Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə70/119
tarix13.12.2023
ölçüsü2,88 Mb.
#175179
1   ...   66   67   68   69   70   71   72   73   ...   119
20 Fiziki tərbiyə-kurikulum

Dərsin 
vəzifələri: 
Dərsin 
məqsədindən, 
bu 
dərsin 
tədris 
vahidinin 
reallaşdırılmasında neçənci olmasından, istifadə olunacaq resurslardan asılı olaraq 
müəyyənləşdirilir. Məsələn, hərəkət sürətinin inkişaf etdirilməsini nəzərdə tutan 5-
6-cı dərslərdə vəzifələr aşağıdakı kimi seçiləcəkdir: 
- sürəti inkişaf etdirən oyunlar, hərəkətlər, estafetlər haqqında məlumat 
vermək; 
- dərsdə istifadə olunan oyunları təşkil etmək və keçirmək; 
- şagird fəaliyyətini tənzimləmək və qiymətləndirmək. 
Fəndaxili inteqrasiya: 
Bütün mövzular üzrə dərslərdə fənnin məzmun xətləri 
arasında əlaqə qurulmalıdır. Bu dərsin pedaqoji tamlığının əsas amilidir. Vəsaitdə


65 
verilən illik planlaşma cədvəllərində fəndaxili inteqrasiya alt standartların 
seçilməsi ilə təmin olunmuşdur.
İş forması:
Dərsin məqsəd və vəzifələrindən asılı olaraq
seçilir.
 
Bir dərsdə bir 
neçə frontal, kiçik qruplarla , cütlüklərlə, fərdi və s. iş formasından istifadə oluna 
bilər. 
İş üsulu: 
Dərsdə istifadə olunan metod, iş formasından asılı olmayaraq fiziki 
tərbiyə dərsində istifadə olunan üsulların ardıcıllığı aşağıdakı kimi olacıqdır: izah, 
nümayiş, təkrar, korreksiya, qiymətləndirmə. 
Resurslar: 
Dərsdə istifadə olunan resurslar geniş spektrə malik olub, həlli qarşıya 
qoyulan vəzifələrdən bilavasitə asılıdır. Bu resurslar iki qrupda təsnif oluna bilər: 
1)
Ümumi resurslar. Buraya bütün dərslərdə istifadə olunan sıra və 
ümuminkişaf hərəkətləri daxildir. 
2)
Xüsusi resurslar. Buraya dərsin əsas hissəsi üçün seçilmiş hazırlayıcı, 
koməkçi, əsas hərəkətlər, eyni zamanda qiymətləndirmə normativlərinə 
daxil edilmiş hərəkətlər aiddir. Hazırlayıcı və əsas hərəkətlər struktur 
cəhətdən biri-birinə yaxın olmalıdırlar. Bu hərəkətlər Fiziki tərbiyə 
fənninin tədris vahidlərinə müvafiq olaraq altı qrupda təsnif olunur. 

Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin