Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 13,5 Mb.
Pdf görüntüsü
səhifə7/44
tarix01.01.2017
ölçüsü13,5 Mb.
#4064
1   2   3   4   5   6   7   8   9   10   ...   44

Xarici ədəbiyyat 

İngilis yazıçısı Duqlas Adamsın 65 illiyi, (11.03.1952 - 11.05.2001) 

Rus şairi K.İ.Çukovskinin 135 illiyi, (19.(31).03.1882 - 28.10.1969) 

Fransız yazıçısı Marsel Emenin 115 illiyi, (29.03.1902 - 14.10.1967) 

 

 İncəsənət 

Xalq artisti Nodar Şaşıqoğlunun anadan olmasının 90 illiyi, (13.03.1927) 

Xalq artisti Ağasadıq Gəraybəylinin 120 illiyi, (15.03.1897 - 1990) 

Xalq artisti Yusif Vəliyevin 100 illiyi, (22.03.1917 - 18.03.1980) 

Teatrşünas  Qulam Məmmədlinin 120 illiyi, (25.03.1897 - 18.11.1994) 

Müğənni Yavər Kələntərlinin 115 illiyi, ( 26.03.1902 - 05.02.1979) 

SSRİ xalq artisti  Mstislav Rostropoviçin 90 illiyi, (27.03.1927 - 27.04.2007) 

 

Milli qəhrəmanlar zirvəsi 

Nəcəfov  Fəxrəddin Vəliyəddin oğlunun anadan olmasının 50 illiyi,  

(31.03.1967 - 04.09.1992) 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

63 

 

Mart 



Əlamətdar tarixi günlər və bayramlar 

 

2 Mart - Azərbaycan Respublikasının BMT üzvlüyünə qəbul olunduğu  gün

              (1992) 

 “Azərbaycan  Respublikası  dünya  birliyi  ilə 

tam 

hüquqlu 

inteqrasiyaya 

istiqamət 

götürmüşdür  və  bunun  üçün  bütün 

imkanlara malikdir.”

  

                        Ümummilli lider Heydər Əliyev 

 

                                                                                                    

                                                                              

   


Mühüm geosiyasi məkanda yerləşən Azərbaycan Respublikasının 1991-ci il 

oktyabrın  18-də  öz  dövlət  müstəqilliyini  bəyan  etməsi  milli  dövlətçilik 

prinsiplərinə  uyğun  yeni  xarici  siyasət  kursunun  formalaşdırılması  və  həyata 

keçirilməsini ən vacib məsələ kimi ön plana çəkdi. Qısa müddət ərzində dünyanın 

bir  sıra  dövlətləri  tərəfindən  rəsmi  surətdə  tanınmış  Azərbaycan  Respublikası 

1992-ci  il  martın  2-də  BMT-nin  üzvlüyünə  qəbul  edildi.  Bu  dövrdə  yeni 

formalaşmağa başlayan Azərbaycanın müstəqil xarici siyasəti, ilk növbədə, ölkənin 

ərazi  bütövlüyünün  və  suverenliyinin  tezliklə  bərpa  edilməsi,  qonşu  dövlətlərlə 

mehriban  və  qarşılıqlı  surətdə  faydalı  münasibətlərin  inkişaf  etdirilməsi,  yeni 

dünya  nizamı  çərçivəsində  regional  və  qlobal  proseslərdə  ölkənin  fəal  iştirakının 

təmin  edilməsi,  regionda  sabitliyin  və  təhlükəsizliyin  gücləndirilməsi,  Avropa  və 

Trans-Atlantik  strukturlarına  inteqrasiya  məsələlərinə  və  s.  yönəldilmişdi. 

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra, dövlətçiliyini 

inkişaf  etdirərək  möhkəmləndirmək  üçün  tarixi  fürsət  əldə  etmiş  oldu.  Belə  bir 

şəraitdə  milli  dövlətçilik  prinsiplərinə  uyğun  olaraq  yeni  xarici  siyasət  kursunun 

formalaşdırılması  və  həyata  keçirilməsi  ən  vacib  məsələ  kimi  qarşıda  dururdu. 

Əsas  prioritet  istiqamət  isə  hərbi  işğal,  etnik  təmizləmə,  bir  milyona  yaxın 

azərbaycanlı  qaçqın  və  məcburi  köçkünün  hüquqlarının  kobudcasına  pozulması, 

ölkənin  böyük  bir  hissəsində  tarixi  və  mədəni  irsimizin  ermənilər  tərəfindən 

dağıdılması  faktlarını  özündə  cəmləşdirən  Ermənistanın  Azərbaycana  qarşı 

təcavüzü  ölkənin  təhlükəsizlik  mühitinin  əsas  təyinedici  amili  oldu  və  bu  da,  öz 

növbəsində, Azərbaycanın təhlükəsizlik və xarici siyasətinin formalaşdırılmasında 

əsas rol oynadı.   

İnternetdə: 

www.books.google.com 

 

 

 

 



64 

 

 



2 Mart - Ümumdünya Ucadan Oxu Günü  

 

 

 

 

  Ümumdünya  Ucadan  Oxu  Günü  Söz,  Kitab,  Mütaliə  bayramıdır.  Bu  gün 

LitWorld şirkətinin təşəbbüsü ilə hər il mart ayının birinci həftəsinin çərşənbə günü 

qeyd  olunur.  Bu  günü  qeyd  etmənin  məqsədi  mütaliəni  ətraf  dünya  ilə  qarşılıqlı 

təsir  üsulu  və    öz  emosiyalarını  başqa  insanlara  səslənən  söz  vasitəsilə  çatdırmaq 

imkanı kimi göstərməkdir. Bu aksiyada iştirak etməklə, insanlar dünyadakı bütün 

uşaqların savad alması hüququnu dəstəkləyirlər. 

    Son illər Ümumdünya Ucadan Oxu Günü 80-dən çox ölkədə, bir milyondan çox 

insan tərəfindən qeyd olunur. 

İnternetdə: 

www.books.google.com

 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

65 

 

3 Mart - Ümumdünya Yazıçı Günü, (1921) 

 

 

 



 

 

 



 

 

 



 

 

Maraqlı   tarixi   olan  bu   bayram   1921-ci  ildən   PEN    klub   tərəfindən  



(bu 

 ad 


 ingiliscə  

üç   sözün   poets    (şair),   essayists   (oçerkçi) 

və  nvelists  (novella,  roman  müəllifi) – ilk   həriflərindən   yaranan   qısaltmadır) 

qeyd   olunmağa   başlayıb.  PEN  klubun   ilk  beynəlxalq   konqresi   1923-cü    ildə 

isə  Londonda   keçirilib. 1986-cı  il  yanvarın  12-dən 18-dək  PEN klubun  sayca 

48-ci  beynəlxalq   konqresi   baş   tutub.  Məhz  həmin  tədbirin  iştirakçıları  mart 

ayının  3-nü  ―Yazıçı‖nın  ―Ümumdünya  Sülh  Günü‖  elan  edilməsi  barədə  qərar 

qəbul  ediblər.  Həmin  vaxtadək  artıq  dünyanın  yüzdən çox ölkəsində    PEN 

mərkəzləri  fəaliyyət  göstərirdi. Bir  sıra  ölkələrdə  bu  bayram  sadəcə,  ―Yazıçı 

Günü‖  adlanır  və  bir  növ  daha  çox  fərqlənmiş  ədibləri  təbrik  etmək  və 

mükafatlandırmaq üçün münasib gün kimi qeyd olunur.

 

  



Bayramı  keçirməkdə  məqsəd ―Dördüncü  hakimiyyət‖in  -    demokratik 

mətbuatın  mənfi  aspektlərinə  qarşı  çıxmağa,  yalan  yazılara,  məqsədli  təhriflərə, 

faktların  bilərəkdən  saxtalaşdırılmasına,  yaxud  siyasi,  qrup  və  şəxsi  maraqlar 

naminə  gerçəyin  vicdansızcasına  yozulmasına  yol  verməməyə  çağıran  peşə 

bayramıdır.  Qeyd  edək  ki,  eyniadlı  təşkilat  –  PEN  klub  bizim  ölkəmizdə  də 

yaradılıb.  Üzvləri  də  kifayət  qədər  tanınmış  adamlardır.  Bu  təşkilat  ölkəmizdə  

2011-  ci  ildə  yaradılıb  və  prezidenti  postuna  yazıçı  Çingiz  Abdullayev  seçilib. 

Bütün dünyada fəaliyyət göstərən PEN klubun məqsəd və vəzifələri bizdə də hədəf 

götürülüb. Ölkəmizdə  PEN klubun digər məqsədi Azərbaycan yazıçılarını dünya 

ölkələrində  tanıtmaqdır.  Bu  da  təbii  ki,  tərcümə  vasitəsilə  mümkündür.  Klubun 

üzvləri ən istedadlı, görkəmli və fəal yazıçılardır.  

İnternetdə: 

www.books.google.com 

 

 

 


66 

 

3 Mart - Ümumdünya Vəhşi Təbiət Günü, (1973) 



 

20  dekabr  2013-cü  ildə  BMT-nin  Baş  Assambleyası  vəhşi  flora  və  fauna 

məsələləri ilə bağlı geniş ictimaiyyətin məlumatlılığını artırmaq məqsədi ilə martın 

üçünü Vəhşi Təbiət Günü ( World Wildlife Day) elan etmişdir (A/RES/68/205 sylı 

qətnamə  ilə).  Həmin  il  təbii  müxtəlifliyin  qorunması  sahəsində  digər  bir  mühüm 

sənədin qəbul edilməsinin 40 illiyi qeyd olunmuşdur. Həmin sənəd ―Məhv olmaq 

təhlükəsi  qarşısında  qalan  vəhşi  fauna  və  flora  növlərinin  beynəlxalq  ticarəti 

haqqında‖ Konvensiya adlanırdı. Sənəd 3 mart 1973-cü ildə qəbul olunmuşdur.  

Bu  bayramın  BMT  -  də  qəbulundan  öncə,  2013-cü  ilin  yazında  Tailandda 

keçirilən  SİTES  Tərəfdarları  Konfransı  iştirakçılarının  bu  haqda  təşəbbüsü 

olmuşdur. Məhz bu konfransda martın 3-nü Vəhşi Təbiət Günü kimi qeyd etmək 

təklif  olunmuşdur.  Konfrans  iştirakçıları  bu  təkliflə  bağlı    BMT-yə    müraciət 

etmişlər.  180  ölkə  Konvensiyaya  qoşulmuşdur.  Bu  bayramın  yaranması  Yer 

üzündəki bioloji müxtəlifliyin mühafizəsinin  zəruriliyini göstərir. 



İnternetdə: 

www.books.google.com 

 

 

 



 

 

 



 

 

 



 

 

 



67 

 

5 Mart -  Bədən Tərbiyəsi və İdman Günü, (2005) 



 

“İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial 

sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir 

Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız 

beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni 

səslənir, dövlət bayrağı qaldırılır”. 

                                                                     



Ümummilli lider Heydər Əliyev 

Bu  tarix  Azərbaycan    Prezidenti 

İlham  Əliyevin  ―Bədən  Tərbiyəsi  və 

İdman Günü‖nün təsis edilməsi haqqında 

4  mart  2005-ci  il  tarixli  Sərəncamına 

əsasən  qeyd  olunur.  Ölkəmizdə  idmanın 

inkişafı  isə  ildən-ilə  geniş  vüsət  alır. 

Azərbaycanda Bədən Tərbiyəsi və İdman 

Gününün  martın  5-də  qeyd  olunması 

təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev  Bakı İdman 

Sarayında  dünya  və  Avropa  çempionatlarının  qalibləri  və  mükafatçıları  ilə 

görüşüb,  İdman  Fondunu  təsis  edib,  bədən  tərbiyəsi  və  idmanın  inkişafında  yeni 

strategiyanın  təməlini  qoyub.  Prezident    İlham  Əliyevin  1997-ci  ildə  Milli 

Olimpiya  Komitəsinin  rəhbər  seçilməsindən  sonra  ölkəmizdə  idmana,  bədən 

tərbiyəsinə diqqət daha da artdı.  

 İdmanın  maddi-texniki  bazasının  möhkəmləndirilməsi,  idmançıların  peşəkar 

səviyyədə hazırlanmasına göstərilən qayğı isə tezliklə öz müsbət nəticəsini verdi.

 

2008-ci  ilin  avqustunda  Pekində  keçirilən  Olimpiya  oyunlarında  Azərbaycan 



idmançılarının  qazandığı  qələbəni  xüsusilə  qeyd  etmək  lazımdır.    Bu  yarışlarda   

Azərbaycan  idmançıları  7  medal  qazandı  və  dünyanın  iki  yüzdən  çox  ölkəsi 

arasında  38-ci  yeri  tutdu.  Olimpiya  oyunlarında  qazanılan  bu  qələbə  də,  heç 

şübhəsiz, dövlətin idmana münasibətinin nəticəsi idi. 

Azərbaycan  idmançılarının  müxtəlif  səviyyəli  beynəlxalq  yarışlarda  beş 

mindən  artıq  medala  layiq  görülməsi,  Olimpiya  oyunlarında  qazanılan  4  qızıl,  3 

gümüş və 9 bürünc medal böyük tarixi nailiyyətdir. 

 Heydər  Əliyev  Fondunun  Prezidenti,  Azərbaycanın  Birinci  xanımı,  Azərbaycan 

Gimnastika  Federasiyasının  Prezidenti,  millət  vəkili  Mehriban  xanım  Əliyevanın 

ölkəmizdə  idmana  qayğısı  da  bu  sahənin  inkişafına  böyük  töhfələr  verir  və 

Azərbaycan idmanı əsl yüksəliş dövrünü yaşayır.  

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə idmanın və bədən tərbiyəsinin 

inkişafı  sahəsində  ardıcıl  olaraq  görülən  tədbirlər  Azərbaycanı  həm  də  idman 

dövləti  kimi  tanıdır.  ―Sağlam  bədəndə  sağlam  ruh  olar‖  pirinsipinə  söykənərək 

demək  olar  ki,  Azərbaycan  həm  də  sağlam  gəncliyi  və  sağlam  gələcəyi  olan  bir 

dövlətdir. 



İnternetdə: 

www.books.google.com

 

 

 



68 

 

8 Mart - Beynəlxalq Qadınlar Günü, (1857) 



 

“Qədim zamanlardan bəri Vətənə və torpağa sədaqəti ilə seçilən qadınlarımız 

milli məfkurəyə sadiq qalaraq bu gün də suveren Azərbaycan Respublikasının 

güclənməsi naminə töhfələr verirlər. Onlara xas olan işgüzarlıq, müdriklik, yüksək 

daxili mədəniyyət və xalqımızın yüzillər boyu təşəkkül tapmış zəngin milli-mənəvi 

sərvətlərinə sədaqət müasir Azərbaycan qadınının ictimai həyatımızda mövqeyini 

və simasını müəyyən edir”.

  

                                                      



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

 

 

               

 

Qadınların  kişilərlə  bərabərhüquqlu 

olmaq  uğrunda  apardığı  mübarizə  başlanğıc 

kimi  8  mart  1857-ci  ildə  ABŞ-ın  Nyu-York 

şəhərində, geyim sektorunda çalışan yüzlərlə 

qadının aşağı maaşa, uzun çalışma saatlarına, 

eyni  zamanda  pis  iş  şəraitinə  etiraz  olaraq 

tətil  etməsi  qəbul  edilir.  1908-ci  ildə  Nyu-

Yorkda 15000 qadın, daha qısa çalışma saatı, 

daha  yaxşı  gəlir  və  səsvermə  hüququ  üçün 

nümayiş  keçirdi.  Nümayişdə  ilk  dəfə  olaraq 

dekret  icazəsi  istəyən  qadınların  şüarı  "Çörək  və  Gül"  idi.    Çörək  həyat  eşqini, 

qarın  toxluğunu,  gül  isə  daha  yaxşı  həyat  tərzini  ifadə  edirdi.  1909-cu  ildə  isə 

Avropadaki qadınlar fevral ayının son bazar gününü (fevralın 28-ni) ilk qadın günü 

olaraq  qeyd  etmişlər.  1910-cu  ildə  (1857-ci  il  hadisələrdən  52  il  sonra) 

Danimarkanın  Kopenhagen  şəhərində  keçirilən  Qadın  Sosialist  İnternasionalının 

qurultayında  Klara  Setkin  adlı  bir  alman  sosialist  qadını

 

1857-ci  ilin  8  martında 



Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın 

həmrəyliyinin  simvolu  olaraq,  Amerikada  8  martda  yandırılaraq  öldürülən  129 

qadın işçinin xatirəsinə hər il 8 mart gününü Beynəlxalq Qadınlar Günü olmasını 

təklif etdi və bu təklifi qəbul edildi. Məhz qadınların kütləvi şəkildə savadlanması, 

müəyyən hüquqlara malik olması həmin dövrə təsadüf edir. Bəlkə də buna görədir 

ki,  8  Mart  digər  sosializm  mənşəli  bayramlardan  fərqli  olaraq,  artıq  müstəqillik 

qazanmış  keçmiş  SSRİ  respublikalarının  təqvimindən  bu  günə  qədər  silinməyib. 

1998-ci ildə Azərbaycanda Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsi 

yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil 

olunur,  BMT-nin  qadın  məsələləri  üzrə  komissiyasının  tam  hüquqlu  üzvüdür. 

1995-ci  ildə  isə  Azərbaycan  rəsmi  şəkildə  qadınlara  qarşı  münasibətdə  ayrı-

seçkiliyin  bütün  formalarının  aradan  qaldırılması  haqqında  beynəlxalq 

konvensiyaya  qoşulub.  Hər  il  bayram  günü  ərəfəsində  dövlət  başçısı  8  mart  – 

Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, 

onların  bir  qrupuna  fəxri  adlar  verir,  digər  bir  qrupu  isə  orden  və  ya  medallarla 

təltif edir. 



İnternetdə: 

www.books.google.com

 

69 

 

10 Mart - Milli Teatr Günü, (1873)



 

 

“Çox  sevindirici  haldır  ki,  Azərbaycanın  böyük  tarixə  malik  olan 

incəsənəti  hər  il  yeni  istedadlar  yetişdirir.  Bu,  xalqımızın  mədəniyyətinin, 

incəsənətinin zənginliyini nümayiş etdirir”.                                                                     

                                                                          

Ümummilli  lider Heydər Əliyev

  

XIX 



əsrin 

70-ci 


illərində 

Azərbaycanda  milli  teatrın  yaranması 

mədəniyyətimizin  tarixində  çox  böyük 

hadisə oldu. 1873-cü il martın 10-da Bakı 

Realnı  Məktəbinin  teatr  həvəskarları 

truppası  tərəfindən  M.F.Axundzadənin 

"Sərgüzəşti-vəziri-xani 

Lənkəran" 

komediyası tamaşaya qoyuldu. Bu şərəfli 

işdə H. Zərdabi və N. Vəzirov mühüm rol 

oynamışlar. Bu tamaşa ilə Azərbaycanda 

milli  teatrın  əsası  qoyulmuşdur.    Qeyd 

edək  ki,  Azərbaycanda  teatr  sənəti  qədim  ənənələrə  malikdir.  Xalq  arasında 

müxtəlif meydan tamaşaları, kukla teatr tamaşaları (―Maral oyunu‖, ―Kilimarası‖), 

bayram  tamaşaları  (―Kos-Kosa‖),  dini  səciyyəli  tamaşalar  (―Şəbih‖)  və  s.  geniş 

yayılmışdı. Hələ XVII əsrin ikinci yarısında Azərbaycanda olmuş fransız səyyahı 

Şarden, Çuxursəd bəylərbəyisinin İrəvan şəhərindəki iqamətgahında qonaq olarkən 

burada ona üç hissəli bir tamaşa göstərmişlər. Bu tamaşa Şardenə o qədər xoş təsir 

bağışlamışdı  ki,  onu  "Şərqin  operası"  adlandırmışdı.  Milli  teatrın  inkişafında 

məşhur  xeyriyyəçi-mesenat  H.  Z.  Tağıyevin  böyük  xidməti  olmuşdur.  O,  Bakı 

şəhərində  ilk  teatr  binası  inşa  etdirmişdir.  Tezliklə  Azərbaycan  səhnəsinin 

Cahangir  bəy  Zeynalov,  Hüseynqulu  Sarabski,  Mirzağa  Əliyev,  Hüseynqulu 

Ərəblinski,  Ülvi  Rəcəb,  Abbas  Mirzə  Şərifzadə,  Mustafa  Mərdanov  və  başqaları 

kimi yüzlərlə simaları yetişdi. Azərbaycanda teatr sənətinin inkişafında Hacıbəyov 

qardaşlarının  da  böyük  əməyi  olmuşdur.  Azərbaycan  Xalq  Cümhuriyyətinin 

yaranması  milli  teatrın  fəaliyyətində  də  canlanma  yaratmışdır.  Cümhuriyyət 

hökumətinin  bu  sahədə  məqsədyönlü  addımlarından  biri  də  Azərbaycan  Dövlət 

Teatrının təşkili olmuşdur. 

Bu,  Azərbaycan  professional  teatrının  dövlət  teatrı  statusu  alması  demək  idi.  Bu 

teatrın  pərdələri  ilk  dəfə  1918-ci  il  noyabrın  4-də  N.  Nərimanovun  "Nadir  şah" 

faciəsinin tamaşası  ilə  açılmışdır.  Sovet  hakimiyyəti  illərində Azərbaycanda  teatr 

sənəti daha da inkişaf etmişdir. Məhz martın 10-nu Azərbaycan milli teatrının əsası 

qoyulan günü teatrsevərlər  Milli Teatr Günü kimi qeyd edirlər.  

 

İnternetdə: 



www.books.google.com 

 

 

 


70 

 

14 Mart - Ümumdünya Yuxu Günü, (2008) 



 

 

İlk  dəfə  Ümumdünya  Yuxu  Günü  2008-ci  il  martın  14-də  qeyd  edilib. 

Həmin  ildən  başlayaraq  Beynəlxalq  Səhiyyə  Təşkilatının  Yuxu  və  sağlamlıq 

problemləri  üzrə  layihəsi  çərçivəsində  hər  il  mart  ayının  ikinci  həftəsinin  cümə 

günü  qeyd  olunur.  Bu  gün  çərçivəsində  tədbirlər  hər  il  müəyyən  mövzuya  həsr 

edilir. 


Yuxu  orqanizmin  sağlamlığı  üçün  çox  vacibdir.    Düzgün  yuxu  zamanı 

orqanizm  gündüz  sərf  etdiyi    qüvvəsini  bərpa  edir.  Buna  görə  də  sağlam  insan 

gümrah və enerjili şəkildə yuxudan oyanır.  

Ümumdünya  Yuxu  Günündə  sosial  reklamlar  fəallaşır,  yuxu  və  onun 

pozulmasının insan  sağlamlığına və bütövlükdə  cəmiyyətə  təsirləri  problemlərinə 

həsr olunmuş simpoziumlar təşkil olunur.   

İnsan həyatının üçdə birini yuxuda keçirir. Sübut olunub ki, uzun müddətli 

yuxusuzluq  insanın  həyat  fəaliyyətinə  çox  mənfi  təsir  göstərir.  Yuxunun  cəmi  4 

saat itirilməsi insan reaksiyasını 45% aşağı salır. Yaddaş pisləşir, insanda müxtəlif 

xəstəliklərin  əmələ  gəlməsinə  şərait  yaranır.  Lakin  çox  yatmaq  da  yuxusuzluq 

qədər  zərərlidir.  Həkimlər  belə  hesab  edirklər  ki,  böyüklər  üçün  ideal  yuxu 

müddəti gündə 7-8 saatdır. Bəzi mütəxəssislər belə hesab edirlər ki, qadınlara bir 

saat  artıq  yuxu  lazımdır,  çünki  onlar  daha  emosionaldırlar.  Uşaqlar  isə  gündə 10 

saatdan az yatmamalıdırlar.  

Qoy bu bayram öz yuxumuza, yəni həm də sağlamlığımıza daha da diqqətli 

olmağımıza əlavə bir səbəb olsun. 



İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

 

 

71 

 

20-25  Mart - Novruz bayramı  



“Novruz bayramı xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, 

böyüklük və yaşam gücü ilə qidalandıran fenomendir. Böyük mənəvi gücə malik 

olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub

Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün 

zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının 

müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və 

məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam 

duyğusu bəxş etmişdir".

                                                               

                                                                                                Ümummilli lider Heydər Əliyev 

Novruz  bayramı   Şimal  yarımkürəsində 

astronomik 

yazın 


başlandığı, 

gecə-gündüz 

bərabərliyi   günündə  (martın 20-si,  21-i və  ya  22-

sində)  keçirilir.  Bir  sıra  xalqlar  ta  qədimdən  yaz 

fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, 

bu  münasibətlə  şənliklər  keçirmiş,  onu yeni ilin 

başlanğıcı kimi bayram etmişlər.  

Qədim zamanlardan başlayaraq Azərbaycan,  

İran,  Əfqanıstan,  Tacikistan,  Özbəkistanda  və  bir  çox  Şərq ölkələrində baharın 

- yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi 

təqvimin 

ilk 


günü 

sayılır. 

2009-cu 

il sentyabrın 

30-da 

Novruz 


YUNESKO    tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 

2010-cu  ildə  isə  BMT  Baş  Assambleyasının  64-cü  sessiyasının  iclasında  mart 

ayının 21-i Beynəlxalq Novruz Günü elan edilmişdir. Novruz Azərbaycan xalqının 

zəngin  maddi  və  mənəvi  dəyərlərinin  mühüm  bir  hissəsini  özündə  ehtiva  edən 

böyük mədəniyyət hadisəsidir. Müasir dövrümüz üçün bu bir milli bayramdır. Bu 

bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və 

mənəvi  qaynaqlara  bağlı  olduğunu  görürük.  Keçmişdə  olduğu  kimi,  bu  gün  də 

Azərbaycanda, digər türk dövlətlərində və bir çox qonşu ölkələrdə Novruz Bahar 

bayramı kimi qeyd olunmaqdadır. ―Novruz‖- hərfi mənada ―yeni gün‖ deməkdir. 

Amma, ifadə etdiyi mərasim semantikasına görə keçidin bitməsi və yeni nizamın 

başlanğıcıdır. Novruza Bozqurd, Çağan, Ergenekon, Nevruz, Sultan Nevruz, Mart 

Doqquzu, Novruz və s. də deyilmişdir. ―Novruz‖ anlayışı bəzi deyiliş fərqlərilə bir 

çox türk xalqlarının dillərində işlənməkdədir. Novruz haqqında məlumatlara Ömər 

Xəyyamın  ―Novruznamə‖,  Nizamülmülkün  ―Siyasətnamə‖,  Nizami  Gəncəvinin 

―İsgəndərnamə‖ və b. əsərlərində rast gəlirik. Qədim dövrlərdə Novruz təkcə xalq 

bayramı kimi deyil, eyni zamanda, dövlət bayramı kimi qeyd olunmuşdur. Tarixi 

məlumatlara  görə,  Novruz  bayramı  bir  ay  davam  edirdi.  Novruz  bayramı 

şənliklərində kütləvi gəzintilər, xalq oyunları, yarışlar, rəqs və nəğmələr oxunması, 

məzhəkəçilərin və kəndirbazların çıxışları olurdu.  


Yüklə 13,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin