68
Sinif hər birində bərabər saylı
şagird olan üç
komandaya bölünür. Komandalar şəkildə göstərilən
vəziyyətlərdə start xəttində düzülürlər. Start siqnalı
ilə hər üç komandə eyni vaxtda startdan maksimal
sürətlə 10 m məsafəni qaçırlar.
Sonra komandalar
start vəziyyətlərini dəyişirlər. Hər üç vəziyyətdən
daha çox iştirakçısı məsafəni tez qət edən komanda
qalib hesab olunur.
Sinif hər birində bərabər saylı şagird olan dörd komandaya
bölünür. Hər bir komandanın birinci iştirakçıları şəkildə
verilmiş vəziyyətlərdən maksimal sürətlə 5 m qaçır, geriyə
start xəttinə qaçır, yenidən 10 m qaçır və qayıdaraq
komanda yoldaşına toxunur və sıranın sonunda dayanır.
Sonrakı iştirakçılar hərəkəti təkrar edirlər.
Sinif hər birində bərabər saylı şagird olan üç
komandaya bölünür
və onlar şəkildə verilmiş
vəziyyətlərdə start xəttində düzülürlər. Start siqnalı
ilə hər bir iştirakçı irəliyə mayallaq aşaraq 10 m
məsafəni maksimal sürətlə qaçırlar. İştirakçısı start
xəttinə daha tez çatan komanda qalib hesab olunur.
Sinif hər birində 5-6 şagird olan komandalara bölünür.
Meydançada bir-birindən 10-15m məsafədə start və
dönmə xətləri çəkilir. Dönmə
xəttində hər bir komanda
üçün bir bayraq və ya piramida qoyulur. Komandalar
start xəttində kürəyi qaçış istiqamətinə olmaqla sırada
düzülürlər. Start komandası ilə birinci iştirakçılar
dönərək qaçıb bayrağın ətrafından dönüb öz
komandasına qayıdır, əlini yoldaşının kürəyinə toxundurur, sıranın əvvəlinə keçir. İkinci
iştirakçı dönərək yarışı davam etdirir. Daha tez çıxış vəziyyəti alan komanda qalib gəlir.
Sinif hər birində 4-5 şagird olan komandalara bölünür.
Meydançada uzunluğu 20 m eni 10
m olan sahədə start və
dönmə xəttləri çəkilir və bayraqla nişanlanır. Məsafənin düz
ortasından xətt çəkilir və komandaların sayına müvafiq
olaraq orada toplar yerləşdirilir. Yarışacaq komandalar start
xəttində müxtəlif çıxış vəziyyətlərində: arxası üstə uzanmış,
kürəyi qaçış istiqamətinə olmaqla və s… çıxış vəziyyətində düzülürlər. Start siqnalı ilə birinci
iştirakçılar 10m məsafəni qaçıb topu götürür və topla qaçaraq dönmə
xəttindən geriyə dönüb
topu əvvəlki yerinə qoyur və start xəttindəki komanda yoldaşına tərəf qaçır. Əlini ona
toxundurur, sıranın və ya cərgənin arxasında dayanır. Məsafəni daha tez qət edən komanda
qalib sayılır.
Sinif şagirdlərin sayından asılı olaraq iki və ya daha çox
komandalara bölünür. Komandalar biri-birindən 22m
məsafədə bir-birinə paralel
çəkilmiş start xətləri
üzərində qarşı-qarşıya aşağı start vəziyyətində
düzülürlər. Hər bir iştirakçıdan 10m məsafədə bayraq,
top və hər hansı əşya qoyulur. Əşyalar arasında məsafə iki metrdir. Start siqnalı
ilə hər bir
iştirakçı dönmə xəttinə qoyulmuş əşyaya doğru qaçır və onun ətrafından dönərək start xəttinə
69
tərəf qayıdır. Çıxış vəziyyətini daha tez alan komanda qalib sayılır.
Dostları ilə paylaş: