Zəruri avadanlıq və ləvazimatlar: Dərsin məqsəd və vəzifələrinə müvafiq seçilir.
Bu avadanlıqlar dərsin əsas məqsədinin reallaşmasını təmin etmək iqtidarında
olmalıdır.
Dərsin gedişi. Giriş hissə-3-5dəq. Bir cərgədə düzülüş, raport . Bu hissədə dərsin məqsəd, vəzifələri, tədris
vahidinin (hərəki qabiliyyətin)
sağlamlaşdırıcı, inkişafetdirici, tətbiqi xüsusiyyətləri, istifadə olunacaq resurslar, onların icra ardıcıllığı və qaydaları,
intensivliyi, fərdi və komandalı fəaliyyətin təşkili, qiymətləndirmə meyarları
haqqında məlumat verilir. Dərsin
motivi formalaşdırılır. Hazırlayıcı hissə: 8-10 dəq. Bu hissədə əsas məqsəd şagird orqanizminin əsas
hissədə yerinə yetiriləcək intensiv fiziki yükə hazırlamaqdır.
Hərəki bacarıqlar: Sıra hərəkətləri: sıra fəndləri, irəliləmələr, düzülüş və yenidən
düzülüşlər, seyrəlmələr, yeriş, qaçış, hoppanmalar.
ÜİH kompleksləri (Ümuminkişaf hərəkətlərini irəliləmələr zamanı seyrəlmiş
sırada icrası məqsədəuyğun hesab edilir. Çünki bu dərsin motor sıxlığını
yüksəldilməsinə imkan yaradır).
Əsas hissə: 20-25 dəq. Burada əsas məqsəd planlaşdırılan hərəki qabiliyyətin
inkişafı üçün hərəkətlərin, oyunların, estafetlərin, xüsusi hərəkətlərin zəruri
intensivlikdə yerinə yetirilməsidir.
Bu zaman dərsin məqsədinin reallaşması adekvat hərəkətlərin seçilməsindən
bilavasitə asılıdır.
Dərsin bu hissəsində fiziki yükün intensivliyi istifadə olunan resursların
mümkün qədər çoxsaylı komandalar arasında yarış rejimində icrası ilə təmin
olunur.
Tamamlayıcı hissə : 3-5 dəq. Bu hissənin məqsədi intensiv fiziki yükdən sonra
şagird orqanizminin bərpası məqsədi ilə əzələlərin boşaldılması və tənəffüs
hərəkətlərindən istifadə və dərsin yekunlaşdırılmasıdır. Fərqlənən şagird və
20м
66
komandalar təqdir edildikdən sonra müəllim müşahidələri əsasında müəyyən etdiyi
şagirdlərə fərdi ev tapşırıqları verir.