§16.3. nformasiya iqtisadiyyatı: virtuallaşmanın fəsadları
Virtuallaşma – tamı, bütövü görmə, anlama imkanlarını potensial
mümkünlük sferasından reallığa çevirən bir prosesdir. Dünya “kiçilir”,
“nöqtələşir”. Dərketmə, araşdırmaların real empirik bazasını toplu
halında əldə etmə, qlobal proseslərin təzahür formalarını üzə çıxarma
baxımından sözügedən prosesin alternativi yoxdur. Təşkil, tənzimlənmə,
idarəetmə sferalarında maksimum effektivliyə nail olma və təbii ki, elmi-
tədqiqatlarda sistemliliyin təminatı prizmasından virtuallaşma son dərəcə
mühüm əhəmiyyət kəsb edir....
Həm qlobal, həm də regional və milli səviyyələrdə reallığın
virtuallaşması
prosesinin
intensivlik
dərəcəsi
yüksələn
xəttlə
getməkdədir. Proses artıq bütün təsəvvür edilən və edilməyən sərhədləri
keçməkdə, konkretləşməkdə, konkret varlığın virtuallaşmasını reallığa
çevirməkdədir. Yəni, virtual reallıq – virtual varlıq (mahiyyət fərqliliyini
Dünya iqtisadiyyatının tarixi
455
nəzərə almadan) eyniyyəti aktual reallığın təbii “görünüşlü”, immanent
xassəli törəməsi kimi meydana çıxmaqdadır...
Heç bir şübhə yoxdur ki, “Homo vitualis” (virtual insan) problemi
üçüncü minilliyin mərkəzi probleminə çevriləcəkdir.
“Virtual” anlayışı latın mənşəli “virtualis” sözündən yaranıb və
“mümkün olan, elə bir şey ki, müəyyən şəraitdə yaranır yaxud
yaranmalıdır” anlamındadır. Virtual reallıq fenomeni – bu gün elmin əsas
“baş ağrısıdır”.
Virtual reallıq şüurlu, dərkedilən şəkildə və məqsədyönlü olaraq
yaradılanda artefakta – süni şəkildə formalaşdırılan obyektə çevrilir və
spontanlığı itirir. Virual reallıq - əslində yabançı təbiətli reallıqdır. Bu
reallıq – həqiqi mövcud olan reallıqdan daha çox azadlığa
(məhdudiyyətsiz) malikdir və bəzi hallarda (əsasən iqtisadi sferada )
insan motivasiyasının “bespredeli” kimi xarakteristikaya da sahiblənə
bilir. lğım məzmunluluğu arxasında isə kifayət qədər iddialı bir istək
dayanır: real varlıq statusuna sahiblənmək istəyi? Virtual reallığın aydın
şəkildə formalaşdırılan məqsədləri var:
1.
stəyin ödənilməsi situasiyasını yaratmaq;
2.
Mental itkilərin komnensasiyası;
3.
Hipotetik yaxud şərti olaraq aparılan dialoqda məna
axtarışı prosesini həyata keçirmək;
Bu, artıq, əgər belə demək caizdirsə, nəzəriyyələşmə anlamına
gəlir.
Virtual reallığın mərkəzi problemi surəti yaxud obrazı yaradılan
şeylə onun özünün, yəni real mövcud olan şey arasındakı, başqa sözlə
obrazın hegemonluğu və şeyin konkretliyi dixotomiyasındakı münasibət
problemidir. Başqa sözlə, geridönüşlə hərəkət traektoriyasını dəyişmə
istəyi yaxud müxtəlif kalibrli manipulyasiyaların həyata keçirilməsi,
əslində yaxşı heç nə vəd etmir. Yaxud, müəyyən çərçivədə əldə edilən
“yaxşı” çox qısaömürlü olur və tezliklə özünün əksinə - pisə çevrilir.
Belə ki, konkret reallığın sərhədləri və müstəqil mövcudluq imkanında
olan konkret varlıq hər hansı bir individual “Mən”in ideal yeniləşmə
“istəyinə”,onun istədiyini etmə istəyinə tabe deyildir.
Eyni zamanda, virtual reallığın aktual reallıqla identikliyi
mövcuddur. Yəni, o məkan, zaman, hərəkət, inkişaf və s.-ni özündə
ehtiva edir, həmçinin ideal –artefakt və virtual-spesifik xassələrə
malikdir. Amma ... qeyd edilən atributika aktual reallıqla eyni “davranış”
xarakterinə malik deyildir. Belə ki, virtual reallıqda məkan-zaman
Dünya iqtisadiyyatının tarixi
456
prosesləri fundamental səciyyəli sabit keyfiyyətlərlə birmənalı olaraq
bağlılıqda deyildir. Zaman axıcılığı subyektiv istəkdən asılı olaraq
pozula, dayandırıla, gücləndirilə yaxud ləngidilə bilər. Başqa sözlə,
keçmişdən indiyə və gələcəyə yönəlik zaman hərəkəti mütləq dəyişmə
statusu daşımır. Yəni, prosesin istənilən nöqtəsində geriyə dönüş
mümkündür. Qeyd edilən aspekt virtual reallığın anlaşılmaz, qəribə
xassələr kəsb etməsini, gerçəklikdə mövcud olan səbəbiyyətlə izahı
mümkünsüz olan “hoqqalar” doğurmasını sərtləndirən əsas cəhətdir.
Beləliklə, virtual reallıq ifrat fenomenallıq xarakteristikası daşıyır.
Hadisə - onu doğuran səbəblərdən uzaqlaşaraq – mütləq müstəqillik əldə
edir və gerçək münasibətlər sistemindən tamamilə fərqli məzmun daşıyan
qarşılıqlı təsir və qarşılıqlı əlaqələr kompleksi formalaşdırır. Virtual
reallığın polisemantikliyi onda təzahür edir ki, bir tərəfdən şəxsi
identiklik problemini gərginləşdirir, digər tərəfdən, onu tam şəkildə
aradan qaldırır və şəxsiyyəti obyektiv varlığa qarşı etinasız edir. Bəzi
hallarda virtuallığın əsas keyfiyyəti kimi interpretasiyanın üzərində
dayanırlar. Məhz bu mövqedən qiymətli kağızlar hesabına sərvət
toplamanın
mexanizmini
anlamaq
mümkündür.
Məhz
sosial
fenomenlərin virtuallığı insanın daxili eksistensiyasının ikiliyi, hətta
çoxluğu keyfiyyətini doğurmaqdadır.
Virtual reallıq bir-biri ilə keçid münasibətləri olmayan çoxlu sayda
ontoloji nöqteyi-nəzərdən müstəqil reallıqların model imitasiyasını
yaradır. Fizikada olduğu kimi, sosial fenomenlər və iqtisadiyyat
sferasında da virtual “hissəciklər” gerçəklikdə mövcud olan
“hissəciklərin” (öz xassələri kompleksi nöqteyi-nəzərindən) analoqları
deyildirlər: “... onlar konkret varlıq keyfiyyətinə sahib deyillər, ani olaraq
potensial vəziyyətdən çıxış edir və heç vaxt tam şəkildə
aktuallaşmırlar”
204
“...Belə varlığın paradoksallığı ondadır ki, “mövcud”
olan həqiqətdə yoxdur”
205
.
qtisadiyyatın spesifik xassələrə malikliyi, əsasən konkret və gerçək
varlıqlar şəkilində mövcudluğu, sabitlik və dayanıqlılıq keyfiyyətinin
vazkeçilməzliyi virtual reallıq adlanan aldanışa aludəçiliyi birmənalı
şəkildə rədd edir.
Müəyyən sərhədlərə qədər (bu sərhədlərin maksimumu gerçək
varlıqdan uzaqlaşma məsafəsi ilə müəyyənləşir; təəssüf ki, böhranlar
204
Севальников А.Ю. Виртульная рельность и проблемы ее описания // Смирнов-
ские чтения – М., 1999.- С 226
205
Yenə orada, s.227
Dünya iqtisadiyyatının tarixi
457
şəklində) virtual reallığın subyektiv iradəyə tabeçiliyi yaxud belə bir
görüntünün yaradılması idarə edən subyektdə - insanda qələbə eyforiyası
doğurur. “Gerçəklikdən uzaqlaşma, xəyallar aləminə” daxil olmaqla
virtual reallıq rasional yozumu mümkünsüz olan təmayüllər doğurmaqla
sanki gerçək bir prosesin inkişafını əks etdirir
Virtuallaşma – fundamental xarakterli paradiqmaları (klassik
liberalizm çərçivəsində) yararsızlaşdırmaqda davam edir. Fikrimizcə,
problemin əsas mahiyyəti məhz bu aspektlə (bəzilərinin postmodernizm
adlandırdıqları reallıqla) bağlıdır. Bazarın hər şeyi əhatə etməsi həm
klassik, həm də müasir liberalizm mövqeyindən doğru deyimdir. Lakin,
deyimin müasir yozumu klassik yanaşmadan mahiyyətcə əsaslı sürətdə
fərqlənir. Belə ki, bazarın tam mütləqləşdirilməsi və bazar qiymətlərinin
birja dövriyyəsinə qədərki proseslərin nəzərə alınmadan qoyuluşu əsl
həqiqətdə bazar reallığını mifoloji yaranış, xüsusi instansiya (varlığı
idarəedən) kimi səciyyələndirir və qeyd edilən yanaşmanın real bazası
kimi “virtual qanunauyğunluqlara”??? istinad edilir. Başqa sözlə, anlama
müstəvisində antoloji nöqteyi-nəzərdən son dərəcə ciddi dəyişiklik baş
verir. Bazar – artıq təsərrüfat prosesinin, yaxud tsiklinin yekunu kimi
deyil, səbəbi keyfiyyətində çıxış edir. Digər tərəfdən, məlumdur ki,
klassik yanaşmada hər bir şeyin varlığı tələb → təklif münasibətləri
sistemində təzahür edir, onunla birbaşa bağlılıqda müəyyənləşir. Müasir
yanaşma isə şeyin varlığını tələb → təklif münasibətləri sistemindən tam
şəkildə təcrid etməklə, birjanın virtual məkanında kortəbii fasiləsizliklərə
daxil edir. Buna görə də, təəccüblü deyildir ki, qeyd edilən şəraitdə “isti
pullar”, valyuta əməliyyatları, virtual pullarla (iqtisadi prosesdən təcrid
olunmuş formada) aparılan əməliyyatlar prioritet xarakter kəsb etməyə
başlayır.
Təsadüfi deyildir ki, yalnız maliyyə kapitalı qlobal şəbəkə təşkilinə
malikdir. Əgər nəzərə alsaq ki, dünya maliyyə bazarının strukturunda
dövriyyədə olan vəsaitlərdə “isti pulların” xüsusi çəkisi 90%-dir
(möhtəkir əməliyyatları ilə əlaqədar), onda qlobal elektron şəbəkənin
“sərvətyaratma”da əhəmiyyətli rolu üzə çıxacaqdır.
206
1980-1999-cu illər arasında dünya maliyyə bazarlarının
kapitallaşması 2 trln. dollardan 20 trln. dollara qədər artmışdır. Hələ o
dövrdə mütəxəssislər hesab edirdilər ki, yeni informasiya texnologiyaları
növbəti 8-10 il ərzində kapitallaşma dərəcəsini 10 dəfə (200 trln.dol)
206
Погорлецкий А.И. Экономика зарубежных стран. СПБ., 2000.- С.47
Dünya iqtisadiyyatının tarixi
458
artıracaqdır.
207
Əslində isə bu artım 30 dəfə olmuş, qeyd edilən göstərici
600 trln. dol. (2008-ci il) təşkil etmişdi ki, bu da Qlobal Məcmu
Məhsuldan (60 trln.dol.) 10 dəfə çoxdur.Əslində, sərvətyaratma
modelinin mahiyyətində kardinal dəyişikliklər baş verir. Əmək – artıq
sərvətin başlıca mənbəyi deyil yaxud əvvəlki zirvəni tərketmək
məcburiyyətindədir.
Daha konkret şəkildə ifadə etsək, bu o deməkdir ki, reallıq, sözün
həqiqi mənasında virtuallaşır. Yəni, real mallar bazarından xalis maliyyə
“burulğanına”, virtual iqtisadiyyata keçid baş verir. Beləliklə, kapitalın
xalis hərəkəti real məzmunlu iqtisadi proses “statusu” alır, maliyyə
sferası
reallığın
digər
aspektlərindən
“təmizlənmiş”
formada
avtonomlaşır. Nəticədə, qlobal iqtisadi sistemin mahiyyətində qeyri-
müəyyənliyin hökmran mövqelərə yiyələnməsinə istinadla güclü
keyfiyyət dəyişikliyi baş verir. Artıq problemin ağırlıq mərkəzi tələb və
təklifin tarazlı dinamikası üzərinə deyil, fond birjalarının, fyüçers
axınlarının təşkili və idarəedilməsi üzərinə düşür, real sektor və ənənəvi
ticarət iqtisadiyyatın periferiyasına sıxışdırılır. Eyni zamanda,
sadalananlar avtonom status əldə etməklə özü-özünün ölçü vahidi kimi
çıxış edir və mərkəzi məsələyə çevrilir.Birja tsikllərində kapitalın xalis
hərəkəti artan sürətlə getməklə elə yüksək səviyyələrə çatır ki, onun
müqabilində iqtisadiyyatın digər, həm də sırf real məzmunlu sferaları elə
bir əhəmiyyət kəsb etmirlər.
Problemi kifayət qədər qəlizləşdirən və təcrübənin də göstərdiyi
kimi, böhrana gətirib çıxaran digər cəhət qiymətlərlə bağlıdır. Məsələ
burasındadır ki, birja qiymətləri – klassik yanaşmanın iddia etdiyi kimi –
artıq stoxastik xarakterli mutasiyaya məruz qalmır və onun
müəyyənləndirilməsində tələb - təklif münasibətləri iştirak etmirlər.
Belə ki, birja qiymətləri – özünün xüsusi tətbiqi məntiqinə istinadla
konkret sərhədləri və yolu olan trayektoriya boyunca hərəkət edirlər.
Qiymətlər virtual məkanın immanent qanunları əsasında formalaşır
və trendlə dəyişirlər. Beləliklə, bazar qiymətlərinin dinamikası sözügedən
trendlər sistemində müstəqil prosesə çevrilir, mal və axınların faktiki
reallığından asılı olmurlar. Trendlərin müstəqilliyi dünyanın bu gün
üzləşdiyi əsas problemlərdən birinin yaranmasında müstəsna rol
oynamışdır. Belə ki, bazar obyektlərinin fiktivliyi şəraitində də qiymət
trendlərinin real şəkildə mövcudluğuna xələl gəlmir. Maraqlıdır ki, təsvir
207
Минс Г. Шнайдер Д. Метакапитализм и революция в электронном бизнесе:
какими будут компании и рынки в XXI веке/ Пер. сангл. М., 2001.- С.25
Dünya iqtisadiyyatının tarixi
459
etdiyimiz situasiyanı bəziləri “maliyyə əlkimyası”, “bazar cadugərliyi”
və s. epitetlərlə səciyyələndirsələr də, digərləri bu proseslərdə
postmodernizm ruhu görürlər.
Sivilizasiyanın fundamental mutasiyası kimi çıxış edən
postmodermizmin, əgər həqiqətən mövcuddursa, qlobal iqtisadi inkişafı
qeyri-müəyyənlik labirintinə sürəkləməsindən, dayanıqsızlıq və
etibarsızlıq sindromlarını yaratmadan özgə nəyə isə gətirib çıxaracağı
böyük sual altındadır.
Konkret kəmiyyət ölçüsü və konkret təyinatı olan iqtisadi
varlıqların virtuallaşması - əsasən pul və onunla bağlı olan sferada –
qeyri-müəyyənliyin əhatə dairəsini ifrat dərəcədə genişləndirməklə (həm
də, tam süni olaraq) sistemin entropiyasını maksimum həddə çatır və
ilkin olaraq, “titrətmə”, sonraki proseslərdə isə böhranla yekunlaşır.
Virtual pullar - əslində qlobal iqtisadi gerçəkliyin qan-damar sisteminin
trombositidir – virtual pullara aludəçiliyi minimal səviyyədə olan ölkələr
– təcrübə göstərdiyi kimi – “varikoz genişlənmə” ilə böhrandan yaxa
qurtara bilirlər.
Ümumiyyətlə, müasir sivilizasiyanın daha çox abstrakt görünüşə və
dərketmə çətinliyinə malik olan institutlarına münasibətdə inamsızlıq
özünün ifrat sonluğuna qədər uzanmaqdadır. Qlobal səviyyədə nəinsə,
deyək ki, pulun və onun əsasında formalaşan maliyyə institutları
şəbəkəsinin real işləmə mexanizminin kənar gözlərdən “gizlədilməsi”,
məxfilik libasına bürünməsi planetar miqyasda spontan qaydanın həqiqi
“spontanlıq” xassəsi daşıdığını böyük şübhə altına alır.
Pul münasibətləri – iqtisadi müstəvidə ağıla gələn və gəlməyən
əksər abstraksiyaların əsas mənbəyidir. Fon Xayek yazır ki, əvvəllər “....
sənətkarlardan qorxurdular, ona görə ki, onlar maddi substansiyanın
dəyişilməsi ilə məşğul olurdular. Sonralar ticarətçilərdən qorxmağa
başladılar – dəyəri dəyişdirdiklərinə görə; indi isə insanlar bankirlərdən
hansısa dərəcədə qorxmalıdırlar - ən abstrakt şeylə dəyişikliklərə baş
vurduqlarına görə”.
208
qtisadi fəaliyyətin təməl prinsiplərindən biri, hətta bəzi şərtlərin
mövcudluğu şəraitində birincisi olan azadlığın mövcudluğu pul
münasibətlərinin “neçəliyindən” birbaşa asılılıqdadır. Pul münasibətləri
real məzmunlu azadlıqdan real məzmunlu əsarətə, istismara qədər çox
geniş diapazonu əhatə edən mental yaranışdır. Onun qeyd edilən qütblər
arasında davranış tərzi və dəyişmə tezliyi (məzmunca) konkretliyin
208
Ф.А.Хайек. Пагубная самонадеянность. М; 1999.- С 110
Dünya iqtisadiyyatının tarixi
460
ertələnməsinə, yəni “mənasızlaşmasına” və anlaşılmaz abstraksiyaların
dominant mövqelərə keçməsinə səbəb olur. Beləliklə, planetar bütövü,
tamı olduğu kimi görmək, müşahidə etmək imkanlarını əhəmiyyətli
dərəcədə məhdudlaşdırır. Yəni, bizim bir ölkə kimi milli mənafelərimizə
birbaşa təsir göstərmək iqtidarında olan qlobal TAMın real mahiyyəti və
məzmununu deyil, yalnız bəzi xassələrinin aşkarlanması imkanını əldə
edirik. Başqa sözlə, qlobal iqtisadi inkişaf strategiyasını formalaşdıranlar
həm bu mərhələdə, həm də strategiyanın tətbiqi dövründə gerçəkliyə
adekvat olmayan, həqiqətə bənzər yanılmalardan “yoğrulmuş”
“nağıllarla” dünyanı yola verməyə çalışırlar. Məhz elə bu prizmadan
pulun virtuallaşması aktual reallıq məzmunu kəsb edir və real pul
münasibətlərinin doğurduğu neqativlərin nəinki əhatə dövrəsini ifrat
dərəcədə genişləndirir – qloballaşdırır, həmçinin həmin fəsadlara
“təbiilik” görüntüsü verir. Çox maraqlı bir paradoks alınır: real
olmayan ş ey tamamilə real mə zmunlu fə sad doğ urur. Reallığın
sərhədlərini müəyyənləşdirmək, onun haradan başlanıb harada
qurtardığını, prosesin hansı mərhələsində (yaxud, nöqtəsində) pulun adi
“kağıza” çevrildiyini, yəni virtuallaşdığını birmənalı olaraq barmaqla
göstərmək mümkün deyildir. Bir tərəfdən, əsas və törəmə maliyyə
bazarlarının öz aralarında, digər tərəfdən maliyyə bazarları ilə digər
bazarlar arasında birbaşa və əks-əlaqə o qədər sıxdır ki, qarşılıqlı keçidin
rəvanlığını adi gözlə müşahidə etmək olar.
Neoliberal modelin sərgilədiyi əlverişli şərait və virtuallaşma pul
sferasının fəaliyyət mexanizmini adekvat nəzəri interpretasiya ilə əhatə
etməyə imkan vermir. Formalaşan qlobal situasiyanın ifrat mürəkkəb
konstruksiyaya malikliyi elmi-tədqiqatları spontan qaydada təşəkkül
tapan abstrakt sxemlərdən ibarət təsvirçilik çərçivəsinə salır. Düzdür,
qeyd edilən təsvirçilik yaranmış yeni mahiyyətin ən ümumi konturları
aspektində izahına imkan versə də, hər hansı bir konkret məzmunlu son
nəticənin (öngörmə prizmasından) ortalığa qoyulmasını prinsipcə
mümkünsüzləşdirir.
Neoliberal model onsuz da maliyyə sferasını geniş təkrar istehsal
prosesindən ayırıb, əlahiddələşdiribdir. Qeyd edilən əlahiddələşmə öz-
özlüyündə böhrana aparan, makrosabitliyi birbaşa təhdid edən böyük bir
problemdir. Hələ bu azmış kimi, bir tərəfdən də maliyyə vəsaitlərinin
virtuallaşması sürətlə getməkdədir. Əslində, iqtisadi inkişafın daxili
məntiqindən çıxış etsək, “əlahiddələşən”, sistemdən ayrılaraq müstəqil
mahiyyət yaradan istənilən şey ya geriyə, çıxdığı yerə qayıtmalı, ya da
virtuallaşmalıdır. Üçüncü yol, sadəcə olaraq, yoxdur.
Dünya iqtisadiyyatının tarixi
461
Digər tərəfdən, virtual pulların ümummilli mənafelərə təsiri qeyri-
qanuni yollarla (narkotik, silah ticarəti və s.) əldə edilən və elə həmin
üsulla da iqtisadi dövriyyəyə qatılan pullar qədər təhlükəli və zərərlidir.
Bu mənada, qiymətli kağızlar bazarının inkişaf trayektoriyası qlobal
səviyyədə qərarlaşmış üsul və metodlardan fərqli formada həyata
keçirilməli, konkret məhdudiyyətlər sistemi (real situasiyanın dəyişmə
tezliyindən asılı olaraq) tətbiq olunmalıdır. Araşdırmalar göstərir ki, hər
hansı bir iqtisadi subyektin bazar kapitallaşması prosesinin konkret
nisbətlər formasında, yəni – ortaillik mənfəət, rentabellik dərəcəsi ilə
buraxılması nəzərdə tutulan səhmlərin (yaxud digər qiymətli kağızların)
məcmu dəyəri arasında düzgün,şişirdilməyən mütənasibliyin qurulması
formasında aparıla bilər. Eləcə də, törəmə maliyyə bazarlarının
formalaşmasında da analoji yanaşmadan yararlanmaq məqsədəuyğun
olardı.
Dünya iqtisadiyyatının tarixi
462
VII BÖLMƏ
SON SÖZ Ə VƏ Z
XVII fə sil. Dünya iqtisadiyyatı perspektiv planda
§17.1. Dünya iqtisadiyyatının inkiş af proqnozu
Dünya iqtisadiyyatının inkişaf təmayülləri istifadə edilən modelin
metodoloji xarakteristikasından asılı olaraq müxtəlif variantlarda
qiymətləndirilə bilər. Aydındır ki, dünya iqtisadiyyatı hansısa bir
əlahiddələşmiş, mütləq mahiyyət daşıyan konsept deyildir. O,
coğrafiyadan, ekologiyadan, sosial-etik münasibətlər sistemindən,
geosiyasi mühitin xarakteristikasından və s. funksional asılıqdadır. Eyni
zamanda, o da aydındır ki, qeyd edilən çoxluğun olduğu kimi tədqiqat
prosesinə cəlb edilməsi, ifrat konkretləşdirmə mövqeyindən çıxış
edilməsi, yəni elmi abstraksiyanın prosesdən sərf-nəzər edilməsi bugün
dövriyyədə olan metodoloji arsenalın kasadlığı ucbatından mümkünsüz
görünür. Buna görə də, qiymətləndirmənin ən geniş yayılmış forması
proses və hadisələrin dəyər terminlərindən yararlanmaqla – pul
ifadəsində
həyata
keçirilməsi
variantıdır.
Bu
aspektdən
qiymətləndirmənin əsas göstəriciləri kimi Qlobal Məcmu Məhsul, sənaye
istehsalı, dünya ticarəti, həyat səviyyəsi göstəriciləri, eləcə də digər
sosial-iqtisadi indikatorlar çıxış edirlər.
Dünya iqtisadiyyatının yeni düzənə keçidi ərəfəsindən (1997-ci il)
başlayaraq 2006-ci ilə qədər olan dövrdə Qlobal Məcmu Məhsulun
dinamik artımı baş vermiş və bu artımda əsas yeri əsasən inkşaf etmiş
ölkələr: ABŞ, Avropa ttifaqı və Yaponiya, qismən Çin titmuşlar (cədvəl
17.1).
Dünya iqtisadiyyatının tarixi
463
Cə dvə l 17.1
Qlobal Mə cmu Mə hsulun artım dinamikası
(ə vvə lki ilə nisbə tə n - %-lə )
llə r
QMM ABŞ -ın
ÜDM
(%)
Avrozona-
nın
ÜDM (%)
Almaniya-
nın
ÜDM(%)
Böyük
Britaniyan
ın ÜDM
(%)
Yaponiya
nın
ÜDM (%)
Çinin
ÜDM
(%)
1997
1998
1999
2000
2001
2002
2003
2004
2005
2006
4.2
2.9
3.7
4.5
2.2
2.4
2.9
2.5
3.2
3.2
4.5
4.2
4.4
3.7
0.8
1.6
2.5
3.9
3.2
3.3
2.3
2.9
2.8
3.5
1.6
0.9
0.8
1.7
1.5
2.6
1.4
2.0
2.0
2.9
0.8
0.2
-0.1
1.6
0.9
2.4
3.3
3.1
2.9
3.9
2.3
1.8
2.2
3.2
1.8
2.6
0.6
-1.0
0.9
2.9
-1.2
0.1
1.8
2.3
2.6
2.7
8.1
7.8
7.2
8.0
7.3
7.5
7.5
8.5
8.0
10.6
Qlobal Məcmu Məhsulda ən yüksək xüsusi çəkiyə ABŞ sahibdir –
21.69%, o cümlədən A -21.4%, Çin – 12%, Yaponiya 7.0%, Hindistan –
6.0%! MDB ölkələri Baltikyanı dövlətlərlə birlikdə QMM-in 5%-nə
sahibdirlər.
Dünya Bankının apardığı proqnoz hesablamalarına görə yaxın 25 il
ərzində inkişaf etməkdə olan ölkələr inkişafın əsas hərəkətverici
qüvvəsinə çevriləcəklər. Məhz inkişaf etməkdə olan ölkələrin sürətli
inkişaf tempi 2030-cu ildə QMM-in iki dəfə artmasına səbəb olacaqdır.
2030-cu ildə QMM-in mütləq həcmi 72 trln. dollara çatacaq ki, bu
artımda da inkişaf etməkdə olan ölkələrin xüsusi çəkisi 38%-dən çox
olacaqdır. Eyni zamanda, QMM-də sözügedən ölkələr qrupunun xüsusi
çəkisi 22%-dən 31%-ə qədər yüksələcəkdir. Həmçinin, ayrı-ayrı ölkələrin
inkişaf səviyyələri arasındakı uçurum tədricən aradan qalxacaqdır. Yəni,
Asiya, Şərqi Avropa ölkələri (ilk növbədə) inkişaf səviyyələrinə görə
inkişaf etmiş ölkələrə yaxınlaşacaqlar. Çində, Meksikada və Türkiyədə
adambaşına ÜDM istehsalı bugünkü spaniya səviyyəsinə (15000 dol.)
çatacaqdır. Dünyada yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı
düşəcəkdir. Dünya əhalisinin sayı 6.5 mlrd nəfərdən 8 mlrd. nəfərə qədər
artsa da (artımın 97%-i inkişaf etməkdə olan ölkələrin payına düşür),
gündəlik gəliri bir dollardan az olan insanların sayı (1.1mlrd. nəfər) iki
dəfə azalacaqdır. nkişaf etməkdə olan ölkələrdə illik 4000-17000 dollara
Dünya iqtisadiyyatının tarixi
464
qədər gəliri olan insanların sayı (400 mln nəfər) 3 dəfə artaraq dünya
əhalisinin 15%-ni təşkil edəcəkdir.
Dünya ticarətinin həcmi iki dəfə artaraq 27 trln. dollara çatacaq,
ticarətin QMM-də xüsusi çəkisi 25%-dən 30%-ə qədər yüksələcəkdir.
Bu artımın 50%-dən çoxu inkişaf etməkdə olan ölkələrin payına
düşəcəkdir. 25 il əvvəl sözügedən ölkələr qrupunun emal sənayesi
məmulatlarının idxalatında xüsusi çəkisi 14% təşkil etdiyi halda, bugün
həmin göstərici 40%, 2030-cu ildə isə 65%-ə çatacaqdır.
Digər proqnoz variantına görə Braziliya, Hindistan, Çin və Rusiya
2035-ci ildə 6 ən inkişaf etmiş ölkələri (ABŞ, Almaniya, Yaponiya,
Fransa, Böyük Britaniya, taliya) ötüb keçəcəklər.
Başqa sözlə, dünyada yeni güc mərkəzi formalaşacağı gözlənilir.
Son 30 il ərzində Çinin iqtisadi potensialı 15 dəfə, xarici ticarət
dövriyyəsi isə 100 dəfə artmışdır. Proqnozlara görə 2020-ci ildə Çinin
QMM-də xüsusi çəkisi 23%-ə çatacaq, (ABŞ-18%).
Dostları ilə paylaş: |