edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron
qaydada məlumat göndərilməsindən sonra yaranır.
7
2-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında
müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək
münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır.
3. Kollektiv müqavilələrdə,
sazişlərdə, habelə əmək müqavilələrində əmək
qanunvericiliyinə
nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi,
maddi-məişət və
digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər. Əmək müqavilələrinə
işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv
müqaviləyə və sazişə
nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir. Belə şərtlərin tətbiqi
nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilir.
4. Bilavasitə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində
işəgötürənlə işçinin qarşılıqlı razılığı
ilə yeni peşəöyrətmə, ixtisasa yiyələnmə
müqaviləsi bağlanıla bilər.
5. İşçiyə yeni peşəöyrətmənin və ya
ixtisasa yiyələnmənin şərtləri, qaydaları,
müddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan müvafiq
müqavilə ilə və yaxud əmək müqaviləsi ilə tənzimlənir.
Dostları ilə paylaş: