Milli kurikulum- ölkə miqyasında təhsilin hər bir pilləsindəki fəaliyyətlərin
həyata keçirilməsinə imkan yaradan və onları istiqamətləndirən konseptual sənəddir.
Fənn kurikulumu- fənn üzrə fəaliyyətləri istiqamətləndirən konseptual sənəddir.
Pedaqoji innovasiya- təhsil müəssisələrində, pedaqoji nəzəriyyələrdə, müəllim və
şagirdlərin fəaliyyətlərində, təlim-tərbiyənin məzmununda, forma, üsul və vasitələrində,
idarəetmədə, məqsəd və nəticələrdə, ümumən, pedaqoji sistemdə baş verən yeniliklərdir.
Onlar müəyyən dövr ərzində sabit qalaraq ənənəvi qaydada davam etdirilir, həmin
dövrün səciyyəvi pedaqoji hadisəsinə cevrilir.
Nəticəyönümlülük- yeni kurikulumların hazırlanmasında nəzərə alınmış əsas
prinsiplərindən biridir. Bu pirinsipin tələbinə görə müəyyən olunmuş bacarıqlardan ibarət
zəruri məzmun nəticələr formasında verilir.
Taksonomiya- yanan sözdür (taxus-qayda ilə yerləşmə+qanun deməkdir), təlim
məqsədlərinin şəbəkəli və ya sistemli təsnifatıdır. Elmi termin kimi ilk dəfə botanika və
zoologiyada əmələ gəlmiş, heyvanların və bitgi orqanizmilərinin qruplara görə bölgüsü
anlamında işlənmişdir. 30-cu illərdə psixologiyada istifadə olunmağa başlanmışdır.
Şəxsiyyətyönümlülük – Milli Kurikulumun hazırlanması zamanı nəzərə alınmış
didaktik prinsiplərdən biridir. Onun tələbinə görə, kurikulumların tərkibində olan təlim
standartları, strategiyaları və qiymətləndirmə mexanizmləri şagird şəxsiyyətində idraki,
hissi və psixomotor bacarıqlar əsasında yaranan keyfiyyətlərin formalaşmasına yönəlir.
Çox vaxt bu keyfiyyətlər kompetensiyalar (səriştələr, qabiliyyətlər), dəyərlər və ya
mədəniyyətlər terminləri ilə ifadə edilir. Şəxsiyyətyönümlü təhsilin keyfiyyət göstəricisi
119
sadəcə bilik və ya bacarıqlar deyil, milli səviyyədə müəyyən olunmuş ümumi nəticələrə
uyğun səviyyənin (kompetensiya, keyfiyyət və ya mədəniyyət göstəricilərinə uyğun
səviyyənin) əldə edilməsidir.