§15.4. Türkiyə iqtisadiyyatı qloballaşma dövründə
24 yanvar 1980-ci ildə qəbul edilmiş Stabilləşdirmə Qərarları
Türkiyənin dünyaya inteqrasiyasına əhəmiyyətli təsir göstərmişdir.
Bu dövrdə Türkiyənin idxalatında mühüm əhəmiyyət kəsb edən
neftin qiymətinin yüksəlməsi valyuta ehtiyacını əhəmiyyətli şəkildə
artırmışdır.
Problemli situasiyadan qurtarmaq üçün yeni xarici mənbələr
axtarışına başlayan Türkiyə Dünya Bankı, BVF-nun iqtisadiyyatda ciddi
struktur dəyişiklikləri tələbilə üzləşmişdir. Nəticədə, 1980-ci ildə bu
struktur dəyişikliklərini də özündə ehtiva “24 Yanvar Qərarları” həyata
keçirilməyə başlanmışdır.
Bu qərarların əsas hədəfləri tədiyyə balansının yaxşılaşdırılması,
inflyasiyanın cilovlanması, səmərəli resurs bölgüsünə imkan verən
qiymət sisteminin formalaşdırılması və effektiv xarici borc sisteminə nail
olunmasıdır. Bütün bu hədəflərə nail olmaq məqsədilə, dövlət büdcəsi
kəsirinin ortadan qaldırılması, qiymətlərin tənzimlənməsi, xarici
ticarətdəki məhdudiyyətlər kimi bazar sisteminə mənfi təsir göstərən
müdaxilələrin ləğvi və əməkhaqqı artımlarına limitlər qoyulması kimi
vasitələrdən istifadə edilmişdir. Həmçinin, dövlət müəssisələrinin
rasionallaşdırılması,
xarici
ticarətin
və
maliyə
sektorunun
liberallaşdırılması ilə vergi sisteminin səmərəliliyinin artırılması kimi
tədbirlər də nəzərdə tutulmuşdur.
192
Unctad, World Investment Report, 2005, N.Y. and Geneva, 2005. annex Tables A.
1.2., A.1.3.
Dünya iqtisadiyyatının tarixi
402
Cə dvə l 15.8
Türkiyə Respublikasında hə yata keçirilə n iqtisadi
siyasə tin ə sas mə rhə lə lə ri
Mə nbə : Mahfi Eğ ilmez, Makroekonomi: Türkiyeden Örneklerle, Birinci
Basım, Remzi Kitabevi, stanbul, Kasım 2009, s.28.
lk növbədə, inflyasiya, iqtisadi tənəzzül, valyuta çatışmazlığı kimi
iqtisadi problemləri həll etmək məqsədi daşıyan bu tədbirlərin digər
mühüm bir məqsədi də BVF, Dünya Bankı, Ə T kimi beynəlxalq
qurumların təzyiqini azaltmaq və xarici maliyyələşdirmə mənbələrindən
faydalanmaq olmuşdur. Bu baxımdan, yenidən liberalizmə keçid və azad
bazar iqtisadiyyatının tam gücü ilə çalışa bilməsi, dünyaya inteqrasiya ilə
birlikdə ixracata əsaslanan sənayeləşmə strategiyası üçün zəruri sosial-
iqtisadi və siyasi mühit yaradılmağa başlanmışdır.
Beləliklə, 1980-ci illərin birinci yarısından başlayaraq sənayeləşmə
modelini ixracata əsaslanan sənayeləşməyə çevirən Türkiyə, tədricən
sərbəst faiz, qiymət və valyuta sisteminə keçməyə başlamışdır. 1990-cı
illərdə kapitalın hərəkətinin sərbəstləşdirilməsi ilə bu yeni liberal siyasət
pik nöqtəsinə yüksəlmişdir.
- 1990- cı illər iqtisadi böhran və qeyri-müəyyən iqtisadi siyasət
mərhələsi
1984-1989-cu illər arası dövrdə Türkiyə iqtisadiyyatı iqtisadi artım
dövrü yaşamışdır. Bu dövrdə Qərb iqtisadiyyatlarında meydana gələn
canlanma, Türkiyənin həyata keçirdiyi ixracata əsaslanan iqtisadi artım
1980-1992
xracata ə saslanan iqtisadi artım, liberal siyasə t, xarici ticarə tdə
sə rbə stləş mə , özə lləş dirmə , iqtisadiyyatda dövlə t bölmə sinin xüsusi
çə kisinin azaldılması, dövlə tin borclanma ə sasında aliyyə ləş dirilmə si
1993-1994
qtisadi böhran və devalvasiya
1994-1999
Qeyri-müəyyən siyasətlər, Avropa Birliyi ilə gömrük ittifaqına qoşulma
2000-2002
qtisadi böhran dövrü, BVF ilə ortaq siyasətlərin
həyata keçirilməsi
2003-2008
Liberal siyasət, özəlləşdirmə, xarici kapitalın ölkəyə daxil olması, Avropa
Birliyi ilə
müzakirə dövrü və Birliyə uyğunlaşma prosesinə başlanması
2008
Qlobal iqtisadi böhran dövrü
Dünya iqtisadiyyatının tarixi
403
strategiyası ilə də üst-üstə düşərək potensialın artmasına səbəb olmuş və
Türkiyə iqtisadi artım prosesinə girmişdir. 1990-cı illərdə dünyada baş
verən iki mühüm hadisə - ran- raq müharibəsinin başa çatması və
Körfəz müharibəsi – Türkiyə iqtisadiyatına birbaşa təsir göstərmişdir. Bu
iki hadisə nəticəsində Türkiyə iqtisadiyyatı iki başlıca bazarını itirmişdir.
Bu hadisələrə paralel olaraq, dünya iqtisadiyyatında da bir durğunluq
prosesinin başlanması Türkiyədə ixracatı azaltmış, büdcə kəsirləri
inflyasiyanı artırmış, kurs siyasəti və digər amillər iqtisadiyyatı 1994-cü
il böhranına yuvarlamışdır.
1994-cü il böhranı həmin ilin aprel ayında Türkiyə iqtisadi tarixinə “5
Aprel Qərarları” kimi daxil olan tədbirlərin alınmasını zəruri etmişdir.
Həmin tədbirlər çərçivəsində tətbiq edilən proqram, sərt maliyyə və
monetar siyasətə əsaslanan ortodoks, əməkhaqqı artımlarının büdcə
ödəmələrilə məhdudlaşdırıldığı, dövlət müəssisələri məhsullarının
qiymətlərinin əvvəlcə artırılıb 6 ay sabit saxlanıldığı heteredoks
siyasətləri özündə birləşdirən qarışıq bir struktura malik olmuşdur.
Ancaq qısa müddət sonra ölkədə yaranan siyasi problemlər
proqramın icrasını ləngitmiş və BVF da iqtisadiyatın uçuruma getdiyini
göstərən bir hesabat hazırlayaraq ölkəni tərk etmişdir.
1996-1998-ci illər arasında qısamüddətli hökumətlər dövrünün
davam etməsi qeyri-müəyyənliyi artırmış, orta və uzunmüddətli
stabilləşdirmə proqramlarının tətbiqi mümkün olmamış, icra edilən
tədbirlər isə birdəfəlik mənbə axtarışı kimi qısamüddətli xarakter
daşımışdır. 1995-ci ildə başlayan sürətli iqtisadi artım meyli 1998-ci ilin
aprel ayına qədər davam etmiş, ancaq həm ölkədaxilindəki siyasi
sabitsizlik, həm də Cənubi-Şərqi Asiyada və daha sonra Rusiya
Federasiyasındakı maliyyə böhranı səbəbilə sona çatmışdır. 1999-cu ildə
yeni qurulan kaolisiya hökuməti iqtisadiyyatdakı bu mənfi gedişatın
qarşısını almaq və xarici maliyyə mənbəyi tapmaq məqsədilə BVF ilə
saziş imzalamağa məcbur olmuşdur. Ancaq imzalanan bu saziş, yeni bir
prosesin başladılması formasında deyil, daha əvvəl başlayan stand-bu
axtarışların davamı və nəticəsi xarakteri daşımışdır.
Bütün bu hadisələrin fonunda bu dövrün Türkiyə iqtisadiyyatı
baxımından mühüm əhəmiyyət daşıyan cəhətlərindən biri, 1996-cı ildən
Avropa Birliyi ilə Gömrük ttifaqı qurması və 1999-cu il Helsinki Zirvə
Toplantısı ilə Avropa Birliy üzvlüyünə namizəd ölkə statusu
qazanmasıdır.
2000-ci illərin əvvəllərində iki dəfə böhran yaşamasına
baxmayaraq, Türkiyə azad bazara əsaslanan iqtisadi modeli ilə öz
Dünya iqtisadiyyatının tarixi
404
inkişafını davam etdirmişdir. 2002-2007-ci illər arasında, yəni dünya
iqtisadi böhranına qədər Türkiyə iqtisadiyyatı ciddi bir inkişaf dinamizmi
qazanmışdır ki, bunun da əsas səbəbləri aşağıdakılardır:
● Dünya iqtisadi konyukturasının yüksəlişdə olması və milli
iqtisadiyyatların investorlar üçün cəlbediciliyinin artması,
●Konyuktura yüksəlişinin doğurduğu likvidlik bolluğu;
●Likvidlik bolluğunun risq qorxusunu azaltması və risqə getmək
meyilini artırması;
●Kapitalın miqrasiyasının dünya boyunca sərbəstləşdirilməsi;
●2001-ci il böhranı sonrasında bank sektorunun struktur
modernləşdirilməsi və zəif tərəflərinin aradan qaldırılması;
●Türkiyənin Avropa Birliyi ilə tamhüquqlu üzvlük müzakirələrinə
başlaması.
Bu dövrün əsas diqqəti çəkən xüsusiyyəti Türkiyənin Avropa
Birliyinə üzvülük yolunda 2005-ci ildən müzakirələrə başlamasıdır. BVF
ilə birlikdə icra edilən hökumət proqramlarının artıq 2009-cu ildə
yekunlaşmış, azad bazara üstünlük verən qarışıq iqtisadiyyat modeli
tətbiq edilir
-
Türkiyə
iqtisadiyyatının
inkiş af
trendinin
ümumi
qiymə tlə ndirilmə si
Bütün bu illər ərzində Türkiyədə demokratiya 27 may 1960, 12 mart
1971 və 12 sentyabr 1980-ci illərdə olmaqla, 3 dəfə “qırılma”
nöqtəsindən keçmiş və hərbi idarəetmə mülki idarəetməni əvəz etmişdir.
Təbii ki, hər bir hərbi müdaxilənin də arxasında müxtəlif sosial, siyasi və
iqtisadi səbəblər dayanırdı (cədvəl 15.10)
Türkiyə iqtisadiyyatının 1923-cü ildən bu günə keçdiyi inkişaf
dinamikasını aşağıdakı cədvəldən görmək olar(cədvəl 15.9).
Cədvəl 15.9
Ə
sas makroiqtisadi göstəricilərin inkişaf dinamikası (1923-2008)
llə r
qtisadi
artım
nflyasiya
Büdcə
kə siri/ÜDM
Xarici ticarə t
kə siri/ÜDM
1923-1929
9,4
-
0,2
-3,8
1930-1939
6,0
-
-0,3
0,7
1940-1949
-0,9
27,4
0,7
0,5
1950-1959
7,0
8,8
-0,5
-1,8
1960-1969
5,7
5,0
-0,7
-2,2
1970-1979
5,9
25,7
-1,2
-4,3
1980-1989
4,0
50,2
-2,7
-5,3
Dünya iqtisadiyyatının tarixi
405
1990-1999
3,9
71,2
-6,2
-7,6
2000-2008
6,0
27,0
-6,1
-5,9
Mə nbə : Türkiyə statistik Kurumu,
www.tuik.gov.tr
Göründüyü kimi, Türkiyə iqtisadiyyatında ən uğurlu dövr
respublikanın qurulduğu ilk illərdir. Həmin illər üçün inflyasiya
göstəricilərini əldə etmək mümkün olmasa da, digər göstəricilərin kifayət
qədər uğurlu olduğu müşahidə edilir.
Cəmiyyətin Qurtuluş müharibəsindən qalib çıxmasının yaratdığı
ruhyüksəkliyinin rolunu danmaq mümkün deyildir.
Türkiyə Respublikasının elan olunduğu 1923-cü ildə ÜDM 570
milyon dollar, adambaşına düşən ÜDM də 47,5 dollar təşkil etmişdir.
1980-ci illər ÜDM-nin artımı baxımından dönüş nöqtəsi olmuşdur. Eyni
sıçrama bir də 2000-cı illərdə baş vermişdir. Ancaq buradakı sürətli
artımın əsas səbəblərindən birinin də ÜDM hesablamalarında baza ili və
hesablama metodlarının dəyişdirilməsidir. Həmçinin, hər iki dövrdə
sürətli iqtisadi artımın böhrandan sonrakı dövrə təsadüf etməsi diqqəti
cəlb edir (cədvəl 15.10).
Cədvəl 15.10
Türkiyə iqtisadiyyatında ÜDM-nin inkişaf dinamikası (1923-2008)
llər
ÜDM, mln $ Adambaşına ÜDM, $
1923
570
47,5
1930
746
51
1940
1742
98
1950
3462
167
1960
9866
359
1970
19029
539
1980
68391
1540
1990
152001
2682
2000
265384
3500
2005
481497
7000
2006
526429
7500
2007
658786
9333
2008
746430
10436
Mə nbə : Türkiyə statistik Kurumu,
www.tuik.gov.tr
Türkiyə iqtisadiyyatının 1923-cü ildən bu günə qədər olan inkişaf
prosesində ilk transformasiyanın əhali ilə bağlı olduğu aydın şəkildə
Dünya iqtisadiyyatının tarixi
406
görünməkdədir. 1923-cü ildə Türkiyə əhalisi 13,6 milyon nəfər olduğu
halda, 2008-ci ildə 72 milyona yüksəlmiş, başqa sözlə 5 dəfədən çox
artmışdır. 1923-cü ildə əhalinin 25%-i şəhərlərdə, 75%-i kəndlərdə
yaşadığı halda, 2008-ci ildə bu rəqəmlər müvafiq olaraq 66% və 34%
formasında dəyişmişdir.
Cədvəl 15.11
Türkiyə iqtisadiyyatının transformasiya prosesi (1923-2008)
Mənbə: Türkiyə statistik Kurumu,
www.tuik.gov.tr
qtisadiyyatda sonrakı ikinci uğurlu dövr 1950-1959-cu illər arasına
təsadüf edir. Bu da yenə müharibə dövrünün, II Dünya müharibəsinin
ardından gələn sıçrayışı göstərir. Türkiyə müharibəyə girməsə də, onun
çətinliklərini çəkən ölkələrdən biri olmuşdur. Müharibədən sonra
Demokrat Partiyanın iqtidara gəlməsilə birlikdə liberal siyasətə keçən
Türkiyədə iqtisadi artım dövrü başlamışdır.
Türkiyə iqtisadiyyatının bu onillik inkişaf dövrləri ərzində ən uğursuz
mərhələsi 1990-1999-cu illər olmuşdur. Bu dövrdə iqtisadi artım aşağı
düşmüş, inflyasiya, büdcə kəsiri və xarici ticarət kəsiri rekord səviyyəyə
yüksəlmişdir.
Araşdırılan dövr (1923-2008) ərzində ÜDM-nin həcmi 1300 dəfədən
çox, adambaşına düşən ÜDM-nin həcmi isə 220 dəfə, ixracat 2800 dəfə,
idxalat isə 2230 dəfə artmışdır.
Cədvəl 15.11-dən göründüyü kimi, iqtisadiyyatın strukturunda da
ciddi artım baş vermiş və ölkə bu müddət ərzində aqrar sektorun üstün
olduğu bir iqtisadi strukturdan xidmətlər və sənayenin üstün olduğu bir
iqtisadi struktura keçmişdir.
Göstə ricilə r
1923
2002
2008
Əhali:
Kənd əhalisi
Şəhər əhalisi
13,6 mln.
75%
25%
70 mln.
35%
65%
72 mln.
34%
66%
ÜDM
570 mln. $
231 mlrd. $
746,4 mlrd. $
Adambaşına ÜDM
47,5 $
3350 $
10436 $
xracat
51 mln. $
39 mlrd. $
140,8 mlrd. $
dxalat
87 mln. $
48 mlrd. $
193,7 mlrd. $
Aqrar sektor / ÜDM
43%
13%
10%
Sənaye sektoru / ÜDM
11%
27%
30%
Xidmətlər sektoru / ÜDM
46%
60%
60%
Dünya iqtisadiyyatının tarixi
407
- Türkiyə nin dünya iqtisadiyyatındakı yeri və iqtisadi hə də flə ri
87 ildir ki, dünyada var olan və bütün çətinliklərə baxmayaraq inkişaf
edən Türkiyə Respublikası bu gün demokratik, dünyəvi, sosial və hüquqi
bir dövlətdir. Türkiyənin artıq 750 milyard dollara çatmış ÜDM
göstəricisini nəzərə aldıqda isə dünyanın 17-ci, Avropanın 7-cı, bölgənin
isə, Rusiya nəzərə alınmasa, 1-ci böyük iqtisadiyyatına malik bir ölkə
olduğunu və G-20 ölkələri arasında yer aldığını görürük.
Türkiyə xarici ticarət dövriyyəsinə görə də dünya iqtisadiyyatında
mühüm rola malikdir. Belə ki, bu göstəriciyə görə hazırda dünyanın 19-
cu, Avropanın 9-cu, bölgənin isə, yenə Rusiya nəzərə alınmasa, 1-ci
iqtisadiyyatıdır.
Türkiyə iqtisadiyyatının sektorlar baxımından dünyada mühüm yeri
vardır. Xüsusilə, dünyanın ən çox turist cəlb edən ilk 10 ölkəsi arasında
olması, ən böyük inşaat şirkətlərinə sahiblik baxımından dünyanın 3-cü
ölkəsi, avtomobil istehsalına görə isə Avropanın 6-cı ölkəsi olması
diqqəti cəlb edir.
Bütün bu göstəricilərlə yanaşı, bu gün Türkiyə dövlətinin iqtisadi
strategiyasında əsas uzunmüddətli hədəflərin respublikanın 100 yaşının
tamam olduğu 2023-cü ilə fokuslandığını görürük. Türkiyə Respublikası
Baş Nazirliyinin Dövlət Planlaşdırma Müstəşarlığının hazırladığı
“Uzunmüddətli nkişaf Strategiyası (2001-2023) və VIII Beşillik nkişaf
Planı (2001-2005
)” adlı sənəddə əks olunan bu hədəflər aşağıdakılardan
ibarətdir:
1)
2023-cü ildə ölkənin informasiya cəmiyyətinə tam şəkildə
keçidinin
təmin
edilməsi
və
cəmiyyətin
həyat
keyfiyyətinin yüksəldilməsi;
2)
2023-cü ildə 1,9 trilyon dollarlıq ÜDM istehsalı
səviyyəsinə nail olmaqla, ölkənin dünyanın ilk 10 böyük
iqtisadiyyatı sırasına daxil edilməsi;
3)
2023-cü ildə ÜDM-nin strukturunda aqrar sektorun 5,
sənayenin 30, xidmətin isə 65%-lik bir paya sahib olmasını
təmin etmək;
4)
2023-cü ildə ixracatın 500 milyard dollara çatdırılması;
5)
2023-cü ildə şəhər əhalisinin xüsusi çəkisinin 90%-ə
çatdırılması;
6)
2023-cü ildə təhsil səviyyəsinin ibtidai və orta məktəbdə
100%-ə, ali təhsildə isə 50%-ə çatdırılması.
Dünya iqtisadiyyatının tarixi
408
§ 15.5. Dünya sosializm sisteminin süqutu:
keçid iqtisadiyyatlı ölkə lə r qrupu
Hələ 1960-cı illərdə sosialist təsərrüfat sistemi çərçivəsində
formalaşan sosial-iqtisadi sistem və onun təsərrüfat mexanizminin elmi-
texniki tərəqqinin nailiyyətlərindən fəal şəkildə yararlanan və dünya
iqtisadiyyatı ilə sıx qarşılıqlı bağlılıqda olan effektiv iqtisadiyyat
yaratmaq imkanlarının olmadığı üzə çıxmışdı. Əksər sosialist ölkələri
üçün iqtisadi artımın ləngiməsi, elmtutumlu istehsalat sferasında gerilik,
maliyyə sisteminin yarıtmazlığı, xarici dövlət borcunun artımı, həyat
səviyyəsinin aşağı olması xarakterik hallar sırasında idi.
1970-1980-ci illərdə istehsalın intensivləşdirilməsi üzrə həyata
keçirilən tədbirlər müvəffəqiyyətsiz olmuş, sosial-siyasi və milli
sferalarda ziddiyyətlər kifayətqədər kəskinləşmişdir. Eyni proseslər
SSR -də də təzahür edir. M.Qorbaçov hökumətinin 1985-ci ildə tətbiq
etdiyi “sosial-iqtisadi inkişafın sürətlənməsi” strategiyası cəmi iki il
sonra – 1987-ci ildə “aşkarlıq”, “yenidənqurma” və “demokratiya” ilə
əvəzləndi. Qapalı, totalitar sistemə xas olmayan və mahiyyətcə yabancı
element kimi çıxış edən dəyərlərin dövriyyəyə buraxılması SSR -nin
süqutu ilə nəticələndi. mperiyanın dağılmasında milli-azadlıq hərəkatları
da mühüm rol oynamışdır.
1990-cı ildən başlayaraq postsosialist ölkələri birmənalı olaraq qərb
demokratiyası, dövlət sektorunun özəlləşdirilməsi, iqtisadi proseslərin
dövlət tənzimlənməsinin minimum səviyyəyə endirilməsi, özəl
sahibkarlığı stimullaşdırmaq vasitəsilə bazar münasibətlərinə doğru kurs
götürdü. Başqa sözlə, postsosialist ölkələri keçid dövrünə qədəm qoydu.
Keçid dövrünün başlanğıcı, həm sabiq SSR , həm də Şərqi
Avropanın əksər postsosialist ölkələri üçün dərin sosial-iqtisadi böhranla
müşayət olunurdu.
Eyni zamanda, Şərqi Avropada böhran prosesi daha qısa zaman
kəsiyində aradan qaldırılmışdı. Belə ki, 1990-1992-ci illər ərzində ÜDM
göstəricisi üzrə azalma Bolqarıstanda 2 dəfə, Rumıniyada 30%,
Macarıstan və Çexoslavakiyada 25%, Polşada 20% təşkil etmişdi. 1992-
ci ilin ortalarından etibarən isə iqtisadi tənəzzülün dinamikasında
stabilləşmə təmayülləri ortalığa çıxmağa başlandı.
Ümum böhran struktur böhranı ilə əvəz olunmuş, innovasiyaların,
istehlakçı tələbinin və həyat səviyyəsinin fəlakətli enişinin qarşısı
alınmışdı.
§15.5.1. Keçid dövrünün konseptual mə zmunu
Dünya iqtisadiyyatının tarixi
409
1990-cı illərin əvvələrindən başlayaraq sistem dəyişikliyi ilə
əlaqədar formalaşan sosial-iqtisadi münasibətlər kompleks həm
mahiyyət, həm də məzmunca «klassik» keçid dövrünün bütün spektrini
özündə əks etdirirdi. lk baxışdan sırf xaotik təsir bağışlayan keçid
prosesi, əslində dəqiq məntiqi ardıcıllıq və nizamla gedir. Eyni hadisəyə
yanaşmada müxtəlifliyin, iqtisadi baxışlarda daban-dabana zidd olan
mövqelərin meydana çıxması təbii olsa da, mahiyyət etibarilə həqiqətin
düzgün dərk edilməsində müəyyən çaşqınlıq yaradır. «Bir ölçülü»
yanaşmanın qəbuledilməzliyi mövqeyindən baxılarsa, onda açıq-aydın
şəkildə görmək mümkündür ki, keçid dövrü öz mahiyyəti və proseslərin
məntiqi gedişi baxımından yekcins deyildir. Əldə ediləcək nəticələr və
funksional fəaliyyətin məzmun fərqliliyi nöqteyi-nəzərindən onun variant
müxtəlifliyi mövcuddur. Belə ki, əvvəla, bütövlükdə dünya iqtisadiyyatı
keyfiyyətcə yeni mərhələyə-postindustrial dövrə, informasiya erasına
qədəm qoymaqdadır; ikincisi, sırf sistem dəyişikliyi prizmasından sabiq
sosialist ölkələrində kapitalizmdən sosializmə, bazardan mərkəzləş-
dirilmiş iqtisadiyyata keçid artıq baş vermişdir. ndi isə əks proses, yəni
mərkəzləşdirilmiş iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid baş verir;
üçüncüsü, əgər dünya ölkələrini bazar münasibətlərinin inkişaf
səviyyəsinə görə təsnifləndirsək, onda inkişaf etmiş bazar iqtisadiyyatı,
inkişaf etməkdə olan bazar iqtisadiyyatı və formalaşmaqda olan bazar
iqtisadiyyatı ölkələri kimi fərqləndirmək lazım gələcəkdir. Deməli,
sondan bir mərhələ geriyə, formalaşma mərhələsindən inkişaf etmiş
səviyyəyə çatma prosesi də, öz mahiyyəti etibarilə keçid dövrü kimi
xarakterizə oluna bilər.
Beləliklə, inzibati-amirlik sistemindən bazar iqtisadiyyatına keçid
real bazarın özünün formalaşmasının ilk anlarından başlanan və ictimai
həyatın bütün spektrini, o cümlədən, ümumibəşəri dəyərlərə münasibəti
də ehtiva edən mürəkkəb, çoxlaylı və çoxşaxəli bir prosesdir.
Keçid problemi ilə üzləşən ölkələrdə mövcud situasiyanın daha da
kəskinləşməsi, məhz inkişaf etmiş ölkələrin bazar modelinə istiqamət
götürmələri ilə bağlı olmuşdu. Əslində problemə yanaşmanın qeyd edilən
variantda qoyuluşu qaçılmaz zərurətdir. Belə ki, təsərrüfat tipindən asılı
olmayaraq müəyyən iqtisadi inkişaf mərhələsinə qədəm qoymuş ölkələrin
təkamülçülüyün zəruriliyi nöqteyi-nəzərindən XIX əsrin «klassik»
bazarına keçmələri qeyri-mümkündür.
Sistem dəyişikliyi mahiyyətcə o deməkdir ki, əvvəlki təşkil və tən-
zimlənmə ləğv edilir, əvvəlki qanunauyğunluqlar daha fəaliyyət
Dünya iqtisadiyyatının tarixi
410
göstərmir və bu, keyfiyyətcə yeniləşmə prosesi ictimai həyatın bütün
sferalarını əhatə etməklə kompleks səciyyə daşıyır.
Real bazar-«mikroskopik» hadisələrin hökmranlığı deməkdir.
Mikroiqtisadi proses yalnız «öz ünsürləri», yə’ni bazar subyektləri üçün
sosial-iqtisadi sistem formalaşdırır. Əlbəttə, mikrohadisələrin makroiq-
tisadi proseslərə təsiri son dərəcə güclüdür, amma məhz birincinin ifrat
üstünlüyünün sosial həmrəyliyin aradan qaldırılmasına gətirib çıxardığı
da şübhəsizdir.
Yuxarıda qeyd etdiyimiz tezisin əməli əhəmiyyət daşıdığını
aşağıdakı məntiqi sxemdən açıq-aydın şəkildə müşahidə etmək
mümkündür (şəkil15.2).
Şə
kil.15.2. Sistem də yiş ikliyinin sadə ləş dirilmiş mə ntiqi sxemi
Sistem dəyişikliyinin gedişi dağılmış sistemin komponentləri
arasında yenidən qruplaşmaların yaranması ilə müşahidə edilir ki, bu da
əksər postsosialist ölkələri üçün ən ümumi səciyyə daşıyan xüsusiyyət ki-
Систем дяйишиклийи
Сосиал-сийаси сфера
Игтисадиййат
Абстракт сосиум
Тоталитар систем
Мяркязляшдирилмиш
планлашдырма
Милли «кимлийин»
гайыдышы
Вятяндаш cямиййяти
Базар
Кечид дюврцнцн йекуну
Милли «кимлик»
KEÇ D DÖVRÜ
Dünya iqtisadiyyatının tarixi
411
mi qəbul edilə bilər. Konkret olaraq Azərbaycan Respublikasında keçid
dövrünün inkişaf mərhələləri və onların xarakteri sırf xronoloji aspekti
istisna etmək şərtilə, əksər keçid iqtisadiyyatlı ölkələr üçün eyni məzmu-
na malikdir (şəkil 15.3).
Şə
kil.15.3. Keçid dövrünün mərhələlərinə uyğun metodoloji baxışın
tə kamülü
Статик та-
разлыг
Гейри-мцяййянлийин
максимуму
Реал базарын
формалашмасы
2005-cи ил
Кечид дюврцнцн инкишаф мярщяляляри
Эюзлянилян мярщяля
Цчцнcц мярщяля
Икинcи мярщяля
Биринcи мярщяля
Намялумлуг
Базара кечидин
башланьыcы
Хаос
Систем дяйишик-
лийиня башлама
Мцcярряд-
лик
Сабит ната-
разлыг
Базарын фяалий-
йятя башламасы
Сечим вя гейри-
сялислик
Гейри-сабит
таразлыг
1997-cи ил
1995-cи ил
1992-cи ил
Тарихи
Мярщялянин
характери
Мювcуд
ситуасийа
Гейри-мцяййян-
лийин нювц
Dünya iqtisadiyyatının tarixi
412
Dostları ilə paylaş: |