§ 9.4.4. Niderlandın iqtisadiyyatı
Dünya iqtisadiyyatının tarixi
237
Niderland 200-dən çox şəhəri olan, əhali sıxlığı ilə seçilən ilkin,
nümunəvi kapitalist ölkəsi idi. Ölkənin iqtisadi qüdrəti mərkəzi və şimal
əyalətlərində sənayenin və ticarətin inkişafı üzərində bərqərar idi.
nkişafın yetkinlik dövründə (XVI əsr) Niderland – Hollandiya,
Belçika, Lüksemburq və Fransanın şimal hissəsini özündə birləşdirərək,
spaniyanın tərkibində hersoqluq kimi mövcud olmuşdur.
Kapitalist münasibətlərinin rüşeymləri hələ XIV əsrdən meydana
çıxmağa başlamışdır. Digər Avropa ölkələri ilə müqayisədə əmtəə-pul
münasibətləri daha erkən yayılmışdır. XVI əsrdən etibarən flamand
şəhərlərinin sex quruluşu tənəzzülə uğramış, kapitalist manufakturaları
xüsusi mövqelərə sahiblənmişlər.
Kapitalist manufakturaları əsasən şimal əyalətlərində (Hollandiya,
Zelandiya) inkişaf etmişdir. Bu dövr üçün əsas sahələr kimi gəmiqayırma
və balıqçılıq çıxış edirdi. XVI əsrdə Amsterdam iri limana çevrilmişdir.
Qeyd etmək lazımdır ki, Niderlandda ilkin kapital yığımı prosesi
əyalətlər üzrə fərqli yollarla həyata keçirilirdi ki, bu da sonralar həmin
əyalətlərin fərqli tarixi talelərinin meydana çıxmasına səbəb olmuşdur.
XVI əsr Niderlandı yüksək iqtisadi inkişaf səviyyəsinə nail olmaqla
dünya ticarətinin mərkəzinə çevrilmişdir. Ölkədaxili inkişaf səviyyəsinə
görə mərkəzi əyalətlər xüsusi yer tuturdu. Antverpen – XVI əsr
Avropasının ticarət və kredit mərkəzi idi. Avropanın bütün banklarının
bu şəhərdə nümayəndəliyi açılmışdır.
Antverpenin
əmtəə
birjasında
həyata
keçirilən
ticarət
əməliyyatlarının həcmi Venesiyadan 1.5 dəfə çox olmuşdur. Eyni
zamanda, Antverpendə müxtəlif sənaye sahələri də inkişaf etmişdi.
Manufakturaların inkişafında qiymət “inqilabı” önəmli rol oynamışdı:
nqilab nəticəsində əməkhaqqı təxminən 2 dəfə azalmışdır ki, bu da
muzdlu işçilərdən istifadənin faydalılığını əhəmiyyətli dərəcədə
yüksəltmişdir.
Şəhərlərdə kapitalist münasibətlərinin qərarlaşması aqrar sferada da
adekvat dəyişikliklərə gətirib çıxardı. Kəndlilərin şəxsi azadlığı təmin
olunmuşdur. Kəndlilər pul rentası müqabilində torpaq sahələrini icarəyə
götürürdülər ki, buradan da kapitalist sisteminə transformasiya olunmaq
elə də mürəkkəb məsələ deyildi.
XVI əsrdə holland kəndlərində sosial təbəqələşmə mövcud idi və
natural təsərrüfat ümumiyyətlə, aradan qaldırılmışdır. Kəndlilərin əsas
kütləsinin yoxsullaşması kapitalist sənayesinin inkişafı üçün baza
yaradırdı və daxili bazarı genişləndirirdi. Kənd təsərrüfatında muzdlu işçi
Dünya iqtisadiyyatının tarixi
238
qüvvəsindən istifadə olunmağa başlamışdı. Əkin dövriyyəsinin daha
mütərəqqi formaları tətbiq olunurdu.
Şimal əyalətlərində də analoji proseslər gedirdi. Ölkənin cənubunda
isə aqrar-feodal münasibətləri hökmran olaraq qalmaqda idi.
Sənaye istehsalının artımı, ayrı-ayrı əyalətlər arasında iqtisadi
əlaqələrin güclənməsi, daxili bazarın formalaşması kapitalist
münasibətlərinin qərarlaşması, milli bütövlüyün formalaşması feodal
spaniyası ilə münasibətlərin kəskin şəkildə pisləşməsinə gətirib çıxardı.
spaniya Niderlandda feodal münasibətlərinin saxlanılmasına çalışırdı.
Bəşər tarixində ilk dəfə Niderlandda baş verən burjua inqilabı (1565-
1609) kompromislə sonuclandı: Yalnız 7 Şimal vilayəti spaniyadan
ayrılaraq “Hollandiya” adında müstəqil dövlət yaratdı. Mərkəzi və cənubi
əyalətlər spaniyanın tərkibində qaldı.
Hollandiya – birmənalı olaraq kapitalizm yoluna qədəm qoydu.
Artıq XVII əsrdə Hollandiya ilk dəniz və ticarət dövlətinə çevrilmişdir.
Onun dəniz donanması dünya donanmasının 60%-ni təşkil edirdi ki, bu
da ngiltərə və Fransanın birlikdə malik olduqları donanmadan 2 dəfə çox
idi.
Sex quruluşu birdəfəlik aradan qaldırıldı, yeni manufakturalar
yaranmağa başladı, ixracat yönümlü məmulatların istehsal həcmi
əhəmiyyətli dərəcədə artdı. Eyni zamanda, digər ölkələrin sifarişləri
əsasında gəmiqayırma sənayesi sürətli inkişaf yoluna qədəm qoydu.
Bununla belə, Hollandiya iqtisadiyyatının əsas sahəsi kimi ticarət çıxış
edirdi. Kapitalqoyuluşlarının əsas hissəsi dəniz və ticarət nəqliyyatına
yönəldilirdi. Hollandiya – beynəlxalq ticarət əlaqələrində əsas “vasitəçi”
və malyerilişi prosesinin əsas subyekti kimi çıxış edirdi.
Amsterdam – dünya ticarəti və kreditin mərkəzinə çevrildi. ri
sığorta şirkətləri yarandı.
1609-cu ildə ilk əmanət bankının əsası qoyuldu. XVIII əsrdə
Amsterdamın fond birjası qiymətli kağızlar üzrə beynəlxalq bazara
çevrildi.
Həcminə görə Holland kapitalı Avropanın məcmu kapitalından çox
idi. Kapital qoyuluşunun əsas sferalar kimi xarici ticarət və dəniz
daşımaları çıxış edirdi.
XVII əsrdə Hollandiya dünya ticarətində liderliyi ələ keçirdi. Bu
aspektdə müstəmləkə imperiyasına “xidmət” üçün xüsusi ticarət şirkətləri
yaradılırdı.
XVII əsrin birinci yarısı ərzində ilkin kapital yığımı prosesi
getmişdir ki, burada da dövlət borcları xüsusi rol oynamışdır.
Dünya iqtisadiyyatının tarixi
239
XVII əsrin ən varlı ölkəsi olan Hollandiyanın ən çox da dövlət
borcu var idi. Dövlət borcu kapitalın maliyyəçilərdə toplanmasına şərait
yaradırdı. O dövrün heç bir ölkəsində Hollandiyada olduğu sayda birbaşa
və dolayısı ilə vergilər olmamışdı.
Dünya ticarətində liderliyi uzun müddət saxlamaq mümkün olmadı.
Belə ki, XVII əsrin sonlarına yaxın sənayenin inkişaf səviyyəsi ilə ticarət
liderliyi arasında uçurum yaranmağa başladı. XVII-XVIII əsrlər ngilis-
Holland müharibələri nəticəsində ngiltərə önə çıxdı.
Liderliyi itirən Hollandiyada kapitalın sənayedən ticarətə axını daha
da gücləndi. Kapital daha çox sələmçi xarakter almağa başladı.
Hollandiyanın tənəzzülü səbəbləri sırasında əsasən aşağıdakıların
önəmli olduğunu qeyd edə bilərik;
1.
ölkədə kapitalizmin inkişaf səviyyəsi ngiltərəyə qarşı durmaq
üçün kifayət deyildir;
2.
Hollandiya – güclü ticarət kapitalına və zəif sənayeyə malik ölkə
idi;
3.
ticarət – daha çox “vasitəçi” xarakter daşıyırdı.
§ 9.4.5. Yaponiyanın iqtisadiyyatı
Yaponiyada erkən feodalizm V-XI əsrləri əhatə edir. Məhz bu
dövrdə Yaponiya Asiya istehsal üsulundan feodalizmə keçid etmişdir.
IX əsrə qədər, Çində olduğu kimi, Şərq despotluğu mövcud
olmuşdu. Kəndlilər şəxsən azad olsalar da, müəyyən torpaq paylarına
təhkim edilmişdilər.
Vergilər taxıl, sənətkarlıq məmulatları, yaxud əmək mükəlləfiyyəti
formasında müəyyənləşdirilirdi.
IX-X əsrlərdə məmurlara aid olan torpaq payları votçinalara
çevrilir.
XII əsrdən etibarən Yaponiyada feodal münasibətləri kifayət qədər
dayanıqlı xarakter daşımış və “Meyci inqilabına” (1868-ci il) qədər
davam etmişdir. Yapon feodalizmi öz mahiyyəti etibarilə Şərq
təsərrüfatçılıq modelinin çərçivəsindən kənara çıxmamışdır. Bütün
torpaqlar nominal olaraq imperatora məxsus idi. Lakin faktiki torpaq
sahibliyi feodallar tərəfindən həyata keçirilirdi. Bununla yanaşı, xüsusi
çəkisinin ifrat dərəcədə az olmasına baxmayaraq kəndlilərə məxsus
torpaq sahibliyi də mövcud olmuşdur.
Dünya iqtisadiyyatının tarixi
240
Sosial təbəqələşmə dayanıqlı vassalitetə istinadən formalaşmışdı.
Kənd yerlərində əhali sıxlığının yüksək dərəcəyə çatması kəndlilərin
torpaq asılılığını xüsusilə gücləndirirdi.
Feodal rentası natural sapalaq formasında alınırdı ki, bu da adətən
istehsal edilmiş məhsuldan (düyü) pay şəklində olurdu. Bununla yanaşı
kəndlilər feodal təsərrüfatlarında biyar işlərinə də cəlb olunurdu.
Feodal-kəndli
münasibətlərində
sələmçilik
sonuncuların
istismarının mühüm elementi kimi çıxış edirdi.
Yapon şəhərlərində feodal münasibətləri dəqiq reqlamentləşdirilmiş
formada mövcud olmuşdu. Şəhərlərin heç bir hüququ yox idi.
XII-XIII əsrlərdə yapon şəhərlərində 4 mln. insan yaşayırdı ki,
bunların da yalnız 1 mln. nəfəri sənətkarlıqla məşğul olurdu.
Yapon dövləti şəhərlərin iqtisadi həyatına güclü müdaxilə edir,
ticarəti reqlamentləşdirir, qiymət səviyyəsini müəyyən edir, təmtəraq
mallarının istehlakını yasaqlayır və s. bir sözlə, iqtisadiyyat tam şəkildə
dövlət tərəfindən idarə olunurdu. Ticarətin bir çox sferaları dövlət
inhisarına
alınmışdır.
Yaponiyada
feodal
rejiminin
spesifik
xüsusiyyətlərindən biri də samurayların say çoxluğu ilə əlaqədar
olmuşdur. Onların böyük əksəriyyətinin torpaq payları yox idi və buna
görə də vassalların maddi təminatının “düyü payı” formasında
özünəməxsus sistemi formalaşmışdır.
Yeni, kapitalist münasibətlərinin qərarlaşmağa başladığı dövrdə
(son orta əsrlər) Yaponiya feodal dövləti olaraq qalmaqda idi. qtisadi
geriliklə yanaşı, kəndlilərin torpaq asılılığının maksimum səviyyəyə
çatması,
feodalların
iqtisadi
funksiyalarının
ifrat
dərəcədə
bəsitləşdirilməsi, şəhərlərin feodallaşdırılması, hakim sinfin (təbəqənin)
çoxsaylılığı, Avropa ilə müqayisədə Yapon feodalizmini daha dayanıqlı
etmişdi. ctimai həyatın bütün spektrini çuğlayan feodal münasibətləri
labüd olaraq dayanıqlılıq fenomenini ortalığa çıxarmışdır. Belə ki,
Avropa ölkələrində kapitalizmin tam şəkildə qərarlaşdığı bir dövrdə
Yaponiya hələ də feodal ölkəsi kimi qalmaqda davam edirdi. Eyni
zamanda yapon feodalizminin mühafizəkarlığı siyasi xarakterli amillərin
də təsiri altında idi.
Aydındır ki, mütləqiyyət tipli dövlətin yaranması o dövr üçün
proqressiv xarakter daşıyırdı. Belə ki, feodallararası konfliktlərin aradan
qaldırılması məhsuldar qüvvələrin inkişafında müsbət işarəli rol
oynayırdı. XVII əsrdə bir sıra nailiyyətlər əldə olunmuşdu: yeni torpaqlar
hesabına əkin sahələri genişləndirilmiş, gübrədən istifadə olunmağa
başlanmış, yeni bitkilərin – pambıq, şəkər çuğunduru, kartof, tütün əkini
Dünya iqtisadiyyatının tarixi
241
vüsət almış, eyni zamanda ayrı-ayrı rayonların ixtisaslaşması və coğrafi
əmək bölgüsünün dərinləşdirilməsi istiqamətində intensiv fəaliyyət
həyata keçirilmişdir.
Yapon şəhərlərində sənətkarlıq inkişaf etdirilmiş, şəhərlərin
ixtisaslaşması və istehsalın həcminin artırılmasına nail olunmuşdur.
XVII əsrin sonunda sənətkarlığın 130 növü mövcud olmuşdur. Sex
ustalarının istehsal etdiyi məmulatlar yüksək keyfiyyəti ilə fərqlənirdi.
Bütün bunlara paralel olaraq daxili ticarət genişlənirdi.
Bununla yanaşı, yapon feodalizminin spesifik cəhətləri sırasında bir
çox nüanslar da yer almaqda idi. Belə ki, Yapon dövləti xarici ticarət,
gəmiqayırma, müstəmləkə ələ keçirmə və ilkin kapital yığımı kimi ö
dövrdə mühüm əhəmiyyət kəsb edən sferaları dəstəkləmirdi. Tam əks
mövqe sərgilənirdi: ölkənin xaricdən tam şəkildə təcrid olunmasına
çalışılırdı. lkin kapital yığımının əksər xarici mənbələrindən imtina tam
məntiqi olaraq yeni kapitalist münasibətlərinin genezisinin əngəlləyici
amili kimi çıxış edirdi. Buna görə də, nəinki son orta əsrlərdə (XVI-
XVIII), hətta XIX əsrin ikinci yarısında da Yaponiya feodal dövləti
olaraq qalmaqda idi.
XVII əsrin sonlarında yapon iqtisadiyyatında durğunluq dövrü
olmuş, hətta əhalinin artımı dayanmışdı.
Yapon feodalizminin tədricən dağılmasında daxili ticarət önəmli rol
oynamışdı. Daxili ticarətin əsasında sənətkarlığın kənd təsərrüfatından,
şəhərlərin kəndlərdən ayrılması, coğrafi əmək bölgüsünün inkişafı,
əkinçiliyin geniş yayılması dayanırdı. Bütün bunlar şəhərlərin inkişafında
müstəsna rol oynamışdır. XVII əsrin sonunda şəhər əhalisi artıq 14-15%
təşkil edirdi. XVIII-XIX əsrlərdə yapon feodalizminin dağılması
prosesinin ilk rüşeymləri meydana çıxdı. Bu proses sənaye istehsalının
manufaktura sisteminin inkişafına paralel olaraq gedirdi.
“Ev sənayesi” məhsullarının tacirlər tərəfindən alınaraq bazar
dövriyyəsinə daxil edildikcə dağınıq tipli manufakturaların inkişafı üçün
ilkin müqəddəm şərtlər formalaşırdı.
Avropa ölkələrində olduğu kimi, Yaponiyada da məhz sənətkarlıq
manufaktura sənayesinin genezisi üçün maddi baza yaratmışdır.
ri müəssisələrin yaradılması üçün böyük həcmdə kapitala və çoxlu
sayda muzdlu işçilərə olan tələbat son orta əsrlərdə ilkin kapital yığımını
kifayət qədər aktuallaşdırmışdır.
XVII-XIX əsrlərdə feodalizmin dağılması və kapitalizmin genezisi
arasında böyük uçurum meydana çıxmışdır. Belə ki, kənd yerlərində
əhali sıxlığının daha da artması, kapitaldan sələmçi istifadə, manufaktura
Dünya iqtisadiyyatının tarixi
242
sənayesinin ləng inkişafı sözügedən uçurumun real məzmun daşıdığını
ortalığa qoyur.
Bunun əsas səbəblərindən biri, əvvəldə də qeyd etdiyimiz kimi,
Yaponiyanın xarici dünyadan təcridi nəticəsində ilkin kapital yiğimi
prosesinin
zəifləməsidir.
Digər
tərəfdən,
istehsalın
reqlamentləşdirilməsinin sex sistemi manufaktura sənayesinin inkişafına
imkan vermirdi.
Ümumiyyətlə, sözügedən uçurumun başda gələn əsas səbəbi feodal
rejiminin ümumi hökmranlığı olmuşdur. Ölkədə özbaşınalıq baş alıb
gedirdi. Buna görə də tacirlər, o cümlədən sələmçilər sənayeyə
investisiya qoyuluşuna cürət etmirdilər. Çoxlu sayda əngəlləyici
amillərin təsirinə baxmayaraq XV-XVI əsrlərdən etibarən manufaktura
tipli müəssisələr yaranmağa başlamışdı. Həmin dövrdə daha çox dağ-
mədən müəssisələri, XVII əsrdən gəmiqayırma tərsanələri yaranır, XVII
əsrin ikinci yarısından etibarən manufaktura sistemi saxsı sənayesinə
nüfuz etməyə başlayır.
XVIII əsrdə toxuculuq, hörmə, rəngləmə və dulusçuluq
manufakturaları meydana gəlir. Ümumiyyətlə, “Meyci inqilabına” qədər
420 manufaktura fəaliyyət göstərmişdir.
Yaponiyada kapitalizmin genezisinin əsas xüsusiyyətlərini
aşağıdakı kimi sıralamaq olar:
1.
Yaponiya XVII-XIX əsrlərdə feodal ölkəsi idi, buna görə də,
Qərbi Avropa ilə müqayisədə kapitalizmin genezisi daha ağır
şərtlər daxilində gedirdi.
2.
Bununla əlaqədar olaraq ilkin kapital yığımı prosesi ifrat aşağı
templərlə
gedirdi.
Müstəmləkə
resurslarından
istifadə
olunmurdu.
3.
Feodalizmin dağılması ilə kapitalizmin genezisi arasında böyük
uçurum yaranmışdı.
4.
Sənayenin feodallaşdırılması müşahidə olunurdu. Məcburi
əməyə əsaslanan dövlət zavodları, ayrı-ayrı knyazların
votçinalarında manufakturalar meydana çıxırdı.
5.
Yaponiyada kapitalizmin genezisinin iqtisadi bazası kimi
şəhərlərdə mövcud olan sex sənətkarlığı, varlı tacirlər təbəqəsi,
geniş ticarət çıxış edirdi.
Dünya iqtisadiyyatının tarixi
243
§ 9.4.6. Çinin iqtisadiyyatı
Çində Asiya istehsal üsulundan feodalizmə keçid b.e.ə. I
minillikdən başlamış b.e. VII əsrinə qədər davam etmişdir. Asiya istehsal
üsulunun dayanıqlılığı, bu sistem çərçivəsində kənd icmasının da
uzunömürlüyünü təmin etmişdir.
Təsərrüfatın qapalı xarakteri, məcmu iqtisadi fəaliyyətin icmadaxili
müstəvidə həyata keçirilməsi və özünütəchizə yönəldilməsi kənd
icmasının dayanıqlı struktur kimi mövcudluğunun dəstəklənməsində
mühüm rol oynamışdı.
Qeyd edilən zaman sürəci ərzində sosial təbəqələşmə prosesi ardıcıl
olaraq davam etmiş və erkən orta əsrlərdə artıq Çin cəmiyyəti 3 əsas
təbəqəyə bölünmüşdü: Zadəganlar (xeyirxah insanlar); kəndlilər və
qullar.
Torpaq
sahibliyi
dövlət
payları
(nadel)
formasında
sistemləşdirilmişdir;
1.
Məmurlara verilən xidməti torpaq payları; Torpaq sahibliyi şərti
xarakter daşıyırdı.
2.
Ömürlük bəxşeyiş formasında verilən torpaq payları.
3.
“Güclü möhtəşəm evlər”in xüsusi mülkiyyətində olan torpaq
sahələri (vergilərdən azad olunurdu).
4.
Kəndlilərin ömürlük torpaq paylarına təhkim olunması;
Çində renta-vergi həm natural formada (taxıl, parça və s.) alınır,
həm də əmək mükəlləfiyyəti şəklində ödənilirdi.
Sosial təbəqələşmənin dəqiq sərhədlərə malikliyi kifayət qədər
inkişaf etmiş bürokratik aparatın yaranmasına gətirib çıxarmışdır. VII
əsrdə dövlət pay (nadel) sistemi ləğv olunur, VIII əsrdən XVII əsr də
daxil olmaqla feodal münasibətlərinin yetkin forması qərarlaşır. Bu
dövrdə xüsusi mülkiyyətin geniş yayılması, iri feodalların votçinalarının
formalaşması baş verir.
Kəndli təsərrüfatının iki kateqoriyası meydana çıxır: 1. dövlət
(“təsərrüfatçı” – şəxsən azad olan kəndlilər); 2. “Qonaq” – müflisləşmiş,
torpağı və əmək alətləri olmayan kəndlilər;
Feodalizmin yayılma intensivliyinə paralel olaraq Çin şəhərləri
inkişaf edirdi. Sənətkarlığın icmadan ayrılması, sexlərin, tacir
gildiyalarının yaranması iqtisadiyyatda müəyyən irəliləyişlərlə müşayiət
olunurdu.
X əsrdən etibarən kağız pulların, veksellərin iqtisadi dövriyyəyə
daxil olması, sələmçiliyin inkişafı yüksələn xətlə gedirdi. Monqol əsarəti
(1211-1368) iqtisadi yüksəlişin tənəzzüllə əvəzlənməsinə gətirib çıxardı.
Dünya iqtisadiyyatının tarixi
244
Yalnız 1368-ci ildə vahid Çin dövləti bərpa olundu. 1644-cü ildən 1911-
ci ilə qədər isə Çin Mancuriyanın əsarəti altında olmuşdu.
XVII əsrin sonlarında Avropa ilə əlaqələrin yaradılması, xarici
ticarət və sənətkarlığın dirçəlişi hesabına iqtisadiyyatda müəyyən
canlanma yaranmışdı. XVIII əsrdən başlayaraq feodal cəmiyyətinin
dağılması prosesi start götürmüşdür. Çində sənaye inqilabının başlanğıcı
XVIII əsrin sonlarına təsadüf edir.
Dünya iqtisadiyyatının tarixi
245
X fə sil. Türklə r orta ə srlə rdə
§ 10.1. Türk dövlə tlə rinin iqtisadi sistemi
III-IV əsrlərdən etibarən Türk dövlətlərində feodal münasibətləri
qərarlaşmağa başladı. Bununla yanaşı, qeyd olunmalıdır ki, türk
ərazilərində quldarlıq münasibətlərinin bir çox elementləri V-VI əsrlərə
qədər mövcud olmuşdur. Bütövlükdə orta əsrlərdə (ələlxüsus erkən və
klassik orta əsrlər) Mərkəzi Asiyada 15-dən çox türk dövləti mövcud
olmuşdu.
Erkən orta əsrlərin ən böyük türk dövləti Orta Asiyada III-IV
əsrlərdə (feodalizmə keçid dövründə) yaranmış Kuşan imperiyası idi. Bu
dövlət ərazicə orta Asiyanı, Əfqanıstan, Pakistan və Hindistanın şimalını
əhatə edirdi.
Kuşan imperiyasında əksər Şərq ölkələrində olduğu kimi, Asiya
təsərrüfat üsulu hökmran olmuşdur. Ölkə iqtisadiyyatının aparıcı sahəsi
heyvandarlıq olsa da, əkinçilik də inkişaf etmiş, geniş suvarma kanalları
çəkilmişdi.
mperiya canişinlər vasitəsilə idarə olunurdu. mperiyanın işğal
etdiyi ölkələr nisbi müstəqilliklərini saxladıqlarına görə (imperiyanı
yalnız vergilər maraqlandırırdı) Kuşan dövlətinin ciddi mərkəzləşdirilmiş
idarəetmə sistemi olmamışdı. Bu da, sonuc etibarilə dövlətin süqutuna
gətirib çıxarmışdı.
IV əsrin ortalarında yaranmış Ağ hun dövləti də Kuşan dövləti kimi
köçəri maldarların imperiyası idi. Köçəri maldarların və əkinçilərin
yaşadığı Ağ hun dövləti haqqında tarixi mənbələr kifayət qədər kasaddır.
Kuşan dövləti ilə əksər məsələlərdə, o cümlədən ərazinin əyalətlərə
bölünməsi və əyalətdaxili müstəqillik və s. tam aşkarlıq mövcud idi. Bu
dövlətdə ticarət və sənətkarlıq inkişaf etmiş, şəhərlər yaranmışdı. Bu
sıraya e.ə. I minillikdə yaranmış Kanq dövlətini, Xarəzm dövlətini də aid
etmək olar. Bu dövlətlərin əksəriyyəti ilkin yaranışda quldar dövlətləri
kimi fəaliyyət göstərmişlər.
Xarəzm dövləti VI əsrdən etibarən feodal dövlətinə çevrilməyə
başlamışdı. Qeyd etmək lazımdır ki, III-IV əsrlərdən başlayaraq əksər
türk dövlətlərinin idarəetmə sistemi (o cümlədən, Türk xaqanlığında)
feodal münasibətlərinə xas olan iyerarxiyaya əsaslanırdı. Türk
xaqanlığında sosial təbəqələşmə aşağıdakıları ehtiva edirdi:
1.
Xaqan – Ali hökmdar.
2.
Şax, yabqu və tarxanlar – iri feodallar.
Dünya iqtisadiyyatının tarixi
246
3.
Bəglər (bəylər) – tayfa başçıları.
4.
“Kara budun” (qara camaat) – yerdə qalan əhali; azad
köçəri maldarlar.
Bir qayda olaraq, qul əməyi aparıcı mövqeyə malik olmamış,
iqtisadiyyatın əsas istinad nöqtəsi kimi torpaq çıxış edirdi. Köçəri maldar
tayfaları üçün torpaq həm yaylaq, həm də qışlaq kimi istifadə olunurdu.
Xaqan – ali mülkiyyət hüququna malik idi. Ayrı-ayrı əyalətlərin
başçıları bu əyalətlərə məxsus olan torpaqların baş mülkiyyətçisi hesab
olunmurdular. Köçəri maldar imperiyalarında feodal münasibətləri
spesifik xüsusiyyətlərə malik idi:
147
1.
Təhkimçilik - əkinçi tayfalarında olduğu kimi tətbiq edilmirdi.
Yalnız maldar ailələr yaşadıqları torpaqlara təhkim olunurdu.
2.
Torpaq – bütövlükdə tayfanın ümumi istifadəsində idi.
3.
Maldar tayfalar parçalanmış, tək-təklikdə deyil, qrup (oba)
şəklində yaşayırdılar.
Nisbi müstəqilliyə malik olan ayrı-ayrı tayfalar arasında yaranmış
ziddiyyətlər VI əsrdə Türk xaqanlığını iki yerə parçaladı.
Tarixçilərin qənaətinə görə Türk xaqanlığını yaratmış qədim türk
tayfaları bütün müasir türk xalqlarının, o cümlədən azərbaycanlıların
təşəkkülündə iştirak etmişlər.
Türk xaqanlığında quldarlıq münasibətləri olmamış ( hətta hərbi
əsirlər belə şəxsi azadlıqda idilər), ibtidai icmadan feodalizmə birbaşa
keçid baş vermişdi.
581-ci ildə Türk xaqanlığı iki yerə parçalandı. Qərbi Türk xaqanlığı
təşəkkül tapdı.VI-VII əsrlərdə xaqanlığın ərazisində Kulan, Nevaket,
Taraz və s. şəhərlər yaranmışdır.
148
Xaqanlıqda əhali “kara budun” (qara
camaat), feodal asılılığında olan ailələr isə “tat” adlanırdı.
704-cü ildə Qərbi Türk xaqanlığına son qoyulmaqla Türkəş
xaqanlığı yaranır. Türkəş xaqanlığı idarəetmə sistemi və münasibətlərin
əsas məzmunu üzrə Qərbi türk xaqanlığının davamı kimi qəbul edilə
bilər.
766-940-cı illərdə mövcud olmuş Karluq xaqanlığına daxil olan
türk tayfaları oturaq həyat tərzi keçirdilər ki, bunu da feodalizmin
inkişafının məntiqi nəticəsi kimi səciyyələndirmək olar. Xaqanlıqda
mülkiyyətin iki forması vardı:
1. Əkinçi üzərində.
147
Ə.Muxtarova. Türk xalqlarının dövlətçilik tarixi. Bakı, 2002.- S.70-71
148
Ə.Muxtarova. Türk xalqlarının dövlətçilik tarixi. Bakı, 2002- S.79
Dünya iqtisadiyyatının tarixi
247
2. Mal-qara üzərində.
Maraqlı cəhətlərdən biri ondan ibarət idi ki, maldar – şəxsən azad
idi – onun mal-qarası elə özünün xüsusi mülkiyyəti hesab olunurdu.
Əkinçi ailələri isə maldar feodaldan asılılıqda olmuşdur. Belə ki, əkinçi
ailələrin istifadə etdiyi suvarılan torpaqlar maldar feodala məxsus
olmuşdu.
Erkən orta əsrlərdə yaranmış feodal tipli dövlət qurumları sırasında
Uyğur xaqanlığı da (745-840) olmuşdu. Bu xaqanlıq Şərqi türk
xaqanlığına son qoymuş, Altaydan Mancuriyaya qədər böyük bir ərazini
əhatə etmişdi.
Əsas fəaliyyət sferası heyvandarlıq idi. Əhalinin yalnız kiçik bir
hissəsi əkinçiliklə məşğul olurdu. Tarixi mənbələr göstərir ki, Uyğur
xaqanlığı yeganə türk dövləti idi ki (erkən orta əsrlərdə), Çinlə ticarət
edir və ölkədə Çin pulları işlədilirdi. Suvarma əkinçiliyinin inkişaf
etməsinə baxmayaraq qul əməyindən istifadə kütləvi xarakter daşımırdı.
Torpaqlar bütünlüklə xaqanın mülkiyyətində idi. Xidmətlərinə görə
feodallara verilən torpaq sahələri onların mülkiyyəti hesab olunmurdu.
Feodallar o torpaq sahələrində çalışan maldarların və əkinçilərin
sahibkarı idi. Oturaq həyat tərzinə keçmiş yerlərdə isə kəndli torpağa
təhkim olunmuşdur və öz istəyi ilə həmin yeri tərk edə bilməzdi.
Erkən orta əsrlərdə Orta Asiyada mövcud olmuş türk dövlətlərində
feodalizmin qərarlaşması prosesində müəyyən fərqliliklər də olmamış
deyildir. Əsas fərqli xüsusiyyətlər köçəri maldar tayfaların dövlət sistemi
ilə əkinçi tayfalarının erkən feodal dövlətləri arasında nəzərə çapır.
Aydındır ki, qeyd edilən fərq təsərrüfat məşğuliyyətinin məzmunundan
irəli gəlirdi. Erkən feodalizm dövründə yaranmış şəhər-dövlətlər IX əsrə
qədər mövcud olmuşdular. Feodalizm münasibətlərinin dərininə inkişafı
ilə əlaqədar olaraq həmin dövrdən etibarən müstəqil feodal dövlətlərin
yaranması mərhələsi başlanır.
Samanlar dövləti məhz göstərilən dövrdə meydana çıxmışdı.
Əkinçi-maldar tayfaların oturaq həyat tərzi qərarlaşmışdı. Ölkədə iri
torpaq sahibliyi inkişaf etmişdi. Dövlətin ərazisi iki yerə ayrılmışdı.
1.
“Mülki-xərac”: xərac verən ərazilər.
2.
Xərac verməyən ərazilər. Xərac verməyən hissə özü də 3 yerə
bölünürdü:
a.
“Mülki-sultan” – hökmdara məxsus olan ərazilər; bu
ərazilər “dövlət torpaqları” adlanırdı.
b.
mülkədar torpaqları; cəmiyyətin elit təbəqəsinə aid olan
yüksək mənsəbli məmurlar;
Dünya iqtisadiyyatının tarixi
248
c.
Vəqf torpaqları.
Iri torpaq sahibləri birbaşa iqtisadi fəaliyyətlə məşğul olmurdular.
Onlara məxsus olan torpaq sahələri kəndlilər arasında bölüşdürülür və
icarəhaqqı, yaxud vergi alınırdı.
darəetmə sistemi Ərəb xilafətinin analoqu idi. Sistem saraydan və
10 divandan (dəftərxana ) ibarət olmaqla formalaşdırılmışdır.
Tarixçilərin fikrincə, “Orta Asiyada inkişaf etmiş feodal
münasibətləri mərhələsinin qurumu olan Samanlar dövləti əslində türk
xalqlarının tarixində ilk formalaşmış klassik feodal dövləti idi”.
149
VI-VIII əsrlərdə indiki Özbəkistan və qismən Qırğızıstan
ərazilərində Fərqanə dövləti mövcud olmuş və 627-649-cu illərdə Türk
xaqanlığı tərəfindən işğal edilmişdi. Erkən feodal dövləti kimi yaranmış
Fərqanə dövlətinin əhalisi oturaq olmuş və 100-ə qədər kiçik şəhərləri
vardı.
XII əsrin sonlarında yaranan Xarəzmşahlıq dövləti türk xalqlarının
tarixində ilk dəfə olaraq mərkəzləşdirilmiş idarəetmə sisteminə malik
olmuşdu. Xarəzm dövlətinin Orta Asiyanı əhatə edən ərazilərində əhali
əsasən əkinçilərdən, sənətkarlardan və tacirlərdən ibarət idi.
Əvvələr Türk xaqanlığına tabe olmuş qırğızlar IX əsrin 40-cı
illərində Qırğız xaqanlığını yaratmışdılar. Qırğız xaqanlığı mahiyyətcə,
köçəri maldar tayfaların tayfa ittifaqı idi. Ölkə 6 əyalətə bölünmüşdü.
Dövlət idarəetməsi hüquqa deyil, icma dövrünün adət-ənənələrinə
əsaslanırdı.
Erkən feodal tipli dövlət qurumlarına X əsrin ortalarında yaranmış
Qaraxanlar, Kidan dövlətlərini və Oğuz dövlət qurumlarını da aid etmək
olar.
Erkən feodalizm dövründəki türk dövlət qurumları təkcə Orta Asiya
ilə məhdudlaşmır. Belə ki, həmin dövrdə Cənub-Şərqi Avropada da türk
dövlətləri mövcud olmuşdu. Bu, ilk növbədə hunların Avropaya
miqrasiyası ilə (b.e. əvvəllərində) ilə əlaqədardır. lkin dövrlərdə hun
tayfaları hərbi demokratiya şəraitində fəaliyyət göstərirdilər. 453-cü ildə
hun tayfalarının yenidən qruplaşması Qərbi Hun dövlətinin (Şərqi Hun
dövlətinin ənənələrinin davamçısı kimi) güclənməsinə gətirib çıxardı.
Qərbi Hun dövlətinin süqutu nəticəsində yeni türk dövlətləri: Bolqar,
Xəzər, Avar və Suvar – meydana çıxdı. Tarixi mənbələr göstərir ki, məhz
hunlar Şərqi Avropada quldarlığa son qoymuşlar.
149
Ə.Muxtarova. Türk xalqlarının dövlətçilik tarixi. Bakı, 2002, s.87
Dünya iqtisadiyyatının tarixi
249
Erkən feodalizm dövrünün Türk dövlətləri təsərrüfatçılığın Şərq
modeli çərçivəsində fəaliyyət göstərməklə yanaşı, bir sıra spesifik
xüsusiyyətlərə də malik olmuşlar. Məsələn, feodal münasibətlərinin
qərarlaşmasına baxmayaraq, hərbi-demokratiya ənənələri qalmaqda
davam etmiş, dövlətin başında birmənalı olaraq köçəri maldar
tayfalarının başçıları dayanmış və s.
XV əsrin ortalarından etibarən Orta Asiyadakı türk tayfalarının
yenidən birləşməsi, feodal pərakəndəliliyinin aradan qaldırılması prosesi
başlanır. Əmir Teymur 1370-ci ildə yeni bir türk imperiyası yaratdı. Bu
dövlət artıq yetkin feodal münasibətlərinə əsaslanır, köçəri maldarlar və
əkinçi tayfalarının birgə fəaliyyətinə şərait yaradırdı.
Teymurun dövləti vassal feodalların torpaq sahibliyinə əsaslanırdı.
Başqa sözlə, mərkəzləşdirilmiş dövlət anlayışı əmir Teymurun şəxsində
təcəssüm edirdi. O, öləndən sonra (XV əsrin 20-ci illəri) dövlət sürətlə
parçalandı.
Dostları ilə paylaş: |