AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə36/46
tarix26.02.2017
ölçüsü5,72 Mb.
#9662
1   ...   32   33   34   35   36   37   38   39   ...   46
§ 15.6. Qloballaşma  prosesi: mahiyyəti, təsir dairəsi, 

perspektivləri 

 

Keyfiyyətcə  yeni  qlobal  situasiyanın  formalaşması  inkişaf 

trayektoriyasında  əvvəlki  dövrlərdən  həm  məzmun,  həm  də  baş  vermə 

tezliyi  ilə  fərqlənən  meyil  və  təmayüllərin  meydana  çıxmasına  şərait 

yaratmışdır. 

XX  əsrin  sonu  XXI  əsrin  əvvəllərində  dünya  iqtisadiyyatının 

inkişafının  əsas  təmayülləri  sırasına,  bir  qayda  olaraq,  aşağıdakılar  aid 

edilir: 


1.

 

Təsərrüfat  həyatının  beynəlmiləlləşməsi  prosesinin 



intensivləşməsi;  Dünya  ölkələri  arasında  geniş  təkrar 

istehsal  prosesinin  bütün  fazaları  üzrə  qovuşma  və 

qarşılıqlı çulğalaşmanın daha da sürətlənməsi; 

2.

 



Liberal  dəyərlərin  ictimai  həyatın  bütün  sferalarında,  o 

cümlədən 

iqtisadiyyatda 

qərarlaşması 

prosesinin 

sürətlənməsi; 

3.

 

Kapitalın  və  istehsalın  transmilliləşməsinin  intensiv 



xarakter alması; Transmilliləşmənin təkcə maddi istehsalı 

deyil,  həm  də  xidmət  sferasını,  o  cümlədən  maliyyə 

sektorunu əhatə etməsi; 

4.

 



Təsərrüfat  həyatının  təşkili  qaydaları  və  prinsiplərinin 

unifikasiyası,  dünya  təsərrüfat  əlaqələri  üzərində 

dövlətlərarası tənzimləmə sisteminin yaradılması; 

5.

 



Regional  iqtisadi  inteqrasiyanın,  regional  iqtisadi 

blokların yaradılmasının “kütləvi” xarakter alması; 

6.

 

Dünya 



iqtisadiyyatının 

qloballaşması; 

Sadalanan 

təmayüllərin  kəmiyyət  yekunlarını  və  yeni  keyfiyyət 

halını  özündə  ehtiva  etməklə  qloballaşma  bəşər  tarixində 

analoqu olmayan fərqli qlobal situasiya formalaşmışdır. 

“Qloballaşma”  termini  ilk  dəfə  T.Levittin  1983-cü  ildə  çapdan 

çıxmış  “Bazarların  qloballaşması”  adlı  kitabında  istifadə  olunmuşdur. 

T.Levitt “qloballaşmanı” sırf bazar fenomeni kimi, TMK-lara məxsus bir 

sıra bazarların qovuşması anlamında işlətmişdir. Sonralar K.Ome özünün 

“Sərhədsiz  dünya”  (1990)  əsərində  prosesin  miqyas  genişliyini,  yalnız 

bazarla  bağlı  olmadığını  qeyd  etmişdi:...  Ayrı-ayrı  ölkələrin  iqtisadi 



Dünya iqtisadiyyatının tarixi 

 

 



431

                                                            

mexanizmi  mənasızlaşır,  dünya  müstəvisində  güclü  aktorlar  kimi 

“qlobal” firmalar çıxış etməyə başlayır.

198

 

Bu baxımdan 4 istiqaməti fərqləndirmək olar: 



1.

  Qloballaşma  –  iqtisadi  inkişafın  yüksək  səviyyəyə 

çıxmasıdır; 

2.

  Qloballaşma  –  mədəniyyətlərarası  və  geosiyasi 



münasibətlərin xüsusi keyfiyyət halıdır. 

3.

  Qloballaşma  –  dövlət  suverenliyi  və  milli-mədəni 



inteqrasiya  prinsiplərinə  söykənən  ənənəvi  siyasi 

qaydaların dağılması deməkdir. 

4.

  Qloballaşma  –  mədəniyyət  və  milli  dəyərlər  sisteminin 



dağılması deməkdir (antiqlobalizm) və s. 

Göründüyü  kimi,  qloballaşma  prosesi  çoxölçülü,  çoxlaylı  və 

çoxaspektli sistemli yaranış kimi təzahür edir. 

“Qloballaşma”  anlayışına  məqsədlər  prizmasından  yanaşmada 

vahid  mövqe  hələ  ki,  ortalığa  qoyulmamışdı.  Təfsilata  varmadan  qeyd 

edək  ki,  sözügedən  anlayışın  mahiyyətində  dayanan  əsas  cəhət  yaxud 

sərhəd xətti iqtisadiyyatın beynəlmiləlləşməsinin keyfiyyətcə yeni qlobal 

mərhələyə  keçididir.  Və,  bu  aspektdən  də  əsas  ağırlıq  mərkəzi  kapitalın 

transmilləşməsi  –  TMK-ın  yaranması  üzərinə  düşür.  Başqa  sözlə, 

transmilliləşmə - qloballaşmanın bir proses olmaq etibarilə ana xətti kimi 

çıxış  edir.  YUNKTAD-ın  illik  hesabatında  (2006-cı  il)  göstərilir  ki, 

dünyada  780  min  xarici  filiallar  şəbəkəsi  olan  78  min  TMK-  fəaliyyət 

göstərir.  Ən  qabaqcıl  500  TMK  dünya  üzrə  emal  sənayesi  məhsulları 

ixracatının  1/3-nə,  xammal  üzrə  dünya  ticarətinin  ¾-nə,  yeni 

texnologiyalarla  ticarətin  isə  4/5-nə  nəzarət  edirlər.

199


  Bank-maliyyə 

sistemi, demək olar ki, bütövlükdə TMK-ın nəzarətindədir. 

Qloballaşma  ideyasının  populyarlaşmasını  şərtləndirən  əsas 

səbəblər sırasına aşağıdakıları aid etmək olar: 

1.

  Elmi-informasiya  inqilabı  və  onun  nəticəsində  qlobal  iqtisadi 



məkanda baş verən keyfiyyət dəyişiklikləri; 

2.

  Dünya  sosializm  sisteminin  süqutu;  Sosialist  təsərrüfat  tipinin 



bazar iqtisadiyyatı ilə əvəzlənməsi; 

3.

  Neoliberal  dəyərlər  sisteminin  birmənalı  olaraq  prioritet 



mövqelərə keçidi. 

                                                 

198

 Антипов Н.П. Экономическая интеграция в мировой экономике и транснацио-



нальные корпорации// Междунар. Публичное и частное право.- 2001.- N2, c.32-34. 

199


 Паньков В.С. Мировая экономика на пути к 2015 году// Экономика  XXI  века. 

2002. -N8.  



Dünya iqtisadiyyatının tarixi 

 

 



432

                                                            

Ümumplanetar miqyasda qloballaşma prosesinin ilkin müqəddəm 

şərtlərini bir neçə istiqamətdə qruplaşdırmaq mümkündür: 



I.

 

stehsal, elmi-texniki və texnoloji: 

-  stehsalın miqyasının kəskin şəkildə artımı; 

-  stehsalda  yeni  texnoloji  üsula  –  elm  tutumlu  texnologiyalara 

keçid; 


- Əmtəə, xidmət və kapitalın miqrasiyası yolunda maneələri aradan 

qaldırmağa imkan verən yeni texnologiyaların sürətlə yayılması; 

-  Rabitə  və  nəqliyyat-kommunikasiya  vasitələrinin  yeni  nəslinin 

meydana çıxması; 

Bütün  bunlar  yekun  etibarilə  milli  bazarların  qlobal  inteqrasiyası 

prosesini əhəmiyyətli dərəcədə asanlaşdırır. 



II.

 

Təşkilati: 

- Təsərrüfat-istehsal fəaliyyətinin təşkilinin beynəlxalq formalarının 

(TMK) yaranması; 

- Qeyri-hökumət təşkilatlarının qlobal səviyyəyə çıxışı; 

-  Beynəlxalq  təşkilatların  (BMT,  BVF,  DB,  DTT  və  s.)  qlobal 

müstəvidə  aktiv  rolu,  dünya  iqtisadiyyatının  aktorlarına 

çevrilmələri. 

III.

 

qtisadi: 

- Əmtəə, xidmət, kapital və s. bazarlarda, ticarət sferasında liberal 

dəyərlərin  qərarlaşması;  Əgər  1947-ci  ildə  idxal  tariflərinin  orta 

dərəcəsi  50-60%  təşkil  edirdisə,  1990-cı  ildə  bu  göstərici  9.6%-ə 

qədər aşağı düşmüşdür. DTT (Dünya Ticarət Təşkilatı) qeyd edilən 

dərəcənin 3%-ə qədər azaldılmasına çalışır.

200

 

-  Kapitalın  təmərgüzləşməsi  və  mərkəzləşməsinin  görünməmiş 



yüksəlişi; 

- Törəmə maliyyə alətlərinin (derivativlər) partlayış şəklində artımı, 

valyuta  əməliyyatlarının  həyata  keçirilmə  müddətinin  kəskin 

azalması; 

-  Beynəlxalq  iqtisadi  təşkilatlar  tərəfindən  makroiqtisadi  siyasət 

kriteriyalarının,  o  cümlədən  vergi,  regional,  aqrar,  antiinhisar, 

məşğulluq  siyasəti,  ticarət  və  s.  sferalarda  unifikasiyanın 

aparılması; 

- Standartlaşdırma və unifikasiya təmayüllərinin güclənməsi; 

IV.

 

nformasiya: 

                                                 

200

 Экономическая энциклопедия/ Гл.ред. Л.И. Абалкин- М; ОАО «Экономика», 



1999.- С. 243. 

Dünya iqtisadiyyatının tarixi 

 

 



433

                                                            

-  şgüzar  münasibətlərin,  istehsal,  elmi-texniki,  iqtisadi,  maliyyə 

informasiyalarının  mübadiləsi  prosesində  istifadə  edilən  rabitə 

vasitələrinin radikal şəkildə dəyişməsi; 

-  Maliyyə  və  əmtəə  bazarlarının  birləşməsini  təmin  edən  qlobal 

şəbəkənin  (informasiyaların  alınması,  emalı  və  ötürülməsinin  yeni 

sistemi) yaranması; 

V.

 

Siyasi: 



- Dövlət nəzarətinin zəifləməsi, əmtəə, xidmət, kapital və insanların 

ölkələrarası miqrasiyasının sərbəstləşdirilməsi; 

-  “Soyuq”  müharibənin  başa  çatması,  dünya  sosializm  sisteminin 

süqutu; 


VI.

 

Sosiomədəni: 

- Milli dəyərlər sisteminin həm mövcudluq, həm də təsir imkanları 

baxımından zəifləməsi; 

-  Liberal  dəyərlərin  qlobal  miqyaslı  qərarlaşması  prosesinin 

başlanması; 

-  Eyniyyət,  “eynicinslilik”,  identifikasiya  proseslərinin  (sosial-

mədəni sferada) güclənməsi və s. 

Qloballaşma  –  bütün  parametrlər  üzrə  bəşəriyyətin  qarşılıqlı 

əlaqələrini  daha  da  gücləndirən  proses  kimi  iki  onillik  ərzində  tsiklik 

xarakter  daşıdığını  ortalığa  qoydu.  Prosesin  tsiklik  xarakterindən 

yanaşdıqda qloballaşmanın 1980-ci illərdə yüksəlişdə olduğunu, 1990-cı 

illərdə  intensivliyin  əhəmiyyətli  dərəcədə  zəiflədiyini  görməmək 

mümkünsüzdür.  Yenə  həmin  məntiqlə  davam  etsək,  onda  belə  alınır  ki, 

qloballaşmanın  tsiklik  gedişi  XXI  əsrin  20-ci  illərində  başa  çatmalıdır. 

Bəzi elmi dairələrdə hətta postqloballaşmadan danışılmağa başlanmışdır. 

Bəri  başdan  qeyd  edək  ki,  qloballaşma  başa  çatırmı?  Sualının  heç 

bir  elmi  əsası  yoxdur.  Bu  qəbildən  olan  yanaşmalar  prosesə  birtərəfli, 

“birölçülü”  baxışlardan  qaynaqlanır  ki,  bu  da  “trend”  yanaşmasının  növ 

müxtəlifliyindən başqa bir şey deyildir. 

Eyni  zamanda,  qloballaşma  ilə  bağlı  1990-cı  illərdən  başlayaraq 

müxtəlif  istiqamətli,  ziddiyyətli,  bir-birini  inkar  edən  çoxsaylı  deyimlər 

yer almaqdadır (şəkil 15.4). 



Dünya iqtisadiyyatının tarixi 

 

 



434

                                                            

 

Şə

kil 15.4. Qloballaşma dixotomiyası 



 

Eyni  zamanda,  qloballaşma  prosesinin  müasir  cəmiyyətin 

mövcudluq şəraitinə və inkişaf təmayüllərinə təsiri də homogen xarakter 

daşımır (şəkil 15.5). 

Qloballaşma prosesi 

Hakim 


mövqe(meinstrim) 

Müxalif mövqe 

(Antiqlobalizm) 

- Labüddür, 

qaçılmazdır; 

- Universaldır: ictimai 

həyatın bütün 

sferalarında olan 

fərqləri aradan 

qaldırır; 

-Qərbləşmə ilə 

eyniyyətdədir; 

- Bir istiqamətlidir, 

alternativsizdir; 

-Qeyri-bərabərliyi 

aradan qaldırır; 

- Dövlətin sonudur 

- Labüd deyil; 

- Alternativi var; milli 

identiklik. 

- Qeyri-bərabərliyi 

daha da dərinləşdirir; 

- Kütləvi şəkildə 

ədalətsizlik doğurur; 

- Dünya 

korporasiyaların 

“əsarətinə” düşür. 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

Şə

kil 15.5. Qloballaşma prosesinin müasir cəmiyyətə təsiri 

Kütləvi 

psixolo-


giya 

Sosial nor-

malar və 

dəyərlər 

ctimai 

şüur 


Sosial 

informasiya 

və kommu-

nikasiya 

Maddi-

enerji 


Funk-

sional 


–təş-

kilati 


nforma

siya 


Təbii və 

sosial 


ümumi-

lik 


Siyasi 

qti-


sadi 

-Ömürün uzanması; Bir 

çox xəstəliklərin müalicəsi; 

-Yeni texnologiyalar; 

xammaldan asılılığın 

azalması və s. 

Beynəlxalq münasibətlər 

sisteminin 

“dövlətsizləşdirilməsi”; 

- TMK-ın güclənməsi; 

iqtisadiyyatın beynəl-

miləlləşdirilməsi; Həyat 

şəraitinin  ixşilaşması 

Bütün əhalinin informasiya 

texnologiyalarına çıxışı 

Virtual məkanda 

mədəniyyətlərin aktiv 

qarşılıqlı təsiri 

nsanın informasiya 

təfəkkürünün inkişafı 

Kosmopolitizm, insanlar-

arası anlaşmanın yaxşılaş-

ması 

Qərb mənafeləri 



çərçivəsində dünyanın 

inteqrasiyası 

-Ölkələrarası bəra-

bərsizliyin dərinləşməsi, 

sosial təbəqələşmənin 

güclənməsi və s. 

- nformasiyanın 

etibarsızlığı, qlobal 

elitanın mənafelərinə 

uyğun insan şuürunun 

dəyişdirilməsi cəhdi və s. 

Postmodernizm; isteh-

lakçılıq; milli dəyər 

sisteminin ləğvi 

Nəzəri yanaşmanın 

informasiya axtarışı ilə 

əvəzlənməsi. 

 

Standartlaşma; mədəni 



müxtəlifliyin eyniyyətlə 

əvəzlənməsi. 

Təbii, ekoloji və texnogen 

fəlakətlər 

Səviyyələr 

Sosiu-


mun 

struktur


Qloballaşma 

prosesinin 

bipolyar 

aspektləri 

Alt sistemlər 

Təsirin yönümü 

           Müsbət                                               Mənfi 

Qloballaşma prosesi 


qtisadi  qloballaşma  təkcə  dünya  bazarında  aktorların  tərkibini 

deyil,  həmçinin  qlobal  iqtisadi  məkanın  institusional  “simasını”  dəyişir. 

Ayrı-ayrı  milli  iqtisadiyyatlar  (dövlətlər)  ifrat  müxtəlifliyi  ilə  fərqlənən 

subyektlərlə (TMK, inteqrasiya blokları və s.) əvəz olunur. 

qtisadi  planda  qloballaşma  ayrı-ayrı  region  və  ölkələri 

yaxınlaşdırmır, onları sadəcə olaraq “sıraya düzür” (subordinasiya). 

Sırf Qərb hadisəsi olmaqla qloballaşma Avropanın inkişaf tarixinin 

daxili  məntiqi  ilə  bağlılıqdadır.  Avropanın  tarixindən  təsərrüfat 

proseslərinin  əsas  amilləri  dövrü  olaraq  dəyişməyə  məruz  qaldığı 

məlumdur:  antik  dövrün  hərbi  gücü  orta  əsrlərdə  torpaq  üzərində 

inhisarla əvəzlənmiş, sonralar isə həlledici rol kapitala məxsus olmuşdu. 

Bütün  tarix  boyu  cəmiyyətin  “kritik  resurs”u  (nadir,  əsas  resurs), 

istehsalın  həlledici  resursu  üzərində  nəzarət  sosial  təşkil  və 

təbəqələşmənin əsası kimi çıxış etmişdi. 

Qərbin  biliklər  iqtisadiyyatına  keçidi  əslində,  öz  başlanğıcını  XX 

əsrin əvvəllərindən götürür: 

1.

  Bilik  –  alınan  informasiyanın  emalı  və  yenisini  istehsal  etmək 



qabiliyyəti istehsalın başlıca resursuna çevrilir; 

2.    nformasiya və unikal məhsul istehsalı ənənəvi nemətlər istehsalından 

kardinal şəkildə fərqlənir! Bu istehsal: 

- Yüksək bilik səviyyəsini; 

-  stehsal prosesində işçi qüvvəsinin təkmilləşdirilməsini tələb edir. 

nformasiya səviyyəsində qloballaşma prosesi “mütləq” müstəqillik 

əldə  etməklə  xüsusi  rol  oynayır.  Eynilə  də,  məhz  informasiya  səviyyəsi 

müasir cəmiyyətin, bütövlükdə qloballaşma prosesinin inkişafının başası 

kimi çıxış etməyə başlamışdır. 

Elm  və  informasiya  tutumlu  məhsullar  kapital  yığımına  müsbət 

təsir  göstərən  amil  kimi  çıxış  edir.  Eyni  zamanda,  xüsusi  diqqət  çəkən 

məsələ  ondan  ibarətdir  ki,  informasiya  məhsulu  “dəfələrlə”  satıla  bilər 

(sahibkarın mülkiyyətində qalmaqla). 

Bütün  bunlar  açıq-aydın  şəkildə  göstərir  ki,  ənənəvi  istehsal 

amillərinin səfərbərliyi əsasında inkişaf prosesini sürətləndirmə və Qərbə 

“çatma” istəyi bəri başdan müvəffəqiyyətsizliyə düçar olacaqdır. 

Qlobal  səviyyədə  “yeni  bərabərsizlik”  yeni  iqtisadiyyatın 

doğurduğu fenomendir. 

Qloballaşma  –  ayrı-ayrı  ölkələrin  əyalət  statusunu  daha  da 

möhkəmləndirir. 

Bəşər  tarixində  mövcud  olmuş  əksər  imperiyaların,  o  cümlədən 

SSR -nin  dağılmasında  mərkəzlə  əyalət  arasında  münasibətlərin 



Dünya iqtisadiyyatının tarixi 

 

 



437

                                                            

optimallaşdırıla  bilməməsi  dayanırdı.  Məhz  bu  anlamda  müasir 

qloballaşma  prosesini  sxematik  olaraq  aşağıdakı  “təmərgüzləşmə” 

dairələrinə bölmək olar: 

1.

  Qərbi Avropa, ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiya; 



2.

  Avropa təsirinin güclü olduğu “dairə”: Rusiya, Latın Amerikası, 

bir sıra Yaxın Şərq ölkələri,  srail, Azərbaycan; 

3.

  Keçmiş müstəmləkələr,  Avropa dəyərlərinin müəyyən səviyyədə 



qərarlaşdığı “dairə”: Hindistan, Şimali Afrika,CAR, bir sıra Asiya 

ölkələri; 

4.

  Qərb həyat tərzini aktiv  şəkildə mənimsəyən “dairə”: Yaponiya, 



Koreya, Sinqapur, Malaziya və s. 

5.

  Prosesdən  “kənarda”  qalan  “dairə”:  Afrika  ölkələri,  ələlxüsus 



(Böyük Səhra) Saxaradan cənubda yerləşən ölkələr. 

Göründüyü kimi, qloballaşma prosesinin sürəti ilə avropa dəyərlər 

sisteminin yayılması tezliyi arasında funksional bağlılıq mövcuddur. 

Hətta, 


sonrakı 

dövrlərdə 

belə 

qloballaşma 



prosesinin 

intensivləşdirilməsi  tarixi  optimizm  üçün  real  əsas  vermir.  Dünyanın 

“vahidləşəcəyi” ideyası elə ideya olaraq da qalacaqdır. 

Elə  bir  universum  tapmaq  mümkün  deyildir  ki,  ayrı-ayrı  xalqların 

milli  spesifikliyinə  tam  şəkildə  ekvivalent  olsun  və  onların  hamısını 

məcmu şəkildə əvəz edə bilsin! 

Başqa  sözlə,  bəşəriyyətin  “vahidliyi”  prinsipi  heç  bir  halda 

substansiya  keyfiyyətində  çıxış  edə  bilməz.  Söhbət  eynilik  və 

vahidlikdən yox, yalnız diferensial bütövlükdən gedə bilər. 

Məlumdur  ki,  bu  xassələr  yalnız  mahiyyətcə  vahid  olan  obyektə 

xasdır.  Şübhəsiz  olan  bundan  ibarətdir  ki,  eyni  bir  mexanizmin  aramsız 

modifikasiyası  əsaslı  təftişə  möhtacdır,  ancaq  bu  hal  nə  vaxtsa 

“vahidləşmə” ilə yekunlaşmayacaqdır. 

Beləliklə, 

ifrat 

universalizmin 



yalançı 

mütləqləşdirilməsi 

müstəqillik  prinsipinin  dayaqlarını  sarsıtmaqla  ayrı-ayrı  millətlərin 

sosiomədəni 

determinizminə 

deyil, 


anarxiyaya, 

mexaniki 

ümumiləşdirməyə və sonuc olaraq, qlobal iqtisadi artımın ləngidilməsinə 

gətirib çıxarır. 

 

 

§ 15.6.1. Qlobal ədalət müstəvisində “qloballaşma” kabusu 



 

Elmi  fikirdə  bu  gün  müşahidə  edilən  ən  təhlükəli  meyil 

gözlənilənin,  yaxud  ola  biləcəyi  ehtimal  edilənin  reallıq  kimi  qələmə 


Dünya iqtisadiyyatının tarixi 

 

 



438

                                                            

verilməsidir.  Hipotetik  qiymətləndirmənin  gerçəkliklə  (perspektiv 

anlamda) bağlılığı yalnız və yalnız ehtimal xarakterli ola bilər.  

Qloballaşma  prosesi  başlayandan  etibarən  dünyanın  “ümmun 

sistemi”  çox  təhlükəli  meyillərin  birbaşa  təsiri  altına  düşmüşdür. 

Beynəlxalq təhlükəsizlik, həm bütövlük keyfiyyətinə malik qlobal sistem 

olmaq  etibarilə,  həm  də  ayrı-ayrı  regionlar  və  ölkələr  bölümündə  ifrat 

dərəcədə  mürəkkəb  məzmunlu  problemli  situasiya  ilə  üz-üzədir. 

Problemin fəlsəfi ideallaşdırılması və bu prizmadan çıxış yollarına baxış 

birmənalı  olaraq  “realist  məktəbin”  (D.Qobson,  K.Klauzevitsa, 

Q.Morqentau,  Q.Kissincer)  öz  mahiyyəti  etibarilə  artıq  kifayət  qədər 

“tüklənmiş”  Pareto-optimumundan  elə  də  fərqlənməyən  konseptual 

yanaşmasına  gətirib  çıxarır.  Sabit  qaydaların,  sabit  dünya  nizamının 

mövcudluğu mütləq təhlükəsizliyin qarantı kimi çıxış etmək keyfiyyətinə 

malik  deyildir.  “Realist  məktəbin”  məntiqindən  çıxış  etsək,  onda  belə 

məlum  olur  ki,  bir  ölkənin  “mütləq  təhlükəsizliyi”,  digər  bir  ölkənin 

yaxud  ölkələr  qrupunun  nisbi  təhlükələrə  məruz  qalması  şəraitində 

reallığa çevrilə bilər. Başqa sözlə, qlobal miqyasda ölkələrarası qarşılıqlı 

asılılığın  assimmetrikliyi  adi  gözlə  müşahidə  olunmaqdadır.  Qlobal 

assimmetriklik  →  nəyin  paylanması  yaxud  bölüşdürülməsindən  asılı 

olmayaraq,  kütləvi  şəkildə  ədalətsizlik  doğurur.  Ədalətsizliyin  qlobal 

miqyaslı  təzahür  formaları,  dünya  nizamının  quruluş  prinsiplərinin 

yalnışlığı  ucbatından  təbiilik  xassəsinə  malik  empirik  nəticələr  kimi 

ortalığa çıxır. 

Qlobal  assimmetrlik  →  gerçək  məzmunlu  qlobal  “bütövləşmənin” 

və  deməli,  “qlobal  metasistem”  deyilən  funksional  (bəzilərinə  görə 

determinləşmiş)  yaranışın  reallığa  çevrilməsini  əngəlləyən  başlıca 

amildir.  “Müxtəlifliklərin  kontiniumu”  gerçəkdirmi?  sualına  adekvat 

cavab axtarışı sonsuzluğuna qədər uzana bilərQlobal assimmetriklik → 

insan  cəmiyyətinin  insan  kimi  yaşayan  cəmiyyət  halına  gətirilməsini 

mümkünsüz etməklə hər cür fitnə-fəsadın (müharibələr, konfliktlər və s.) 

ideal  mənbəyi  kimi  çıxış  edir.  Bu  gün  bəşəriyyətin  tən  yarısının  –  3.5 

mlrd.  insanın  insan  kimi  yaşamaq  imkanının  yoxluğu  və  bu  sferada  hər 

hansı  real  məzmunlu  bir  irəliləyişin  olmaması  assimmetrikliyin  –  onun 

ədalətsizlik komponentinin doğurduğu acı gerçəklikdir. 

Digər  tərəfdən,  ayrı-ayrı  ölkələr  qloballaşma  prosesinin  əhatə 

dairəsində  olmaqla  müəyyən  yanaşma  tərzi  ortalığa  qoymaq 

məcburiyyətindədirlər. 

Qlobal  situasiyaya  (bəlkə  “oyun  qaydalarına”)  uyğunlaşma 

zəruriliyi  “kiçik  ölkələr”  üçün  (məsələn,  Azərbaycan)  həyati  əhəmiyyət 


Dünya iqtisadiyyatının tarixi 

 

 



439

                                                            

daşıyır.  Münasibətlər  sisteminin  kökündə  dayanan  ziddiyyətli  yaranış  – 

“sərhəd” tanımayan real məzmunlu bazar funksional fəaliyyətin prioritet 

sahələrini  yaxud  məcburi  gediş  kimi  digər  sferaları  geoiqtisadi  məkana 

çıxarır və mexaniki olaraq artıq formalaşmış qlobal “oyun qaydalarının” 

nəzarətinə keçir. Əgər, göstərilən aspektdə uyğunsuzluq yaranarsa yaxud 

mövcuddursa,  onda  prosesin  əks-istiqamətli  gedişi  labüdləşir  və  nəinki 

labüdləşir,  həmçinin  mənfi  işarəli  effektlə  “yüklənərək”  ölkədaxili 

iqtisadi  nizama  dağıdıcı  təsir  göstərir.  Problemin  məntiqi  strukturu 

“uyğunsuzluq”  istilahının  nizamlı  prosesə  çevrilməsinin,  yəni  fərq  → 

ziddiyyət  →  əkslik  →  mübarizə  oxu  üzrə  getdikcə  artan  şiddətlilik 

dərəcəsinin  “hərəkətə”  keçməsinin  qarşının  alınması  zəruriliyini  təbii 

şəkildə  aktuallaşmış  problem  kimi  ortalığa  çıxarır.  Ənənəvi  metodika 

uyğunsuzluğun  “fərqə”  çevrildiyi  anı  birmənalı  olaraq  problem  kimi 

qəbul  edir.  Yəni  problemyaradan  proses  elə  ilkin  mərhələdə, 

uyğunsuzluq  →  fərq  çevrilməsində  təzahür  etməklə  özünün  bitkin 

formasını  alır.  Şiddətlənmə  dərəcəsinin  maksimumu  –  mübarizə 

mərhələsinə  çatma  ilə  ilkin  mərhələ  arasında  elə  bir  mahiyyət  fərqi 

yoxdur.  Yalnız,  bu  halda  yəni  uyğunsuzluğun  maksimumu  halında 

itkilərin  (bəzi  hallarda  qarşılıqlı  itkilər)  həcmi  artır,  dağıdıcı  effekt 

doğuran  hadisələr  baş  verir.  Başqa  sözlə,  ilkin  və  son  hədd  arasında 

(iqtisadi  sistemə  təsiri  nöqteyi-nəzərindən)  meydana  çıxan  mənfi  effekt 

yalnız kəmiyyətcə fərqlənir. Bütövlükdə, sistemə təsirin keyfiyyət ölçüsü 

hər  iki  halda  eyniyüklüdür  və  ölkədaxili  iqtisadi  proseslərin  nizamlı 

gedişində müəyyən əngəllər törədirlər. 

lk  baxışdan  iqtisadi  prosesin  müəyyən  mərhələsində  meydana 

çıxan,  başqa  sözlə  geoiqtisadi  məkanla  bağlı  olan  və  təbiəti  etibarilə 

institutsional mahiyyət daşıyan problemin məhz “təbiiliyi” nəzər-diqqəti 

cəlb  edir.  Digər  ifadə  ilə,  söhbət  həmin  “təbiiliyin”  metodoloji  anlamda 

elmin  mental-dəyər  səviyyəsində  dərkinin  problematikliyindən  gedir. 

Həqiqətən  də,  iqtisadi  münasibətlər  sisteminin  qaynaqlandığı  dəyər-

konseptlərin  mahiyyətinə  daxil  edilmədən  yalnız  xarici  kəsimdə 

aktuallaşan uyğunsuzluq qondarmadır,  yalançı aktuallaşmadan başqa bir 

şey  deyildir.  Milli  →  qlobal  qarşılaşmada  birincidən  ikinciyə  keçid, 

yaxud birincinin ikinciyə “qovuşması” prosesində uyğunsuzluq meydana 

çıxırsa, onda həmin məntiqlə davam etsək, belə  alınır ki, “qloballaşma” 

dediyimiz 

şey 

özü 


qondarmadır, 

milli 


yaxud 

millilərdən 

qaynaqlanmayan,  millilərə  mahiyyət  və  məzmunca  yabancı  olan  elə 

kriteriya və prinsiplərə söykənərək formalaşır ki, onu təbii-tarixi prosesin 

məcburi gedişi kimi səciyyələndirmək olmaz. 


Dünya iqtisadiyyatının tarixi 

 

 



440

                                                            

Qlobal  səviyyədə  qarşılıqlı  asılılığın  assimmetrikliyi  müxtəlif 

ölkələrin  planetar  “oyun  qaydalarına”  uyğunlaşmalarının  müxtəlif 

sürətliliyindənmi doğub? 

Doğurdanmı,  ölkənin  institusional  açıqlıq  dərəcəsinin  qloballaşan 

dünyada  qərarlaşmış  analoji  halla  fərqliliyi,  yaxud  hər  iki  istiqamətdə 

prosesin  məna  tutumunun  üst-üstə  düşməməsi  qlobal  assimmetrikliyin 

əsas  səbəbidir?  Qloballaşma  →  lokallaşma  dixatomiyasını  ziddiyyətli 

vahidlik adlandırmaq olarmı? 

Haşiyəyə çıxaraq qeyd edək ki, gerçək elmi əsaslandırma olmadan 

yalnız  müşahidə  əsasında  (yəni,  idrak  prosesi  bir  proses  olmaq  etibarilə 

yekunlaşmadan) hər hansı bir ölkədə cəmiyyətin idarəedilməsinin qlobal 

səviyyəli  idarəetmə  ilə  qırılmaz  bağlılığının  mövcudluğunu  iddia  etmək 

ən  azı  elmi  sadəlövhlük  təsiri  bağışlayır.  Belə  bir  iddiada  bulunanlar 

tərəflər  arası  mahiyyətcə  bir  istiqamətli  xarakter  daşıyan  bağlılğı 

əsaslandırmaq  üçün  yazırlar  ki:  əvvəla,  qloballaşma  ayrı-ayrı  ölkələr  və 

sosiumlararası  asılılığı,  eləcə  də  beynəlxalq  əlaqələri  bütün  sferalar 

(iqtisadi,  informasiya,  siyasi,  ekoloji  və  s.)  üzrə  kəskin  şəkildə 

gücləndirmişdir. Bu deyimdə əsas məsələ sosiumlar arası bağlılığın real 

elmi fakt kimi səciyyələndirilməsidir. 

Ayrı-ayrı  epizodik  hallar  istisna  olmaqla  əslində  belə  bir  şey 

yoxdur.  Məlumdur  ki,  sosiumlararası  “ortaq  məxrəcin”  tapılması  öz 

mahiyyəti  etibarilə  qlobal  vahidləşmə  arzusunda  olanların  mərkəzi 

problemdir  və  onun  hətta  uzaq  perspektivdə  belə  reallaşacağı  inamı 

mirajdır, xəyala qapılmadır və hər nədirsə, gerçək olanla heç bir əlaqəsi 

yoxdur.  kincisi,  həm  ayrı-ayrı  ölkələr  həm  də  qlobal  səviyyədə 

cəmiyyətin  təşkilində  baş  verən  dəyişikliklərin  obyektiv  təmayüllərinin 

ümumiliyi mövcuddur və bu özünü, opponentlərin fikrincə, qloballaşma 

→ lokallaşma dixatomiyasının meydana çıxmasında göstərir. 

Yenə  də  yalançı  aktuallaşma  ilə  üz-üzəyik!  Belə  ki,  əvvəla, 

təmayüllərin  obyektivliyi  nə  deməkdir  –  anlaşılmır!  Hansı  kriteirya 

yaxud ölçü vahidindən istifadə etməklə bu qənaətə gəlinib? Əgər təmayül 

–  inkişaf  qanunauyğunluğu  deyilən  şeyin  dar  çərçivədə  təzahür 

formalarından  yaxud  o  formaların  “formalaşmasında”  iştirak  edən 

elementlərdən 

biridirsə, 

onda 


onun 

“subyektiv” 

olmaqlığı 

mümkünsüzdür.  Yəni,  təmayül  varsa,  o  yalnız  obyektiv  olaraq  mövcud 

olur  və  buna  görə  də,  obyektiv  təmayül  ifadəsi  “su  yaşdır”  ifadəsi  kimi 

adi tavtalogiyadır.  kincisi, qlokallaşma, yəni qloballaşma → lokallaşma 

dixatomiyasının, ələlxüsus lokallaşma ilə bağlı prosesin planetar xarakter 

kəsb etdiyini sübuta yetirə biləcək heç bir elmi fakt yoxdur. Əgər, söhbət 



Dünya iqtisadiyyatının tarixi 

 

 



441

                                                            

nəyin  bahasına  olursa-olsun  “ümummilli”  termini  ilə  ehtiva  edilən  hər 

şeyin ictimai şüurdan silinməsindən, sırf maddi  məzmun daşıyan, başqa 

sözlə  ictimai  rifahın  yalnız  və  yalnız  maddiyyat  ölçüsünün  ön  plana 

çıxarılmasından, neoliberal “rasionalizmin” yeganə və mütləq dəyər kimi 

qlobal səviyyədə qəbul edilməsindən gedirsə, onda elə belə də yanaşmaq, 

məhz  mahiyyət  üzrə  əsas  müddəaları  ortalığa  qoymaq  daha  düzgün  və 

ədalətli  olardı.  Çox  qəribədir  ki,  problemə  yuxarıda  təsvir  etdiyimiz 

tərzdə yanaşma, sanki vahid mərkəzdən idarəolunan proses kimi kifayət 

qədər  geniş  yayılmış  və  əksər  tədqiqatlarda  həqiqət  kimi  qəbul  edilir. 

Arzuedilənin gerçəklik kimi ortalığa qoyulmasında neoliberalistlərin əsas 

hədəflərindən  biri  –  milli  dəyərlər  sistemini  həm  lokal,  həm  də  qlobal 

səviyyələrdə  “kütləvi”  hücuma  məruz  qoymaq,  onun  mahiyyətini 

(modernləşmə  bayrağı  altında)  kardinal  şəkildə  dəyişmək  və  neoliberal 

dəyərlərlə “silahlanmış” individiumu beynəlxalq və milli müstəvidə əsas 

aktora çevirmək niyyəti güdülür. 

Aydındır ki, bu halda super iqtisadi gücə malik olan ölkənin (ABŞ-

ın)  dövlət  maraqlarının  tam  şəkildə  təminatı  yolundaki  bütün  maneələr 

aradan qalxacaqdır. 

Ümumiyyətlə,  problemin  bu  aspektdə  qoyuluşunun  özü 

problematikdir.  Belə  çıxır  ki,  problemin  mahiyyəti  yaxud  adının 

təsvirində  yalnış  aktuallaşma  aparılır.  Problemin  qoyuluşunun 

problematikliyi  hansısa  prizmadan  elm  ətrafı  dairədə  “elmi”  qoyuluş 

kimi qəbul edilə bilər. Amma, real elmi-metodoloji yanaşma çərçivəsində 

ən  yaxşı  halda  iki  problem  arası  “söz  oyunu”  keyfiyyətindən  o  yana 

çıxmır. 

Həqiqətən də, ilkin şərtlərin problem xarakterli  olması, məzmunca 

problemin dərkedilməzliyi anlamına gəlir ki, bu halda vəziyyətdən çıxış 

yolu  kimi  hər  hansı  bir  cəhətin  yaxud  formalaşmaqda  olan  situasiyanın 

hər  hansı  bir  konkret  münasibətlər  məcmusunun  ideallaşdırılması  belə 

“yalançı”  ideallaşma  olacaqdır.  Bu  deyilənlər  məsələyə  yanaşmanın 

metodoloji  yozumudur.  O  ki,  qaldı  məsələnin  real  məzmununa,  bu 

sferada  tam  anlaşılmazlıq  hökm  sürür.  Axı,  məlumdur  ki,  qlobal 

səviyyədə  qlobal  sosiumun  idarəedilməsi  problemi  deyilən  bir  problem 

yoxdur yaxud bugün, eləcə də yaxın gələcəkdə gündəmə daxil ediləcəyi 

gözlənilmir. 

Eyni  zamanda,  məlumdur  ki,  “dünya  hökuməti”  adlı  hansısa 

fövqəlmilli  qurum  da  yoxdur.  Və,  qlobal  sosiumun  idarəolunması  ilə, 

təkrar  edirəm,  idarəolunması  ilə  heç  bir  beynəlxalq  struktur  məşğul 

olmur.  Mövcud  beynəlxalq  təşkilatların  bir  qismi  planetar  səviyyədə 


Dünya iqtisadiyyatının tarixi 

 

 



442

                                                            

sosiumla  bağlı  bəzi  problemlərin  müzakirəsini  (müzakirədən  o  yana 

keçmir)  aparırlar  və  əgər  qismət  olursa,  bəzi  hallarda  müəyyən  qərarlar 

da  ortalığa  qoyurlar.  Amma,  beynəlxalq  təşkilatların  qərarları  bir  qayda 

olaraq, tövsiyə xarakterli olur, yəni heç bir hüquqi yük daşımır. 

Qətiyyən unudulmamalıdır ki, nəyin və necə baş verməsindən asılı 

olmayaraq,  sosium  həmişə  milli  xarakter  daşıyır  və  bu  xassə  onun 

substansiyası kimi  çıxış edir. “Abstrakt sosium”  xalis təxəyyül məhsulu 

olmaqla heç bir halda reallığa çevrilə bilməz. Sosium daxili baş verən və 

onun  monolitliyini  (bunsuz  inkişaf  yoxdur)  formalaşdıran  proses  sosial-

həmrəylik → sosial əməkdaşlıq → milli identiklik oxu üzrə getməklə heç 

bir  tarixi  dönəmdə  alayı  məzmun  daşımamışdır  və  bu  əslində  heç 

mümkün də deyildir. 

Əslində  nə  baş  verir?  Neoliberal  məzmunlu  qloballaşma  həm 

planetar,  həm  regional,  həm  də  milli  səviyyələrdə  cəmiyyətin 

idarəedilməsi  sferasında  mövcud  olan  və  yeni  yaranan  problemləri  ifrat 

dərəcədə kəskinləşdirməkdədir. 

Fərd-fərd,  fərd-cəmiyyət,  cəmiyyət-dövlət  və  nıəhayət  fərd-dövlət 

münasibətlərində az və  ya  çox dərəcədə problemli situasiyalar meydana 

çıxmış və bu proses getdikcə dərinləşməkdədir. 

Eyni  zamanda,  qeyd  edilməlidir  ki,  semantik  yanaşmanın  daxili 

məntiqinə söykənməklə gəlinən nəticənin həqiqiliyi müəyyən şübhələrlə 

qəbul  edilə  bilər.  Belə  ki,  əvvəla,  problemə  yanaşmanın  metodoloji 

bazası 

müəyyən 


suallar 

doğurur. 

Praqmatik 

həqiqətin 

müəyyənləşdirilməsində  semantik  yanaşmadan  istifadə  nə  dərəcədə 

doğrudur?  Həqiqətin  aşkarlanması  və  əsaslandırılması  kriteriyalarının 

müxtəlifliyi  inkar  edilmədiyi  təqdirdə  -  bu  həqiqətən  də  belədir  -  hansı 

əsasla  gəlinən  qənaətin  gerçək  olduğu  iddia  edilir?  kincisi,  vətəndaş 

cəmiyyəti  heterogen  xassəli  funksional  yaranış  olmaq  etibarilə  (düzdür, 

vətəndaş  cəmiyyəti  quruculuğu  prosesinin  müəyyən  mərhələsində 

determinləşmiş dinamika müşahidə edilir, yaxud edilə bilər) özündə ifrat 

dərəcədə  parçalanmış  mənafe  qruplarının  “mənə  məxsus  olmalıdır” 

prinsipi  əsasında  aparılan  qarşılıqlı  rəqabət  müstəvisində  göstərdikləri 

fəaliyyətlərinin məcmusunu ehtiva edir. Axı, vətəndaş cəmiyyətinin əksər 

struktur  bölmə  və  elementlərini  özündə  birləşdirə  biləcək  “ümumi 

məqsəd”  olmur.  Əgər  məqsəd  ümumiliyi  yoxdursa,  “bəlkə  də 

qaytardılar”  prinsipinə  güvənmək,  ümid  etməklə  hansı  sinergetik 

effektdən  danışmaq  olar?  Dövlət  →  vətəndaş  cəmiyyəti  tandemi 

dayanıqlı inkişafın mühüm amillərindən biridir – yalnız o halda ki, dövlət 

vətəndaş cəmiyyətinin struktur bölmələri arasında, eləcə də fərd-vətəndaş 



Dünya iqtisadiyyatının tarixi 

 

 



443

                                                            

cəmiyyəti,  fərd-dövlət  və  nəhayət,  dövlət-vətəndaş  cəmiyyəti  arasında 

mənafe tarazlığını təmin edə bilsin. Başqa sözlə, vətəndaş cəmiyyətinin, 

bir  sıra  tədqiqatçılar  tərəfindən  formalaşdırılmış  “ideal  simasının”  real 

məzmun kəsb etməsi birbaşa və bilavasitə dövlətin “davranış tərzindən” 

funksional asılılıqdadır. Başqa sözlə,vətəndaş cəmiyyətini beynəlxalq və 

milli  səviyyədə  dövlətə  bərabər  aktor  kimi  səciyyələndirmək  nəinki 

yalnışdır, hətta çox ağır nəticələrə gətirib çıxara bilər. 

Həmçinin,  şübhə  yoxdur  ki,  qloballaşma  (neoliberal  model 

çərçivəsində)  ayrı-ayrı  strukturların  azadlıq  dərəcəsi  ilə  onların  planetar 

səviyyədə mənafe tarazlığının formalaşdırılması arasında birbaşa və tərs 

mütənasib asılılığın olduğunu üzə çıxarır.  

radə  azadlığı  →  sosial  məsuliyyət  cütlüyünün  isə  həqiqi  bir 

“cütlük”  olmadığı,  daha  çox  arzuedilən  funksional  bağlılıq  keyfiyyətinə 

sahibliyi  və  ifrat  dəyişkən  xarakterə  malikliyi  adi  gözlə  müşahidə 

edilməkdədir.  Problemi  qəlizləşdirən  əsas  məsələ  ondan  ibarətdir  ki, 

qloballaşma  ictimai  sistemin  açıqlıq  dərəcəsini  kəskin  şəkildə 

genişləndirir  və  yüksəldir.  Bu  prosesə  paralel  olaraq  ayrı-ayrı  fəaliyyət 

sferalarının  (qlobal  miqyasda)  nataraz  yönümlü  inteqral  qovuşması  baş 

verir  ki,  nəticədə  alınan  “inteqral  bütövlük”  daha  çox  anklav  xarakteri 

kəsb  edir  və  geridönməzliyi  ilə  səciyyələnir.  Məsələn,  qlobal  maliyyə 

bazarının artıq ayrı-ayrı ölkə, yaxud region çərçivəsində spontan qaydalı 

əlahiddələşməsi  mümkünsüzdür.  Yaxud,  mümkündür,  amma  çox  ağır 

nəticələrlə  sonuclana  bilər.  Məhdud  zaman  çərçivəsində  müvəqqəti 

olaraq müəyyən əlahiddələşmələr baş verə bilər. Lakin, yuxarıda da qeyd 

etdiyimiz  kimi,  müstəsna  hallar  bir  qayda  olaraq  dayanıqlı  xarakter 

daşımır. 

Digər tərəfdən, anklav xarakterli “inteqral bütövlüklərin” yaranması 

bütünlükdə  bəşəriyyətin  davamlı  və  sabitqədəmli  inkişafı  nöqteyi-

nəzərində fəsadlar kompleksi doğurur: 

1.

 



Hər  şeydən  əvvəl,  planetar  miqyasi  əhatə  edə  biləcək 

“qlobal  ümumilik”  daha  çox  pərakəndəliklərin  süni 

bütövlüyü  təsirini  bağışlayır.  Belə  ki,  maliyyə  sferasını 

çıxmaq  şərti ilə  qlobal  bütövlük  anlamına  gələn  ikinci  bir 

sferanın adının çəkilməsi problematikdir. 

2.

 



Müasir qloballaşma prosesi nəinki “müxtəlifliklərin”, hətta 

“müxtəlif  sürətlilərin”  belə  ortaq  məxrəcini  tapmaqda 

acizdir. 

3.

 



Geniş  təkrara  istehsal  prosesinin  milli  tamlığı,  bütövlüyü 

pozulur; 



Dünya iqtisadiyyatının tarixi 

 

 



444

                                                            

4.

 

Ölkə  özünün  klassik  anlamını  dəyişir.  Ölkə  →  “ölkə-



sistemə” transfer edir. 

5.

 



Qloballaşma  (neoliberal  bazarla  birlikdə)  qlobal  geniş 

təkrar  istehsal  prosesinin  gedişində  kəskin  “separatizm” 

meyilləri  doğurmaqda  davam  edir.  Qlobal  maliyyə  sferası 

“özündə  şeyə”  çevrilməklə  “isti  pullar”  (həmçinin,  real 

mövcud  olmayan  pullar),  “möhtəkir  əməliyyatlar”  dalınca 

qaçmaqdadır. 

  Araşdırmalarımız  göstərir  ki,  qloballaşmanın  gətirdiyi  naqisliklərin 

əsaslı  səbəblərdən  qaynaqlanmasında  istinad  edilən  neoliberal  bazar 

modelinin həlledici rolu vardır. Belə ki, neoliberal bazar modeli: 

1.

  Seçim  və  manevr  imkanlarını  ifrat  dərəcədə  məhdudlaşdırır. 



Strateji qərarların qəbulu prosesi çox dar çərçivəyə salınır. 

2.

  Bu model alternativsizlik keyfiyyətini ortalığa qoyur ki, nəticədə 



də milli səviyyədə siyasi pessimizm qaçılmaz olur. 

3.

  Dayanıqlı  inkişafın  başlıca  sütunlarından  olan  orta  təbəqə 



eroziyaya uğrayır. 

4.

  Əhalinin ifrat təbəqələşməsi və marginallaşması prosesi sürətlənir 



və s. 

 

Araşdırmalarımız  belə  bir  qənaətə  gəlməyə  imkan  verir  ki, 



qloballaşmanın  neoliberal  modeli  tam  şəkildə  yararlı  deyildir  və  onun 

(yəni,  qloballaşmanın)  struktur  prinsiplərinin  real  gerçəkliyə  adekvat 

olaraq dəyişdirilməsi zərurəti mövcuddur. 

 

 



 

 


Dünya iqtisadiyyatının tarixi 

 

 



445

                                                            



XVI fəsil. Dünya iqtisadiyyatının inkişafında V mərhələ

“informasiya iqtisadiyyatı” 

 


Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin