Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə72/119
tarix13.12.2023
ölçüsü2,88 Mb.
#175179
1   ...   68   69   70   71   72   73   74   75   ...   119
20 Fiziki tərbiyə-kurikulum

1.3.
 
Dərs nümunələri 
Sürət qabiliyyətinin inkişaf etdirilməsi 
Mövzu: 
Hərəkətin reaksiya tezliyinin inkişaf etdirilməsi. 
Standartlar: 1.1.3., 
2.1.1., 2.1.4., 3.1.3., 4.1.1. 
Məqsəd: 
Sürət qabiliyyətinin inkişaf etdirilməsi

Dərsin vəzifələri: 
1.
Sürət qabiliyyətinin fiziki hazırlığın formalaşmasında əhəmiyyəti haqqında 
məlumat vermək; 
2.
Hərəkətin reaksiya tezliyini inkişaf etdirən hərəkətlər, oyun qaydaları 
haqqında məlumat vermək; 
3.
Hərəkətin tezliyini inkişaf etdirən oyunları, estafetləri təşkil etmək və 
keçirmək; 
4.
Şagird fəaliyyətini təmzimləmək və qiymətləndirmək. 
Fəndaxili inteqrasiya: 1.1., 
2.1., 3.1., 4.1. 
İş forması: 
frontal, kiçik qruplarla, fərdi.
 
İş üsulu: 
izah, hərəki təfəkkürün formalaşması, nümayiş etdirmə

təkrar. 
Resurslar: 
-müxtəlif çıxış vəziyyətlərdən startlar;
 
-müxtəlif intervalı siqnallarla startlar; 
-oyunlar və estafetlər; 
Zəruri avadanlıq və ləvazimatlar: 
fit, tabaşir, ruletka, piramida və ya 
bayraqcıqlar, saniyəölçən. 
Dərsin gedişi: 
Giriş hissə:3-5 dəq

Bir cərgədə düzülüş, raport. 
İnformasiya təminatı
: Müəllim bildirir ki, sürət insanın fiziki hazırlığında və 
sağlamlığının möhkəmləndirilməsində mühüm əhəmiyyət daşıyan hərəki 
qabiliyyətlərdən biridir. Bizim 12 dərsimiz bu qabiliyyətin inkişafına yönəlmişdir. 
Bu dərslərdə sizin hərəkət sürətinizin artırılması üçün verilən hazırlayıcı 
hərəkətləri və oyunları maksimal tezlikdə və sürətdə icra etməniz əsas şərtlərdən 
biridir. Ümumiyyətlə hərəkətlərin icrasında, xüsusən də intensiv sürət 
hərəkələrindən sonra mütləq müəyyən gigiyenik tələblərə riayət etmək zəruridir. 

Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin