İnternetdə:
www.books.google.com
326
30 Oktyabr - Ümumdünya Siyasi Repressiya Qurbanlarının Xatirə Günü,
(1974)
Bu günün tarixi 1974-cü il 30 oktyabr tarixində keçmiş SSRİ-də məhkum
olunmuş siyasi məhbus Kronid Lyubarski tərəfindən Mordovia və Perm
düşərgələrinin digər məhbusları Beynəlxalq Siyasi Məhbuslar Gününü həbsxanada
aclıq edərək, siyasi repressiya qurbanlarının xatirəsinə şam yandırmaqla qeyd
etməyə başlayıblar. Elə həmin gün Sergey Kavalyov Andrey Saxarovun evində
mətbuat konfransı təşkil edərək həbsxanada keçirilmiş bu aksiya barədə məlumat
verib, həbsxana düşərgəsindən bəzi sənədləri ictimailəşdirib və siyasi məhbusların
sözlərini ictimaiyyətə çatdırıb. Bir neçə aydan sonra bu mətbuat konfransının
təşkili Kavalyovun ittihamnaməsinin tərkib hissələrindən birinə çevrilib. Bu
hadisədən sonra oktyabrın 30-u Beynəlxalq Siyasi Məhbuslar Günü və
Ümumdünya Siyasi Repressiya Qurbanlarının Xatirə Günü kimi qeyd olunur.
İnternetdə:
www.books.google.com
327
Bu tarixi unutmayaq
2 Oktyabr - Xocavənd rayonunun işğalı günü, (1992)
“Düşmən Azərbaycana məqsədli şəkildə vurduğu bu ziyanın əvəzini
mütləq alacaq, Qarabağ torpağı düşmən tapdağı altında qalmayacaq!”
Ulu öndər Heydər Əliyev
Xocavənd rayonu 1991-ci ildə Martuni
və Hadrut rayonlarının bazasında yaradılıb.
Ərazisi 1458 kvadratkilometr olan rayonda 1
şəhər, 2 qəsəbə, 81 kənd olub. Xocavəndin
azərbaycanlılar yaşayan Tuğ və Salakətin
kəndləri 1991-ci il oktyabrın 30-da, Xocavənd
kəndi noyabrın 19-da, Naxullu kəndi isə 1992-
ci il yanvarın 9-da işğal edilib. 1992-ci il
fevralın 17-də isə ermənilər rayonun Qaradağlı kəndinin dinc sakinlərinə qarşı əsl
soyqırım aktı həyata keçiriblər. Hər tərəfdən əlaqəsi kəsilən Qaradağlıya hücum
edən ermənilər kəndi yandıraraq, dinc sakinlərə amansızlıqla divan tutublar. 800
nəfərdən çox sakini olan kənddə işğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər
güllələnib. Erməni cəlladları öldürülənləri və yaralıları bir yerdə təsərrüfat
quyusuna tökərək üstünü torpaqlayıblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfər
öldürülüb, 50 nəfər böyük çətinliklərlə əsirlikdən azad edilib. Kənddə 200 ev, bir
mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və
digər obyektlər dağıdılıb. 1992-ci il oktyabrın 2-də rayonun Əmirallar, Muğanlı və
Kuropatkin kəndləri, 1993-cü il iyulun 23-də Günəşli, avqustun 20-də Xətai
kəndləri ermənilər tərəfindən işğal edilib və yandırılıb. Düşmənə qarşı mərdliklə
vuruşan xocavəndlilərin 145 nəfəri şəhid olub. Zəngin təbii sərvətləri, abidələri
olan qədim yaşayış məskənlərindən sayılan Xocavənd son 20 ildə ermənilər
tərəfindən talanıb, abidələr dağıdılıb, zəngin təbii meşələr qırılaraq məhv edilib,
nadir bitki və ağac növlərinin kökü kəsilib.
Prezident İlham Əliyevin tapşırığı ilə Qaradağlı faciəsi haqqında həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması istiqamətində son illər xeyli iş görülüb. 2008-ci il
oktyabrın 4-də Beyləqan rayonunda xocavəndlilər üçün salınan qəsəbənin
açılışında iştirak edən Prezident İlham Əliyev demişdir ki, bu faciə haqqında hamı
bilməlidir. Artıq Qaradağlı faciəsindən bəhs edən ‖Soyqırım - Qaradağlı‖ adlı film
çəkilib, bu istiqamətdə tədbirlər indi də davam etdirilir. Xocavəndlilər inanırlar ki,
Prezident İlham Əliyevin məqsədyönlü siyasəti, qətiyyəti sayəsində Ermənistan-
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunacaq, işğal altında olan bütün
ərazilərimiz azad ediləcək, qətlə yetirilən günahsız insanların qanı yerdə
qalmayacaq.
İnternetdə:
www.books.google.com
328
30 Oktyabr - Zəngilan rayonunun ermənilər tərəfindən işğalı günü, (1993)
“Zəngilanda Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi
abidələr var. Azərbaycan xalqının həyatını əks etdirən tarixi hadisələr baş
vermişdir. Zəngilanda keçmiş əsrlərdə də xalqımızın çox hörmətli, dəyərli
insanları yaşayıblar, yaradıblar və beləliklə də Zəngilan həm öz təbiətinə görə,
həm o torpaq üzərində insanların qurduqlarına, yaratdıqlarına görə və
bugünkü nəsillərə çatdırdıqları irsə görə Azərbaycanın qiymətli bir diyarıdır,
qiymətli bir hissəsidir. ”
Ümummilli lider Heydər Əliyev
Zəngilan ərazisi ən qədim insanların
yaşayış məskənlərindən hesab olunur. Bu
ərazidə mövcud olan bir neçə mağara
(Əsgülüm və Süsən dağlarında) burada
ibtidai insanların yaşayışından xəbər verir.
Zəngilan rayon kimi 1930-cu ildə təşkil
edilmişdir.
Rayonun
sahəsi
707
kvadratkilometr, əhalisi isə 35.351 nəfər
olmuşdur. Rayonda bir şəhər, bir şəhər tipli
qəsəbə, bir qəsəbə, 81 kənd var idi.
Mərkəzi Zəngilan şəhəridir.
XX əsrin sonu Azərbaycan xalqının tarixinə faciələrlə dolu bir dövr kimi
yazıldı. Təqvimimizdə daha bir qara günün sayı artdı – 29 oktyabr (1993-cü il)
Zəngilan müharibə alovunun qasırğasını 1990-cı ildən daha tez-tez hiss
etməyə başladı. Ermənilər dəmir yolunu bağlayır, qatarları saxlayır, adamları
girov götürürdülər. Xronoloji ardıcıllığa qısa nəzər yetirək: 1992-ci ilin yanvar
ayının sonunda ermənilərin Zəngilana mütəşəkkil hücumları başlayır. Fevralın 1-də
Günqışlaq, Qazançı, Dərəli və Vejnəli kəndlərinə basqın edirlər və bu kəndlər
düşmənin nəzarəti altına düşür. 2 həftə sonra Qazançı və Dərəli kəndləri azad
edilsə də, Seyidlər kəndi mühasirədə qalır. İyulun 6-da düşmən rayon mərkəzini
atəşə tutur. Oktyabrın 20-də ermənilərin döyüş təyyarələri rayon mərkəzini
bombalayır. Beləliklə də, 1992-ci ilin sonuna Zəngilanın 13 yaşayış məntəqəsi, bir
çox strateji yüksəklikləri düşmənin əlinə keçir. Bununla da rayonun işğalının əsası
qoyulur...
Zəngilanda nəyimiz qaldı? ZƏNGİLAN boyda VƏTƏN! Dünyada ikinci,
Avropada birinci nadir çinar meşələri, torpaq üzərində olan bütün var-dövlət, 67
məktəb, 56 kitabxana, 34 klub, 9 mədəniyyət evi, 7 xəstəxana, 6 iri dəmir yol
stansiyası, 2 şərab zavodu, konserv zavodu, dəmir yol deposu... Hazırda Zəngilan
rayonunun məcburi köçkünləri Bakıda və respublikamızın 43 rayonunda
müvəqqəti məskunlaşmışlar. Zəngilan rayonunda erməni təcavüzü nəticəsində
Milli Ordunun 33 nəfər döyüşçüsü qəhrəmancasına həlak olmuş, 7 nəfər polis
işçisi itkin düşmüşdür. Zəngilan 200 nəfərdən çox şəhid vermiş, 12800 uşaq zərər
çəkmiş, 395 uşaq yetim qalmışdır. 44 nəfərin aqibəti bəlli deyil, 127 nəfər isə
müharibə əlilidir.
İnternetdə:
www.books.google.com
329
Azərbaycanın görkəmli şəxsiyyətləri
16 Oktyabr - Artilleriya general-leytenantı Səmədbəy Mehmandarovun
anadan olmasının 160 illiyi, (1857-1931)
Səməd bəy Sadıx bəy oğlu Mehmandarov Lənkəranda anadan
olmuşdur. Bakıda gimnaziya təhsili almış, 16 yaşında
Peterburqda yerləşən II Konstantinovka Artilleriya Məktəbinə
daxil olmuşdur. 1875-ci ilin dekabrında podporuçik rütbəsi
almış və üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə
təltif
edilmişdir. 1890-cı
ildə
kapitan, 1898-ci
ildə
podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-
mayor rütbəsi almışdır.
Rus-Yapon müharibəsində böyük rəşadət göstərmiş S.
Mehmandarova 1908-ci ildə tam artileriya generalı rütbəsi
verilmişdir. 1915-ci ildə S. Mehmandarov korpus komandiri
təyin olunmuşdur. 1917-ci ilin əvvəlində Rusiyanın bütün hərbi ordenləri ilə, eləcə
də İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordenləri ilə təltif edilmişdi.
S. Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökümətində 1918-ci ilin 25
dekabrından hərbi nazir vəzifəsini tutmuş və müstəqil Azərbaycanın qısa müddətdə
30 minlik ordusunu yaratmağa nail olmuşdu. 1919-cu ilin yazında ingilis hərbi
hissələri Azərbaycanda olduğu dövrdə hərbi nazir S.Mehmandarov Azərbaycan
Xalq Cümhuriyyəti hökuməti başçısı Nəsib bəy Yusifbəyliyə göndərdiyi rəsmi
məktubda bildirmişdi ki, ingilis hərbi dəstələri Azərbaycanda məskun olduqları
yerlərdə talanlar edir, kəşfiyyat işi aparırlar. Bunlara etiraz olaraq
S.Mehmandarov İngiltərə hökumətinin I Dünya müharibəsi illərində ona
verdiyi ordenləri İngiltərə hökumətinə qaytarmağı Azərbaycan hökumətindən
xahiş etmişdi. S.Mehmandarov 1924-1927-ci illərdə Azərbaycanda hərbi sahədə
aparılan geniş islahatlarda və tədbirlərdə fəal iştirak etmişdir.
1928-ci ildə S.Mehmandarov səhhətinə görə orduda xidmətdən təxris
olunmuş və ona fərdi dövlət təqaüdü verilməsi müəyyən edilmişdi.
S.Mehmandarov rus, türk və fars dillərini yüksək səviyyədə bilirdi. Ömrünün son
üç ilində islam tarixi və fəlsəfə ilə məşğul olmuşdur. Səməd bəy Mehmandarov 12
fevral 1931-ci ildə Bakıda vəfat etmişdir.(Bəzi mənbələrdə S.Mehmandarovun
doğum ili 1855, bəzilərində 1856-ci il verilmişdir.)
Filmoqrafiya:”Sizi dünyalar qədər sevirdim‖ (film, 1985), ―Səmədbəy‖ (film,
1995), ―Tənha ruh‖ (film, 1998), ―Cümhuriyyət generalları‖ (film, 2006) və s.
İnternetdə:
www.az.wikipedia.orq
330
Yubilyar yazıçı və şairlər
10 0ktyabr - Yazıçı Seyfulla Şamilovun anadan olmasının 115 illiyi,
(1902-1974)
Seyfulla Şamilov Qazax qəzasının Tatlı kəndində anadan olmuşdur. Bakıda
partiya məktəbini bitirmişdir (1921-1925). Azərbaycan Dövlət Pedaqoji
İnstitutunda fəlsəfə kafedrasının dosenti (1931-1933), "Kommunist" qəzetində
məsul redaktorun müavini, "Gənc işçi" qəzetinin məsul redaktoru, Azərbaycan
Proletar Yazıçılar Birliyi təşkilat komitəsinin sədri (1932), Azərbaycan Yazıçılar
İttifaqının sədri (1936-1938), "İnqilab və mədəniyyət" jurnalının, "Ədəbiyyat
qəzeti"nin məsul redaktoru (1936-1937), ―Uşaqgəncnəşr‖ in baş redaktoru (1955-
1962) vəzifələrində işləmişdir. Repressiya dövründə həbs edilərək sürgün
olunmuşdur. Yazıçı-publisist S. Şamilov "Şərəf nişanı" ordeni və Mədəniyyət
Nazirliyinin "Əlaçı işçi" fəxri medalı ilə təltif olunmuşdur.
Seyfulla Şamilov 1974-cü il dekabrın 25-də vəfat etmişdir.
Kitabları: ―Dördüncü il‖ (1929), ―Seçilmiş əsərləri‖ (1974), ―Laçın‖ (1932),
―Nigarın macərası‖ (1977) və s.
Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
331
10 Oktyabr - Şair, publisist, pedaqoq Əjdər Ağayevin anadan olmasının
80 illiyi, (1937)
Əməkdar müəllim (2000), pedaqoji elmlər doktoru
(1996), professor (1996) Əjdər Ağayev Neftçala rayonunun
Qırmızıkənd kəndində anadan olub. Burada kənd yeddiilik,
Salyanda orta məktəbi bitirmişdir. Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsində təhsil
almışdır (1955-1960). Əmək fəaliyyətinə Salyan rayonu
məktəblərində müəllim kimi başlamışdır (1960-1965).
Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun
aspiranturasına daxil olmuşdur (1965-1969). O, burada
"Fərhad Ağazadənin pedaqoji göruşləri" mövzusunda namizədlik dissertasiyası
müdafiə etmiş, sonra elmi işçi, baş elmi işçi, bölmə müdiri, şöbə rəisi, direktorun
elmi işlər üzrə müavini vəzifələrində çalışmışdır (1969-cu ildən). "Azərbaycan
ictimai fikrində şəxsiyyətin formalaşması" adlı doktorluq işi müdafiə etmişdir.
"Azərbaycan məktəbi" jurnalının və onun əlavə nəşr edilən məcmuələrinin baş
redaktoru olmuşdur (1974-1981). Hazırda Elmi-Tədqiqat Pedaqoji Elmlər
İnstitutunda pedaqogikanın nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, Lənkəran
Dövlət Universitetində pedaqogika və psixologiya kafedrasının müdiri vəzifəsində
çalışır (1981-ci ildən). Azərbaycan Təhsil Nazirliyi nəzdində pedaqogika və
psixologiya elmləri üzrə Elmi-metodiki şuranın sədri, Azərbaycan Respublikası
Ali Attestasiya Komissiyasında pedaqogika və psixologiya elmləri üzrə ekspert
komissiyası sədrinin müavinidir.
Bədii yaradıcılığa keçən əsrin 50-ci illərindən başlamışdır. İlk hekayəsi "İlk
və son mahnı" 1956-cı ildə "Azərbaycan pioneri" qəzetində, "Bir də çal o mahnını"
adlı ilk şeri isə 1957-ci ildə "Azərbaycan gəncləri" qəzetində çap olunmuşdur.
Şeirlərinə mahnı bəstələnmişdir. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə
olunmuşdur. Bədii əsərlərini mətbuatda Ə.Ə.Ağayev, A.Əjdər, Əjdər Ağazadə,
Ə.Atəşin, Əjdər Ağayev imzaları ilə çap etdirmişdir. Akademik Mehdi Mehdizadə
adına mükafatın və "Araz" ali ədəbi mükafatın laureatıdır.
Kitabları:
“
Məktəblərdə vətənə sədaqət tərbiyəsi‖ (1975), ―Pedaqogika‖ (1993),
―Tikdim ki, izim qala‖ (1996), ―Bala dadı, bal dadı‖ (1999), ―Ceyran nənəm‖
(1999), ―Gəlirəm, gözlə məni‖ (2000), ―Sabaha inamla‖ (2003) və s.
Ədəbiyyat: Əhmədov Teymur- “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
332
15 Oktyabr - Şair Hafiz Baxışın anadan olmasının 85 illiyi, (1932-1989)
Hafiz Baxış 15-də Zəngəzur mahalının Qafan bölgəsinin Yuxarı Girətağ
kəndində, müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi 1950-ci ildə Şəhərcik
kəndində bitirmişdir.1950–1952-ci illərdə Qovşud kəndində ibtidai sinif müəllimi
işləmiş, 1952-1956-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatr və kino
aktyorluğu fakültəsində təhsil almışdır. Tələbə ikən 1954-cü ildə Azərbaycan
diviziyasında bədii özfəaliyyət dərnəyinin rəhbəri olmuşdur. 1956-1961-ci illərdə
Sumqayıt şəhərində tərbiyəçi, pionerlər evinin və mədəniyyat sarayının direktoru
işləmişdir. 1961-ci ildə Azərbaycan Dövlət Radio və Televiziya verilişləri
Komitəsində rejissor köməkçisi, rejissor işləmişdir.
İlk şeirləri "Sosialist Sumqayıtı" qəzetində dərc edilmiş, ""Zirvə" adlı ilk poeması
isə "Azərbaycan" jurnalının 1968-ci il 2-ci sayında çap olunmuşdur. Bundan sonra
o altı poema qələmə alsa da lirik şair kimi tanınmışdır. İyirmidən çox şeirinə
musiqi bəstələnmişdir.
Hafiz Baxış 1989-cu il sentyabrın 7-də vəfat etmişdir.
Kitabları: ―Azərbaycan oğluyam‖ (1980), ―Sona bülbüllər‖ (1983), ―Eşqimi
sönməyə qoymaram‖ (1989), ―Dağlar üçün darıxmışam‖ (2001) və s.
Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
333
21 Oktyabr - Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasının 85 illiyi,
(1932-1994)
Xəlil Rza Ulutürk Salyan rayonunun Pirəbbə
kəndində anadan olmuşdur. 2 saylı şəhər orta məktəbində
təhsil almışdır. İlk mətbu şeri "Kitab" 1948-ci ildə
"Azərbaycan pioneri" qəzetində işıq üzü görmüşdür. 1948-
ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya
fakültəsinin jurnalistika şöbəsinə daxil olmuşdur. Xəlil Rza
əmək
fəaliyyətinə
"Azərbaycan
qadını"
jurnalı
redaksiyasında başlamışdır. Onun ilk şeirlər toplusu –
"Bahar gəlir" 1957-ci ildə nəşr olunmuşdur. 1959-cu ildə
Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam
etdirmişdir. O, 1963-cü ildə "Müharibədən sonrakı
Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945-1950)" mövzusunda yazdığı
dissertasiyanı uğurla müdafiə etmiş, fılologiya elmləri namizədi elmi dərəcəsinə
layiq görülmüşdür. 1991-ci il mayın 6-da Xəlil Rza "Türk milləti mükafatı
laureatı" fəxri adına layiq görülmüşdür. 1992-ci ildə ona ―Xalq şairi‖ fəxri adı
verilmişdir.
Xəlil Rza Ulutürk 1994-cü il iyunun 22-də vəfat etmiş, Fəxri
Xiyabanda dəfn olunmuşdur. Azərbaycan xalqının milli mübarizəsində xüsusi
xidmətlərinə görə Xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) "İstiqlal"
ordeni ilə təltif edilmişdir.
Kitabları: ―Hara gedir bu dünya‖ (1983), ―Daşdan çıxan bulaq‖ (1986), ―Məndən
başlanır vətənim‖ (1988), ―Davam edir 37‖ (1992), ―Məndən başlanır Vətən‖
(1988), ―Davam edir 37‖ (1992), ―Türkün dünyası‖ (1994), ―Qəhrəman Təbrizim‖
(1994), ―Lefortovo zindanında‖ (1998) və s.
Ədəbiyyat: Əhmədov Teymur- “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
334
24 Oktyabr - Şair, dramatur Hüseyn Cavidin anadan olmasının 135 illiyi,
(1882-1941)
Azərbaycan
ədəbiyyatında romantizm ədəbi
cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavid milli
romantik şeirin və mənzum faciənin banisidir. Hüseyn
Cavidin ölməz sənəti dünya romantizminin tərkib
hissəsidir. Hüseyn Cavid Naxçıvanın indiki Kəngərli
rayonunun Şahtaxtı kəndində, ruhani ailəsində dünyaya göz
açmışdır. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta
təhsilini M.T.Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu
məktəbində almışdır (1894-1898). 1899-1903-cü illərdə
Cənubi Azərbaycanda yaşamış, Təbrizin ―Talibiyyə‖
mədrəsəsində təhsilini davam etdirmişdir.
İstanbul Universitetinin ədəbiyyat
şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən
isə Bakıda müəllimlik etmişdir. Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının
ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, XX əsr Azərbaycan
mütərəqqi romantizminin banilərindən biri olmuşdur. "Keçmiş günlər" adlı ilk şer
kitabı 1913-cü ildə çap olunmuşdur. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə
olan "Şeyx Sənan" (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün
ümumbəşəri din ideyasını ortaya atmışdır. Yaradıcılığında mühüm yer
tutan "İblis" (1918) mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri - "Insan
insana qurddur" fəlsəfəsinin tərəfdarları, "İyirminci əsrin mədəni vəhşiləri" olan
dairələri
İblis surətində ümumiləşdirilmiş, işğalçı müharibələrə lənət
yağdırılmışdır. Ötən əsrin 20-30-cu illərində Hüseyn Cavid bir sıra tarixi dramlar
yazmışdır. "Peyğəmbər" (1922) və "Topal Teymur" (1925) əsərlərindən sonra
yazdığı "Səyavuş" (1933), "Xəyyam" (1935) tarixi dramları Hüseyn Cavidin tarixə,
tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş olmuşdur.
Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid
sosializmin "nailiyyətlər"indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan
ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırmışdır. Ona görə də bu mətin
şəxsiyyət Sibir buzlaqlarına, Maqadana sürgün edilmiş və 5 dekabr 1941-ci
ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində həlak olmuşdur.
Şairin anadan olmasının 100 illik yubileyi geniş qeyd olunmuşdur. Naxçıvanda ev-
muzeyi yaradılmışdır (1981). Ümummilli lider Heydər Əliyevin tapşırığı ilə
yubiley ərəfəsində cənazəsinin qalıqları İrkutsk vilayətindən Naxçıvana gətirilib,
ev-muzeyinin yaxınlığında dəfn edilmişdir. Naxçıvanda onun qəbri üstündə
möhtəşəm məqbərə ucaldılmışdır. Azərbaycan teatrlarında Hüseyn Cavidin dram
əsərləri böyük müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. Şairin anadan olmasının
100 illik yubileyi geniş qeyd olunmuşdur. Naxçıvanda ev muzeyi yaradılmışdır
(1981).
Dostları ilə paylaş: |