sistemi. 

Real tabeçilik 

 

 

Kütləvi istehsal 



 

 

ri (milli, beynəlxalq) 



bazar 

 

 

Dünya iqtisadiyyatının tarixi 

 

 



219

                                                            



IX fəsil. Təsərrüfat formaları və iqtisadiyyatın strukturunun 

təkamülü xüsusiyyətləri: Şərq və Qərb 

 

§9.1. Şərq və Qərb təsərrüfatçılıq modelləri 



 

Qədim  dövrdə  olduğu  kimi  (Asiya  və  antik  təsərrüfatçılıq 

modelləri)  orta  əsrlərdə  də  təsərrüfatın  təşkili  formaları  və  ölkə 

iqtisadiyyatının 

strukturu 

nöqteyi-nəzərindən 

Şərq 

və 


Qərb 

makromodelləri arasında müəyyən fərqli cəhətlər mövcud olmuşdur. 



Cədvəl 9.1 

 

Feodalizm: Şərq və Qərb makromodelləri 

 

Göstəricilə

Şə

rq makromodeli 



Qərb makromodeli 

1.Mülkyyət 

 

 

2.Mülkiyyətin  realizasiyası-



nın əsas iqtisadi forması 

 

3. darəetmə sistemi 



Torpaq 

üzərində 

dövlət 

mülkiyyəti 



 

Monarxiya  tipli  mərkəzləş-

dirilmiş idarəetmə sistemi 

 

Dövlət vergiləri 



Torpaq  üzərində  xüsusi 

mülkiyyət 

 

Yetkin  feodalizm  döv-



ründə siyasi parçalanma 

 

Feodal rentası 



 

Tarixin Şərq modeli daha erkən dövrləri əhatə etmiş və daha uzun 

zaman  sürəcində  mövcud  olmuşdur.  qtisadiyyatın  strukturunun  iki 

sektorluğu  –  dövlət  və  icma  sektorları  paralel  şəkildə  fəaliyyət 

göstərmişdir. 

Əslində, Şərqdə də dövlət mülkiyyəti öz mahiyyəti etibarilə feodal 

xarakteri daşımışdır. Onun reallaşmasının əsas forması – dövlət vergiləri 

– dövlətin ictimai-hüquqi funksiyalarının və ayrı-ayrı feodallar üzərində 

ciddi nəzarətini olduğu şəraitdə feodal rentasının xüsusi növü kimi çıxış 

edirdi. 


Dövlət  mülkiyyətinin  qabarıq  şəkildə  ifadə  olunduğu  ölkələr 

sırasında  Çin  xüsusi  yer  tutur.  Bu  ölkədə  hakim  sinifin  nümayəndələri 

xüsusi mülkiyyətə malik deyildilər və feodal rentasında onlara düşən pay 

əməkhaqqı formasında ödənilirdi. 

Erkən  orta  əsrlər  ərzində  III  əsrdən  formalaşdırılmış  “dövlət  pay 

sistemi”  V  əsrdə  “bərabər  sahələr  sisteminə”  modifikasiya  olunmuşdur. 

Ümumiyyətlə,  Çin  orta  əsrlərdə  texnoloji  cəhətdən  daha  yüksək 

səviyyədə inkişaf etmiş dövlət idi. 



Dünya iqtisadiyyatının tarixi 

 

 



220

                                                            

Tan  imperiyası  dövründə  toxuculuq  və  ipəkçiliklə  yanaşı 

pambıqçılıq da yaranmışdır. 

Böyük həcmdə çay, duz və müxtəlif metallar (dəmir, gümüş, mis və 

s.) istehsal olunur, məişət predmetlərinin istehsalı kütləvi hal alırdı və s. 

Ticarətdə  sənətkarlıq  və  tacir  gildiyaları  –  xanlar  böyük  rol 

oynayırdı.  Xanların  öz  nizamnamələri  var  idi  və  seçilmiş  ağsaqqal 

tərəfindən  idarə  olunurdular.  VIII  əsrdə  kağız  pullar  dövriyyəyə 

buraxılmışdır.  XIII  əsrdə  Çingizxan  hökumətində  kağız  pullar  sərbəst 

şəkildə  qızıla  dəyişdirildi.  XVI  əsrdə  Çin  hökuməti  izafi  buraxılış  və 

inflyasiya üzündən  yaranmış çətinliklərə görə kağız pulların buraxılışını 

dayandırmaq məcburiyyətində qalmışdı. 

Bununla  belə,  artıq  formalaşmış  xüsusi  banklar  kağız  pulların 

emissiyasını  davam  etdirirdilər.  Bəzi  tədqiqatçıların  fikrincə,  ticarətin, 

ümumiyyətlə  əmtəə-pul  münasibətlərinin  sürətli  inkişafı  artıq  X  əsrdə 

“Kondratyev tsikllərinin” meydana gəlməsinə səbəb olmuşdur. 

Dövlət mülkiyyətinin qərarlaşması prosesi dövlətin nəzarəti altında 

şərti  xidməti  (hərbi  )  torpaq  sahibliyi  sisteminin  formalaşmasına  paralel 

olaraq gedirdi. Məsələn, Hindistanda qeyd edilən sistem xüsusilə nəzər-

diqqəti  cəlb  edir.  Dehli  sultanatı  dövründə  torpaqlar  ikta  formasında 

paylanırdı.  XIV  əsrin  ortalarından  etibarən  iktalar  irsi  mülkiyyətə  keçir 

və  bir  sıra  hallarda  xəzinəyə  vergi  ödəməkdən  azad  edilirdilər.  Feodal 

torpaq sahibliyinin digər forması ənam (bəxşiş) idi. Eyni güzəştlər Böyük 

Moqol  imperiyasında  da  (XVI  əsr)  tətbiq  olunurdu.  Bununla  yanaşı, 

xüsusi feodal mülkiyyəti (torpaq üzərində) də mövcud olmuşdur. Lakin, 

dövlət mülkiyyəti ilə müqayisədə elə bir rola malik deyildilər. 

  qtisadi  strukturun  digər  qütbündə  icma  sektoru  dayanırdı.  cma 

sektorunun  mövcudluğu  əkinçiliyin  təbii  şəraiti,  kənd  təsərrüfatı  və 

sənətkarlığı  özündə  birləşdirən  natural  təsərrüfatın  hökmranlığı  ilə  izah 

oluna  bilər.  cma  strukturunun  saxlanılması  və  ictimai  normaların 

institutlaşdırılması  prosesinin  demək  olar  ki,  getməməsi  kəndlilərin 

əmlak  və  sosial  təbəqələşməsinə  əngəl  törətməklə  şərq  modelində 

müəyyən  durğunluq  yaratmışdır.  Hətta  o  səviyyədə  ki,  XVI-XVIII 

əsrlərdə icma torpaq sahibliyinin dağılması elementlərinə rast gəlinir. Bu 

proses,  digər  şərq  ölkələri  ilə  müqyisədə,  Yaponiyada  daha  erkən 

başlanmışdır. 

Orta  əsr  Şərq  şəhərləri  də  bir  sıra  spesifik  xüsusiyyətlərə  malik 

olmuşdur: 

1.

  əhalinin daha yüksək səviyyəli təmərgüzləşməsi (10-25%); 



2.

  sənətkarlığın daha yüksək inkişafı; 



Dünya iqtisadiyyatının tarixi 

 

 



221

                                                            

3.

  iri ticarət kapitalı; 



4.

  feodal sistemi ilə daha dərin əlaqə; 

5.

  iri  dövlət  müəssisələrinin  mövcudluğu  (məsələn,  XIV-XV 



Hindistanda fəaliyyət göstərmiş karxanalar). 

6.

  bazara işləyən strukturların (Hindistanda mallaxi, yaxud Çində 



xan tipli) zəif özünüidarəetmə sistemi; 

Şəhərlər  –  siyasi-hüquqi  anlamda  kənd  yerlərinin  davamı 

keyfiyyətində çıxış edirdilər. 

Ənənəvi  və  yeni  fəaliyyət  sferalarının  meydana  gəlməsi  ticarətin 

sürətli inkişafına səbəb olmuşdur. Bütün bunlarla yanaşı, Şərq modelinin 

spesifik  cəhətləri  məcmu  halında  inkişafın  sürətinin  zəiflənməsinə  və 

tədricən  daha  dinamik  hərəkətdə  olan  Qərb  modelindən  geri  qalmasına 

gətirib çıxardı. 

Qərbin  önə  keçməsi  böyük  coğrafi  kəşflər,  müstəmləkə  sisteminin 

yarandığı dövrdən daha aydın şəkildə müşahidə olunmağa başladı. 

Qərb makromodelinin əsas xarakterik xüsusiyyətlərinə aşağıdakıları 

aid etmək olar: 

1.

 

Xüsusi feodal mülkiyyətinin təkamülü. VI əsrdə fərdi-ailə 



torpaq mülkiyyətçiliyi yaranmış və VIII-IX əsrlərdə feodal 

mülkiyyətinə  çevrilmişdir.  Torpaq  fondunun  kasadlığı 

(Frank  dövlətində)  müəyyən  korrektələr  aparmağı  zəruri 

etmişdir.  Belə  ki,  torpaq  sahibliyinin  bağışlama 

(benefisiya)  əbədi  olmadığı,  yalnız  xidmət  dövründə, 

yaxud  ömür  boyu  davam  edə  biləcəyi  qeyd  olunmuş, 

sonradan  isə  bu  sahibliyin  digər  şəxsə  keçməsi  imkanı 

qəbul  edilmişdir.  IX-X  əsrlərdə  bağışlanan  torpaqların 

(benefisiya)  irsən  keçməsinə  icazə  verilmişdir  ki,  bu  da 

hərbi-təbəqələşmə 

sisteminin 

yaranması 

ilə 

nəticələnmişdir.  Frank  cəmiyyətində  təsərrüfatın  əsasını 



feodal  votçinası-“senyoriya”  təşkil  edirdi.  ngiltərədə  bu 

proses  VII-VIII  əsrlərdə  -  boklendlərin  (torpaq  sahələri) 

yaranması ilə başlamış və feodal votçinasının-“manoranın” 

formalaşması ilə başa çatmışdır. 

2.

 

Asılılıq  münasibətlərinin  təsbiti; 



cma  cəmiyyətinin 

təbəqələşməsi və kiçik ailələrin icmadan ayrılması kütləvi 

yoxsulluqla  sonuclanmışıdr.  XI  əsrdə  (Fransada)  əsas 

kateqoriya  kimi  “servlər”-feodaldan  torpaq  və  şəxsi 

asılılıqda  olanlar  çıxış  edirdilər.  ngiltərədə,  mahiyyətcə 

servlərə  oxşar  olan  “villanlar”  üstünlük  təşkil  edirdilər. 



Dünya iqtisadiyyatının tarixi 

 

 



222

                                                            

Tədricən  kəndlilər  arasındakı  bütün  fərqliliklər  aradan 

qaldırılmış  və  onların  hamısı  asılı  villanlara  çevrilmişlər. 

Feodal  sisteminin  formalaşması  prosesi  XI  əsrdə 

(Fransada) başa çatmışdır. 

3.

 

Əmtəə-pul  münasibətlərinin  aqrar  sferaya  təsiri  kifayət 



qədər  güclü  olmuşdur.  Ərzaq  rentası  pulla  əvəz  olunmuş, 

torpağın  icarəsi  kimi  yeni  formalar  meydana  çıxmışdır. 

XIV 

əsrdən 


etibarən 

feodallar 

arasında 

vassal 


münasibətləri  də  dəyişilmiş,  xidmət  haqqı  olaraq  torpaq 

sahəsi  deyil,  ondan  alınan  renta  çıxış  etməyə  başlamışıdr. 

XII əsr  ngiltərə iqtisadiyyatında iki təmayül yaranmışdır: 

1.

  Kəndlilərin  şəxsi  azadlığı  və  rentanın  forma 



dəyişkənliyi: biyar sapalaqla əvəzlənir; 

2.

  Feodal təsərrüfatının genişləndirilməsi və biyar işlərinin 



həcmcə artımı. 

4.

 



 Qərb  təsərrüfatçılıq  tipində  şəhərlər  xüsusi  rol 

oynayırdılar.  Şəhərlərin  sənətkarlıq  və  ticarət  mərkəzləri 

kimi  əsas  yüksəlişi  XIII-XIV  əsrlərə  təsadüf  edir.  Şəhər 

əhalisinin böyük əksəriyyəti istehsal və tədavül sferasında 

çalışırdı.  Sənətkarlığın  ən  geniş  yayılmış  sahələrinə 

toxuculuq  istehsalı,  metal  emalı  aid  idi.  stehsalın 

qərarlaşması  formaları  sosiomədəni  fərqliliklərlə  sıx  bağlı 

olmuşdur.  Bu  da  sənətkarlığın  inkişafında  iki  yolun 

yaranmasına gətirib çıxarmışdır. 

1.

  Roman yolu: Roma mədəniyyəti çərçivəsində peşəkarlıq 



əlaməti  üzrə  birliklərin  (sexlərin)  yaranması;  ( taliya, 

Pireney və Fransa); 

2.

  Alman  yolu:  Əsas  prinsipə  (qardaşlıq  andı)  istinadla 



qildiyaların  yaranması  ( ngiltərə,  Skandinaviya  ölkələri 

və Almaniya). 

Bütün bu formalar sadə  əmək kooperasiyası çərçivəsində fəaliyyət 

göstərirdilər.  Həyata  keçirdikləri  əsas  funksiyalar  aşağıdakılardan  ibarət 

olmuşdur: 

1.

  Sənət növü üzərində inhisarın təsbiti; 



2.

  Sənətkarlıq məmulatlarının istehsalı və satışı üzərində nəzarət; 

3.

  Üzvlərarası münasibətlərin tənzimlənməsi. 



XIV  əsrə  qədər  istehsalın  qeyd  edilən  təşkili  formaları  proqressiv 

xarakter daşımışdır. 

XVI-XVII əsrlərdə ilk manufakturalar meydana gəlməyə başladı. 


Dünya iqtisadiyyatının tarixi 

 

 



223

                                                            

Daxili ticarət elə də böyük əhəmiyyət kəsb etmirdi. Şəhərlərdə lokal 

bazarlar  fəaliyyət  göstərirdilər  ki,  burada  da  bir  qayda  olaraq  ətraf 

kəndlərlə  mübadilə  (gündəlik  tələbat  malları  üzrə)  həyata  keçirilirdi. 

Peşəkar  ticarətçilər  müxtəlif  strukturlarda  (gildiya  və  s.)  birləşirdilər. 

Ticarətin  inkişafı  artıq  XIII  əsrdən  etibarən  tacirlərdə  pul  vəsaitlərinin 

yiğilmasına  imkan  yaratmış  və  sonuc  olaraq,  pul  bazarının 

formalaşmasına həlledici təsir göstərmişdir. 

Pul  vahidləri  və  sistemlərinin  müxtəlifliyi  pulun  mübadiləsi 

zərurətini  ortalığa  çıxarmışdır.  Qızıl  ehtiyatlarının  azlığı  və  pul 

çatışmazlığı  yüksək  ssuda  faizlərinin  yaranmasına  və  pul  vəsaitlərinin 

ticarətdən  axınına  səbəb  olmuşdur.  Kredit-ssuda  əməliyyatlarının 

genişlənməsi ilkin olaraq  taliyada, sonralar isə Niderland və  ngiltərədə 

bankların  yaranmasına  gətirib  çıxarmışdır.  Kredit  əməliyyatlarının 

vasitəsi  kimi  birja  möhtəkirliyi  çıxış  edirdi  ki,  bu  da  ilk  dəfə  olaraq 

Amsterdamda  meydana  çıxmışdır.  Avropanın  ticarət  sferasında  çox 

tezliklə  taliyada  tətbiq  edilən  “ikili  mühasibat”dan  istifadə  olunmağa 

başlandı.  Bir  sözlə,  şəhər  və  kənd  yerlərində  əmtəə  təsərrüfatının 

genişlənməsi  qərb  təsərrüfatçılıq  tipinin  inkişafına  təsir  göstərməklə 

yanaşı feodalizmin süqutunu da sürətləndirirdi. 

 

§ 9.2. Şərq-Qərb fərqliliyinin anatomiyası 

 

Dünya  iqtisadiyyatının  genezisi  kontekstində  Şərq  və  Qərb 



sivilizasiyalarının  formalaşması  və  inkişaf  təmayülləri  mühüm  tarixi 

əhəmiyyət kəsb edir. 

Şərq-Qərb müxtəlifliyinin tarixi rolu müasir dünya iqtisadiyyatının 

gerçək  məzmununda  kifayət  qədər  dərin  izlər  buraxmışdır.  Bu  sıraya 

aşağıdakıları aid etmək olar: 

1.

 qlobal  ədalətsizliyin  sistemli  yaranış  kimi  meydana  çıxması: 



Bəşəriyyətin  tən  yarısı  –  3,5  mlrd.-dan  çox  adam  bu  gün  insan 

kimi yaşamaq iqtidarında deyil; 

2.

 qloballaşmanın  asimmetrikliyi;  ölkələrarası  fərqlərin  qabarıq 



şəkildə təzahürü; 

3.

 qlobal iqtisadi inkişaf problemlərinin kəskinləşməsi; 



4.

 ümumbəşəri rifahın dayanıqsızlığı və s. 

Bu  sıranı  xeyli  genişləndirmək  də  olar.  Lakin,  bu  deyilənlər  də 

problemin  (Qərb-Şərq  müxtəlifliliyi)  aktuallıq  dərəcəsinin  dərkedilməsi 

baxımından  kifayətedicdir.  Əlbəttə,  sadalanan  və  sadalanmayan 

problemlər  kompleksini  təkcə  Şərq-Qərb  müxtəlifliyi  ilə  də  bağlamaq 



Dünya iqtisadiyyatının tarixi 

 

 



224

                                                            

düzgün  olmazdı.  Müasir  qlobal  situasiyanın  problemlər  çoxluğu  amillər 

çoxluğu  ilə  determinə  olunur.  Bu  amillər  içərisində  Şərq→Qərb 

müxtəlifliyi bu növ baza keyfiyyətində çıxış edir. 

Beləliklə,  Şərq-Qərb  müxtəlifliyi  ilkin  başlanğıcdanmı  mövcud 

olmuş,  yoxsa  tarixin  müəyyən  pilləsində  meydana  çıxmışdır  sualına 

birmənalı  olaraq  “sonradan  ayrılmışlar”  tipli  cavab  vermək  olar.  Əvvəli 

bir olanın sonunda eyniyyətə gələcəyi qənaətini bir tərəfə qoyaraq, qeyd 

edək ki, hər iki sivilizasiya neolit inqilabından qaynaqlanır. 

Uzun  tarixi  dövr  ərzində  siyasət,  iqtisadiyyat,  sosial  sfera  və  s. 

müstəvisində  oxşar  (bəlkə  də  eyni)  yolla  inkişaf  etmişlər.  Yalnız  bizim 

eraya  yaxın  dövrdə  sivilizasiyanın  antik  inkişaf  yolu  ümumşərq 

magistralından  ayrılmış  və  sonralar  bu  yol  Qərb  yolu  adlandırılmışdır. 

Sivilizasiyaların  inkişaf  yolunun  fərqliliyi  heç  də  o  anlama  gəlmir  ki, 

Şərq  və  Qərb  arasında  münasibətlər  olmamışdır.  Hər  iki  tərəf  sıx 

qarşılıqlı  əlaqədə  olmuş,  bununla  belə  özünəməxsusluğu  qoruyub 

saxlamışdır.  Hərbi  münaqişələrin,  hətta  aydın  şəkildə  görünən  tsiklliyi 

yaranmışdır: 

lkin  olaraq  Şərq  hərbi  üstünlüyə  malik  olmuş  (yunan- ran 

müharibələri), sonralar yerdəyişmə baş ermişdir: Makedoniyalı  sgəndər, 

Roma imperiyası və s.  Orta  əsrlərdə  yenidən Şərq önə keçmiş və Qərbi 

öz təsir dairəsinə almışdır (türklər, ərəblər və s.). 

Son orta əsrlərdən başlayaraq yenidən Qərb üstünlüyü ələ keçirmiş 

və böyük müstəmləkə sistemi yaratmışdır. 

Bəri  başdan  xatırlatmaq  istədik  ki,  nə  Qərb,  nə  də  Şərq  ayrı-

ayrılıqda  vahid  sivilizasiya  kimi  çııxış  etmir.  Yəni,  həm  Qərb,  həm  də 

Şərq  sivil  dəyərlər  nöqteyi-nəzərindən  homogen  deyildir.  Onları  yalnız, 

əgər belə demək caizsə, metasivilizasiyalar kimi qəbul etmək olar. Eyni 

zamanda  hər  iki  qütb  həm  mahiyyəti,  həm  də  təməl  prinsipləri 

baxımından  kəskin  surətdə  fərqlənirlər.  Sivilizasiyaların  inkişaf  tarixini 

tədqiq edən müəlliflər Qərblə Şərq (ələlxüsus, müsəlman Şərqi) arasında 

fundamental fərqlərin mövcudluğunu əyani şəkildə sübuta yetirmişlər.

144


  

 

 



Cədvəl 9.2 

Şə

rq-Qərb: sivil dəyərlərin fərqliliyi 



 

Яламятляр 

Гярб 

Шярг 


                                                 

144


 Pandey R. Sosiology of Development. Delhi, 1985, p293. 

Dünya iqtisadiyyatının tarixi 

 

 



225

                                                            



 

1. Сосиал-игтисади  

характеристика 

 

 



а)  инкишаф  етмиш  индустриал 

жямиййят  

б) базис-истещсал 

а)  игтисади  эериликля  цз-

ляшян «аграр» жямиййят 

б) базис-бюлэц 

2. Сосиумун  

структуру вя типи 

 

 

 



а) шящяр жямиййяти 

б) шящяр 

c) шящярлиляр 

ç) мцасирлик 

а) кянд жямиййяти 

б) кянд 


c) тайфалар 

ç) янянявичилик 

3. Сийаси сяжиййяси 

 

 



а)  демократик,  вятяндаш 

жямиййяти 

а)  патриархал,  авторитар, 

тирan 


4. Мядяниййят 

а) материализм 

б) секулйаризм 

c) реализм 

/прагматизм 

ç) обйективизм 

д) плцрализм 

е) азадлыг 

ə) бярабярлик 

f) индивидуализм 

g) антропосентризм 

а) рущанилик 

б) динчилик 

c) иделазим 

ç) субйективизм 

д) монизм 

е) тайфа 

ə) табечилик 

f) тоталитаризм 

g) теосентризм 

5. Тарихи 

характеристика 

а) тарихилик  

б) хятти заман 

а) гейри-тарихилик/ 

 дурьунлуг 

б) тсиклик заман 

 

Göründüyü  kimi,  Qərbin  əsasən  “primitiv”  və  “irrasional”  hesab 



etdikləri  Şərqin  mövcudluq  prinsipləri  kimi  çıxış  edir.  Modernizmin 

zəruriliyi  fikrində  israr  edən  tədqiqatçılar  Qərbin  texnikası  ilə  Şərqin 

əxlaqını, rasionalizmlə humanizmi birləşdirməyə cəhd edirlər.

145


 Problem 

bundadır  ki,  keçmiş  dövrlərdən  fərqli  olaraq,  müasir  dövrdə  Şərq-Qərb 

“simbiozu”  sosial  və  fərdi  varlığın  təməl  prinsiplərinin  total  əksliyi 

şəraitində həyata keçirilməyə çalışılır. 

Qlobal  və  regional  səviyyələrdə  baş  verən  hadisələr  (proseslər) 

deyilən istiqamətdə hansısa bir  yeni  yaranışın formalaşma mərhələsində 

olduğu  qənaətini  aktuallaşdırmaqdadır.  Bununla  belə,  biz  qəti  surətdə 

əminik  ki,  ən  yaxşı  halda  ilğım  kimi  təzahür  edən  “yeni  yaranış”ın  hec 

                                                 

145


 Гудыменок А.В., Cтаростин Б.С. Социокультурный облик развивающихся об-

ществ. Социальные процессы: соотношение современного и традиционно-

го//Развивающиеся страны: экономический рост и социальный прогресс. М: 1983. 


Dünya iqtisadiyyatının tarixi 

 

 



226

                                                            

bir  real  əsası  yoxdur,  yaxud  ziddiyyətli  ilkin  şərtlərə  söykənməklə 

qurulan nəzəri konstruksiyadan başqa bir şey deyildir. 

 Məntiqi  yanlışlığı  açıq  şəkildə  müşahidə  edilən  müqəddəm 

şərtlərin bazasında gerçək dünya ilə adekvat ola biləcək “yeni yaranışın” 

meydana  çıxması  ehtimalı  elmdənkənar  təsəlliverici  ümumiləşdirmə 

keyfiyyətindən  o  yana  keçmir.  Bununla  yanaşı,  aldadıcı  təzahürlərin 

mövcudluğunu  da  inkar  etmək  olmaz.  Belə  ki,  Şərq-Qərb  “simbiozu” 

çərçivəsində 

sosial 

institutlaşmanın 



hansısa 

seqmenti 

üzrə 

ümumuyğunluq yarana bilər. Lakin bu aldadıcı uyğunluq olmaqla, əsasən 



istisna  xarakteri  daşıyacaqdır.  stisnaların  təmayül  kimi  qəbulu  isə 

mümkünsüzdür.      

Beləliklə,  Şərq-Qərb  “simbiozunun”  reallığa  çevrilməsi  istəyində 

abstrakt metaforalarla uzağa getmək mümkün deyildir. Başqa sözlə, real 

məzmunlu  müxtəliflik,  yaxud  ya  Şərq,  ya  Qərb  gerçəkliyi  göz 

qabağındadır. 



 


Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin