(ədəbi-bədii gecə)
I Aparıcı: Xalq şairi Z. Yaqubun anadan olmasının 60 illik yubileyi
ilə baglı olaraq keçirilən ədəbi-bədii gecənin qonaqlarını və
bütün tədbir iştirakçılarını salamlayıq:
Z. Yaqub bütün Azərbaycan xalqı, böyük türk dünyası
tərəfindən sevilən-seçilən sənətkardır. O, xalqımızın böyük
sevgisini, ağır dərdini dərindən duymağı, sənətkarlıqla
şeirlərinə gətirməyi yaxşı bacarır.
Yurduna, yuvasına, ana südü, ata sümüyü ilə bağlı şairin
əsərlərində xalq məhəbbəti xüsusi bir ahənglə
səslənməkdədir :
Otum bitib suyum axmaz dünyada
Düçar olsam nifrətinə bu xalqın.
II Aparıcı: Hər bir şair öz zəmanəsində yazdıqları ilə insanların
qəlbinə yol taparaq, özünü hər kəsə sevdirərək,onlar
tərəfindən qəbul olunmurlar, bu baxımdan Z. Yaqub
çox xoşbəxt sənətkardır. Çünki o, öz sənətkarlıgı ilə
təkcə Azərbaycanda yox, bütün türkdilli ölkələrdə
insanların sevimlisidir. Şairin mayası sazla, sözlə yog-
rulub. Sazın bağrından qopan odu, alovu, tellərindən
süzülən zümzüməni onun şerlərindən eşitmək olar.
Zəlimxan sazla baş-başa verib pıçıldaşanda adama elə
gəlir ki, iki şer vurgunu bir-biri ilə dərdləşir, bir-birinin
hayına, dadına çatır.
Saz yaşayır zillər, bəmlər içində,
Ötən çaglar, gələn dəmlər içində,
Bir aləmdi, bu aləmlər içində,
Bizdən sonra qalana bax, qalana.
Bu arada bir saz havası dinlənilir.
I Aparıcı: Çaldıgı sazın təranəsi, oxudugu şerin hikməti, dayandığı
xitabət kürsüsünün ədalətli səsi, elin, obanın qeyrətidir
Zəlimxan Yaqub. Onda olan aşiqlik qüdrəti, şairlik gücü,
vətənpərvərlik hissi yaşayıb-yaratmaqda daim şairin
yardımçısı olur.
Həyatın yolları yayla qış kimi
İstidi, bürküdü, borandı, qardı
Mənim taleyimi, gələcəyimi
Düşünə- düşünə saçın agardı
Bu misralarda atanın övladı yolunda əzab ,əziyyətindən,
ən əsası onun gələcəyi haqqında,daşınıb, düşünməsindən
atanın balasına məhəbbətindən, qaygısından, ağaran saçla
rından söz açılır.
Oğul da atanın çəkdiyi əməyin əvəzində deyir:
Necə saçlarını agartmışamsa,
Elə də üzünü ağardacagam.
Üz ağardan övladlar doğma vətənin baş tacıdır.
II Aparıcı: Vaxtı ilə təbiət vurğunu olan ulu sənətkarımız Aşıq
Ələsgərin”Ölsün Ələsgərtək qulların daglar” misrası
dövrümüzün o tay, bu tay adlı dərdində xalq şairi
Zəlimxanın könül nəgməsində başqa bir məna kəsb
edir:
Sənin ki, dərdin var bir Təbriz qədər,
Niyə yaşayırsan öl, ay Zəlimxan.
Bu misralar xalqın kədər yükündən dogan və
qəlbindən gələn haraydır. O, nə şəhid qəbirlərinin
artmasına dözə bilir, nə şəhid analarının fəryadına,
nə də vətən torpagının düşmən tərəfindən tapdalan-
masına:
Yagıları yurda qoysa bu millət,
Torpagını darda qoysa bu millət
Qanımızı yerdə qoysa bu millət
Mən bu xalqa yön çevirən deyiləm.
I Apaıcı: Şairin məhəbbət mövzusunda yazdıgı şerlər içərisində
özünəməxsus yer tutan, parlaq lirizmi ilə seçilən,
özünün də etiraf etdiyi kimi, ən çox sevdiyi
“Bu yaşıl agacın altı bizimdir” şeridir.
Kök üstə budagı neçədi bildim,
Budaqda yarpagı neçədi bildim,
Salxımı, saçagı neçədi bildim,
Bu yaşıl agacın altı bizimdir.
Bu sevgi, bu layla bu beşik bizim
Çəkər növbəmizi bu keşik bizim,
Nəyimizə lazım ev-eşik bizim,
Bu yaşıl ağacın altı bizimdir.
II Aparıcı: Ana təbiətə vurğunluq, doğma yurda tükənməz sevgi,
motivləri, ənənəvi olaraq Z. Yaqub poeziyasında öncül
yerlərdən birini tutur və onun yaradıcılıgının ana xəttini
təşkil edir. Bu yerdə iki məktəbli səhnəyə daxil olur:
I Məktəbli: Aran da, yaylaq da dogmadır mənə
Qəlbimi dağlara verməsəm ölləm,
Yazda çiyələyi, yayda yarpızı,
Payızda morugu dərməsəm ölləm.
Hər kimin qar düşsə yayda yadına,
Vüqarlı zirvələr çatar dadına,
Bizim o dağların ölməz adına,
Şeirdən bir çələng hörməsəm ölləm.
Tədbirin bu yerində şairin sözlərinə yazılmış bir mahnı
dinlənilir.
II Məktəbli: Ruhumun təbiətlə yaman tutur söhbəti
Hara uçub qonursa can deyib can eşidir,
Səsi eşidilməyən qarışqa səsini də,
Ürəkdə tellər düyür, damarda qan eşidir
Azadlıq ağrısını,qovğalar çəkən başın,
Təbiətdi məlhəmi ağlın, ruhun, yaddaşın
Ruhum hopur canına, dağın, qayanın, daşın,
Bir Zəlimxan can deyir, min Zəlimxan eşidir
I Aparıcı: Zəlimxan Yaqub həm də rəssamdır. “danışığı təbiətin
dilidir” Özü də rəssamların çəkə bilmədiklərini çəkir.
Məs.baharın bir-birindən gözəl əlamətləri var,
düşünürsən ki, bütün dövrlərdə, şairlərin, ustad aşıqların
diqqət mərkəzində olan bu mövzuda yeni sözmü demək
olar? Lakin Zəlimxan deyir, özü də gör necə
deyir:
Açılıb dağların çatılan qaşı,
Sevincdən süzülür gözümün yaşı.
Zəlimxan Yaqubun deyimi bənzərsizlər içində
bənzərsizdir.
II Aparıc: Bəli, bütün poeziyası elin, obanın, məmləkətin daşın-
dan, gülündən,agacından da, otundan- suyundan da,
havasından- şehindən də, küləyindən- tufanından da,
qızından-oğlundan da nə yazır yazsın, hamısının
mayasında işıq var, həyat eşqi var, ona görə də
Zəlimzan Yaqubun qoşmaları, gəraylıları, təcnisləri,
poemaları, dastanları, bir sözlə yazdıgı nə varsa
insanın ürəyinə bulaq suyu kimi yayılır, qanını coş-
durur. Hansısa bir gözələ üz tutanda deyir:
Belə gülü hər gülüstan bitirməz,
Hər torpaq da bu neməti bitirməz.
Zəlimxansız dünya bir şey itirməz,
Allah səni pənahında saxlasın.
Və yaxud Qarabağ nisgilimizi yazanda Koroğlu tək
nərə çəkərək, hər kəsi ayaga qalxmağa səsləyir:
Bu gecə yuxuma girmişdi Şuşa,
Cabbar ağlayıydı, Xan ağlayırdı,
Dönmüşdü qanadı qırılmış quşa,
Qarabağ başabaş qan ağlayırdı.
I Aparıcı: Əziz qonaqlar gecəmizi bir saz havası ilə bitiririk,
sevimli şairimiz Zəlimxan Yaquba can sağlığı, yeni-
yeni yaradıcılıq uğurları, bahar ətirli şerlərinin
davamını yazmağı arzulayırıq. Arzu edirik ki, şəhəri-
mizin bütün kitabxanalarında belə gecələr keçirilsin,
şair və yazıçılarımız həmişə oxucular tərəfindən sevil-
sin, unudularaq yaddaşlardan silinməsinlər.
son
Mərkəzi kitabxananın məlumat-biblioqrafiya şöbəsi tərəfindən
hazırlanmış ədəbiyyat siyahısını sizə təqdim edirik
Kitabları
-
Zəlimxan yaqub. Seçilmiş əsərləri. II cilddə. I cild-Bakı,
“Şərq-Qərb”, 2006-248 Səh.
-
Zəlimxan Yaqub. Seçilmiş əsərləri II cilddə. Iicild-Bakı,
“Şərq-Qərb” 2006-288 Səh.
-
Zəlimxan Yaqub Ziyarətin qəbul olsun.
şerlər və poemalar. Bakı, Gənclik 1991. 232 Səh.
-
Zəlimxan yaqub. Bir əli torpaqda, bir əli haqda.
B. Azərbaycan Bakı, “Azərbaycan” nəşriyyatı 1997- 488 Səh.
5. Zəlimxan Yaqub Yolun eldən başlanıb.
Bakı, Yazıçı 1981. 71 Səh.
6. Zəlimxan Yaqub. Biz bir eşqin butasıyıq.
Bakı, Yazıçı, 1989-192 Səh.
-
zəlimxan Yaqub Peyğəmbər(poema)
Bakı, “Pedaqogika” nəşriyyatı, 2009-320 Səh.
Zəlimxan Yaqub haqqında:
-
Zəlimxan Yaqubdan yazılanlar(məqalələr toplusu)
Bakı, “Vətən” nəşriyyatı, 2004 - 400 Səh.
-
Zəlimxan Yaqub. Azərbaycan sovet yazıçıları(ədəbi sorğu kitabı)
Bakı, Yazıçı, 1987 –250 Səh.
-
Zəlimxan Yaqub. Azərbaycan yazıçıları(Ensklopedik məlumat
kitabı) “Önər” nəşriyyatı, 1995 – 214
İstifadə olunmuş ədəbiyyat.
İnternetdə:
www.qoqle. az.
-
Z. Yaqub. Seçilmiş əsərləri I-ci cild.
-
Z. Yaqub. Seçilmiş əsərləri II cild
-
Z. Yaqub. Ziyarətin qəbul olsun.
-
Z. Yaqub. Bir əli torpaqda.
-
Z. Yaqub. Biz bir eşqin butasıyıq.
-
Z. Yaqub. Yolum eldən başlanır.
-
Zəlimxan yaqubdan yazılanlar (məqalələr toplusu)
Dövrü mətbuatda
1. Kəbutər. Şərəfli ömür üçün “Şərəf” mükafatı.
Yeni Azərbaycan qaz, 23 yanvar 2010 cu il.
2. Saləddin Xəlilov “Sazla havaliyam, sözlə diriyəm”
Xalq qaz, 21 yanvar, 2010 cu il.
-
İbrahimxəlil.“Payız yağışının səsi”
Ədalət qaz, 23 yanvar 2010 cu il.
-
Xuraman İsmayılqızı. “ Poeziya gülşənində sazla,sözlə gəzən şair”
İki sahil qaz, 22 yanvar 2010 cu il.
-
Seyidov Hacı Tofiq. “Zəlimxan Yaqubun 60 yaşı tamam oldu”
Azad Azərbaycan qaz. 26 yanvar 2010.
-
Mədətoğlu Əbülfət “Poeziyanın Zəlimxanı”
Ədalət qaz, 23 yanvar 2010.
|
2010
Dostları ilə paylaş: |