Metodiki göstəriş: Hazırlayıcı hərəkətlər və oyunların icrası zamanı qaçış məsafələri şagirdlərin
fiziki hazırlığından, şəraitdən asılı olaraq dəyişdirilə bilər. Burada verilən oyunların hamısından
bir dərsdə istifadə etmək məcburi deyildir. İstifadə olunacaq oyunların sayı müəllimin dərsin
əsas hissəsi üçün planlaşdırdığı vaxtda görə müəyyən olunur.
Tamamlayıcı hissə : 3-5 dəq.
Tənəffüs və bərpaedici hərəkətlər.
Ümumiləşdirmə və qiymətləndirmə: Müəllim oyunların nəticələrinə görə qalib komandaları və
daha fəal şagirdləri qeyd edir. Müvafiq ev tapşırıqları verir.
Çevikliyin inkişaf etdirilməsi Mövzu: Dəqiq icranın inkişaf etdirilməsi.
Standartlar: 1.1.1., 1.2.2., 2.2.2., 2.3.1., 3.1.1., 4.2.
Məqsədlər: 1.
Dəqiq icranın təcrübi əhəmiyyəti haqqında məlumat vermək;
2.
Çevikliyik qabiliyyətini inkişaf etdirən oyunlar, onların icra rejiminin
müəyyən edilməsi, təşkili və keçirilməsi;
3.
Oyunların icrası zamanı şagirdlərin qaydalara riayət etməsi və mübarizlik
nümayiş etdirməsi üçün şərait yaratmaq;
4.
Şagird fəaliyyətinin qiymətləndirilməsi.
Fəndaxili inteqrasiya :
1.1., 1.2., 2.2., 2.3., 3.1., 4.2.
Iş forması: frontal, qruplarla, fərdi.
Iş üsulu: izah, hərəki bacarığın formalaşması, təkrar, oyun sxemi.
- topun hər hansı məsafədə qoyulmuş hədəfə vurulması və ya atılması;
- topun ötürülməsi və qəbulu elementləri ilə estafetlər;
Zəruri avadanlıq və ləvazimatlar: top, fit, tabaşir, ruletka.
Dərsin gedişi. Giriş hissə: 3-5 dəq.
Bir cərgəyə düzülüş, raport.
Motivasiya, problemin qoyuluşu : Kim daha çevikdir?
Tədqiqat sualı : Çeviklik insana nə verir?