İnternetdə:
www.books.google.com
32
23 Yanvar - Xalq artisti, rəqqas Böyükağa Məmmədovun anadan olmasının
90 illiyi, (1927)
Azərbaycan milli rəqsinin əfsanəsi, Xalq artisti Böyükağa
Məmmədov Bakı şəhərində anadan olub. Orta təhsilini başa
vurduqdan sonra Azərbaycan Mahnı və Rəqs Ansamblında
fəaliyyətə başlayıb. Burada rəqsin sirlərini öyrənən B.
Məmmədov
yaşıdlarından
həm
rəqsi,
həm
də
həvəsiylə fərqlənib. Qısa zaman ərzində məharətli rəqqas olan
Böyükağa Məmmədov bir sıra rəqs tamaşalarında iştirak
etmişdir. B. Məmmədov 1960-cı ildə ―Cücələrim‖ rəqs
ansamblına rəhbərlik etmişdir. Böyükağa müəllim ömrünün 80
ilini Azərbaycan rəqs sənətinə həsr edib. Bu illər ərzində 16 Əməkdar artist, 2
SSRİ Xalq artisti, eyni zamanda 2 Xalq artisti yetişdirib. Dünyanın 131 ölkəsində
Azərbaycan incəsənətini layiqincə təmsil edib. Azərbaycan mədəniyyətinə verdiyi
töhfələrə görə, sənətkar Xalq artisti və ―Əməkdar müəllim‖ fəxri adlarına layiq
görülüb. B.Məmmədovun Azərbaycan rəqsinin inkişafı və təbliğində böyük rolu
var. Xüsusilə ―Naz eləmə‖, ―Qaytağı‖ rəqslərini yüksək səviyyədə ifa etmişdir.
B.Məmmədov milli rəqs sənətimizin inkişafında xidmətlər göstərmişdir. O, ―Arşın
mal alan‖ (1965) filmində rəqslərin quruluşunu (Əminə Dilbazi ilə) vermişdir.
Uzun
illər
Bakı
Xoreqrafiya
Məktəbində
dərs
demişdir.
Tələbə və gənclərin Berlin (1951,qızıl medal), Varşava (1953) və Moskvada
(1957) keçirilən Ümumdünya festivallarının laureatıdır.
İnternetdə: www.az.wikipedia.orq
33
29 Yanvar - Xalq artisti, baletmeyster Leyla Vəkilovanın anadan olmasının
90 illiyi, (1927-1999)
Leyla Məhəd qızı Vəkilova Bakıda doğulmuşdur. Səkkiz
yaşında Bakı Xoreoqrafiya Məktəbinə daxil olmuşdur. 1943-
cü ildə məktəbi uğurla bitirən aktrisa Azərbaycan Dövlət
Opera
və
Balet Teatrının balet truppasına solist
götürülmüşdür. 1945-1946-cı illərdə ixtisas səriştəsini
təkmilləşdirmək, sənətkarlıq qabiliyyətini formalaşdırmaq
məqsədi ilə iki il Moskva Xoreoqrafiya Məktəbində xüsusi
kurs keçmişdir. Bakıya qayıdaraq Opera və Balet Teatrının
aparıcı balet aktrisası olmuşdur. Tezliklə o, ən sanballı balet
tamaşalarında qadın qəhrəmanların partiyalarını ifa etməyə
başlamışdır. Onun zəngin yaradıcılığının ən parlaq yaradıcılıq
qələbələrini təmin edən obrazlar dünya balet ulduzlarının da əsas repertuarlarını
təşkil edir. Leyla Vəkilova klassik dünyəvi balet elementləri ilə milli rəqslərimizin
hərəkət zərifliyini ustalıqla birləşdirə və onu öz ifasının estetik hüsnünə çevirə
bilmişdir. Leyla xanım müxtəlif illərdə teatrın səhnəsində Gülyanaq (―Qız qalası‖,
Əfrasiyab Bədəlbəyli), Odetta-Odilliya, Avrora, Mulla (―Sonalar gölü‖, ―Yatmış
gözəl‖ və ―Şelkunçik‖, Pyotr Çaykovski), Pao Xoa (―Qırmızı lalə‖, Reynqard
Qlier), Kitri (―Don Kixot‖ Lüdviq Minkus), Laurensiya (―Laurensiya‖, Aleksandr
Kreyn), Zarema (―Bağçasaray fəvvarəsi‖, Boris Asafyev), Gülşən (―Gülşən‖,
Soltan Hacıbəyov), Aişə, Sari (―Yeddi gözəl‖ və ―İldırımlı yollarla‖, Qara
Qarayev), Şirin (―Məhəbbət əfsanəsi‖, Arif Məlikov), Jizel ("Jizel", Adolf Adan),
Malvina ("Qızıl açar", Boris Zeydman), Qaraca qız ("Qaraca qız", Əşrəf Abbasov)
partiyalarını ifa etmişdir. Azərbaycan milli balet sənətinin tərəqqisində və
təkamülündə, beynəlxalq aləmdə tanınmasında göstərdiyi böyük xidmətlərə görə
Leyla xanım Vəkilova 30 aprel 1955-ci ildə Azərbaycan Respublikasının Əməkdar
artisti, 26 aprel 1958-ci ildə Xalq artisti, 31 dekabr 1967-ci ildə SSRİ Xalq artisti
fəxri adlarına layiq görülüb. Leyla xanım Vəkilova Polşada (1956, 1962, 1968),
Suriyada (1960), Çexoslavakiyada (1964), Hindistanda (1965), Bolqarıstanda
(1966), Fransada (1969, 1974), Macarıstanda (1973), İtaliyada (1976), Türkiyədə
(1977, 1982), Tiflisdə və Almaniyada (1979), Nepalda (1981) ifaçı və baletmeyster
kimi uzunmüddətli qastrol səfərlərində olub. 1959-cu ildə Moskvada keçirilən
Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında iştirak edib.
Görkəmli balet ustası, milli səhnə mədəniyyətimizin nadir incilərindən olan Leyla
Vəkilova 20 fevral 1999-cu ildə Bakıda vəfat edib. Məzarı Fəxri Xiyabandadır.
İnternetdə:
www.books.google.com
34
Milli qəhrəmanlar zirvəsi
28 Yanvar - Azərbaycanın Milli Qəhrəmanı Səfərov Cəlil Əziz oğlunun
anadan olmasının 55 illiyi, (1962-1992)
Cəlil Səfərov
Gürcüstan Respublikası Marneuli
rayonunun
Lejbəddin
kəndində
doğulmuşdur.
Ailəlikcə Sumqayıt şəhərinə köçmüşlər. 1969-1977-ci
illərdə buradakı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə
C.Naxçıvanski
adına
ali
Hərbi
Litseyə
qəbul
edilmişdir. 1980-cı ildə təhsilini başa vuraraq Vladiqafqaz
Hərbi Raket-Zenit Komandirlər Məktəbinə daxil olmuşdur. 1984-cü ildən
Qazaxıstanın Priozorsk və Balxaş şəhərlərində işləmiş, 8 il sonra Azərbaycana
qayıtmışdır. Müdafiə Nazirliyinin təyinatı ilə Qarabağa ezam olunan təcrübəli zabit
xidməti başa çatdıqdan sonra burada qalmışdır. Şuşa cəbhəsində dəqiq atəşlərlə
erməni yaraqlılarının və canlı qüvvələrinin məhv edilməsinə başçılıq etmişdir.
Cəlilin başçılığı ilə dəqiq top atəşləri nəticəsində ermənilər ağır itkilər
vermişdir. 15 may 1992-ci il Şuşanın Turşsu-Zarıslı kəndi istiqamətində gedən
döyüşlərdə xeyli düşmən yaraqlısı məhv edən cəsur zabit qəhrəmancasına həlak
olmuşdur. Ailəli idi, iki övladı yadigar qalmışdır. Bakı şəhərinin Şəhidlər
Xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı
ilə kapitan Səfərov Cəlil Əziz oğluna ölümündən sonra Azərbaycanın Milli
Qəhrəmanı adı verilmişdir.
Sumqayıt şəhərindəki 10 saylı məktəb qəhrəmanın adını daşıyır. Gürcüstan
Respublikasının Marneuli şəhərində abidəsi ucaldılıb.
Od ürəkli , od nəfəsli diyarımsan
Ocağına canım qurban , Azərbaycan !
Əzilsən də , əyilməyən vüqarımsan
Bu çağına canım qurban , Azərbaycan !
Savaşlardan alnıaçıq çıxan zaman
Tarixlərə bağışladın neçə qurban.
Hər qonşuda bir parçası əsir qalan
Torpağına canım qurban , Azərbaycan !
Nəriman Həsənzadə
İnternetdə:
www.books.google.com
35
Fevral
Əlamətdar tarixi günlər və bayramlar
2 Fevral - Ümumrespublika Gənclər Günü, (1997)
4 Fevral - Ümumdünya Xərçənglə Mübarizə Günü, (2005)
7 Fevral - Beynəlxalq Təhlükəsiz İnternet Günü, (2004)
14 Fevral - Azərbaycan Hərbi Hava Qüvvələri Günü, (1992)
14 Fevral - Beynəlxalq Kitabbağışlama Günü, (2012)
17 Fevral - Təmənnasız Xeyirxahlıq İfadəsi Günü
21 Fevral - Beynəlxalq Ana Dili Günü, (1999)
27 Fevral - Beynəlxalq Qütb Ayısı Günü
Bu tarixi unutmayaq
Xocalı faciəsinin 25-ci ildönümü- 26 fevral 1992-ci il
Azərbaycanın görkəmli şəxsiyyətləri
Dilçi alim Ağamusa Axundovun 85 illiyi, (01.02.1932 - 05.09. 2015)
Memar Ənvər Qasımzadənin 105 illiyi, (12.02.1912 - 12.03.1969)
Yubilyar yazıçı və şairlər
Yazıçı Meyxoş Abdullanın 55 illiyi, (02.02.1962)
Yazıçı, tənqidçi Fazil Rəhmanzadənin 75 illiyi, ( 09.02.1942 )
Şair İsgəndər Etibarın 80 illiyi, (15.02.1937)
Yazıçı Sabir Süleymanovun 80 illiyi, (17.02.1917 - 18.12.1979)
Yazıçı, dramaturq Yusif Əzimzadənin 100 illiyi, (22.02.1917 - 06.03.1984)
Tənqidçi, ədəbiyyatşünas Əmirxan Xəlilovun 80 illiyi, (23.02.1937)
Xarici ədəbiyyat
İngilis yazıçısı Çarlz Dikkensin 205 illiyi, (07.02.1812 - 09.06.1870)
Amerikalı fantast yazıçı Andre Nortonun 105 illiyi, (17.02.1912 - 17.03.2005)
Rus yazıçısı Yekaterina Vadimovna Muraşovanın 55 illiyi, (22.02.1962)
Venesiyalı dramaturq Karlo Qoldoninin 310 illiyi, (25.02.1707 - 06.02.1793)
Fransız yazıçısı Viktor Hüqonun 215 illiyi, (26.02.1802 - 22.05.1885)
İncəsənət
Aktrisa Münəvvər Kələntərlinin 105 illiyi, (05.02.1912 - 05.02.1968)
Rejissor, pedaqoq Lütfi Məmmədbəyovun 90 illiyi, (06.02.1927 - 01.02.2005)
Memar Ənvər Qasımzadənin 105 illiyi, (12.02.1912 - 12.03.1969)
İtalyan bəstəkarı Coakkino Rossininin 225 illiyi, (28.02.1792 - 13.11.1868)
Milli qəhrəmanlar zirvəsi
Əkbərov Akif Abbas oğlunun 65 illiyi, (02.02.1952 -12.08.1992)
36
Fevral
Əlamətdar tarixi günlər və bayramlar
2 Fevral - Ümumrespublika Gənclər Günü, (1997)
“Azərbaycan gəncləri Azərbaycanın
gələcəyidir.”
Ümummilli lider Heydər Əliyev
“Gənclik, əlbətdə, başqa nemətdir,
Unudulmaz böyük səadətdir...”
Hüseyn Cavid
1 fevral 1997-ci ildə Respublika Gənclər Forumunun ildönümü münasibəti
ilə gənclərin bir qrupunu qəbul edən Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyev "2 fevral - Azərbaycan Gənclər Gününün elan edilməsi haqqında"
Sərəncam imzalamışdır. Həmin vaxtdan etibarən hər il 2 fevral Azərbaycanda
Gənclər Günü kimi təntənəli şəkildə qeyd olunur.
Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan
dövlət gənclər siyasəti mövcuddur və indi həmin siyasət daha qətiyyətlə həyata
keçirilir. Bu gün ölkəmizin hər yerində Azərbaycan gəncləri öz bayramlarını
uğurlarla qeyd edirlər. Ulu öndərin gəncliyə və gənclərə etimadı indi öz təsdiqini
tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni
mərhələsini yaşayır. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə
sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik
tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların
problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının
formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir.
İndi ölkəmizdə dövlət qeydiyyatından keçən 170-dən çox gənclər təşkilatı fəaliyyət
göstərir, minlərlə gənc lider yetişir.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin
gördüyü işlər də diqqəti xüsusilə cəlb edir.
Azərbaycan gənclərinin xarici ölkələrdə
təşkilatlanması da uğurla gedir. Bu gün gənclərimiz Avropa və dünyanın otuzdan
çox nüfuzlu beynəlxalq gənclər təşkilatında təmsil olunur və bununla da
beynəlxalq gənclər hərəkatının fəal tərkib hissəsinə çevrilirlər. Beləliklə,
Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir,
bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar
isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.
İnternetdə:
www.books.google.com
37
4 Fevral - Ümumdünya Xərçənglə Mübarizə Günü, (2005)
Ümumdünya Xərçənglə Mübarizə Günü
2005-ci ildə Xərçəng Əleyhinə Beynəlxalq
İttifaq (UİCC) tərəfindən təsis edilmişdir. Əsas
məqsəd dünya ölkələrinin diqqətini bu qlobal
problemə yönəltmək, onun nə dərəcədə təhlükəli
olduğunu və mübarizənin yalnız birlikdə
aparıldıqda səmərə verdiyini bir daha dünya
ictimaiyyətinə xatırlatmaqdır.
Əsas məqsəd ayrı-ayrı fərdlərin, təşkilat və hökumətlərin birgə fəaliyyəti ilə
2025-ci ilə qədər xərçəng və digər qeyri-infeksion xəstəliklər nəticəsində vaxtından
əvvəl ölüm hallarının sayını 25% azaltmağın mümkünlüyünü göstərməkdir.
Dünyada xərçəng xəstəliyindən hər il 7 milyondan çox insan həyatını itirir.
Hazırda bu diaqnozla 20 milyon insan yaşayır. Ümumdünya Səhiyyə Təşkilatının
məlumatına görə, 2030-cu ildə onkoloji xəstələrin sayı iki dəfə artacaq.
İnternetdə:
www.books.google.com
7 Fevral - Beynəlxalq Təhlükəsiz İnternet Günü, (2004)
Beynəlxalq Təhlükəsiz İnternet Günü (İnternational Safer
Internet Day) Avropa Komissiyasının qərarı ilə 2004-cü ildə
təsis edilib. Bu əlamətdar hadisə dünyanın 60-dan çox
ölkəsində müxtəlif şüarlar altında (―İnternet və uşaqlar‖,
―Qlobal şəbəkədə kibercinayət: qanunsuz kontentlərdən
müdafiə‖, ―İnternet adi bir oyun vasitəsi deyil, İnternet
bizim həyatımızdır‖ və s.) qeyd olunur. Tədbirlər qeyri-
hökumət təşkilatı olan INSAFE (European Safer Internet
Network - Avropa Təhlükəsiz İnternet Şəbəkəsi) tərəfindən koordinasiya edilir.
INSAFE - Avropa Komissiyasının iştirakı ilə yaradılan milli təşkilatlar şəbəkəsidir.
Təşkilatın əsas missiyası təhlükəsiz interneti təbliğ etmək, xüsusən də gələcək
nəsilləri qlobal şəbəkədəki mövcud təhdidlərlə bağlı məlumatlandırmaq,
maarifləndirmə işləri aparmaqdır.
Ənənəvi olaraq hər il fevral ayının ikinci həftəsinin çərşənbə axşamı
günündə təşkil edilən və bu il ―Təhlükəsiz rəqəmsal texnologiyalar dünyasını
birlikdə kəşf edin‖ şüarı ilə keçirilən müxtəlif səpkili tədbirlərdə - ―Təhlükəsiz
internet-mədəniyyət: uşaq və yeniyetmələr üçün pozitiv və təhlükəsiz İnternet‖,
―Təhsil və informasiya təhlükəsizliyi‖, ―Təhlükəsiz internetin yaradılmasında
peşəkar cəmiyyətlərin rolu‖, ―İnternetdə neqativ kontentdən texniki müdafiə
metodları‖, ―İnternet məhdud fiziki imkanlı insanlar üçün‖, ―İnternet nəsilləri
birləşdirir və insanları maarifləndirir‖ və s. mövzularda məruzələr dinlənilir,
müzakirələr aparılır, müxtəlif fikirlər səsləndirilərək təklif və tövsiyələr verilir.
İnternetdə:
www.books.google.com
38
14 Fevral - Azərbaycan Hərbi Hava Qüvvələri Günü, (1992)
Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa
Qayıbov olub. O, I Dünya Müharibəsində almanlara
qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib
və indiki Belarus ərazisində gedən döyüşlərdən
birində həlak olub. 1992-ci ildən Azərbaycanda Hərbi
Hava Qüvvələri ilə (HHQ ilə) bağlı islahatlar dövrü
başlanıb. Həmin il bu qurumun strukturu
milliləşdirilib. General-mayor Rail Rzayev HHQ-nin komandanı təyin edilib. Bir
qədər sonra Hərbi Hava Qüvvələri Hava Hücumundan Müdafiə Qoşunları ilə
birləşdirilib. General-leytenant rütbəsi alan Rail Rzayev Hərbi Hava Qüvvələri və
Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ və HHMQ) komandanı kimi
fəaliyyətini davam etdirib. Atəşkəs müqaviləsi imzalandıqdan sonra Azərbaycanda
başlanan hərbi islahatlar prosesinin özəyini məhz HHQ və HHMQ təşkil edib.
Səbəb aydındır – işğal altında olan Azərbaycan əraziləri yüksək relyefə malikdir və
bu əraziləri işğaldan qurtarmaq işində qırıcıların, hərbi təyyarələrin və hava
hədəflərini vuracaq texnikaların əvəzi yoxdur. 1997-ci ildə Azərbaycanın Ali Hərbi
Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb.
Beləliklə, 2005-ci ildən Azərbaycanda müdafiəyə ayrılmış vəsaitlərin əhəmiyyətli
hissəsi məhz HHQ və HHMQ-nin dirçəldilməsinə sərf edilib.
Xatırladaq ki, Azərbaycan və NATO arasında imzalanmış Fərdi Tərəfdaşlığq
üzrə Əməliyyat Planı (İPAP) çərçivəsində H.Z.Tağıyev qəsəbəsindəki hərbi
aerodrom modernləşdirilib. Eyni zamanda hərbi aerodromlarda uçuşların
təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi avadanlıqlar quraşdırılıb, texniki
təminat binaları yenidən tikilib və təmir edilib, aerodromun texniki təminatı,
paraşüt-desant xidməti və əyləc paraşütlərinin yığılması binalarının inşasına
başlanılıb.
Hazırda Azərbaycan HHQ-nin pilotları MDB məkanında ən çox uçuş
keçirmiş pilotlar sayılır. Pilotlarımız əsasən Ali Hərbi Təyyarəçilik Məktəbində
hazırlanır, Türkiyə, Ukrayna, ABŞ və digər ölkələrin müvafiq ixtisasartırma
kurslarında və təlimlərdə iştirak edirlər.
1992-ci ilin sentyabrında verilən fərmana əsasən 14 fevral - Azərbaycan Hərbi
Hava Qüvvələri Günü kimi qeyd olunur.
İnternetdə:
www.books.google.com
39
14 Fevral - Beynəlxalq Kitabbağışlama Günü, (2012)
14 Fevral - Beynəlxalq Kitabbağışlama
Günü (International Book Giving Day) –
təqvimdə ən gənc bayramlardandır. Bu
gün uşaqlara kitab bağışlayan və onlarda
kitaba məhəbbət yaradan bütün insanları
birləşdirir.
Bu bayram 2012-ci ildə özünün
meydana gəlməsində ABŞ-da məşhur
Delightful Children’s Books uşaq kitabı
saytının yaradıcısı Emmi Brodmura borcludur. Bu ideyanı ona balaca oğlu
vermişdir. O, anasından soruşmuşdur ki, niyə insanların bir-birinə kitab bağışladığı
xüsusi gün yoxdur.
Öncə Emmi Brodmur internet şəbəkəsində müxtəlif insanlara bu təşəbbüsə
qoşulmağı təklif etmişdir. İki il ərzində bu təşəbbüs dünyada dəstək qazanmış və
indi də yeni iştirakçılar cəlb etməkdə davam edir.
Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, bloqqerlərin və uşaq
yazıçılarının dəstəyi mühüm rol oynamışdır. Hər il minlərlə həm oxunmuş, həm də
yeni kitablar dünyanın bütün istiqamətlərinə yola salınır və uşaqlarda kitaba
məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.
İnternetdə:
www.books.google.com
40
17 Fevral - Təmənnasız Xeyirxahlıq Günü
Hər il fevralın 17-də bütün dünyada qeyd olunan Təmənnasız Xeyirxahlıq
İfadəsi Günü (Random Acts of Kindness Day) beynəlxalq xeyriyyə təşkilatlarının
təşəbbüsü ilə təsis olunmuşdur. Bu bayram ABŞ-da yaransa da, lakin bu gün artıq
ümumdünya əhəmiyyətli bayrama çevrilmişdir və vətəndaşlıqdan, milliyyətdən və
dini inanclardan asılı olmayaraq qeyd olunur.
Bu bayram daha çox Qərbi Avropa və ABŞ-da məşhurdur. Həmin gün bir
çox şəhərlərdə ənənəvi olaraq məşhur aktyorların, ictimai və siyasi xadimlərin
iştirakı ilə xeyriyyə tədbirləri və marafonları keçirilir.
Əgər insan öz yaxşılığı müqabilində təşəkkür gözləyirsə, bu həqiqi yaxşılıq,
xeyirxahlıq hesab olunmur. Siz xeyirxahlıq etdiyiniz insanların sevincini görməyi
və tərifini eşitməyi gözləməməlisiniz. Xeyirxah əməllər özlüyündə sizə zövq
verməlidir, buna görə tərif gözləməməlisiniz. Əsl xeyirxahlıq budur!
İnternetdə:
www.books.google.com
41
21 Fevral - Beynəlxalq Ana Dili Günü, (1999)
“Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük sərvətidir.”
Ümummilli lider Heydər Əliyev
“Ey türk oğulları, vətənin bir ovuc torpağını dünyanın var-dövlətinə, dilimizin
bir sözünü ləl cavahirata dəyişməyin.”
Dostları ilə paylaş: |