Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 8. Bu Məcəllə ilə müəyyən olunmuş müddətlərin hesablanması



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə5/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   2   3   4   5   6   7   8   9   ...   233
Maddə 8. Bu Məcəllə ilə müəyyən olunmuş müddətlərin hesablanması 
qaydaları 
1. Bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və 
xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə — illərlə, 
aylarla, həftələrlə, günlərlə müəyyən edilir. 
2. Müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi 
günündən hesablanır. 
3. İllərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, 
həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan 
müddətə qeyri-iş günləri də daxildir. 
4. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın 
iş günü müddətin bitdiyi gün hesab edilir. 
 
İkinci fəsil 
 
Əmək müqaviləsinin tərəflərinin əsas hüquqları, vəzifələri və əmək 
münasibətlərinin tənzimlənməsi sahəsində ümumi hüquqi təmİnatları 
 
Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları 
Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: 
a) sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş 
yeri seçərək əmək müqaviləsi bağlamaq; 
b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün 
işəgötürənə müraciət etmək; 


c) iş vaxtında və ya iş vaxtından sonra qazanc əldə etmək məqsədi ilə 
qanunvericiliklə qadağan edilməyən, habelə əmək müqaviləsi üzrə tərəflərin 
öhdəliklərinə xələl gətirməyən fəaliyyətlə məşğul olmaq; 
ç) həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində 
çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək; 
d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək 
haqqı almaq; 
e) iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya 
onun verilməsini tələb etmək
ə) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, 
xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə 
müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək; 
f) mənzil şəraitinin, ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün 
işəgötürəndən müvafiq sosial yardımlar almaq; 
g) qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq; 
ğ) müvafiq peşələr (vəzifələr), istehsalatlar üzrə iş yerlərində qanunvericiliklə 
müəyyən olunmuş qısaldılmış iş vaxtında çalışmaq; 
h) qanunvericiliklə müəyyən olunmuş həftələrarası istirahət günlərindən istifadə 
etmək; 
x) hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan 
ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil 
məzuniyyətlərindən istifadə etmək; 
ı) peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq; 
i) əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və səhhətinə dəyən 
ziyanın ödənilməsini tələb etmək;
 
j) işəgötürən tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi 
sosial sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək 
qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ 
sığorta qaydalarından istifadə etmək;
 8
k) qanunvericiliklə müəyyən olunmuş qaydada həmkarlar ittifaqlarının, ictimai 
birliklərin üzvü olmaq, habelə bu təşkilatların və ya əmək kollektivinin keçirdiyi 
tətillərdə, mitinqlərdə, toplantılarda və qanunvericiliklə qadağan olunmayan digər 
kütləvi tədbirlərdə iştirak etmək; 
q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi 
müdafiə olunmaq; 
l) sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan
istifadə etmək;
9
m) işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını almaq; 
n) iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər 
məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq; 
o) elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi 
bildirişinin məlumatlarını real vaxt rejimində əldə etmək.

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin