Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə8/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   4   5   6   7   8   9   10   11   ...   233
 
12
 
ğ) uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən 
fəaliyyətə cəlb etməmək;
 
13
 
h) əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron 
imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş 
hallar istisna olmaqla);
14
 
x) bu Məcəllə ilə işçiyə ödənilən bütün ödənişlərin “Nağdsız hesablaşmalar haqqında” 
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilməsini təmin etmək.
15
 
2. İşçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə 
yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və 
ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, habelə bu Məcəllənin tələblərinə 
əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq 
məsuliyyətə cəlb edilir.
 
16
Maddə 13. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək hüququnun 
tənzimlənməsi 
 
1. Qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq 
müqavilələr ilə başqa hal nəzərdə tutulmayıbsa, əcnəbilər və vətəndaşlığı olmayan 
şəxslər Azərbaycan Respublikasında olarkən Azərbaycan Respublikasının vətəndaşları 
ilə bərabər bütün əmək hüquqlarından istifadə edə bilər və bu hüquqlara müvafiq olan 
vəzifələr daşıyırlar. 
2. Qanunda nəzərdə tutulmuş hallar istisna olunmaqla əcnəbilərin və vətəndaşlığı 
olmayan şəxslərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş 
əmək hüquqlarının məhdudlaşdırılması qadağandır. 
3. Əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının vətəndaşlarına 
nisbətən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə daha üstün hüquqların müəyyən 
edilməsi yolverilməzdir. 
4. İşəgötürənlər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 64-cü 
maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, işə cəlb etmək istədikləri hər bir 
əcnəbi və vətəndaşlığı olmayan şəxs üçün həmin Məcəllə ilə müəyyən edilmiş qayda və 
şərtlərlə iş icazəsi almalıdırlar.

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin