əhəmiyyət kəsb edir. Qaraciyərin biopsiyası və onun toxumasında
QDİ >1,9 İHX üçün diaqnostik əhəmiyyətlidir.
31
etiologiyası naməlum hipoqonadizm
dərinin hiperpiqmentasiyası
Digər mütəxəssislərin məsləhətinə göstərişlər:
Diabetin klinik simptomları zamanı –
endokrinoloq tərəfindən
müayinə
Ürəyin zədələnməsinin klinik simptomları zamanı (genezi
naməlum kardiomiopatiya) – kardioloq tərəfindən müayinə
Müalicə
Müalicənin məqsədləri:
Orqanizmdən dəmirin izafi miqdarının xaric edilməsi
Xəstəliyin fəsadlarının profilaktikası
(şəkərli diabet,
kardiomiopatiya, qaraciyər çatışmazlığı)
Hospitalizasiyaya göstərişlər:
Qaraciyərin biopsiyası və dəmir
mübadiləsi pozğunluğunun
birincili xarakterinin təyini
Qaraciyər sirrozu mərhələsində fəsadların profilaktikası
Pəhriz rejimi:
Tərkibində çoxlu miqdarda hem dəmiri olan qida məhsullarının – ət,
qarabaşaq yarması, alma, nar və s. qəbulunun məhdudlaşdırılması
Dəmirin və alkoqolun sorulmasını gücləndirən askorbin
turşusunun qəbulunun məhdudlaşdırılması
(B)
Simptomatik terapiya
Müalicənin başlanğıc kursu – həftədə 500 ml həcmində
qanburaxma ambulator şəraitdə yerinə yetirilir. Bu zaman
hemoqlobinin miqdarı dinamikada izlənilir. Vaxtaşırı olaraq
zərdab ferritininin miqdarı təyin olunur (ifadə olunmuş şəkildə
yüklənmədə 3 ayda 1 dəfə, mülayim yüklənmədə ayda 1 dəfə) –
50 mkq/ml nəticə əldə olunana qədər (B)
Saxlayıcı terapiya – başlanğıc terapiyadan
sonra pasiyentlərin
əksəriyyətinin bir neçə il ərzində qanburaxmaya ehtiyacı olmur.
Dinamik müşahidə zərdab ferritininin miqdarının təyini ilə
aparılır (B)
32
Medikamentoz müalicə
Dəmir xelatorları ilə müalicə daha az effektli olub müəyyən
fəsadlar verə bilər. Dərman vasitələrinin parenteral yeridilməsini
tələb edir.
Deferoksamin (desferal) 1 q/günə doza ilə əzələ daxilinə təyin
olunur:
effektivliyi dəmirin sidiklə ifraz olunmasına əsasən
müəyyənləşdirilir
uzunmüddətli istifadə zamanı büllurun bulanması mümkün haldır
Proqnoz
Qaraciyər sirrozu olan xəstələrdə letal nəticə xəstəliyin sirrotik
mərhələsinə qədər müalicə alan xəstələrə nisbətən 5,5 dəfə
yüksəkdir. Qaraciyər sirrozu olan xəstələrdə HSK-nin riski
populyasiyadan 200 dəfə yüksəkdir. Bu vəziyyət HSK-nin 6 ayda 1
dəfə skrininqinin aparılmasını tələb edir (abdominal USM, KT, alfa
fetoproteinin miqdarı).
İfadə olunmuş səviyyədə qaraciyər çatışmazlığı olan xəstələrə
qaraciyərin transplantasiyası göstərişdir. Transplantasiyadan sonra 1
il yaşama 60% təşkil edir. Belə xəstələrdə ölümə əsas səbəb
infeksion fəsadlardır.
Dostları ilə paylaş: