AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə17/46
tarix26.02.2017
ölçüsü5,72 Mb.
#9662
1   ...   13   14   15   16   17   18   19   20   ...   46
§ 7.3. Səlib yürüşləri: sosial-iqtisadi nəticələ

 

Erkən  orta  əsrlərin  sonundan  etibarən  Qərb  ölkələri  tərəfindən 

həyata  keçirilən  səlib  yürüşləri  (1096-1270)  Yaxın  Şərq  regionunu 

demək  olar  ki,  tam  şəkildə  əhatə  etmişdir.Yürüş  regionun  müsəlman 

əhalisinə  qarşı  aparılırdı.  Məqsəd  Yerusəlimin  fəthi,  “Allahın 

cənazəsi”nin  xilas  edilməsi  və  müsəlmanların  Müqəddəs  Torpaqdan 

çıxarılmasından ibarət idi. 


Dünya iqtisadiyyatının tarixi 

 

 



205

                                                            

Cəmi 8 yürüş keçirilmiş, bunlardan yalnız 3-nün konkret nəticələri 

olmuşdur: 

Birinci  səlib  yürüşündə  (1096-1099)  Yerusəlim  Krallığı 

yaradılmışdır ki, bu krallıq 1187-ci ilə qədər mövcud olmuşdur. Üçüncü 

səlib  sürüşü  (1147-1149)  Kiprin  istilası  ilə  nəticələnmiş,  dördüncü 

yürüşdə isə (1202-1204) Konstantinopol fəth edilmiş – Latın imperiyası 

(1204-1261) yaradılmışdır. 

1291-ci  ildə  Misirin  əks-yürüşü  səlibçilərin  Yaxın  Şərqdən 

çıxarılması ilə nəticələndi (Kipr istisna olmaqla). 

Səlib  yürüşləri  –  böyük  coğrafi  kəşflərə  qədərki  dövrdə  Qərbi 

Avropada bazar münasibətlərinin inkişafında müəyyən rol oynamışdır: 

1.

  Aralıq  dənizi  üzərindən  Şərqə  gedən  ticarət  yolunun  ələ 



keçirilməsi. “Varyarqlardan yunanlara doğru” olan ticarət yolu 

öz əhəmiyyətini itirdi. 

2.

  Avropalılar onlar üçün  yeni olan əkinçilik məhsulları ilə tanış 



oldular (düyü, qarpız, limon, ipək və s.) 

3.

  Suriyadan  əxz  etdikləri  yel  dəyirmanlarından  yararlanmağa 



başladılar. 

4.

  Parça istehsalı və metal emalının daha  yüksək səviyyədə olan 



texnologiyalarını mənimsədilər. 

5.

  Şərqlə  təmas  Avropanın  mədəni  səviyyəsinin  yüksəlməsində 



xüsusi rol oynadı. 

 

 



Dünya iqtisadiyyatının tarixi 

 

 



206

                                                            



IV  BÖLMƏ 

 

DÜNYA  QT SAD YYATININ GENEZ S  DÖVRÜ 

 

VIII fəsil. “ stehsal iqtisadiyyatı” – son orta əsrlə

 (XVI-XVIII əsrlər) 

 

§ 8.1. Son orta əsrlərin ümumiqtisadi xarakteristikası 

 

Bu  dövr  klassik  bazarın  formalaşmağa  başladığı  dövr  kimi  ilkin 



olaraq  şəhərlərin  (ətraf  kəndlərlə  birlikdə)  birləşərək  daha  iri  ərazi 

vahidlərinin  yaranması  ilə  səciyyələnir.  Bununla  əlaqədar  olaraq  daxili 

ticarətin mahiyyətində kardinal dəyişikliklər baş verirdi. Belə ki, erkən və 

klassik orta əsrlərdən fərqli olaraq daxili ticarətin obyekti kimi təkcə bəzi 

xammal növləri deyil, həmçinin müxtəlif sənaye məhsulları çıxış edirdi. 

Eyni zamanda, şəhərlərarası ticarət əlaqələri daha intensiv surətdə inkişaf 

etməyə  başlamışdı.  Yenicə  yaranmaqda  olan  sənaye  sferasının  istehsal 

etdiyi  məhsullar  lokal  bazarlardan  ölkənin  sərhədləri  çərçivəsində 

formalaşmış  “ümum”bazara  çıxarılırdı.  Milli  sənaye  istehsalını  təşkil 

etməklə,  həmçinin  daxili  ticarəti  dəstəkləməklə  bahəm  dövlət  siyasəti 

bütün iqtisadi proseslərin ölkənin sərhədləri çərçivəsində “qapanmasına”, 

xarici  məhsulların  ölkəyə  gətirilməsinə  maneəçilik  törədilməsinə 

yönəlmişdir.  Eyni  zamanda,  dövlət  xarici  ticarətin  inkişafında, 

müstəmləkələrin  ələ  keçirilməsi  və  digər  ölkələrlə  müstəsna  ticarət 

hüququna sahiblənmədə əsl “inhisarçı” kimi çıxış etməyə cəhd göstərirdi 

ki,  bununla  da  digər  ölkələrin  həm  ticarət,  həm  də  gəmiçilik  sferasında 

müəyyən  irəliləyişlərə  nail  olmasını  əngəlləməyə  çalışırdı.  Əslində,  son 

orta  əsrlərin  başlanğıcında  həyata  keçirilən  siyasət  –  öz  mahiyyəti 

etibarilə  şəhərlərin  əvvəlki  dövrlərdə  tutduqları  mövqe  ilə  üst-üstə 

düşürdü.  Sadəcə  olaraq,  bu  halda  söhbət  siyasi  fəaliyyət  sferasının 

genişlənməsindən  (şəhər  miqyasından  bütövlükdə  ölkə  miqyasına 

transfer olunma) gedir. Digər bir fərqli nüans ondan ibarət olmuşdur ki, 

erkən  və  klassik  orta  əsrlərdə  şəhərlərin  yalnız  bir  qismi  –  ticarət 

mərkəzləri  kimi  çıxış  edənlər  qeyd  olunan  siyasətin  tətbiqində  maraqlı 

idilər.  (Digər  şəhərlər  ticarətin  inkişafına  xüsusi  olaraq  can  atmırdılar). 

Son orta əsrlərdə isə ticarət üstünlüklərinə canatma, ticarəti inhisara alma 

istəyi  ən  ümumi  xarakter  kəsb  etməyə  başladı.  Əksər  ölkələrdə  artıq 

sənaye  ilə  yanaşı  ticarət  siyasəti  də  yer  tutmağa  başlayır.  Tamamilə 

məntiqi  olaraq  kənd  təsərrüfatı  sferası  da  ölkənin  prioritetləri  sırasına 


Dünya iqtisadiyyatının tarixi 

 

 



207

                                                            

daxil  edilir.  Kənd  təsərrüfatı  üzərində  himayəçilik  -  əkin  sahələrinin 

genişləndirilməsi,  təsərrüfatçılığın  rasional  metodlarının  tətbiqi  və  s.- 

dövlət siyasətində mühüm yerlərdən birini tuturdu. 

Terminoloji  ifadə  baxımından  diqqət  çəkən  məqam  “milli 

təsərrüfat” və “milli siyasət” anlayışlarının meydana çıxması olmuşdur. 

Son orta əsrlərdə həyata keçirilən iqtisadi siyasətin əsas cəhətlərinə 

aşağıdakıları aid etmək olar: 

1.

 



qtisadi siyasət – ayrı-ayrı şəhərlərin, yaxud ərazi vahidlərinin 

deyil, bütövlükdə ölkənin mənafelərinə yönəlmişdir. 

2.

 

qtisadi  siyasət  vahid  mərkəzdən  –  dövlət  tərəfindən  həyata 



keçirilirdi. 

3.

  Əsas  məqsədlərdən  biri  tədricən  bütün  ölkəni  əhatə  edəcək 



daxili bazarın formalaşdırılmasından ibarət olmuşdur. 

4.

 



qtisadi  siyasət  –  iqtisadiyyatın  əsas  sferalarını  (kənd 

təsərrüfatı,  sənaye,  ticarət  və  s.)  əhatə  edən  tədbirlər 

kompleksi formasında həyata keçirilirdi. 

Bu  dövrün  çox  vaxt  merkantil  sistem  (merkantilizm)  kimi 

səciyyələndirilməsinin  əsasında  məhz  təsərrüfatın  ayrı-ayrı  sferalarının 

dövlət  reqlamentləşdirilməsi  dayanırdı  ki,  bu  da  yekun  etibarilə  milli 

ticarət,  sənaye  və  kənd  təsərrüfatının  inkişafına,  ticarət  yollarının 

yaxşılaşdırılmasına,  vahid  pul,  ölçü  və  çəki  sisteminin  tətbiqinə  xidmət 

göstərirdi. 

“Merkantilizm”  anlayışının  məna  tutumunda  (əvvəlki  və  indiki 

dövr) baş verən dəyişikliyə baxmayaraq, o, özünün müasir anlamında da 

təsərrüfat  siyasətinin  yalnız  bir  istiqamətini  əhatə  edir,  yəni  birtərəfli 

səciyyə  daşıyır.  Digər  tərəf  –  təsərrüfatın  özünün  xarakteri,  şəhər 

təsərrüfatının  miqyas  genişlənməsi  və  milli  təsərrüfata  çevrilməsi  və  s. 

nəzər-diqqətdən kənarda qalır. 

Həmçinin,  son  orta  əsrlərin  məzmununa  münasibətdə  konseptual 

yanaşmalarda da yekdillik olmamışdır və yoxdur. Belə ki, K.Marks XVI-

XVIII  əsrləri  erkən  kapitalizm  epoxası  kimi  səciyyələndirmişdir  (yaxud 

ilkin kapital yığımı). Sənayenin inkişafı və sənaye istehsalının “ümumi” 

bazara  yönəlməsi  faktından  çıxış  etməklə  prosesin  sosial  aspektini  ön 

plana  çıxarırdı:  bir  tərəfdən,  kapitalist-sahibkar  sinfinin  formalaşması 

nəticəsində  əməyin  istehsal  vasitələrindən  (kapitaldan)  ayrılması,  digər 

tərəfdən  isə  fəhlə  sinifinin  formalaşması  və  iri  kapitalın  “ümumi” 

bazarının  yaranması  nəticəsində  izafi  dəyər,  yaxud  mənfəətin  artımını 

əsas cəhətlər kimi səciyyələndirirdi. 


Dünya iqtisadiyyatının tarixi 

 

 



208

                                                            

K.Blüxerin  yanaşması  məhsulun  istehsalçıdan  istehlakçıya 

çatdırılması  prosesinin  bir  sıra  yeni  halqalarının  meydana  çıxmasına 

istinad edərək XVI-XVIII  əsrləri xalq təsərrüfatı dövrü kimi xarakterizə 

edir. Başqa sözlə, təsərrüfat quruluşunun və iqtisadi siyasətin milliləşdiyi 

ön plana çıxarılır. K.Blüxer bu anlamı XVI əsrdən bu günə qədər keçən 

zaman  sürəcinə  aid  edir.  Təbii  ki,  qeyd  edilən  yanaşma  dünya 

iqtisadiyyatının  formalaşması,  eləcə  də  müasir  qloballaşma  nöqteyi-

nəzərindən  qəbul  edilə  bilməz.  Yəni,  XVI  əsrin  “milli”  təsərrüfatı  ilə 

müasir  “milli”  təsərrüfat  arasında  milli  tamlıq,  bütövlük  və  mahiyyət 

aspektindən  əhəmiyyətli  fərqlər  mövcuddur.  Anlayışın  ifadə  tərzindəki 

eyniyyət heç bir halda mahiyyət eyniyyəti kimi qəbul edilə bilməz. 

V.Zombart  orta  əsrlərin  sənətkarlıq  dövrü  ilə  kapitalizm  dövrünü 

fərqləndirir.  O,  əhalini  iki  qrupa  ayırırdı:  istehsal  vasitələrinin  sahibləri 

(istehsal 

prosesini 

idarəedənlər) 

və 

istehsal 



vasitələrindən 

“kənarlaşdırılmış”  işçilər.  Zombart  həmin  dövrün  təsərrüfat  fəaliyyətini 

gəlirə  can  atması  aspektində  qiymətləndirmiş  və  göstərmişdir  ki, 

fəaliyyətin  əsasında  rasionalizm  prinsipi  dayanırdı.  V.Zombart  da  XVI-

XVIII  əsrləri  erkən  kapitalizm  epoxası  kimi  səciyyələndirmişdir. 

Bununla  yanaşı,  “gəlirə  canatma”  anlayışının  əvvəlki  dövrlərdə  də 

mövcudluğu  inkaredilməzdir.  Bu  baxımdan  əsas  fərqin  nədən  ibarət 

olduğunu  göstərməyə  ehtiyac  vardır.  Erkən  və  klassik  orta  əsrlərdə 

söhbət  istehlaka  yönəlik  xarakteri  daşıyan  “gəlirə  canatma”nı  özündə 

ehtiva etmişdir. 

Son  orta  əsrlərdə  isə,  ələlxüsus  XVIII  əsrdə,  qeyd  edilən  yönüm 

kapital  yığımına  istiqamətlənmişdir  ki,  bu  da  təsərrüfat  həyatının 

mahiyyət dəyişkənliyi baxımından mühüm əhəmiyyət kəsb edir. 

 

 



§ 8.2. Qərbi Avropada bazar iqtisadiyyatının genezisi 

 

Avropa  sənayesində  kapitalist  münasibətləri  sisteminin  (marksist 



anlamda)  genezisi son orta əsrlərdən (XVI-XVII əsrlər) başlamışdır. Bu 

proses  “istehsal”  iqtisadiyyatının  bazaraqədərki  inkişafının  sonu,  yeni  - 

keyfiyyətcə fərqli müstəvidə bazar dövrünün başlanğıcı demək idi. 

Hər  şeydən  əvvəl,  qeyd  etmək  lazımdır  ki,  sosial-iqtisadi  həyatda 

baş  verən  sistem  dəyişikliyində  Böyük  coğrafi  kəşflər  və  müstəmləkə 

sisteminin formalaşması mühüm rol oynamışdır. 

 

§ 8.2.1 Böyük coğrafi kəşflərin sosial-iqtisadi nəticələri 


Dünya iqtisadiyyatının tarixi 

 

 



209

                                                            



 

Qərbin  iqtisadi  inkişaf  tarixində  Böyük  coğrafi  kəşflər  xüsusi 

əhəmiyyət  kəsb  edir.  XV-XVI  əsrlər  ərzində  X.Kolumb  tərəfindən 

Amerikanın  kəşfi  (1442  il),  Vaski  de  Qamanın  Hindistan-Bartolomiyo-

Dias (1486-87-ci illər) dəniz yolunu “açması”, C.Kabot tərəfindən (1497-

98-ci  illər)  Şimali  Amerikanın  kəşfi,  A.Nikitinin  (1466-72-ci  illər)  “Üç 

dəniz  arxasına”  səyahəti,  ilk  dəfə  olaraq  F.Magellanın  dünya  dəniz 

səyahəti  (1519-22)  və  s.  o  dövrdə  formalaşmış  sosial-iqtisadi  və  siyasi 

situasiyada böyük bir canlanma yaratmışdır. 

Böyük  coğrafi  kəşflərin  bir  proses  olmaq  etibarilə  yaranması 

səbəbləri sırasına, bir qayda olaraq aşağıdakılar aid edilir: 

1.

 



Ön  və  Kiçik  Asiyanın  (Konstantinopol  –  1453-cü  il)  və 

Avropanın  bir  hissəsinin  türklər  tərəfindən  tutulması 

nəticəsində  Avropa  –  Şərq  ( ran,  Hindistan,  Çin)  ticarət 

yollarının “qapanması”; 

2.

 

tədavül  vasitəsi  kimi  qiymətli  metalların  kəskin  defisiti: 



“qızıl aclığı”; 

Böyük coğrafi kəşflərin Qərbin tarixi-iqtisadi yüksəlişində oynadığı 

rolu 5 istiqamətdə qiymətləndirmək olar: 

I.

 Avropa dövlətlərinin yeni ərazilərə çıxışı: 



1400-cü il – 50 mln. km²; 

1500-cü il – 110 mln. km²; 

1600-cü il – 310 mln. km²; 

II.


 Qiymət “inqilabı”: 

1.Ucuz pulların (qızıl və gümüş) axını; 

2.  Qiymətlərin  yüksəlişi:  qiymətlər  1600-cü  ildə  spaniyada  4.5 

dəfə,  ngiltərədə - 4 dəfə, Fransada – 2.5 dəfə;  taliya və Almaniyada 2 

dəfə artmışdır. 

3.Nəticədə  ticarət  və  sənayedən  əldə  edilən  mənfəətin  sürətli 

artımına  nail  olunmuşdur.  Eyni  zamanda,  ümumiyyətlə,  1500-1620-ci 

illər  ərzində  bütövlükdə  Avropada  qiymətlər  300-400℅  artmışdır. 

Sözügedən  yüksəliş,  yaxud  qiymət  “inqilabı”  əsasən  ticarətin  kəskin 

genişlənməsi, tədavüldə  olan pul kütləsinin əhəmiyyətli artımı (qiymətli 

metalların  Avropaya  axını  ilə  əlaqədar  olaraq),  kənd  təsərrüfatı 

məhsullarına  olan  tələbin  yüksəlişi,  həyat  şəraitinin  yaxşılaşması,  eləcə 

də  Avropanın  şımalında  sənaye  istehsalının  yüksəlməsi  ilə  izah  oluna 

bilər. 


Dünya iqtisadiyyatının tarixi 

 

 



210

                                                            

Təbiidir ki, ticarətdən əldə edilən gəlirlər iqtisadiyyatın inkişafında 

əsas amil kimi çıxış edən kapitalqoyuluşunun həcmini də adekvat şəkildə 

artırırdı. 

 

§ 8.2.2. Müstəmləkə sisteminin formalaşması 



 

1770-ci  illərdə  Qərbi  Avropa  ölkələri  ( ngiltərə,  Fransa,  spaniya, 

Portuqaliya,  Hollandiya)  və  ABŞ  birlikdə  Afrikanın  ərazisinin  0.9%-nə, 

Amerikanın  27.5%-nə,  Asiyanın  51.5%-nə,  Okeaniyanın  56.5%-nə  və 

Avstraliyanın 100%-nə sahib idilər. 

ngiltərənin  müstəmləkə  imperiyasının  ərazisi  öz  ərazisindən  75 

dəfə, əhalisindən isə 6 dəfə çox idi. 

Müstəmləkə  sistemi:  ilkin  kapital  yığımının  mühüm  mənbəyi, 

böyük tutuma malik satış bazarı və ən əsası – qərbdə sənayeləşmənin ən 

başlıca şərti kimi çıxış edirdi. 

Müstəmləkə təsərrüfatının 3 tipi mövcud olmuşdur: 

1.

  Plantasiya: Müxtəlif məhsular (tütün, pambıq, şəkər çuğunduru 



və s.) üzrə ixraca yönəlik ixtisaslaşma. Bu təsərrüfatlarda əsasən 

qul,  sonralar  isə  “neon”  (muzdur)  əməyindən  istifadə  edilirdi. 

Plantasiya  tipli  müstəmləkə  təsərrüfatları  Braziliyada,  ABŞ-in 

cənubunda, Qəraib dənizi hövzəsi ölkələrində yayılmışdır. 

2.

  Fermer  (köçürmə  tipi)  təsərrüfatı:  Avropadan  Şimali 



Amerikaya,  Avstraliyaya,  Yeni  Zelandiyaya  köçənlərin 

yaratdığı  təsərrüfat  tipidir.  Aborigen  xalqların  sıxışdırılması, 

hətta  soyqırımı  hesabına  bazar  prinsiplərinə  söykənməklə 

təsərrüfat təşkil  edilir və fəaliyyət  göstərirdi. Sonarlar “azadlıq 

müharibələri”  baş  vermiş  (məs.:  1777-ci  ildə  ABŞ-da) 

metropoliyadan asılılıq aradan qaldırılmışdır. 

3.

  Feodal  müstəmləkə  təsərrüfatı:  Metropoliya  bir  sıra 



müstəmləkələrdə 

feodal 


münasibətlərini 

toxunulmamış 

saxlayırdı.  Eyni  zamanda  vergilər,  qeyri-ekvivalent  ticarət 

vasitəsilə həmin ölkələri talan edir, iqtisadiyyatın monostruktur 

xarakter almasını məqsədyönlü şəkildə həyata keçirirdilər. 

Müstəmləkə təsərrüfatları öz tarixi boyunca iki mərhələdən keçmiş 

və  hər  bir  mərhələdə  metropoliyaların  ö  dövrə  xas  olan  mənafelərinə 

xidmət etmişlər: 



I.

  Sənaye inqilabına qədərki dövr: 

1.satış  bazarı  kimi  fəaliyyət  göstərirdilər.  Metropoliyanın 

inhisarçılığı altında qeyri-ekvivalent ticarət əlaqələri qurulurdu; 


Dünya iqtisadiyyatının tarixi 

 

 



211

                                                            

2.heyvan və bitki mənşəli xammal mənbəyi idilər. 

II.

  Sənaye inqilabından sonrakı dövr: 

1.XIX  əsrin  ikinci  yarısından  etibarən  mineral  xammal  (əlvan 

metallar, neft) mənbəyi kimi çıxış etməyə başladılar; 

2.qeyri-ekvivalent  ticarət  əlaqələri  şəraitində  satış  bazarları  kimi 

fəaliyyətdə olmuşlar. 

Müstəmləkə  sisteminin  formalaşması  XIX  əsrin  sonu  XX  əsrin 

əvvəllərində başa çatdı.  Bu dövrdə artıq dünyanın ərazicə bölünməsi öz 

məntiqi  sonluğuna  çatmışdı.  Müstəmləkələr  –  “xammal”  əlavələri 

keyfiyyətində beynəlxalq əmək bölgüsü sisteminə daxil edilmişdilər. 

XIX əsrin sonu XX əsrin əvvəllərində Qərb ölkələrinin müstəmləkə 

imperiyaları kifayət qədər geniş yayılmışıdr.  

Cədvəl 8.1 

Qərb ölkələrinin müstəmləkələri 

 

 

Ölkələ

1875 

1990 

Son 25 ildə zəbt 

olunub 

ərazi 


mln.km² 

əhali 


mln.nəfər 

ərazi 


mln.km² 

əhali 


mln.nəfər 

ərazi 


mln.km² 

əhali 


mln.nəfər 

ngiltərə 

Fransa 

Niderland 



Belçika 

Almaniya 

ABŞ 

22,5 


1,0 

2,0 


2,3 

1,5 



250 

25 



15 



32,7 

11 


2,6 



1,9 

370 


50 

38 


15 

12 


10.5 




2,6 

0,4 


 

120 


44 

13 


12 


 

 

Müstəmləkəciliyin  ilk  dövrlərinə  xas  olan  ənənəvi  münasibət 

formaları  (qeyri-ekvivalent  ticarət,  mütəmləkə  xəracı,  vergi  talanı  və  s.) 

olduğu kimi saxlanılmışdır. 

Asılılığın  əsas  formaları  kimi  kapital  ixracı,  ucuz  işçi  qüvvəsinin 

istismarı,  spesifik  müstəmləkə  sosial-iqtisadi  strukturlarının  yaradılması 

çıxış edirdi. 

Metropoliya  →  müstəmləkə  münasibətlərində  siyasi-hüquqi 

aspektdən 3 yanaşma formalaşmışdır: 

1.

 

Ölkənin  dövlət  müstəqilliyinin  saxlanılması  (Latın 



Amerikası ölkələri) 

Dünya iqtisadiyyatının tarixi 

 

 



212

                                                            

2.

  Asılılığın  ara-keçid  formaları  (protektorat  –  Misir,  Tunis, 



Küveyt,  Bəhreyn  və  s.;  mandat  sistemi  –  Millətlər  Liqasının 

mandatı). 

3.

  Metropoliyaya  tam  tabeçilik  –  Hindistan,  Əlcəzair,  Birma, 



Seylan,  ndoneziya. 

Həmin  dövrdə  ngiltərə  və  Fransanın  payına  müstəmləkələrin 

ərazisinin  85%-i  əhalisinin  isə  84%-i  düşürdü.  Yenidən  bölgü  öz 

başlanğıcını  ngilis-Bur  (1899-1902),  span-amerikan  (1898)  və  rus-

yanon (1904) müharibələrindən götürmüşdür. 

 

§ 8.2.3.  lkin kapital yığımı 



 

lkin  kapital  yiğimi  –  işçinin  (kəndlinin)  mülkiyyətindən  məhrum 

edilməsi,  istehsal  vasitələrinin  kapitala  çevrilməsini  özündə  ehtiva  edən 

tarixi prosesdir. 



 

Cədvəl 8.2 

lkin kapital yığımının xronoloji sərhədləri 

Ölkələr 


Başlanma tarixi 

Klassik forma aldığı tarix 

1.  ngiltərə 

2. Fransa 

3. Almaniya 

4. Yaponiya 

XV 

XVI 


XVIII 

XVIII 


XVII 

XVIII 


XIX əsrin 2-ci yarısı 

XIX əsrin 70-ci illəri 

 

lkin kapital yığımının əsas mənbələrinə aşağıdakılar aid idi: 



1.

  müstəmləkə sistemi; 

2.

  dövlət istiqrazları sistemi; XVI-XVIII əsrlərdə Avropa ölkələri 



arasındakı  müharibələr  və  müstəmləkə  ələ  keçirmə  istəyi 

dövlətin pula olan tələbatını kəskin şəkildə artırmışdır; 

3.

  vergi sistemi; 



4.

  sənaye  proteksionizmi  –  yüksək  idxal  rüsumları,  ixrac 

mükafatlandırmaları. 

Bazar münasibətlərinin formalaşması ilkin kapital yığımı prosesinə 

paralel olaraq getməklə yanaşı, onu əhəmiyyətli dərəcədə aktuallaşdırırdı. 

XVIII  əsr  ngiltərəsində  artıq kəndlilər bir təbəqə,  yaxud sinif kimi  yox 

idilər. XV əsrdə icma torpaqları, XVII əsrdə kilsə və monastr torpaqları 

zəbt olunur, XVII-XVIII əsrlərdə “çəpərləmə” həyata keçirilir və s. 

- Bazar münasibətlərinin inkişafı: 


Dünya iqtisadiyyatının tarixi 

 

 



213

                                                            

1.Beynəlxalq  ticarət  yollarının  Aralıq  dənizindən  Atlantik, 

Hind və sakit okeanlara keçməsi. 

2.Ticarət kompaniyalarının yaranması. 

3.  Antverpen  və  Londonda  əmtəə  və  fond  birjalarının 

yaranması. 

4.Bazara  yeni  məhsulların  (tütün,  kakao,  kofe,  çay)  çıxışı. 

Düyü,  şəkər  və  müxtəlif  ədviyyatlar  üzrə  dövriyyənin 

kəskin  artımı;  Məsələn,  Böyük  Coğrafi  Kəşflərə  qədər 

Venesiya  tacirləri  hər  il  200  ton  məhsul  idxal  edirdilərsə, 

kəşflərdən sonra bu rəqəm 7000 tona çatmışdı. 

- Müstəmləkəçiliyin başlanması. 

Bütün  bunlar  ilkin  kapital  yığımı  prosesini  əhəmiyyətli  dərəcədə 

sürətləndirmiş,  istehsalın  sex  formasında  təşkilinin  dağılmasına, 

manufakturaların  intensiv  inkişafına  səbəb  olmaqla  yeni  cəmiyyətin  – 

kapitalizmin meydana  gəlməsində (oxu: bazar iqtisadiyyatının) həlledici 

rol oynamışdır. 

 

§8.2.4. Bazar iqtisadiyyatına keçid: sistem dəyişikliyinin institusional 

məzmunu 

 

Sadə  əmək  kooperasiyasının  genezisi  üçüncü  böyük  ictimai  əmək 

bölgüsündən  başlayır.  qtisadi  əhəmiyyəti  əsasən  onunla  izah  olunur  ki, 

əmək  məhsuldarlığının  artması  yekun  olaraq  ticarət  və  pul  kapitalının 

ilkin  tiplərinin  meydana 

gəlməsini  şərtləndirir.  Sadə  əmək 

kooperasiyasının 3 əsas tipi məlumdur. 


Dünya iqtisadiyyatının tarixi 

 

 



214

                                                            

 

 

Şə



kil 8.1.  Sadə əmək kooperasiyasının tipologiyası 

 

 



 

 

 



 

Sadə əmək kooperasiyası 

Kustar istehsal: istehsal üçün zəruri olan 

xammal, yarımfabrikatlar evlərə (ailələrə) 

paylanır, yaxud ailələrdə hazırlanan 

məmulatlar satın alınır 

şçi qüvvəsindəki fərdi fərqlərin aradan 

qaldırılması; 

Yeni kütləvi (ictimai) məhsuldar qüvvələrin 

yaranması; 

Hər bir işçinin əmək məhsuldarlığının artımı 

(yarış gedir). 

Əmək prosesinin fasiləsizliyinin təminatı; 

Əməyin intensivliyi və məhsulun keyfiyyəti 

üzərində nəzarət imkanlarının yaradılması 

 

Ailə tipi 



Xüsusi 

emalatxana 

tipi 

Sələmçi 


kredit tipi 

Dünya iqtisadiyyatının tarixi 

 

 



215

                                                            

 

Şə

kil 8.2. Qərbi Avropa sənayesində kapitalizmin genezisi 



Sənayedə kapitalist münasibətlərinin genezisi 

Sənaye inqilabına 

qədərki dövr 

stehsalın 

subyektləri 

Sənaye 


istehsalının 

forması 


Şəhərlərdə: sənətkarlıq-sex: 

kəndlərdə: kənd təsərrüfatı 

istehsalının sənətkarlıqla 

əlaqələndirilməsi. 

Əməyin 

tabeçilik 



xarakteri 

Sənətkar-istehsal 

vasitələrinin mülkiyyətçisi 

və işçi 


Əmək kapitaldan asılı deyil 

I mərhələ 

 

 

Feodalizmin süqutu 



(XVI-XVII əsrlər) 

Ailə daxili əmək bölgüsü 

əsasında ev istehsalı 

Sənətkar-istehsal vasitələrinin 

mülkiyyətçisi və işçi; Tacir; 

Əməyin kapitala formal 

bağlılığının genezisi. 

Sənaye 


istehsalının 

forması 


 

stehsalın 

subyektləri 

 

Əməyin 



tabeçilik 

xarakteri 

 

II Mərhələ 



 

Feodal cəmiyyətində 

kapitalizm ukladının 

genezisi 

Sənaye isteh-

salının forması 

 

stehsalın 



subyektləri 

Əməyin 


tabeçilik 

xarakteri 

-Əmək bölgüsü olmayan sadə 

əmək kooperasiyası 

-Manufaktura 

-Muzdlu işçi 

-Sənaye kapitalisti 

Əməyin kapitala formal bağlılığı 

Sənaye 

istehsalının 



forması 

stehsalın 

subyektləri 

Əməyin 


tabeçilik 

xarakteri 

-Mürəkkəb əmək 

kooperasiyası (əmək bölgüsü 

əsasında) 

-Fabrika 

-Muzdlu işçi; 

-Sənaye kapitalisti; 

Əməyin kapitaldan real asılılığı 

 

III mərhələ 



 

Kapitalist ukladının 

qərarlaşması 

(XVII-XVIII əsrlər) 

Sənaye inqilabından 

sonrakı dövr 

IV mərhələ 

 

Sənayedə kapitalizmin 



tam qərarlaşması (XVIII-

XIX əsrlər) 



Dünya iqtisadiyyatının tarixi 

 

 



216

                                                            

Manufaktura  –  mürəkkəb  əmək  kooperasiyası  olmaqla  genezisi 

feodal  münasibətlər  kompleksinin  dağıldığı  dövrdən  (XVIII  əsr) 

başlayaraq yeni – təsərrüfatın kapitalist ukladının əsası kimi çıxış edirdi. 

Genezis  nöqteyi-nəzərindən  bir-biri  ilə  sıx  bağlılıqda  olan  iki  prosesin 

vəhdətinə söykənirdi: 

1.

  stehsal prosesinin (sadə əmək kooperasiyası çərçivəsində) ayrı-



ayrı əmək əməliyyatlarına parçalanması; 

2.

  Müxtəlif sənət və peşələr üzrə ixtisaslaşmış işçilərin emalatxana 



çərçivəsində bir araya gətirilməsi. 

Manufakturanın 4 əsas forması məlumdur. 

 

 

Şə



kil 8.3. Manufakturaların əsas formaları 

 

 

 

 

 

Manufaktura 

Məmulat – ayrı-ayrı detalları 

birləşdirmək yolu ilə əldə 

edilir (məs.: saat istehsalı) 

Məmulat ayrı-ayrı 

əməliyyatların ardıcıl sıra ilə 

düzülüşündən əldə olunur 

Məmulatın hazırlanması 

prosesi bütünlüklə kapitalist 

müəssisəsində həyata keçirilir. 

Əməliyyatların bir hissəsi 

muzdlu işçilərin evlərində 

həyata keçirilir. 

Heterogen 

manufaktura 

Üzvi 

manufaktura 



Mərkəzləşdirilmiş 

manufaktura 

Əks-mərkəzləş-

dirilmiş 

manufaktura 

Əsas fondlar 



Dünya iqtisadiyyatının tarixi 

 

 



217

                                                            

Sadə əmək kooperasiyası ilə müqayisədə manufakturalar bir sıra 

üstünlüyə malikdirlər: 

1.

  işçilərin ixtisaslaşması; 



2.

  əmək intensivliyinin yüksəlişi; 

3.

  işçi alətlərin diferensasiyası; 



 


Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin