§ 11.1. Dünya bazarının təşəkkülü
Dünya iqtisadiyyatının formalaşmasında real məzmunlu bazarın –
dünya bazarının təşəkkülü müstəsna rol oynamışdı. Təsadüfi deyildir ki,
hər iki yaranışın meydana çıxma tarixi eynidir – XIX əsrin sonu XX əsrin
əvvəlləri.
Dünya bazarının genezisi, problemin sistemli qoyuluşu nöqteyi-
nəzərindən, XVI əsrdən başlanır. Əksər tədqiqatçılar XVI-XVIII əsrləri
əhatə edən zaman sürəcini dünya bazarının genezisinin birinci mərhələsi
kimi göstərirlər. Sözügedən dövr ərzində həqiqətən də dünya bazarının
formalaşması prizmasından mühüm hadisələr baş vermişdi:
1.
müstəmləkə sisteminin yaranması – Amerika və Hindistanın
müstəmləkəyə çevrilməsi;
2.
“Qiymət” inqilabı;
3.
dəniz gəmiçiliyinin inkişafı;
4.
müstəmləkələr hesabına Avropa bazarının daha da genişlənməsi
və zənginləşməsi;
5.
natural təsərrüfatın mahiyyət dəyişikliyinə məruz qalması və
əmtəə təsərrüfatının qərarlaşması ilə sex quruluşundan
manufakturaya
keçid;
istehsalın
kütləvi
bazara
istiqamətlənməsi;
6.
xarici ticarətin inkişafı; iri ticarət kampaniyalarının, ticarət və
fond birjalarının yaranması;
7.
bazar iqtisadiyyatının qərarlaşması.
XVI-XVIII əsrlərdə baş verən hadisə və proseslər dünya bazarının
sistemli yaranış kimi genezisinin əsasında dayananlardır. Bu dövr iqtisadi
ədəbiyyatda dünya bazarının məhz genezisi kimi, həmçinin bütövlükdə
formalaşmanın birinci mərhələsi kimi səciyyələndirilir.
kinci mərhələ − XVIII-XIX əsrin sonu – artıq dünya bazarının
qərarlaşdığı dövrdür. Bu mərhələnin əsas keyfiyyət xarakteristikası
aşağıda sadalananlarda öz əksini tapmışdır:
1.
sənaye inqilabının sosial-iqtisadi nəticələri;
Dünya iqtisadiyyatının tarixi
264
Şə
kil 11.2. Bazarın tipoloji-tarixi təsnifatı
bazar
nstrumental anlayış
kimi
Mal, xidmət,
informasiya, pul,
kredit, kapital üzrə
alqı-satqı
əməliyyatlarının
aparıldığı yer
Tipologiyası
xarici
daxili
xarici ölkə bazarı;
regional bazar
beynəlxalq bazar
(dünya bazarı)
Lokal bazar
Ölkədaxili regional
bazar;
Milli bazar
Bazarın təşkilati
formaları
kənd bazarı;
şəhər bazarı;
yarmarkalar;
hərrac;
birja;
elektron
Bazarın
təşkilati-iqtisadi
formaları
Kortəbii bazar: natural
təsərrüfatın hökmran olduğu
şəraitdə
Bəzi tənzimləmə elementləri ilə
birlikdə kortəbii bazar: azad
rəqabət və inhisarizmə keçid
şəraitində
Tənzimlənən bazar: müasir
şəraitdə
Tədavül sferasında (mal,
xidmət, informasiya və
s.) formalaşan iqtisadi
münasibətlərin
məcmusudur
Kateqorial anlayış kimi
Dünya iqtisadiyyatının tarixi
265
2. manufakturadan fabrikə - iri maşınlı sənayeyə keçid;
3. Hind-Çin yarımadası, Afrika və Avstraliyanın müstəmləkəyə
çevrilməsi;
4. bazar sistemi və bazar infrastrukturunun inkişafı, kapital
ixracının meydana gəlməsi;
5.
beynəlxalq əmək bölgüsünün sistem keyfiyyətinə sahiblənməsi.
Ümumiyyətlə, mal ixracından kapital ixracına keçid mahiyyət
nöqteyi-nəzərindən dünya bazarının yarandığına dəlalət edən əsas
amillərdən biridir.
Nəhayət üçüncü mərhələ - XIX əsrin sonu XX əsrin əvvəlləri –
dünya bazarının dünya iqtisadiyyatının mərkəzinə, əsas tənzimləyici
müxanizmə çevrilməsi:
1.
nhisarizmin yaranması.
2.
Beynəlmiləlləşmə prosesinin ifrat dərəcədə intensivləşməsi.
3.
Mal bazarının strukturca kardinal şəkildə dəyişməsi.
4.
Mal və kapital bazarlarının tənzimlənməsinə keçid və s.
Ümumiyyətlə bazar – sistemli yaranış kimi meydana çıxdığı
zamandan müasir dövrə qədər ardıcıl olaraq keyfiyyət dəyişikliklərinə
məruz qalmışdır. lkin olaraq formalaşan “klassik” bazar geniş təkrar
istehsal prosesinin kortəbii tənzimləyicisi kimi çıxış edirdi.
Dünya bazarının təşəkkülü dövründə (XIX əsrin sonu-XX əsrin
əvvəlləri) “klassik” bazar keyfiyyət dəyişikliyinə məruz qalaraq azad
rəqabətdən inhisarçı rəqabətə keçid etdi. “Kortəbii” tənzimləmənin
sərhədləri inhisarçı birliklərin müdaxiləsi ilə xeyli daraldı və
“korporativ” tənzimlənmə ilə müəyyən mütənasiblikdə tətbiq olunmağa
başladı. “Klassik” bazar sənaye inqilabı dövrünün iqtisadi mexanizmi idi.
Məcmu istehsalda sənayenin xüsusi çəkisi durmadan artır, istehsal böyük
tutumlu bazarlara və standartlaşdırılmış kütləvi tələbat mallarının
buraxılışına yönəlirdi. stehsalın səmərəliliyinin yüksəldilməsinin əsas
amili ən müxtəlif formalarda canlı əmək məsrəflərinə qənaət edilməsi idi.
Dünya iqtisadiyyatının tarixi
266
Şə
kil 11.3. Dünya bazarları sistemi
Dünya bazarı
Kapit
al
bazar
ı
Pul
baza
rı
Ərzaq
malları
bazarı
Qeyri-
ərzaq
malları
bazarı
Mənzil
bazarı
Xidm
ət
bazar
ı
Elmi-
texniki
məhsu
llar
bazarı
nvesti
siya
bazarı
stehl
ak
bazar
ı
-
Patent;
lisenzi
ya,
nou-
Təbii
resursl
ar
bazası
stehsa
l
təyinatl
ı
məhsul
lar
Əm
ək
baz
arı
Maliy
yə
bazar
ı
nformasi
ya bazarı
Tərkibi və
strukturu
Bazarlar
sistemi
Dünya
bazarının
infrastruktur
u
Birjalar
Təbii
resursla
r
Mal
(əmtəə)
Fond
Əməak
-Nəqliyyat
-Rabitə və s.
Xidmətin təşkili
- Tədqiqat;
(marketinq);
- Kredit;
- Reklam və s
- Topdansatış;
-
Pərakəndəsatış;
- ctimai-iaşə;
- Yarmarka
Ticarət
müəssisələri
Vasitəçi
təşkilatlar
“Klassik” bazarın mövcudluğu XX əsrin ortalarına qədər davam
etmiş, “Satıcı” bazarı keyfiyyətində fəaliyyət göstərmişdir. Müasir bazar
özünün “klassik” formasından köklü surətdə fərqlənir. Müasir bazar hər
şeydən fərqlənir. Müasir bazar hər şeydən əvvəl informasiya dövrünün
iqtisadi mexanizmi kimi çıxış edir və konkret situasiyadan asılı olaraq
bazar mexanizmi dövlət və korporativ tənzimləmələrlə çulğalaşır. Müasir
bazar şəraitində istehsalçı naməlum istehlakçı üçün nəzərdə tutulmuş
hazır məhsulla bazara çıxmır.Əksinə, istehlakçının nəzərdə tutduğu
parametrdə məhsul istehsal edir. Müasir bazarı fərqləndirən əsas cəhət
onun “alıcı” bazarı kimi formalaşmasıdır. Məlumdur ki, XX əsrin ikinci
yarısına qədər mövcud olmuş bazarların əsas xüsusiyyəti istehsalçının
istehlakçıya nisbətən üstün mövqedə durması olmuşdu. Belə şəraitdə,
istehsalçı diktatı yaranır və “satıcı” bazarı keyfiyyət yüksəlişinin
maneəsinə çevrilirdi. Sonrakı proses də (ələlxüsus – satış problemlərinin
kəskinləşməsi, əmək məhsuldarlığının görünməmiş yüksəlişi və s.)
bazarda keyfiyyət dəyişiklikləri baş verir və “alıcı” bazarı formalaşır.
Elə buradaca qeyd edək ki, uzun müddət ərzində “satıcı” və “alıcı”
bazarlarının mahiyyətinə münasibətdə müəyyən yanılmalar mövcud
olmuşdu. Məsələn, bu anlayışlar əksər hallarda kəmiyyət nisbətlərinə
urcah edilməklə son dərəcə bəsit formada izah olunurdu. P.Zavyalov
yazırdı ki: “.... tələb təklifdən əhəmiyyətli dərəcədə yüksək olarsa, onda
bu “satıcı” bazarıdır”.
152
Əslində isə, yuxarıda göstərilən vəziyyət defisit kəlməsi ilə daha
düzgün ifadə olunur. Eyni zamanda, belə bir fikir irəli sürülürdü ki, hər
hansı bir ölkənin daxili bazarında müxtəlif mal qrupları üzrə eyni vaxtda
həm “alıcı”, həm də “satıcı” bazarı ola bilər... Fikrimizcə, sözügedən
dövrdə F.Kotlerin
153
“... Satıcı bazarı şəraitində satıcılar alıcılara nisbətən
daha çox hakimiyyətə malikdirlər” müddəası düzgün başa
düşülməmişdir. Belə ki, həm “satıcı”, həm də “alıcı” bazarı doydurulmuş
bazardırlar. Fərq tələb və təklifin mütləq həcmində deyil, onların çeşid-
keyfiyyət strukturunun uyğun olmamasındadır.
“Satıcı” bazarı şəraitində artıq istehsal olunmuş məhsullar təklif
edilir. “Alıcı” bazarı isə potensial alıcısı olan məhsulları istehsal edir və
bazara çıxarır. “Satıcı ” və “alıcı” bazarları ümumiyyətlə, bazarın
keyfiyyət xarakteristikalarıdır. Qeyd etmək lazımdır ki, inkişaf etmiş və
152
Завъялов П.С. Формула успеха: Маркетинг. М.: «МО»., 1991.- С.25
153
Котлер Ф. Основы маркетинга. М.: Прогресс, 1992.- С.48
Dünya iqtisadiyyatının tarixi
268
artıq informasiya dövrünə qədəm qoymuş ölkələrin heç birində hər hansı
bir mal qrupları üzrə “satıcı” bazarı yoxdur və ola da bilməz.
§ 11.2. Dünya iqtisadiyyatında sistem yaradan element: ticarət
tarixi müstəvidə
Ticarət və onunla bağlı yaranan ixtisaslaşmanın bəşər tarixində yeri
və rolu heç bir tarixi dönəmdə sistemli şəkildə qiymətləndirilməmişdir.
Əksinə, ticarətə neqativ münasibət ən qədim dövrlərdən başlayaraq XX
əsrin sonlarına qədər davam etmişdir.
F.Xayek yazır ki, hətta Aristotel mübadilə proseslərinə “.... nifrətlə
yanaşırdı”
154
. F.Xayek ticarəti iqtisadi sistemi (bazar prinsipləri əsasında)
formalaşdıran əsas element hesab edirdi.
Ticarət – eyni zamanda, sosial-siyasi proseslərə də güclü təsir
göstərmək iqtidarındadır. Tarixən dövlətdən əvvəl yaranan ticarət
makrososial və siyasi sabitliyin dayanıqlılığının “qarantı” kimi çıxış edir.
Sərbəst ticarət – inkişafın və sabitliyin əsas elementidir. F.Xayek
sözügedən sabitliyin real məzmun daşımasını ticarət sferasında tətbiq
edilən məhdudiyyətlər sisteminin ciddiliyindən funksional asılılıqda
olduğunu qeyd edir. Ciddilik dərəcəsi artdıqca sosial-siyasi təlatümlər də
güclənir və əksinə!
Şübhə yoxdur ki, ticarət ən qədim dövrlərdə belə mövcud
olmuşdur. Arxeoloji qazıntılar
155
sübut edir ki, ticarət-iqtisadi fəaliyyətin
bütün növlərindən, o cümlədən əkinçilikdən daha qədimdir.
Avropada ticarətin “izləri” paleolit dövrünə, 30 min il bundan
əvvələ gedib çıxır.
156
8 min il əvvəl, metal və keramikadan hazırlanan
məmulatlar üzrə ticarətin hələ formalaşmadığı dövrdə Anadolu və
Fələstin Qara və Qırmızı dəniz arasında ticarət yollarının mərkəzinə
çevrilmişdi.
F.Fon Xayek hər iki hadisəni “əhalinin dramatik artımı”na nümunə
kimi göstərir və qeyd edir ki, bunu bir çox hallarda mədəni inqilab kimi
səciyyələndirirlər. Arxeoloqlar qeyd edirlər ki, b.e.ə. 3200-ci ildə
Belucistanla (Qərbi Pakistan) Qərbi Asiya rayonları arasında şaxələnmiş
154
Ф.Фон Хайек. Пагубная самонадеянность. Ошибки социализма. 1991, М.: -
С.59
155
Leakey R.E. The Making of Mankind. New York: Dutton, 1981, p.212
156
Herskovits M.J. Economic Anthropology, a Study in Comparative Economics. New
York: ( Alfred Knopf, inc).1960
Dünya iqtisadiyyatının tarixi
269
ticarət əlaqələri mövcud olmuşdu.
157
Ticarətin geniş yayılması antik
sivilizasiyanın sürətli inkişafında müstəsna rol oynamışdı. Ticarətin
inkişafı sosial görünüşün sərhədlərini genişləndirir və artıq tunc
dövrünün ortalarında (b.e.ə. II minillik) dəniz, çay və quru yollarının
şəbəkəsi formalaşır və həqiqi mənada beynəlxalq xarakter kəsb edirdi.
Erkən orta əsrlərdə ticarət dövriyyəsinin əsas ağırlıq mərkəzi şəhərdaxili
və şəhərlərarası əlaqələrin üzərinə düşürdü. Xarici ticarət (Qərb və Şərq
arasında) əsasən kənd təsərrüfatı və sənətkarlıq məhsulları üzrə aparılırdı.
XII əsrdən etibarən xüsusi ixtisaslaşmış assosiasiyalar – gildiyalar
yaranmağa başladı ki, bunların da əsas fəaliyyət sferası ticarət idi.
Ümumiyyətlə V-XV əsrlərdə xarici ticarət iqtisadiyyatın
strukturunda xüsusi yer tuturdu. Həmin dövrdə ticarət əsasən topdansatış
və tranzit formalarında həyata keçirilirdi. Erkən orta əsrlərdə qeyd edilən
sferada Şərq ölkələri (ələlxüsus Çin) üstün möveqdə olmuşdular.
XI əsrdən başlayaraq dünyanın ticarət mərkəzi yenidən Aralıq
dənizi hövzəsinə qayıdır. talyan tacirləri daha fəal surətdə ticarət
əməliyyatlarını həyata keçirirdilər. Aralıq dənizi hövzəsində ticarətin
əsas obyektləri kimi təmtəraq malları, qızıl, gümüş və silah çıxış edirdi.
Eyni zamanda, XI əsrdən etibarən şimal ticarət rayonu (Baltik və Şimal
dənizi) formalaşmağa başladı. Hər iki ticarət axınları arasında əlaqə Alp
dağları, Reyn və eləcə də, Avropanın Atlantik sahilləri vasitəsilə
yaranmışdır. Klassik orta əsrlərdə xarici ticarətin inkişafı Avropa
ölkələrində vahid təsərrüfat sisteminin formalaşmasına, beynəlxalq əmək
bölgüsü əsasında mübadilə proseslərinin intensivləşməsinə gətirib
çıxardı. Orta əsr Avropasının regionları arasında ixtisaslaşma prosesi
gedirdi:
1.Şimal-qərb sənətkarlıq regionu ( ngiltərə və Niderland).
2.Mərkəzi region: sənaye xammalı və qiymətli metalların satışı üzrə
ixtisaslaşmışdır (Aralıq dənizi hövzəsi, spaniya, Skandinaviya).
3.Şərq regionu: Kənd təsərrüfatı və balıqçılıq: (Baltika, Macarıstan,
Polşa və Rusiya).
qtisadi regionlara bölgü regionlararası ticarət əlaqələrinin xüsusi
intensivliyi ilə seçilməsə də, inkişafına maneə törətmirdi.
XI-XII əsrlərdə
ngiltərə, Almaniya,
taliya və Fransada
yarmarkalar meydana çıxdı. Müxtəlif şəhərlər, xarici ölkələrlə ticarət
157
Childe V.Cordon Man Makes Himself, introduction by Sally Green. Bradford – on-
Avon, Wiltshire: Moonraker 1981.
Dünya iqtisadiyyatının tarixi
270
(həm dəniz, həm də quru yolla) məhz həmin yarmarkalar vasitəsilə daha
geniş vüsət almışdır.
O dövrdə aparılan ticarətin dünya iqtisadiyyatına təsiri əsasən Şərq
məhsullarının yüksək dəyərliliyi ilə səciyyənir. Kilsə Şərqlə ticarəti
qadağan etdiyindən məhsullar Avropa bazarına vasitəçilər tərəfindən
gətirilirdi ki, bu da qiymət artımında xüsusi rol oynayırdı. Məhz bu
aspekt Şimali və Şərqi Avropa ölkələri ilə Şərq ölkələri arasında ticarət
müqaviləsinin bağlanmasına gətirib çıxardı. Ticarətin inkişafı eyni
zamanda yeni aqromədəni qaydaların və yeni texnologiyaların
yayılmasına stimul verdi ki, nəticədə də kənd təsərrüfatı sabit templərlə
inkişaf etməyə başladı.
X-XV əsrlər Avropasında ticarətin yeri və rolu xüsusilə böyük
olmuşdu. Xarici ticarət manufaktura istehsalının stimullaşdırılmasında,
feodal münasibətlərinin dağılmasında, Şərqin elm, mədəniyyət, tibb və
kənd təsərrüfatı sferasında əldə etdiyi nailiyyətlərin Avropaya
gətirilməsində əlahiddə rol oynamışdı. Məhz bunun nəticəsi olaraq XIV
əsrdən etibarən bir sıra Avropa ölkələrində iqtisadi artım templərinin
yüksəlməsi baş verdi.
XV əsrin əvvələrində Qanza Ticarət Assosiasiyası Avropanı
beynəlxalq ticarət mərkəzinə çevirdi. Güclü hərbi-iqtisadi ittifaq
Avropanın beynəlxalq proseslərə təsir gücünü əhəmiyyətli dərəcədə
artırdı. Əks-əlaqə çərçivəsində manufaktura istehsalının inkişafı
resursların idxalı və sənaye mallarının beynəlxalq bazarlarda satışı
həcmini yüksəltdi. Məhz xarici ticarətə istiqamətlənmə manufaktura
istehsalının həcminin artımı və çeşidinin genişlənməsində həlledici
əhəmiyyət kəsb edir.
Bir sözlə, orta əsrlər Avropası üçün ticarət iqtisadi inkişafın əsas
hərəkətverici qüvvəsinə çevrilmişdi.
Ticarətin sosial-iqtisadi həyata təsiri əsasən aşağıdakı istiqamətləri
əhatə edir:
1. Manufaktura istehsalının inkişafı.
2. Feodalizmin dağılması.
3. Əmtəə-pul münasibətlərinin yayılması və natural təsərrüfat tipi-
nin yararsızlığının ictimai şüura yeridilməsi.
4. Əhalinin yaşayış səviyyəsinin yüksəlməsi.
Ticarətdə Avropanın arxa plana keçməsinin əsas səbəbləri kimi
aşağıdakıları göstərmək olar:
Dünya iqtisadiyyatının tarixi
271
1. Böyük coğrafi kəşflər nəticəsində alternativ ticarət yollarının
aşkarlanması Şərqlə ticarətdə olan inhisar imtiyazlarının itirilməsi ilə
nəticələndi.
2. “Qiymət inqilabı” və yekun olaraq kapitalın təmərgüzləşməsi
mərkəzlərinin dəyişməsi;
3. ngiltərə və Niderlandın liderliyi ələ alması;
4. Ticarət siyasətində buraxılan səhvlər və s.
Bütün bunların nəticəsində Avropanın (XV əsrin sonu XVI əsrin
əvvəlləri) beynəlxalq ticarətdəki liderliyi itirildi.
Yeni, kapitalist münasibətlərinin qərarlaşdığı (bu prosesdə də
ticarət həlledici rol oynamışdı) dövrdən dünya iqtisadiyyatının
formalaşdığı dövrə qədər (XIX əsrin sonu-XX əsrin əvvəlləri) ticarət
sistemyaratma funksiyasını davam etdirmişdir.
Məhz ticarətin inkişafı nəticəsində kapital ixracı eləcə də digər
istehsal amillərinin beynəlxalq hərəkəti yaranmışdır ki, bütün bunlar da
yekun etibarilə dünya iqtisadiyyatının bir sistem kimi formalaşmasında
əlahiddə rol oynamışlar.
§ 11.3. Dünya iqtisadiyyatının genezisi: inhisar fenomeni
XIX əsrin sonu XX əsrin əvvəllərində real iqtisadi güc kimi
meydana çıxan inhisar birlikləri nəinki ayrı-ayrı ölkələrin, eləcə də
bütövlükdə bəşəriyyətin sosial-iqtisadi inkişaf tarixində keyfiyyətcə yeni
mərhələnin başlanğıcını qoymuşdur. «Klassik» bazarın uzunmüddətli
vaxt intervalında «prays-teyker» situasiyasını saxlaya bilməməsi və bazar
subyektlərinin müəyyən istiqamətlərdə və pozisiyalarda üstünlük
səviyyəsinə görə bir-birindən getdikcə daha böyük nisbətlərdə
fərqlənməsi meylinin meydana çıxması öz mahiyyəti baxımından bazar
mexanizminin fəaliyyət xüsusiyyətlərinin məntiqi yekunundan başqa bir
şey deyildir. Ən ümumi formada yanaşdıqda, bazar subyektləri arasında
inkişaf səviyyələrinə görə kəskin fərqlərin yaranması bir tərəfdən ayrı-
ayrı iqtisadi vahidlərin fəaliyyətinin təşkili ilə bağlıdırsa, digər tərəfdən
sənaye inqilabının başa çatması, istehsalın kütləvi xarakter alması, xarici
bazarlara çıxışın zərurilik dərəcəsinin güclənməsi, iqtisadi fəaliyyətin
genişlənməsi ilə əlaqədar olaraq maliyyə resurslarına olan tələbatın
sürətli artımını təmin etmək və s. baxımından mülkiyyətin səhmləş-
dirilməsi və s. və i.a. çıxış edir.
Dünya iqtisadiyyatının tarixi
272
Tarixi-xronoloji prizmadan ilk dəfə sırf iqtisadi mənada
inhisarçılığın real olaraq tətbiqini merkantilistlər həyata keçirmişlər.
Məqsədlərindən asılı olmayaraq xarici ticarətin sərt dövlət nəzarətinə
götürülməsi məzmunca dövlət inhisarının (xarici ticarət üzərində) tətbiqi
demək idi.
qtisadi fikir tarixində inhisarın meydana çıxması, mahiyyəti və
ictimai-iqtisadi münasibətlər sistemində oynadığı rol barəsində müxtəlif
konsepsiyalar irəli sürülmüşdür.
Daha çox subyektiv-psixoloji amillərə istinad edən tədqiqatçılar
nəinki inhisarın, hətta inhisar yaradan situasiyanın formalaşmasını da
insanın daxili təbiəti, fərdiyyətçiliyi və maksimum fayda götürmək istəyi
ilə izah edirdilər. Məsələn, F.Bastia yazırdı ki, «...Daha az tərləmək və
daha çox çörək əldə etmək hər bir kəsin arzusudur. Bu tarixin gəldiyi
nəticədir»
158
.
Başqa sözlə, müasir anlamda inhisarçılıq eqoizmdən qaynaqlanan,
insanın əksər hallarda həyat kredosu kimi çıxış edən iqtisadi «Mən»in
obyektiv tərzli təzahüründən başqa bir şey deyildir. Aprior paradiqma
«daxilə» boylanmaqla fərdi bünövrəyə əsaslanan subyektiv səciyyəli arzu
və istəkləri real gerçəklik nöqteyi-nəzərindən maddi forma almaq imkanı
olan obyektiv yaranış hesab edir. «Eqoizm» termini ilə birləşdirilən bu
arzular toplusu, B.Qilderbrandın sözləri ilə desək, «...o halda zərər verir
ki, o, (yəni eqoizm-kursiv Ə.B.) ictimai rifahla toqquşur və ictimai rifahı
şəxsi mənafeyə qurban verir»
159
. Ekstremal hallar istisna olmaqla, təbii-
tarixi təkamülün istənilən mərhələsində «ictimai mənafenin» qurban
verilməsinə dair çoxlu sayda faktlar göstərmək mümkündür. Lakin xüsusi
olaraq vurğulanması zəruri olan bir məqam var ki, o da real fəaliyyət
göstərən bazar mexanizminin mahiyyətcə fərdiyyətçiliyə əsaslanması və
inhisarın meydana çıxması, yaxud «ictimai mənafenin şəxsi mənafeyə
qurban verilməsi» üçün real sosial-iqtisadi zəmin hazırlanmasıdır. Məhz
bu uyğunluğu nəzərə alan A.Smit yazırdı ki, «...Eyni ticarət, yaxud peşə
növünün nümayəndələrinin hər hansı bir yığıncağı (məqsədindən asılı
olmayaraq-kursiv-Ş.H., Ə.B.) əksər hallarda ictimaiyyət əleyhinə, yaxud
158
Ф.Бастиа. Экономические софизмы. С.Петербург; Промышленность,
1862.- С.1-3.
159
Б.Гильдербранд. Политическая экономия настоящего и будущего СПБ.
1860. С. 34-35.
Dünya iqtisadiyyatının tarixi
273
qiymətlərin yüksəlməsi haqqında razılaşma ilə nəticələnir»
160
. Əlbəttə,
«görünməyən əl»in şəriksiz hökmranlığına heç bir şübhə etməyən
klassiklərin aprior düşüncə tərzi hələ yenicə zühur etməyə başlayan
inhisarın inkişafdakı yeri və rolunu adekvat şəkildə izah edə bilməzdi.
Hətta inhisarçı fəaliyyətin tam şəkildə meydana çıxdığı vaxtda belə fikir
müxtəlifliyi daha da çoxaldı. Bir sıra «klassik» platformalı tədqiqatçılar
inhisarı rəqabətin dialektik inkarı, onun əksi hesab edirdilər
161
. Əlbəttə,
bu tamamilə yanlış bir fikir idi. K.Marksın təbirincə desək, əməli
fəaliyyətdə inhisar və rəqabət, onların antoqonizmi və sintezi müşahidə
edilir
162
. Başqa sözlə, inhisar və rəqabət ziddiyyətli vahidlikdir və onları
«ya-ya» formulu üzrə ayırmaq mümkünsüzdür. Ümumiyyətlə, inhisar
nəzəriyyəsinin formalaşmasında marksizmin, xüsusilə V. .Leninin
müstəsna rolu olmuşdur. Əlbəttə, siyasi-ideoloji örtüyün götürüldüyü və
ifrat “obyektivizmin” qismən yumşaldıldığı təqdirdə marksizmin bu
istiqamətdə çox mühüm müddəalarını qəbul etməmək qeyri-mümkündür.
Əksər ictimai hadisə və prosesləri ifrat obyektivləşdirmə
mövqeyindən çıxış edən V. .Lenin istehsalın təmərküzləşməsi və
inhisarlaşma arasında səbəb-nəticə əlaqələrini kapitalizmin «ümumi
qanunu» adlandırmışdır, yəni inhisar geniş təkrar istehsalın müqəddəm
şərti kimi kapitalist istehsal münasibətləri çərçivəsində obyektiv
zərurətdir
163
. Beləliklə, kapitalın və istehsalın təmərküzləşməsinin güc-
lənməsi nəinki inhisarlaşma prosesini intensivləşdirir, eyni zamanda
kapitalizmin ictimai sistemində keyfiyyətcə yeni hadisənin − dövlət-
inhisarçı kapitalizmin meydana çıxmasına səbəb olur və beləliklə,
inhisara qədərki «anonim» bazar öz dövrünü başa vurur.
Marksizmə görə inhisarın mahiyyəti üç başlıca cəhətlə müəyyən
olunur: 1) bir, yaxud bir neçə sahədə istehsalın təmərküzləşməsi; 2) qiy-
mətləri diktə etmək imkanı; 3) yüksək inhisarçı mənfəət əldə etmək
imkanı; inhisar probleminə Neoliberal yanaşma isə inhisar-rəqabət
dilemmasından çıxış etməklə klassik liberalizmin «...əlverişli formalar,
yəni ümumiyyətlə deyilsə, məqsədyönlü iqtisadi quruluş öz-özünə,
160
А.Смит. Исследование о природе и причине богатства народов. Т1., М.:
ГСЭИ, 1935. стр 56.
161
Политическая экономия (учебник). М.: Политическая литературa. 1980.-
С. 330.
162
К.Маркс, Ф.Энгельс. Соч. Т. 4.- С.106.
163
В.И.Ленин. Полн. собр. соч. Т.27.- С.315
Dünya iqtisadiyyatının tarixi
274
aşağıdan, cəmiyyətin kortəbii güclərindən inkişaf edir»
164
müddəasını
tam şəkildə bölüşməklə yanaşı, onları inhisar fenomenini görməməkdə
günahlandırır. Neoliberallar inhisarı ya «birtərəfli təklif», ya da
«birtərəfli tələblə» səciyyələndirirlər. Bu o deməkdir ki, əgər eyni növ
məhsulun tam istehsalı, yaxud alışı bir subyekt tərəfindən həyata
keçirilərsə, onda bu subyektə inhisar demək olar. Bəri başdan deyək ki,
bu cür yanaşma süni abstraksiyadan başqa bir şey deyildir. Yəni, real
həyatda mütləq inhisar yoxdur və ola da bilməz. Neoklassik məktəbin
inhisar mövzusunda büdrəmələri bütövlükdə nəzəriyyənin «xalis»
rəqabətə əsaslanması ilə izah oluna bilər. Qeyd edək ki, ilkin olaraq
«xalis» rəqabət anlayışı italyan iqtisadçısı P.Sraffa tərəfindən kəskin
tənqidə məruz qalmış və G.Çemberlinin araşdırmaları nəticəsində
neoklassiklərin başlıca «istinad nöqtəsi» əvvəlki əhəmiyyətini xeyli itir-
mişdir
165
.
Bizim fikrimizcə, təkcə «xalis» yox, həm də «kamil» rəqabət
anlayışı qəbuledilməzdi. Belə ki, «kamil» rəqabət adlanan istinad
nöqtəsindən çıxış etdikdə qəribə mənzərə alınır. Belə çıxır ki, kamil
rəqabət ümumiyyətlə, rəqabətin yoxluğu deməkdir. Həqiqətən də ayrı-
ayrı korporativ mənafelərdən çıxış edən bazar subyektlərindən hansı
məntiqlə rəqabət mübarizəsində «insaflı» olmalarını tələb etmək müm-
kündür? Əgər rəqabət «qeyri-müəyyənlikdən» doğursa (nəticəsi məlum
olan hadisə rəqabət yarada bilməz) və «mənə məxsus olmalıdır» şüarı
altında hərəkətə gəlirsə, onda hansı «kamillikdən» danışmaq
mümkündür? Məhz bu baxımdan K.Marksın «... nhisar və rəqabətin
sintezi formula yox, hərəkətdir» fikri çox sönük görünür. Həmin sintezin
inhisarçı rəqabət şəklində məhz formula olduğunu G.Çemberlin yuxarıda
söz açdığımız əsərində inandırıcı dəlillərlə sübut etmişdir. Beləliklə,
«klassik» bazarın tədqiqatçıları inhisarçıların meydana çıxmasını kapital
və istehsalın təmərküzləşməsi prosesi ilə əlaqələndirirlər və bu
araşdırdığımız problemdə yeganə cəhətdir ki, fikir yekdilliyi mövcuddur.
Müasir iqtisadçılardan D.Natter, P.Samuelson, C.Stiller və s., eləcə
də bizim fikrimizcə, inhisar doğuran situasiya istehsalın təmərküzləşməsi
ilə mütləq bağlılıqda deyil və burada çox incə nüanslar mövcuddur.
Ümumiyyətlə, müasir şəraitdə istehsalın təmərküzləşməsi (təbii inhisarlar
164
Eucken W.Drundsatse der Wirtchaftspolitik, Bern, Franke Verlag, Tubingen.
Mohr Verlad. 1952, p.27
165
Э.Чемберлин.Теория монополитической конкуренции. Реориентация
теории стоимости. М.: Экономика, 1996.- С.8.
Dünya iqtisadiyyatının tarixi
275
istisnadır) getmir və s. Sosial-iqtisadi inkişafda inhisarların roluna dair
iki yanaşma mövcuddur.
Hevernis, Lifman, Risser və başqaları bazar iqtisadiyyatı şəraitində
inhisarın böyük rol oynadığını, «təşkilatçılığını» ön plana çəkmiş, onun
bazarın ayrılmaz atributu olduğunu xüsusi ilə vurğulamışlar
166
.
Qobson, Lansburq
167
, eləcə də Sraffa, Robinson və H.fon
Ştakkelberq
168
isə inhisarın roluna tənqidi mövqedən yanaşmış və azad
rəqabətli bazara dönüşün zəruriliyini qeyd etmişlər.
Sosial-demokratların lideri K.Kautski özünün «ultraimperializm»
nəzəriyyəsində bazar münasibətlərinin inkişafının milli kapitalların vahid
trestdə birləşməsinə gətirib çıxaracağını və bütövlükdə dünya
iqtisadiyyatının kapitalın beynəlxalq birliyi tərəfindən idarəediləcəyini
əsaslandırmağa
çalışmışdır.
N.Buxarinin
«xalis
imperializm»
konsepsiyasına görə isə, inhisar mal istehsalının ziddiyyətlərini ləğv et-
məklə ictimai təsərrüfatın tamamilə yenidən qurulmasına gətirib çıxarır
və s.
nhisarçı fəaliyyətə həsr edilmiş çoxlu sayda nəzəriyyələr və
konsepsiyaların qısa xülasəsi göstərir ki, uzun illər ərzində inhisarın
mahiyyəti və onun terminoloji mənası baxımından iqtisadçılar arasında
yekdil fikir olmamışdır.
Beləliklə, inhisara yanaşmada başlıca olaraq 2 nöqteyi-nəzərin
mövcudluğu göz önündədir:
1. nhisar hər hansı bir istehsal sferasında liderlik edən iri
korporasiyadır: Bu yanaşmanı yalnız retrospektiv aspektdə nəzərdən
keçirmək olar. Məsələ bundadır ki, XX əsrin I yarısında (30-cu illərə
qədər) ziddiyyətlərin zahiri görünüşü arxasında bazar iqtisadiyyatının
formalaşdığı andan davam edən böhran yetişməkdə idi. Bu da həmin
dövr ərzində ictimailəşmənin tipindən irəli gəlirdi. Həmin tip azad
rəqabəti aradan qaldırmaqla inhisarların mövqelərini daha da
möhkəmlətdi. ctimailəşmənin bu tipini piramida quruculuğu prosesi ki-
mi təsvir etmək olar (şəkil 11.4).
Təbiidir ki, belə piramidanın quruculuğu uzun sürən bir prosesdir
və öz-özlüyündə istehsalın ictimailəşməsinin bu tipinin ən dərin
166
Политическая экономия (учебник). М.: Политическая литературa. 1980.-
С. 379.
167
Там же. С. 379.
168
Э.Чемберлин-Теория монополитической конкуренции. Реориентация
теории стоимости. М: «Экономика», 1996.- С.9.
Dünya iqtisadiyyatının tarixi
276
əsaslarını dağıtdı. Nəticədə əməyin yaradıcı xarakteri ön plana çıxmaqla
nəhəng piramidaların daha az səmərəli olduğunu nümayiş etdirdi.
2. nhisar bazar situasiyasıdır, bazarda tək satıcı deməkdir. Deməli,
bazar mexanizmi mövqeyindən yanaşdıqda kiçik müəssisə inhisarçı, iri
korporasiya isə inhisarçı olmaya bilər (əgər bazar payı azdırsa) və s.
Şə
k.11.4. nhisarın təşəkkülü sxemi
Göründüyü kimi, inhisar xüsusi imtiyaz, iri istehsal, satış və yaxud
tədarük təşkilatı, tək satıcı kimi izah olunmuş, hətta ictimai həyatın digər
sferalarına münasibətdə də geniş surətdə istifadə edilmişdir (hakimiyyət
inhisarı, ideoloji inhisar, siyasi inhisar və s.).
Fikrimizcə,
göstərilən
problemə
yanaşma
müxtəlifliyinin
rəngarəngliyinə baxmayaraq, inhisarı iki aspektdə nəzərdən keçirmək
məqsədəuyğun olardı:
1.
nhisar ictimai-iqtisadi münasibətlərin xüsusi tipi kimi
(inhisarizm);
2. nhisar bazar strukturu, bazarın atributu kimi.
Elə buradaca qeyd edək ki, göstərilən bölgü heç də inhisarın
təzahür formalarının müxtəlifliyindən doğan mahiyyət fərqini deyil,
sadəcə olaraq onun bəşəriyyətin inkişaf tarixində oynadığı rolun
səciyyəvi cəhətlərini əks etdirir.
I сявиййя
Рящбяр
II сявиййя
Истещсал сащяляринин
идаря едилмяси
III сявиййя
Истещсалатын айры-айры
субйектляринин идаря едилмяси
IV сявиййя
Ишчи гцввяси
Dünya iqtisadiyyatının tarixi
277
nhisarizm xüsusi imtiyazlara əsaslanan münasibətlər tipi olmaqla,
çox qədim tarixə malikdir. Onun formalaşması və inkişafı bəşəriyyətin
tarixi-təkamül prosesinin ayrı-ayrı mərhələlərində fərqli aspektlərdə
özünü təcəssüm etdirmişdir. Başqa sözlə, hamı üçün birmənalı mahiyyət
daşıyan hadisə və prosesləri inhisarın müxtəlif təzahür formaları kimi
xarakterizə etmək olar.
Məsələn, totalitarizmi bir şəxsin xüsusi imtiyazlara malik olması
baxımından şəxsiyyət inhisarı kimi, milli ideologiyanı-ideoloji inhisar
kimi, hər hansı bir siyasi qruplaşmanın münasibətlər məcmusuna güclü
təsir etmək iqtidarında olmasını isə siyasi inhisar kimi və s. izah etmək
mümkündür. Yəni, inhisarizmi münasibətlər sisteminin tənzimlənməsi və
idarə edilməsi sferasında xüsusi imtiyazların bir, yaxud bir neçə qrupun
əlində cəmlənməsi kimi başa düşmək lazımdır. Bununla yanaşı, qeyd
edilməlidir ki, inhisarizm və bazarın atributu kimi çıxış edən inhisarı eyni
mənbəyə əsaslanan ictimai hadisənin müxtəlif təzahür formaları kimi
səciyyələndirmək heç də birmənalı şəkildə qəbul edilə bilməz. Məsələn,
bəzi tədqiqatçılar inhisarı mülkiyyət formalarının eyniliyinə və millətin
ideoloji bütövlüyünə əsaslanan hadisə hesab edirlər
169
.
Fikrimizcə, bu yanaşmanın özünün mahiyyətində metodoloji
yanlışlıq qabarıq şəkildə müşahidə edilir.
Belə ki, əvvəla, sözügedən konsepsiya bütövlükdə inzibati-amirlik
sisteminin spesifik cəhətlərinə əsaslanır və bazar iqtisadiyyatlı ölkələrə
heç bir aidiyyatı yoxdur. Məlumdur ki, Qərbi Avropa ölkələrində xüsusi
mülkiyyət uzun dövr ərzində hegemon mövqedə olmuşdur. Lakin bu hal
«nədənsə» yalnız XIX əsrin sonu, XX əsrin əvvəllərində inhisar
doğurmuşdur; ikincisi, millətin ideoloji bütövlüyü ən yaxşı halda ab-
strakt-fəlsəfi mahiyyətdən uzağa getmir. Dəyərlər sisteminin məzmunun-
dan asılı olmayaraq hər cür ideologiya iqtisadi paradiqmanın qismən
modifikasiya edilmiş, «mənəviləşdirilmiş» törəməsidir. Ümumiyyətlə,
ideologiya, eləcə də bütövlükdə üstqurum bazisin, yəni iqtisadi
münasibətlər sisteminin ictimai şüurda təzahür formasından başqa bir şey
deyildir. Əgər ictimai münasibətlərin dialektik xarakterini və element-
sistem qarşılıqlı münasibətlərində determinoloji bağlılığı qəbul ediriksə,
bütün hadisə və proseslərə elmi baxımdan səbəb-nəticə əlaqələri
kateqoriyası çərçivəsində yanaşırıqsa, onda bəşəriyyətin bütün tarixi
boyu elmi fakt kimi mövcud olmayan mifik ideoloji bütövlüyü ön plana
169
В.Богачев. Монополия в советской экономике //Экономические нау-
ки,1990. № 9.- С.11.
Dünya iqtisadiyyatının tarixi
278
çəkməyə heç bir lüzum yoxdur; üçüncüsü, müasir reallıq baxımından
yanaşdıqda da mülkiyyət eyniliyi fenomeninin qabardılması heç bir real
məzmun kəsb etmir. Ümumiyyətlə, inhisarın hər iki aspekti arasında son
dərəcə sıx qarşılıqlı əlaqələrin mövcudluğuna baxmayaraq, onları tarixi-
xronoloji inkişaf mərhələləri baxımından vahid mənbəyə əsaslanmaqla
eyniyyət təşkil etdiklərini qeyd etmək ümumiqtisadi inkişaf qanunauy-
ğunluqlarının mahiyyəti və məzmununa yanaşmada, eləcə də iqtisadi
fikirdə dolaşıqlıq yarada bilər.
Bütün bunlarla yanaşı, qeyd etməliyik ki, inhisarın hər iki aspekti-
nin hər halda vahid mənbəyi mövcuddur.
nhisar istər bazarın atributu, istərsə də ictimai-iqtisadi
münasibətlərin xüsusi tipi formasında iqtisadi «Mən»in kulminasiya
nöqtəsi kimi təzahür edir. Sadəcə olaraq, inhisarçı fəaliyyətin meydana
çıxması fərdiyyətçiliyin qabarıq nümayişindən başqa bir şey deyildir.
Lakin bütün amillər kompleksi nəzərə alındığı təqdirdə bu hal heç
də inhisarçı subyekt və inhisarizmin məzmun eyniliyinə dəlalət etmir.
Çünki:
1. nhisarizm münasibətlər məcmusu kimi təzahür edirsə, inhisarçı
subyekt iqtisadi vahid statusundan demək olar ki, kənara çıxmır;
2. nhisarizm makrosəviyyədə formalaşan hadisədirsə, inhisarçı
fəaliyyət mikrosəviyyənin elementidir;
3. nhisarizm mahiyyət etibarilə nəinki iqtisadi, eləcə də siyasi, so-
sial, ideoloji və s. aspektlərin ümumuyğunluğuna əsaslanan mənafelər
kimi meydana çıxırsa, inhisarçı fəaliyyət bəzi cəhətləri çıxmaq şərti ilə
sırf iqtisadi xarakter daşıyır və s.
Beləliklə, inhisarizm anlayışına sırf iqtisadi səciyyə daşıyan və
yalnız geniş təkrar istehsal prosesinin əksər fazalarında təzahür edən
hadisə kimi deyil, daha çox ictimai-iqtisadi münasibətlər sisteminin
xüsusi tipi kimi yanaşmaq real gerçəkliyin obyektiv dərki baxımından
daha məqsədəuyğun olardı. Əlbəttə, inhisarizm bugünkü situasiya
çərçivəsində inhisarçı iqtisadi subyektin törətdiyi, doğurduğu ictimai
hadisədir. Amma sosial-iqtisadi determinasiyanın inkar edilmədiyi
təqdirdə yuxarıda qeyd etdiyimiz tezisin hökm kimi qəbulu
mümkünsüzdür. Ona görə ki, əvvəla bəşəriyyətin iqtisadi inkişaf tarixi
iqtisadi proseslərin daxili məntiqindən doğan inhisarçı subyektlə yalnız
XIX əsrin ikinci yarısından sonra qarşılaşıb. Yəni bu gün inhisarizmin
törədicisi kimi qəbul etdiyimiz və sırf iqtisadi səciyyə daşıyan inhisarçı
subyektin ən çoxu 150 yaşı var. Bu o deməkdir ki, ictimai-iqtisadi
münasibətlərin tənzimlənməsi, yaxud idarə edilməsi sferasında xüsusi
Dünya iqtisadiyyatının tarixi
279
imtiyazların mövcudluğu, yaxud həmin imtiyazlara canatma bəşər
nəslinin yarandığı andan formalaşan, insanın özü ilə birlikdə doğulan,
insanın bioloji təbiətinin ayrılmaz atributu kimi təşəkkül tapan təbii
hadisədir. Siyasi-inzibati üsullarla həmin imtiyazların əldə saxlanılması
bütün tarixi dövrlərdə problematik xarakter daşımış, başqa sözlə, cəmiy-
yətin varlığı və inkişafının əsasında dayanan, sonuc etibarilə bütövlükdə
üstqurumu doğuran iqtisadi bazislə üzvi vəhdətdə olmamış və elə ona
görə də, dayanıqlılıq baxımından son dərəcə qeyri-sabit, dəyişkən
mahiyyətə malik olmuşdur. Real bazar münasibətlərinin intişarı isə
həmin uyğunsuzluğun aradan qaldırılmasında müstəsna rol oynamışdır.
Real bazar inhisarizmin iqtisadi əsaslarının formalaşması, onun
dayanıqlıq səviyyəsinin yüksəldilməsi, sosial və iqtisadi olanlar arasında
dialektik bütövlüyün yaranması üçün ideal zəmin hazırlamaqla, eyni za-
manda onun (inhisarizmin) «təbiiliyinin» əhəmiyyətli dərəcədə
qabardılmasına rəvac vermişdir. kincisi, problemin qeyd etdiyimiz
səpgidə qoyuluşu həm də ona dəlalət edir ki, ümumiyyətlə, bazarın mey-
dana gəlməsi mənafelərin daha tam şəkildə ödənilməsi tələbinin, yaxud
həmin prizmadan ictimai «sifarişin» nəticəsindən başqa bir şey deyildir.
qtisadi proseslərdə əlahiddələşmə mənafelər mövqeyindən «xüsusiliyin»
ön plana çəkilməsi kimi də başa düşülə bilər. Yəni iqtisadi səciyyə
daşıyan hadisələrdə «iqtisadi»nin mütləqləşdirilməsi, konkretləşdirilməsi
və öncüllüyünün birmənalı qəbulu heç də «sosial»ın mücərrədləşdirilmə-
sini, «simasızlaşdırılmasını» tələb etmir. Həqiqətən də, «iqtisadi» olan
«sosialın» maddiləşmiş təzahüründən başqa bir şey deyildir. Eyni za-
manda, «sosialın» mövcudluğu və inkişafı «iqtisadi»dən funksional
asılılıqdadır. Belə olan təqdirdə mənafelərin daha tam ödənilməsi «ümu-
milik» səciyyəsi daşısa da, elə həmin mənafelər müstəvisində
qruplaşmaların meydana çıxmasını da şövqləndirir. Başqa sözlə, inhisa-
rizmin intişarı artıq dialektik bağlılıqda olan proseslərin məntiqi yekunu,
təbii nəticəsi kimi baş verir və əvvəlki, yəni bazaraqədərki dövrlə
müqayisədə ikitərəfli səciyyə kəsb edir.
Üçüncüsü,
bazarın
özünün
təkamülü
tarixinin
müxtəlif
mərhələlərinə uyğun olaraq, inhisarizmin təzahür formaları da dəyişir.
Demokratik prinsiplər bazasında formalaşan vətəndaş cəmiyyətinin
mövcudluğu inhisarizmin təklik, vahidlik aspektlərini çoxluqla, müxtəlif-
liklə əvəz edir. Müxtəlif səviyyəli və imkanlı mənafe qruplarının üz-üzə
gəlməsi, sosial-siyasi mahiyyət daşıyan islahat, yaxud dəyişikliklərin
aparılması ilə tənzimlənir. Bu heç də o demək deyildir ki, sözügedən
dəyişikliklər sosial qaydaların köklü surətdə yeniləşməsi ilə
Dünya iqtisadiyyatının tarixi
280
nəticələnməlidir. Yəni qeyd edilən problemə marksist «qlobalizmi»
mövqeyindən baxış tamamilə yolverilməzdir. Belə ki, sosial problemlər
ümumbəşəri məzmuna paralel olaraq, həm də milli-etnik mahiyyətə ma-
likdir. Bu baxımdan biz D.Starkın belə bir fikri ilə tam razıyıq ki, həqi-
qətən də sosial sferada həyata keçirilən əsaslı dəyişikliklər heç də bir so-
sial qaydadan digərinə keçid deyildir. Bu dəyişikliklər çoxsaylı sosial
qaydalar arasında qarşılıqlı əlaqələr sisteminin yeniləşdirilməsidir,
mövcud
strukturun
yeni
prinsiplər
əsasında formalaşdırılmış
kombinasiyasıdır
170
. Bazar fəaliyyətində milli spesifikliyin mövcudluğu o
deməkdir ki, istənilən səpgili dəyişikliklərin nüvəsində tarixi-təkamül
prosesinin formalaşdırdığı və əksər hallarda mahiyyətcə sabit xarakter
daşıyan milli qaydalar durur və o, sosial sferadakı dəyişikliklərin inqi-
labiliyini qəbul etmir və bütün gücü ilə müqavimət göstərir. Başqa sözlə,
söhbət ən yaxşı halda həmin milli qaydaların yeni prinsiplər əsasında
təşkilindən gedə bilər, onların məzmunca dəyişdirilməsindən yox! Məhz
buna görə də, cəmiyyətin idarə edilməsi sferasında xüsusi imtiyazların
bir, yaxud bir neçə əldə cəmlənməsi, yaxud inhisarizmin müxtəlif
səviyyəli və formalı təzahürü milli aspektdən birbaşa asılılıqdadır.
Nəhayət qeyd etmək lazımdır ki, müasir sosial-iqtisadi situasiya
çərçivəsində inhisarizmin formalaşması həm lokal, həm də regional və
qlobal mənafelərin uyğunlaşdırılması istiqamətində problematik
məqamların meydana çıxmasına səbəb olur. Belə ki, inhisarizm ictimai
həyatın bütün sferalarına nüfuz etməklə, ümummilli mənafeləri arxa pla-
na keçirir və əksər hallarda əlahiddələşmiş korporativ maraqların əsirinə
çevrilir (şək.11.5).
Başqa sözlə, inhisarçı fəaliyyət göstərən iqtisadi subyekt ölkənin
iqtisadi inkişaf strategiyasından tutmuş, siyasi partiyaların, seçki
kompaniyalarının maliyyələşdirilməsinə qədər bütün ictimai proses və
hadisələrdə yaxından iştirak etməklə, xüsusi mənafenin öncüllüyünün
təminatına çalışır və nəticə etibarilə inhisarizm doğurur.
Dünya iqtisadiyyatının qloballaşması prosesinin sürətlənməsi isə
həmin «yaranışın» ümumbəşəri bəlaya çevrilməsinə gətirib çıxarır.
170
Stark D. Recombinat Property in East European Capitalism-American Jour-
nal of Sociolopy, 1996. Vol. 101 N4. p.993-1027
Dünya iqtisadiyyatının tarixi
281
Şə
kil.11.5. nhisarizmin formalaşması mexanizmi
stehsal və kapitalın transmilliləşməsi, milli mənsubiyyəti bəlli ol-
mayan beynəlxalq istehsal komplekslərinin, qapalı xarakter daşıyan inte-
qrasiya bloklarının yaranması, sənayecə inkişaf etmiş ölkələrin liberal
ekstremizmi iqtisadi cəhətdən geri qalan əksər inkişaf etməkdə olan
ölkələrdə lokal inhisarizmi milli mənafelərin yeganə təminatçısına çevirir
və məcburi qaydada onun mövqelərini möhkəmləndirir. Qeyd edilən
proseslər beynəlxalq və regional səviyyələrdə elə mürəkkəb simbioz
formalı qarşılıqlı münasibətlər formalaşdırmışdır ki, ayrıca götürülmüş
hər hansı bir ölkənin perspektiv inkişafı lokal səciyyəli problemlərin
deyil, xarici iqtisadi fəaliyyətin təşkili və tənzimlənməsinin səmərəlilik
və optimallıq dərəcəsindən birbaşa asılılığa düşmüşdür. Eyni zamanda,
transmilliləşmə və universalizm milli sərhədləri aşaraq yalnız biznesin
inkişaf qanunauyğunluqlarına əsaslanmaqla inhisarçı birlik və qrupların
meydana çıxmasına və həmin istiqamətdə hər hansı bir tənzimləyici, ya-
xud nəzarətedici orqanın, o cümlədən milli hökumətin imkanlarını, ifrat
dərəcədə məhdudlaşdırılmasına səbəb olmuşdur. Beləliklə, həm milli
səviyyədə, həm də milli→regional→qlobal mənafelər sistemində kəskin
təzadların yaranmasına, ümumbəşəri inkişafın sabitqədəmliliyinə çox
güclü əks-təsir göstərmişdir.
Dostları ilə paylaş: |