Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti adau-nun 80 illik yubileyinə həsr edilir adau-nun elmi ƏSƏRLƏRİ g əNCƏ 2009, №3



Yüklə 10,61 Mb.
səhifə11/22
tarix01.01.2017
ölçüsü10,61 Mb.
#4033
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

ƏDƏBİYYAT


  1. Əliyev A.Ə. - Buzovlarım mədə-bağırsaq pozuntuları zamanı yerli floradan olan bəzi bitkilərin ishaləleyhi təsiri. AKTA-nın 75 illiyinə həsr edilmiş Beynəlxalq Simpoziumun küllıyatı. II cild Gəncə, 2004, səh.61-63.

  2. Vəlizadə X.F., Əliyev A.Ə. - Baytarlıqda fitoterapiyanın əhəmiyyəti və perspektivləri. AKTA –nın 75 illiyinə həsr edilmiş Elmi-praktiki konfransın materialları. Gəncə, 2004, səh.50-51

  3. 3. Рабинович М.И. - Ветеринарная фитотерапия . М., Изд-во «Росагропромиздат» 1988, 175 стр.

  4. Голышенков П.П. - Применение солка березы белой при диспепсии телят. Журнал «Ветеринария», 1989, № 3, стр. 61-52.

  5. Алиева Л.А. - Изучение эффективности растений из местной флоры при гельминтозах птиц. AKTA –nın 75 –illiyinə həsr edilmiş Elmı-praktiki konfransın materialları Gəncə, 2004, səh. 43-44.



Применение лекарственных растений в комплексной терапии

м олодняка животных при желудочно-кишечных болезнях
Алиев А.А., Рзаев Р.И.
РЕЗЮМЕ
Изучена эффективность применения некоторых лекарственных растений при желудочно-кишечных болезнях молодняка животных. Установлена достаточно высокая эффективность лекарственного сбора, состоящего из горца мясокрасного, зверобоя обыкновенного, тысячелистника и шалфея при этих заболеваниях, что объясняется наличием в составе этих растений фармакологически активных веществ (вяжущих, противовоспалительных, бактерицидных, повышающих ферментативную активность и т.д).

Application of herbs in complex therapy

young growth of animals at gastroenteric illnesses
Aliev A.A., Rzayev P.U.

THE RIVER AND.
SUMMARU

Efficiency of application of some herbs is studied at gastroenteric illnesses of young growth of animals. It is established high enough efficiency the medicinal gathering consisting of the mountaineer, zveroboə ordinary, a yarrow and a sage at these diseases that speaks presence as a part of these plants fermokology active substances (knitting, anti-inflammatory, bactericidal, raising fermantativy activity etc).



UOT 636.39.082.14

İSVEÇRƏNİN ZAANEN KEÇİ CİNSİ AZƏRBAYCANDA
Kənd təsərrüfatı elmləri namizədləri: F.A.Məmmədov, H.S.Bayramov,

zootexnik M.Ş.Hüseynov

Azərbaycan Dövlət Aqrar Universiteti



Azərbaycanın təbii-coğrafi, iqlimi, müxtəlif növ yemlərlə zəngin olan otlaqları vətənimizdə bütün növ heyvanların yetişdirilməsinə imkan verir. Azərbaycanın görkəmli iqtisadcı alimi Məmmədhəsən Vəlili hələ 1921-ci ildə nəşr etdirdiyi “Azərbaycan” - coğrafi –təbii etnoqrafik və iqtisadi mülahizat kitabında göstərir ki, Birinci Dünya müharibəsindən əvvəlki illərdə Azərbaycanda 1 milyon 210 min baş qaramal, o cümlədən 400 baş camış, 2 milyon 492 min baş qoyun, 215 min baş keçi olmuşdur 2. Müəllif göstərir ki, o zaman əhalinin süd və süd məhsullarına olan təlabatı ödənilirdi. Lakin ət və ət məhsulları xaricdən alınırdı. Azərbaycanda 1920-ci ildə sovet hakimiyyətinin qurulması, 1930 –cu illərdə kollektivləşdirmə siyasətinin həyata keçirilməsi, 1941-ci ildə Umumi Dünya müharibəsinin başlanması və digər məlum səbəblərlə əlaqədar ölkəmizdə heyvandarlığa böyük ziyan dəymişdir. Lakin bütün bunlara baxmayaraq xalqımız, milli sərvətimiz sayılan Azərbaycan camış cinsini, yerli qoyun və keçi cinslərini qoruyub saxlaya bilmişdir.

Azərbaycanın müstəqillik əldə etməsi və respublikamızın bazar münasibətlərinə keçməsi ilə bağlı uğurlu islahatların həyata keçirilməsi nəticəsində ölkəmizdə mal-qaranın baş sayı artmış , məhsuldarlığı yüksəlmişdir.

Hal-hazırda Azərbaycanda 2 milyon 500 min başdan çox qaramal, o cümlədən 142,7 min baş camış, 7,5 milyon baş qoyun, 586 min keçi yetişdirilir. Süd istehsalı respublikada 1.400 min ton, qoyun və keçi südü istehsalı 28,0 min ton olmuşdur 3.

Son illərdə süd istehsalının xeyli artmasına baxmayaraq süd və süd məhsullarına olan təlabatın ödənilməsi üçün ölkədə adam başına sutkada 500 q süd istehsal olunması məsləhət görülür. Ona görə də ölkədə süd istehsalının artırılması üçün bütün imkanlardan səmərəli istifadə olunmalıdır. Bu baxımdan demək olar ki, unudulmuş sahə kimi Azərbaycanda yetişdirilən yerli keçilərin cins tərkibinin yaxşılaşdırılması və onların süd məhsuldarlığının yüksəldilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, keçi südü insanların, xüsusən körpə və kiçik yaşlı uşaqların qidalı maddələrə olan tələbatının ödənilməsində, onların sağlamlığının qorunmasında xüsusi əhəmiyyət kəsb edir 1.

Belə bir məqsədin yerinə yetirilməsi ücün ilk dəfə Azərbaycana, Şəmkir rayonunun Süleyman ad kəndli–fermer təsərrüfatına Avstriyadan dünyada ən yüksək süd məhsuldarlığına malik Zaanen cins keçiləri gətirilmiş və artıq 5 ildir ki, yetişdirilir.

Zaanen keçi cinsinin vətəni İsveçrədir. Bu cinsin yetişdirilməsinin əsas damazlıq mərkəzi Bern vilayətinin cənubi qərbində yerləşən Zaanen, Zauenen Turbax vadiləridir. Bu vilayət dəniz səviyyəsindən 1000 m hündürlükdə yerləşir və hündürlüyü 1800-2500 m olan dağlarla əhatə olunmuş və meşəliklə örtülmüşdür. Ərazi çox yaxşı alp çəmənlikləri , otlaqları, xırda su bulaqları ilə fərqlənir. Bütün bunlar göstərir ki, Zaanen keçi cinsi olduqca yaxşı təbii şəraitdə , bol yaşıl yem ehtiyyatı olan əlverişli yerdə yetişdirilmişdir.

Südlük istiqamətli Zaanen cins keçilərinin yetişdirilməsində əlverişli iqlim və coğrafi şəraitlə yanaşı cinsin təkmilləşdirilməsində uzun illər boyu ciddi damazlıq işinin aparılması böyük rol oynamışdır.Hazırda bu cins südlük istiqamətdə ən mədəni keçi cinsi sayılır.

Zaanen keçi cinsi təmiz ağ rəngli və nisbətən iri heyvandır. Gövdəsi uzundur, döşü dərin və enlidir, sümükləri yaxşı inkişaf etmiş və möhkəmdir. Cinsin erkək və dişiləri saqqallı və buynuzsuzdur.

Zaanen keçiləri yaxşı inkişaf etmiş yelinə malikdir, əmcəkləri irəliyə doğru meyilli vəziyyətdədir. Ümumiyyətlə Mərkəzi Avropanın və eləcə də İsveçrənin digər cins keçiləri ilə müqayisədə Zaanen keçiləri iridir, sümüklüdür, tez yetişəndir, hormonik bədən qurluşuna və yüksək süd məhsuldarlığına malik heyvandır. Ona görə də dünyanın bir çox ölkələri bu cinsdən yaxşılaşdırıcı cins kimi istifadə edir.

Təmiz qanlı Zaanen cinsinin 2 illik erkək keçilərinin çəkisi 55-60 kq ,3-5 yaşlı erkəklərin isə 65-75 kq və daha çox olur. Yaz- yay otlaq dövründə keçilərin süd sağımı sutqada 3,0-3,5 kq olur. Yüksək məhsuldar keçilərdən isə 4,0-4,5 kq süd sağılır. Zaanen cinsli keçilərdən laktasiyada 800-1000 kq süd sağılır. Qeyd olunan məhsuldarlıq gösdəricilərindən məlum olur ki, Avropa və eləcə də bir sıra digər ölkələrin alimləri və heyvandarlıq mütəxəssisləri tərəfindən Zaanen cinsli keçilərinə olduqca yüksək qiymət verilməsi cinsin süd və ət məhsuldarlığının yüksək olmasına, tez yetişkənliyinə, çox bala vermə qabliyyətinə və digər faydalı gösdəricilərinə əsaslanır (cədvəl 1).





Cədvəl 1

Zaanen keçilərinin rekord məhsuldarlıq göstəriciləri

İllər

Laktasiya müddətində süd sağımı (kq)

Müəlliflər

1929

1937


2235

2482


Г.Г. Зеленский –Kозоводство, Москва, 1971.

1952

2950

С. Мишарев- Kозоводство, Москва 1969.

2004

3499

В.И.Теплов: В.Н.Панaсенко - Товароведение и экспер­тиза животноводчесого сыря Москва, 2004.



Cədvəldən görünür ki, cinsin rekord məhsuldarlıq göstəriciləri olduqca yüksəkdir. Bu, onu göstərir ki, Zaanen cinsi süd məhsuldarlığına görə böyük potensial imkana malik keçi cinsidir.

Aparılan tədqiqatlar göstərir ki, keçi südü tərkib və xassəsinin bir çox faydalı xususiyyətinə görə digər heyvanların südündən kəskin surətdə fərqlənir. Keçi südünün tərkibindəki yağ kürəciklərinin diametri inək südündən 2 dəfə kiçikdir, bu da yağın orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə imkan verir. Keçi südünün tərkibindəki kalsium və fosfor elə bir ideal nisbətdədir ki, həmin maddələr orqanizm tərəfindən çox yaxşı mənimsənilir. Keçi südündə inək südü ilə müqayisədə kobaltın miqdarı 6 dəfə çoxdur. Keçi südü suda həll olan vitaminlərlə zəngindir. Bütün bu göstərilən faydalı xassələrinə görə ən qədim dövrdən körpə və kiçik yaşlı uşaqların qidalanmasında keçi südünə üstünlük verilir.



Süleyman adına fermer təsərrüfatında artıq 5 ildir ki , təsərrüfatda yerli cins keçilər Zaanen cinsi ilə yaxşılaşdırılır. Təsərrüfatda hal- hazırda 5 baş təmiz qanlı ana keçi, 2 baş təmiz qanlı törədici erkək , 45 başadək mələz keçi, 15 baş yerli cins keçi yetişdirilir.

Cədvəl №2

Təsərrüfatda yetişdirilən keçilərin məhsuldarlıq göstəricilər


Keçilərin cins tərkibi

Yaş üzrə diri çəki ( kq )

Laktasiya müddəti (ayla )

Laktasiya dövründə

1 yaş

2 yaş

3-5 yaşlı

Süd sağımı

( kq )

Südün yağ faizi

Təmiz qanlı ( Zaanen cinsi):










8-10

800-1000

3.8-4.5

erkək

38-40

55-60

65-75










Dişi

30-35

46-50

55-60










Mələz:










7-8

600-700

4.0-4.8

erkək

30-36

47-52

60-65










Dişi

24-30

40-45

52-60










Yerli:










5-6

150-200

4.0-5.0

erkək

24-30

33-38

42-45










Dişi

20-25

28-32

37-40










Yüklə 10,61 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin