Təhsildə qiymətləndirmə sistemi- beynəlxalq milli və məktəb səviyyələrində
aparılan qiymətləndirməni əhatə edir. Orada zəruri məzmunun (qiymətləndirmə
standartlarının), vasitələrin (test, sual və s.), formaların, üsulların müəyyənləşdirlməsini
və onların reallaşdırılmasına aid prosedurları özündə birləşdirir.
Fəal (interaktiv) təlim- şagirdlərin idrak fəallığına əsaslanır, təhsil prosesinin
digər iştirakçıları ilə əməkdaşlıq şəraitinin yaradılmasını tələb edir.
Idrak fəaliyyəti- idrak prosesində həyata keçirilən fəaliyyətdir. Psixoloqların
fikrincə, idrak fəaliyyətində bilmək, anlamaq, tətbiq etmək, sintez etmək və
dəyərləndirmək əsas mərhələlər hesab olunur. Müasir təhsil konsepsiyasına görə,
şagirdin təlim fəaliyyətinin psixopedaqoji əsasını məhz həmin parametrlər təşkil edir.
Ona görə də “hafizə məktəbi”ndən fərqli olaraq “təfəkkür məktəbi”ndə təlim
stanadartları hazırlanarkən onlar əsas götürülür.
Fiziki tərbiyə - hərəki bacarıq, vərdişlərin formalaşması və hərəki qabiliyyətlərin
inkişaf etdirilməsini özündə əks etdirən pedaqoji prosesdir
Hərəki fəaliyyət - hərəki vəzifələrin həlli üçün insanın məqsədyönlü hərəki
fəallığıdır. Hərəki fəaliyyətin pedaqoji quruluşu bü fəaliyyətin yerinə yetirilməsi
motivindən; onun icrası vəzifələrinin müəyyən olunmasından; bu vəzifələrin həlli
planından və fəaliyyətin reallaşdırılmasından ibarətdir. Hər bir hərəki fəaliyyət hərəkətlər
sistemindən ibarətdir.
Hərəki bacarıq - hərəki fəaliyyətə daxil olan hər bir elementin icrasına diqqətin
cəlb olunması ilə yerinə yetirməsidir. Bu daha çox ilkin öyrətmə mərhələsinə xas olan
xüsusiyyətdir.
Hərəki vərdiş - diqqətin son nəticəyə yönəldilməsi ilə hərəki fəaliyyətin icrasıdır.
Bu zaman hərəkətin icrası avtomatlaşır, mərkəzi sinir sistemi hərəki fəaliyyətə daxil olan
ayrı-ayrı elementlərə deyil, yalnız son nəticəyə və şəraitə nəzarət edir.
Fiziki inkişaf - insan orqanizminin morfoloji-funksional xüsusiyyətlərinin təbii
dəyişməsi, inkişafı prossesidir. Fiziki inkişaf prinsipcə idarə olunan prossesdir. Bu
prossesə məqsədyönlü, istiqamətləndirici təsir fiziki tərbiyə prossesində həyata keçirilir.
Fiziki hazırlıq - hərəkt və hərəkət komplekslərinin tətbiqi nəticəsində
formalaşdırılmış hərəki vərdişlərin və orqanizmin iş qabiliyyətinin artırılmasıdır