Göndərişlər
►
Göz müayinəsi ildə bir dəfə
►
Reproduktiv dövrdə olan qadınlar üçün ailə planlaşdırılması üzrə
mütəxəssisə müraciət
►
TQM almaq üçün diyetoloqa müraciət
►
Diabetin pasiyentlər tərəfindən aparılmasına dair maarifləndirmə
►
Dişlərin müayinəsi
Əgər ehtiyac olarsa, psixi xəstəliklər üzrə mütəxəssisə müraciət
ŞD2-nin MÜALİCƏSİ
Müalicənin strateji məqsədi həyat davamiyyətinin artırılması və
keyfiyyətinin yaxşılaşmasına nail olmaq üçün şəkərli diabetin verdiyi
zərərlərin, fəsadların vaxtında profilaktikasının aparılmasıdır.
Şəkərli diabetin fəsadlarının profilaktikası üçün əsas vasitə
müalicənin taktiki məqsədlərinə nail olmaqdır.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
13
Müalicənin taktiki məqsədləri
►
ŞD-li xəstənin özünü normal hiss etməsinə nail olmaq (D)
►
Acqarına və yeməkdən əvvəl qanda şəkərin miqdarı <110 mq/dl
və ya <6,1 mmol/l (D)
►
Yeməkdən 2 saat sonra qanda şəkərin miqdarı <140 mq/dl və ya
≤7,8 mmol/l (D)
►
Qlikohemoqlobinin səviyyəsi (HbA1c) ≤ 7,0% ( A)
►
Ümumi xolesterin <175 mq/dl və ya < 4,5mmol/l (B)
►
Yüksək sıxlıqlı lipoproteidlərin xolesterini (YSLX) (B)
Kişilər üçün >40 mq/dl və ya > 1,03 mmol/l
Qadınlar üçün >50 mq/dl və ya>1,29 mmol/l
►
Triqliseridlər <150 mq/dl və ya <1,79 mmol/l (B)
►
Arterial təzyiq: sistolik ≤130 mm c.süt. (B) və diastolik ≤ 80 mm
c.süt. (B)
►
Bədən kütləsi indeksi (BKİ) (D)
Kişilər üçün ≤25 kq/m
2
Qadınlar üçün ≤24 kq/m
2
Şəkərli diabetli xəstələrin monitorinq planı (D)
Test/yoxlama
Aparılma tezliyi
HbA1C
1-3 aydan bir
Göz müayinəsi
İldə 2 dəfə
Tam ayaq müayinəsi
1.
Ayağın vizual və palpator müayinəsi –
həkimə hər müraciətdə
2.
Ayaqda hissiyyatın yoxlanılması – ildə 2 dəfə
Lipid profili
1.
Normaldırsa, ildə 2 dəfə
2.
Dəyişiklik varsa, 1-3 aydan bir
Mikroalbuminuriya
İldə 2 dəfə
Kreatinin
1.
Normaldırsa – ildə 2 dəfə
2.
Dəyişiklik varsa – ayda 1-2 dəfə
Qan təzyiqi
1.
Normaldırsa – həkimə hər müraciətdə
2.
Dəyişiklik varsa – günlük özünənəzarət
Çəki
Həkimə hər müraciətdə
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
ŞD2-nin müalicə planı
Əsas prinsiplər:
►
Həyat tərzinin dəyişdirilməsi:
Düzgün qidalanma
Fiziki aktivlik
►
Özünənəzarət
►
Xəstələrin təlimi
►
Şəkər endirici farmakoterapiya
►
Fəsadların və yanaşı xəstəliklərin erkən müalicəsi (arterial
təzyiqin tənzimlənməsi, qanda lipidlərin səviyyəsinin
normallaşdırılması və s.)
HƏYAT TƏRZİNİN DƏYİŞDİRİLMƏSİ
Tibbi qidalanma ilə müalicə (TQM)
►
Artıq çəki və piylənmə insulinə rezistentliyin səbəbdir. Ona görə
də diabet və ya risk faktorları olan şəxslərə çəkini azaltmaq
tövsiyə olunur. (A)
►
Az karbohidratlı pəhrizdə olan xəstələrdə lipid profili, böyrək
funksiyası və zülal mübadiləsinin (nefropatiya hallarında)
monitorinqini aparmaq və ehtiyac olduqda hipoqlikemiyanı
müalicə etmək lazımdır. (D)
►
Yüksək risk qrupuna daxil olan şəxslər tərkibində bitki lifləri (14
qr. bitki lifi/1000 kkal) və dənli bitkilər (normadan 1,5 dəfə çox)
olan pəhrizə riayət etməlidir. (B)
Diabet zamanı yağ qəbulu
►
Qəbul edilən yağlar ümumi kalorilərin 7%-ni təşkil etməlidir. (A)
►
Transformasiya olunan yağların miqdarı minimal olmalıdır.
(D)
Diabet zamanı karbohidratlar qəbulu
►
Qəbul edilən karbohidratların hesablanması və sübutlara
əsaslanan üsullardan istifadə etməklə karbohidratlar qəbulunun
monitorinqi qlikemik nəzarətin əsas mərhələsidir. (A)
►
Qəbul edilən karbohidratların hesablanmasına nisbətən, diabet
zamanı qlikemik indeks və qlükoza ilə yüklənmənin köməyi ilə
qlikemiyanın daha dəqiq nəzarətini aparmaq mümkündür. (B)
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Qidalanma ilə bağlı digər tövsiyələr
►
Gündəlik dozada qlükozanı əvəzedici tərkibli şirniyyatlar qəbul
edilə bilər. (A)
►
Diabetli xəstələr çox az miqdarda alkoqol qəbul edə bilərlər
(gündə 1 kiçik qədəh və ya ondan az qadınlar, 2 kiçik qədəh və
daha az kişilər üçün) (D)
►
Effektivliyi və uzunmüddətli istifadəsinin təhlükəsizliyinə dair
kifayət qədər sübut olmadığı üçün vitamin E, C və karotin kimi
antioksidant əlavələrin rutin istifadəsi tövsiyə olunmur. (A)
►
Ahıl yaşlı və ya piylənməsi olan yaşlı xəstələrdə xromun
istifadəsinin üstünlüyü tam sübut edilmədiyi üçün, ondan istifadə
tövsiyə olunmur. (D)
Fiziki aktivlik
►
Çəkini azaltmaq və eyni səviyyədə saxlamaq üçün fiziki aktivlik
həyat tərzinin dəyişdirilməsi proqramına daxil edilməlidir. (B)
►
ŞD xəstələri ən azı həftədə 150 dəqiqə orta gərginlikli fiziki
hərəkətlər (ürək döyüntülərinin 50-70%-ə qədər artması) yerinə
yetirməlidirlər. (A)
►
Əks-göstərişlər olmadıqda ŞD2 olan şəxslər həftədə 3 dəfə
idman hərəkətləri edə bilərlər. (A)
Pasiyentlər əvvəlcə həkim müayinəsindən keçməlidirlər: ürəyin
koronar xəstəliyinin risk faktorlarını qiymətləndirmək lazımdır.
Həkimlər həmçinin əks-göstərişləri təyin etməlidirlər – nəzarət
olunmayan hipertenziya, ağır avtonom neyropatiya, ağır periferik
neyropatiya, retinopatiya və ya pəncənin zədələnməsi.
Psixi-sosial qiymətləndirmə və qulluq
►
Psixoloji və sosial vəziyyətin qiymətləndirilməsi diabetin
aparılmasının bir hissəsidir. (D)
►
Depressiya, həyəcan, qidalanmanın pozulması və tibbi rejimə pis
riayət edilməsi ilə nəticələnən şüur pozuntuları kimi psixi-sosial
problemlərin skrininqi aparılmalıdır. (D)
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
16
DİABETDƏ ÖZÜNƏ NƏZARƏTİN ÖYRƏDİLMƏSİ (DÖNÖ)
Bir qrup göstəricilər vardır ki, onları şəkərli diabeti olan şəxslər
özləri nəzarətdə saxlamalıdırlar. Bu – özünənəzarət adlanır.
Özünənəzarət həyat keyfiyyətini saxlamaq və ŞD ağırlaşmalarının
(həm kəskin, həm də xroniki) profilaktikası üçün olduqca vacibdir.
ŞD olan şəxslər özləri müalicələrini düzgün korrektə etməlidirlər
(qidalanma, insulinin və ya həblərin dozaları, fiziki aktivlik). Bu
məqsədlə ŞD-li xəstələrə təlim keçilir.
DÖNÖ metabolik nəzarətin optimallaşdırılması, fəsadların
profilaktikası və aparılması, həyat keyfiyyətinin artırılmasında
pasiyentlərə kömək edir.
►
Diabet diaqnozu qoyulduqdan sonra pasiyentlərə milli
standartlara əsaslanan DÖNÖ aparılmalıdır. (B)
►
Özünə nəzarət əsasında davranışın dəyişməsi DÖNÖ-nün vacib
nəticəsidir və onun qiymətləndirilməsinin aparılması müalicə
proqramının bir komponentidir. (D)
►
DÖNÖ psixi-sosial araşdırmalara əsaslanmalıdır, çünki
emosional vəziyyətin yaxşı olması diabetin gedişinə müsbət təsir
edir. (C)
ŞD2-li XƏSTƏLƏRİN ÖYRƏDİLMƏSİ
I. İnsulin müalicəsi almayan ŞD2 xəstələrinin öyrədilməsi:
1.
ŞD nədir?
2.
Qidalanmanın planlanması.
3.
ŞD və fiziki aktivlik.
4.
Dərman müalicəsi.
5.
Qanda şəkərə nəzarət.
6.
Pəncəyə qulluq.
II. İnsulinlə müalicə alan ŞD2 xəstələrinin öyrədilməsi:
1.
ŞD nədir?
2.
Qidalanmanın planlanması.
3.
ŞD və fiziki aktivlik.
4.
İnsulinlə müalicə.
5.
Qanda şəkərə nəzarət.
6.
Pəncəyə qulluq.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
17
III. Arterial hipertenziyası (AH) olan ŞD2 xəstələrinin öyrədilməsi:
1.
ŞD nədir?
2.
Qidalanmanın planlanması.
3.
ŞD və fiziki aktivlik.
4.
Dərman müalicəsi.
5.
Qanda şəkərə nəzarət.
6.
Arterial hipertenziya və fiziki aktivlik.
7.
Arterial təzyiqə nəzarət.
8.
Pəncəyə qulluq.
FARMAKOLOJİ MÜALİCƏ
ŞD tip 2-nin müalicəsinin alqoritmi
Hal-hazırda müalicə Amerika Diabet Assosiasiyası və Diabetin
Öyrənilməsi üzrə Avropa Assosiasiyasının hazırladığı müalicə
alqoritminə əsasən aparılır (Əlavə 2).
Farmakoloji müalicənin prinsipləri:
►
Diaqnoz qoyulan andan başlayaraq ŞD2-li xəstələrə müalicə
proqramı komponentlərinin hamısı mütləq qaydada tətbiq
olunmalıdır. (A)
►
Tələb edilən qlikemik səviyyə əldə edilənə qədər dərman
terapiyasının daimi monitorinqi və titrlənməsi 2-3 ay ərzində
aparılmalıdır. (A)
►
Əgər 2-3 aydan sonra lazımı nəticə əldə edilməzsə, başlanılan
müalicə intensivləşdirilməlidir. (A)
►
Monoterapiya və ya kombinə olunmuş terapiya zamanı qlikemik
profil əldə edilmədikdə doza artırılmalıdır və ya ikinci, yaxud
üçüncü dərman əlavə edilməlidir. (A)
Monoterapiya
►
Metformin, xüsusən artıq çəkisi olan xəstələrdə, ilkin preparatdır. (A)
►
Metforminin təyinatı üçün əks-göstərişlər olarsa və ya istifadəsi
zamanı əlavə təsirlər olarsa, sulfonil-sidikcövhəri preparatları
xəstələrin əksəriyyəti üçün ilk sıra dərmanıdır. (B)
Kombinə olunmuş müalicə
►
Əgər мetformin ilə müalicənin effekti az olarsa, əks-göstəriş
yoxdursa, sulfonil-sidik cövhəri preparatları və ya digər
şəkərsalıcı həblər əlavə edilməlidir. (B)
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
18
DƏRMAN VASİTƏLƏRİNİN SEÇİLMƏSİ
1. Qlükometabolik vəziyyətə uyğun
►
Postprandial hiperqlikemiya zamanı – α-qlükozidazanın inhibitoru,
qısa müddətli sulfonil-sidikcövhəri preparatları, qlinidlər, qısa
müddətli requlyar insulin və ya insulinin analoqları.
►
Acqarına hiperqlikemiya – biquanidlər, uzun müddətli sulfonil-
sidikcövhəri preparatları, qlitazonlar, uzun müddətli requlyar insulin
və ya insulinin analoqları
►
İnsulin rezistentliyi – biquanidlər, qlitazonlar, α-qlükozidazanın
inhibitoru
►
İnsulin çatışmazlığı – sulfonil-sidikcövhəri preparatları, qlinidlər,
insulin
2. ŞD2-nin ilkin müalicəsi
zamanı
Seçim preparatları:
Metformin
Tiazolidinedion
Sekretaqoqlar
Dipeptidil-peptidaza-4 inhibitoru
Alfa-qlükozidazanın inhibitoru
2-3 ay ərzində preparatın monitorinqi və titrlənməsi aparılmalıdır.
2-3 aydan sonra tələb olunan qlikemik profil əldə edilmədikdə,
kombinə olunmuş terapiyanın başlanması tövsiyə olunur.
İnsulin terapiyası
►
HbA1c səviyyəsi 8%-dən çox, simptomatik hiperqlikemiya
olarsa, həmçinin AQQ-nin yüksəlməsi və ya HbA1c-dən asılı
olmayan postprandial qlükozanın həddən artıq artması olarsa,
insulinlə terapiya başlanmalıdır. (A)
►
Hiperqlikemiyaya nəzarət etmək üçün və HbA1c 10%-dən çox
olduqda baş verən qlükoza toksikliyinin qarşısını almaq
məqsədilə insulin terapiyası təyin edilir, vəziyyət bərpa edildikdə
insulin müalicəsi dəyişdirilir və ya dayandırılır. (A)
►
Aşağıdakı hallarda ŞD2-li xəstələrə müvəqqəti olaraq AQP-yə
nəzarət etmək üçün monoterapiya və ya oral preparatlarla
kombinə olunmuş şəkildə orta- və ya uzunmüddətli təsir edən
insulin təyin edilir:
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
19
Oral preparatlar qeyri-effektiv, intolerant olduqda və ya əks
göstərildikdə
Qısa zaman ərzində euqlikemiya vəziyyətini əldə etmək üçün
(məs., uzunmüddətli hiperqlikemiya əlamətləri olan xəstələr
əməliyyatdan sonrakı və/ və ya təcili yardım məntəqəsində)
Hamiləlik planlaşdırılanda və ya baş verdikdə
HbA1c normal səviyyədən >1,5 % çoxdur
Çəkinin itməsi və ya qida qəbulu ilə əlaqəli olmayan ketozla
bağlı insulin çatışmazlığı
Qlikemiyaya nəzarət
Qlikemiyanın səviyyəsini stabilləşdirməyə yönələn müalicənin
effektivliyini artırmaq məqsədilə həkimlər və pasiyentlər
qlikemiyaya nəzarət etmək üçün iki asan texnikadan istifadə edə
bilərlər: HbA1c-nin təyin edilməsi və qanda qlükozanın pasiyent
tərəfindən qiymətləndirilməsi (QQPQ).
►
Qanda qlükozanın pasiyent tərəfindən qiymətləndirilməsi
(QQPQ)
Çoxsaylı insulin inyeksiyası alan və ya insulin pompasından
istifadə edən xəstələrdə QQPQ gündə 3 dəfə və ya daha artıq
aparılmalıdır. (A)
İnsulindən az hallarda istifadə edən, qeyri-insulin preparatları
və ya tibbi qidalanma ilə müalicə (TQM) olunan
pasiyentlərdə QQPQ yalnız qlikemiyanın tələb olunan
səviyyəsinin əldə edilməsi barədə məlumat almaq üçün
lazımdır. (D)
Qida qəbulundan sonra qlikemiyanın səviyyəsini təyin etmək
üçün QQPQ məsləhət görülür. (D)
QQPQ təyin edildikdə, əmin olun ki, pasiyentlər QQPQ
texnikasına dair ilkin təlimatlar və ardıcıl qiymətləndirmə
barədə məlumat almışlar, onların bu prosedura zamanı alınan
nəticələrdən istifadə etmək bacarığı müalicənin
tənzimlənməsinə kömək edəcəkdir. (D)
►
Qlikolizə olunmuş hemoqlobinin təyini testi (HbA1c)
Müalicə olunan (və daimi qlikemiya nəzarətində olan)
pasiyentlərə HbA1c testi ən azı ildə iki dəfə aparılmalıdır. (D)
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
20
Müalicəsi dəyişdirilən və ya qlikemiyanın göstəricisi
tələblərə cavab verməyən pasiyentlərdə HbA1c testi hər rüb
aparılmalıdır. (D)
Xəstəliyin aparılması planına uyğun olaraq HbA1c testinin
yerinə yetirilməsi müalicənin vaxtında dəyişdirilməsi barədə
qərar qəbul etməyə imkan verir. (D)
Klinik protokolun tərtib edildiyi dövrdə Azərbaycan
Respublikasında qeydiyyatdan keçmiş
əsas
şəkərsalıcı
preparatların qısa xarakteristikası əlavə 3-də göstərilmişdir.
ŞD ZAMANI XÜSUSİ HALLAR
Xəstələnmənin stressi, travma və /və ya cərrahi müdaxilə
qlikemik nəzarətə təsir edə, həyat üçün təhlükəli olan, ağırlaşma və
ölüm hallarının qarşısını almaq üçün təcili yardım tələb edən diabetik
ketoasidoza (DKA) və qeyri-ketoasid hiperosmolyar vəziyyətlərə
səbəb ola bilər. Qlikemik nəzarətin pozulmasına gətirib çıxaran hər
bir halda qanda qlükozanın və ketoza meylli olan xəstələrdə sidik və
ya qanda ketonların tez-tez monitorinqini aparmaq vacibdir.
Müəyyən olunmuş hiperqlikemiya müalicə planında müvəqqəti
dəyişikliklər tələb edir və əgər bu zaman ketoz, qusma və ya huşun
dəyişməsi qeyd olunursa, təcili olaraq mütəxəssisə müraciət etmək
lazımdır. Qeyri-insulin preparatları və ya yalnız TQM alan xəstələrə
müvəqqəti olaraq insulin təyin edilir. Adekvat miqdarda maye və isti
təyin edilə bilər. Diabetli pasiyentlərdə infeksiya və ya
dehidratasiyanın olması hospitalizasiyaya göstəriş ola bilər.
Hipoqlikemiya
Hipoqlikemiyanın müalicəsində qlükoza və ya karbohidrat
tərkibli qidalardan (qanda qlükozanın səviyyəsi >70 mq/dl olduqda)
istifadə edilir. Kəskin hipoqlikemiya qlükoza ilə daha tez
korrelyasiya olunur. Karbohidratlara proteinlərin əlavə edilməsinin
müalicəyə təsiri yoxdur. Yağlar kəskin hipoqlikemiyanı ləngidir və
cavab reaksiyasının vaxtını uzadır.
►
Huşu aydın olan xəstələrə hipoqlikemiya zamanı qlükoza (15-20
qr) və ya tərkibində qlükoza olan hər hansı bir karbohidrat verilir.
15 dəq. sonra aparılan QQPQ hipoqlikemiyanın davam etdiyini
göstərsə, müalicə təkrarlanır. Bir dəfə QQPQ normal olarsa, xəstə
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
21
hipoqlikemiyanın təkrarlanmasının qarşısını almaq üçün qida
qəbul etməlidir. (D)
►
Ağır hipoqlikemiya riski böyük olduqda qlükaqon təyin olunur.
Xəstəyə qulluq edən şəxslər və ya ailə üzvləri onun istifadə
qaydası barədə məlumatlandırılmalıdırlar. (D)
►
Hipoqlikemiya olmasını anlamayan, yaxud bir və ya daha artıq
ağır hipoqlikemiya epizodları olan şəxslərdə gələcəkdə
hipoqlikemiya hallarının qarşısını almaq üçün qlikemiyanın hədəf
səviyyəsini bir qədər artırmaq məsləhət görülür. (B)
İmmunizasiya
Diabetli şəxslərdə pnevmokok infeksiyasının və yüksək ölüm
göstəricisi (50%) olan nozokomial bakteriemiyanın inkişaf riski
yüksəkdir.
Tövsiyələr:
►
6 aydan böyük diabetli pasiyentlər hər il qrip əleyhinə peyvənd
almalıdırlar. (C)
►
Ən azı bir dəfə pnevmokok peyvəndi vurulmalıdır. Birdəfəlik
revaksinasiya 65 yaşdan yuxarı olan şəxslərə aparılır.
Revaksinasiyanın başqa göstərişləri aşağıdakılardır: nefrotik
sindrom, xronik böyrək xəstəliyi və immunosupressiv hallar,
(məs., transplantasiyadan sonra). (C)
DİABETİK FƏSADLARIN PROFİLAKTİKASI
Şəkərli diabetin fəsadlarının profilaktikası üçün əsas vasitə
müalicənin taktiki məqsədlərinə nail olmaqdır.
Şəkərli diabetin fəsadlarının diaqnostikası və müalicəsi haqqında
ayrıca xüsusi protokol hazırlanmalıdır.
A. ÜDX
ÜDX diabetin xəstələnmə və ölüm səbəbləri arasında aparıcı yeri
tutur və xəstəliklə bağlı məsrəflərin artmasına səbəb olur. ŞD2
zamanı olan yanaşı xəstəliklər (məs.. hipertenziya və dislipidemiya)
ÜDX-nin risk faktorları, diabet isə müstəqil risk kimi müəyyən edilir.
Bu faktorların idarə edilməsi ÜDX-nin profilaktikası və ya
inkişafının ləngidilməsi üçün effektivdir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
22
Şəkərli diabetin öyrənilməsi üzrə ADVANCE araşdırması
göstərmişdir ki, xəstələrdə arterial hipertenziyanın olub-
olmamasından asılı olmayaraq daimi şəkildə perindopril+indapamid
kombinasiyasının qəbulu şəkərli diabetin makro- və mikrodamar
ağırlaşmalarının profilaktikasını və ürək-damar ölümünün faizini
aşağı salır. (A)
1. Hipertenziya/ qan təzyiqinə nəzarət
Hipertenziya diabetlə yanaşı gedən və pasiyentlərin
əksəriyyətində olan ən geniş yayılmış xəstəlikdir. O, həmçinin ÜDX-
nin və mikrovaskulyar fəsadların əmələ gəlməsinin ən böyük risk
faktorudur. AT qeyri-diabetik xəstələrdə olduğu kimi ölçülür: qolda,
ürək səviyyəsində – oturaq vəziyyətdə, ayaq üstə və 5 dəqiqəlik
istirahətdən sonra. Dİabet və hipertenziyanın müştərək risk faktorları
olduğundan, ŞD zamanı hipertenziyanın diaqnostik meyarları
(AT≥130/80 mmHg) qeyri-diabetik şəxslərlə müqayisədə
(AT≥140/90 mmHg) daha aşağıdır. Özünə nəzarət və AT-nin 24
saatlıq monitorinqi maskalanan hipertenziyanı üzə çıxarmağa kömək
edir.
Skrininq və diaqnostika
►
Hər müayinə vaxtı qan təzyiqi ölçülməlidir. Sistolik AT ≥ 130
mmHg və ya diastolik AT ≥ 80 mmHg olduqda, təkrar ölçülmə
başqa gün aparılmalıdır. Nəticələrin yuxarıdakı kimi olması
hipertenziya diaqnozunu təsdiqləyir. (C)
Məqsədlər
►
Müalicə nəticəsində sistolik AT < 130 mmHg səviyyəsinə
düşməlidir. (C)
►
Müalicə nəticəsində diastolik AT < 80 mmHg səviyyəsinə
düşməlidir. (B)
2. Dislipidemiya / lipid mübadiləsinə nəzarət
Skrininq
►
Böyük yaşlı pasiyentlərin əksəriyyətində ən azı ildə bir dəfə
acqarına lipid profili təyin edilməlidir. Risk səviyyəsi aşağı olan
böyüklərdə (lipidlərin strukturu: ASLX<100 mq/dl, YSLX>50
mq/dl və triqliseridlər <150 mq/dl) lipidlərin qiymətləndirilməsi
iki ildən bir aparılmalıdır. (D)
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
23
3. Antitrombositar preparatlar
►
Anamnezində ÜDX olan diabetli xəstələrdə ikincili profilaktika
(metafilaktika) kimi aspirin terapiyasından istifadə olunur (75-
162 mq/gün) (A)
►
Kardiovaskulyar xəstəliklər riski yüksək olan (bura yaş > 40 və
ya əlavə risk faktorları – ailədə ÜDX, hipertenziya, siqaretçəkmə,
dislipidemiya və ya albuminuriya – aiddir) diabetli xəstələrə ilkin
profilaktika məqsədi ilə aspirin (75-162 mq/gün) təyin edilir. (A)
►
Yaşı 30-dan aşağı olan pasiyentlərdə aspirinin tətbiqinin
üstünlüyü barədə kifayət qədər məlumat olmadığı üçün onlara
aspirin təyin edilməsi tövsiyə olunmur, həmçinin yaşı 21-dən
aşağı olan şəxslərdə Reye sindromunun inkişaf etmə təhlükəsi
yüksək olduğu üçün aspirin əks-göstərişdir. (D)
►
Ağır və proqressivləşən ÜDX zamanı aspirin digər, məs.,
klopidrogel kimi, antitrombositar preparatla kombinə olunur. (C)
4. Siqaret çəkmənin dayandırılması
►
ŞD-li xəstələrin hamısı siqareti tərgitməlidir . (A)
►
Siqaret çəkmənin dayandırılması və müalicənin digər formaları
diabetik qulluğun bir komponentidir. (B)
B. NEFROPATİYA
Ümumi tövsiyələr
►
Nefropatiya riskini azaltmaq və ya inkişafını ləngitmək üçün
qlükoza nəzarətini optimallaşdırmaq lazımdır. (A)
►
Nefropatiya riskini azaltmaq və ya inkişafını ləngitmək üçün AT
nəzarətini optimallaşdırmaq lazımdır. (A)
Skrininq
►
ŞD2 olan pasiyentlərdə diaqnoz qoyulduqdan sonra ildə bir dəfə
sidiklə albumin ekskresiyasını qiymətləndirmə testi aparılmalıdır.
(D)
►
Böyük yaşlı diabetli pasiyentlərin hamısında, sidiklə albumin
ekskresiyasının dərəcəsindən asılı olmayaraq, ildə bir dəfə qanda
kreatinin səviyyəsi yoxlanılmalıdır. Qanda kreatinin miqdarı
QFS-ni və xronik böyrək xəstəliyinin (XBX) mərhələsini (əgər
xəstəlik varsa) qiymətləndirmək üçün istifadə edilir. (D)
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
24
C. RETİNOPATİYA
Ümumi tövsiyələr
►
Retinopatiya riskini azaltmaq və ya inkişafını ləngitmək üçün
qlükoza nəzarətini optimallaşdırmaq lazımdır. (A)
►
Retinopatiya riskini azaltmaq və ya inkişafını ləngitmək üçün AT
nəzarətini optimallaşdırmaq lazımdır. (A)
Skrininq
►
ŞD2 olan pasiyentlərə diaqnoz qoyulduqdan qısa müddət sonra
oftalmoloq tərəfindən gözlərin tam və hərtərəfli müayinəsi
aparılmalıdır. (B)
►
Bundan bir müddət sonra ŞD2 olan pasiyentlərdə oftalmoloq
tərəfindən gözlərin təkrar müayinəsi aparılmalıdır. Bir və ya daha
çox müayinə normal nəticə verərsə, müayinələr 2-3 ildən bir
aparıla bilər. Retinopatiyanın proqressivləşməsi daha sıx
müayinələrə göstərişdir. (B)
►
Hamiləliyi planlaşdıran və ya artıq hamilə olan diabetli
qadınlarda gözlərin hərtərəfli müayinəsi aparılmalıdır və
retinopatiyanın inkişafı və/ və ya proqressivləşməsi riskinin
olması barədə pasiyentə məlumat verilməlidir. Göz müayinəsi
hamiləliyin ilk trimestrində, bütün hamiləlik dövrü və doğuşdan
sonrakı 1 il ərzində aparılır. (B)
D. NEYROPATİYA
►
ŞD2-nin diaqnostikası vaxtı və ondan sonra ən azı ildə bir dəfə
xəstələrin hamısına sadə klinik testlərin köməyi ilə distal simmetrik
polineyropatiyaya (DPN) görə skrininq aparılmalıdır. (B)
Xəstələrin hamısı
pəncəyə qulluq etmək barədə
məlumatlanmalıdırlar. DPN olan pasiyentlər pəncəyə qulluğa dair
daha geniş bilik almalı və xüsusi ayaqqabı geyməlidirlər. (B)
ŞD2-nin diaqnostikası zamanı avtonom neyropatiyanın
əlamətlərinin və simptomlarının skrininqi aparılmalıdır. Nadir
hallarda xüsusi test tələb olunur, lakin onun xəstəliyin
aparılması və ya nəticəsinə təsiri yoxdur. (D)
Pasiyentlərin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədilə DPN
və avtonom neyropatiyanın spesifik simptomlarını
yüngülləşdirmək üçün dərmanlardan istifadə edilməsi tövsiyə
olunur. (D)
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
25
Diabetik avtonom neyropatiya
Bu fəsadın əlamətləri və simptomları anamnez toplanarkən və
fiziki müayinə zamanı təyin edilməlidir. Avtonom neyropatiyanın
əsas klinik təzahürlərinə aşağıdakılar aiddir: sakit vəziyyətdə
taxikardiya, fiziki hərəkətlərə tolerantlıq, ortostatik hipotenziya,
qəbizlik, qastroparez, erektil disfunksiya, sudomotor disfunksiya (tər
vəziləri funksiyasının pozulması), neyrovaskulyar funksiyanın
pozulması, “xəfif diabet” və hipoqlikemik avtonom çatışmazlıq.
E. PƏNCƏYƏ NƏZARƏT
►
Pəncənin xorası və ya amputasiyasının öncədən meydana çıxan
əlamətlərini vaxtında müəyyən etmək üçün diabetli xəstələrə hər
il pəncənin hərtərəfli müayinəsi aparılmalıdır. Pəncənin
müayinəsi ilkin baxış zamanı monofilament, kamerton, palpasiya
vasitəsilə və vizual yolla aparılmalıdır. (B)
►
Diabetli şəxsləri pəncəyə nəzarət barədə təlimatlandırmaq
lazımdır. (B)
►
Pəncə xorası və yüksək riskli pəncəsi olan şəxslərə, xüsusən də
anamnezində pəncə xorası və ya amputasiya olanlara, çoxixtisaslı
yanaşma tövsiyə olunur. (B)
►
Siqaret çəkən, qoruyucu hissiyyatın itməsi və toxumaların
struktur pozulmaları və ya anamnezində aşağı ətraflarda
patologiyası olan xəstələri, sonrakı profilaktika və uzun müddətli
sağqalma naminə pəncə problemləri ilə məşğul olan mütəxəssis
yanına göndərmək lazımdır. (C)
►
Periferik arterial xəstəliyin (PAX) ilkin skrininqinə anamnezdə
dəyişkən axsamanın olması
və ayaqda pulsasiyanın
qiymətləndirilməsi daxildir. PAX-li xəstələrin əksəriyyəti
asimptomatik olduğu üçün topuq-braxial indeksin (TBİ) təyin
edilməsi nəzərdə tutulmalıdır. (C)
►
Əhəmiyyətli dərəcədə dəyişkən axsama və ya TBİ müsbət
olduqda, xəstələrdə damarların vəziyyətinin daha ətraflı
qiymətləndirilməsi və fiziki hərəkət, dərman preparatları və
cərrahi müdaxilə imkanının müəyyən edilməsi üçün
mütəxəssislərin məsləhəti lazımdır. (C)
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
26
►
Diabetik neyropatiyanın və /və ya PAX-nin məntiqi nəticəsi olan
pəncənin xoralaşması və amputasiyası diabetli xəstələrin ölüm və
əlilliyinin əsas səbəbləridir. Risk amillərinin erkən diaqnostikası
və aparılması qeyri-qənaətbəxş nəticənin profilaktikasına və ya
ləngidilməsinə kömək edə bilər. 10 ildən artıq diabetdən əziyyət
çəkən, kişi cinsinə mənsub, qlikemiya nəzarəti pis olan və ya
kardiovaskulyar, retinal və ya renal fəsadlar baş verən xəstələrdə
xoralaşma və ya amputasiya riski böyükdür.
►
Pəncə ilə əlaqəli aşağıdakı riskli hallar zamanı amputasiya
ehtimalı yüksəkdir:
Qoruyucu hissiyyatın itməsi ilə müşahidə olunan periferik
neyropatiya
Biomexanizmlərin pozulması (neyropatiya olduqda)
Yerli təzyiqin artması əlamətləri (eritema, xoranın qanaması)
Sümüklərin deformasiyası
PAX (ayaqda pulsasiyanın azalması və ya yox olması)
Anamnezdə xoranın və ya amputasiyanın olması
Ağır dırnaq patologiyası.
SPESİFİK XƏSTƏLƏRİN POPULYASİYASINDA
ŞD2-nin APARILMASI
A. Asimptomatik uşaqlarda ŞD2-nin testləşdirilməsi
Meyarlar
Artıq çəki (normal çəkinin 120%-i) + aşağıdakı risk
faktorlarından ikisi:
►
Ailədə diabet xəstəliyi (birinci və ya ikinci sıra qohumluq)
►
Bəzi etnik qruplara mənsubiyyət
►
İnsulin rezistentliyi və ya onun yaranmasına gətirib çıxaran
şərtlər (acanthosis nigricans, hipertenziya, dislipidemiya və ya
yumurtalıqların polikistoz sindromu)
►
Anada diabet və ya HŞD olması.
Xəstəliyin başlanması vaxtı: ilk dəfə 10 yaşda və ya yetişkənlik
dövründə, əgər yetişkənlik dövrü erkən başlayıbsa.
Müayinə tezliyi iki ildən bir, AQQ yoxlanılması məsləhət
görülür.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
27
B. Hestasiya ŞD2 (HŞD2)
HŞD2-nin risk faktorları
1.
Yaşın 25-dən az olması
2.
Çəkinin artıqlığı və ya piylənmə
3.
Ailədə diabet xəstəliyi (məs., birinci sıra qohumluq)
4.
Qlükoza metabolizminin pozulması tarixi
5.
Pis mamalıq anamnezi
6.
Yenidoğulmuşun çəkisinin > 4 kq olması
7.
Yumurtalığın polikistozu sindromunun olması
8.
Bəzi etnik qruplara mənsubiyyət
9.
AQQ-nin (ən azı 8 saat qidalanmamaq şərtilə) >85 mq/dL və ya 2
saatlıq postprandial qlükozanın konsentrasiyasının >140 mq/dL
olması (75 qr. qlükoza ilə OQTT-dən sonra)
Hamiləliyin planlaşdırılması proqramı (HPP)
►
Hamiləlik öncəsi HbA1c-nin səviyyəsi normaya mümkün qədər
yaxın olmalıdır (<7%) (B)
►
Reproduktiv potensialı olan ŞD2-li qadınlar hamiləlik öncəsi
normal qlükoza nəzarətinin və ailə planlaşdırılması prosesində
iştirakın vacibliyi barədə məlumat almalıdırlar. (D)
►
Hamilə olmağı planlaşdıran diabetli qadınların vəziyyəti
qiymətləndirilməli və diabetik retinopatiya, nefropatiya,
neyropatiya və ÜDX olduqda, onlar müalicə olunmalıdır. (D)
►
Belə qadınların qəbul etdiyi dərman preparatları hamiləlik öncəsi
nəzərdən keçirilməlidir, çünki diabetin müalicəsi zamanı istifadə
edilən preparatların bir çoxu hamiləlik dövründə əks-göstərişdir. (D)
►
Anadangəlmə qüsurlar diabetli analardan doğulan uşaqlar
arasında xəstələnmə və ölüm hallarının aparıcı səbəbidir.
Qüsurların yaranma riski qlikemiyanın artması ilə düz
mütənasibdir. Bu risk hestasiyanın ilk 6-8 həftəsi ərzində və
HbA1c-nin konsentrasiyası ilə təyin olunur. Riskin azaldılması
üçün HPP-yə uyğun hərəkət etmək lazımdır. HPP ŞD-li xəstələrə
diabetik pəhriz və intensiv insulin terapiyası tətbiq etməklə,
onları özünə nəzarət və QQPQ-yə hazırlayan çoxixtisaslı
proqramdır. Məqsəd – normal qlikemiya və HbA1c ≤7% əldə
etməkdir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
28
Qüsurların yaranma riskini minimallaşdırmaq üçün mövcud olan
standart qulluğa aşağıdakılar daxildir:
►
Qüsurların yaranmasının planlaşdırılmamış hamiləliyin və pis
metabolik nəzarətin nəticəsi olması barədə qadın pasiyentlərə
məlumat vermək
►
Metabolik nəzarət məqsədlərinə çatana qədər effektiv
kontrasepsiyadan istifadə etmək.
Hamiləlik zamanı əks-göstəriş olan dərmanlar kateqoriyalar üzrə
dəyərləndirilir. Oral antidiabetik dərman preparatları arasında
metformin və akarboza
∗
“B” kateqoriyasına aid edilir (insanlarda
təhlükəli olması barədə sübut yoxdur), digərləri isə “C”
kateqoriyasına (risk istisna olunmur) aiddir.
C. Ahıl yaşlı xəstələrdə ŞD2
►
Funksional problemləri olmayan və həyat davamiyyəti göstəricisi
yüksək olan ahıl yaşlı pasiyentlərdə diabetin müalicəsi daha gənc
şəxslərdəki kimi aparılır. (D)
►
Yuxarıdakı meyarlara uyğun gəlməyən yaşlılara fərdi yanaşma
tələb olunur, lakin xəstələrin hamısında kəskin hiperqlikemik
fəsadlar riskinə və ya simptomlarına gətirib çıxaran təhlükəli
amil – hiperqlikemiyanın qarşısı alınmalıdır. (D)
►
Yaşlı xəstələrdə başqa kardiovaskulyar risk faktorlarının
müalicəsi dərman vasitələrinin effektiv təsirinin vaxt intervalını
və fərdi yanaşmanı nəzərə almaqla aparılmalıdır. Yaşlı xəstələrin
hamısına hipertenziyanın müalicəsi aparılmalıdır,
dislipidemiyanın müalicəsi və aspirin terapiyasından sonra həyat
davamiyyəti ən azı ilkin və ya ikincili profilaktikadan sonra əldə
edilən vaxt intervalına bərabərdir. (D)
►
Yaşlı xəstələrdə diabetik fəsadların skrininqinə fərdi yanaşma
olmalıdır, lakin funksional çatışmazlıqla nəticələnə biləcək
fəsadlara ilk növbədə diqqət yönəldilməlidir. (D)
∗
Klinik protokolun tərtib edildiyi dövrdə Azərbaycan Respublikasında dövlət
qeydiyyatından keçməmiş dərman vasitəsi.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
29
ŞD2-nin PROFİLAKTİKASI
ŞD2-nin başlanmasını ləngidən tədbirlər
►
Qlükoza tolerantlığının pozulması (QTP) (A) və ya acqarına
qlikemiyanın pozulması (AQP) (D) müşahidə olunan xəstələrdə
diabetin başlanmasını ləngitmək məqsədilə ilkin müalicə kimi
çəkini azaltmaq üçün sağlam qidalanmaya və fiziki aktiv həyat
tərzinə keçmək qətiyyətlə tövsiyə olunur. Əgər müəyyən vaxt
ərzində yalnız həyat tərzinin dəyişdirilməsi ilə effekt əldə
edilmirsə, metforminin tətbiq edilməsi məsləhət görülür. (A)
►
Prediabeti olan xəstələrə ildə bir dəfə prosesin diabetə
keçməsinin monitorinqi aparılmalıdır. (D)
►
Həyat tərzinin dəyişdirilməsi + metformin: çox böyük risk
səviyyəsi (QTP, AQP + başqa risk faktorlarının olması),
piylənmə və yaşı 60-dan yuxarı olanlara bu sxem üzrə müalicə
aparılır. (D)
►
İlkin olaraq həyat tərzinin dəyişdirilməsi (C):
Diyetoloqa müraciət edilməsi, çəkini aşağı salmaq məqsədilə
enerji istifadəsinin azaldılması və qida strategiyasına dair
aşağıdakı məqsədləri güdən dietik proqramın tərtib edilməsi:
-
Çəkinin azaldılması: ümumi çəkinin 5%-dən 7%-ə
qədəri (A)
-
Qidalanma: yağların miqdarı ümumi sərf olunan
enerjinin 30%-inə, doymuş yağların miqdarı isə
ümumi sərf olunan enerjinin 10%-inə kimi azaldılmalı
və bitki mənşəli qidaların miqdarı hər 1000 kkal-a 15
qr. hesabı ilə və ya daha çox artırılmalıldır. (A)
Müntəzəm fiziki aktivlik tövsiyə olunur (təxminən həftədə
150 dəq.) (A)
►
Daimi ardıcıl müşahidə uğurlu nəticənin qarantıdır (B)
►
Prediabeti olan şəxslərə kardiovaskulyar xəstəlikləri törədən
tütünçəkmə, hipertenziya və dislipidemiya kimi amillər barədə
məlumat vermək lazımdır. (A)
►
Hipertenziyanın və dislipidemiyanın aktiv müalicəsi həyat
tərzinin dəyişdirilməsi və farmakoloji terapiya ilə bağlıdır. (A)
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
ƏLAVƏ №1
2-ci TİP ŞƏKƏRLİ DİABET TƏHLÜKƏSİNİN
QİYMƏTLƏNDİRİLMƏ FORMASI
Sağda verilən variantlardan birini dairəyə alın və xalları toplayın.
1. Yaş
0 xal
45 yaşdan aşağı
2 xal
45-54 yaş
3 xal
55-64 yaş
4 xal
64 yaşdan yuxarı
2. Bədən kütləsi indeksi
0 xal
25 kq/m
2
-dən aşağı
1 xal
25-30 kq/m
2
3 xal
30 kq/m
2
-dan artıq
3. Qabırğaaltı nahiyədə ölçülən bel çevrəsi (adətən göbək
nahiyəsində)
KİŞİ QADIN
0 xal
94 sm-dən az
2 xal
94-102 sm
3 xal
102 sm-dən artıq
80
sm-dən az
80-88
sm
88
sm-dən artıq
4. Siz işdə və / və ya istirahət vaxtı gündə 30 dəq. fiziki hərəkətlər
(normal gündəlik aktivlik daxil olmaqla) edirsinizmi?
0 xal Yox
2 xal Hə
30
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
31
5. Qidalanma zamanı meyvə, tərəvəz və giləmeyvə qəbul
edirsinizmi?
0 xal
Hər gün
1 xal
Hər gün yox
6. Siz nə vaxtsa müntəzəm antihipertenziv müalicə almısınız?
0 xal
Yox
2 xal
Hə
7. Sizdə nə vaxtsa qanda qlükozanın yüksəlməsi aşkar edilibmi?
0 xal
Yox
5 xal
Hə
8. Ailə üzvləriniz və ya başqa qohumlar arasında şəkər xəstəliyi
(1-ci və ya 2-ci tip) diaqnozu qoyulan şəxs varmı?
0 xal
Yox
3 xal
Hə: baba, nənə, xala, bibi, dayı, əmi və ya onların uşaqları
(öz valideynləriniz, bacı, qardaş və ya uşağınız istisna
olmaqla)
5 xal
Hə: valideynlər, bacı və qardaşlar və ya uşağınız.
Total risk xalları
10 il ərzində 2-ci tip şəkərli diabetin inkişaf etmə riski
bərabərdir:
7-dən az
Aşağı: 100 haldan birində xəstəlik inkişaf edə bilər
7-11 Cüzi
yüksəlmə: 25 haldan birində xəstəlik inkişaf edə
bilər
12-14
Orta: 6 haldan birində xəstəlik inkişaf edə bilər
15-20 Yüksək: 3 haldan birində xəstəlik inkişaf edə bilər
20-dən çox Çox yüksək: 2 haldan birində xəstəlik inkişaf edə bilər
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
ƏLAVƏ №2
ŞD2 xəstələrinin müalicə alqoritmi*
Həyat tərzinin dəyişdirilməsi + metformin
Şəkərli diabet diaqnozunun qoyulması
HbA1c
≥ 7%
Yox
Hə
Sulfanil-sidikcövhəri
preparatı əlavə etmək
– ən ucuz
Bazal insulin
əlavə etmək –
ən effektiv
Qlitazon əlavə
etmək –
qlikemiya yoxdur
HbA1c
≥ 7%
Hə
Yox
HbA1c
≥ 7%
Hə
Yox
HbA1c
≥ 7%
Hə
Yox
İntensiv insulinlə müalicə +
metformin ± qlitazon
HbA1c
≥ 7%
Hə
Yox
HbA1c
≥ 7%
Hə
Yox
Bazal insulin və ya intensiv
insulinlə müalicə əlavə etmək
İntensiv
insulinlə
müalicə
Qlitazon
əlavə
etmək
Bazal
insulin əlavə
etmək
Sulfanil-sidikcövhəri
preparatı əlavə etmək
32
*Alqoritm Amerika Diabet Assosiasiyası (ADA) və Diabetin Öyrənilməsi üzrə Avropa
Assosiasiyası (EASD) tərəfindən ŞD2 xəstələrinin müalicəsi üçün qəbul edilmişdir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
33
ƏLAVƏ №3
ŞD2 xəstəliyinin müalicəsində istifadə olunan dərman vasitələri
№ Preparatın adı Dozası
Xəbərdarlıq
Biquanidlər – əsas effekt: qara ciyərdə qlükoneogenezi dəf edir
1
Metformin (Siofor,
Qlükofaj)
500-3000 mq/gündə
Böyrək
çatışmazlığı zamanı
istifadəsi əks-
göstərişdir. Ən çox
əlavə təsirlər mədə-
bağırsaq traktı
tərəfindən olur.
Sulfonil-sidikcövhəri preparatları – əsas effekt: mədəaltı vəzin β-
hüceyrələrindən insulin sekresiyasını stimulə edir
2
Qlibenklamid
(Manninil,
Euqlikon)
5-20 mq/gündə
3 Qliklazid (Diabeton)
80-320 mq/gündə
4
Qliklazid MR
(Diabeton MR)
30-120 mq/gündə
5 Qlipizid (Qlibenez)
5-20 mq/gündə
6
Qlimepirid (Amaril,
Mepril)
1-8 mq/gündə
7
Qlikvidon
(Qlürenorm)
30-120 mq/gündə
Qara ciyər və
böyrək çatışmazlığı
zamanı istifadəsi
əks-göstərişdir
Qeyri-sulfonil-sidikcövhəri preparatları – əsas effekt: mədəaltı
vəzin β-hüceyrələrindən insulin sekresiyasını stimulə edir
8
Repaqlinid
(Novonorm)
0,5-16 mq/gündə
9
Nateqlinid
∗
(Starliks)
120-480 mq/gündə
Qara ciyər və
böyrək çatışmazlığı
zamanı istifadəsi
əks-göstərişdir
Tiazolidindionlar – əsas effekt: əzələlərdə və piy toxumasında
insulin rezistentliyini azladır
10
Roziqlitazon
(Avandia)
2-8 mq/gündə
Qara ciyər və ürək-
damar çatışmazlığı
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
34
11 Pioqlitazon (Aktos)
15-45 mq/gündə
zamanı istifadəsi
əks-göstərişdir
α-qlükozidazanın inhibitoru – əsas effekt: bağırsaq traktından
qlükozanın sorulmasını ləngidir
12
Akarboza
∗
(Qlükobay)
150-300 mq/gündə
Preparat qaz və
qarnın köpməsini
əmələ gətirir, bəzən
diarreya ola bilər
İnsulin preparatları
İnsulinlərin
təsir
müddəti
Preparatlar
Təsirin
başlanma
müddəti
(- saat
sonra)
Təsirin
pik
vaxtı
(- saat
sonra)
Təsirin
davametmə
müddəti
(- saat)
Ultraqısa
təsirli (insan
insulininin
analoqu)
Novorapid
(Aspart)
Humaloq
(Lizpro)
0,25 0,5-2 3-4
Qısa təsir
müddətli
Aktrapid HM
Humulin R
İnsuman
Rapid
0,5 1-3 6-8
Uzun təsir
müddətli
İnsulatard
Humulin H
İnsuman
bazal
1,5
1
1
4-6
4-8
3-4
12-14
18-20
18-20
Uzun təsir
müddətli
(insan
insulininin
analoqu)
Lantus
Levemir
2-4 8-12 24-36
∗
Klinik protokolun tərtib edildiyi dövrdə Azərbaycan Respublikasında dövlət
qeydiyyatından keçməmiş dərman vasitəsi.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
35
Ədəbiyyat:
1.
Boule N.G., Haddad E., Kenny G.P et al. Effects of exercise on
glycemic control and body mass in type 2 diabetes mellitus. A
meta analysis of controlled clinical trial / N.G. Boule, E. Haddad,
G.P. Kenny // Jama.-2001.-Vol 286.-P.121-827.
2.
Definition, diagnosis and classification of diabetes mellitus and
its complications : Report of WHO Consultation.-1999.-59p.
3.
Franz M.J., Bantle J.P., Bebe C.A. et al. Evidence-based
nutrition principles and recommendations for the treatment and
prevention of diabetes and related complications / M.J. Franz,
J.P. Bantle, C.A. Bebe // Diabetes care.-2002.-Vol25.-P.48-98.
4.
Guidelines for Diabetes care. A desktop guide to type 2 diabetes
mellitus // European Diabetes Policy Group.-1998-1999.
5.
Management of Diabetes. A national clinical guideline 55,
November 2001, Scottish Intercollegiate Guidelines Network. –
access mode : www.sign.ac.uk
6.
Management of hyperglycemia in type 2 diabetes; a consensus
algorithm for the adjustment of therapy // Diabetes Care.-2006.-
Vol 29.-P.1963-72.
7.
Nathan D.M., Buse J.B., Davidson M.B. et al. Management of
hyperglycemia in type 2 diabetes:a consensus algorithm for the
initiation adjustment of therapy: a consensus statement form the
American diabetes association / D.M. Nathan, J.B. Buse, M.B.
Davidson // Diabetes Care. 2007. - Vol.29.-P.1963.
8.
Standards of Medical Care in Diabetes 2008. American Diabetes
Association // Diabetes Care.-2008-Vol.31. Supplement 1,
January 2008
9.
The Diabetes Prevention Program Research Group. Impact of
intensive lifestyle and metformin therapy on cardiovascular
disease risk factors in the Diabetes Prevention Program //
Diabetes Care.-2002.-Vol28.-P.888-894.
10.
UKPDS Group. Effect of intensive blood-glucose control with
metformin on complications overweight patients with type 2
diabetes (UKPDI 34) // Lancet.-1998.-Vol352.-P.854-865.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
36
11.
UKPDS Group intensive blood-glucose control with
sulphonylureas or insulin compared with conventional treatment
and risk complications in patients with type 2 diabetes
(UKPDI33) / /Lancet.-1998.-Vol 352.-P.837-853.
12.
Алгоритмы специализированной медицинской помощи
больным сахарным диабетом: Методические рекомендации
/Под ред. И.И. Дедова, М.В. Шестакова.-2е изд. - М, 2006. -
103с.
13.
Дедов
И.И.,
Мельниченко
Г.А.
Эндокринология.
Национальное руководство.- М.: ГЭОТАР-Медиа, 2008. -
1064с.
14.
Дедов И.И., Суркава Е.В., Майоров А.Ю. Терапевтическое
обучение больных сахарным диабетом. - Реафарм, 2004. -
193с.
15.
Дедов И.И., Шестакова М.В. Сахарный диабет: Руководство
для врачей.- Москва: Универсум Паблишинг, 2003.- 455с.
16.
Общее руководство по лечению сахарного диабета 2-го типа.
Международная диабетическая федерация, 2005г. ООО
"Компания Боргес". - М, 2007. -80 с.
17.
Терапевтическое
обучение
больных:
Программы
непрерывного обучения для работников здравоохранения в
области профилактики хронических заболеваний. Отчет
рабочей группы ВОЗ. - М, 1996-98.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Document Outline - Diabetes.doc
- 24 Diabetes A5.doc
150>100>150>175>140>110>
Dostları ilə paylaş: |