§17.2. Dünya iqtisadiyyatı: paradiqmal yeniləşmə zəruriliyi
Adəm peyğəmbərdən tutmuş müasir dövrə qədər dünyanın rasional
idarəedilməsi problemi problem olaraq qalmaqdadır.
Bütövlükdə qlobal səviyyəni əhatə edə biləcək universumun
yoxluğu (oxu: mümkünsüzlüyü) hadisə və proseslərin interpretasiyasında
ifrat müxtəliflik doğurmaqla, onsuz da kifayət qədər problematik olan
qlobal situasiyanı daha da mürəkkəbləşdirir. Sanki, dünya keçmişini
unudub və gələcəyinin necə olacağını bilmir yaxud qlobal səviyyədə
klassik xaos situasiyası formalaşmışdır.
qtisadi proseslərdə və ümumiyyətlə, inkişafın dayanıqlılığı
aspektində mühüm rol oynayan ətalətlilik – miqyas genişlənməsi və
ümumdünya səviyyəsinə çıxışla daha da çox “ətalətlilik” doğurur ki, bu
da bəzi tədqiqatçıların optimizmini əsaslandıran başlıca amil kimi çıxış
edir. Ətalətlilik – “fəlakətin” sovuşması deyil, əksinə onun daha da dərin
qatlara işləməsi üçün müəyyən zaman sırası ortalığa çıxaran bir
konseptdir. Ətalətlilik – dayanıqlılığın əlverişli fonu rolunda o vaxt çıxış
edə bilər ki, qlobal inkişaf paradiqması yanılmalardan “təmizlənsin”, real
gerçəkliklə gələcəkdə əsaslandırılmış arzuedilən arasında optimal
uyğunluğa söykənsin...
ndustrial cəmiyyətin formalaşmağa başladığı və real bazar
münasibətlərinin qərarlaşdığı son 150 il ərzində dünyada 20-ə yaxın
Dünya iqtisadiyyatının tarixi
465
iqtisadi böhran baş vermişdi. Bu və ya digər dərəcədə planetar xarakter
daşıyan böhranların sırasında aşağıdakılar dağıdıcı təsir gücünə görə
fərqlənmişlər:
1.
1857-ci il böhranı: ABŞ-ın fond bazarında başlamış və çox
tezliklə bütün Avropaya yayılmışdır.
2.
1873-cü il beynəlxalq maliyyə böhranı: Avstriya və
Almaniyadan başlamış (daşınmaz əmlak bazarındakı
möhtəkir əməliyyatlarının artması ilə) ABŞ və Latın
Amerikası ölkələrini də əhatə etməklə böyük itkilərə səbəb
olmuşdu:
3.
1914-cü il Beynəlxalq maliyyə böhranı: I Dünya müharibəsi
ilə bağlı ABŞ, Böyük Britaniya, Fransa və Almaniya hərbi
xərcləri maliyyələşdirmək məqsədi ilə qiymətli kağızların
(xarici emitentlərə) kütləvi satışını həyata keçirməyə
başlamışlar ki, bu da bütün bazarların (əmtəə və pul)
fiaskosu ilə nəticələnmişdir.
4.
1929-33-cü illərin Böyük depressiyası; Nyu-York fond
birjasından
başlayan
böhranın
bütövlükdə
dünya
iqtisadiyyatına vurduğu zərərin həcminə görə bəşər
tarixində analoqu yoxdur.
5.
1957-ci il iqtisadi böhranı: ABŞ. Böyük Britaniya, Kanada,
Belçika, Hollandiya və bir sıra digər inkişaf etmiş ölkələri
əhatə edirdi.
6.
1973-cü il iqtisadi böhranı: ABŞ-dan başlamaqla dağıdıcı
təsirinə görə 1957-il böhranını xeyli geridə qoymuşdu.
7.
1987-ci il böhranı – “Qara birinci gün”: ABŞ başda olmaqla
əsasən inkişaf etmiş ölkələri əhatə etmişdir.
8.
1994-95-ci illər Meksika böhranı: kapitalın ölkədən “qaçışı”
ilə başlamış, yekunda bank sisteminin böhranı xarakterini
almışdı.
9.
1997-ci il Asiya böhranı: Fond bazarının süqutu nəticəsində
başlamış. QMM-un 2 trln. dollar azalmasına səbəb olmuşdu.
10.
1998-ci il Rusiya böhranı: Rusiya iqtisadiyyatına və bir sıra
region ölkələrinə böyük zərər vurmuşdu.
Məhz bu böhrandan sonra mütəxəssislər növbəti qlobal böhranın
2007-2008-ci illərdə baş verəcəyini proqnozlaşdırırdılar. Elə də oldu....
Əslində, bu gün dünya seçim qarşısındadır. Sadə şəkildə ifadə
etsək, söhbət “ya-ya” tipli seçimdən gedir. Ya anqlosakson modellə
mahiyyət uyğunluğu çərçivəsində “fəlakətlə” mübarizə aparılmalıdır, ya
Dünya iqtisadiyyatının tarixi
466
da dünyanın yeni iqtisadi düzənə keçməsinə imkan verə biləcək fərqli
inkişaf paradiqması formalaşdırılmalıdır.
§ 17.2.1. Böhran niyə baş verdi?
Beləliklə, qlobal maliyyə böhranı niyə baş verdi? Yaxud
gözlənilən idimi? suallarına cavab verməzdən əvvəl çox maraqlı bir tarixi
analogiya aparmaq məqsədəuyğun olardı.
Belə ki, 1929-cu ildə ABŞ-dan başlayan qlobal iqtisadi böhranla
müasir maliyyə böhranı arasında çox qəribə bir oxşarlıq mövcuddur.
Məlumdur ki, real məzmunlu bazarın formalaşdığı dövrdən XX əsrin 30-
cu illərinə qədər planetar səviyyəli iqtisadi proseslər “piramida”
quruculuğu formasında getmişdir. Yəni real sektorun, əsas kapitalın
təmərgüzləşməsi və mərkəzləşməsi prosesi formasında o dövr üçün
yeganə düzgün gediş hesab edilə biləcək bir iqtisadi məcmuluq şəklində
ortaya çıxmışdır. Söhbət “sənaye inqilabı dövrü” adlandırdığımız tarixi
inkişaf mərhələsində formalaşmış iqtisadi sistemin əsas dəyişənlərindən
gedir. Həmin dövrdə problemin ( nkişaf probleminin) konseptual
qoyuluşu aşağıdakı məntiqi yanaşmaları özündə ehtiva edirdi:
-
Əsas olan standartlaşdırılmış kütləvi istehsaldır.
-
Məhsulun realizasiyası problem deyil. Təklif spontan
şəkildə tələb doğurur. Yəni, marketoloqların ifadə etdiyi
kimi, “satıcı bazarı” hökmrandır.
-
Maliyyə - real sektorun xidmətçisidir və bundan kənarda
“fəaliyyət” göstərə bilməz.
Aydındır ki, qeyd etdiyimiz yanaşma geniş təkrar istehsal
prosesinin tamlığını, bütövlüyünü pozmaqla inkişafın sistemli
xarakterinə ciddi zərbə vurur və kəskin fəsadların meydana çıxmasına
yol açırdı. Məhz buna görə də 1929-1933-cü illər ərzində “piramida”
quruculuğu prosesi özünün fiziki sərhədlərinə çatmaqla ömrünü başa
vurdu. Məhz o böhrandan sonra dünya yalnış yolda olduğunu, yalnız
real sektora “güvənməklə” və əsas diqqəti onun üzərində cəmləməklə
inkişafın nizamlı gedişinə nail ola bilməyəcəyini başa düşdü və
yenidən sistemlilik problemi ön plana çıxarıldı. Lakin ifrat kənar elmi
mövqelərin mübarizəsi kimi yadda qalan bu tarixi inkişaf
mərhələsində də qlobal miqyası əhatə edə biləcək, bir növ “ümumi
resept” məzmunlu yanaşma tərzi ortalığa qoyulmamışdır. 1980-ci
illərdən etibarən dünyanı yeni düzənə “sürükləyən” son dərəcə
təhlükəli meyil və təmayüllər meydana çıxmağa başladı. Bütövlükdə
Dünya iqtisadiyyatının tarixi
467
bəşəri təhlükə doğuran meyillər sırasında geniş təkrar istehsal
prosesinin sistemliliyi və tamlılığının yenidən pozulması əlahiddə yer
tutur. Bu mənada, müasir dünya 1929-1933-cü illərin “piramidasının”
astar üzü ilə qarşılaşmışdır.
Maliyyə sferasının əlahiddələşməsi, “özündə şeyə” çevrilməsi,
real sektorla birbaşa bağlılığı olmayan güclü pul axınlarının meydana
çıxması, törəmə maliyyə bazarlarının görünməmiş yüksəlişi
neoliberal
modellə
qloballaşmaya
doğru
gedən
dünya
iqtisadiyyatında tamamilə yeni, əvvəlki dövrlərdən mahiyyətcə
fərqlənən “oyun qaydalarının” formalaşmasına gətirib çıxardı. Artıq
2001-ci ildən dünya yeni düzənə qədəm qoydu. Başqa sözlə, son 20
illik (1980-2001) dövr geniş təkrar istehsal prosesinin kəskin
disproporsiyalarının, kəskin fəsadların meydana çıxdığı dövr kimi
səciyyələndirilə bilər.
Əslində, problemin qoyuluşu çox sadədir. “ qtisadi proses”
dediyimiz şey (maliyyə də iqtisadi prosesdir) fasiləsizdir. qtisadi
proses heç vaxt, nə əvvəlki dövrlərdə, nə də indi ayrı-ayrı indilərdən,
ayrı-ayrı keçmişlərdən və ayrı-ayrı gələcəklərdən ibarət olmayıb.
Keçmiş, indi və gələcək həm funksional, həm determinoloji
baxımdan vəhdətdə olub. Elə buradaca qeyd etmək lazımdır ki,
iqtisadi zaman fiziki zamanla heç vaxt üst-üstə düşməyib. qtisadi
prosesin tsiklik xarakteri var. Bu gün başlanan prosesin hansı effekt
verəcəyini bir ildən sonra qiymətləndirəcəyik deyimi abstraksiyadan
başqa bir şey deyildir. Yalnız tsikl başa çatdıqdan sonra məlum
olacaq ki, başlanan prosesin real effekti hansı həcmdə olub. Tsikl
başa çatmamış bu fikri yürütmək mümkün deyildir.
Bəri başdan qeyd edək ki, iqtisad elmi öz mahiyyətinə adekvat
olan reaksiya sərgiləməkdə, yəni hadisələrin arxasınca “sürünməkdə”
davam etməkdədir. Bununla belə, yenə də, yəni artıq tarixə çevrilmiş
hadisənin (baxmayaraq ki, hələ də davam edir) səbəbiyyət
probleminə yanaşmada vahid mövqe müşahidə olunmur.
Müxtəlif tədqiqatçılar müxtəlif səbəblərdən danışırlar:
1.
Böhran “təbii” prosesdir.
2.
Əsas problem maliyyə sferasında yeni arxitekturanın
qurulması ilə bağlıdır.
3.
Problemə sistemli yanaşılmalı, nəinki iqtisadiyyatın sahə
və sferaları, eləcə də bütövlükdə ictimai həyatın əksər
“dəyişənləri” nəzərə alınmalıdır:
Dünya iqtisadiyyatının tarixi
468
4.
Böhranın ümumdünya səviyyəsi almasının əsas
“günahkarı” qloballaşma prosesidir.
5.
Subyekt aspektinin (məs: ABŞ) həlledici rola malikliyi və
s.
AFR-in dövlət kansleri A.Merkel əsas səbəbin Qərb ölkələrinin
“yorğana” görə ayaqlarını uzatmamasında, qazandıqlarından çox
xərcləmələrində görür.
Ədalət naminə qeyd edək ki, sadalanan yanaşmalar içərisində
həqiqət payı olanlar az deyildir. Eyni zamanda, səbəbiyyət
açıqlanmasının yalnız empirik səviyyədə əldə edilən faktlara
əsaslanmaqla həyata keçirilməsi, eyni zamanda hissəvi yanaşmaların
üstünlük təşkil etməsi qəbuledilməzdir.
Böhranın səbəbləri ilə bağlı yanaşma tərzlərini konseptual aspektdə
qiymətləndirmək fikrindən uzağıq. Sadəcə olaraq, bəzi məqamlara diqqət
çəkməyi
məqsədəuyğun
hesab
edirik.
Beləliklə,
beynəlxalaq
hesablaşmalar Bankının (Bazel) qiymətləndirməsinə görə derivativlərdən
( törəmə maliyyə instrumentləri) formalaşan spekulyativ maliyyə
“köpüyü”nün nominal dəyəri 600 trln. dollar (Qlobal məcmu məhsul – 60
trln.dol), ortaillik artım tempi isə 25% təşkil etmişdir.
Bu gün isə qlobal iqtisadi fikir “köpüyün” tsikllərindən, onun
işgüzar tsikllərlə müqayisəsindən bəhs edir. Bu aspektdən yanaşmalar da
müxtəlifdir:
- Tələbin dəstəklənməsi və artıma dönüş həyati əhəmiyyət kəsb
edir. Yeni bir kredit “köpüyü” şişirtməyə ehtiyac yoxdur;
- Əgər elə indicə partlayan “köpük” fayda vermədisə, onda daha
birini yaratmaq lazımdır və s.
Tədqiqatçıların müəyyən bir qrupu əmindir ki, problem birmənalı
olaraq ABŞ-dan qaynaqlanır: ABŞ iqtisadiyyatı yeni maliyyə
“köpükləri”olmasa dağılar. Qeyd edilən baxışlarda maraqlı məqamlardan
biri qloballaşma ilə bağlı olan və onu da böhran kimi “təbii” proses
adlandıranların yanaşma tərzidir.
Belə ki, qloballaşmanı ümumbəşəri tarixi prosesin məntiqi nəticəsi
kimi qəbul edir, qaçılmazlıq, labüdlük terminləri ilə şərh etməyə
çalışırlar. Tarixi proses öz-özlüyündə məna yükü daşımır. Bu “yük”
kənardan, yəni prosesin daxili təbiətindən deyil, sosiallaşan, siyasiləşən
və iqtisadiləşən zəmanənin prosesə daxil etdiyi anlamdır. Yəni,
“yabanci” təbiətlidir – tarixi prosesin özünə münasibətdə.
Qeyd edilən anlamda prosesin subyektiv mahiyyətli ilkin
başlanğıca istinad etdiyi şübhəsizdir. Digər tərəfdən, prosesə yanaşmada
Dünya iqtisadiyyatının tarixi
469
fərqli çıxış nöqtələrinin olduğunu görməmək mümkünsüzdür: Dünya
qloballaşır, yoxsa qloballaşdırılır? Yaxud, Afrikanın, ələlxüsus
Saxaradan cənubda yerləşən ölkələrin neçəsi bu prosesin sərhədləri
daxilindədir? Bu mənada, qloballaşma – assimmetrikdir. O, dayana və
qəfil sürətlənə bilər. Həmçinin, ümumiyyətlə hansısa bir ölkəyə
münasibətdə “kənardan” keçmə imkanları da mövcuddur.
Deməli, qloballaşma – terminin etimologiyası baxımından ikili
təzahürə malikdir: 1. Dünya ölkələrinin əksəriyyətini əhatə etmir. Bu
anlamda, ümumdünya səciyyəsi daşıması şübhəli məsələdir. 2. Əsasən
iqtisadi dövriyyənin həcmindən çıxış edir. Yəni, 50-60
209
ölkənin Qlobal
Məcmu Məhsulun 95%-dən çoxuna sahib olması və məhz bu aspektdən
qloballaşmanın gerçəkliyi haqqında birmənalı fikirlərin ortalığa
qoyulmasını şərtləndirir.
Qlobal böhranın məhz göstərilən sayda ölkələrə sürətli yayılışının
əsas səbəbi isə qloballaşmanın “sıfır” zaman sürəti doğurması ilə
bağlıdır.
Əvvəlki araşdırmalarımıza istinadla biz belə bir qənaətdəyik ki,
qlobal səviyyədə vahid məqsəd, yaxud məqsəd birliyi yoxdur (iqtisadi
inkişafa münasibətdə) və ola da bilməz! Məqsəd birliyi yoxdursa, deməli
seçilən hədəflər də müxtəlif məzmunlu olacaqdır. Hər bir ölkənin inkişaf
səviyyəsi və mental xüsusiyyətləri ilə determinə olunmuş inkişaf yolu
mövcuddur. Vahid reseptdən danışmaq mümkünsüzdür.
Beləliklə, neoliberal modelə söykənən qloballaşma prosesi, daha
çox qloballaşdırma keyfiyyəti əxz etməklə müasir gerçəkliyin ən
mürəkkəb paradoksunu doğurur:
“ qtisadi prosesin homogenliyi → məqsəd müxtəlifliyi” paradoksu
Bir az qabağa qaçaraq qeyd edək ki, təkçə bu paradoksun
mövcudluğu anqlosakson modelli, yəni bugünkü qloballaşmaya “biət”
edilməsinin labüd olmadığını, onun kardinal şəkildə məzmun
dəyişikliyinə məruz qalmasının zəruriliyini ortalığa qoyur. Başqa sözlə,
müxtəlifliyə,
diversifikasiyaya
istiqamətlənmiş,
müxtəlifliklərin
kontiniumu kimi çıxış etmə qabiliyyətinə malik olan qloballaşmaya
ehtiyac vardır!
209
G-20 ölkələr qrupu (19 ölkə+A -27ölkə) ümumdünya ticarətinin 90%-ni, dünya
əhalisinin 2/3 hissəsini əhatə edir.
Dünya iqtisadiyyatının tarixi
470
Beləliklə, qlobal maliyyə böhranının başvermə səbəblərini
aşağıdakı kimi müəyyənləşdirmək mümkündür.
1.
Geniş təkrar istehsal prosesinin həm qlobal, həm də ayrı-
ayrı “həlledici səsə malik” ölkə və regionlarda sistemliliyi,
tamlığı
və
bütövlüyünün
pozulması
(Maliyyənin
əlahiddələşməsi nəticəsində).
2.
Törəmə maliyyə bazarlarının sürətli yüksəlişi ; real olmayan
pulun qlobal dövriyyəsinin ifrat dərəcədə artımı.
3.
qtisadi sistemin neoliberal model çərçivəsində fəaliyyəti.
Bu amilin həm mahiyyətə, həm də böhranın sürətlə
yayılmasına birbaşa aidiyyəti vardır.
Belə ki, əvvəldə də qeyd etdiyimiz kimi, neoliberal bazar modeli,
əvvəla, seçim və manevr imkanlarını əhəmiyyətli dərəcədə
məhdudlaşdırır ki, bu da yekun etibarilə ölkə hökumətinin real xarici
təhlükə qarşısında tam gücü ilə fəaliyyət göstərməyə imkan vermir.
Başqa sözlə, milli iqtisadi sərhədlərin və daxili münasibətlər
kompleksinin məhdudiyyətsizlik, tam şəffaflıq və açıqlıq keyfiyyətinə
sahiblənməsi, qlobal səviyyədə qeyd edilən proseslərin vahidlik
mövqeyindən unifikasiyası hökumətin fəaliyyət sferasını (tənzimləmə
nöqteyi-nəzərindən) çox dar çərçivəyə salır.
kincisi, alternativsizlik aspektinin ifrat qabarması yekun olaraq
siyasi pessimizmə gətirib çıxarır. Başqa sözlə, təhlükəsizlik problemi ilə
bağlı olan məsələlərin ayrıca götürülmüş bir ölkə miqyasında həllinin
real bazası (qlobal səviyyədə unifikasiya olduğuna görə )olmur və s.
Məlumdur ki, neoliberalizmin əsas inkişaf etdiyi, dərin kök atdığı
məkan ABŞ-dır. Bu gün dünyada baş verən proseslərin incələnməsi də
açıq-aydın şəkildə göstərir ki, ABŞ iqtisadiyyatı bir sıra sırf siyasi
liberalizm
səciyyəsi
daşıyan
elementlər
və
komponentlərlə
çulğalanmışdır. Başqa deyimlə ifadə etsək, bu o deməkdir ki, iqtisadi
sistemə yabancı elementlər daxil edilmişdir. Neoliberal yanaşmanın
planetar səviyyədə geniş yayılması (yaxud, məqsədli şəkildə yayılması)
elə bir münasibətlər sistemini sərgiləyib ki, artıq ABŞ iqtisadiyyatı dünya
iqtisadiyyatının ağırlıq mərkəzinə, qlobal dəyişikliklərin real bazasına
çevrilmişdir. Məhz buna görə də, ABŞ iqtisadiyyatında baş verən
proseslərin bütövlükdə planetar səviyyədə yayılması qaçılmazdır və
sözün mütləq mənasında onun qarşısının alınması mümkün deyildir.
Beləliklə, qlobal maliyyə böhranının sürətlə yayılmasının
kökündə dayanan əsas səbəblərdən biri ABŞ-ın (eləcə də, digər inkişaf
etmiş ölkələrin) geniş təkrar istehsal prosesinin milli bütövlüyünün
Dünya iqtisadiyyatının tarixi
471
pozulmasıdır. Milli iqtisadi təhlükəsizlik nöqteyi-nəzərindən mühüm
əhəmiyyət kəsb edən “milli bütövlük” konseptinin inkarı, zənnimizcə,
ABŞ-ın dövlət siyasətinin əsas elementlərindən biri olmaqla, ABŞ-ın
əgər belə demək caizdirsə, “qloballaşmasına”, planetdə baş verən hər
şeyin ona aidiyyəti olmasına və s. xidmət edir. Başqa sözlə, ABŞ-ın geniş
təkrar istehsal prosesi tamlıq, bütövlük halında mövcud deyildir və bu
gün müşahidə etdiyimiz və “qlobal bütövləşmə” adlandırdığımız proses
sistemlilik prizmasından elmi abstraksiya çərçivəsindən kənara çıxmır.
“Qlobal bütövləşmə” dediyimiz şey yalnız maliyyə sferasını (gerçək
funksional mahiyyət daşıma nöqteyi-nəzərindən) əhatə edir. Məlumdur
ki, digər sistemyaradan istiqamət yaxud sfera – xarici ticarət dünya
səviyyəsində böhran yaradan səbəblər sırasında çox nadir hallarda çıxış
edə bilər. Maliyyə sferasından inteqrasiya olunaraq qlobal
bütövləşmə yaradan dünya anklav xarakterli inteqrasiya birliyinə
doğru gedir. Bu – anklav xarakterli bütövlükdür.
Yəni, dünya ölkələrinin nə iqtisadi sistemləri, iqtisadiyyatları, nə
də geniş təkrar istehsal prosesinin əksər fazaları deyil, yalnız maliyyə
sferası birləşmə əzmindədir və birləşir.
Beləliklə, əslində nə baş verir:
1.
Bu gün inkişaf etmiş ölkələr artıq “klassik ölkə” anlamında
mövcud deyillər. Ölkə → “ölkə sistem” yaranışına transfer
olunmuşdur.
2.
Geniş təkrar istehsal prosesinin milli tamlığı, milli
bütövlüyü qəti olaraq pozulmuş, prosesin transmilliləşməsi
geniş vüsət almış, iqtisadi təhlükəsizliyin görünən və
görünməyən bütün sərhədlərini aşıb-keçmişdir.
3.
Ucuz kredit və maliyyə “köpüyünə” əsaslanan
sərvətyaratma modeli iflasa uğramışdır.
4.
Neoliberal paradiqmanın struktur prinsipləri (maksimum
mənfəət, maksimum hakimiyyət) yararsız hala gəlmişdir.
5.
Dünya müxtəlif iqtisadi, sosial-siyasi və mədəni modellər
bazasında parçalanma istiqamətinə qədəm qoymuşdur.
6.
Postindustrial iqtisadiyyatın formalaşması və inkişafının
ilkin – mahiyyət qanunauyğunluqları milli dövlətlər
çərçivəsində deyil, qlobal səviyyədə təzahür etməkdədir.
Ölkələrarası əlaqələr (inkişaf səviyyəsindən asılı olmayaraq)
artıq
törəmə
xarakteri
kəsb
etməyə
başlayır.
Qanunauyğunluq
dediyimiz
şey
qlobal
səviyyədə
Dünya iqtisadiyyatının tarixi
472
formalaşır, yaxud qlobal qanunauyğunluq dominant
səviyyəyə yüksəlir və s.
Bu sıranı xeyli uzatmaq da olar. Lakin, təfərrüata varmadan da belə
bir qənaətə gəlmək mümkündür ki, artıq köhnəlmiş iqtisadi, sosial-siyasi
və mədəni ehkamlardan uzaqlaşmasaq dünya öz tarixinin növbəti
“qaranlıq” dövrlərindən birinə qədəm qoyacaqdır.
§17.2.2. qtisad elmi böhran müstəvisində
Etiraf etmək lazımdır ki, qlobal böhran iqtisad elminə, onun bugünü
və sabahına iflicedici təsir göstərdi. Mövcud metodoloji arsenalın
ümidsiz şəkildə köhnəldiyini, yeni dövrün tələblərinə adekvat olmadığını,
kardinal dəyişikliklərin zəruriliyini ortalığa qoydu.
Bu gün iqtisad elminin istinad etdiyi situasion məkan – az və ya çox
dərəcədə təzahür edən təmayüllər və refleksiyalar “yığımından” ibarətdir.
Reallıqla adekvat ola biləcək sistemli yekun (Niyə? Nə üçün? və Sonra
nə? suallarının cavabı nəzərdə tutulur) əldə etmək mövcud nəzəriyyələr
çərçivəsində mümkünsüzdür.
Belə ki, bugünə qədər dominant mövqeyini qoruyub saxlaya bilmiş
effektiv bazar nəzəriyyəsinin və bütövlükdə neoliberal paradiqmanın
özünün böhranı ilə üz-üzəyik. Beləliklə:
1.Bu günkü iqtisad elmi “sabahı” görmək qabiliyyətində
deyildir:
- Texnogen müdaxilənin hüdudsuzluğu elmi aparatı eroziyaya
uğradıbdır;
- Ümumiləşdirici sintez öz yerini “təkcə”nin fasiləsiz
parçalanmasına veribdir.
- Artıq iqtisadi anlamda tam və hissələrin dialektikası nonsensə
çevrilmişdir. Belə ki, iqtisadi tam artıq hissələrdən nə çox , nə
az, nə də onların cəminə bərabər deyil. O, sadəcə olaraq, başqa
bir şeydir.
2. qtisad elmi bütövlükdə “özündə şeyə” çevrilibdir. Çılpaq
praqmatizmin hüdudsuz tətbiqi, fəlsəfədən, ələlxüsus elm
fəlsəfəsindən uzaqlaşma (zatən, yaxınlıq heç olmamışdır)
iqtisadiyyatı istehsal xatirinə istehsal tipli primitiv hesabçılıq
sxemində ortalığa qoyur ki, bu da, son nəticədə (digər təsirlərlə
yanaşı) iqtisadi artımın sosial əsaslarını dağıdır.
3.Reallıqla bağlı olmayan “nəzəri müddəalar” irəli sürülür və
qəbul etdirilir.Yanaşmanın yalnışlığı, əldə edilən nəticələrin
Dünya iqtisadiyyatının tarixi
473
gerçəkliyə adekvat olmaması digər səbəblərlə yanaşı, həm də
ekstrapolyasiyaya istinaddan qaynaqlanır. Köhnə biliyin yeni
predmet sahəsinə yaxud, gələcəyə ekstrapolyasiyası həqiqəti
aşkarlamağa imkan verirmi? Əsla! Belə olan tərzdə çat vermiş
məlum paradiqmanı proses və hadisələrin geniş sferasına tətbiq
(yenidən) etməyə ehtiyac varmı?Yaxud, bunun üçün ən azı kafi
şərt kimi qəbul edilən məsələ - paradiqmanın tətbiqinin
ziddiyyətsizlik sərhədləri müəyyən olunubmu? Göründüyü
kimi, əldə edilən nəticələrin həqiqəti əks etdirməməsinin çox
dərin kökləri vardır və bunlara biganə münasibət elmi
tədqiqatların “çıxılmaza” düşməsinin başlıca səbəblərindən biri
kimi çıxış edir.
4.Həm klassik, neoklassik və həm də sistemli paradiqmaların
(postneoklassik) eyni vaxtda istifadəsi yaxud mövcudluğu yeni
yaranan
xassələr,
imkanlar
və
qarşılıqlı
əlaqələrin
rəngarəngliyini və mürəkkəbliyini yüksəldir.
mkanların
artımına paralel olaraq risklər də artır. Burada ən təhlükəli risk
sistemli paradiqmanın maliyyə oliqarxıyasının, elitasının
mənafelərinə xidmətə keçməsidir ki, yekunda da xətti güc
siyasəti vüsət alır.
Bu qəbildən olan və elm (iqtisad) niyə acizdir? sualının cavabını
çoxlu sayda arqumentlərlə əsaslandırmaq mümkündür.
Fikrimizcə, qlobal iqtisadi gerçəkliyin adekvat dərki və gələcəyi ilə
bağlı iqtisad elmi sırf metodoloji anlamda ən azı iki problemli situasiya
ilə üz-üzədir:
1.
qtisadi
sistemin
transformasiyası
prosesində
qloballaşmanın yeri və rolunun, eləcə də milli iqtisadiyyatın
inkişaf strategiyasının seçilməsində mümkün təsiri
imkanlarının adekvat qiymətləndirilməsi problemi;
2.
nkişaf dinamikasının ağlabatan tərzdə interpretasiyası və
gələcəyin proqnozlaşdırılması problemi:
Sübut etməyə ehtiyac yoxdur ki, keçmişdən gələcəyə doğru
istiqamətlənmiş ənənəvi yanaşma problemin öhdəsindən gəlməkdə
acizdir. Ən azı ona görə ki, qeyd edilən baxış proqnozlaşdırmanın
özünün mahiyyətindən çıxış etmir. Bu aspektdə metatarixilik
(metaistorizm) nəzəriyyəsindən çıxış etmək, başqa sözlə, gələcəyi
gələcəkdə araşdırmaq yaxud gələcəkdən → gələcəyə yönümlü
yanaşmadan
istifadənin
mümkünlüyü
hələ
ki,
aprobasiyadan
keçməmişdir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, qlobal iqtisadi
Dünya iqtisadiyyatının tarixi
474
gerçəkliyin səviyyə müxtəlifliyi mövcuddur. Onu yalnız empirik
səviyyədə təzahür edən və əsasən nəticə keyfiyyətində çıxış edən
təmayüllərə
əsaslanmaqla
düzgün
dərketmə
ifrat
dərəcədə
problematikdir. Belə ki, gerçəklik əslində 4 səviyyənin dialektik
bütövlüyündən “qurulan” situasiyon reallıqdır:
Şə
kil 17.1. Gerçəkliyin ierarxik səviyyə müxtəlifliyi
Empirik səviyyə - “aysberq”in görünən, konkret kəmiyyətlərlə ifadə
oluna və hesablana bilən informasiya məcmusudur. Ondan aşağıda –
aktual səviyyədə - hadisə və proseslərin özü, daha dərin qatlarda isə
səbəbiyyət və onu doğuran mexanizmlər, nəhayət səbəbiyyəti
formalaşdıranlar, yəni ilkin başlanğıc gəlir!
Dostları ilə paylaş: |