AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə15/46
tarix26.02.2017
ölçüsü5,72 Mb.
#9662
1   ...   11   12   13   14   15   16   17   18   ...   46
§ 5.8. Asiya (Qədim Şərq) və antik təsərrüfatçılıq modellərinin 

müqayisəsi 

 

Qədim Şərq və antik dövlətlərin sosial-iqtisadi həyatı, ümumiyyətlə 

sözügedən cəmiyyətlərdə iqtisadiyyatın genezisi, münasibətlər sisteminin 

tənzimlənməsi və s. nöqteyi-nəzərdən fərqli xüsusiyyətləri olmuşdur. 

-  Qədim  Şərq  (Asiya)  təsərrüfatçılıq  modeli  –  bütün  qərarların 

dövlət səviyyəsində qəbuluna (əhali bu qərarları reallaşdırırdı) əsaslanan 

iqtisadi sistemdir. 

1.  Bütün  iqtisadi  proseslər  dövlətin  təsiri  altında  idi.  Dövlət 

maraqları şəxsi maraqlardan üstün tutulurdu. 

2.  Hakimiyyət  →  mülkiyyət  bərabərliyi  mövcud  idi.  Və  onlar 

ayrılmazdı. 

3. Şərqdə quldarlıq ümumi xarakter daşıyırdı.  nsan (onun uşaqları) 

bütün ömrü boyu qul olaraq qalırdı. Köləlik – irsən keçirdi. 

4. Köləlik – təbii qəbul olunurdu. 

5.  Qullar  –  cəmiyyətin  əsas  məhsuldar  qüvvəsi  deyildir.  Başqa 

sözlə,  kənd  təsərrüfatı  və  digər  maddi  istehsal  sferalarında  azad  icma 

üzvləri çalışırdı. 

6.  Əsas  iqtisadi  amillər  –  torpaq,  su  –  üzərində  mülkiyyət  hüququ 

dövlətə məxsus idi. 

7.  Dövlət  və  icma  üzvləri  arasında  tabeçilik  (rəiyyətlik) 

münasibətləri formalaşmışdır. Dövlət mükəlləfiyyəti bütün əhaliyə şamil 

edilirdi. 

8.  cmalar  kifayət  qədər  dayanıqlı  idilər.  Bu  da  əsasən  irriqasiya 

sistemlərinin  yaradılması  və  səmərəli  fəaliyyəti  baxımından  zəruri  hal 

kimi çıxış edirdi. 

9.  qtisadi sistem kimi özünü təcridə və totalitarizmə meyillənirdi. 

10. Ərazi işğalı ( digər dövlətlərin) aktiv xarakter daşıyırdı. 

-  Antik  təsərrüfatçılıq  modeli  –  qul  və  azad  insanların,  iqtisadi 

prosesləri  dövlət  tənzimlənməsinin  və  xüsusi  mənafelərə  riayət 

olunmasının  əlaqələndirilməsi  əsasında  formalaşan  iqtisadi  sistemdir. 

Əsas xarakterik cəhətləri: 

1. Köləlik ümumi xarakter daşımırdı: qul-azad vətəndaş statusu ala 

bilirdi. 


Dünya iqtisadiyyatının tarixi 

 

 



183

                                                            

2.  b.e.ə.  VIII-VII  əsrin  əvvəlində  böyük  siyasi-iqtisadi  böhran  baş 

verdi. 


Nəticədə: 

- Borc köləliyi ləğv edildi; 

-  Xüsusi  mülkiyyətdə  ola  biləcək  torpaq  norması  müəyyən-

ləşdirilirdi. 

- Vahid pul vahidi müəyyən edildi. 

Hər  iki  model  əslində,  coğrafi  və  iqlim  şəraitinin  spesifikası  ilə 

bağlı olmuşdur. 

 

 



Cədvəl 5.8 

Asiya və Antik təsərrüfatçılıq modellərinin müqayisəsi 

 

Asiya və Antik təsərrüfatçılıq modelləri 

 

Antik 


Asiya 

1.Coğrafi areal 

QədimYunanıstan, 

Qədim Roma 

Şumer, Assuriya, Babilistan, 

Qədim Misir, Qədim Hindistan, 

Qədim Çin. 

2. qtisadiyyatın əsası 

Əkinçilik, heyvandarlıq, 

sənətkarlıq. Qullar 

üzərində quldar 

mülkiyyəti 

 

Suvarılan əkinçilik, quraqlıq. 



Torpaq üzərində dövlət 

mülkiyyəti, irriqasiya 

sistemlərinin dövlət idarəetməsi. 

3. qtisadiyyatın 

xarakteri 

 

Natural təsərrüfat tipi. 



Sadə əmtəə istehsalı və 

bazar münasibətlərinin 

əhəmiyyətli inkişafı 

(xarici müstəvidə) 

Natural təsərrüfat tipi. Əmtəə 

istehsal və bazar 

münasibətlərinin zəif inkişafı. 

 

4.Əsas məhsuldar 



qüvvə 

 

Qul. Kənd icması 



saxlanılır. Sənətkarlıq 

əsasən şəhərlərdə intişar 

tapır. 

 

Kəndli-icma üzvləri və 



sənətkarlar. Torpaqdan kollektiv 

istifadə, sənətkarlıq, icma 

daxilində kənd ərazi icması. 

5.Köləliyin xarakteri 

Antik köləlik. Əhalinin 

ümumi sayında qulların 

xasusi çəkisinin 

böyüklüyü. 

Patriarxal köləlik. Qulların 

xüsusi çəkisi cüzidir. Qul əməyi 

qismən irriqasiya sistemlərində 

tətbiq olunur. Qullar əsasən 

nökər funksiyalarını yerinə 

yetirirlər. 

 

 

 



Dünya iqtisadiyyatının tarixi 

 

 



184

                                                            



VI fəsil. Türklər qədim dövrdə 

 

Türk tayfalarının ən qədim və qədim dövr tarixinin (eləcə də, orta 

əsrlər tarixinin) sistemli və obyektiv surətdə qiymətləndirilməsi problemi 

bu gün də problem olaraq qalmaqdadır. Aparılan araşdırmalar göstərir ki, 

ümumiyyətlə  tarixdə  110  türk  dövləti  mövcud  olmuşdur.

138


  Bununla 

yanaşı, türklərin dövlətçilik tarixinin qədimiliyi ilə bağlı problemlər hələ 

də  qalmaqdadır.  Aparılan  tədqiqatlar  türkün  dövlətçilik  tarixinin  e.ə.  III 

əsrdə  Mərkəzi  Asiyada  Hun  dövlətindən  başladığı  haqqındakı 

təsəvvürlərin yanlışlığını üzə çıxarmışdır. 

Problemin  kökündə  dayanan  əsas  məsələ  “e.ə.  I  minillikdə  Ön 

Asiyada, Orta Asiyada, Cənub-Şərqi Avropada və Azərbaycan ərazisində 

mövcud olmuş bir sıra siyasi qurumların etnik mənsubiyyəti məsələsində 

tarixşünaslıqda hələ də yanlış mövqe hökm sürməkdədir”.

139


 

Belə  ki,  Mesopotamiyada  Şumer,  Cənubi  Azərbaycanda  (e.ə.I 

minillikdə) Manna (e.ə.IX-VII əsrlər), Midiya (e.ə.VII əsr – 550-ci il) və 

Atropatena  (e.ə.IV  əsr  və  b.e.  III  əsri),  Şimali  Azərbaycanda  Alban 

dövləti  (e.ə.  IV  əsr  –  b.e.  VII  əsri),  Cənubi  Qafqazda  Skif  çarlığı  (e.ə. 

VII-IV  əsrlər),  Cənub-Şərqi  Avropada  skif  çarlıqları  (e.ə.VII-IV  əsrlər) 

və Sarmat (e.ə.IV əsr- b.e.III-IV  əsrləri) və s. dövlət qurumlarının etnik 

mənşəyini tamamilə yalnış olaraq  ran mənşəlilərinə aid etmişlər. Əslində 

isə  sadalananların  əksəriyyəti  türk  dövlətləri  olmuşdur.  Ümumiyyətlə, 

türkün dövlətçilik tarixi e.ə.I minillikdən – Dəmir dövründən başlanır. 

 

§ 6.1. Qədim türkün iqtisadi sistemi 

 

E.ə. I minillikdə Avrasiyada mövcud olmuş əksər türk dövlətləri, öz 

mahiyyəti  etibarilə  köçəri-maldar  tayfaların  siyasi  ittifaqı  formasında 

fəaliyyət göstərmişlər. 

Qədim  türk  xalqlarında  “Dövlət”  və  “Xalq”  anlayışları  identik 

məna  kəsb  edirdi  və  çox  zaman  “El”  adlanırdı.

140

  “Köçəri  maldarlığın 



təkmilləşməyə ehtiyacı olmayan təsərrüfat forması”

141


 kimi mövcudluğu 

bu əsasda yaranmış dövlət qurumlarının uzun müddət ərzində yaşamasına 

imkan verirdi (L.Qumilyov). 

                                                 

138

 Rafiq Özdək. Türkün qızıl kitabı. Bakı. 1992.- S.28 



139

 Əsməd Muxtarova. Türk xalqlarının dövlətçilik tarixi. Bakı, 2002.- S.16. 

140

 Əsməd Muxtarova. Türk xalqlarının dövlətçilik tarixi. Bakı, 2002.- S.22. 



141

 Yenə orada. S.23. 



Dünya iqtisadiyyatının tarixi 

 

 



185

                                                            

Qədim  türklərin  iqtisadi  fəaliyyəti  bütünlüklə  şərq  təsərrüfatçılıq 

tipinə uyğun idi. 

Belə  ki,  köçəri  maldarlıq,  öz  təbiətinə  uyğun  olaraq  xüsusi 

mülkiyyət (istehsal vasitələri üzərində) doğura bilməzdi. Torpaq – köçəri 

maldar tayfaları arasında bölünürdü ki, bu da məzmun etibarilə dövlətin 

həlledici  rolunu  ön  plana  çıxarırdı.  nkişaf  getdikcə  yeni  otlaq  yerlərinə 

tələbat  yaranırdı  ki,  bu  da  saysız-hesabsız  müharibələrin  əsas  səbəbi 

rolunda çıxış edirdi. 

Eyni zamanda, qədim türk tayfalarının bir qismi şəhər və kəndlərdə 

məskunlaşmış, əkinçiliklə məşğul olmuşlar. 

Bəşər  tarixində  ilk  dəfə  olaraq  at,  qoyun  və  keçi  kimi  ev 

heyvanlarının əhliləşdirilməsi Avrasiyada başlanmışdır.

142

 Eyni zamanda, 



ilk  metaləridənlərin  də  qədim  türklər  (Altay)  olması  qənaəti 

mövcuddur.

143

 Dəmir dövrünün başlanması “Böyük çölü” (Monqolustan, 



Orta  Asiya,  Altay,  Sibir  və  Cənub-Şərqi  Avropanı  əhatə  edir)  hərəkətə 

gətirdi.  Tarixdə  ilk  dəfə  olaraq  süvari  ordu  yaradan  qədim  türklərin 

maldar  tayfaları  şərqdən  qərbə  doğru  yönəlməyə  başladılar.  Maldar  - 

əkinçi  tayfalarının  kütləvi  şəkildə  köçəri  maldarlığa  keçidi  ilə  Tunc 

dövründən  mövcud  olmuş  yarımqazma  evlərdən  ibarət  oturaq  yaşayış 

məskənlərinin yerinə alaçıqlar meydana gəldi. 

btidai  dövrə  xas  olan  həyat  tərzi  tədricən  aradan  çıxmağa 

başlamışdır (e.ə. IX-VIII əsrlər). 

Quldarlıq - əksər şərq xalqlarında olduğu kimi, qədim türklərdə də 

Avropa  modelindən  fərqli  xüsusiyyətlərə  malik  olmuşdur.  Bizim  eranın 

III-IV əsrlərində Orta Asiyada bır sıra türk dövlətləri mövcud olmuşdur: 

Kuşan,  Ağ  hun,  Kanq,  Xarəzm  kimi  quldarlıq  məzmunu  daşıyan 

dövlətlərin  fəaliyyəti  bütövlükdə  türk  xalqlarının  qədim  dövrünün  əsas 

məziyyətlərini  özündə  ehtiva  etmişdir.  Bu  dövlətlərdə  əsasən  maldarlıq 

və  əkinçilik  sahələri  üstünlük  təşkil  edirdi.  Suvarma  əkinçiliyi  geniş 

yayılmışdı.  Qul  əməyindən  əsasən  suvarma  sistemlərinin  qurulmasında, 

məbədlərin və qalaların tikintisində istifadə olunurdu. Bu mənada, əksər 

şərq  xalqlarında  olduğu  kimi,  qədim  türk  dövlətlərində  də  qul  əməyi 

aparıcı rola malik deyildir. 

Bütün  mülkiyyət  dövlət  başçısına  –  Xaqana  mənsub  idi.  Yerlərdə 

əyanlar  idarəçilik  fəaliyyəti  ilə  məşğul  olur,  lakin  mülkiyyətçi 

keyfiyyətlərinə sahib deyildilər. 

                                                 

142


 Антонов Н.К. Лексика по тюркологии. Якутск, 1984.- С.21. 

143


 Yenə orada. S.21 

Dünya iqtisadiyyatının tarixi 

 

 



186

                                                            

Elə  həmin  dövrdən  başlayaraq,  əksər  türk  dövlətlərində  yeni 

münasibətlər sistemi – feodalizm formalaşmışdır. 

 

§ 6.2. Ən qədim və qədim dövr Azərbaycanı 

 

Azərbaycan  ən  qədim  yaşayış  məskənlərindən  biridir.  btidai 

dövrün  başlanğıc  tarixi  1.5  mln.  il  b.e.ə.  təsadüf  edir.  Həmin  dövrə  aid 

olan  daş  alətlər  hələ  400  min  il  əvvəl  Azıx  mağarasında  yaşayan  ilk 

insanlar  tərəfindən  hazırlanmışdır.  Azıxantroplar  ovçuluq  və  yığımla 

məşğul olmuş, oddan istifadə etmişlər. 

Son  Paleolitdə  (40-14  min  il  b.e.ə.)  qəbilə  icması  formalaşmağa 

başlamışdır  (cədvəl  6.1).  Əksər  Qədim  Şərq  ölkələrində  olduğu  kimi, 

Azərbaycanda  da  ilkin  olaraq  qan  qohumluğu  əsasında  icmalar 

formalaşmış  və  həmin  ölkələrdə  gedən  proseslərə  paralel  olaraq  (bəzi 

istisnalarla) davam etmişdir. 

Azərbaycanda  matriarxat  dövrü  eneolitin  sonunadək  (b.e.ə.  IV 

minillik) sürmüşdür. 

Ox  və  kamandan  istifadə  (e.ə.  XII-VIII  minilliklərdə)  mezolit 

dövrünə təsadüf edir. 

Bu  dövrdə  balıqçılığın  yaranması  qədim  insanın  qida  rasionunun 

zənginləşməsində mühüm rol oynamışdır. 

Digər  ərazilərdə  olduğu  kimi,  Azərbaycanda  da  icma  həyatında 

kardinal dəyişikliklərin baş verməsi, əkinçilik və maldarlığın yaranması, 

ümumiyyətlə  “istehsal”  iqtisadiyyatına  keçid  neolit  dövrünə  (b.e.ə.  VII-

VI minillik) təsadüf edir. 

“Neolit  inqilabı”  qədim  Azərbaycan  sakinlərini  ərzaqla  təchizat 

üzərində nəzarət imkanı əldə etməsinə şərait  yaratdı. Qobustanda həmin 

dövrə  aid  olan  müxtəlif  əmək  alətləri  (daş  toxalar,  dən  daşları,  biçin 

bıcaqları və oraq dişləri) tapılmışdır. Təbriz yaxınlığındakı Yanıqtəpə və 

Sulduz  düzündəki  abidələr  neolit  dövründə  oturaq  əkinçi-maldar 

təsərrüfatının  mövcudluğundan  xəbər  verir.  Eyni  zamanda,  sözügedən 

dövr, həmçinin sənətkarlığın yaranması, dulusçuluq, toxuculuq, eləcə də 

tikinti işlərinin ilkin olaraq yarandığı dövr kimi əlamətdardır. 

Əmək  alətlərinin  imkan  məhdudluğuna  baxmayaraq  10-a  qədər 

taxıl növü (buğda, arpa, darı və s.) əkilirdi. 

Azərbaycanın qədim sakininin metalla ilk tanışlığı eneolit dövrünə 

təsadüf  edir.  Arxeoloji  qazıntılar  ən  qədim  mis  alətlərin  (soyuq  döymə 

üsulu  ilə  hazırlanmış  20-dək  kiçik  mis  alətlər)  mövcudluğunu  üzə 

çıxarmışdır. 


Dünya iqtisadiyyatının tarixi 

 

 



187

                                                            

Patriarxat  dövrü  erkən  tunc  dövründən  başlanır  (e.ə.  IV  minillik). 

Bu dövr Azərbaycanda, təxminən 2 min il davam etmişdir. Qeyd edilən 

zaman kəsiyi ərzində iqtisadiyyatda, sosial münasibətlər sistemində əsaslı 

dəyişikliklər  baş  vermiş,  icmanın  dağılması  nəticəsində  tamamilə  yeni 

siyasi  situasiya  formalaşmış,  dövlətin  ilk  rüşeymləri  meydana  çıxmağa 

başlamışdır.  B.e.ə.  III  minilliyin  birinci  yarısından  etibarən  toxa 

əkinçiliyi xış əkinçiliyi ilə əvəzlənmişdir. Məhz bu dövrdə Azərbaycanın 

cənubunda, eləcə də Kür-Araz vadisində iri tayfa birlikləri yaranmışdır. 

 

 

Cədvəl 6.1 



Azərbaycanda ibtidai dövrün xronosxemi 

 

Geoloji taksonomlar 

Arxeoloji 

taksonomlar 

Tarixi 

mərhələlə

nkişaf mərhələləri 

era 

dövr  epoxa   

 

 



 

 

 

 

 

 

 

















 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Ö 





Ü 





Ü 

 



 













 

 

 

 

 

 

 

 

 

------- 















 

P    ilkin 

A   - - - - - -  

L           

E    orta 

O - - - -  - - -  

L     son 

 

T - - - - - - - -  



M e z o l i t 

 - - - - - - - -   



N   ilkin  

E    

 

  ----------- 

    son 

T   

 

- - - - - - - - - 



M   Eneolit  

E (mis-daşəsri) 



 - - - - - - - - -  



 Tunc əsri  



 - - - - - - - - -  



A  Dəmir əsri  

 

1.5  mln  –  40 



min il əvvəl. 

 

 



40 min -14 min 

il əvvəl 

e.ə. 

XII-VIII 



minilliklər 

---------------- 

e.ə. 

VII-VI 


minilliklər 

 

 



 

 

 



-------------- 

e.ə. VI-IV 

minilliyin I 

yarısı 


----------------- 

e.ə. IV minillik 

 

--------------- 



 

 

e.ə. XIV-VII 



btidai 

sürü 


 

 

---------- 



btidai 

icma 


--------

btidai 


icma 

---------- 

btidai 

icma 


 

 

 



 

---------- 

 

btidai 


icma 

 

 



---------- 

 

btidai 



icma 

(Tayfa 


“Mənimsəmə

”  iqtisadiyya-

tının  primitiv 

forması 


 

--------------- 

“_________” 

 

---------------



Ox 

və 


kamanın 

kəşfi 


--------------- 

“ stehsal” 

iqtisadiyyatın

a keçid 


 

--------------- 

 

“ stehsal” 



iqtisadiyyatın

ın inkişafı 

 

--------------- 



 

“__________

” 

 


Dünya iqtisadiyyatının tarixi 

 

 



188

                                                            





əsrlər 


birlikləri) 

----------- 

 

cma 


dağılır 

 

 



--------------- 

 

“__________



” 

 

Son  tunc  dövründə  (erkən  dəmir  dövrünə  keçid)  –  b.e.ə.  XIV-VII 



əsrlərdə  -  iqtisadiyyatın  inkişafı  getdikcə  daha  intensiv  şəkildə  əmlak 

bərabərsizliyinə  gətirib  çıxarırdı.  Dəmirdən  ilk  istifadə  e.ə.  XII-XI 

əsrlərdə  olmuşdur.  E.ə.  II  minilliyin  sonunda  artıq  metallurgiya  özünün 

yüksəliş 

dövrünə 

qədəm 


qoymuşdur. 

Azərbaycanın 

Qədim 

Mesopotamiya  və  Ön  Asiya  ilə  müntəzəm  ticarət  əlaqələri  yaranmışdır. 



Beləliklə, Azərbaycanda icma münasibətlərinin dağılması prosesi b.e.ə. II 

minilliyin sonu – I minilliyin başlanğıcında başa çatmışdır. 

B.e.ə.  I  minillik  ərzində  ilk  dövlətlər  (Manna,  Atropaten  və 

Albaniya)  yaranmağa  başlamışdır.  Manna  dövləti  (b.e.ə.  IX  əsr)  üç  əsr 

ərzində  Şərqin  güclü  dövlətlərindən  biri  olmuşdur.  Qədim  Şərq 

təsərrüfatçılıq modelinin, yaxud Asiya istehsal üsulunun mövcud olduğu 

əksər  dövlətlərdə  olduğu  kimi,  Azərbaycan  dövlətlərində  də  quldarlığın 

klassik  forması  qərarlaşmışdır.  Bu  dövlətdə  hakimiyyət  irsi  xarakter 

daşıyırdı,  hökmdar  qeyri-məhdud  hakimiyyətə  malik  idi.  Həm  dəmyə, 

həm  də  suvarma  əkinçiliyi  inkişaf  etmişdir.  Eyni  zamanda,  ərazinin 

relyefi  maldarlığın  inkişafı  üçün  də  əlverişli  idi.  Manna  faydalı 

qazıntılarla (mis, dəmir, qızıl, qurğuşun yataqları və s.) zəngin olmuşdur 

ki,  bu  da  dağ-mədən  və  sənətkarlıq  sferasında  inkişafa  güclü  təkan 

vermişdir.  Ölkədə  dəmirçilik,  misgərlik,  zərgərlik  və  silah  istehsal  edən 

emalatxanalar fəaliyyət göstərirdi. 

B.e.ə.  IV  əsrin  20-ci  illərində  Makedoniyalı 

sgəndərin 

imperiyasının  süqutu  nəticəsində  Cənubi  Azərbaycanda  Atropaten 

dövləti  yaranmışdır.  Bu  dövlətdə  əkinçilik,  bağçılıq  və  üzümçülük 

iqtisadiyyatın  əsas  sahələri  kimi  çıxış  edirdi.  Həmçinin  maldarlıq, 

dəvəçilik  və  atçılıq  da  geniş  yayılmışdır.  Manna  ilə  oxşar  cəhətləri 

kifayət  qədər  çox  olmuşdur.  Əsas  faydalı  qazıntılardan  olan  nefti  çox 

vaxt  “Midiya  yağı”  adlandırırdılar.  Ölkə  beynəlxalq  ticarət  yollarının 

kəsişməsində yerləşirdi. Ellin dövlətləri, Hindistan, Çin və Baktriya (Orta 

Asiya) ilə sıx ticarət əlaqələri formalaşmışdır. 


Dünya iqtisadiyyatının tarixi 

 

 



189

                                                            

E.ə. IV əsrin sonları – III əsrin əvvəllərində Araz çayından şimalda 

Alban  dövləti  meydana  çıxmışdı.  Ölkənin  əhalisi  26  dildə  danışan 

tayfalardan ibarət olmuşdur. 

Əkinçilik güclü inkişaf etmişdir. Əkilən torpaq sahələri ildə iki və 

ya üç dəfə məhsul verirdi. 

Antik dövrdə əsasən taxılçılıq, tərəvəzçilik, bağçılıq, üzümçülük və 

maldarlıqla  məşğul  olurdular.  Təsərrüfatda  balıqçılıq  da  mühüm  yer 

tuturdu.  Sənətkarlığın  inkişafı  yüksək  səviyyədə  idi.  Bizim  eranın  ilk 

əsrlərində şüşə istehsal edilməyə başlandı. Daxili və xarici ticarət yüksək 

inkişaf səviyyəsinə çatmışdı. 

Sosial iyerarxiya dörd təbəqədən ibarət idi: 

1.

  Padşah, ordu başçısı və hakim; 



2.

  Din xadimləri; 

3.

  Hərbçilər və əkinçilər; 



4.

  Qullar. 

Asiya  istehsal  üsulunun  bütün  xarakterik  xüsusiyyətləri  Albaniya 

dövlətinə də xasdır. 

 

 

 



Dünya iqtisadiyyatının tarixi 

 

 



190

                                                            



VII fəsil. “ stehsal iqtisadiyyatı”: meyillər və təmayüllər. 

Erkən və klassik orta əsrlə

 

“ stehsal”  iqtisadiyyatı  Neolit  inqilabından  tutmuş  1960-cı  illərə 

qədər uzun bir tarixi dövr ərzində mövcud olmuşdur. 

 

 



Şə

kil 7.1. “ stehsal” iqtisadiyyatı tarixi-təkamül prosesində 

 

 



 

§7.1. Orta əsrlərin xronologiyasına müasir baxış 

 Xronologiya     Xarakteristika                                           

 

Son orta əsrlər     Aqrar-



sənaye-(XVI- 

XVIII) ticarət 

 

Yeni dövr             Sənaye-



ticarət (XIX  

əsr)    


  

 Ən yeni dövr       Sənaye- ti-

carət-xidmət 

 (1900-1960) 

 

 

Xronologiya     Xarakteristika 



 

Neolit              Aqrar; 

inqilabı 7-4  

min il əvvəl    

 

Erkən orta       Aqrar-ticarət; 



əsrlər 

V-XI əsrlər 

 

Klassik orta     Aqrar-



sənətkarlıq- 

 əsrlər ticarət 

XI-XV əsrlər 

 

“ stehsal” iqtisadiyyatının xronoloji sərhədləri 



Təsərrüfatın tipi 

ndustrializmə-

qədərki dövr 

ndustrializm 

dövrü 

Bazar 


təsərrüfatı 

Natural 


təsərrüfat 

Dünya iqtisadiyyatının tarixi 

 

 



191

                                                            



 

Orta əsrlərin xronologiyası sferasında mövcud olan uyğunsuzluqlar 

bu gün də qalmaqdadır. 

lkin olaraq orta əsrlər intibah dövründə meydana çıxan ifadə kimi 

Qərbi  Avropanın  Roma  imperiyasının  süqutundan  tutmuş  intibah 

dövrünə qədər olan tarixini -xronologiyasını əks etdirmişdir. 

“ ntibah”  anlayışının  özü  Avropa  cəmiyyətlərinin  antik  dəyərlərə 

qayıdışını  ifadə  edirdi.  Bu  baxımdan  Avropada  orta  əsrlərin  konkret 

tarixi sərhədləri kimi V-XIV əsrlər götürülür. 

Orta  əsrlərin  və  yeni  dövrə  keçidin  xronoloji  sərhədləri  ilə  bağlı 

bəzi ziddiyyətli məqamlar mövcuddur. Belə ki: 

1.

 



orta  əsrlər  birmənalı  olaraq  feodalizm  ictimai-iqtisadi 

formasiyasının tarixi sərhədləri kimi qəbul edilir; 

2.

  qeyd  edilən  anlamda  Qərb  və  Şərqin  xronologiyası  üst-üstə 



düşmür; 

3.

  sırf  iqtisadi  anlamda  mövcud  yanaşma  problemli  situasiya 



yaradır. 

Hər  şeydən  əvvəl,  qeyd  edək  ki,  Şərq  ölkələrində  “qədim  dövrə” 

qayıtma prosesi (intibah) I-II minilliklərin kəsişməsində müşahidə edilir. 

Məsələn, Çində-VII-VIII əsrlər; ərəblərdə  IX-XI əsrlər və s. Məhz 

bu  nöqteyi-nəzərdən  çıxış  edən  marksist  tədqiqatçılar  sözügedən  dövrü 

orta əsrlər kimi qələmə almışlar. 

Tarixi prosesin xətti-mərhələli paradiqmasından yanaşanların zatən 

başqa  bir  çıxış  yolu  da  yox  idi.  Ümumdünya  tarixi  prosesin  vahidliyini 

əsas  gətirərək  Şərq  ölkələrinə  aid  etdikləri  “orta  əsrləri”  də  (Avropada 

olduğu  kimi)  feodalizm  adlandırırdılar.  Beləliklə,  konkret  tarix  süni 

şəkildə  mərhələ  uyğunluğuna  –  feodalizmin  eyni  vaxtda  meydana 

çıxmasının sübutuna qurban verilirdi. 

nsan  cəmiyyətinin  inkişafında  tipoloji  olaraq  müxtəlif  qanadlara 

aid olanların “birləşdirilməsini”, bəzi tədqiqatçıların ifadə etdikləri kimi, 

“möcüzə” adlandırmaq olar. 

Marksist  baxışa  görə  (  əslində,  söhbət  sovet  tədqiqatçılarından 

gedir) ümum-dünya tarixi miqyasda feodalizmin təşəkkülünü şərtləndirən 

proseslər  (orta  əsrlərdə)  həm  Şərq,  həm  də  Qərb  üçün  ümumi  xarakter 

daşımışdır: 

- Tarixi arenada “gənc” xalqların – barbarların meydana çıxması; 

- Feodal bazisinin üstqurumu kimi dinin xüsusi rolu; 

-  deoloji və siyasi təşkilat kimi kilsənin xüsusi rolu; 



Dünya iqtisadiyyatının tarixi 

 

 



192

                                                            

- Sülh və hərb  yolu ilə, iqtisadi və mədəni əlaqələr qurmaqla Şərq 

və Qərbin tarixi həyatının ümumiliyinin güclənməsi. 

Əslində, feodalizm və ümumiyyətlə, orta əsrlərlə bağlı irəli sürülən 

arqumentlər  haradasa  Avropa  üçün  keçərli  olsa  da,  Şərqə  münasibətdə 

elə bir əhəmiyyət daşımırlar. 

Qədim  dövrdən  fərqli  keyfiyyət  səviyyəsinin  formalaşması,  eləcə 

də  konkret  xronoloji  sərhədləri  müəyyənləşdirməyin  mümkünlüyü  orta 

əsrləri  Avropa  tarixinin  (ələlxüsus  –  Avropa  tarixi-iqtisadiyyatının) 

xüsusi mərhələsi, yaxud kateqoriyası kimi götürməyə imkan verir. Lakin 

məlumdur  ki,  Şərq  ölkələrində  formalaşmış  situasiya  qədim  dövrdən, 

məhz  tipoloji  aspektdə  -  elə  də  fərqlənmirdi.  Əsas  fərq  yalnız  kəmiyyət 

çoxalmasında,  kəmiyyət  göstəricilərinin  səviyyəsində  təzahür  edirdi. 

Keyfiyyət  aspektində  isə  əsasən  əvvəlki  yaranışların  (strukturların) 

tədrici  təkmilləşməsi  baş  verirdi.  Məsələn,  Çində  konfutsiçiliyin, 

müsəlman  aləmində  islamın  təsiri  nəticəsində  dövlətin  yeri,  rolu  və 

funksiyaları  daha  da  güclənir,  möhkəmlənirdi  (Qədim  dövrlə 

müqayisədə). 

Aydındır  ki,  kəmiyyət  çoxalması  əsasında  gedən  tarixi  prosesin 

ortalığa qoyduğu yaranışın keyfiyyətcə fərqli bir şey olmadığı üçün, ona 

fərqli tipoloji prizmadan yanaşmaq düzgün olmazdı. 

Ümumiyyətlə,  seçilən  kriteriyadan,  eləcə  də  hansı  hadisə  və 

proseslərin əsas kimi götürülməsindən asılı olaraq orta əsrlərin mahiyyəti 

və  xronologiyasını  müxtəlif  cür  şərh  etmək  olar.  Məsələn,  marksist 

anlamda cəmiyyətdə feodal münasibətlərinin hökmranlığı mərhələsi kimi 

orta əsrlər (Avropaya münasibətdə) Şərqdə mövcud olmamışdır. 

Bununla yanaşı, o da məlumdur ki, sözügedən dövr həm Qərb, həm 

də  Şərqdə  siyasi  əks-mərkəzləşmə  -  “pərakəndələşmə”  ilə  müşayiət 

olunmuşdur.  Bu  proses  Avropada  qısa  zaman  kəsiyini  əhatə  etmişdir. 

Digər tərəfdən, yaranmış siyasi “boşluq” şəhərlərin həm iqtisadi, həm də 

sosial-siyasi  həyatda  rolunun  güclənməsi  ilə,  bir  növ  siyasi 

mərkəzləşməyə alternativ variantla əvəzlənmişdir. 

Şərq  ölkələrində  isə  siyasi  dağınıqlıq  uzun  tarixi  proses  ərzində 

mövcud  olmuş  və  Avropadan  fərqli  olaraq,  məhsuldar  qüvvələrin  və 

əmtəə-pul  münasibətlərinin  zəif  inkişafına  söykənmişdir.  Qeyd  olunan 

məzmunlu  “siyasi  feodalizm”  ictimai  həyatın  heç  bir  sferasında 

irəliləyişə şərait yaratmamışdır. 

Göründüyü  kimi,  “orta  əsrlər”  adlanan,  feodalizm  ictimai-iqtisadi 

formasiyası kimi səciyyələndirilən tarixi dövrdə inkişafın Avropa qanadı 

təkmilləşmə  yönümündə  davam  etmiş,  Şərqdə  isə  əvvəlki  Qədim  Şərq 


Dünya iqtisadiyyatının tarixi 

 

 



193

                                                            

strukturlarının  sadəcə  olaraq  möhkəmlənməsi  (orta  əsrlərsiz  və 

feodalizmsiz ) baş vermişdir. 

Sadəcə olaraq, son orta əsrlərdən etibarən Qərb bəşəriyyətin inkişaf 

tarixinin  universal  modelinə  çevrilməyə  başlamış,  Avropa  tarixinin 

mərhələləri  universal  ümumdünya-tarixi  mərhələlər  kimi  qəbul 

edilmişdir.  “Orta  əsrlər  Şərqi”  anlayışının  (Avropanın  xronologiyasına 

uyğun  olaraq)  meydana  çıxması  ümumdünya  tarixi  prosesin 

dövrlənməsini  xeyli  asanlaşdırmışdır.  Amma...  Şərq  tarixinin 

dövrlənməsinin isə mürəkkəbləşdirilməsi ilə nəticələnmişdir. Göründüyü 

kimi,  orta  əsrlərin  xronologiyasına  münasibətdə  Şərq  və  Qərb  arasında 

əhəmiyyətli fərqlər mövcuddur. Bazar təsərrüfatının qərarlaşması prosesi 

(marksist  anlamda  kapitalizm  ictimai-iqtisadi  formasiyasının  genezisi) 

Avropada XIV-XV əsrlərdə başlamış və ingilis burjua inqilabı ilə (XVII 

əsr)  orta  əsrlər  başa  çatmışdır.  Sübut  etməyə  ehtiyac  yoxdur  ki,  Asiya 

istehsal  üsulu  spontan  qaydada,  yaxud  təkamül  yolu  ilə  kapitalizm 

doğura  bilməzdi  –  insan  hüquqları  və  xüsusi  mülkiyyətin  elementar 

mühafizəsinin  yoxluğu  şəraitində  yeni  yaranışa  keçidin  təbii-tarixi 

yönümü mümkünsüzdür. Bəzi tədqiqatçıların fikrincə, bunun üçün ,Şərq 

ölkələrinə ən azı 7-8 əsr vaxt lazım gələrdi. Ənənəvi şərq strukturlarının 

ifrat  dayanıqlılığı  formasiya  dəyişkənliliyinin  yalnız  xarici  təsir  altında 

baş tuta biləcəyini ortalığa qoyurdu. 

Asiya  istehsal  üsulu  şəraitində  kapitalist  transformasiyası 

Avropanın  kütləvi  müstəmləkələşdirmə  və  qərbləşmə  siyasətinin  güclü 

təsiri altında XIX əsrin ortalarından start götürmüşdür. 

(Məsələn,  Çində  1840-cı  ildə,  Yaponiyada  1870-ci  ildə  analoji 

dəyişikliklər başlamışdır). 

Beləliklə,  XIX  əsrin  ortalarından  başlayaraq  ümumbəşəri  inkişafın 

iki  qanadı  arasında  (qərbləşdirmə  siyasəti  nəticəsində)  yaxınlaşma 

müşahidə  edilirdi.  Şərq-Qərblə  müqayisədə  -  kapitalizmə  200  il  gec 

keçmiş  və  elə  həmin  dövrdən  də  kapitalist  sisteminin  əyalətinə 

çevrilmişdir. 

Bütün  bunları  nəzərə  almaqla,  qeyd  etmək  lazımdır  ki,  orta  əsrlər 

→ yeni dövr zaman sürəclərinin bu gün qüvvədə olan konkret sərhədləri 

dünya  iqtisadiyyatının  tarixi  nöqteyi-nəzərindən  adekvat  deyildir.  Belə 

ki:  

1.

  Dünya  iqtisadiyyatı  tarixi  kateqoriyadır  və  bu  anlamda  da 



bəşəriyyətin  bütün  inkişaf  tarixini  əhatə  etmir.  Onun  genezisi 

Avropada XV əsrdən, Şərqdə isə XIX əsrdən başlanır. 



Dünya iqtisadiyyatının tarixi 

 

 



194

                                                            

2.

  Dünya iqtisadiyyatı – planetar səviyyəni bütövlükdə əhatə edən 



sistemli yaranışdır. Yəni, yalnız Avropa tarixinə istinadla onun 

formalaşma dövrünü dəqiq müəyyənləşdirmək mümkünsüzdür. 

3.

  Ümumbəşəri  tarixi  prosesin  hər  iki  tərəfinin  (Şərq  və  Qərb) 



“davranış”  tərzini  nəzərə  almaqla  orta  əsrlərin  aşağıdakı 

ardıcıllıqla dövrlənməsini məqsədəuyğun hesab edirik;  

Erkən  orta  əsrlər  (V-XI)  →  klassik  orta  əsrlər  (XI-XV) 

→son orta əsrlər (XV-XVIII). 

4.

  Qeyd  edilən  dövrlənmə,  həmçinin  “istehsal”  iqtisadiyyatının 



inkişaf  spesifikasına  tam  şəkildə  uyğun  gəlir.  Başqa  sözlə, 

Avropada bazar təsərrüfatının qərarlaşması iqtisadiyyatda (onun 

“istehsal”  xarakterində)  mahiyyət  dəyişiklikləri  ilə  müşayiət 

olunmamışdır. 

Dəyişən 

iqtisadi 

proseslərin 

təşkili, 

idarəedilməsi,  tənzimlənməsi  və  əsas  subyektlərin  fəaliyyət 

mexanizmi  olmuşdur.  Bizim  dövrləmədə  qeyd  edilənlər  ikinci 

dərəcəli amillər keyfiyyətində çıxış edirlər. Başqa sözlə, yalnız 

forma  dəyişkənliyi,  forma  yeniləşməsi  səciyyəsi  daşımaqla 

iqtisadi  prosesin  ana  xətti  kimi  götürdüyümüz  yanaşmada  – 

nemətlərin 

istehsalının 

“maddi” 


formasının 

hökmran 


mövqelərində heç bir dəyişikliyə zəmin yaratmır. 

 


Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin