Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti adau-nun 80 illik yubileyinə həsr edilir adau-nun elmi ƏSƏRLƏRİ g əNCƏ 2009, №3


Таблица 3 Кормовой рацион для баранчиков в весе 35-40 кг (вторая опытная группа)



Yüklə 10,61 Mb.
səhifə9/22
tarix01.01.2017
ölçüsü10,61 Mb.
#4033
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

Таблица 3
Кормовой рацион для баранчиков в весе 35-40 кг (вторая опытная группа).


Название кормов

количество кормов,кг

кормовых единец

МДЖ

переваримый протеин, г

сырой протеин, г

Клетчатка, г

жир

кальций

фосфор

Каротин, мг

Крахмал, г

сухое вешество, г

Сено люцерновое

1,5

0,66

10,08

151,5

216

379,5

33

25,5

3,3

73,5

13,5

1245

Ячмень

1

1,15

10,5

85

113

49

22

2

3,9

0,5

485

850

Свекла кормовая

5

0,6

8,25

45

65

45

5

2

2,5

0,5

15

600

Солома ячменная

0,5

0,17

2,855

6,5

24,5

165,5

9,5

1,65

0,4

2

-

415

Всего

8

2,58

31,69

288

418,5

639

69,5

31,15

10,1

76,5

513,5

3110





Результаты исследований.


Опыты проводили в течении 90 дней. По истечении срока опытов в каждой группе (30) дней проводили контрольный убой животных. В таблице 4 приводятся данные, которые отражают результаты убоя животных как в контрольной группе, так и в опытных группах.



Таблица 4
Показатели убоя подопытных баранчиков



Показатели

Группы

Контрольная

1 опытная

2 опытная

Предъубойная живая масса, кг

67,00

67,87

68,04

Вес туши, кг

27,24

29,32

29,12

Выход туши, %

40,66

43,2

42,80

Внутренний жир, кг

2,5

2,60

2,7

Выход внутреннего
жира, %


3,73

3,83

3,97

Убойная масса, кг

29,74

31,92

31,82

Выход убойной массы, %

45,10

47,00

46,7


Из таблицы видно, что убойные показатели контрольных животных таковы: предъубойный вес животных-67 кг, вес туши-27,24, вес туши в процентах-40,66, вес внутреннего жира 2,5; в процентах 3,73.

Убойные показатели животных в первой опытной группе следующие : предъубойный вес животных-67,87 кг, вес туши-29,32, вес туши в процентах-43,20,вес внутреннего жира 2,60; в процентах 3,83;

У животных второй опытной группы: предъубойный вес составил-68,04 кг, вес туши-29,12, вес туши в процентах-42,80, вес внутреннего жира 2,7; в процентах 3,97.

Как видно из результатов опыта различный уровень углеводов в рационах баранчиков оказывает существенное влияние на их убойные показатели. Так как, в контрольном рационе выход убойного мяса в % составляет 47. Разница между периодами 1,9. Во второй опытной группе этот показатель составляет 1,6 % больше, чем в контрольной группе. Между опытными группами в пользу 1-ой опытной группы разница составляет 0,3 %.





ЛИТЕРАТУРA


  1. А. Д. Синещекова «Биологические основы повышения использования кормов» М.: Россельхозиздат, 1967, стр.15-26.

  2. Мак-Дональд П. «Биохимия силоса», М.: Агропромиздат, 1985, стр.194-198.

  3. Я. Л. Глембоцкий, Е.К. Дейхман, Г. А. Окуличев, М. И. Санников «Племенное дело в тонкорунном овцеводстве» М.: Колос 1973.

  4. Г. Р. Литовченко, П. А. Воробьев «Овцеводство»3-е издание М.: «колос» 1982 стр. 161-216.


UOT 636.612.01532
Müxtəlif səviyyəli karbohidratların kökəldilən erkək

toğluların bəzi fizioloji göstəricilərinə təsiri
Aspirant Verdiyeva L. E.

AzETHİ

XÜLASƏ
Tədqiqat işləri Azəbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun Yardımçı – Təcrübə Təsərrüfatının üç baş erkək toğlular üzərində latın kvadratı ilə aparılmışdır. Onun üçün toğluların hamsının işqəmbəsinə və onikibarmaq bağırsağına konyula qoyulmuşdur. Toğlular üzərində otuz günlük dövr ilə üç yem payı sınaqdan keçirilmişdir. Təcrübənin məqsədi yem payında şəkərlərin quru maddəyə nisbəti ilə ölçülmüşdür. Heyvanların kəsim göstəriciləri öyrənilmişdir. Məlum olmuşdur ki, nəzarət qrupuna nisbətən birinci təcrübə qrupunda cəmdək çıxarı 1,9 mütləq faiz çoxdur, ikinci təcrübə qrupunda isə 1,6 mütləq faiz çoxdur.


Influence of different levels of carbohydrate in the ration

of sheep to their slaughter indices
L. E. Verdiyeva

Azerbaijan Scientific Institute of Animal

SUMMARY
The experiment has been taken in subsidiary-experimental center of Azerbaijan Scientific Research Institute of Animal Husbandry. Using method of latin square on 3 sheep, we inserted them cadet in the ruminales and in the 12 fingers (toes) intestine. The aim of this experiment was study of correlation of sugar to dry substance. There was studied slaughter indices of animals. As it was known, the difference between the groups was: in the first experimental group compared with control group, the difference is 1,9%, more in savor of first, but the second 1,6% more.
UOT 611:56.15
AMARANTIN HİBRİD HEYVANLARIN QARACİYƏRİNİN

AMİNTURŞU TƏRKİBİNƏ TƏSİRİ

Kənd təsərrüfatı elmləri doktoru N.M.Yusifov, K.Ş.Daşdəmirov

Azərbaycan Dövlət Aqrar Universiteti


Heyvan orqanizmində qaraciyər digər funksiyaları ilə bərabər aminturşusu mübadiləsində böyük rol oynayır. Qaraciyər, zülalların biosintezi və aminturşuların oksidləşməsi vasitəsilə zülal mübadiləsinin tənzimlənməsində böyük rol oynayır. Gün ərzində heyvan orqanizmində sintez olunan zülalların 50%-ə qədər qaraciyərin payına düşür. Bu məqsədlə isti və soyuq iqlimə uyğunlaşan, xəstəliklərə dözümlü Zebu hibridlərinin qaraciyərində, dəyərli zülallarla zəngin olan yeni yem bitkisi amarantdan istifadə etməklə, sərbəst aminturşularının dəyişmə dinamikasını öyrənməyi qarşımıza məqsəd qoymuşuq 4.

Tədqiqatlarımız Mingəçevir fermer təsərrüfatında 18 aylıq canlı kütləsi 320-360 kq olan 3 qrup( I qrup-şvis cinsi; II qrup, birinci nəsil-şvis x azərbaycan zebusu; III qrup, ikinci nəsil-birinci nəsil x azərbaycan zebusu) təmizcinsli və hibrid cöngələrində aparılmışdır. Təcrübə iki istiqamətdə aparılmışdır: birinci istiqamətdə cöngələr adi yemləmə ilə, ikinci istiqamətdə isə yemə amarant + sorqo qarışığı əlavə edilmişdir. Təcrübə heyvanları bağlama şəraitində saxlanmışdır. Kəsim ümumi təyin olunmuş metodika əsasında aparılmışdır. Qaraciyərdən nümunələr götürülmüşdür.

Qaraciyərdə sərbəst aminturşuların miqdarı ion dəyişmə xromatoqrafiya üsulu ilə Çexiya istehsalı olan AAA-881 markalı avtomatik aminturşu analizatorunda təyin olunmuşdur 7.

Cədvəldən göründüyü kimi və təmizcinsli hibrid cöngələrin qaraciyərində sərbəst aminturşularının miqdarı birinci və ikinci istiqamətdə yemləmədə eyni dərəcədə yayılmamışdır 2.





Təmizcinsli və hibrid cöngələrin qaraciyərində sərbəst

Aminturşularının miqdarı mq %-lə


Aminturşuları

Birinci istiqamət

İkinci istiqamət




I qrup

II qrup

III qrup

I qrup

II qrup

III qrup

Əvəz olunmayanlar

Histidin

13.60

10.02

13.66

14.42

12.14

15.02

Arginin

1.80

1.50

1.68

1.76

1.48

1.70

Lizin

43.38

35.16

42.18

45.30

37.12

43.84

Treonin

10.36

9.76

9.91

10.40

9.74

9.78

Valin

32.65

27.15

30.38

33.51

28.19

31.11

Metionin

11.02

4.49

6.93

12.00

5.50

6.98

İzoleysin

7.36

5.12

6.08

7.98

6.03

6.82

Leysin

12.29

11.08

12.01

12.23

11.12

11.98

Fenilalanin

8.06

7.42

7.68

8.13

7.45

7.72

Triptofan

8.16

7.06

7.42

8.22

7.15

7.46

Cəmi

148.60

118.76

137.93

152.95

125.92

142.41

Əvəz olunanlar

Asparagin t-su

27.69

18.14

22.28

28.71

19.16

23.22

Qlütamint-su

130.21

103.24

110.36

132.28

105.32

111.58

Serin

14.90

9.88

15.46

15.02

10.01

15.52

Prolin

11.62

8.02

11.89

11.88

9.00

11.96

Qlisin

66.54

55.43

53.32

67.12

56.27

54.42

Alanin

31.68

30.02

28.63

32.71

31.08

29.65

Sistin

8.42

5.41

7.47

8.41

5.40

7.43

Sistein

7.16

4.88

4.99

7.18

4.86

4.98

Tirozin

6.81

12.96

14.39

6.90

12.98

14.41

Cəmi

305.03

248.58

268.79

310.24

254.08

273.17

Ümumi yekun

453.63

367.34

406.72

463.19

379.00

415.58

Aminturşu indeksi

2.12

2.09

1.95

2.14

2.10

2.16




Təmizcinsli cöngələrin qaraciyərində adi yemləmədə sərbəst aminturşularından lizinin 8.22 mq və ya 34.9%, histudin 3.58 mq və ya 2.94%, valinin 5.50 mq və ya 31.2% , aspargin turşusunun 9.55 mq və ya 38.3%, qlutamin turşusunun 26.97 mq və ya 43.4%, qlisin 11.11 mq və ya 36.4% II qrup cöngələrin qaraciyərdəki sərbəst aminturşuların miqdarına nisbətən çoxluq təşkil edir. Bu analoji qanunauyğunluq III qrup cöngələrin qaraciyərində sərbəst aminturşuların miqdarında da özünü büruzə vermişdir.(3) Əvəz olunmayan aminturşuların ümumi miqdarı I qrupda II və III qrupa nisbətən müvafiq olaraq 24.2 mq və ya 15.6% çoxdur 1.

İkinci istiqamətdə yemləmədə qaraciyərdə əksər sərbəst aminturşularının miqdarı adi yemləməyə nisbətən çoxluq təşkil edir. Əvəz olunmayan aminturşulardan histidin I qrupda 6.9%, II qrupda 21.18% III qrupda 9.82%; lizin I qrupda 4.83% II qrupda 5.72% III qrupda 3.71%; valin I qrupda 2.68% II qrupda 3.66% III qrupda 2.40% adi yemləməyə nisbətən üstünlük təşkil edir 5.

Hər iki istiqamətdə yemləmədə qruplar arasında qaraciyərdə sərbəst aminturşulardan arginin izoleysin ciddi dəyişirikliyə uğramamışdır 8.

Qaraciyərdə sərbəst aminturşularının ümumi miqdarı ikinci istiqamətdə yemləmə I qrupda 2.17% II qrupda 3.28% III qrupda 2.96% adi yemləməyə nisbətən üstünlük təşkil edir 6.

Tədqiqatlarımıza əsasən belə nəticəyə gəlmək olar ki, amarant sorqo qarışığı ilə yemləmə müddətində (2-ci istiqamət) qaraciyərdə sərbəst amin turşuların ayrı-ayrı nümayəndələrinin (xüsusən əvəz olunmayanlar) və həmçinin ümumi miqdarlarının artımı müşahidə olunmuşdur. Bu artım təmiz cinslərdə (I qrupda) özünü çox büruzə vermişdir.

Hibrid heyvanlarda (II və III qrup) təmiz cinslərə nisbətən sərbəst aminturşuların miqdarının azalmasının səbəbi onların zülalların sintezinə sərf olunmasıdır. Bu ən çox birinci qrupda özünü büruzə verir.





ƏDƏBİYYAT


  1. КузиевО.Г. Аминокислотный состав мяса чистопородных и поместных бычков. Автореф. доктор ветер наук Алма-ата 1984 с 12-16.

  2. Лаждоп П.Е.Белкина Н.Н. Аминокислотный состав мяса поместного молодняка крупного рогатого скота Доклад ВАСХНИЛ 1983 №2 с 16-18.

  3. Levis D.S. Amino acid metatolian in the sheep Brit Y Hutr 1985 V. №3 S.P. 215-219

  4. Daşdəmirov K.Ş. Xəlilov Q.B. Yusifov N.M. Zebunun cinsi ilə hidridlərində zülal mübadiləsinin xüsusiyyətləri. Beynəlxalq kimya konqresi Türkiyə, Kars şəhəri 2004. s.2001.

  5. Yusifov N.M. Daşdəmirov K.Ş. Azərbaycan Respublikasında becərilən amarantın biokimyəvi xüsusiyyətləri “Biokimyəvi nəzəriyyələrin aktual problemləri” “Elmi praktiki” konfransın materialları Gəncə 2007 s. 86-89.

  6. Юсифов Н.М. и другие. Биохимические особенности амаранта и его смеси с другими культурами. Материалы первая респуб. биохим. конф. Баку 1990 с 129.

  7. Daşdəmirov K.Ş. Xramotoqrafiya üsulu ilə aminturşularının təyini. Metodik göstəriş. Bakı. 2006, səh. 9-11.

  8. Daşdəmirov K.Ş. Yusifov N.M. İkicinsli və üç cinsli cöngələrin ətində və qaraciyərində aminturşularının dəyişmə dinamikası. “Biokimyəvi nəzəriyyələrin aktual problemləri” Elmi praktiki konfrans Gəncə 2007 s. 62-67


УДК 611:56.15
Влияние амаранта на аминокислотный состав

печени гибридных животных
Н.М.Юсифов, К.Ш.Дашдамиров

РЕЗЮМЕ
Установлено что, при кормлении амарантом чистопородных и гибридных бычков наблюдается увеличение свободных аминокислот в составе печени, особенно чистопородных бычков. Уменьшение в печени количество свободных аминокислот у гибридных бычков идёт за счёт использования последних в синтезе мышечных белков.

Influece of an amaranth on amino acid of liver hybrid animalis
N.M.Yusifov K.S.Dashdamirov

SUMMARY
It is established that at to feed by an amaranth thoroughbred and hybrid bull observation increase in free amino acids structures of liver about especially thoroughbred bulls. Reduction in liver the quantity free amino acids at hybrid bulls follows the account of use. The last in synthesis muscular fibers.

UOT 638.1
RESPUBLİKANIN  ŞİMAL-ŞƏRQ ƏRAZİLƏRİNDƏ  ASKOSFEROZLA YOLUXMUŞ ARI  AİLƏLƏRİNİN  BİTKİ MƏNŞƏLİ  DƏRMAN PREPARATLARINI  ƏLAVƏ ETMƏKLƏ MÜALİCƏ  EDİLMƏSİ

     


Professor  R.L.Sultanov, baytar N.İ.Nəcəfov 

    Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutu

     


Arı  xəstəliklərinə qarşı müalicəvi və profilaktiki tədbirlərin aparılması məqsədi ilə (A.M.Smirnov, A.B.Soxlikov 4, R.L.Sultanov, H.T.Hüseynov 5,6 və.s alimlər) sarımsaqdan, istiotdan, dağotu,  aptek çobanquyruğu və acı yovşan kimi bitkilərdən hazırlanmış dərmanlardan istifadə etməyə üstünlük verirlər. Nozematoza qarşı müalicə məqsədilə yalnız tədqiqatçılar  deyil, onlarla birlikdə həm də bütün dünyanın qabaqcıl arıçıları məşğul olurlar. Bu istiqamətdə aparılmış tədqiqat işləri öz müsbət nəticələrini göstərməkdədir.

     Respublikamızda bir sıra alimlər göstərirlər ki, ailədə arıların 30%-i nozematozla yoluxduqda bitki mənşəli preparatları müxtəlif bölgələr üçün müəyyən edilmiş vaxtlarda müalicəvi- profilaktiki tədbirlər aparıldıqda arı ailələrini 21 gün ərzində müalicə etmək mümkündür. Bitki mənşəli dərman preparatları ailədə mövcud ola biləcək digər arı xəstəliklərinə də təsir etməsi ehtimalı olduğu üçün nozematozla yoluxmuş ailələrdə müalicəvi-profilaktiki tədbirlərin aparılması ilə yanaşı həm də arıxanada olan bütün arı ailələrinin bitki mənşəli preparatların qatıldığı qida ilə yemləndirilməsi məqsədəuyğundur (R.L.Sultanov, H.T.Hüseynov 1; H.T.Hüseynov 2 və H.T.Hüseynov 3.

     2007-ci ildə aparılmış tədqiqat işləri nəticəsində müəyyən olunmuşdur ki, respublikanın Şimal-şərq ərazisində askosferozla yoluxmuş arı ailələrinin müalicəsində nistatin və unisan dərman preparatlarının təsiri digər dərman preparatları ilə müqayisədə daha effektli olmuşdur.

     Ona görə də 2008-ci ilin erkən yazında respublikanın şimal-şərq ərazisinin orta dağlıq hissəsinin arıxanalarında arı ailələrinin nistatin və unisan dərman preparatlarına bitki mənşəli cövhər  qatmaqla askosferozun müalicəsində istifadə edilir.

     Bu məqsədlə arıxanalarda 5 qrup oxşar arı ailələrindən ibarət 1 nəzarət  və 4 təcrübə qrupu yaradıldı. Hər biri orta gücə malik olmaqla 15 arı ailəsindən ibarət nəzarət və təcrübə qrupları təşkil edildi. Üçüncü təcrübə qrupunun arı ailələri yalnız nistatin preparatı ilə müalicə edilmiş, digər birinci və ikinci təcrübə qruplarında müalicə prosesində nistatin, unisan preparatları ilə birlikdə həm də bitki mənşəli preparatdan istifadə edilmişdir. Beşinci təcrübə qrupunun askosferozla yoluxmuş arı ailələrində müalicə işi aparılmamışdır.

Dördüncü nəzarət qrupunun arı ailələri askosferoza qarşı tam sağlam arı ailələrindən ibarət olmuşdur. Birinci, ikinci, üçüncü və beşinci təcrübə qruplarının arı ailələrinin hər biri 5 arı ailəsindən ibarət olmaqla ailələrin askosferoza yoluxma dərəcəsi 10,6-18.0% ; 24,0-31,1%  və 32,5-52,3% arasında olmuşdur.

Tədqiqat prosesində istifadə etdiyimiz  bitki mənşəli dərman preparatı aşağıdakı tərkibdə hazırlanmışdır.


  1. 150qr xırdalanmış sarımsağın cövhəri.

  2. 50qr  xırdalanmış acı istiotun cövhəri.

  3. 50qr xırdalanmış soğanın cövhəri.

Bu bitkilərin spirtli qarışığını hazırlamaq üçün  onlardan yuxarıda göstərilən həcmdə götürüb 250ml 95%-li spirtdə qarışdırır və 10 gün qaranlıq yerdə saxladıqdan sonra istifadə edilir. Alınmış 1ml dərman qarışığı 250ml şəkər şərbətində (1:1 nisbətində) qarışdırmaqla işlədilir.

     Birinci qrupun askosferozla müxtəlif dərəcələrdə yoluxmuş  arı ailələrini yuxarıda göstərilən bitki mənşəli mayenin spirtli qarışığının şərbətinə nistatin dərman preparatı   əlavə edilməklə müalicə aparılır.

İkinci təcrübə qrupunun askosferozla müxtəlif dərəcədə yoluxmuş arı ailələrini müalicə etmək məqsədi ilə yuxarıda hazırlanmış bitki mənşəli preparatın spirtli qarışığının şərbətinə unisan preparatı əlavə edilir.

Hər iki  təcrübə qrupunun askosferozla müxtəlif dərəcədə  yoluxmuş arı ailələri qışlamadan çıxdıqdan sonra erkən yazda (12.02.08-ci ildə) hər bir arı ailəsinə yuxarıda göstərilən dərman qarışığı ilə 250 qr olmaqla iki gündən bir 5 dəfə verilir.

Üçüncü qrup arı ailələrində 2007-ci təcrübə  ilində olduğu kimi yalnız nistatin preparatı vasitəsi ilə müalicə edilmişdir. Bu qrupda arı ailələrinin müalicəsində bitki mənşəli preparatlardan istifadə edilməmişdir.

Dördüncü  nəzarət qrupunda isə askosferoza qarşı tam sağlam arı  ailələri olmuşdur.

Belə  ki, bütün təcrübə prosesində 15 sağlam və müxtəlif dərəcədə askosferoza yoluxmuş 30 arı ailəsindən istifadə edilmişdir. Mualicə prosesi 2 gün intervalla 5 dəfə aparılmış və cəmi 10 gün vaxt sərf edilmişdir.

Sonuncu müalicədən 5 gün sonra bütün nəzarət və təcrübə  qrupunun arı ailələrində askosferozla yoluxma dərəcəsi müəyyənləşdirilmişdir. Bundan əlavə  3 təcrübə və bir nəzarət qrupunun hər bir arı ailəsindən 20 arı nümunəsi götürüb arıların biokimyəvi və fizioloji durumu müəyyənləşdirilmişdir.

Təcrübə  prosesində ilk dəfə olaraq birinci, ikinci, üçüncü və beşinci təcrübə qruplarında müalicədən sonra (01.03.08;05.03.08; 10.03.07 və 15.03.07-ci il tarixlərdə) ailənin askosferozla yoluxma dərəcəsi müəyyən edilərək aparılan müalicənin effektivliyi müəyyənləşdirilmişdir.

1№-li cədvəldən göründüyü kimi  respublikanın şimal-şərq ərazilərinin orta dağlıq hissəsində aparılmış tədqiqat işi nəticəsində məlum olmuşdur ki, askosferoza 10,6 – 18,0% yoluxmuş arı ailələrində müalicədən 5 gün sonra yəni 01.03.08-ci il tarixdə nistatin və unisan dərman preparatlarına bitki mənşəli dərman preparatı əlavə edilərək müalicə edildikdə (I və II-ci təcrübə qruplarında) ailədə sürfələrin yoluxma dərəcəsi 6,2-6,6 %-ə qədər azalmışdır. Bu göstəricilər bitki mənşəli dərman preparatı əlavə edilmədən yalnız nistatin preparatı vasitəsilə müalicə edilmiş III-cü qrupun arı ailələri muqayisədə askosferoza yoluxma 70,8-90,3% az olmuşdur. Artıq  05.03.08-ci il tarixdə I və II təcrübə qruplarının arı ailələrində askosferozla yoluxma  4,2% olmuşdur. Üçüncü təcrübə qrupunda arı ailələrinin tam sağalması 10.03.08-ci il tarixə müşahidə edilir. Müalicə aparılmamış V-ci təcrübə qrupunun  arı ailələrində 15.03.08-ci il tarixdə yoluxma dərəcəsi  I və II-ci qrupun arı ailələri ilə müqayisədə  3,15-3,35 dəfə artıq yoluxma qeydə alınmışdır.

Buradan görünür ki, arıxanada arı ailələri 10,6-18,0% askosferoza yoluxduqda  nistatin  və unisan dərman preparatlarına bitki mənşəli dərman preparatı əlavə edildikdə müalicə aparıldıqda arı ailələrini 5 gün ərzində yəni 2 dəfə daha tez sağlamlaşdırmaq mümkündür.

Askosferoza 24,0-31,1% yoluxmuş arı ailələrində isə 01.03.08-ci il tarixdə nistatin və unisan dərman preparatlarına bitki mənşəli dərman preparatı əlavə edilərək müalicə edildikdə (I-ci və II-ci təcrübə qruplarında) ailədə arı sürfələrinin yoluxma dərəcəsində 18,1-19,2%-ə qədər, 05.03.08-ci il tarixdə 6,5-8,1%-ə qədər, 10.03.08-ci il tarixdə isə 0,3-0,6%-ə qədər azalma müşahidə edilmiş və 15.03.08-ci il tarixdə isə tam sağalma prosesi getmişdir. Bu göstəriciləri III-cü qrupun arı ailələri ilə (bitki mənşəli dərman preparatlarından istifadə edilməmiş) müqayisədə 01.03.08-ci il tarixdə 31,8-39,8%;  05.03.08-ci il tarixdə 91,3%-2,38 dəfə və 10.03.08-ci il tarixdə isə 7,0-14,0 dəfə aşağıdır. Yəni askosferoza qarşı mübarizədə bitki mənşəli preparatlardan istifadə etdikdə təsiri daha güclü olmuşdur.

Askosferoza 32,5-52,3%  yoluxmuş arı ailələri 01.03.08-ci il tarixdə nistatin və unisan dərman preparatlarına  bitki mənşəli dərman preparatı əlavə edildikdə ailədə arı sürfələrinin yoluxma dərəcəsi 21,2-24,3%-ə qədər, 05.03.08-ci iltarixdə 10,1-11,3%-ə qədər və 10.03.08-ci il tarixdə 1,8-3,1%-ə qədər azalmışdır. Bu göstəricilər üçüncü qrupun arı ailələrilə müqayisədə müvafiq olaraq 33,7-53,3%, 39,8-56,4 və 2,93-5,05 dəfə aşağı olmuşdur.

Beləliklə  aparılan tədqiqat zamanı ilk dəfə olaraq  Böyük Qafqazın şimal-şərq ərazilərində arıların askosferozuna qarşı daha effektli hesab olunan nistatin  və unisan dərman preparatlarına sarımsaq, acı istiot və soğandan alınmış cövhər əlavə edilmiş, yüksək müalicə effekti alınmış və müalicə daha intensiv getmişdir.  Arı ailələri 10,6-18,0% askosferoza  yoluxduqda onları bitki mənşəli dərman preparatları ilə 10 gün 24,0-31,1% və 32,5-52,3%  yoluxduqda isə 15 gün ərzində arı ailələrini müalicə etmək mümkündür.

Aparılmış tədqiqat nəticəsində askosferozla müxtəlif dərəcədə yoluxmuş arı ailələrinin bitki mənşəli preparatları əlavə etməklə müalicə aparıldıqdan sonra arıların orqanizmində gedən fizioloji dəyişkənliklər öyrənilmişdir. Askosferoza müxtəlif dərəcədə yoluxmuş təcrübə qrupunun arı ailələrini bitki mənşəli preparatlar əlavə edildikdən sonra onların orqanizmində gedən fizioloji dəyişiklikləri götürülmüş arı nümunələrində müəyyənləşdirilmişdir.

Təcrübə prosesində askosferoza yoluxmuş arı ailələri və bitki mənşəli cövhərin spirtli  qarışığından istifadə edilmişdir. Askosferozla müxtəlif dərəcədə yoluxmuş arı ailələrini bitki mənşəli dərman preparatlarını əlavə etməklə  arı ailələrini müalicə etdikdən sonra arıların orqanizmində gedən fizioloji dəyişkənliklər öyrənilmişdir.

Aparılmış tədqiqat işinin nəticələri 2 №-li cədvəldə verilir.

2№-li cədvəldən görünür ki, askosferoza yoluxmuş arı ailələri dünya miqyasında askosferoza qarşı geniş istifadə olunan  nistatin və unisan preparatlarına bitki mənşəli cövhərin spirtli qarışığı əlavə edilmiş və arıların orqanizmində gedən fizioloji dəyişikliklər öyrənilmişdir. Məlum olmuşdur ki, müalicədən qabaq 10,6-18,0% askosferoza yoluxmuş arılarda udlaq vəzisində invertaza və diastaza fermentlərinin fəallığı sağlam arılarla müqayisədə müvafiq olaraq 52,8-62,3% (t=5,23, t=5,28); 24,0-32,1 % yoluxmuş arı ailələrində 52,0% və 48,5% (t=5,02, t=5.00); 32,5-52,3% yoluxmuş ailələrdə isə 49,3-38,2% (t=4,92; t=4,36) aşağı olmuşdur. Belə bir vəziyyət orta bağırsaqda invertaza fermentinin fəallığında da təkrar olunur. Bu göstəricilər müvafiq olaraq 10,6-18,0% askosferoza yoluxmuş arı ailələrində 4,22 (t=9,34) dəfə, 24,0-32,1% yoluxmuş ailələrində 40,5% (t=5,43) və 32,5-52,3% yoluxmuş ailələrdə isə 59,8% (t=6,92) aşağı olmuşdur.

Arxa bağırsaqda katalaza fermentinin fəallığı müqayisəli şəkildə öyrənilmişdir. Məlum olmuşdur ki, sağlam və askosferoza yoluxmuş ailələrdə katalaza fermentinin fəallığı sağlam və askosferoza yoluxmuş ailələri bitki mənşəli preparatlarla müalicə edilmiş qruplarla müqayisədə çox cüzi fərqlər müşahidə edilmişdir. Bu göstəricilərin muqayisəli fərqi askosferoza yoluxma faizlərinə uyğun olaraq  14,7% (t=1,28); 36,5% (t=0,76) və 27,1% (t=1,91) təşkil edir.

Buradan görünür ki, müalicədən qabaq askosferozla yoluxmuş arı ailələrinin fizioloji durumu sağlam arı ailələri ilə müqayisədə çox aşağı səviyyədə olmuşdur. Bütün hallarda mövcud fərqlər biometrik cəhətdən etibarlıdır.

Askosferozla müxtəlif dərəcədə yoluxmuş arı ailələrinin bitki mənşəli dərman preparatları əlavə etməklə müalicədən sonra arıların orqanizmində gedən fizioloji dəyişkənliklər təkrar müəyyən edilmişdir.

2№-li cədvəldən görünür ki, 10,6-18,0% askosferozla yoluxmuş arı ailələrində bitki mənşəli dərman preparatları əlavə etməklə müalicə edildikdə arıların udlaq vəzisində invertazanın  və diastazanın  fəallığı müalicə aparılmayan sağlam arı ailələri ilə müqayisədə müvafiq olaraq  9,68% (t=1,38) və 15,1% (t=1,06) aşağı olmuşdur. Bu göstəricilər orta bağırsaqda invertazanın fəallığında  18,3% (t=2,21), arxa bağırsaqda katalaza fermentinin fəallığında isə 7,0 (t=0,80) aşağı olmuşdur. Bütün hallarda göstəricilərin müqayisəli fərqləri biometrik cəhətdən etibarsızdır.

24,0-32,1% askosferozla yoluxmuş arı ailələrində bitki mənşəli dərman preparatları əlavə etməklə müalicə edildikdən sonra arıların udlaq vəzisində invertazanın və diastazanın , orta bağırsaqda invertazanın və arxa bağırsaqda katalaza  fermentlərinin fəallığı sağlam arı ailələri ilə müqayisədə müvafiq olaraq 14,1% (t=1,60); 21,2% (t=1,44); 20,5%(t=1,67) aşağı və bir halda isə 3,77 (t=0,55) yuxarı olmuşdur. Göstəricilərin müqayisəli fərqləri  bütün hallarda biometrik cəhətdən etibarsız olmuşdur.32,5-52,3% askosferozla yoluxmuş arı ailələrində sağlam arı  ailələri ilə müqayisədə  göstəricilərin müvafiq fərqləri  9,8% (t=1,37); 2,7% (t=0,18); 12,8 (t=1,29) və 7,7% (t=0,69) olmuşdur. Bütün hallarda göstəricilər arasında müvafiq fərqlər biometrik cəhətdən etibarsız olmuşdur.

Aparılmış tədqiqat işi nəticəsində müəyyən edilmişdir ki, dünya miqyasında askosferoza qarşı geniş istifadə olunan nistatin və unisan dərman preparatlarına bitki mənşəli vasitələrini əlavə etməklə müalicə aparıldıqda , müalicə müddəti 21 gündən 15 günə qədər, yəni 6 gün qısalır. Müalicə nəticəsində nistatin və unisan preparatlarından fərqli olaraq bitki mənşəli preparatlar askosferozla yoluxmuş arı ailələrinin müalicə prosesinin intensivliyini artırır və xəstəliyin inkişafının qarşısı alınır.

Müəyyən olunmuşdur ki, bitki mənşəli dərman preparatları əlavə  etməklə aparılan müalicə prosesində arıların orqanizminin fizioloji durumu sağlam arı ailələri ilə müqayisədə cüzi fərqlər olmaqla eyni olmuşdur. Udlaq vəzisində invertaza və diastazanın fəallığı orta bağırsaqda invertazanın və arxa bağırsaqda katalaza fermentlərinin göstəricilərinin fəallığı arasında mövcud fərqlər biometrik cəhətdən etibarsız olmuşdur. Aparılmış müşahidələr göstərir ki, askosferoza qarşı müalicə prosesində bitki mənşəli preparatlardan istifadə etdikdə sağlam arı ailələrinin ana arıları ilə müqayisədə müalicə aparılmış ailələrdə ana arılar hətta artıq yumurta qoyur. Bitki mənşəli preparatlar ana arının yumurta qoyma prosesini gözəçarpan dərəcədə artırır və arı ailəsinin inkişafı sağlam arı ailələri ilə müqayisədə hətta daha surətli olur.

Tədqiqat prosesində aparılmış müşahidələr göstərir ki, bitki mənşəli dərman preparatlarını xəstəliyin müalicəsində istifadə etdikdə hətta digər arı xəstəliklərinin müalicəsinə kəskin təsir göstərir.

Ona görədə aparılmış tədqiqat işini təhlil etdikdə görürük ki, respublika şəraitində dünya miqyasında istifadə olunan dərman preparatlarına bitki mənşəli preparatları əlavə etdikdə askosferozun müalicəsində analoqu olmayan nəticələr alınır.

Bitki mənşəli preparatlardan askosfaera apis göbələyinin müalicəsində  və ümumiyyətcə xəstəliklərə böyük təsir etmək qabiliyyətini nəzərə alaraq respublikanın bütün ərazilərində yayılmış arıxanaların erkən yaz dövründə həm müalicəvi və həm də profilaktiki tədbir kimi istifadə edilməsini məqsədə uyğun hesab edirik.



  

Yüklə 10,61 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin