Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti adau-nun 80 illik yubileyinə həsr edilir adau-nun elmi ƏSƏRLƏRİ g əNCƏ 2009, №3



Yüklə 10,61 Mb.
səhifə15/22
tarix01.01.2017
ölçüsü10,61 Mb.
#4033
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

Cədvəl 2.

Yunun keçələşmə qabiliyyəti


Cinsdaxili tiplər

Yaş və cinsiyyət qrupu

Yunun orta

nazikliyi, mkm

Keçələşmə əmsalı

Yunluq

Tip


Törədici qoç

40,5

0,610

Аna qoyun

40,0

0,600

Erkək toğlu

38,8

0,720

Dişi toğlu

37,7

0,780

Ətlik

Tip


Törədici qoç

41,3

0,570

Аna qoyun

40,9

0,600

Erkək toğlu

39,1

0,650

Dişi toğlu

38,6

0,715

Südlük

Tip


Törədici qoç

41,1

0,520

Аna qoyun

40,7

0,610

Erkək toğlu

39,0

0,650

Dişi toğlu

38,6

0,715


2 saylı cədvələ nəzər saldıqda məlum olur ki, təcrübə qoyunlarının y­u­nu başqa növ yarımqaba yunun keçələşmə qabiliyyəti ilə müqayisədə qə­na­ətbəxş göstəriciyə malikdir. Cədvəldə göstərildiyi kimi, yunun nazikliyi yük­səldikcə, onun keçələşmə qabiliyyəti də yüksək olmuşdur. Bu, onunla əla­qədardır ki, daha nazik yunlar nisbətən qıvrımlıdır, yun telləri daha mü­tə­hərrikdir və yuksək keçələşmə xassəsinə malik olur. Qruplar içərisində ən yüksək keçələşmə qabiliyyətinə dişi toğluların yununda müşahidə edil­miş­dir. Bu yunlardan aparat və daraqlı əyrilmədə geniş istifadə edilə bilər. Bu­nunla bərabər, belə bir nəticəyə gəlmək olur ki, bu qoyunların yunu həm xal­çaçılıq və həm də parça tikişləri və sapın arasındakı tüklər, yunun yaxşı ke­çələşməsi ilə əlaqıdar olaraq örtülüb, parça üzərində hamar nazik örtük əmə­lə gətirir.



NƏTİCƏ


  1. Yunun sortu yüksəldikcə, onun uzunluğu da artır və bununla əlaqədar olaraq, yumağın nömrəsi də yüksək olur.

  2. Yüksək nazikliyə mailk I sort yunların keçələşmə qabiliyyəti II sort yunlardan çox olur.

  3. Müxtəlif tipli qoyunların yununda ən yüksək əyrilmə və keçələşmə qabiliyyəti yunluğa meyilli qoyunların yununda müşahidə edilir.

  4. Ümumiyyətlə hər üç tip qoyunların içərisində yüksək texnoloji xassə, yunluq tipdə müşahidə edilmişdir.



УДК 637.62:636.3
Технологические свойства шерсти балбасских овец
Диссертант Рушанов А.А.

АГАУ

РЕЗЮМЕ
В работе поставлена задача по изучению технологических свойств внутрипородных типов балбасских овец, разводимых в Нахичеванском АР.

В резулътате проведенных исследованний выявлено, что шерстъ овец в фермерском хозяйстве Джахри характеризуется хорошей прядилъной и валкоспособностъю. Однако, среди внутрипородных типов балбасской породы наилучшими показателями по прядилъной и валкоспособности отличалисъ щерстного типа этих овец.



The technological features of balbas breeds’ wool of sheep
Candidate for a degree Ruşanov A.A.

ASAU

SUMMARY
In this article task has been set for learning internal breed type of balbas sheep, which is being raised in the Nakchivan Autonomic Republic. As a result of conducted research was identified that quality of sheep wool in Jahri characterized good quality. At the same time, among the interbreed types of balbas with high indicators on quality differ from wool type of that sheep.

UOT 637.5.05
ƏTİN ƏMTƏƏLİK KEYFİYYƏTİNƏ TƏSİR EDƏN AMİLLƏR
Kənd təsərrüfatı elmləri namizədi M.Ə. Səmədov

Azərbaycan Dövlət Aqrar Universiteti



Ətin keyfiyyəti orqanoleptiki, fiziki- kimyəvi və kimyəvi göstəriciləri ilə xarakterizə olunur. Yüksək keyfiyyətli soyudulmuş ət aşağıdakı xüssiyyətlərlə xarakterizə edilir.

Xarici görünüşü-cəmdəkdə ətin üst təbəqəsi nazik pərdə ilə örtülərək açıq-bənövşəyi və ya açıq qırmızı rəngə çalır. Yeni kəsilmiş ətin üst təbəqəsi nəmli olur. Ətin şirəsi parlaqdır. Ətin möhkəmliyi kəsildikdən sonra barmaq ilə basılır, tez batıq olan yerin dolması onun möhkəmnliyini xarakterizə edir. Hər ət öz növünə uyğun iyə malik olur. Heyvan kəsildikdən sonra onuntoxumlarının tərkibi və xüsusiyyətləti dəyişir. Bu hal ətin qidalıq keyfiyyətinin və bir sıra texnoloji xüssiyyətlərin dəyişməsi ilə nəticələnir. Yeni kəsilmiş ətdə armat və iy o qədər hiss olunmur, ancaq aşağı temperaturda 2-4 gün saxlandıqdan sonra aromatı, iyi yaxşı hiss olunur. Cəmdək mənfi 60 C temperaturada saxlandıqda ona dondurulmuş ət deyilir. Həmin əti əllə vurduqda səs verir. Ətin qidalılıq dəyəri heyvanın yaşından, cinsindən cinsiyyətindən, köklük dərəcəsindən, yemləmə bəsləmə növündən, toxumların ətə nisbətindən, eyni zamanda ətin kiməvi tərkibindən asılıdır.

Əzələ toxumlarında orta hesabla 72-75% su və 25-28% quru maddə olur. Quru maddənin tərkibində 80% zülal, 5% yağ və 1,0-1,2 mineral maddə, müəyyən qədər vitamin, ferment və hormonlar var. Əgər ətdə 85%-dən çox zülal olarsa belə ət bioloji cəhətdən tam qiymətli hesab olunur. Ətin bioloji dəyərliliyi sözün əsl mənasında onun tərkibindəki əvəz olunmaz amin turşuların miqdarı ilə müəyyən olunur [1].

Əzələ toxunmasınım əsas zülalı miorindir. Miorin əzələ toxunmasını zülal tərkibinin 35-40%-ni təşkil edir. Ətdən çıxarılmış zülal (miorin) suda həll olunur, düzlu məhlulda isə ətin üst qatında dartılmış nazik pərdə əmələ gətirir. Miorin zülal daxilində aktin ilə qarşılıqlı təsirdə olur və aktemiorin kompleksi əmələ gətirir. Ümumi əzələ zülalının 12-15%-ni aktin təşkil edir. Bu iki formada özünü büruzə verir; fibrinli və qlobolinlidir. Əzələdə aktiv fibrin formasında olur. Qarışıq məhsul aktin və miorin (1:3) aktomiorin zülalı yaradır. Əzələ toxumasında qlobulin x,miogen,mioqlobir zülalı da təsadüf edilir.

Rəng: Ətin rəngi əsasən onun tərkibinə olan mioqlobindən və hemoqlobindən ibarətdir. Ətdə 80% mioqlobin və 10% hemoqlobin olur. Ətin 4 sm dərinlikdə rəngini oksimoqlobin xarakterizə edir. Üst təbəqəsi tez oksidləşdiyi üçün tünd rəngli metioqlobin əmələ gəlir. Bənövşəyi rəng temoxroma və metioqlobin əməklə gətirir. Bənövşəyi rəng temoxtoma və gematitin əmələ gəlməsi ilə baş verir.

Mioqlobin - əzələ toxunmasında tənəffüs piqmentidir və əzələni qırmızı rəngə boyayır. Əzələ toxunmasında mürəkkəb zülallarından ribonuklein olur. Buraya həmçinin azotlu və azotsuz ekstraktiv maddələr də daxildir.

Sulu, şirəliliyi: Ətin bu keyfiyyəti əzələdə yerləşən sərbəst və birləşmiş su ehtiyyatdında asılıdır. Bir çox alimlərin fikrincə ətin sulu – şirəliliyi əzələnin nisbətində asılıdır. Mərmərvari ət daha sulu-şirəli. Şirəli və incə ət bir-biri ilə əlaqədardır. Çox incə ət sıxılma zamanı tez şirə buraxır. Şirəli ə isti təmizlənmə zamanı müəyyən miqdarını itirir.

Zəifliyi - ətin qidalılıq dəəri onun zəifliyindən asılıdır. Ətin zərifliyi ilə yanaşı möhkəmlik termini də işlənir. Ətin zərifliyi ilə yanaşı bir çox faktorlardan asılıdır. (irsiyyət, yaş, cins, cinsiyyət, yemləmə şəraiti və.s). zərifliyi əsasən birləşdirici toxman kollogen və elastinin nisbətindən asılıdır. Zərifliyi əsasən birləşdirici toxumadan kollogen və elastin nisbətindən asılıdır. Ətdə birləşdirici toxumanın əsasını kollogen təşkil edir. Az bir hissəsində isə elastin yerləşir.

Kollogen birləşdirici toxumanın əsasını təşkil edən zülaldır. O, soyuq suda həll olmur. Birləşdirici toxumada kollogen 2 formada: promkollogen və protokollogen olur [2].

Elastin – bu zülal kollogenin davamıdır. O nə isti, nə də soyuq suda həll olur. Elastin kollogenə nisbətən tristinə qarşı davamlıdır. Heyvan sağ ikən onun əzələsində pH göstəricisi 7,1 – 7,2 arasında tərəddüd edir. Kəsimdən bir saat sonra pH göstəricisi 6,6 – 6,8-ə enir. 24 saatdan sonra isə bu göstərici 5,5 – 5,6 olur. Ətdə turşuluğun artması onun mikroorqanizmlərin təsirinə davamlılığını artırır.

0 – 40 – tempraturda 18 – 24 saat müddətində əzələ boşalmağa başlayır, eyni zamanda ətdə su saxlama qabiliyyəti artır, kəsimdən 2-3 gün sonra 20 temperaturda saxladıqdan orqanoleptik göstəriciləri özünü aydın şəkildə biruzə verir. Bu göstəricilərə görə ətin hazırlanması, yəni onun yetişməsi müəyyən edilir. Ətin yetişməsi müddətində poliqmer birləşmələrin sadələşməsi başlayır. Bu hadisəyə avtoliza deyilir.

8-100 C temoeratrda ətin yeişməsi altıncı gündə olur, temperaturun aşağı düşməsi ətin yetişməsi müddətini uzadır (170 C temperaturda üç günə, 2-40 C temperaturda 10 günə kimi). Ətin yetişməsinə heyvanın yaşı, cinsiyyətu, köklüyü, nəql olunma şəraiti, kəsim qabağı saxlanması, onun fiziloji vəziyyəti və növü təsir edir.





ƏDƏBİYYAT


  1. Səmədov M.Ə. Ətin əmtəəşünaslığı. Bakı 2004, 82 s.

  2. Черкащенко.И.И. Мешпароднеде скрещвания, Москва: 1987, с. 340.



Влияющие факторы на товарные качества мясо.
Кандидат с/х наук М.А.Самедов.
РЕЗУМЕ
Товарное стоимость мяса и питательная ценность скота зависит от возраста, пола, породы, категории упитанности, нежности мяса и от химического состава.


Factors influencing the marketable quality of the meat.
Agriculture candidate of sciences M.A.Samadov
SUMMARY
Cost of marketable quality of the mat and notoriousness is dependent from the age of the animal, sexual, sex, corpulence degree, and structure of the meat.


MEXANİKA VƏ AQROMÜHƏNDİSLİK


UOT 631. 354.2
TAXIL YIĞAN KOMBAYNLARIN VƏ NƏQLİYYAT VASİTƏLƏRİNİN İŞİNİN RİTMLİLİK PARAMETRLƏRİNİN TƏYİN EDİLMƏ METODOLOGİYASI
Texnika elmləri doktoru Q.İ Əliyev,

Texnika elmləri namizədi A.F.Həsənov,

Fizika–riyaziyyat elmləri namizədi S.T.Hüseynov

Azərbaycan Dövlət Aqrar Universiteti


Dünyada etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial inkişafının mühüm şərtidir.

Azərbaycan Respublikasında əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Odur ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2008-ci il 1 may tarixli 2786 saylı sərəncamına müvafiq olaraq hazırlanmış Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı məhz bu mühüm məsələnin həllini nəzərdə tutur.

Respublikamızda 1808,4 min hektar əkinə yararlı torpaq sahəsi var. Bu sahənin 181,6 min hektarı erməni qəsbkarları tərəfindən işğal edilmişdir.

Ölkəmizdə artıq kartof, tərəvəz, bostan və meyvə məhsullarına əhalinin illik tələbatı daxili istehsal hesabına təmin olunur və onların ixrac imkanları genişlənir. Lakin, taxıl da daxil olmaqla, bütün bitkiçilik məhsullarının istehsal göstəriciləri sahənin potensial imkanlarından çox aşağıdır.

Kənd təsərrüfatı məhsulları içərisində taxıl (buğda, arpa, qarğıdalı, düyü və s.) ərzaq (çörək) kimi mühüm əhəmiyyətə malikdir. Taxılın hər hektar üzrə məhsul-darlığının və keyfiyyətinin yüksəldilməsi üçün onun istehsalı ilə əlaqədar olan bütün texnoloji əməliyyatlar (gübrə səpini, şum, malalama, toxum səpini, ziyanvericilərə qarşı mübarizə, suvarma, məhsul yığımı, daşıma, saxlanma və s.) aqrotexniki müddətdə və yüksək keyfiyyətlə həyata keçirilməli, hər hektara norma üzrə yüksək keyfiyyətli toxum səpilməli, tələb edilən miqdarda gübrələr verilməlidir. Belə ki, bu tələbatların hər hansı birinin vaxtında və aqrotexniki tələbata uyğun yerinə yetirilməməsi məhsuldarlığın xeyli azalmasına səbəb olur.

Texnoloji əməliyyatların içərisində taxıl yığımı ən mürəkkəb və mühüm əməliyyatlardan biridir. Çünki, bu əməliyyatın qısa müddət (5...10 gün) ərzində və yüksək keyfiyyətlə yerinə yetirilməməsi həddindən çox dən itkisinə səbəb olur. Odur ki, kombaynın texniki vəziyyəti saz olmalı və biçilən sahənin vəziyyətinə müvafiq olaraq onun en götürümü, hərəkət sürəti, kəsmə hündürlüyü güzgün nizamlanmalıdır. Eyni zamanda dənin vaxtında daşınması üçün kombaynların və nəqliyyat vasitələrinin ritmli işi təşkil edilməlidir. İşin ritmli təşkil edilməsi yığımın arqotexniki müddətdə başa çatdırılmasını və dən itkisinin qarşısının alınmasını təmin edir.

Son illər ərzində Azərbaycan Respublikasının aqrar istehsalatında xeyli nailiy-yətlər əldə edilmişdir. Lakin, görülən tədbirlərə baxmayaraq yenə də taxılın məhsuldarlığı azdır. Belə ki, 2007 və 2008-ci illərdə respublika üzrə hər hektardan orta hesabla 27 sentner məhsul götürülmüşdür. Ona görə hər il xarici ölkələrdən respublikamıza xeyli miqdarda taxıl (ən çox buğda) idxal edilir.

Payızlıq buğda-ən mühüm, daha çox qiymətli və yüksək məhsuldarlığa malik olan dənli bitkidir. Onun qiymətli olması tərkibində yüksək miqdarda zülal (16%) və karbohidratlar (80%) olması ilə xarakterizə edilir. Buğda çörək-bulka, makaron və qənnadı (şirniyyat) sənayesində çox istifadə edilir. Unüyüdən müəssisələrin (dəyirmanların) tullantıları, küləş və püfə heyvandarlıqda yem kimi istifadə edilir.

Buğda çörəyi yüksək dada malik olmasına, qidalılıq xüsusiyyətinə və yaxşı həzm olunmasına görə fərqlənir [5].

Ölkəmizin taxıla, o cümlədən buğdaya olan tələbatını ödəmək üçün kifayət qədər əkinə yararlı torpaq sahələri olmasına baxmayaraq hər hektar üzrə taxılın məhsuldarlığı nəzərdə tutulduğundan çox aşağı olur. Bunun əsas səbəbləri aşağıdakılardır:

1) növbəli əkin sisteminin tətbiq edilməməsi;

2) torpağa lazım olan norma üzrə üzvi və mineral gübrələrin verilməməsi;

3) texnoloji əməliyyatların aqrotexniki müddətdə və yüksək keyfiyyətlə aparılmaması;

4) yüksək məhsul verən toxumlardan istifadə edilməməsi;

5) ziyanvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında və aqrotexniki tələbata uyğun həyata keçirilməməsi və s.

6) suvarmanın vaxtında və keyfiyyətli aparılmaması.

7) taxıl yığımının aqrotexniki müddətdə başa çatdırılmaması;

8) taxılyığan kombaynların düzgün nizamlanmaması;

9) yığım- nəqliyyat aqreqatlarının ritmli işinin təşkil edilməməsi.

Odur ki, yuxarıda göstərilən və göstərilməyən bəzi çatışmazlıqlar aradan qaldı-rılmalıdır. Əgər buna nail olunarsa, hətta, əkin sahəsini artırmadan intensiv texnologiya ilə hər hektardan məhsuldarlığı xeyli yüksəltmək olar. Bununla da respublikamıza xaricdən taxıl idxalına ehtiyac olmaz.

Aparılmış tədqiqatlar nəticəsində məlum olmuşdur ki, taxıl yığımı dən tam yetişdikdən 5 gün sonra aparılarsa, itki 15%, 10 gün sonra aparılarsa, 25% və 15 gün sonra isə 30% -dən çox olur [2]. Ona görə taxıl yığımı dən tam yetişdikdən sonra çox qısa müddətdə başa çatdırılmalıdır. Bu isə bilavasitə taxılyığan kombaynların və yığılmış dəni daşıyacaq nəqliyyat vasitələrinin (avtomobil və s.) miqdarından və onların işinin ritmliliyindən asılıdır. Odur ki, yığımnəqliyyat aqreqatlarının işinin ritmliliyi təmin edilməlidir [3,4].

Yığım-nəqliyyat prosesinin (YNP) ritmliliyi və onun əməliyyatlarının bir-birilə uyğunluğu ən vacib göstəricilər siyahısına aiddir. Çünki bu, işin bərabərliyi və tex-niki vasitələrin (kombayn və avtomobillərin) yüklənməsi nöqteyi-nəzərindən YNP-nin təşkilatı-texniki səviyyəsini müəyyən edir.

Bir-birindən asılı olan bir neçə texnoloji əməliyyat (taxılın bıçılməsi, nəqliyyat vasitəsinə yüklənməsi, daşınması və xırmanda boşaldılması və s.) yerinə yetirilərkən texnoloji proses fasiləsiz (dayanmadan) davam edirsə, buna ritmli proses deyilir.

Taxıl yığımı prosesinin ritmliliyi xeyli dərəcədə texnoloji əməliyyatların uy-ğunluğundan asılıdır. Uyğunlaşma isə hər bir əməliyyatın taktının yığım prosesinin hesabat taktı ilə uzlaşmasına görə xarakterizə edilir. Axırıncı öz növbəsində müəyyən edilmiş aqrotexniki müddət və yığılan məhsulun planlaşdırılmış həcminə müvafiq olaraq prosesin həyata keçirilməsinə ayrılmış təqvim vaxt fondu ilə təyin edilir [1,6].

Yığım -nəqliyyat prosesinin (texnoloji xətlərin) ritmliliyi layihələndirilərkən onların əsas parametrlərini təyin etmək üçün aşağıdakı metodikadan istifadə edilmə-sini məsləhət bilirik.

1. Prosesin yerinə yetirilməsinə uyğun gələn aqrotexniki müddətdə təqvim vaxt fondu, saat:

Tf = Dam Tnöv nnöv ,
burada: Dam – prosesin yerinə yetirilməsinin aqrotexniki müddəti, gün;

Tnöv – iş növbəsinin davamiyyəti, saat;

nnöv – növbələrin sayıdır.

2. Təqvim vaxt fondunda istehsal ediləcək və daşınacaq məhsulun planlaşdırılmış həcmi, ton:

Qpl = 0,1 Fpl hpl ,
burada: Fpl – plan üzrə biçiləcək sahə, ha;

h pl – planlaşdırılmış məhsuldarlıqdır, t/ha

3. Prosesin hesabat taktı, saat/ton:
rp = Tf /Qpl
4. i-ci əməliyyatda j-ci maşınların işinin həqiqi taktı, saat/ton:

rij = top.i.j/Wij


top.i.j = 1 olduqda, rij = 1 /Wij
burada Wij – i-ci əməliyyatlarda j-ci tip maşınların istismar məhsuldarlığı,

ton/saat:

5. i-ci əməliyyatlarda j-ci tip maşınların hesabat miqdarı, ədəd:
Mh.i.j = ri.j / rp
6. i-ci əməliyyatlarda j-ci tip maşınların həqiqi miqdarı, ədəd.

Mi.j – nin qiymətini təyin etmək üçün Mh.i.j –ni yaxın-böyük, tam rəqəmə

qədər yuvarlaqlaşdırmaq lazımdır.
7. Prosesin ritmlilik əmsalı: ρpr =,

burada np - prosesdə olan texnoloji əməliyyatların sayıdır.

8.i-ci əməliyyatlarda j-ci tip maşınların ritmlilik əmsalı:

ρop.i.j =ri.j / rp Mij

9. i-ci əməliyyatların uzlaşma əmsalı:

burada Cij – yaxın-böyük tam rəqəm olub, rij və rp-yə tam bölünməsini müəyyən edir.

10. i-ci əməliyyatlarda j-ci maşının yüklənmə dərəcəsinin göstəricisi:

Ψu.i.j = Mh.i.j / Mi.j
11. i-ci əməliyyatlarda j-ci tip maşınlar işləyərkən 1 saata düşən boş dayanma səviyyəsinin göstəricisi:

Ψb.d.i.j = 1 – Ψu.i.j


Təqdim edilən metodollargiya üzrə taxılın yığılması (biçilməsi) və daşınması prosesinin ritmlilik parametrlərinin hesabatı aşağıda verilmişdir. Hesabat aşağıdakı başlanğıc məlumatlar üzrə aparılmışdır: məhsulu yığılan sahə Fs=2500 ha; bir hektar üzrə məhsuldarlıq Pp1=1,5 t/ha; iş növbəsinin uzunluğu – Tnöv = 7 saat; növbələrin sayı – nnöv = 2; yığımın davamiyyət müddəti – Dda = 20 gün; kombaynın məh-suldarlığı – Wk = 4,5 ton/saat, avtomobilin məhsuldarlığı – Wa = 2,3 ton/saat (burada və sonra “k” və “a” indeksli parametrlər müvafiq olaraq kombayna və avtomobilə aiddir).

Yuxarıda göstərilən metod üzrə taxıl yığımı və dənin daşınması prosesinin ritmlilik parametrlərinin hesabatı aparılmış və nəticələr cədvəl 1-də verilmişdir.

Başlanğıc məlumatlar üzrə hesabatı apardıqdan sonra kombaynın və avtomobilin saatlıq məhsuldarlığını müvafiq olaraq 0,36 və 0,23 ton azaldaraq verilmiş metodika üzrə ritmlilik əmsalını hesablamışıq. Bu zaman kombaynın və avtomobilin məhsularlığının yeni hesabat qiyməti müvafiq olaraq W=4,14 t/saat və W=2,07 t/saat olmuşdur. Hesabat üzrə alınan qiymətlər cədvəl 1-də məhsuldarlığın “azaldılmış variantı” qrafasına yazılmışdır.



Cədvəl 1.
Taxıl yığımı və dənin daşınması prosesinin ritmlilik parametrləri



S.s


Parametrlərin adı

Hesabat üzrə alınan qiymətlər

başlanğıc variant

məhsuldarlığın azaldılmış variantı

1.

2.

3.



4.

5.

6.



7.

8.

9.



10.

11.


12.

13.


14.

Prosesin hesabat taktı, saat/ton

Kombaynın həqiqi taktı, saat/ton

Avtomobilin həqiqi taktı, saat/ton

Kombaynların hesabat sayı, ədəd

Kombaynların həqiqi sayı, ədəd

Avtomobillərin hesabat sayı, ədəd

Avtomobillərin həqiqi sayı, ədəd

Prosesin ritmlilik əmsalı

Kombaynların dolma əmsalı

Avtomobillərin yüklənmə əmsalı

Kombaynların boşdayanma əmsalı

Avtomobillərin boşdayanma əmsalı

Kombaynların məhsuldarlığı, ton/saat

Avtomobillərin məhsuldarlığı, ton/saat



0,08

0,22


0,43

2,50


3,00

5,37


6,00

0,90


0,92

0,90


0,08

0,10


4,50

2,30


0,07

0,21


0,48

3,27


3,00

6,51


7,00

0,98


0,92

0,94


0,08

0,06


4,14

2,07





Ritmli və uyğunlaşdırılmış proseslərin təşkili nəqliyyat vasitələrinin və onların xidmət etdiyi kombaynların işinin əməliyyat qrafiklərinin qurulmasına imkan yaradır. Misal olaraq belə qrafiklər şəkil 1-də göstərilmişdir.


Şəkil 1. Kombaynların və avtomobillərin birgə işinin əməliyyat qrafikləri:



İk-1- İk-3- bunkerdən dəni boşaltmaq üçün kombaynlar avtomobilə yaxınlaşarkən arada yaranan fasilə.

İk - bunkerdən dəni boşaltmaq üçün avtomobillər kombayna yaxınlaşrkən arada yaranan fasilə (interval).




  1. üç kombayna iki avtomobil xidmət edir;

  2. bir kombayna üç avtomobil xidmət edir.

Bunkerlərin dolmasının davamiyyəti td nomoqram üzrə təyin edilir (şəkil. 2)




Şəkil 2. Kombaynın bunkerinin dolma müddətini ( td =100 Εδ γδ / bp υp h ψp)

təyin etmək üçün nomoqram.


Prosesin ritmlilik əmsalının yüksəldilməsi çox vaxt ayrı-ayrı əməliyyatlarda işlə-yən maşınların məhsuldarlıqlarının və qənaətcilliyinin proporsional olaraq artmasına oxşayır. Həqiqətdə bu asılılıqlar daha mürəkkəb xarakter daşıyır.

Şəkil 3-də YNP-nin yerinə yetirilməsində ritmlilik əmsalının Ppr kombaynın və avtomobilin məhsuldarlığından (Wk və Wa) və prosesin avtomobillərin sayından asılı olaraq yerinə yetirilməsinə xüsusi gətirilmiş xərclərdən Π qrafiki asılılığı verilmişdir. Xidmət edilən kombaynlar 5 ədəd və avtomobillərin dəni daşıma məsafəsi 5 km ol-muşdur. Kombaynların bunkerinin dolmasından asılı olaraq kuzovuna taxıl dolduru-lan avtomobillərin sayı qv =1...6 olmuşdur.





Şəkil 3. Kombaynların və avtomobillərin birgə işi zamanı prosesin ritmlilik

əmsalının və qənaətcilliyinin dəyişməsi.




Alınan asılılıqların təhlili aşağıdakıları qeyd etməyə imkan verir:

1. Avtomobilin yükgötürmə qabiliyyətinin artırılması ilə taxıl yığımı prosesinin ritmliliyi yüksəlir.

2. Yığım prosesinin ritmlilik əmsalı xidmət edən nəqliyyat vasitələrinin sayından asılı olaraq ekstremal qanun üzrə dəyişir. Prosesin ritmliliyinin qeyd edilən qanunauyğunluq üzrə dəyişməsi tam başa düşüləndir. Xidmət edən avtomobillərin sayı artdıqda kombaynların gözləmə zamanı boş dayanması azalır, lakin bu zaman nəqliyyat vasitələrinin kombaynları gözləməsi nəticəsində onların boş dayanma müddəti artır.

Nəqliyyat vasitələrinin sayı həddindən çox olduqda onların boşdayanması daha çox artır, kombaynlarınkı isə stabilləşir. Kombaynların və nəqliyyat vasitələrinin boş dayanma müddətinin əks istiqamətə dəyişməsi göstərilən asılılığın ekstremal xarak-terli olmasını göstərir. Bu, eyni zamanda kombaynların və avtomobillərin məhsuldar-lığının dəyişməsinin müvafiq qanunauyğunluğuna səbəb olur.

3 Yığım prosesinin kombaynların və nəqliyyat vasitələrinin birgə işi zamanı istehsal edilən məhsul vahidinə xüsusi gətirilmiş xərclərlə qiymətləndirilən qənaət-cilliyi, axırıncının sayından asılı olaraq ekstremal qanun üzrə dəyişir. Belə asılılıq kombaynların və avtomobillərin məhsuldarlığının dəyişmə xarakteri ilə təyin edilir. Nəqliyyat vasitəsinin yükgötürmə qabiliyyəti artdıqda minimum funksiya onların sayının Ma kiçik qiymətinə tərəf yaxınlaşır.

4 Yığım prosesinin maksimum ritmliliyi ümumi halda onun ən böyük qəna-ətcilliyinə uyğun olmur. Prosesin ritmliliyinin optimal səviyyəsi onun yerinə yetiril-məsinə sərf edilən minimum gətirilmiş xərclərlə təyin edilir.

5 Yığım prosesinin ritmlilik əmsalının orta səviyyəsi yüksələndə, adətən onu yerinə yetirən maşınların qənaətcilliyi və məhsuldarlığı yüksəlir.

Taxıl yığımını aqrotexniki müddətdə və yüksək keyfiyyətlə həyata keçirmək üçün əkin sahəsinə müvafiq olaraq kombaynların və nəqliyyat vasitələrinin optimal miqdarı təyin edilməlidir. Bu zaman hər hektar üzrə taxılın məhsuldarlığı, sahənin vəziyyəti (mailliyi, təmizliyi, konfiqurasiyası, alaq otlarının miqdarı və s.), məhsulun daşınma məsafəsi, kombaynın və avtomobilin məhsuldarlığı nəzərə alınmalıdır. Taxıl yığımı prosesində kombaynçının və sürücünün də peşəkarlığı mühüm rol oynayır.

Apardığımız hesabatın nəticəsi göstərir ki, yığım-nəqliyyat prosesinin ritmliliyi 0,85...0,90 olduqda kombaynın və avtomobil nəqliyyatının gündəlik məhsuldarlığı maksimum olur.

Prosesin ritmliliyi nə qədər yüksək olarsa, yığım -nəqliyyat aqreqatlarının məh-suldarlığı bir o qədər çox olar, taxıl yığımı aqrotexniki müddətdə başa çatar, dən itkisinin qarşısı alınar və məhsulun maya dəyəri ucuz başa gələr.




Yüklə 10,61 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin