Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 26 dekabr 2011-ci IL tarixli



Yüklə 2,07 Mb.
Pdf görüntüsü
səhifə37/48
tarix02.01.2022
ölçüsü2,07 Mb.
#1820
1   ...   33   34   35   36   37   38   39   40   ...   48
Dərinin hiperpiqmentasiyası diaqnozun qoyulduğu anda 

xəstələrin 90%-də  aşkarlanır. Xarakterik metal-boz rəng, dəridə 

melaninin və ya melaninlə  dəmirin miqdarının artması ilə 

əlaqələndirilir. Piqmentasiya, adətən diffuzdur, bədənin bütün dəri 

səthini tutur və üzdə, boyunda, saidin açıcı  səthinin aşağı 

hissələrində,  əllərin arxa tərəfində, baldırın aşağı hissələrində, cinsi 

orqanlar nahiyəsində və dəri çapıqlarında daha çox nəzərə çarpandır. 

Ağızın selikli qişasının piqmentasiyası 10-15% hallarda aşkarlanır. 

Bəzən damaq və torlu qişa piqmentasiyaya uğrayır.  

Şəkərli diabet  xəstələrin 65%-də, böyük ehtimalla ailə 

anamnezində diabet olan şəxslərdə inkişaf edir. İHX zamanı diabetin 

patogenezində  hər iki faktor – həm irsi meyllilik, həm də  mədəaltı 

vəzin dəmir çöküntüləri ilə birbaşa zədələnməsi iştirak edir. Bu halda 

diabetin gedişi idiopatik şəkərli diabetdən bir o qədər də fərqlənmir, 

yalnız daha çox insulinrezistentlik və lipodistrofiyaya rast gəlinir. 

Gecikmiş degenerativ fəsadlar da şəkərli diabetin nəticələrindən 

fərqli deyil.  



Artropatiya xəstələrin 25-50%-də inkişaf edir. Çox vaxt yaşı 50-

dən yuxarı olan şəxslərdə rast gəlinir, lakin xəstəliyin istənilən 

mərhələsində qoşula bilər, bəzən onun birinci təzahürü olur və ya 

xəstəliyin başlanğıcından xeyli gec inkişaf edir. Əvvəlcə, bir qayda 

olaraq, prosesə  əlin kiçik oynaqları, xüsusən 2-ci və 3-cü bilək-

falanqa oynaqları qoşulur. Proqressivləşən poliartrit mil-bilək, bud və 

diz oynaqlarına yayıla bilər. Sinovitin qısamüddətli kəskin tutmaları 

müşahidə oluna bilər. Bu da kalsium-pirofosfatın (xondrokalsinoz və 

ya psevdopodaqra) əsasən diz oynağında çökməsi ilə  əlaqədardır. 

Rentgenoloji olaraq sümüklərin sklerozlaşmış subxondral səthlərinin 

kistoz dəyişiklikləri, oynaq qığırdaqlarının itirilməsi ilə oynaq 

boşluqlarının daralması, diffuz demineralizasiya, sümüyün 

hipertrofik proliferasiyası  və sinovial qişaların kalsinozu təyin 

olunur.  




 

29


Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin