Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu


Dərs planı nümunələrinin tərtibi qaydaları



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə69/119
tarix13.12.2023
ölçüsü2,88 Mb.
#175179
1   ...   65   66   67   68   69   70   71   72   ...   119
20 Fiziki tərbiyə-kurikulum

Dərs planı nümunələrinin tərtibi qaydaları. 
Bütün təcrübi dərslər fənn kurikulumunun məzmun xətlərinin qarşılıqlı 
əlaqəsi üzərində qurulur. Dərsdə istifadə olunan vasitələr, metodlar məzmun 
xətlərinin reallaşmasına şərait yaradmalıdır. Hər bir dərs informasiya təminatının 
verilməsi, bacarıq və vərdişlərə yiyələnmə, planlaşdırılan hərəki qabiliyyətinin 
inkişaf etdirilməsi və mənəvi-iradi xüsusiyyətlərin formalaşdırılması ardıcıllığı ilə 
tədris olunmalıdır. 
Dərsin strukturunun aşağıdakı sxem üzrə qurulması tövsiyə olunur.
 
Mövzu: 
Dərsin mövzusu illik planlaşmada tədris vahidi üçün ayrılmış vaxtda 
müvafiq müəyyənləşdirilir.
Nəzərə alsaq ki, hər bir tədris vahidində (hərəki qabiliyyətlər) bacarıq və 
vərdişlərin 
formalaşdırılması, möhkəmləndirilməsi, təkmilləşdirilməsi və
qiymətləndirilməsi 
mərhələləri mövcuddur, o zaman hər bir tədris vahidi üzrə 
göstərilən fəaliyyətlər üçün dərslər planlaşdırılmalıdır. Dərslərin sayı inkişafı 
nəzərdə tutulan hərəki qabiliyyətin xüsusiyyətindən asılı olaraq müəyyənləşdirilir. 
Standartlar: 
Mövzu üzrə standartların müəyyən olunması aşağıdakı ardıcıllıqla 
aparılır. 
Tədris vahidinə aid birinci dərsə: 

tədris 
vahidinin 
(məsələn, 
qüvvə qabiliyyətini) sağlamlığın 
möhkəmləndirilməsində, 
fiziki 
hazırlığının 
artırılmasında 
əhəmiyyətinə, 
hərəkətlərin icra üsuluna, şagird fəaliyyətinin təşkilinə, fiziki yükün icra ardıcıllığı 
və intensivliyinə dair standartlar daxil ediləcəkdir; 
Tədris vahidinə aid sonrakı dərslərə: 
- hərəki qabiliyyətin inkişafına yönəlmiş fiziki yükə (sıra və ümuminkişaf 
hərəkətləri, oyunlar, estafetlər, kombinə edilmiş estafetlər, xüsusi hərəkətlər və 
s…), onun icra ardıcıllığına və intensivliyinə, təşkilinə dair standartlar. 
Mövzusundan və illik planlaşmada neçənci olmasından asılı olmayaraq bütün 
dərslərə mənəvi-iradi xüsusiyyətləri özündə əks etdirən standartlar daxil edilir. 
Məqsəd: 
Dərsin mövzusuna aid əsas məsələnin ifadə olunması. Məsələn, sürət 
qabiliyyətinin tərkib komponenti olan hərəkətin reaksiya tezliyinin inkişafı üçün 5-
ci sinifdə iki tədris saatı ayrılır. 
Bu dərslərin hər birində dərsin məqsədi «hərəkətin reaksiya tezliyinin 
inkişaf etdirilməsi» olacaqdır. 

Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin