AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə23/46
tarix26.02.2017
ölçüsü5,72 Mb.
#9662
1   ...   19   20   21   22   23   24   25   26   ...   46
§ 11.4.  nhisarçı yaranış bazar prosesinin 

Инщисар 

И н щ и с а р и з м 

 

Игтисади 



страте- 

эийа 


 

Дахили 


вя ха-

риъи 


сийасят 

 

Игтисади 



ганун-

вериъилик 

 

Щюкумят-


ля ялагя-

ляр, лоб-

бизм, 

 корруп-


сийа 

Дювлят 


апаратынын 

формалашды-

рылмасында 

иштирак  

 

Сийаси  парти-



йа,  сийаси  ли-

дерлярин сеч-

ки  компани-

йаларынын  ма-

лиййяляшдирил-

мяси вя с. 



Dünya iqtisadiyyatının tarixi 

 

 



282

                                                            



məntiqi nəticəsidir 

 

nhisar  fenomeni  və  bütövlükdə  inhisar  yaradan  prosesə  nəzəri 

baxışların  müqayisəli  təhlili  və  bunun  nəticəsində  əldə  olunan 

ümumiləşdirilmiş yanaşma tərzi aydın şəkildə göstərir ki, problemin həm 

qoyuluşu,  həm  də  mahiyyətcə  açıqlanmasında  sırf  iqtisadi  məzmun 

daşıyan  aspektlər  həmişə  ön  sıralarda  qərarlaşmışdır.  Başqa  sözlə, 

inhisarın  nəyin  törəməsi  olduğundan  (istehsal,  yoxsa  bazar)  asılı  olma-

yaraq, söhbət yalnız bazar şəraitindən, bazar mexanizminin real fəaliyyət 

göstərdiyi  situasiyadan  gedir.  nhisarın  məhz  bu  görmə  bucağı  altında 

şərhi əvvəllər qeyd etdiyimiz birtərəfliliyin meydana çıxmasında mühüm 

rol  oynamışdır.  Eyni  zamanda,  qeyd  edilən  aspektin  prioritetliyinin 

mütləqləşdirilməsi inhisar və inhisarizm problemlərinin tarixi kökləri və 

onların  təkamülü  prosesini  aydın  şəkildə  dərketmə  imkanlarını 

əhəmiyyətli  dərəcədə  məhdudlaşdırır.  Bütün  bunlar  heç  də  o  demək 

deyildir  ki,  inhisar→bazar  cütlüyü  inkar  edilir.  Əksinə,  bazaraqədərki 

dövrün  spesifikasını  nəzərə  almaqla  mövcud  olan  inhisarçı  təmayülləri 

araşdırmaq,  elə  nəticə  etibarilə  inhisarizmin  sosial-siyasi,  tarixi  və 

iqtisadi əsaslarının məcmu şəkildə əhatə edilməsi anlamına gəlir. 

Beləliklə,  fikrimizcə,  inhisarın  yaranma  tarixini  (ələlxüsus, 

inhisarizm  fenomeninin  təsir  imkanlarını  araşdırmaq  baxımından)  iki 

əsas mərhələyə ayırmaq məqsədəuyğun olardı: 

1.Bazaraqədərki dövr: Antik inhisar; 

2.Bazar dövrü. Bu dövrü də iki  yerə ayırmaq olar: Klassik inhisar 

dövrü; Müasir inhisar dövrü. 

Tarixi  mənbələr  göstərir  ki,  antik  inhisar  başlıca  olaraq  aşağıdakı 

istiqamətldə təzahür etmişdir: 

1. Etnik inhisar; Hələ eramızdan əvvəl 522-426-cı illərdə I Daranın 

dövründə  əcnəbi  tacirlərə  ticarət  etmək  qadağan  olunmuşdur.  Bu  hal 

etnik əlamət üzrə ticarət əməliyyatlarının qadağan olunmasının başlanğıcı 

idi.  Bu  təcrübə  Pekində  XX  əsrin  əvvəllərinə  qədər  mövcud  olmuşdur. 

Müasir  yanaşma  baxımından  etnik  inhisarçılığı  sırf  siyasi  mahiyyət 

daşıması prizmasından «qapalı» inhisarın rüşeymi hesab etmək olar; 

2.  Təbii  inhisar;  Bu  hal  əsasən  Avropada  (bürünc  və  dəmir 

məmulatlarının hazırlanmasında ayrı-ayrı ustaların öz üsulları var idi), o 

cümlədən,  bizim  eradan  əvvəl  II  minillikdə  Qədim  Misirdə  mövcud 

olmuşdur (Nil sahilində taxıl yetişdirməklə bağlı); 

3.  Üçüncü  tir  inhisar  meyilləri  isə  hakimiyyətə  münasibətlə 

əlaqədar  meydana  çıxmışdır  ki,  onun  da  iki  növünü  fərqləndirmək  olar: 



Dünya iqtisadiyyatının tarixi 

 

 



283

                                                            

Hakimiyyətə olan hüququn məhdudlaşdırılması; Yalnız müəyyən qrupun 

hakimiyyətə gəlmək imkanının qəbul olunması. 

Bundan  başqa,  Roma  imperiyasının  bütün  tarixi  ərzində  taxıl 

ticarəti  dövlətin  inhisarında  olmuşdur  və  s.  nhisarın  bazaraqədərki 

təzahür  formalarına  aid  çoxlu  sayda  misallar  gətirmək  mümkündür. 

Lakin, bu sadalananlar kifayətdir ki, hər iki dövr arasında başlıca fərqin 

nədən ibarət olduğunu müəyyən etmək mümkün olsun. Göründüyü kimi, 

bazaraqədərki  dövrdə  inhisarçı  meyillərin  meydana  çıxmasında  iqtisadi 

proseslərin  elə  bir  əhəmiyyətli  təsiri  olmamışdır.  Problem  bütün 

mahiyyəti ilə siyasi iradəyə bağlı olmuşdur. 

nkişafın bazar dövründə isə inhisarın meydana çıxmasında iqtisadi 

proses,  onun  məzmun  və  mahiyyəti  həlledici  rola  malik  olmaqla,  qeyri-

iqtisadi  amillərin  təsir  gücünü  heç  də  azaltmamış,  əksinə  daha  da 

gücləndirmişdir. 

Araşdırmalarımız göstərir ki, klassik inhisar bazar münasibətlərinin 

atributu  kimi,  bir  qayda  olaraq,  təmərküzləşmənin  məntiqi  nəticəsi  key-

fiyyətində  tədqiq  olunmuş  və  alınan  yekuna  müvafiq  olaraq  müxtəlif 

məzmunlu elmi baxışlar formalaşdırılmışdır. 

Təhlil  materialları  birmənalı  şəkildə  belə  bir  qənaətə  gəlməyə 

imkan  verir  ki,  həqiqətən  də  inhisarla  iqtisadiyyatın  «qapalılığı»  və 

totalitarizm  arasında  ifrat  dərəcədə  sıx  qarşılıqlı  bağlılıq  mövcuddur. 

Amma bu, heç də o demək deyildir ki, hər iki fenomen arasında mexaniki 

surətdə  bərabərlik  işarəsi  qoyulmalıdır.  Başqa  sözlə,  inhisarizm 

adlandırdığımız sistemli yaranışın sırf siyasi xarakter kəsb edən istiqamə-

ti bir sıra hallarda (konkret situasiyalardan asılı olaraq) avtonom formada 

da  təzahür  edə  bilər.  Yə’ni,  inhisar  istənilən  şəraitdə  totalitar  idarəetmə 

təmayüllərini  doğurur  demək,  əlbəttə  ki,  yanlışlıq  olardı.  Qısaca  olaraq, 

belə  bir  qeyd  etməyi  zəruri  sayırıq  ki,  inhisar  fenomeninin  təzahürü  və 

formalaşdırdığı  situasiyalar  açıq  və  qapalı  iqtisadi  sistemlərdə  bir-

birindən əhəmiyyətli dərəcədə fərqlənir (şəkil 11.6). 

Beləliklə,  əvvəllərdə  qeyd  etdiyimiz  kimi, istehsal  və  kapitalın tə-

mərküzləşmə  (mərkəzləşmə)  dərəcəsinin  artım  tempinin  getdikcə 

yüksəlməsi,  nəticə  etibarilə  vahid  dövlət,  yaxud  beynəlxalq  inhisara 

səbəb olacaqdır tipli yanaşma (marksistlər, Oyken və s.) XX əsrin 30-cu 

illərindən sonra baş verən köklü dəyişikliklər üzündən qəbul edilməzdir. 

 

 



«Qapalı» iqtisadiyyat 

«Açıq» iqtisadiyyat 

1. nhisarın 

ölçüləri 

daha  1. nhisarın ölçüləri o qədər böyük deyil. 


Dünya iqtisadiyyatının tarixi 

 

 



284

                                                            

böyükdür. 

2. nhisar 

iqtisadi 

münasibətlərin 

müstəqil 

subyekti deyil. 

2. nhisar 

iqtisadi 

münasibətlərin 

müstəqil 

subyektidir. 

3. stehsalın 

inhisarlaşma 

dərəcəsi daha yüksəkdir. 

3. stehsalın inhisarlaşma dərəcəsi nisbətən aşağıdır. 

4.Bazarda  həmişə  inhisarçı 

situasiya olur. 

4.Bazarda həmişə inhisarçı situasiya olmur. 

5.Hətta 

potensial 

rəqabət 

imkanları belə yoxdur. 

5. nhisarlar arasında kəskin rəqabət mövcuddur. 

 

Şə



kil. 11.6.   nhisarçılığın «qapalı» və «açıq» iqtisadiyyat 

şə

raitində fərqli xüsusiyyətləri. 

 

Bütün bunlarla  yanaşı, hər iki hal üçün oxşar cəhətlər də olmamış 



deyildir: 

1. Hər iki halda istehlakçı seçim məhdudlaşdırılır; 

2.  stehsal xərclərinin azaldılması yönümlü stimulların yoxluğu və 

mənfəətin  gizli,  yaxud  açıq  şəkildə  qiymətlərin  yüksəldilməsi  hesabına 

əldə olunması; 

3.  nnovasiya prosesi stimullaşdırılmır.  

Bazar  münasibətlərinin  xüsusi  atributu  kimi  inhisarın  təsnifləş-

dirilməsində  mövcud  olan  yanaşma  müxtəlifliyi  də  məhz  əvvəllər  qeyd 

etdiyimiz  amillər  çoxluğuna  baxışda  fərqli  seçim  tərzlərinin  ortalığa 

qoyulmasından  irəli  gəlir.  Məsələn,  klassik  yanaşmaya  görə  inhisar  3 

istiqamətdə təzahür edə bilər: 

1.  stehsal vasitələri üzərində inhisar; 

2.  stehsal şəraiti üzərində inhisar; 

3)«Özündə  şey»  tipli  inhisar:  Yəni,  istehsalın  və  kapitalın  təmər-

küzləşməsi nəticəsində meydana çıxan inhisar. 

Müasir yanaşma isə inhisarın əsasən 4 formasını fərqləndirir: 

1. Təbii inhisar: Bazarda mal təklifinin bir firma tərəfindən forma-

laşdırıldığı  təqdirdə  sahənin  uzunmüddətli  orta  xərcləri  minimum 

səviyyəyə enir. 

2.  Təşkilati  inhisar:  Eyni  profilli  müəssisələrin  idarəetmə 

obyektlərinin  sayını  azaltmaq  məqsədilə  birləşməsi,  məsələn,  idarə 

inhisarçılığı, nazirlik və s. 

3. Texnoloji inhisar: Belə bir nöqtədən çıxış edir ki, mövcud texno-

logiya  bazasında  müəyyən  məhsula  olan  tələbi  bir,  yaxud  bir  neçə 

müəssisə ödəmək iqtidarındadır. Onların sayının artımı istehsalın həcmcə 


Dünya iqtisadiyyatının tarixi 

 

 



285

                                                            

artmasına,  yaxud  hər  bir  müəssisədə  istehsalın  həcminin  azalmasına  və 

istehsal xərclərinin artımına gətirib çıxarır. Eyni zamanda, bu halda tex-

noloji liderliyə canatma müşahidə edilmir. 

Əksinə,  əksər  hallarda  cari  xərcləri  azaltmaq  məqsədilə  texnoloji 

səviyyənin olduğu kimi qalmasına çalışılır; 

4.  qtisadi inhisar-müqavilə, sazişlər, yaxud rəqabət mübarizəsində 

qalib gəlməklə meydana çıxan inhisarçı yaranış. 

Qeyd edilən iri qruplaşmalar şəklində formalaşdırılmış təsnifata bir 

sıra  tədqiqatçılar  tərəfindən  müəyyən  əlavələr  də  edilmişdir.  Məsələn, 

M. .Knış


171

  deyilənlərlə  yanaşı  inhisarın  forması,  yaxud  təzahürü  kimi 

aşağıdakıları da əlavə etməyi məqsədəuyğun sayır: 

1. Hər hansı bir coğrafi məkanda müstəsna istehsalçı hüququ verən 

lisenziya, yaxud franşizanın firma tərəfindən alınması; 

2.  Əsas  xammala  sahiblik  və  onun  göndərişinə  nəzarətin  firmanın 

əlində olması; 

3.  stehlakçı tələbini tam şəkildə özünə cəlb edən məhsul növünün 

istehsalı, yaxud bazara çıxarılması və s. 

Qərb  iqtisadçıları  G.Dolan  və  D.Lindsey

172

  isə  inhisarın  əsasən  3 



növünü fərqləndirirlər: 

1.  «Qapalı»  inhisar  (Rəqabətdən  hüquqi  qadağalarla  qorunan  fir-

ma); 

2. «Açıq» inhisar (Qısamüddətli vaxt intervalında rəqabətdən xüsu-



si vasitələrlə qorunmayan bir firmanın bazarda tək satıcıya çevrilməsi); 

3. «Təbii» inhisar. 

Eyni  zamanda,  inhisarın  tipləşdirilməsində  inzibati  müdaxilənin 

ayrıca forma kimi götürülməsinə də rast gəlinir. Biz bunu, bir qayda ola-

raq,  siyasi  amillərlə  bağlı  yaradılan  «qapalı»  inhisar  kimi 

səciyyələndiririk.  Hal-hazırda,  araşdırdığımız  problemlə  bağlı  böyük 

əksəriyyət tərəfindən qəbul edilən tipləşdirmə elmi fikirdə hələ ki, üstün 

mövqedədir: 

1. Ayrıca götürülmüş bir müəssisənin inhisarı; 

2. Saziş (razılaşma) formasında inhisar; 

3. Məhsulun diferensiyasiyasına əsaslanan inhisar. 

                                                 

171

 

М.И.Кныш. Конкурентные стратегии. Санкт-Петербург. 2000.- С.48.



 

172


 

Э.Дж.Долан, Д.Е.Линдсей. Рынок: микроэкономическая модель. Санкт-

Петербург. 1992.- С.195.

 


Dünya iqtisadiyyatının tarixi 

 

 



286

                                                            

Göründüyü  kimi,  inhisarın  təsnifatında  müxtəlif əlamətlərə  istinad 

edən  tədqiqatçılar,  elə  həmin  müxtəlifliyə  müvafiq  gələn  qruplaşmalar 

aparırlar. 

Bizim  fikrimizcə,  inhisarın  təsnifatına  5  əlamət  üzrə  yanaşmaqla, 

onun növmüxtəlifliyini daha dəqiq ifadə etmək mümkündür (şəkil 11.7). 

Həmçinin,  əlavə  olunmalıdır  ki,  inhisarçı  birliklərin  5  əsas  təşkilati 

forması mövcuddur: Kartel, Sindikat, Trest, Konsern, Konqlomerat! 

Eyni zamanda, müasir elmi fikirdə inhisar təmayüllərinin yaranma 

səbəblərinə  mövcud  olan  yanaşmalarda  da  yekdillik  yoxdur.  Bu 

baxımdan, əsasən iki diametral əks istiqamətli baxışlar mövcuddur: 

1. nhisarizm bazar iqtisadiyyatına xas olan keyfiyyət deyil, təsadüfi 

hadisədir; 

2.  nhisarizm qanunauyğun hadisədir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

Şə

kil  11.7.  nhisarın müxtəlif əlamətlər üzrə təsnifatı 

Инщисарын тяснифаты 

Яламятляр 

Истещсал 

Базар фяалиййятинин 

хцсусиййятляриня эюря 

Истещлак 

Истещлак-истещсал яламяти 

Тяшкилати 

Сийаси 

Нювц 


-Тябии инщисар; 

-Техноложи инщисар; 

-Структур инщисары; 

-Давраныш инщисары; 

Монопсонийа 

Икитяряфли инщисар 

Идаря, назирлик вя с. 

 

-Дювлят инщисары; 



-«Гапалы» инщисар. 

Dünya iqtisadiyyatının tarixi 

 

 



287

                                                            

A.Piqu  yazır:  «... nhisarçı  hakimiyyət  təsadüfi  meydana 

çıxmamışdır... O, müəssisənin strategiyasının məntiqi nəticəsidir»

173



Apardığımız araşdırmalara əlavə olaraq qeyd etməyi zəruri sayırıq 



ki, müasir elmi fikir inhisarizm təmayüllərini iki amillə bağlayır: 

1. Mənfəətin maksimumlaşdırılması «qanunu»; 

2. Kapitalın təmərküzləşməsi «qanunu». 

nhisarlaşma  bazarın  bütün  inkişaf  mərhələlərində  mövcud  olmuş 

və  olmaqda  da  davam  edir.  Əslində,  inhisarçı  fəaliyyət  həm  məzmun, 

həm də mahiyyətcə bazar prosesinin ayrılmaz tərkib ünsürüdür. Bir sıra 

iqtisadçılar  inhisarın  ən  yeni  tarixinin  iqtisadi  böhranlarla  (1873-cü  il) 

başladığını,  böhranın  inhisarlaşma  prosesini  hərəkətə  gətirən  amil 

olduğunu  xüsusi  vurğu  ilə  qeyd  edirlər.  Hətta  o  dərəcədə  ki,  inhisar 

«böhranın uşağı» hesab edilir. Bu səpgili yanaşmalar daha çox XIX əsrin 

sonlarında geniş yayılmışdır. 

nhisarçı  mövqeyə  canatma  sahibkarlıq  fəaliyyətinin  daxili 

təbiətindən  doğan  zərurətdir.  Əvvəla,  ona  görə  ki,  real  bazar 

münasibətlərinin mövcud olduğu bir şəraitdə dövlətin iqtisadi proseslərə 

müdaxiləsi, 

ələlxüsus 

real 

məzmunlu 



rəqabət 

mühitinin 

formalaşdırılması,  yaxud  bu  istiqamətdə  qismən  nail  olunmuş 

situasiyanın  qorunub  saxlanması  son  dərəcə  problematikdir.  Makroiqti-

sadi  tənzimləmə  mikro-  və  mezo  səviyyələrdə  subyektlərarası  münasi-

bətlərin  qarşılıqlı  faydalılıq  bazasında  təşəkkülü  üçün  qətiyyən  yetərli 

deyildir.  Deməli,  yuxarıda  təsvir  etdiyimiz  yönümdə  makromühitin  hər 

bir  ayrıca  götürülmüş  bazar  subyekti  üçün  əlverişli  olma  ehtimalı  sıfıra 

yaxındır. Eləcə də, forma və növündən  asılı olmayaraq bütün kəskinliyi 

ilə  gedən  rəqabət  mübarizəsi  nəinki  orta  və  uzunmüddətli  vaxt  inter-

valında, o hətta ən qısa zaman kəsiyində də iqtisadi fəaliyyətin effektiv-

liyini  əvvəlcədən  birmənalı  şəkildə  qiymətləndirməyə  imkan  vermir. 

Mahiyyətcə, 

sahibkarın 

bilmək 

istədiyi 



nəticələr 

Qeyri-


müəyyənlik→Rəqabət→Qeyri-müəyyənlik  triadasının  formalaşdırdığı 

anlaşılmazlığa qərq olur. 

Problemin  qəlizliyi  ondadır  ki,  qeyri-müəyyənlikdən  doğan 

rəqabətin  (nəticəsi  məlum  olan  şey  rəqabət  doğurmaz)  özü  də  qeyri-

müəyyənlik doğurur. 

Göründüyü  kimi,  inhisar  prosesinə  metodoloji  yanaşmanın  qısa 

xülasəsi  də  sübuta  yetirir  ki,  inhisarlaşma,  hər  şeydən  əvvəl,  qeyri-

müəyyənlikdən  qaçma  cəhdi  kimi  təzahür  edir.  Kəmiyyət  ölçüsü  olan 

                                                 

173


 

А.Пигу. Экономическая теория благосостояния. Т.1, М., 1985.- С.326.

 


Dünya iqtisadiyyatının tarixi 

 

 



288

                                                            

maddiyyatın rasional karkulyasiyasının aparılması mümkünsüz olan pro-

sesdaxili «intriqalarda» onun itirilmə təhlükəsi əlahiddə mövqe qazanma 

istəyini tamamilə təbii bir istək keyfiyyətində ortalığa çıxarır. 

Beləliklə, hər hansı bir bazar subyektinin inhisarçı mövqe uğrunda 

çarpışmasında  «qəbahətli» heç nə  yoxdur. Ona görə ki, inhisarçı mövqe 

ən azı aşağıdakılara nail olmaq imkanı yaradır: 

1.  Konkret  mal  bazarında  rəqabətin  məhdudlaşdırılması,  onun 

müəyyən mənada «əhliləşdirməsi»; 

2.  Qeyri-müəyyənliyin  əhatə  dairəsini  əhəmiyyətli  dərəcədə  da-

raltmaqla bir sıra problemlər və risklərdən uzaqlaşmaq imkanı; 

3.  Bazarda  hökmran  mövqeyə  nailolma  və  iqtisadi  gücü  öz  əlində 

cəmləşdirmək; 

4. Bazardakı «oyun qaydalarını» diqtəetmə imkanı; 

5.  Bazar  subyektlərinə,  hətta  ümummilli  mənafelərə  öz  maraqları 

prizmasından təsir göstərmək imkanı; 

6. Qiymətqoymada liderlik; 

7. Yüksək inhisar mənfəəti əldə etmə imkanı və s. 

Həmçinin,  inhisarlaşmanın  bazar  iqtisadiyyatı  üçün  yabançı  bir 

proses  olduğunu  iddia  edənlərin  də  müəyyən  arqumentləri  olmamış 

deyildir.  Burada,  sadəcə  olaraq,  eyni  anlayışa  fərqli  baxışlar  ön  plana 

çıxarılır.  Belə  ki,  müasir  elmi  fikirdə  iqtisadi  liberalizm  əksər  hallarda 

ideoloji  liberalizmlə  eyni  mahiyyət  daşıyan  anlayışlar  kimi  səsləndirilir. 

Aydındır ki, məhz «liberal» prizmadan iqtisadi münasibətlərin və bazarın 

sərbəstliyi  mütləq  anlamda  dərk  edilməməlidir  və  edilmir  də!  Axı, 

bazarın, əgər belə demək caizdirsə, mütləq hökmranlığı demokratiya ilə 

qətiyyən bir araya sığmır və nəticə etibarilə, «hakimiyyətin» iri kapitalın 

«əsarətinə»  keçməsinə  gətirib  çıxarır.  Həmin  məntiqi  zəncirin  hərəkətə 

gətirdiyi  proses,  yəni  «azad»  və  məhdudiyyətsiz  rəqabətin  inhisarlaşma 

ilə  yekunlaşması  labüdləşir.  Problemin  məhz  bu  miqyasda  qoyuluşu  bir 

sıra  amillər  baxımından  qaçılmazdır.  Belə  ki,  əvvəla,  inhisar,  yaxud 

inhisarlaşma  prosesi  nəinki  bazar  demokratiyasına,  yaxud  bazar 

münasibətlərinin  demokratikliyinə  öldürücü  zərbə  endirir,  həmçinin 

şəxsiyyət  azadlığını  məhdudlaşdırır.  kincisi,  qeyd  edilən  yönümdə 

proseslərin  inkişafı  cəmiyyət  üzərində  azsaylı  «sahibkar»  inhisarının 

formalaşmasına gətirib çıxaracaqdır. 

Ümumiyyətlə,  bazar  sərbəstliyi,  yaxud  azadlığı  keyfiyyətinə  ca-

natmaq ən azı məntiqi antinomiya doğurur. Öz mahiyyəti etibarilə bazar 

demokratik dəyərlər sisteminə aid deyil (sözün mütləq mənasında). Tam 

«azad» bazar demokratiyanı məhv edir. 


Dünya iqtisadiyyatının tarixi 

 

 



289

                                                            

Bazara  yanaşmada,  tənzimləmə  nöqteyi-nəzərindən,  kritik  nöqtə 

istehsalçı diktatının, yaxud sahibkar ağalığının yaranması prosesinin start 

xəttidir.  Məhz  bu  xəttdən  sonra  anarxiya  gəlir.  Məhz  bu  proses  bazarın 

fiaskosu ilə, yaxud özü-özünü məhv etməsi ilə nəticələnir. 

Beləliklə, əgər heç bir məhdudiyyətsiz fəaliyyət göstərən bazar əks-

demokratik  mahiyyət  daşıyırsa,  onda  sosial-siyasi  və  iqtisadi 

münasibətlər  kompleksinin  normal  mütənasibliyi  məzmunca  elə  bazar 

kortəbiiliyinin  aradan  qaldırılmasına  söykənməlidir.  Belə  ki,  qeyd  et-

diyimiz  qərarlaşmanın  baza  müstəvisi  bazar  münasibətləri  ilə  şəxsiyyət 

azadlığının dialektik vəhdətindən qaynaqlanır. 

Digər tərəfdən, araşdırdığımız problemə fərqli nəzəri baza əsasında 

yanaşmaqla,  tamamilə  fərqli  nəticələr  əldə  edə  bilərik.  Belə  ki,  inhisar 

fenomeninə  sinergetik  yanaşma  mahiyyətcə,  həm  prosesin  start  anını, 

həm də nəticədə meydana çıxan «yaranışı» fərqli müstəvidə şərh edir. Bu 

konsepsiyanın məntiqindən çıxış etsək, onda belə alınır ki, XX əsrin 30-

cu  illərinə  qədər  formalaşmış  inhisarlar  bazarda  meydana  gələn  flukta-

siya proseslərini öz gücü ilə neytrallaşdıraraq milli iqtisadiyyatların sabit, 

dayanıqlı inkişafında mühüm rol oynamışlar. 

Amma,  digər  tərəfdən,  inhisarlar  labüd  surətdə  tələb  və  təklif 

arasında  kəskin  natarazlığın  aramsız  olaraq  təkrar  istehsalına,  başqa 

sözlə, defisitin təkrarlana-təkrarlana artımına səbəb olurlar ki, nəticədə də 

iqtisadi sistem illər keçdikcə özünün hipotetik tarazlıq vəziyyətindən da-

ha  çox  uzaqlaşır.  Beləliklə,  inhisarın  özü  fluktasiya  prosesinin  məntiqi 

nəticəsi  keyfiyyətində  meydana  çıxır.  Həmin  məntiqlə  davam  etsək, 

deməli natarazlığın daha da güclənməsi özünün böhran həddinə çatanda 

(bifurkasiya  nöqtəsi)  xaos  başlanır  və  bundan  sonra  iqtisadi  sistemin 

özünü təşkili prosesi start götürür.  Yeni tipli qaydalar meydana çıxır və 

iqtisadiyyat ya qapalı, ya da açıq (mümkün variantlar çoxluğundan hansı 

alternativin  prioritet  mövqeyə  çıxmasından  asılı  olaraq)  tipli  səciyyə 

daşımağa  başlayır.  Beləliklə,  sinergetik  konsepsiya  birmənalı  şəkildə 

bəyan edir ki, inhisar öz məzmunu etibarilə tamamilə fərqli və müxtəlif 

iqtisadi sistemlər formalaşdıra bilər. Göründüyü kimi, bu problemə bizim 

yanaşma tərzimiz yekun olaraq sinergetik baxışla üst-üstə düşür. 

 

 



 

 

 



Dünya iqtisadiyyatının tarixi 

 

 



290

                                                            



XII fəsil. Dünya iqtisadiyyatının inkişaf mərhələləri 

 

Dünya iqtisadiyyatının sistemli yaranış kimi genezisi, qərarlaşması 

və inkişaf dövrünü beş mərhələyə bölmək olar: 

I.

 

Dünya iqtisadiyyatının genezisi: 

 I  mərhələ  (XVI-XIX  əsrlər)  –  dünya  iqtisadiyyatının  genezisinin 

başlanğıc dövrü hesab olunur.  

Böyük  coğrafi  kəşflər,  müstəmləkə  sisteminin  yaranması  real 

mahiyyət  kəsb  etməkdə  olan  bazar  münasibətlərinin  coğrafi 

genişlənməsində və dayanıqlı xarakter almasında  xüsusi rol oynamışdır. 

Bazar münasibətlərinin dayanıqlılığı bir tərəfdən natural təsərrüfat tipinin 

tədrici dağılması və yeni münasibətlərin meydana gəlməsi, digər tərəfdən 

xarici ticarətin intensif inkişafı ilə determinə olunur. Əslində, sözügedən 

dövrdə  dünya  iqtisadiyyatı  ölkələrarası,  ələlxüsus  metropoliya  və 

müstəmləkələrarası qarşılıqlı ticarət əlaqələrinin məcmusu keyfiyyətində 

çıxış edirdi. 

II.

 

Dünya iqtisadiyyatının qərarlaşması: 

II mərhələ (1870-1913-cü illər). Təbiidir ki, dünya iqtisadiyyatının 

genezisi  prosesinin,  o  cümlədən  “klassik”  bazarın  təşəkkülünün  əsas 

ağırlıq  mərkəzi  natural  təsərrüfat  tipinin  əmtəə  istehsalı  ilə  əvəzlənməsi 

olunmuşdur. Əmtəə istehsalının genezisi neolit inqilabından tutmuş XIX 

əsrin birinci  yarısına qədər davam etmiş və məhz həmin dövrdə özünün 

yetkin formasını almışdır (şəkil 12.1). 

 

 

 



 

 

 

 

 

 

Dünya iqtisadiyyatının tarixi 

 

 



291

                                                            

Şə

kil 12.1. Əmtəə istehsalının genezisi tarixi müstəvidə 

Sadə əmtəə 

istehsalının əsas 

xarakteristikası: 

-Əmtəə 

istehsalının 



mövcudluğunun 

ümumi şərtləri; 

-Xüsusi 

mülkiyyət; 

-Subyektin ikili 

təbiəti; 

mülkiyyətçi və 

işçi; 


- Bazarın 

formalaşması; 

- Rəqabət 

Sadə əmtəə 

istehsalı 

Yaranma şərtləri: 

- ctimai əmək bölgüsü; 

- Xüsusi mülkiyyət 

kinci böyük 

ictimai əmək 

bölgüsü: pulun 

yaranması, 

mübadilə dəyərinin 

pul forması 

Geniş (kapitalist) əmtəə istehsalının fərqli cəhətləri 

Ə

m



ə 

is



te

hs

al



ın

ın

 



üm

um

i x



ar

ak

te



ri

st

ik



as

ı:

 



S

ub

ye



kt

in

 b



öl

ün

m



əs

i:

 



m

ül

ki



yy

ət

çi



, m

uz

dl



çi



 

T

or



pa

q:

 a





 s

at



ıl

ır

 



T

or

pa



ba

za



 

şç



i q

üv



si

: a




 

sa



r.



 Ə

m

ək



 b

az

ar



ı 

T

əb



ii

 r

es



ur

sl

ar



al

ın



ır

 v

ə 



sa



r.

 T

əb



ii

 r

es



ur

sl

ar



 

ba

za



 

P



ul

-k

ap



it

al



(s

ən

ay



e)

 

çe



vr

il

ir



. K

ap

it



al

 b

az



ar

ı 

S



ən

ay



ka

pi

ta



 s

su



da

 v

ə 



ti

ca



t k

ap

it



al

ı d


ur

ur



K

re



di

t b


az

ar

ı, 



fo

nd

 



bi

rj

al



ar

ı, 


əm

ə 



bi

rj

al



ar

ı 



 s

Geniş əmtəə 



istehsalı 

Sadə əmtəə 

istehsalı ilə ümumi 

cəhətləri 

- ctimai əmək 

bölgüsü; 

-Əmtəə 

istehsalçısının 



xüsusi mülkiyyətçi 

kimi 


əlahiddələşməsi; 

-Bazar-əmtəələrin 

satışı üzrə 

münasibətlər 

sistemi kimi. 

-Rəqabət : 

istehsalın təşkili 

forması kimi; 

 

Təbii əmək 



bölgüsü: 

mübadilərin sadə, 

yaxud təsadüfi 

forması 


Birinci böyük 

ictimai əmək 

bölgüsü: 

mübadilənin geniş 

forması 

Əsas tipləri 

Əsas mərhələləri 

Əmtəə istehsalının 

genezisi 


Dünya iqtisadiyyatının tarixi 

 

 



292

                                                            



(Neolit inqilabından bugünə qədər). 

 

Planetar səviyyədə qarşılıqlı ticarət əlaqələri ilə yanaşı, bütövlükdə 

iqtisadi  münasibətlərin  formalaşması,  istehsal  amillərinin:  kapital,  işçi 

qüvvəsi  və  s.  beynəlxalq  miqrasiyasının  inkişafı,  ümumiyyətlə,  ictimai-

iqtisadi həyatın beynəlmiləlləşməsi dövrünü özündə ehtiva edir. Məsələn, 

1870-ci ildən 1913-cü ilə qədər Avropadan emiqrasiya edənlərin sayı 36 

mln.  nəfərdən  çox  olmuşdur  ki,  bunun  da  2/3-ü  Amerikaya  getmişdir. 

1914-cü ildə uzunmüddətli xarici investisiyaların həcmi 44 mlrd. dollara 

çatmışdır. Portfel investisiyaları inkişaf yoluna qədəm qoymuşdur. 1913-

cü  ildə  Londonda  satılan  xarici  qiymətli  kağızların  xüsusi  çəkisi  59%, 

Fransada  (1908-ci  ildə)  53%  təşkil  etmişdir.  stehsal  əməkdaşlığının 

inkişafı  dünya  iqtisadiyyatının  formalaşmasında  əhəmiyyətli  rol 

oynamışdır.  Birbaşa  xarici  investisiyaların  ixrac  həcmi  sürətlə  artmağa 

başlamışdı. Əsas ixracatçılar kimi Böyük Britaniya (45%) və ABŞ (20%) 

çıxış  edirdi.  Ümumiyyətlə,  birbaşa  investisiyaların  əsas  axını  inkişaf 

etmiş ölkələrdə toplanmışdı. 

stehsal  və  kapitalın  təmərgüzləşməsi,  inhisarçı  birliklərin 

yaranması  dünya  iqtisadiyyatının  sistemli  yaranışa  çevrilməsində 

həlledici rol oynamışdır. 

II  mərhələ - dünya iqtisadiyyatının metropoliya  və müstəmləkələr, 

eləcə  də  inkişaf  etmiş  ölkələrin  öz  aralarında  formalaşmış  beynəlxalq 

iqtisadi münasibətlərin məcmusu kimi səciyyələndirir.  

Aydındır  ki,  ilkin  olaraq  ayrıca  götürülmüş  bir  ölkə,  yaxud  region 

çərçivəsində  iqtisadi  əlaqələr  sisteminin  bütün  spektri  formalaşmış, 

ticarət  yeganə  bağlayıcı  element  (sahə  və  sferalararası)  statusunu 

tamamilə  yeni  keyfiyyətdə  ortalığa  qoymaqla  istehsal  amillərinin 

(kapital,  işçi  qüvvəsi  və  s.)  sərbəst  hərəkəti  yönümündə  inteqrativ 

bağlılıqda  olan  münasibətlər  kompleksini  doğurmuşdur.  Eyni  zamanda, 

iqtisadi  münasibətlərin  sosial-iqtisadi  həyatın  bütün  spektrini  bir  sistem 

kimi əhatə etməsi prosesi başa çatmışdır (şəkil 12.2). 

 

 

 



 

Dünya iqtisadiyyatının tarixi 

 

 



293

                                                            

Şə

kil 12.2.  qtisadi münasibətlər sistemi 

 

Ümumiyyətlə,  iqtisadi  münasibətlər  –  konkret  sosial-iqtisadi 



şəraitdə  cəmiyyətin  sərəncamında  olan  və  yekun  etibarilə  mülkiyyət 

münasibətlərindən  çıxış  etməklə  mövcud  resurslardan  istifadə  üzrə 

formalaşan 

münasibətlər 

sistemidir. 

qtisadi 


münasibətlər 

– 

“insan→təbiət”  və  “insan→insan”  qarşılıqlı  əlaqələri  və  qarşılıqlı  təsiri 



prosesinin  mahiyyətində  dayanan  anlayışdır.  Alt  sistemlər  arasında 

qarşılıqlı bağlılıq təşkilati və idarəetmə sferası vasitəsilə həyata keçirilir. 

Dünya  iqtisadiyyatının  formalaşması  sənaye  inqilabını  keçmiş  və 

keçməkdə  olan  ölkələrin  sürətli  inkişafı  ilə  müşayiət  olunurdu.  Belə  ki, 

həm  dünya,  həm  də  ayrı-ayrı  Qərb  ölkələrində  sənaye  istehsalının 

dinamikası kifayət qədər intensiv xarakter almışdır (cədvəl 12.1). 

 

stehsal 


münasibətləri 

Sosial-iqtisadi  

münasibətlər 

texniki-iqtisadi 

münasibətlər 

bazasında inkişaf 

edən və 

mülkiyyət 

münasibətləri ilə 

xarakterizə 

olunan 

münasibətlər 



sistemi 

Təşkilati-

iqtisadi 

münasibətlər 

stehsalın 

təşkili və 

istehlakın 

formaları: 

müəssisə, 

firma, idarə, 

şirkət və s. 

Habelə 


onların 

müxtəlif 

Təşkilati-

idarəetmə 

münasibətlə

ri 


qtisadiyyatı

n bütün 


səviyyələrin

də 


idarəetmə 

münasibətlə

ri 

Texniki-


iqtisadi 

münasibətlər 

Təbii 

resurslar, 



texnologiyala

r və s. istifadə 

olunması 

prosesində 

yaranan 

münasibətlər 

Alt sistemlər 

qtisadi münasibətlər 



Dünya iqtisadiyyatının tarixi 

 

 



294

                                                            

 

Cədvəl 12.1. 

XIX-XX əsrin əvvəllərində sənaye istehsalının dinamikası (1913=100) 

 

Dövrlə

Dünya 

ngiltərə  Almaniya 

Fransa 

ABŞ 

I. XIX əsrin 

sonu: 

-1870 


-1890 

II. XX əsrin 

əvvəlləri  

- 1900-cü il 



 

 

19 



43 

 

 



60 

 

44 



62 

 

 



79 

 

34 



56 

 

 



66 

 

18 



40 

 

 



65 

 

11 



39 

 

 



54 

 

Eyni  zamanda,  dünya  sənayesindəki  liderlik  statusu  1880-ci  ildən 



etibarən  ABŞ-a  keçmişdir.  ngiltərənin  (1900-1913-cü  illərdə)  sənaye 

istehsalından  xüsusi  çəkisi  azalmış,  o,  nəinki  ABŞ-dan,  hətta 

Almaniyadan da belə geri qalaraq üçüncü yeri tutmuşdur (cədvəl 12.2). 

 

Cədvəl 12.2 

Aparıcı ölkələrin dünya sənayesində yeri 

 

1860 


1870 

1880 


1890 

1900-1913 

1.  ngiltərə 

2. Fransa 

3. ABŞ 

4.Almaniya 



1.  ngiltərə 

2. ABŞ 


3.Fransa 

4. Almaniya 

1. ABŞ 

2.  ngiltərə 



3. Almaniya 

4. Fransa 

1. ABŞ 

2.  ngiltərə 



3. Almaniya 

4. Fransa 

1. ABŞ 

2. Almaniya 



3.  ngiltərə 

4.Fransa 

 

Aparıcı  ölkələrin  dünya  sənaye  istehsalında  xüsusi  çəkisinin 



dinamikasını 12.3 saylı cədvəldən görmək mümkündür. 

Göründüyü  kimi,  1860-1913-cü  illər  ərzində  ngiltərənin  xüsusi 

çəkisi  22%  azalaraq  14%-ə,  Fransanın  müvafiq  göstəricisi  isə  6% 

azalaraq  6%  -ə  düşmüşdür.  Bu  dövr  ərzində  Almaniyanın  mövqeyində 

əhəmiyyətli  dəyişikliklər  baş  verməmiş,  ABŞ  isə  19%  artımla  (xüsusi 

çəki – 36%) lider ölkəyə çevrilmişdir. 

 

 

 



 

 

 

Dünya iqtisadiyyatının tarixi 

 

 



295

                                                            



Cədvəl 12.3 

Aparıcı ölkələrin dünya sənaye istehsalında xüsusi çəkisinin dinamikası 

(%) 

Ölkələ

1860 

1870  1880  1890  1900  1913  1913-1860-cı 

ilə  nisbətə

ngiltərə 

Fransa 

ABŞ 


Almaniya 

Yerdə 

qalan 

dünya  ölkələri 

birlikdə 

36 


12 

17 


16 

19 


32 

10 


23 

13 


22 

28 


28 


13 

22 


22 

31 



14 

25 


18 

31 



16 

28 


14 

36 



16 

18 


-22.0 

-6.0 


+19.0 

-1.0 



 

 


Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin