§ 9.3. Qərbin dünya liderliyinə keçidi
X əsrdə Şərq ölkələrinin iqtisadi inkişaf səviyyəsi Qərbi Avropa ilə
müqayisədə 1.5-2 dəfə yüksək olmuşdur.
146
XI əsrdə adambaşına ÜDM-un həcmi Çində 600-700 dollar,
Hindistanda 550-650 dollar, Misirdə 470-530 dollar (1980-ci ilin
qiymətləri ilə) təşkil etmişdir. Eyni zamanda, şəhər əhalisinin xüsusi
çəkisi arasında da əhəmiyyətli fərqlər yaranmışdır. Belə ki, Çində 2 min
əhalisi olan şəhərlərdə əhalinin 20%, islam ölkələrində - 15-20%-i
yaşadığı halda, Qərbi Avropada analoji göstərici 11-13% təşkil edirdi.
XI-XII əsrlərdə Çində dəmir istehsalı ngiltərənin XVII əsrdə (1640-cı il)
əldə etdiyi səviyyədən 2.5-5 dəfə çox idi. Həmin dövrdə təkcə Çinin
dəmir istehsalının həcmi XVIII əsr Avropasının bütövlükdə analoji
göstəricisinə bərabər olmuşdur.
Şərqlə Qərb arasında fərqlilik intellektual səviyyəyə görə daha
böyük nisbətdə - 1:20-ə nisbətində (Şərqin xeyrinə) formalaşmışdır. Bu
göstərici üzrə Avropanın səviyyəsi, hətta Roma imperiyasının klassik
dövründəki (b.e.ə. VIII əsr − b.e. II əsri) səviyyədən də aşağı olmuşdur.
Qərbi Avropanın dünya hegemonluğuna keçidinin ilkin başlanğıc
anı 1683-1739-cu illəri əhatə edir. Belə bir qənaət ortalıqdadır ki, 1683-
cü ildə Şərqlə Qərb arasında paritet mövcud olmuşdur.
146
В.К.Ломакин. Мировая экономика. М.: Финансы, 1998.- С.29
Dünya iqtisadiyyatının tarixi
227
XVIII əsrin ortalarından etibarən paritet Qərbin xeyrinə pozulmağa
başlamış və Qərbin dünya iqtisadiyyatında həlledici mövqelərə
yüksəlməsini şərtləndirmişdir. Məhz həmin dövrdə Avropa ictimai əmək
məhsuldarlığı və istehlakın səviyyəsinə görə Şərq ölkələrinə çatmış,
sonrakı mərhələdə isə sürətlə irəli çıxmışdır.
Maraqlı cəhətlərdən biri ondan ibarətdir ki, araşdırılan dövr ərzində
Şərq mədəniyyətinin yüksəlişi müşahidə edilirdi. Təbiidir ki, qeyd edilən
yüksəliş ənənəvi dəyərlər sisteminə söykənirdi. Bu aspektdən, yəni
mədəniyyətlə bağlı tənəzzül hesab edilə biləcək yeganə məsələ
özünəməxsusluğun,
ənənəviçiliyin hegemon mövqedə qalması,
Avropanın intellektual və mədəni nailiyyətləri ilə müqayisədə innovativ
xarakterli dəyişikliklərin yoxluğu ilə şərtlənə bilər.
Ümumiyyətlə, hal-hazırda tədqiqatçıların böyük əksəriyyəti belə bir
qənaətdədirlər ki, XVI-XVII əsrlərdə Avropanın çiçəklənməsinin
“Avropa möcüzəsi”nin əsas qaynağı elə Avropanın özündədir.
“Avropamərkəzçiliyi” konsepsiyası və ümumiyyətlə, birxətli inkişaf
yanaşması, o cümlədən marksist baxışlar qeyd edilən dövrdə baş vermiş
inkişafı kapitalizmə keçidlə əsaslandırırlar. Belə ki, “burjua” inqilabları
ardıcıl olaraq Avropa ölkələrində formalaşmış feodal münasibətləri
sisteminə son qoymuş, məhsuldar qüvvələrin inkişafı yolundan bütün
“maneələri” aradan qaldırmışdır və s.
Həqiqətən də, XVI-XVIII əsrlər ərzində Şərqin heç bir ölkəsində
“burjua” inqilabı baş verməmiş, kapitalist münasibətlərinin spontan
qaydada formalaşması prosesi olmamışdır. Amma... nədən? Birxətli
yanaşmanın, o cümlədən tarixi materializm məntiqindən çıxış etsək,
əslində əks-nəticə ilə qarşılaşmalı idik. Yəni o dövrdə Şərq bütün
parametrlərə görə Qərbdən üstün idi və təbii olaraq, “proqressiv” olan nə
varsa ilkin olaraq Şərqdən başlanmalı idi.
Şərqin gerçəkliyini şərtləndirən amillərə yanaşmada müxtəlif
baxışlar yer almaqdadır:
1. Şərq ölkələrinin köçəri tayfaların aramsız hücumlarına məruz
qalması; Həqiqətən də, kiçik fasilələrlə aparılan müharibələr
iqtisadiyyatın inkişafına dağıdıcı təsir göstərmiş, demoqrafik
situasiyanı kəskin şəkildə pisləşdirmişdir və s.
Bəzi tədqiqatçılar bunu önəmli amil hesab etmirlər. Qeyd
edirlər ki, əvvəla, dağıdıcı müharibələr heç vaxt Şərqin
xüsusiyyəti keyfiyyətində çıxış etməmişlər. kincisi,
Avropada da belə müharibələr baş vermişdir (1618-1648 –
30 illik müharibə) ki, nəticədə də təkcə Almaniyanın
Dünya iqtisadiyyatının tarixi
228
əhalisi 20 mln. nəfərdən 7 mln. nəfərə qədər azalmışdır və
s.
2. Şərq ölkələrinin sistematik şəkildə talan edilməsi (müstəmləkə
sistemi). Sözügedən proses bir tərəfdən, Şərq ölkələrində
iqtisadiyyatın dağılmasına, kütləvi yoxsullaşmaya, digər tərəfdən
isə əldə olunan böyük həcmli sərvətə söykənməklə Avropa
ölkələrinin sürətli inkişafına səbəb olmuşdur. lkin kapital yığımı
prosesinin əsasən Şərq ölkələrinin talan edilməsi hesabına baş
verməsi bütövlükdə Şərq regionunda feodalizmin və müstəmləkə
köləliliyinin uzunmüddətli mövcudluğuna səbəb olmuşdur.
Probelmin bu səpgidə qoyuluşunu qəbul etməyən tədqiqatçılar qeyd
edirlər ki:
1.Çoxsaylı cəhdlərə baxmayaraq “görünməmiş talan”ın miqyasını
və “ilkin kapital yığımı”nın məbləğini müəyyənləşdirmək mümkün
olmamışdır. Əksinə, Şərqlə Qərb arasındaki “tədiyyə balansı”
birincinin xeyrinə formalaşırdı.
Qərbin Şərqlə ticarət əlaqələrində olan xroniki defisit
qiymətli metalların Şərqə axınına gətirib çıxarmışdır.
XVII-XVIII əsrlərdə Amerikada hasil edilən gümüşün 1/3
məhz həmin defisiti qapamaq üçün Şərq ölkəsinə
göndərilmişdir.
Avropanın
ümumidxalatının
90%-i
Asiyadan gətirilirdi. Yəni vurğulayırlar ki, qızıl axınları
Qərbdən Şərqə yönəlmişdir, əksinə deyil! Əslində isə,
Şərqin maddi, təbii və insan resurslarının Qərb dövlətləri
tərəfindən talan edilməsi (müstəmləkə sistemi) Şərqin
iqtisadiyyatına öldürücü zərbə vurmuşdur. Məsələn,
Maysorun paytaxtının işğalı nəticəsində (1799-cu il)
ingilislər 12 mln qızıl pul, Benqalın işğalından sonrakı 15
il ərzində (XVIII əsr) 1 mlrd. funt sterlinq dəyərində vəsait
əldə etmişlər. 100 il ərzində (1757-1857) ngiltərənin
Hindistandan əldə etdikləri sərvətin məbləği 1 mlrd. funt
sterlinq təşkil etmişdir və s. Bütün bunlara 100 illər boyu
davam edən müstəmləkə sistemini və onun səbəb olduğu
nəticələri də əlavə etsək, onda gerçək vəziyyətin heç də
deyildiyi kimi olmadığını görə bilərik
Bir sıra müəlliflər qeyd edirlər ki, bəzi ölkələr istisna olmaqla,
bütövlükdə Şərq regionunda mütləq iqtisadi tənəzzül olmamışdır. Hətta,
o dərəcədə ki, iqtisadi inkişaf templəri Avropanın analoji göstəricisindən
elə
də
fərqlənmirdi.
Məsələn,
Mak-Eyvedi
və
Consun
Dünya iqtisadiyyatının tarixi
229
qiymətləndirmələrinə görə demoqrafik artımın dinamikası (iqtisadi
inkşafın məcmu ifadəsi kimi) yuxarıda gəlinən qənaətin doğru olduğuna
dəlalət edir.
Cədvəl 9.3
Şə
rq-Qərb: əhalinin artım dinamikası
llər
Avropa
Asiya
Ə
halinin sayı
mln. nə fə r
Ə
vvəlki dövrə
nisbə tə n artım
(%)
Ə
halinin sayı
mln. nə fə r
Ə
vvəlki dövrə
nisbə tə n artım
(%)
1500
1600
1650
1700
1800
81
100
105
120
180
-
25
5
14
50
280
375
370
415
625
-
35
-1
12
50
1800-cü ilə olan məlumata görə Avropanın əhalisi 71%, Çinin –
146%, Hindistanın əhalisi isə 27% artmışdır. XVIII əsrin əvvəllərində
Çin, sonralar isə Avropa iqtisadi inkişaf templərinə görə Hindistana
çatmışdı, iqtisadi və demoqrafik artımın dinamikası Yaponiya üçün də
analoji xarakter daşımışdır.
2.“ lkin kapital yığımı” prosesinin tarixi fenomen kimi mövcudluğu
şübhə altına alınır. Prosesin təfərrüatına varmayan bəzi tədqiqatçılar
göstərirlər ki, bu fenomenin gerçəkliyinin belə, Şərqə heç bir
aidiyyəti olmamışdır. Başqa sözlə, XVII-XVIII əsr Avropasının
elmi-texniki və iqtisadi inkişafında müstəmləkə sistemi, ələlxüsus
Şərq heç bir rol oynamamışdır. Sənaye çevrilişinin erkən dövründə
(1760-1815) ticarət və bank kapitalının iştirakını sübut edə biləcək
heç bir fakt mövcud deyildir. Ayrı-ayrı şəxslər tərəfindən əldə
edilən sərvət (müstəmləkələrin istismarı ilə bağlı) Qərbin
sənayeləşməsi prosesində iştirak etməmişdir.
3.Şərqə münasibətdə Qərbin “xeyirxahlığını” önə çəkənlərin ən
maraqlı qənaətlərindən biri də “konkret qanunauyğunluq” aşkara
çıxarmalarıdır. Heç demə müstəmləkələr metropoliyalara nisbətən
daha sürətli inkişaf yolunda olmuşlar.
Dünya iqtisadiyyatının tarixi
230
Bununla belə, əksər nəzəri yanaşmalar (marksizm, dünya-sistem
nəzəriyyəsi, asılılığın meta nəzəriyyəsi və s.) Şərqin dünya liderliyini
əldən verməsini Qərbin “talan” siyasəti ilə bağlayırlar. Məsələn,
.Vallerstayn “müasir dünya sisteminin” formalaşması prosesini iki dövrə
bölür – 1450-1640 və 1640-1815; eyni zamanda, göstərilir ki, sözügedən
prosesdə mənimsəmənin yeni formaları meydana çıxmışdır. Kənd
təsərrüfatı, sonralar isə sənaye istehsalında artım dünya bazarı vasitəsi ilə
(qeyri-ekvivalent ticarət) Qərb ölkələri tərəfindən mənimsənilirdi. Qeyri-
ekvivalent ticarət regional qiymət səviyyələri arasındakı fərqə və gümüş
və qızılın fərqli alıcılıq qabiliyyətinə əsaslanırdı. Həyata keçirilən valyuta
– qiymət siyasətinin əksər müsbət məqamları isə “nədənsə” Qərbdə
toplanırdı və onun sürətli inkişafına güclü təkan verirdi. Bu da, yekun
olaraq sənayeləşmə və cəmiyyətin modernləşməsi ilə nəticələndi. 1500-
1700-cü illər ərzində Avropanın xarici ticarət dövriyyəsi 15 dəfə artdı.
Və beləliklə, beynəlxalq ticarətdə hegemon mövqeyə sahiblənən Qərb
dünyanın iqtisadi inkişaf mərkəzinə çevrildi.
Müvafiq olaraq, Şərq “mərkəzin” tələbatları və mənafeləri
çərçivəsində “inkşaf” yoluna qədəm qoydu – dünya sisteminin əyalətinə
çevrildi. Beynəlxalq əmək bölgüsü sistemi genişləndikcə Şərq ölkələrinin
“mərkəzdən” asılılığı da güclənməyə başladı. Formalaşmaqda olan dünya
bazarının “oyun qayda”larına (daha doğrusu – Avropa kapitalının diktə
etdiklərinə) tabe olmaq məcburiyyəti iqtisadi geriliyin sistemli xarakter
almasına gətirib çıxardı. Daxili, endogen amillərin təsir dairəsi və
əhəmiyyəti xeyli dərəcədə aşağı düşdü. Həmin dövrdə Şərq ölkələri
xammal və yarımfabrikat ixracatçılarına çevrildilər.
Beləliklə, inkişafa münasibətdə Şərqlə Qərb arsında əks-tənasüblük
formalaşdı. Qərb – nə qədər çox inkişaf edirdisə, Şərq o qədər geri
qalırdı.
Bütün orta əsrlər dövründə, eləcə də yeni dövrün başlanğıcında
Şərq özünəməxsusluğunu qorumuş və Qərblə bağlı olanları (mənəvi
dəyərlərdən tutmuş iqtisadiyyatın təşkilinə qədər) birmənalı şəkildə rədd
etmişdi. Yalnız XIX əsrin ikinci yarısından başlayaraq Şərq sivilizasiyası
tədricən daha tolerant olmağa, Qərbə aid olanları qəbul etməyə
başlamışdı. Şərqin “qərbləşməsi” prosesi bu gün də davam etməkdədir.
Dünya iqtisadiyyatının tarixi
231
§ 9.4. Qə rb və Şə rq ölkə lə ri orta ə srlə rdə : “istehsal iqtisadiyyatı”nın
inkiş af xüsusiyyə tlə ri
§ 9.4.1. Fransa iqtisadiyyatı
XI-XV əsrlərdə Fransa tipik feodal dövləti kimi mövcud olmuşdu.
Fransanın feodalizmə keçidi icma cəmiyyətinin və Roma imperiyasının
protofeodal elementlərinin uyğunlaşdırılması əsasında baş vermişdir.
Artıq V əsrdə Fransa feodal dövlətinə çevrilmişdir. Milli dövlət
quruculuğu prosesi IX əsrin ortalarından başlamış, XI əsrdə
yekunlaşmışdır. IX-XI əsr Fransa iqtisadiyyatında hakim mövqedə olan
natural təsərrüfatçılıq tipi ayrı-ayrı iri feodalların daha da güclənməsinə
şərait yaradırdı. Hətta o dərəcədə ki, onların sahib olduqları ərazilər
ayrıca dövlət kimi fəaliyyət göstərir, kral hakimiyyətindən asılılıq demək
olar ki, tam şəkildə aradan qalxırdı.
XI-XIII əsrlərdə mərkəzəqaçma təmayülləri tədricən güclənməyə
başlayır, ayrı-ayrı əyalətlərin dağınıq halda mövcudluğuna son verilir.
Feodalların torpaq üzərindəki inhisar mülkiyyəti tam şəkildə
qərarlaşır. Azad kəndli torpaq sahibliyi ləğv edilir. Yalnız şəxsi feodal
asılılığı əsasında kəndlilərə pay torpaqları verilir. Asılılığın ən geniş
yayılmış forması təhkimçilik (servaj) idi. Təhkimli kəndlilər tam
hüquqsuz vəziyyətə salınmışdı.
XIII-XIV əsrlərdə təhkimçiliyin böhranı başlayır. Natural
təsərrüfatçılıq tipi inkişafın əngəlinə çevrilir.
Böyük Coğrafi kəşflərin digər ölkələrlə müqayisədə Fransa
iqtisadiyyatına təsiri hissediləcək dərəcədə olmamışdır. Feodal
münasibətləri sistemi XVIII əsrin sonuna qədər davam etmişdir. Bütün
bu dövr ərzində ölkə iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edirdi.
Aqrotexnki təchizatın səviyyəsinə görə XIV əsrlə müqayisədə,
əhəmiyyətli irəliləyişlər olmamışdır. Bununla yanaşı, əsas kənd
təsərrüfatı rayonlarının ərazicə ixtisaslaşması prosesi start götürmüşdür.
Fransada ilkin kapital yığımı prosesi, ngiltərədən fərqli olaraq
(“çəpərləmə”) vergi yükünün artırılması yolu ilə həyata keçirilirdi.
lkin kapital yığımının fransız metodu iki əsas xüsusiyyəti ilə
fərqlənirdi:
1.
Dövlət borcları sisteminin xüsusi çəkisinin qeyri-adi
böyüklüyü.
2.
Daxili bazarın nisbi zəifliyi.
Dünya iqtisadiyyatının tarixi
232
Bu proses çərçivəsində sənayenin ən yüksək inkişaf səviyyəsi XVII
əsrin ortalarına təsadüf etmişdir. Qeyd edilən səviyyənin əldə
olunmasında dövlətin proteksionist siyasəti həlledici rol oynamışdır.
Ümumiyyətlə, dövlətin həyata keçirdiyi iqtisadi siyasət ticarətin
inkişafında da mühüm yer tutur. Ticarət donanması yaradılmışdır, daxili
bazar yüksək gömrük tarifləri ilə qorunurdu və dövlət ixracat
əməliyyatlarını əhəmiyyətli dərəcədə dəstəkləyirdi. Avropanın digər
ölkələri və müstəmləkələrlə ticarətdə inhisarçı birliklər meydana çıxmağa
başlamışdır. Feodal münasibətləri məhz Fransada daha yetkin forma
almışdı. Bu baxımdan aşağıdakı fərqli xüsusiyyətləri göstərmək olar:
1.
Feodalların kənd təsərrüfatından “ayrılığı”.
2.
Kənd yerlərində xırda torpaq sahibliyinin hökmranlığı;
Təsərrüfatın natural xarakterinə uyğun olaraq daxili bazarın və
əmtəə-pul münasibətlərinin zəif inkişafı; daxili bazarın “darlığı”
əsasən kəndlilərin çoxsaylı və ağır vergi yükü altında olmaları
ilə izah edilə bilər.
3.
Dövlət strukturlarında feodalların güclü mövqelərə sahib olması
feodal münasibətlərinin dağılmasına və yeni kapitalist
münasibətlərinin intişarına mənfi təsir göstərirdi.
4.
Dövlət vergilərinin mərkəzləşdirilmiş feodal rentası kimi xüsusi
rolu;
5.
Yüksək faizlərlə dövlət istiqrazlarının buraxılması; Nəticədə,
manufakturaya kapital qoyuluşu ilə müqayisədə sələmçilik daha
sərfəli olmuşdur. Vergilərlə birlikdə sələmçilik Fransada ilkin
kapital yığımının spesifik mənbəyi kimi çıxış edirdi.
6.
Zadəganlara aid olmayan əsas əhali kütləsi tam hüquqsuz idi.
Bu da yeni yaranan münasibətlər (kapitalist) sistemində
əngəlləyici amil rolunu oynayırdı.
7.
Sənayedə xüsusi kapital qoyuluşlarının zəif artımı sənətkarlıq
və manufakturalar üzərində kral hökumətinin qəyyumçuluğuna
səbəb olmuşdu.
XVII əsrin ikinci yarısından etibarən Fransada manufakturaların 4
tipi formalaşmışdı:
1.
Dövlət vəsaitləri hesabına yaradılan və dövlət tərəfindən
idarəedilən kral manufakturaları.
2.
Müxtəlif imtiyazları olan xüsusi kral manufakturaları.
3.
Vergiqoyma sferasında və ssuda alınmasında müxtəlif
güzəştlərdən istifadə edən, bu anlamda müəyyən
üstünlüklərə malik olan xüsusi imtiyazlı manufakturalar.
Dünya iqtisadiyyatının tarixi
233
4.
Heç bir imtiyazı olmayan, dövlət dəstəyindən istifadə
etməyən adi manufakturalar.
Fransa dövləti gəmiçiliyin inkişafına xüsusi diqqət yetirməyə
başlamışdır ki, bu da nəticədə ingilis və hollandlarla rəqabət aparmaq
imkanı yaratmışdır. Digər tərəfdən, Kanadanın, Luiziananın, Qəraib
dənizi hövzəsindəki bir sıra adaların, Hindistanın Pandişer vilayətinin və
s. ələ keçirilməsinə təkan vermişdir.
XVII əsrin sonu XVIII əsrin əvvələrində başlayan siyasi-iqtisadi
tənəzzül müstəmləkələrin bir hissəsinin itirilməsi ilə nəticələndi. Dövlət
borcunun həcmi görünməmiş dərəcədə artdı (kralın vergilərdən əldə
etdiyi məcmu gəlirindən 32 dəfə çox). Məcburi məzənnə ilə buraxılan
kağız pullar bütövlükdə pul sisteminin dağılmasına səbəb oldu.
§ 9.4.2. ngiltərənin iqtisadiyyatı
ngiltərədə feodal münasibətləri icma təsərrüfatının inkişaf
xüsusiyyətlərindən qaynaqlanmaqla formalaşmışdı. Roma imperiyasının
təsiri Fransadakı qədər əhəmiyyətli rol oynamamışdır. VII əsrdə əmlak
bərabərsizliyinin konkret səviyyələri formalaşmışdır: erli (zadəganlar),
kerli (azad icma üzvləri), leti (yarımazad icma üzvləri) və qullar. IX
əsrdə ngilis krallığı yaranır. XII əsrdə votçina qəti olaraq qərarlaşır.
1235-ci
ildən
etibarən
“çəpərləmə”
prosesi
başlanır.
Manufakturaların yaranışı (şəhərlərdən kənar) start götürür. XV-XVI
əsrlərdə cəngavərlərin “burjualaşması” prosesi gedir.
XVI-XVII əsrlər ngiltərəsi yeni, kapitalist münasibətlərinin
formalaşması prosesində daha fəal şəkildə çıxış edirdi. Kapitalist
münasibətləri sisteminin ngiltərədə daha sürətli qərarlaşması əsasən
aşağıdakı amillərlə izah oluna bilər:
1.
Təhkimçilik hüququnun daha erkən ləğvi;
2.
Sənaye burjuaziyasının əhəmiyyətli bir təbəqəyə çevrilməsi;
3.
Zadəgan təbəqəsinin parçalanması: Zadəganların bir qismi yeni
münasibətlər sistemini dəstəkləyirdi.
4.
Sənayenin inkişafını dəstəkləyən güclü mütləqiyyətin
mövcudluğu. ngiltərənin (XVI-XVII əsrlərdə) iqtisadi inkişafı
iki əsas amillə xarakterizə olunur:
1. ngilis sənayesinin əsasını kətançılıq təşkil edirdi.
Yunçuluq sənayesi – ilkin başlanğıcdan yeni münasibətlər
əsasında formalaşmışdır.
Dünya iqtisadiyyatının tarixi
234
Kətançılıq manufakturaları əvvəlcə kənd yerlərində
yaranmışdır. Harada ki, sex rejimi yox idi və sərbəst işçi
qüvvəsi kifayətedici səviyyədə idi. XVII əsrin
əvvəllərində kətan və yun ingilis ixracatının 90%-ni
təşkil edirdi. pək və metal emalı sənayesi müqayisədə
ikinci planda dayanırdı. XVII əsrdə Şərq ölkələrindən
pambıq idxalına başlandı. Tədricən dağ-mədən sənayesi,
gəmiqayırma, barıt, şüşə və sabun istehsalı inkişaf
yoluna qədəm qoyurdu. Yüz il (1551-1651) ərzində
ngiltərədə kömür hasilatı 14 dəfə, dəmir filizi – 3 dəfə,
əlvan metallar (mis qurğuşun və s.) 6-8 dəfə artmışdır.
Bütün Avropada istehsal edilən kömürün 4/5-ü
ngiltərənin payına düşürdü.
2. XVI əsrdə ngiltərədə “aqrar inqilab” baş verir. Kəndli sinfi bir
sinif kimi “yox” olur. “Çəpərləmə” əməliyyatı kəndliləri torpaqdan
uzaqlaşdırmaqla sərbəst işçi qüvvəsinin sayının artımına səbəb
olmuşdur ki, bu da sənaye üçün işçi qüvvəsi problemini aradan
qaldırmışdır.
“Çəpərləmə” əməliyyatına təkan verən əsas amil XVI əsrin
əvvəllərində yuna olan tələbin artması idi. Artan tələbi ödəmək məqsədi
ilə mülkədarlar özlərinə məxsus olan torpaq sahələrini otlaq yerlərinə
çevirirdilər. ri fermer təsərrüfatları yaranırdı.
Yeni münasibətlərin qərarlaşması prosesinə paralel olaraq zadəgan
təbəqəsinin parçalanması da sürətlənirdi. Keçmiş feodalların bir hissəsi
yeni, kapitalist münasibətlərinin tərəfdarlarına çevrilirdilər.
Eyni zamanda, dövlət də öz tərəfindən kapitalist münasibətləri
sisteminin formalaşmasını güclü şəkildə dəstəkləyirdi. Bu məqsədlə bir
sıra qanunlar qəbul edilmişdir: avaralara qarşı tətbiq olunan “qanlı
qanunlar”, maksimal əməkhaqqı haqqında qanun və s. Həmçinin
yeniliyin sürətli tətbiqində kilsənin islahatları da az əhəmiyyətli rol
oynamamışdır. Nəticədə geniş torpaq sahələri kilsədən alınaraq təsərrüfat
dövriyyəsinə daxil edilmişdir.
ngiltərədə feodal torpaq sahibliyinin yenidən təşkili burjua-kəndli
deyil, burjua-zadəgan yolu ilə həyata keçirilirdi. Öz feodal hüquqlarından
istifadə edən torpaq sahibləri kəndliləri kütləvi şəkildə qovurdular.
Sənayenin inkişafı ticarətin, ələlxüsus xarici ticarətin tərəqqisinə güclü
təkan verdi. Ölkədə iri ticarət şirkətləri yaranmağa başladı. 1600-cü ildə
yaradılmış Ost-Hind şirkəti Hindistanın müstəmləkə əsarətinə alınması
prosesinin başlanğıcını qoydu. XVI əsrdə Londonda iri banklar və
Dünya iqtisadiyyatının tarixi
235
birjalar meydana çıxdı. XVI əsrin ikinci yarısından etibarən ngiltərə
müstəmləkə sistemi yaratmağa başlamışdır.
§ 9.4.3. Almaniya iqtisadiyyatı
Almaniyada feodalizmə keçid kənd yerlərində yaranmış protofeodal
elementləri əsasında baş vermişdir. Almaniya IV-IX əsrlərdə Frank
dövlətinin tərkibində olmuş, yalnız 911-ci ildə müstəqillik əldə etmişdi.
Feodalizmin qərarlaşması prosesinin əsas xarakterik xüsusiyyətlərinə
aşağıdakıları aid etmək olar:
1.
Prosesin ifrat ləngliyi.
2.
Prosesin asimmetrikliyi: feodal münasibətləri ölkənin
cənubu və cənub-qərbində daha sürətlə yayılırdı.
3.
XIV əsrə qədər mərkəzləşdirilmiş kral hakimiyyətinin
saxlanması.
XIII-XIV əsrlərdə ölkənin iqtisadi məkanı 3 yerə parçalanmışdı:
1. Şimal-qərb regionu: kiçik zadəganlar, icarəçi kəndlilər;
2. Şərq regionu: işğal edilmiş ərazilər, kiçik zadəganlar, təhkimçilik
hüququ, ticarət;
3.
Cənub və Cənub-qərb regionu: iri votçinalar. XVI əsrdə
Almaniyanın ərazisində 30 mln. insan 297 müstəqil
dövlətdə yaşayırdı.
Ümumiyyətlə, Almaniyanın iqtisadi inkişafı ngiltərə və Fransadan
tamamilə fərqli xüsusiyyətlər daşıyırdı. XVI əsr Almaniyasında feodal
münasibətləri nəinki zəifləmiş, hətta daha da möhkəmlənmiş və XIX əsrə
qədər davam etmişdi.
XIV-XV əsrlərdə əhalinin artımı, ticarətin, sex sənətkarlığının,
əkinçiliyin inkişafı dövrü kimi xarakteizə oluna bilər. Alman malları –
yüksək keyfiyyətlə istehsal olunurdu ki, bu da rəqabət mübarizəsində
müəyyən üstünlüklər əldə etməyə imkan verirdi. Zərgərlik, silah istehsalı,
dağ-mədən sənayesi güclü inkişaf etmişdi. Almaniya – Avropada ilk dəfə
olaraq kitab çapını həyata keçirirdi.
Kənd təsərrüfatı məhsullarına olan tələbin artırılması kənd
yerlərində əmtəə-pul münasibətlərinin inkişafı prizmasından Qanza
önəmli rol oynayırdı.
Böyük Coğrafi kəşflər Almaniya iqtisadiyyatına mənfi təsir
göstərmişdir. Belə ki, ticarət yollarının dəyişməsi şimali və cənubi alman
şəhərlərinin tənəzzülünə, ticarətin və sex sənətkarlığının böhranına səbəb
oldu.
Dünya iqtisadiyyatının tarixi
236
Bununla yanaşı, gümüş mədənlərinin sənaye əhəmiyyəti aşağı
düşdü. Qiymət inqilabı və tələbin həcminin artması ilə kənd təsərrüfatı
məhsullarının qiymətində yüksəliş baş verdi ki, bu da sözügedən
istiqamətdə əlverişli konyunkturanın formalaşmasına gətirib çıxardı.
Alman mülkədarları kənd təsərrüfatı məhsullarının ixracatını artırmaq
məqsədi ilə klassik feodal elementlərinə (biyar və s.) geniş yer verirdilər.
Bu dövrdə baş verən kəndli üsyanları (1525-ci il) yatırıldıqdan sonra
feodal münasibətləri daha da möhkəmləndi. Yeni şəraitə uyğunlaşa
bilməyən Qanza dağıldı (1699-cu il). Alman taxıl mərkəzi kimi Hamburq
ön plana çıxdı.
XVI əsr Almaniyasının iqtisadi tənəzzülündə siyasi dağınıqlıq da
əhəmiyyətli rol oynamışdı. Siyasi dağınıqlılıq - əslində ölkə
iqtisadiyyatının zəif inkişafından qaynaqlanırdı, eyni zamanda, öz
növbəsində iqtisadi geriliyi daha da dərinləşdirirdi. Ayrı-ayrı iqtisadi
regionlar arasında, demək olar ki, əlaqə yox idi. Məsələn, Şimali
Almaniya Baltik dənizi hövzəsinə, Cənubi Alman şəhərləri Şimali taliya
və Dunay çayı hövzəsinə yönəlmiş, qərb rayonları Niderlanddan asılı
vəziyyətə düşmüş, Şərqi Almaniyanın isə heç bir inkişaf etmiş ərazilərlə
münasibətləri olmamışdır. Ölkədaxili regionların iqtisadi əlahiddələşməsi
siyasi separatizm doğururdu.
XVII əsrin sonunda Almaniyada 6 min müxtəlif pul vahidi
dövriyyədə olmuş, gömrük sistemi əlavə məhdudiyyətlər hesabına daha
da mürəkkəb sistem keyfiyyətinə yiyələnmişdi.
Bütün bunlar, təbii olaraq ölkənin iqtisadi inkişafında mənfi işarəli
rol oynayırdı. Feodal çəkişmələri 30 illik müharibəyə (1618-1648) gətirib
çıxardı. Antihamburq koalisiyasının qələbə çalması Alman torpaqlarının
bir hissəsinin bölüşdürülməsinə səbəb oldu.
Nəticədə, iqtisadi təcridliyə çoğrafi təcridlik də əlavə olundu. Bütün
Baltikyanı ərazilər sveçin, Şimal dənizi isə Hollandiyanın nəzarətinə
keçdi.
XVIII əsrdə Prussiya güclü hərbi-siyasi monarxiyaya çevrildi.
qtisadi proseslərdə “hərbi” elementlər üstünlük təşkil etməyə başladı.
Feodal münasibətlərinin daha da möhkəmləndirilməsi prosesi start
götürdü.
Dostları ilə paylaş: |