Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə77/119
tarix13.12.2023
ölçüsü2,88 Mb.
#175179
1   ...   73   74   75   76   77   78   79   80   ...   119
20 Fiziki tərbiyə-kurikulum

 
Topun 
qəbulu 
və 
ötürülməsinin 
öyrədilməsi.
İcra texnikası. 
Sinif 
bərabər 
saylı 
komandalara bölünür. Hərəkəti birgə icra 
edəcək komanda cütlükləri müəyyən olunur 
və 2 komanda cərgədə düzülərək 3 metrlik 
məsafədə üz-üzə dayanırlar. (2 komanda 
cütlüyü daha məqsədə uyğun sayılır). Hər 
komanda cütlüyünə bir top verilir. Top 
şəkildə 
göstərildiyi 
kimi 
qarşılıqlı 
fəaliyyətdə ötürülür, sonuncu topu qəbul 
edən iştirakçı qaçaraq cərgənin önünə keçir 


71 
və hərəkətin icrası yenidən başlayır.
Topun qəbulu və ötürülməsi.
İcra texnikası. 
Sinif 
bərabər 
saylı 
iştirakçıları olan komandalara bölünür. 
Komandalar aralarında 2-3m məsafədə 
cərgədə üz-üzə dayanırlar. Cərgələr bitişik 
addımlarla müəyyən olunmuş yerə qədər 
hərəkət etməklə topu biri-birinə ötürürlər. 
cərgənin 
sonunda 
dayanmış 
şagird 
nişanlanmış yerə çatdıqda və topu qəbul 
etdikdə cərgənin arxası ilə qaçaraq önə keçir 
və oyun davam edir.
Topun qəbulu və ötürülməsi.
İcra texnikası. 
Üç şagird
 
aralarında üç-dörd 
metr məsafə olan üçbucaq yaradırlar. 
Siqnala müvafiq olaraq topu dairə boyu bir-
birinə ötürürlər. (1,2,3 top istifadə etmək 
olar). Bu ötürmələr bir neçə variantda icra 
edilə bilər, məsələn, dairə boyunca hərəkət 
etməklə topun dairə istiqamətində və əks 
istiqamətdə ötürülməsi.
 
Topun qəbulu və ötürülməsi.
İcra texnikası. 
Sinif iki komandaya bölünür 
və dairə boyu cərgədə düzülürlər. hər 
komandada bir aparıcı müəyyən olunur. 
Start siqnalı ilə aparıcı topu yan tərəfdəki 
yoldaşına ötürür və əks tərəfdən dairə boyu 
qaçaraq öz yerinə qayıdır. Topu qəbul edən 
2-ci oyunçu hərəkəti təkrar edir. Bütün 
iştirakçılar topu ötürüb dairəni qət etdikdən 
sonra və ilkin çıxış vəziyyətinə qayıtdıkda 
oyun başa çatır. Hərəkəti daha tez qurtaran 
komanda qalib gəlir.

Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin