Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti adau-nun 80 illik yubileyinə həsr edilir adau-nun elmi ƏSƏRLƏRİ g əNCƏ 2009, №3



Yüklə 10,61 Mb.
səhifə7/22
tarix01.01.2017
ölçüsü10,61 Mb.
#4033
1   2   3   4   5   6   7   8   9   10   ...   22

Daşkəsən-Gədəbəy kadastr rayonu
(Gədəbəy, Daşkəsən, Göygöl, Qazax, Goranboy, Tovuz, Şəmkir, Ağstafa rayonlarının alçaq və orta dağlıq əraziləri)


Torpaqların adı

Sahəsi ha

Bonitet balı

I.Dağ meşə torpaqları üçün







1. Yuyulmuş qonur dağ meşə

8041,15

64

2 .Tipik qonur dağ meşə

40138,19

51

3.Karbonatlı qəhvəyi dağ-meşə

136061,45

44

4.Yuyulmuş qəhvəyi dağ meşə

11353,65

42

5.Tipik qəhvəyi dağ meşə torpaqları

300

36

6.Dağ meşə torpaqları üçün

195894,44

47

II.Bozqırlaşmış zona üçün







6. Bozqırlaşmış dağ qəhvəyi torpaqları

26855,02

39

7. Bozqırlaşmış qonur dağ meşə

3827,5

64

8.Yuyulmuş dağ qara torpaqlar

31511,75

68

9.Tipik dağ-qara

3323,92

69

10.Karbonatlı dağ-qara

11135,69

62

11.Tünd dağ-boz qəhvəyi (şabalıdı)

122941,67

42

12.Dağ adi-boz qəhvəyi(şabalıdı)

41136,4

36

13.Dağ- açıq boz qəhvəyi(şabalıdı)

6845,06

31

14.Gəcli - dağ açıq boz qəhvəyi(şabalıdı)

7032,03

35

Bozqırlaşmış zona üçün

264172,78

50

Kadastr rayonu üzrə cəmi

460067.22

49



III.Gəncə –Qazax kadastr rayonu


Gəncə-Qazax kadastr rayonuna Qazax, Şəmkir, Tovuz, Ağstafa, Samux Goranboy,Göy-göl rayonlarının dızən və dağəiəyi əraziləri daxildir. Rayonun 528469.74 ha-a bərabər olan ımumi sahəsi ölkə ərazisinin 6,3%-ni təşkil edir. Bu sahənin 72-3 min ha əkinlərdən, 23,4 min ha çoxillik əkmələrdən, 12,4 min ha dincə qoyulmuş torpaqlardan, 7,4 min ha örışlərdən, 174,8 min ha isə biçənəklərdən ibarətdir. Gəncə-Qazax kadastr rayonu K.Q. təbii vilayətinin şimal hissəsini əhatə edir. Ərazinin hındırlıyı 200-400 m arasında dəyişir. Bu rayonun ərazisində qurubozqır landşaftları, orta parçalanmış dızənliklər yaıyılmışdır. Nəmliyə görə rayon yarımrıtubətli və quraq zonaya aiddir (Md=0,10-0,20). Yağıntıların illik miqdarı 250-410 mm arasında dəyişir. Qızmar iqlim sahəsinə daxil olan rayon ərazisində fəal temperaturlar cəmi 3800-44000-yə çatır. Vegetasiya dövrının uzunluğu 213-210 gındır. Tınd boz-qəhvəyi, boz-qəhvəyi, açıq boz-qəhvəyi, çəmən boz-qəhvəyi, bozqırlaşmış-çəmən və bataqlı-çəmən torpaqları daha çox yayılmışdır. Ərazidə torpaqların şorakətliyi və şorluğu yayılmışdır. Ərazinin təbii şəraiti kənd təsərrıfatı bitkilərinin becərilməsinə imkan verir. Əsas ixtisaslaşma sahələri ızımçılık, heyvandarlıq, taxılçılıqdır. Yardımçı sahəərə qoyunçuluq, kartofçuluq, bağçılıq, tərəvəzçilik aiddir.



Gəncə-Qazax kadastr rayonu
(Qazax, Şəmkir, Tovuz, Ağstafa, Samux,Goranboy,Göygöl rayonlarının

düzən və dağəiəyi əraziləri)




Torpaqların Adı

Sahəsi ha

Bonitet balı

1.Tünd boz-qəhvəyi (şabalıdı)

37851,53

74

2. Adi boz qəhvəyi(şabalıdı)

76101,69

53

3. Açıq-boz

12589,81

47

4.Boz-qonur

5421.0

66

5.Açıq boz-qəhvəyi(şabalıdı)

290774,3

58

6. Alüvüal çəmən

1574,99

47

Şoranlar

3339,7




Səthə çıxmış suxurlar

4659,2




Digər sahələr

232980,738




Kadastr rayonu üzrə cəmi

528469.74

58


IV.Ceyrançöl kadastr rayonu


Bu kadastr rayonununa Ağstafa , Tovuz, Şəmkir,Samux, Qazax, Goranboy rayonlarının qış otlaqları daxildir. Rayon Kiçik Qafqaz təbii vilayətinin şimal hissəsində 100-150 m hındırlıkdə yerləşir ümumi sahəsi 71558.45 ha-dır.

Ərazidə orta dızənliklərin və güclü parçalanmüş dağətəyi bozqırların və quru bzoqırların landşaftləır yayılmışdır. Nəmlik dərəjəsinə görə bu rayon yarımquru (Md=0,10-0,25) zonaya daxil olur. Yağıntıların illik miqdarı 300-600 mm-dir.100 J-dən yıksək temperaturlar cəmi 3800-4600 0 J-dir. Vegetasiaya dövrı 222-219 gın təşkil edir. Rayonun başlıca sərvəti otlaqlardar. Əsas ixtisaslaşma sahəsi- otlaq heyvandarlığı (qoyunçuluq) və yemçilikdir.




Ceyrançöl kadastr rayonu
(Ağstafa , Tovuz, Şəmkir,Samux, Qazax, Goranboy dağətəyi və alçaq dağlıq əraziləri)


Torpaqların Adı

Sahəsi ha

Bonitet balı

1.Dağ- açıq boz qəhvəyi(şabalıdı)

20914.4

31

2. Tünd boz-qəhvəyi(şabalıdı)

476.3

81

3. Adi boz qəhvəyi(şabalıdı)

41399.7

46

4.Açıq boz-qəhvəyi

6870.3

61

5.Alüvüal çəmən

1889,46

41

6.Çəmən meşə

828,4

94

Səthə çıxmış suxurlar

4659,2




Kadastr rayonu üzrə cəmi

71558.45

59


NƏTİCƏ



Kiçik Qafqazın Şimal-qərb yamacinda kadastr rayonlaşlaşdırılması aparılmışdır. Tədqiqat ərazisinə daxil olan Dəlidağ-Şahdağ, Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Ceyrançöl torpaq-kadastr rayon toraqlarınını açıq bonitet şkalalarına əsasən onların yekun bonitet şkalaları qurulmuş və bonitet balları tapılmışdır.

  1. Dəlidağ-Şahdağ torpaq-kadastr rayonun ümumi sahəsi 168635.59 ha təşkil etməklə yekun bal 55;

  2. Daşkəsən-Ğədəbəy torpaq-kadastr rayonun ümumi sahəsi 460067.22 ha təşkil etməklə yekun bal 49;

  3. Ğəncə-Qazax torpaq-kadastr rayonun ümumi sahəsi 528469.74 ha təşkil etməklə yekun bal 58;

  4. Ceyrançöl torpaq-kadastr rayonun ümumi sahəsi 71558.45 ha təşkil etməklə yekun bal 59 olmuşdur.



ƏDƏBİYYAT


  1. Мамедов Г. Ш. Экологическая оценка почв Азербайджана. Баку, Элм, 1997, 282 с.

  2. Мамедов Г. Ш. Агроэкологическая характеристика и бонитировка пастбищных земель западной части Мильской равнины. Автореф., Баку, 1978.

  3. Бабаева А.Д. Проблемы экологического земледелия в Азербайджане.(с автор.) Известия аграрной науки Грузия, Тбилиси №2 2005 ст 60-64

  4. Джафаров.А.Б, Гасанова.А.Ф, Кулиева.Е.Н. Бонитировка почв зимных пастбищ Азербайджана.// Azərbaycan meliorasiya və su təsərrüfatı açıq səhmdar cəmiyyəti. Elmi əsərlər toplusu.XXVIII cild. Bakı-2008,s.83-88.



Кадастровое районирование северо-западного склона

Малого -Кавказа и бонитировка почв
Бабайева А.Д.

РЕЗЮМЕ
Крупномасштабные проекты, связанные с современным с сельским хозяйством, особенно прогнозирование, региональная специализация и комплексные мероприятия, связанные с мелиорацией, невозможно осуществлять без районирования.

В северо-западного склона Малого-Кавказа включены следующие кадастровые районы-Делидаг-Шахдаг, Дашкесен-Кедебей, Гянджа-Газах, Джейранчел.



Cadastral division into districts of a northwest slope of

Small Caucasus and bonitirovka soils
Babayeva A.D.

SUMMARY
The large-scale projects connected with modern with an agriculture, forecasting, regional specialization and the complex actions connected to land improvement is especial, it is impossible to carry out without division into districts.

In a northwest slope of Small - caucasus the following cadastral Areas - Delidaq-Shahdağ, Dashkesen-Kedebek, Gence-Qazak, Ceyrancol are included.



ZOOBAYTARLIQ VƏ ƏMTƏƏŞÜNASLIQ

UOT 637:03.619
DƏRİ QURDLARININ İNKİŞAFINA TEMPERATURUN TƏSİRİ
Baytarlıq elmləri doktoru Ə.A.,Əsgərov

Kənd təsərrüfatı elmləri namizədi D.M.Adıgözəlova

Azərbaycan Dövlət Aqrar Universiteti


Azərbaycan öz durumu və təbii ehtiyatlarına görə çox qədim vaxtlardan dünya ölkələri arasındakı iqtisadi və mədəni əlaqələrin inkişafında vacib rol oynamışdır. Böyük ipək yolunun Azərbaycandan keçməsi Şəkidə, Şirvanda, Gəncədə, Beyləqanda və digər ərazilərdə ipəkçiliyin inkişafına təkan vermiş və Azərbaycanda ipəkçilik üzrə mərkəzlərin yaranmasına səbəb olmuşdur. Tədqiqatların göstərdiyi kimi, tarixdə Böyük Ipək Yolu adı altında tanınmış beynəlxalq tranzit-ticarət yolu eramızdan əvvəl II əsrin axırlarından bizim eramızın XVI əsrinə qədər fəaliyyət göstərmiş, Çindən Şimali Afrika və İspaniyaya qədər uzanaraq, o zaman məlum olan dünyanın demək olar ki, bütün ölkələrini birləşdirmişdir. Bu yol öz adət-ənənələri, mədəniyyətlərinin forma və inkişaf səviyyələrinə görə bir-birindən əsaslı sürətdə fərqlənən yüzlərlə dünya xalqlarının yaxınlaşmasında və hazırki dünya mədəniyyətinin yaranmasında müstəsna rol oynamışdır. Tarixən ipək yolu həmişə Azərbaycandan keçib, Nüxa (indiki Şəki), Gəncə, Naxçıvan, Təbriz, Dərbənd kimi şəhərlərdə ticarətin, xüsusilə ipəkçiliyin inkişafına böyük təsir göstərmişdir.

Keçən dövr ərzində Azərbaycanın ipəkçiliyi gah böyük inkişafa, gah da tənəzzülə məruz qalmışdır. Lakin hansı dövr olursa–olsun, ipəkçilik Azərbaycan kənd təsərrüfatının mühüm sahələrindən biridir və biri olaraqda qalır.

Çox zəhmət tələb edən, həm də çox gəlirli sahə olan ipəkçiliyə bir çox ziyanvericilər, o cümlədən dəriqurdları ziyan verərək, böyük məhsul itkisinə səbəb olur. M.M.İsmayılovun tədqiqatının (1988) bizim [2], müşahidələrimizin və təcrübələrimizin əsasında məlum olmuşdur ki, [3,4] dəriqurdlarının əsasən Dermastes frishi növü Azərbaycan ipəkçiliyinə daha çox ziyan vurur. Dəriqurdları tut ipəkqurdunun özünə müxtəlif inkişaf fazalarında ziyan verməklə yanaşı, onun qiymətli məhsulu olan baramaya da güclü zərər verir. Ən əvvəl dəriqurdlarının sürfələri baramaları deşərək barama telini kəsir və onu yararsız hala salır ki, bu da texniki ipək itkisi deməkdir [1,3,4]. Qrenaları yeyərək tut ipəkqurdunun çoxalmasının qarşısını alır. Kəpənəkləri yeyərək bir tərəfdən onların mikroskopik müayinəsinə mane olur, digər tərəfdən, elə dəriqurdlarının özü pebrin törədicilərini yayaraq bu xəstəliyin yayılmasında böyük rol oynayır. Məlumdur ki, XIX əsrin axırlarında pebrin xəstəliyi bütün Avropa ipəkçiliyinin tamamilə batmasına səbəb olmuşdur. O dövrdə böyük mikrobioloq L.Paster Fransa, eləcə də dünya ipəkçiliyini bu qorxulu xəstəlikdən qurtarmaq üçün selülyar üsul tətbiq etmişdir. Belə ki, yetkin fərdlər mikroskopik müayinə olunaraq onların sağlam olması müəyyənləşdirilir. Xəstə kəpənəklər aşkar olunarsa, həmin kəpənəklərin özləri və onlardan alınan qrenalar məhv edilir və bu yolla pebrin xəstəliyinin yayılmasının qarşısı alınır. Bu cür iqtisadi cəhətdən çox faydalı bir üsulun aradan çıxmasına da dəriqurdları səbəb olur.

Dəriqurdlarının ipəkçiliyə, ipəkçilik iqtisadiyyatına vurduğu böyük ziyanı nəzərə alaraq onların biologiyasını, etiologiyasını, ekologiyasını öyrənib, onlara qarşı mübarizə aparmaq yollarını tapmağı qarşımıza məqsəd qoyduq. Zərərvericinin biologiyasını, yaşayış tərzini bilmədən ona qarşı effektli mübarizə aparmaq mümkün deyil. Bu səbəbdən dəriqurdlarına temperaturun təsiri tərəfimizdən öyrənilmişdir.



Tədqiqat illəri ərzində məlum olmuşdur ki, temperatur həm gecə, həm də gündüz +200C-dən aşağı olduqda dəriqurdları anabioz halında olaraq qalır. Lakin gecə və gündüz temperatur +200C-dən yüksək olduqda dəriqurdları fəal həyat tərzinə başlayır. 2007-2008-ci tədqiqat illərində temperatur göstəriciləri üzrə dəriqurdlarının inkişafını izlədikdə məlum olur ki, mart ayından dəriqurdları öz inkişafına başlayır (orta temperatur gecə və gündüz +200S-dən yuxarı olub). Temperaturun dəriqurdlarına təsirini daha yaxşı aydınlaşdırmaq üçün onlar həm örtülü binalarda, həm də açıqlıqda müşahidə altında saxlanmışdır. Məlum olmuşdur ki, örtülü binalarda hava nisbətən sabit və isti olduğundan dəriqurdlarının inkişafı mart ayının birinci ongünlüyündən başlayır. Lakin açıqlıqda temperatur çox dəyişkən olub, xarici mühitin temperaturundan çox asılı olduğu üçün onların inkişafı 1 ay və daha çox gecikir. Bunlar aşağıdakı cədvəllərdən də aydın görünür:


Cədvəl 1.

Örtülü binalarda dəriqurdlarının illər, aylar üzrə inkişafı və fəaliyyəti


Aylar

I

II

III

IV

V

VI

VII

VIII

IX

X

XI

XII

Illər

2007

-

-

+

+

+

+

+

+

+

+

-

-

2008

-

-

+

+

+

+

+

+

+

+

-

-



Cədvəl 2.

Açıqlıqda dəriqurdlarının illər, aylar üzrə inkişafı və fəaliyyəti


Aylar

I

II

III

IV

V

VI

VII

VIII

IX

X

XI

XII

Illər

2007

-

-

-

+

+

+

+

+

+

-

-

-

2008

-

-

-

+

+

+

+

+

+

-

-

-




Cədvəl 1-dən aydın olur ki, örtülü binalarda onların inkişafı mart ayından başlayır və fəaliyyətləri oktyabrın 2-ci, 3-cü ongünlüyünə qədər davam edir.

Cədvəl 2-dən görünür ki, açıqlıqda dəriqurdlarının inkişafı aprel ayından başlayır və sentyabrın 2-ci, 3-cü ongünlüyünə qədər fəaliyyətləri davam edir.

Örtülü binalarda nisbətən sabit temperatur olduğuna görə dəriqurdlarının bir inkişaf fazası digəri ilə ardıcıl əvəz olunur. Lakin açıqlıqda temperatur qeyri-sabit olduğu üçün eyni vaxtda dəriqurdları müxtəlif inkişaf fazalarında olur. Belə ki, may ayında örtülü binalarda yalnız dəriqurdlarının yetkin fərdləri göründüyü halda, açıqlıqda baramaların üzərində həm yetkin fərdlər, həm sürfələr, həm də puplar görünür. Temperaturdan asılı olaraq dəriqurdlarının inkişafını qrafiki olaraq göstərmək olar.


.

Qrafik 1. Örtülü binalarda dəriqurdlarının inkişafının temperaturundan asılılığı.


Qrafik 2. Açıqlıqda dəriqurdlarının inkişafının temperaturdan asılılığı.





Qrafik 1-dən aydın görünür ki, örtülü binalarda dəriqurdları mart ayının birinci ongünlüyündən başlayaraq temperaturun gecə və gündüz +200C-dən yuxarı olması ilə əlaqədar olaraq inkişafları başlayır və onların fəaliyyəti oktyabrın axırına kimi davam edir.

Qrafik 2-dən məlum olur ki, açıqlıqda həm gecə, həm də gündüz aprel ayında temperatur +200C-dən yuxarı olur və dəriqurdları fəaliyyətə başlayır. Bu fəaliyyət açıqlıqda 2007-2008-ci illər üçün sentyabrın ortalarına kimi davam etmişdir. Bu vaxtdan dəriqurdları anabioz halına keçir.

Çoxlü təbiət hadisələrini-zəlzələ, yağış, tufan, isti, soyuq və s. heyvanlar, xüsusən də cücülər daha əvvəl hiss edir və ona uyğun həyat tərzi keçirir. Dəriqurdları da əvvəlcədən havaların tez soyuyacağını hiss edib, inkişaflarını tez tamamlayır (2007-ci ili 2008-ci illə müqayisə etdikdə).

2007-2008-ci illər ərzində aparılan müşahidələr və təcrübələr qeyd etməyə əsas verir ki, Rusiya şəraiti ilə müqayisədə Azərbaycan şəraitində ipəkçilik təsərrüfatlarına dəriqurdları örtülü binalarda 2 dəfədən çox ziyan vurur.




NƏTİCƏ


  1. Dəriqurdlarının həyatı temperaturla sıx əlaqədardır, temperatur həm gecə, həm də gündüz +200C-dən yüksək olarsa, onlar fəaliyyətlərini davam etdirir.

  2. Açıqlığa nisbətən örtülü binalarda dəriqurdlarının fəaliyyəti daha uzun çəkir, temperaturdan asılı olaraq bu fərq 1-1,5 ay arasında olur.

  3. Rusiya şəraiti ilə müqayisədə Azərbaycan ipəkçiliyinə dəriqurdları 2 dəfə çox ziyan vurur, çünki dəriqurdları Azərbaycanda 3,5-4 ay fəaliyyətdə olmur, qalan vaxtlarda fəaliyyətlərini davam etdirir (örtülü şəraitdə).

Yüklə 10,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin